Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-53/2023 01.11.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 iştirakları ilə, , xx.xx.2001-ci ildə Qusar rayonu, Hil kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş (Füzuli Hərbi Məhkəməsinin 11 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona 01 il 03 ay sınaq müddəti müəyyən edilməklə təyin edilmiş cəzası şərti hesab edilmiş, Qusar rayon məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1, 69.3, 70, 71.5-ci maddələrinə əsasən qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay 05 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona 03 il sınaq müddəti müəyyən edilməklə təyin edilmiş cəzası şərti hesab edilmiş) məhkumluğu ödənilməmiş, Qusar rayonu Hil kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Eyvaz oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Eyvaz oğlu 24 fevral 2023-cü il tarixdə, saat 01 radələrində Qusar rayonu, Hil kəndində yerləşən Zərərçəkmiş şəxs1 mərhum atasına məxsus evin həyətinə hasardan tullanıb qanunsuz daxil olaraq evin birinci mərtəbəsindəki anbar otağına giriş qapısından girib oradan dəyəri 30 manat SSRİ istehsallı, misdən hazırlanmış, diametri 70 sm, dərinliyi 3 sm olan 01 ədəd sini, dəyəri 150 manat SSRİ istehsallı, misdən hazırlanmış, təxminən 15 litr su tutumlu 01 ədəd səhəng, ümumi dəyəri 200 manat SSRİ istehsallı, misdən hazırlanmış, təxminən 10 litr su tutumlu 02 ədəd səhənglər, dəyəri 150 manat SSRİ istehsallı, misdən hazırlanmış, çəkisi təxminən 15 kq olan 01 ədəd qazan və dəyəri 100 manat SSRİ istehsallı, misdən hazırlanmış, çəkisi təxminən 10 kq olan 01 ədəd qazanı gizli yolla talamaqla oğurlayaraq Zərərçəkmiş şəxs1 cəmi 630 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra o, təkrarən xx.xx.2023-cü il tarixdə saat 01 radələrində Qusar rayonu, Hil kəndində yerləşən Zərərçəkmiş şəxs3 mərhum atasına məxsus evin həyətinə hasardan tullanıb qanunsuz daxil olaraq evin birinci mərtəbəsindəki anbar otağına giriş qapısından girib oradan dəyəri 70 manat SSRİ istehsallı, alüminiumdan hazırlanmış, 40 litr su tutumlu 01 ədəd su bidonu, dəyəri 150 manat SSRİ istehsallı, misdən hazırlanmış, təxminən 15 litr su tutumlu 01 ədəd səhəng və ümumi dəyəri 240 manat SSRİ istehsallı, misdən hazırlanmış, təxminən 12 litr su tutumlu 02 ədəd səhəngləri gizli yolla talamaqla oğurlayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 cəmi 460 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra o, təkrarən xx.xx.2023-cü il tarixdə saat 01 radələrində Qusar rayonu, Hil kəndində yerləşən Zərərçəkmiş şəxs2 mərhum atasına məxsus evin həyətinə hasardan tullanıb qanunsuz daxil olaraq evin birinci mərtəbəsindəki eyvan otağına giriş qapısından girib oradan dəyəri 70 manat SSRİ istehsallı, alüminiumdan hazırlanmış, 40 litr su tutumlu 01 ədəd su bidonu və dəyəri 150 manat SSRİ istehsallı, misdən hazırlanmış, təxminən 15 litr su tutumlu 01 ədəd səhəngi gizli yolla talamaqla oğurlayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 cəmi 220 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra o, təkrarən xx.xx.2023-cü il tarixdə saat 01 radələrində Qusar rayonu, Hil kəndində yerləşən Zərərçəkmiş şəxs4 məxsus evin həyətinə hasardan tullanıb qanunsuz daxil olaraq evin birinci mərtəbəsindəki anbar otağına giriş qapısından girib oradan sonuncuya məxsus dəyəri 150 manat SSRİ istehsallı, misdən hazırlanmış, təxminən 15 litr su tutumlu 01 ədəd səhəng, dəyəri 40 manat SSRİ istehsallı, misdən hazırlanmış, çəkisi təxminən 4 kq olan 01 ədəd qazan və dəyəri 35 manat SSRİ istehsallı, misdən hazırlanmış, təxminən 15 litr su tutumlu, altı deşilmiş 01 ədəd səhəngi gizli yolla talamaqla oğurlayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 cəmi 225 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Eyvaz oğlu təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddəsi ilə özünü təqsirli bilərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 23 fevral 2023-cü il tarixdə axşam radələrində nənəsi Məktubənin evindən qayıdan zaman yol üstü Əlinənin mərhum atası Zahiddinin evindən keçən zaman evdə heç kimin olmadığını görüb oradan oğurluq etmək qərarına gəlmişdir. 24 fevral 2023cü il tarixdə gecə radələrində valideynlərinin yatdığını görüb xəbərsiz evdən çıxmış, piyada Əlinənin mərhum atasının evinə tərəf getmişdir. 24 fevral 2023-cü il tarixdə saat 01 radələrində ətrafda heç kimin olmadığını görüb evin arxa tərəfinə keçərək, dəmir tordan tullanıb həyətə daxil olmuş, daha sonra isə evin həyətində olan dəmir parçası ilə evin birinci mərtəbəsindəki anbar otağın qapısını açaraq içəri girmişdir. Bundan sonra o anbar otağından misdən hazırlanmış, 01 ədəd sini, 03 ədəd səhənglər və 02 ədəd qazanı hissəhissə olmaqla 3 dəfəyə evin həyətindən çıxardıb yaxınlıqda yerləşən qəbirstanlığa, oradan isə həmin oğurladığı əşyaları hissə-hissə olmaqla 3 dəfəyə nənəsi Məktubənin evinə aparmış, onun xəbəri olmadan evin birinci mərtəbəsində gizlədib, daha sonra isə çıxıb öz evinə qayıtmışdır. 24 fevral 2023-cü il tarixdə axşam radələrində evinə qayıdan zaman yaxınlıqda yerləşən Hacıməhəmmədin mərhum atası İslaməddinin evin yanında keçən zaman orada heç kimin yaşamadığını görüb oradan oğurluq etmək qərarına gəlmişdir. 25 fevral 2023-cü il tarixdə saat 00:30 radələrində valideynlərinin yatdığını görüb xəbərsiz evdən çıxıb, piyada Hacıməhəmmədin mərhum atasının evinə tərəf getmiş, 25 fevral 2023cü il tarixdə saat 01 radələrində ətrafda heç kimin olmadığını görüb hasardan tullanıb həyətə daxil olmuş, daha sonra isə evin həyətində olan dəmir parçası ilə evin birinci mərtəbəsindəki anbar otağın qapısını açaraq içəri girmişdir. Bundan sonra o anbar otağından alüminiumdan hazırlanmış 01 ədəd su bidonu və misdən hazırlanmış 03 ədəd səhəngləri hissə-hissə olmaqla 2 dəfəyə evin həyətindən çıxardıb hissə-hissə olmaqla 2 dəfəyə nənəsi Məktubənin evinə aparmış, onun xəbəri olmadan evin birinci mərtəbəsində gizlətmiş, daha sonra isə çıxıb öz evinə qayıtmışdır. 25 fevral 2023-cü il tarixdə axşam radələrində evinə qayıdan zaman yaxınlıqda yerləşən Şəkufənin mərhum atası Xeyirbəyin evin yanından keçən zaman orada heç kimin yaşamadığını görüb oradan oğurluq etmək qərarına gəlmişdir. 26 fevral 2023-cü il tarixdə saat 00:30 radələrində valideynlərinin yatdığını görüb xəbərsiz evdən çıxmış, piyada Şəkufənin mərhum atasının evinə tərəf getmişdir. 26 fevral 2023-cü il tarixdə saat 01 radələrində ətrafda heç kimin olmadığını görüb hasardan tullanıb həyətə daxil olmuş, daha sonra isə evin həyətində olan dəmir parçası ilə evin birinci mərtəbəsindəki eyvan otağın qapısının qıfılını açaraq içəri girmişdir. Bundan sonra alüminiumdan hazırlanmış 01 ədəd su bidonu və misdən hazırlanmış 01 ədəd səhəngi evin həyətindən çıxarmış nənəsi Məktubənin evinə aparmış, onun xəbəri olmadan evin birinci mərtəbəsində gizlətmiş, daha sonra isə çıxıb öz evinə qayıtmışdır. 26 fevral 2023-cü il tarixdə günorta radələrində taksi sürücüsü işləyən tanışı Rantikə zəng etmiş, ondan nənəsi Məktubənin evinə gəlməsinə xahiş etmiş, Rantik də öz razılığını verərək, idarə etdiyi “Vaz 2107” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Məktubənin evinə gəlmişdir. Həmin vaxt o Rantiki qarşılamış, daha sonra isə oğurladığı əşyaların böyük bir hissəsini onun idarə etdiyi avtomobilin yük hissəsinə yükləmiş, yalandan həmin mis səhəng, qazan və digər əşyaları kənd camaatından yığdığını bildirərək onları satmaq üçün Xaçmaz şəhərinə aparmasını xahiş etmiş, Rantik də ona inanaraq onunla birlikdə Xaçmaz şəhərinə getmişdir. Onlar Xaçmaz şəhərinə getmiş və oğurladığı mis əşyaların bir hissəsini Təbrizə özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etməklə satmış, o, isə ona cəmi 320 manat pul vermişdir. Daha sonra isə Rantiklə birlikdə Qusar rayonu, Hil kəndinə qayıtmış və ona yol haqqı kimi 50 manat pul vermişdir, qalıq qalan pulu isə şəxsi ehtiyyaclarına xərcləmişdir. 01 mart 2023-cü il tarixdən 02 mart 2023-cü il tarixdə keçən gecə yaxınlıqda yerləşən İfadəyə məxsus evindən də oğurluq etmək qərarına gəlmiş, onun evinə tərəf getmişdir. 02 mart 2023-cü il tarixdə saat 01 radələrində ətrafda heç kimin olmadığını görüb hasardan tullanıb həyətə daxil olmuş, daha sonra isə evin həyətində olan dəmir parçası ilə evin birinci mərtəbəsindəki anbar otağın qapısının qıfılını sındıraraq içəri girmişdir. Bundan sonra o anbardan misdən hazırlanmış 02 ədəd səhəng 01 ədəd qazanı evin həyətindən çıxarmış nənəsi Məktubənin evinə aparmış, onun xəbəri olmadan evin birinci mərtəbəsində gizlətmiş, daha sonra isə çıxıb öz evinə qayıtmışdır. 04 mart 2023-cü il tarixdə günorta radələrində taksi sürücüsü işləyən tanışı Rantikə zəng etmiş, ondan nənəsi Məktubənin evinə gəlməsinə xahiş etmiş, o da öz razılığını verərək, idarə etdiyi “Vaz 2107” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Məktubənin evinə gəlmişdir. Həmin vaxt o Rantiki qarşılayıb, daha sonra isə oğurladığı əşyaların qalıq qalan hissəsini onun idarə etdiyi avtomobilin yük hissəsinə yükləmiş, onları satmaq üçün Xaçmaz şəhərinə aparmasını xahiş etmişdir, Rantik də ona inanaraq onunla birlikdə Xaçmaz şəhərinə getmişdir.Sonra onlar Xaçmaz şəhərinə getmiş və oğurladığı mis əşyaların qalıq qalan hissəsini Təbrizə özünə məxsus şəxsiyyət vəsiqəni təqdim etməklə satmışdır, o, isə ona 260 manat pul vermişdir. Daha sonra isə Rantiklə birlikdə Qusar rayonu, Hil kəndinə qayıtmış və ona yol haqqı kimi 50 manat pul vermişdir, qalıq qalan pulu isə öz şəxsi ehtiyyaclarna xərcləmişdir. İbtida istintaq zamanı ona qarşı heç bir fiziki və ya psixi təzyiq olunmamışdır. Hal-hazırda törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Eyvaz oğlu Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Qusar rayonu, Hil kəndində yerləşən mərhum atası Zahiddinə məxsus fərdi yaşayış evi ona verilsə də, daimi olaraq öz ailəsi ilə birlikdə ərinin evində yaşamış, mərhum atasından ona qalmış evə isə ayda 1-2 dəfə getmiş, orada təmizlik işləri görməklə, nəzarət etmişdir. 20 yanvar 2023-cü il tarixdə o mərhum atasından qalmış evə getmiş, orada təmizlik işləri görmüşdür. 28 fevral 2023-cü il tarixdə isə o həmin ünvana təkrar gedən zaman evin birinci mərtəbəsində olan anbar kimi istifadə edilən otaqdan SSRİ istehsallı, misdən hazırlanmış, diametri 70 sm, dərinliyi 3 sm olan 01 ədəd sininin, SSRİ istehsallı, misdən hazırlanmış, təxminən 15 litr su tutumlu 01 ədəd səhəngin, SSRİ istehsallı, misdən hazırlanmış, təxminən 10 litr su tutumlu 02 ədəd səhəngin, SSRİ istehsallı, misdən hazırlanmış, çəkisi təxminən 15 kq olan 01 ədəd qazanın və SSRİ istehsallı, misdən hazırlanmış, çəkisi təxminən 15 kq olan 01 ədəd qazanın oğurlandığını görüb, həmin oğurluq hadisəsinin törətmiş şəxsin qonşulardan birinin olduğunu güman etmiş, həmin şəxsi özü tapmaq qərarına gəlmiş, lakin tapa bilməmişdir. xx.xx.2023-cü il tarixdə isə o baş vermiş oğurluq hadisə ilə bağlı Qusar RPŞ-nə müraciət etmişdir. Bundan sonra Qusar RPŞ-də ona məlum olmuşdur ki, onun mərhum atasının evindən, həmçinin bir sıra həmkəndlilərinin evlərindən də oğurluq etmiş şəxs Qusar rayonu, Hil kənd sakini Təqsirləndirilən şəxsdur. Oğurlanmış əşyalar ona valideynlərindən yadigar qalmışdır, o həmin əşyaları tələb edir. Vurulmuş olan maddi ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Qusar rayonu, Hil kəndində yerləşən fərdi yaşayış evi olsa da, daimi olaraq öz ailəsi ilə birlikdə Sumqayıt şəhərində yaşayır. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs4 öz ailəsi ilə birlikdə Qusar rayonu Hil kəndində yerləşən evinə qayıtmış və növbəti gün çıxıb Sumqayıt şəhərinə qayıtmışdır. xx.xx.2023-cü il tarixdə o Qusar rayonu, Hil kəndində yerləşən evinə baxış keçirmək üçün qayıdan zaman evin birinci mərtəbəsindəki otaqların qıfılların sındırılmış vəziyyətdə olduğunu görmüş, otaqlara baxış keçirtmişdir. Həmin vaxt evin birinci mərtəbəsindəki anbar kimi istifadə edilən otaqdan SSRİ istehsallı dəmirdən hazırlanmış, təxminən 15 litr su tutumlu 01 ədəd səhəng, çəkisi təxminən 4 kq olan 01 ədəd qazan və təxminən 15 litr su tutumlu, altı deşilmiş 01 ədəd səhəngin oğurlandığını görmüş, digər otaqdan isə hər hansı bir əşya oğurlanmamışdır. Bundan sonra o evin birinci mərtəbəsindəki otaqların sınmış qıfılların yerinə təzə qıfıllar almış, daha sonra isə ərizə ilə Qusar RPŞ-nə müraciət etmişdir. Bundan sonra Qusar RPŞdə ona məlum olmuşdur ki, onun evindən, həmçinin bir sıra həmkəndlilərin evlərindən də oğurluq etmiş şəxs Qusar rayonu, Hil kənd sakini Təqsirləndirilən şəxsdur. Vurulmuş olan maddi ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Qusar rayonu, Hil kəndində yerləşən mərhum atası Xeyirbəyə məxsus fərdi yaşayış evi ona verilsə də, daimi olaraq öz ailəsi ilə birlikdə əri evində yaşayır, mərhum atasından ona qalıb evə isə arada bir gedib, nəzarət etmişdir. Təxminən 2022-ci ilin noyabr ayında o mərhum atasından qalmış evə gedib, hər hansı şübhə doğuran hal aşkar etməmişdir. xx.xx.2023-cü il tarixdə isə o həmin ünvana təkrar gedən zaman evin birinci mərtəbəsində olan eyvan otağından SSRİ istehsallı, alüminiumdan hazırlanmış, 40 litr su tutumlu 01 ədəd su bidonu və SSRİ istehsallı, misdən hazırlanmış, təxminən 15 litr su tutumlu 01 ədəd səhəngin oğurlandığını görüb, həmin oğurluq hadisəsinin törətmiş şəxsin qonşulardan birinin olduğunu güman edib, həmin şəxsi özü tapmaq qərarına gəlmişdir. xx.xx.2023-cü il tarixdə isə Qusar RPŞdə ona məlum olmuşdur ki, onu mərhum atasının evindən, həmçinin bir sıra həmkəndlilərin evlərindən də oğurluq etmiş şəxs Qusar rayonu, Hil kənd sakini Təqsirləndirilən şəxsdur. Vurulmuş olan maddi ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki,Qusar rayonu, Hil kəndində yerləşən mərhum atası İslaməddinə məxsus fərdi yaşayış evi ona verilsə də, daimi olaraq öz ailəsi ilə birlikdə öz evində yaşayır, mərhum atasından ona qalmış evə isə ayda 1-2 dəfə gedib, nəzarət etmişdir. Təxminən xx.xx.2023-cü il tarixdə o mərhum atasından qalmış evə gedib, hər hansı şübhə doğuran hal aşkar etməmişdir. xx.xx.2023-cü il tarixdə isə o həmin ünvana təkrar gedən zaman evin birinci mərtəbəsində olan anbar kimi istifadə edilən otaqdan SSRİ istehsallı, alüminiumdan hazırlanmış, 40 litr su tutumlu 01 ədəd su bidonu, SSRİ istehsallı, misdən hazırlanmış, təxminən 15 litr su tutumlu 01 ədəd səhəngin və təxminən 12 litr su tutumlu 02 ədəd səhəngin oğurlandığını görüb, həmin oğurluq hadisəsinin törətmiş şəxsin qonşulardan birinin olduğunu güman edib, həmin şəxsi özü tapmaq qərarına gəlmişdir. 07 mart 2023-cü il tarixdə isə Qusar RPŞ-də ona məlum olmuşdur ki, onun mərhum atasının evindən, həmçinin bir sıra həmkəndlilərin evlərindən də oğurluq etmiş şəxs Qusar rayonu, Hil kənd sakini Təqsirləndirilən şəxsdur. Vurulmuş olan maddi ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, taksi sürücüsü kimi işləyərək öz ailəsini dolandırır. Təxminən 2022-ci ilin axırlarında Qusar şəhər Avtovağzalında Qusar rayonu, Hil kənd sakini Təqsirləndirilən şəxsla tanış olmuş, sonuncu bir neçə dəfə onun idarə etdiyi avtomobilə müştəri kimi oturaraq müxtəlif ünvanlara getmişdir. xx.xx.2023-cü il tarixdə günorta radələrində evdə olan zaman Təqsirləndirilən şəxs ona zəng edib, Qusar rayonu, Hil kəndində yerləşən nənəsinin evinə gəlməsini xahiş etmiş, o da öz razılığını vermiş, idarə etdiyi “VAZ 2107” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Təqsirləndirilən şəxs nənəsinin evinə gedən zaman, sonuncu evin yanında onu qarşılamış, daha sonra isə evin həyətindən 01 ədəd kisədə müxtəlif misdən hazırlanmış səhəng, qazan və digər əşyaları avtomobilin yük hissəsinə yükləmiş və onları satmaq üçün Xaçmaz şəhərinə aparmasını xahiş etmişdir. Həmin vaxt o qeyd olunan misdən olan əşyaların oğurluq olub-olmamasını soruşan zaman, Dadaşbala ona həmin əşyaları kənd camaatından ucuz qiymətə aldığını bildirmiş, o da sonuncuya inanmışdır. Bundan sonra onlar Xaçmaz şəhərinə getmiş, Dadaşbala avtomobildən düşüb yük hissəsində olan misdən olan əşyaları özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etməklə satmış və bunun müqabilində 320 manat pul almışdır. Daha sonra isə onlar birlikdə Qusar rayonu, Hil kəndinə qayıtmış və Dadaşbala ona yol haqqı kimi 40 manat pul vermişdir. xx.xx.2023-cü il tarixdə günorta radələrində evdə olan zaman Dadaşbala ona zəng edib, Qusar rayonu, Hil kəndində yerləşən nənəsinin evinə gəlməsini xahiş etmiş, o da öz razılığını vermiş, idarə etdiyi avtomobillə Dadaşbalanın nənəsinin evinə gedən zaman, sonuncu evin yanında onu qarşılamış, sonra isə evin həyətindən 01 ədəd kisədə müxtəlif misdən hazırlanmış səhəng, qazan və digər əşyaların avtomobilin yük hissəsinə yükləmiş və onları satmaq üçün Xaçmaz şəhərinə aparmasını xahiş etmişdir. Sonra onlar Xaçmaz şəhərinə getmiş, Dadaşbala avtomobildən düşüb yük hissəsində olan misdən olan əşyaları özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etməklə satmış və bunun müqabilində 260 manat pul almışdır. Sonra isə onlar birlikdə Qusar rayonu, Hil kəndinə qayıtmış və Dadaşbala ona yol haqqı kimi 40 manat pul vermişdir. Sonra Qusar RPŞ-də ona məlum olmuşdur ki, Dadaşbalanın satdığı misdən olan əşyalar oğurluq olmuş, lakin buna baxmayaraq onun bununla bağlı əvvəlcədən heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, təxminən 1 ildir Xaçmaz şəhərində yerləşən sexlərin birində metal qəbulu ilə məşğul olaraq öz ailəsini dolandırmışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 15-16 radələrində sexdə olan zaman əvvəllər tanımadığı Təqsirləndirilən şəxs “VAZ 2107” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobildə gələrək, avtomobilin yük hissəsindən misdən hazırlanmış, işlək vəziyyətdə olan səhəng, qazan, sini və digər əşyaları kənd camaatından yığdığını bildirirək, yalandan həmin əşyaların oğurluq olmadığını bildirərək öz şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Həmin vaxt o, Dadaşbalanm şəxsiyyət vəsiqəsinin, gəldiyi avtomobilin və təqdim etdiyi misdən olan əşyakarın şəkillərini çəkmiş və qeyd olunan əşyalara görə sonuncuya 320 manat pul vermişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 15-16 radələrində Dadaşbala təkrar “VAZ 2107” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobildə gələrək, avtomobilin yük hissəsindən misdən hazırlanmış, işlək vəziyyətdə olan səhəng, qazan, sini və digər əşyaları kənd camaatından yığdığını bildirirərək, yalandan həmin əşyaların oğurluq olmadığını bildirərək öz şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Həmin vaxt o, Dadaşbalanm şəxsiyyət vəsiqəsinin, gəldiyi avtomobilin və təqdim etdiyi misdən olan əşyakarın şəkillərini çəkmiş və qeyd olunan əşyalara görə sonuncuya 260 manat pul vermişdir. Bundan bir müddət sonra Qusar RPŞ- də ona məlum olmuşdur ki, Dadaşbalanm təqdim etdiyi əşyalar oğurluqdur, buna baxmayaraq onun bununla bağlı əvvəlcədən heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023- cü il tarixli, 9/2137 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış əşyaların 2023-cü ilin fevral-mart aylarında respublika daxili orta bazar qiymətləri aşağıdakı kimi müəyyən edilmişdir; - SSRİ istehsallı, misdən hazırlanmış, diametri 70 sm, dərinliyi 3 sm olan, istifadə edilmiş və istismara yararlı 01 ədəd sininin dəyəri 30 manat: SSRİ istehsallı, misdən hazırlanmış, təxminən 15 litr su tutumlu, istifadə edilmiş və istismara yararlı 01 ədəd səhəngin dəyəri 150 manat: SSRİ istehsallı, misdən hazırlanmış, təxminən 12 litr su tutumlu, istifadə edilmiş və istismara yararlı 01 ədəd səhəngin dəyəri 120 manat: SSRİ istehsallı, misdən hazırlanmış, təxminən 10 litr su tutumlu, istifadə edilmiş və istismara yararlı 01 ədəd səhəngin dəyəri 100 manat: SSRİ istehsallı, misdən hazırlanmış, çəkisi təxminən 15 kq olan, istifadə edilmiş və istismara yararlı 01 ədəd qazanın dəyəri 150 manat: SSRİ istehsallı, misdən hazırlanmış, çəkisi təxminən 10 kq olan, istifadə edilmiş və istismara yararlı 01 ədəd qazanın dəyəri 100 manat: SSRİ istehsallı, alüminiumdan hazırlanmış, 40 litr su tutumlu, istifadə edilmiş və istismara yararlı 01 ədəd su bidonunun dəyəri 70 manat: SSRİ istehsallı, misdən hazırlanmış, təxminən 15 litr su tutumlu, istifadə edilmiş və istismara yararlı 01 ədəd səhəngin dəyəri 150 manat: SSRİ istehsallı, misdən hazırlanmış, təxminən 10 litr su tutumlu, istifadə edilmiş, altı deşilmiş və qismən istismara yararlı 01 ədəd səhəngin dəyəri 35 manat: SSRİ istehsallı, misdən hazırlanmış, çəkisi təxminən 4 kq olan, istifadə edilmiş və istismara yararlı 01 ədəd qazanın dəyəri 40 manat təşkil edir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış ambulator məhkəmə-psixiatrik ekspertizasının 01 aprel 2023-cü il tarixli, 834 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işinin materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs 01 yanvar 2023-cü il tarixdən 09 mart 2023-cü il tarixi daxil olmaqla olan müddət ərzində hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmayıb.Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur və istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə həkim narkoloqun və psixiatrın qeydiyyatında yoxdur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Eyvaz oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddəsi müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur, həmçinin təqsirləndirildiyi CM-nin 177.2.2, 177.2.3-cü maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi analoji (talama) cinayətlərini törətmiş və üç dəfə ayrı-ayrılıqda məhkəmə ona təyin edilmiş cəzanı şərti hesab etməklə sınaq müddəti təyin etmişdir. İş materiallarından görünür ki, şəxs sınaq müddəti bitmədən analoji cinayətləri törətmiş və islah olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyi halda cəzanın məqsədi təmin edilə bilməz. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Qusar rayon məhkəməsinin 07 noyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona 01 il sınaq müddəti müəyyən edilməklə təyin edilmiş cəzası şərti hesab edilmişdir. xx.xx.2018-ci il tarixdə sınaq müddəti bitdiyindən qeydiyyatdan çıxarılmışdır. Bundan başqa o, Füzuli Hərbi Məhkəməsinin 11 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona 01 il 03 ay sınaq müddəti müəyyən edilməklə təyin edilmiş cəzası şərti hesab edilmişdir. Qusar rayon məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq CM-nin 67.1, 69.3, 70, 71.5-ci maddələrinə əsasən qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay 05 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona 03 il sınaq müddəti müəyyən edilməklə təyin edilmiş cəzası şərti hesab edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs sınaq müddətinin sonu 11 oktyabr 2025-ci il tarixdir. Cinayət Məcəlləsinin 18.2, 18.2.1-ci maddələrinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. Həmin Məcəllənin 83.3, 83.3.1-ci maddələrinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində - sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər Qusar rayon məhkəməsinin 07 noyabr 2017-ci il tarixli hökmü ilə qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona 01 il sınaq müddəti müəyyən edilməklə təyin edilmiş cəzası şərti hesab edilmiş, xx.xx.2018-ci il tarixdə sınaq müddəti bitdiyindən qeydiyyatdan çıxarılmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Qusar rayon məhkəməsinin 07 noyabr 2017-ci il tarixli hökmü ilə təyin edilmiş cəzası xx.xx.2018-ci il tarixdə sınaq müddəti bitdiyindən qeydiyyatdan çıxarıldığına görə CM-nin 83.3, 83.3.1-ci maddələrinə əsasən məhkumluğu ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs barəsində olan Füzuli Hərbi Məhkəməsinin 11 mart 2021-ci il tarixli və Qusar rayon məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəzalara münasibətdə isə məhkəmə hesab edir ki, CM-nin 83-cü maddəsinə əsasən onun məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs təyin edilmiş şərti məhkum etmə üzrə sınaq müddətinin axımı hökm qanuni qüvvəyə mindiyi vaxtdan başlamışdır. Həmin şəxs ona istinad olunan cinayət əməllərini isə məhz həmin hökmlə barəsində tətbiq edilmiş şərti məhkum etmə dövründə, sınaq müddəti başa çatmadan və məhkumluğu ödənilmədən törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs yuxarıda göstərilən hər iki hökm üzrə məhkumluğu ödənilməmiş və belə olan halda cinayətlərin təhlükəli residivi yaranır, ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən təhlükəli residivə görə cəza təyin edilməsini nəzərdə tutulan qaydalar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsində göstərilən hallar istisna olmaqla, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə müvafiq olaraq həmin Məcəllənin 70 və 79-cu maddələrinə əsasən azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş və ya azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınmış şəxsin yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Göründüyü kimi, Təqsirləndirilən şəxs iki dəfə əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin cəzaları CM-nin 70-ci maddəsinə əsasən şərti hesab edilmiş, sınaq müddəti bitmədən yenidən qəsdən cinayət törətmişdir. Məhkəmə hesab edir ki, CM-nin 83.3, 83.3.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş, onun əməlində CM-nin 18.2, 18.2.1-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivi var. Residiv yeni bir cinayətin törədilməsindən daha qəliz hadisə olduğundan, burada növbəti cinayətin (residivin) baş verə biləcəyi zaman sərhədini dəqiq müəyyən etmək çox vacibdir. Bu sərhəd qismində isə şəxsin məhkumluğu çıxış edir. Məhz məhkumluğun mövcudluğu şəxsin hərəkətlərində residivin olub-olmamasını müəyyən etməyə imkan verir. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi olduğuna görə ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin üçdə ikisindən az olmamalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluq cinayət törətmiş şəxslə dövlət arasında xüsusi cinayət-hüquqi münasibətlərin yaranmasına səbəb olur. Məhkumluğun mahiyyəti ondan ibarətdir ki, cəzasını çəkmiş şəxs yeni cinayət törətmə şübhəsi altında qalmaqda davam edir və şəxsin yeni cinayət törətməsi halında onun məhkumluğu əlavə cinayət-hüquqi yüklülüyün yaranması üçün əsas olur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, şərti məhkumetmə təyin olunarkən məhkəmə tərəfindən müəyyən olunmuş sınaq müddəti ərzində şəxs tərəfindən yeni cinayətin törədilməsi ilə bağlı məsələyə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi vacib hesab edir ki, sınaq müddəti ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Həmin müddət ərzində məhkum tərəfindən yeni cinayət əməlinin törədilməsi müvafiq əsaslar olduqda, cinayət qanununun tələblərinə uyğun şəxs barəsində şərti məhkumetmənin ləğv edilməsi və ona Cinayət Məcəlləsinin 67-ci maddəsi ilə hökmlərin məcmusu üzrə cəza təyin edilməsi üçün əsasdır (Cinayət Məcəlləsinin 70.3, 71.4 və 71.5-ci maddələri). Məhkəmə hesab edir ki, hazırda Təqsirləndirilən şəxs barəsində olan Qusar rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmlə ona təyin edilmiş şərti məhkum etmə ləğv edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Qusar rayon İHB-nın Hil kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 15 dekabr 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. İş materiallarında olan xidməti xasiyyətnamədən görünür ki, 2-tabor 120 minbat 1-ci taqım 2-ci manqasının baş tuşlayıcı vəzifəsində xidmət edən əsgər Təqsirləndirilən şəxs xidmət etdiyi müddət ərzində özünü olduqca bacarıqlı, təşəbbüskar, nizam-intizamlı, işgüzar, vətənpərvər hərbi qulluqçu kimi göstərmişdir. Öz xidməti vəzifəsinə məsuliyyətlə yanaşıb tutduğu vəzifənin öhdəsindən layiqincə gəlib və bunun üçün bütün bilik və bacarığını əsirgəməmişdir. Döyüş və ictimai-siyasi hazırlıq dərslərində fərqlənibdir. Özünə qarşı tələbkardır, öz üzərində çalışır və tutulan iradlardan nəticə çıxarır. Sıra hazırlığı yüksək səviyyədədir və özünün zahiri görkəminə layiqincə diqqət yetiribdir. Günün nizam qaydalarına düzgün riayət edib və xidmət müddətində komandirlərin və rəislərin əmr və sərəncamlarını sözsüz, dəqiq və vaxtında yerinə yetiribdir. Komandirlərə və rəislərə, əsgər heyətinə hörmət göstərir. Hərbi nəzakət və davranış qaydalarına ciddi əməl edir. Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına mütləq riayət etmişdir. Hərbi andın, nizamnamələrin və əmrlərin tələblərini sözsüz yerinə yetirmişdir. Yuxarıda göstərilən müsbət keyfiyyətləri onun hərbi hissənin hərbi qulluqçuları arasında dərin nüfuz və hörmət qazanmasına gətirib çıxarmışdır. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N nömrəli hərbi hissənin iştirak etdiyi döyüş əməliyyatlarında iştirak etmişdir. Hərbi və dövlət sirlərini qorumağı bacarır, fiziki və əqli cəhətdən sağlamdır. İş materiallarında olan 30 dekabr 2020-ci il tarixli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs “hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif edilmişdir. İş materiallarında olan 21 yanvar 2021-ci il tarixli Mİ 008693 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Qarabağ Müharibəsi iştirakçısıdır. İş materiallarında olan 78126 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Vətən Müharibəsi X1 üzvüdür. İş materiallarında olan olan Qusar rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs məxsus SX ******* saylı hərbi biletin surətindən görünür ki, o, Vətən Müharibəsi iştirakçısı olmaqla Füzuli, Cəbrayıl və Şuşa istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, törətdiyi cinayət əməlindən səmimi peşman olmasını şəxsiyyəti müsbət xarakterizə edən hal kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs “hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif edilməsini, Azərbaycan Qarabağ Müharibəsi iştirakçısı olmasını, Azərbaycan Vətən Müharibəsi X1 üzvü olmasını, Vətən Müharibəsi iştirakçısı olmaqla Füzuli, Cəbrayıl və Şuşa istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etməsini CM-nin 59.2-ci maddəsinə cəzanı yüngülləşdirən digər hal kimi nəzərə alır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi onun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikasının CM-nin 71.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Qusar rayon məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli hökmü ilə 03 il sınaq müddətə müddətə şərti məhkum etmə ləğv edilməlidir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Qusar rayon məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 03 (üç) il 08 (səkkiz) ay 05 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası cəzası hazırkı hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddələrinə görə azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 yanvar 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin “xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə” müddəası həm qadın, həm də kişi məhkumlara aiddir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli mövcud olsa da, əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmədiyinə görə təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəndə çəkməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 mart 2023-cü il tarixdə tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Qusar rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 08 mart 2023-cü il tarixdən hesablanmışdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır, tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı 08 mart 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1,Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs qarşı mülki iddia verməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə işin faktiki hallarına və araşdırılmış sübutlara istinad edərək zərərçəkmiş şəxslərə mülki iddia ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsini əsaslı sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilmədir. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan 01 ədəd səhəng hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs4 qaytarılmalı, 06 ədəd fotoşəkillər isə cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197,198, 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 3 (üç) il 9 doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 71.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Qusar rayon məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli hökmü ilə CM-nin 67.1, 69.3-cü maddələrinə əsasən ona təyin edilmiş 03 (üç) il 08 (səkkiz) ay 05 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasının 03 il sınaq müddəti müəyyən edilməklə şərti məhkum etməsi ləğv edilsin. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Qusar rayon məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il 08 (səkkiz) ay 05 (beş) gün müddətə azadlıqdan məhrum etmə qəti cəza hazırkı hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə ona qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı 08 mart 2023-cü il tarixdən hesablansın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan 01 ədəd səhəng hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs4 qaytarılsın, 06 ədəd fotoşəkillər isə cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1,Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs qarşı maddi ziyanın ödənilməsi tələbinə dair müvafiq məhkəmədə mülki iddia qaldırmaq hüququnun olması izah edilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Qusar rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Əli Cəlilov
Məhkəmə qərarları › İş №1(029)-53/2023
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-53/2023
01.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver