Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-52/2024 20.08.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Qusar rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1996-cı il tarixdə Qusar rayonu, Quxuroba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Qusar rayonu, Quxuroba ərazi dairəsində, Quxuroba kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddəsi ilə, xx xxxx 1993-cü il tarixdə Qusar rayonu, Quxuroba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Qusar rayonu, Quxuroba ərazi dairəsində, Quxuroba kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 07 yanvar 2024-cü il tarixdə, saat 20:30 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub qrup şəxs təşkil edərək, Qusar rayonu Çubuqlu kəndində yerləşən Zərərçəkmiş şəxs MMC-nin bağ sahəsinə açıq vəziyyətdə olan qapıdan qanunsuz daxil olaraq, bağ sahəsinin həyətində olan anbarın giriş qapısının qıfılını özləri ilə gətirdikləri vint açan alətlə açıb içəri girib, oradan dəyəri 220 manat olan 01 ədəd 02 tonluq oval formalı plastik su çəni, daha sonra isə bağ sahəsinin həyətində olan dəyəri 1000 manat olan 01 ədəd Çin istehsalı “Evrostar” markalı işıq generatoru vahid niyyətlə gizli yolla talamaqla oğurlayaraq, Zərərçəkmiş şəxs MMC-nə cəmi 1220 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddəsi ilə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 07 yanvar 2024-cü il tarixdə axşam radələrində həmkəndlisi Təqsirləndirilən şəxs2 ona zəng edib, həmin kənddə yerləşən əmisi oğlu Orxan Zərbəliyevin evində görüşməyi təklif etmiş etmiş, o da öz razılığını vermişdir. Bundan sonra onlar görüşüb söhbət edən zaman Təqsirləndirilən şəxs2 işdən çıxarıldığını və keçmiş iş yerindəki bağ sahəsinin anbarında olan 01 ədəd işıq generatoru 50-100 manata ona verə biləcəyini, o da öz razılığını verib, həmin işıq generatoru onun yaşadığı ünvana gətirməsini xahiş etmiş, lakin Təqsirləndirilən şəxs2 ona həmin generatoru birlikdə gedib, ona məxsus avtomobillə gətirməyi təklif edərək, oğurluq hadisəsini birlikdə törətməyi və başqa şəxsləri işə cəlb etmək istəmədiyini bildirmiş, o da öz razılığını vermişdir. Həmin gün saat 20 radələrində onlar birlikdə onun idarə etdiyi “Vaz 2106” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qusar rayonu Çubuqlu kəndində yerləşən Zərərçəkmiş şəxsMMC-nə məxsus bağ sahəsinə tərəf gedib, avtomobili bağ sahəsinin giriş tərəfin yanında saxlayıb, ətrafda heç kəsin olmadığını görüb, həmin gün saat 20:30 radələrində bağ sahəsinə açıq vəziyyətdə olan qapıdan qanunsuz daxil olaraq, bağ sahəsinin həyətində olan anbarın giriş qapısının qıfılını özləri ilə gətirdikləri vint açan alətlə açıb içəri girib oradan 01 ədəd Çin istehsalı, “Evrostar” markalı işıq generatoru oğurlayıb, ona məxsus avtomobilin yük hissəsinə yükləyərək, təkrar bağ sahəsinə gəlib, anbarın yanında olan 01 ədəd 2 tonluq oval formalı plastik su çənini oğurlayıb, avtomobilə tərəf qayıtmışlar, lakin su çəni avtomobilə yükləyə bilməmiş və diqqət cəlb etməmək üçün həmin su çəni bağ sahəsindən təxminən 200 metr kənara aparmışlar. Bu zaman o, tanışı Şahid1 zəng edib, yük avtomobili ilə birlikdə “Qusar Agro 2 “MMC-nin bağ sahəsinə tərəf gəlməsini xahiş etmiş, Şahid1 da öz razılığını vermişdir. Həmin gün axşam radələrində Şahid1 tək başına idarə etdiyi “Qazel” markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qusar rayonu Çubuqlu kəndində yerləşən Zərərçəkmiş şəxs MMC-nə məxsus bağ sahəsinə tərəf gələn zaman o, Şahid1 yolun kənarında saxladıqları 01 ədəd plastik su çənini öz evlərinə aparılmasında köməklik göstərməsini xahiş etmiş, Şahid1 isə su çəninin oğurluq olub-olmamasını soruşan zaman, o, həmin su çənini öz evinə aldığını, lakin avtomobilin yük hissəsinə yüklənmədiyi üçün köməklik istədiyini bildirmiş, Təqsirləndirilən şəxs2 də onun sözlərini təsdiq edərək plastik su çənin oğurluq olmadığını bir daha vurğulamış, Şahid1 da onlara inanaraq öz razılığını vermişdir. Bundan sonra onlar birlikdə həmin 01 ədəd 2 tonluq plastik su çənini Şahid1 idarə etdiyi avtomobilin yük hissəsinə yükləmiş, Şahid1 tək başına özünə məxsus yük avtomobili ilə, Təqsirləndirilən şəxs2 isə onun idarə etdiyi avtomobillə onun yaşadığı ünvana tərəf getmişlər. Həmin gün saat 22 radələrində onlar Şahid1 idarə etdiyi avtomobilin yük hissəsindəki 01 ədəd plastik su çənini onun yaşadığı evin həyətinə düşürmüş, Şahid1 da çıxıb öz evinə getmişdir. Daha sonra isə onlar onun idarə etdiyi avtomobilin yük hisssində olan 01 ədəd “Evrostar” markalı işıq generatoru onun evin həyətinə düşürüb, birlikdə oturub çay içib, söhbət etdikdən sonra Təqsirləndirilən şəxs2 çıxıb öz evinə getmişdir. 09 yanvar 2024-cü il tarixdə baş vermiş oğurluq hadisəsi ilə bağlı Qusar RPŞ-nə dəvət edilmiş və həmkəndlisi Təqsirləndirilən şəxs1la birlikdə törətdiyi oğurluq əməlini etiraf edərək, onun razılığı və iştirakı ilə Qusar rayonu, Quxur oba kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman oğurladıqları 01 ədəd “Evrostar” markalı işıq generatoru və 01 ədəd 02 tonlu plastik su çəni polis əməkdaşları tərəfindən aşkar edilərək, götürülmüşdür. O, iş üzrə dəymiş ziyanı tam olaraq ödəmiş, törətdiyi cinayət əməlinə görə səmimi peşmandır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddəsi ilə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 07 yanvar 2024-cü il tarixdə axşam radələrində həmkəndlisi Təqsirləndirilən şəxs1 zəng edib, həmin kənddə yerləşən əmisi oğlu Orxan Zərbəliyevin evində görüşməyi təklif etmiş etmiş, Təqsirləndirilən şəxs1 da öz razılığını vermiş, bundan sonra onlar görüşüb söhbət edən zaman işdən çıxarıldığını və keçmiş iş yerindəki bağ sahəsinin anbarında olan 01 ədəd işıq generatoru 50-100 manata Təqsirləndirilən şəxs1 verə biləcəyini, Təqsirləndirilən şəxs1 da öz razılığını verib, həmin işıq generatoru yaşadığı ünvana gətirməsini xahiş etmiş, lakin o, Təqsirləndirilən şəxs1 həmin generatoru birlikdə gedib, sonuncuya məxsus avtomobillə gətirməyi təklif edərək, oğurluq hadisəsini birlikdə törətməyi və başqa şəxsləri işə cəlb etmək istəmədiyini bildirmiş, Təqsirləndirilən şəxs1 da öz razılığını vermişdir. Həmin gün saat 20 radələrində onlar birlikdə Təqsirləndirilən şəxs1 idarə etdiyi “Vaz 2106” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qusar rayonu Çubuqlu kəndində yerləşən Zərərçəkmiş şəxsMMC- nə məxsus bağ sahəsinə tərəf gedib, avtomobili bağ sahəsinin giriş tərəfin yanında saxlayıb, ətrafda heç kəsin olmadığını görüb, həmin gün saat 20:30 radələrində bağ sahəsinə açıq vəziyyətdə olan qapıdan qanunsuz daxil olaraq, bağ sahəsinin həyətində olan anbarın giriş qapısının qıfılını özləri ilə gətirdikləri vint açan alətlə açıb içəri girib oradan 01 ədəd Çin istehsalı, “Evrostar” markalı işıq generatoru oğurlayıb, Təqsirləndirilən şəxs1 məxsus avtomobilin yük hissəsinə yükləyərək, təkrar bağ sahəsinə gəlib, anbarın yanında olan 01 ədəd 2 tonluq oval formalı plastik su çənini oğurlayıb, avtomobilə tərəf qayıtmışlar, lakin su çəni avtomobilə yükləyə bilməmiş və diqqət cəlb etməmək üçün həmin su çənini bağ sahəsindən təxminən 200 metr kənara aparmışlar. Bu zaman Təqsirləndirilən şəxs1 tanışı Şahid1 zəng edib, ona məxsus yük avtomobili ilə birlikdə “Qusar Agro 2 “MMC-nin bağ sahəsinə tərəf gəlməsini xahiş etmiş, Şahid1 da öz razılığını vermişdir. Həmin gün axşam radələrində Şahid1 tək başına idarə etdiyi “Qazel” markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qusar rayonu Çubuqlu kəndində yerləşən Zərərçəkmiş şəxsMMC-nə məxsus bağ sahəsinə tərəf gələn Təqsirləndirilən şəxs1 ondan yolun kənarında saxladıqları 01 ədəd plastik su çənini öz evlərinə aparılmasında köməklik göstərməsini xahiş etmiş, Şahid1 isə su oğurluq olub-olmamasını soruşan zaman, Təqsirləndirilən şəxs1 isə həmin su çənini öz evinə aldığını, lakin avtomobilin yük hissəsinə yüklənmədiyi üçün ondan köməklik istədiyini bildirmiş, o da Təqsirləndirilən şəxs1 sözlərini təsdiq edərək plastik su çəninin oğurluq olmadığını bir daha vurğulamış, Şahid1 da onlara inanaraq öz razılığını vermişdir. Bundan sonra onlar birlikdə həmin 01 ədəd 2 tonluq plastik su çənini Şahid1 idarə etdiyi avtomobilin yük hissəsinə yükləmiş, Şahid1 tək başına özünə məxsus yük avtomobili ilə, o isə Təqsirləndirilən şəxs1la birlikdə sonuncunun yaşadığı ünvana tərəf getmişlər. Həmin gün saat 22 radələrində onlar Şahid1 idarə etdiyi avtomobilin yük hissəsindəki 01 ədəd plastik su çənini Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətinə düşürmüş, Şahid1 da çıxıb öz evinə getmişdir. Daha sonra isə onlar Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilin yük hisssində olan 01 ədəd “Evrostar” markalı işıq generatoru sonuncunun evin həyətinə düşürüb, birlikdə oturub çay içib, söhbət etdikdən sonra çıxıb öz evinə getmişdir. 09 yanvar 2024-cü il tarixdə baş vermiş oğurluq hadisəsi ilə bağlı Qusar RPŞ-nə dəvət edilmiş və həmkəndlisi Təqsirləndirilən şəxs1la birlikdə törətdiyi oğurluq əməlini etiraf etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsləri və onların müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişlər və onların təqsiri, özlərinin etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, özünə məxsus “Qazel” markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə fərdi qaydada yük daşıma ilə məşğul olmaqla öz ailəsini dolandırmışdır. 07 yanvar 2024-cü il tarixdə saat təxminən 22 radələrində həmkəndlisi Eldar Vəzirov ona zəng edib, Qusar rayonu, Çubuqlu kəndində yerləşən Zərərçəkmiş şəxs MMC-nə məxsus bağ sahəsinə tərəf yük avtomobili ilə birlikdə gəlməsini xahiş etmiş, o da öz razılığını vermişdir. Bundan sonra o, idarə etdiyi yük avtomobili qeyd olunan ünvana gedən zaman orada həmkəndliləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2lə görüşmüş, Təqsirləndirilən şəxs1 ondan yolun kənarındakı 01 ədəd plastik su çənini yaşadığı ünvana aparmasını xahiş etmiş, o isə Təqsirləndirilən şəxs1 su çəninin oğurluq olub-olmamasını soruşan zaman, Təqsirləndirilən şəxs1 su çənini ev üçün aldığını, özünə məxsus avtomobilə yükləyə bilmədiyini bildirmiş, Təqsirləndirilən şəxs2 də Təqsirləndirilən şəxs1 sözlərini bir daha təsdiq edərək, su çəninin oğurluq olmadığını bir daha vurğulamış, o da onlara inanaraq öz razılığını verməklə, həmin su çənini onlar birlikdə avtomobilin yük hissəsinə yükləməklə Eldar Vəirovun yaşadığı ünvana aparmışdır.Bundan sonra isə onlar plastik su çəninin Eldar Vəzirovun yaşadığı evin həyətində düşürdükdən sonra o, çıxıb öz evinə getmişdir. 09 yanvar 2024-cü il tarixdə Qusar RPŞ-nə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona məxsus yük avtomobilinə yüklədikləri 01 ədəd 2 tonluq plastik su çənini oğurluqdur, bundan başqa onlar həmin bağ sahəsindən 01 ədəd işıq generatoru da oğurlamışlar, lakin onun qeyd olunan oğurluq hadisəsi ilə bağlı heç bir əlaqəsi və məlumatı olmamışdır. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2017-ci ilin ildən hal-hazıra kimi Zərərçəkmiş şəxs MMC-də icraçı direktor vəzifəsində işləyir. 08 yanvar 2024-cü il tarixdə səhər radələrində MMC-nin mühafizəçisi vəzifəsində işləyən Canpulat Ağayarov ona zəng edib, Qusar rayonu, Çubuqlu kəndində yerləşən MMC-nə məxsus bağ sahəsində oğurluq hadisəsi baş verdiyini bildirmişdir. Bundan sonra bağ sahəsinə gedib, mühafizəçi Canpulat Ağayarovla görüşərək, bağ sahəsinin həyətində yerləşən anbara birlikdə baxış keçirən zaman anbarda olan 01 ədəd Çin istehsalı, istismara yararlı “Evrostar” markalı işıq generatorun, həmçinin anbarın arxasındakı və 01 ədəd oval formalı plastik 02 tonluq su çəninin oğurlandığını aşkar etmişlər. Həmin gün axşam radələrində baş vermiş oğurluq hadisəsi ilə bağlı ərizə ilə Qusar RPŞ-nə müraciət etmiş və bundan sonra polis şöbəsində ona məlum olmuşdur ki, bağ sahəsindən oğurluq hadisəsini törətmiş şəxslər Qusar rayonu, Quxur oba kənd sakinləri Edik və Ayaz adlı şəxslərdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsinə uyğun eyniməzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış ambulator məhkəməpsixiatrik ekspertizasının 01 mart 2024-cü il tarixli 587 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 yüngül kəmağıllılıq (yüngül debillik dərəcəsində) müəyyən edilir. Cinayət işinin materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs2 01 yanvar 2024-cü il tarixdən 08 yanvar 2024-cü il tarixi daxil olmaqla olan müddət ərzində əqli gerilik o dərəcədə ifadə olunmayıb ki ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Buna görə də Təqsirləndirilən şəxs2 törətdiyi əmələ görə anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur və istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının 14 fevral 2024- cü il tarixli 9/316 nömrəli rəyindən görünür ki, 01 ədəd 2021-ci ildə satın alınmış, həmin vaxtdan istifadə edilmiş və istismara yararlı 02 tonluq oval formalı plastik su çəninin orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2024cü ilin yanvar ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 220 manat müəyyən olunur, 01 ədəd Çin istehsalı “Evrostar” markalı 2021-ci ildə satın alınmış, həmin vaxtdan istifadə edilmiş və istismara yararlı işıq generatoru barədə ətraflı məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün deyil. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış fiziki şəxs Mübariz Verdixanovun 05 mart 2024-cü il tarixli rəyinə əsasən 2024-cü ilin yanvar ayında anbar otağın giriş qapısının qıfılın dəyəri 50 manat, 01 ədəd Çin istehsalı “Evrostar” markalı 2021-ci ildə satın alınmış, həmin vaxtdan istifadə edilmiş və istismara yararlı işıq generatorunun dəyəri 1000 manat təşkil edir. İş materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Qusar rayonu, Çubuqlu kəndində yerləşən Zərərçəkmiş şəxs MMCnin bağ sahəsindən oğurladıqları 01 ədəd oval formalı 2 tonluq plastik su çəni və 01 ədəd Çin istehsalı işıq generatoru iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi qiymətləndirilmiş və gündəlik tələbatda istifadə olunduğu üçün zərərçəkmiş hüquqi şəxsin şəxsin nümayəndəsinə Nümayəndə qaytarılmışdır. İş materiallarından görünür ki, zərərçəkmiş hüquqi şəxsin şəxsin nümayəndəsi Nümayəndə 01 ədəd oval formalı 2 tonluq plastik su çəni və 01 ədəd Çin istehsalı işıq generatoru təhvil almış, heç bir şikayəti yoxdur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddəsi müəyyən olunmuş cinayətin törədilməsində təqsirləri tam sübuta yetirilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Onlar həmin cinayət əməlini törətməkdə təqsirlidirlər, onların əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur, həmçinin təqsirləndirildikləri CM-nin 177.2.1, 177.2.3-cü maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdırlar. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşlar. Məhkəmə, təqsirləndirilən şəxslər şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması hallarını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13-cü maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlini səmimi etiraf etmələrini, əməllərindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını şəxsiyyəti müsbət xarakterizə edən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxslərin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, onlara azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.3-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamın 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, dəymiş zərəri tam aradan qaldırmasını, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin onlara qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmamasını, cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını, əməllərindən peşman olmasını, səmimi ifadə verməsini şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halı, işdə cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onlara təqsirləndirildikləri Azərbaycan Respublikasının CMnin 177.2.1, 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyinəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda onlar, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Həmçinin, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dəymiş zərəri tam aradan qaldırmış, zərərçəkmiş şəxsin onlara qarşı şikayət və tələbi olmamışdır. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsin barəsində təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzası daha ədalətli olmaqla cəzanın məqsədlərinin təmin olunması üçün tam kifayət edər. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Qusar rayonu, Quxuroba ərazi dairəsində, Quxuroba kəndində yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd oval formalı 2 tonluq plastik su çəni və 01 ədəd Çin istehsalı işıq generatorunun zərərçəkmiş hüquqi şəxsin şəxsin nümayəndəsi Nümayəndə təhvil verilməsi nəzərə alınmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada hər birindən 25 (iyirmi beş) manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı Qusar rayonu, Quxuroba ərazi dairəsində, Quxuroba kəndində yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qusar rayon icra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Qusar rayonu, Quxuroba ərazi dairəsində, Quxuroba kəndində yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qusar rayon icra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd oval formalı 2 tonluq plastik su çəni və 01 ədəd Çin istehsalı işıq generatorunun zərərçəkmiş hüquqi şəxsin şəxsin nümayəndəsi Nümayəndə təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada hər birindən 25 (iyirmi beş) manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №1(029)-52/2024
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-52/2024
20.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver