Məhkəmə qərarları › İş №1(029)-53/2025

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-53/2025

12.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-53/2025 12.11.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1989-cu il tarixdə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.2.1 və 221.2.2-ci madələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 23 radələrində Qusar şəhəri, Ç.Qurbanov küçəsində yerləşən Zərərçəkmiş şəxs1 icarəyə götürdüyü “X5” adlanan kafedə, həmin kafedə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, ofisiant işləyən Zərərçəkmiş şəxs2 heç bir səbəb olmadan ucadan nalayiq ifadələrlə təhqir etmiş və heç bir əsaslı səbəb olmadan şəxslərin gözü qarşısında ona qarşı nalayiq ifadələr işlədərək özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək üçün ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuraraq, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozaraq, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqda, bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik edərək, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verərək qəsdən itələyərək sonuncuya “sağ əlin İİİ barmağında əzilmiş yara“ ilə ifadə olunan sağlamlığa zərər vurmayan qəsdən dərəcəsi təyin edilməyən zərər yetirmiş, bundan sonra o, təkrarən kafedə olan masanı aşıraraq üzərindəki qabları sındırmış, daha sonra kafenin bar hissəsini aşırdaraq orada olan qəlyan və digər qabları sındırmış, həmin vaxt orada ofisiant işləyən ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən Zərərçəkmiş şəxs3 onu sakitləşdirmək istədiyi zaman qərəzli hərəkətlərini davam etdirərək, Zərərçəkmiş şəxs3 həmin kafedə heç bir səbəb olmadan nalayiq ifadələrlə təhqir etmiş, ictimai qaydanı kobud surətdə pozmuş, özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək üçün ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuraraq, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozaraq, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqda, bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik edərək, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verərək, qəsdən itələyərək yerə yıxaraq təpik zərbələri ilə vuraraq sonuncuya “üst dodağın selikli qişasında əzilmiş yara, sağ kürək altı nahiyədə və sol budda qançır, sağ əlin baş barmağında dırnağın ucunun hissəvi qopması və səthi əzilmiş yara, sağ bayır topuqda sıyrıq” ilə ifadə olunan qəsdən sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən zərər yetirib qərəzli hərəkətlərini təxminən 20-30 dəqiqə müddət ərzində davam etdirərək xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, xx.xx.2024-ci il tarixdə, saat 20:30 radələrində Qusar şəhəri, Ç.Qurbanov küçəsində yerləşən “X5”nə getmiş, orada pivə sifariş verib masa arxasında əyləşmiş, sifarişi Aytac adlı ofisiant qız gətirmiş və pivə içməyə başlamışdır. Bundan təxminən 2-3 saat sonra tanışları Elvin, Famil və Fərman adlı şəxslər də həmin kafeyə gəlmiş və onun əyləşdiyi masada əyləşmişlər. Bundan sonra Elvin özləri üçün pivə sifariş vermiş, birlikdə pivə içməyə davam etmişlər. Təxminən 15-20 dəqiqə pivə içib-söhbət etdikdən sonra Elvin yüksək səslə söyüş söyməyə başlamış, Elvinə söyüş söyməməsini demiş, bu zaman kafenin administratoru Taleh adlı şəxs də Elvinin söyüş söydüyünü eşidib onların yanına gəlmiş və Elvinə “Yanında oturmaq olar?” demiş, Elvin isə “Olmaz!” demiş, Taleh Elvinə söyüş söyməməsini kafedə digər müştərilər olduğunu bildirmiş, Elvin bu zaman üzr istəmiş və Taleh masadan uzaqlaşmışdır. Elvin əlavə də 08 bakal pivə sifariş vermiş, bir bakalın o, içmiş, masadan aralaşıb kafedə işləyən qızların əyləşdiyi masaya hesabı verib evə getmək üçün yaxınlaşmış, həmin masada əyləşmiş, bu zaman Nuranə adlı xanım ona “Dur burdan, burda oturma!” demiş, Nuranəyə “Niyə qışqırırsan, sakit danış” demiş və qolundan tutub çölə çıxartmaq istəmiş, həmin vaxt Nuranə özünü vuracağını düşünüb dartınmış və Nuranəni itələyib yerə yıxmışdır. Bu zaman administrator Tale ona yaxınlaşmış, Talehi də əli ilə itələmiş, bu zaman Elvin, Famil və Fərman ona yaxınlaşmış, Elvin orada olan ofisiantla mübahisə etmək istədiyi zaman Elvinin belindən tutub qaldırmış və hər ikisi orada olan divanın üzərinə düşmüş, həmin vaxt masaların üzərində olan qablar yerə düşüb sınmışdır. Bundan sonra orada olan ofisiant Aytac onu sakitləşdirmək üçün yaxınlaşmış, həmin vaxt Aytacı da itələmiş və Aytac yerə yıxılmışdır. Bundan sonra kafedən çölə çıxmış və evə qayıtmışdır. Hazırda törətdiyi cinayət əməlindən peşmandır. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxs və şahid ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş zərərçəkmiş şəxs və şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələri, ekspertiza rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2024-cü ilin noyabr ayının ortalarından Qusar şəhəri, Ç.Qurbanov küçəsində yerləşən “X5”ni icarəyə götürməklə fəaliyyət göstərmiş, həmin çay evində Nuranə kassir, Aytac isə ofisiant kimi işləmişdir. xx.xx.2024-cü il tarixdə, saat 15:30 radələrində hər gün olduğu kimi obyektə gəlib işə başlamışlar. Həmin tarixdə, saat 20:30 radələrində sonradan adının Bəhram olduğunu öyrəndiyi şəxs obyektə gələrək pivə sifariş vermiş və masa arxasında əyləşib pivə içməyə başlamışdır. Bundan sonra üç nəfər də Elvin, Fərman və Famil adlı şəxslər də ora gəlmiş və Bəhramla eyni masa arxasında əyləşib pivə içmişlər. Bir az sonra Elvin ünvansız nalayiq ifadələr işlətdiyinə görə onların masasına yaxınlaşmış və danışığına fikir verməsini kafedə xanımlar işlədiyini, belə bir hərəkətin ona yaraşmadığını demişdir. Elvin ondan üzr istəmiş və sakitləşmişdir. O, ikinci mərtəbəyə qalxmış, təxminən 10-15 dəqiqə sonra isə səs-küy eşitmiş və yenidən aşağı düşdükdə Bəhramın Nuranə ilə mübahisə etdiyini, onlara yaxınlaşanadək isə Bəhram Nuranəni möhkəm itələyib yerə yıxmış, Nuranənin başı barın kənarına dəymiş və huşunu itirmişdir. Özü və orada olan şəxslər Bəhramı sakitləşdirmək istədikləri zaman Bəhram kafedə içkilərin yığılması üçün nəzərdə tutulmuş barı təpikə vurub aşırmış, bu zaman barda olan qəlyan qabları və digər qab-qacaqlar sınmışdır. Bundan sonra Bəhram sakitləşib masa arxasında əyləşmiş, Elvin onu kənara dəvət etmiş, kafenin içərisində heç bir səbəb olmadan güclü yumruq zərbəsi ilə onun üz nahiyəsinə vurmuş, daha dəqiq desə ovucu üzünə barmaqları isə alnına dəymişdir. Elvin sərxoş olduğu üçün mübahisə etməmiş, mübahisənin daha da böyüməməsi üçün aralanmışdır. Bir neçə dəqiqə sonra Bəhram yenidən münaqişə yaratmaq istədiyi üçün ofisiant işləyən Aytac onu sakitləşdirmək istədiyi zaman Bəhram Aytacı da sinəsindən itələyib yerə yıxmış, özü və Bəhramın tanışları onu sakitləşdirib kafedən çölə çıxarmış, artıq Bəhramın sakitləşmədiyini görüb polisə məlumat vermiş, bundan sonra Bəhram oradan çıxıb getmişdir. Təqsirləndirilən şəxslə barışmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 20:30 radələrində tanışları Elvin və Fərmanla birlikdə pivə içmək üçün Qusar şəhəri, Ç.Qurbanov küçəsində yerləşən “X5”nə getmiş, həmin vaxt Bəhramın da orada olduğunu görüb, həmin masada əyləşib pivə içməyə davam etmişlər. Təxminən 2 saat sonra Elvin ünvansız nalayiq ifadələr işlətmiş və kafenin administratoru Taleh onlara yaxınlaşaraq Elvinə söyüş söyməməyi bildirirək oradan uzaqlaşmışdır. Bundan sonra Bəhram kafenin işçiləri əyləşən masaya yaxınlaşmış, orada Nuranə adlı şəxslə mübahisə edərək itələyib yerə yıxmış, tez onlara yaxınlaşmış və Bəhramı sakitləşdirib masada oturtmuşdur. Həmin vaxt Elvin Talehlə kənarda söhbət etmiş və Elvin bir dəfə əl zərbəsi ilə Talehi vurmuş, sonra qayıdıb masa arxasında əyləşmişdir. Bundan sonra Bəhram yenidən ayağa qalxmış, orada olan barı yıxmış və qabları qırmış, həmin vaxt orada ofisiant işləyən Aytac Bəhramı sakitləşdirmək istədiyi zaman Bəhram onu da itələyib yıxmışdır. Həmin vaxt çətinliklə də olsa Bəhramı sakitləşdirib kafedən çölə çıxartmış və oradan çıxıb getmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsindən görünür ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2024-cü ilin noyabr ayının ortalarından Qusar şəhəri, Ç.Qurbanov küçəsində yerləşən “X5”ndə kassir kimi işləməyə başlamışdır. Ondan başqa kafedə Aytac da ofisiant kimi işləmişdir. xx.xx.2024-cü il tarixdə, saat 15:30 radələrində hər gün olduğu kimi obyektə gəlib işə başlamışlar. Həmin tarixdə, saat 20:30 radələrində sonradan adının Bəhram olduğunu öyrəndiyi şəxs obyektə gələrək pivə sifariş vermiş və masa arxasında əyləşib pivə içməyə başlamışdır. Bundan sonra üç nəfər də Elvin, Fərman və Famil adlı şəxslər də ora gəlmiş və Bəhramla eyni masa arxasında əyləşib pivə içmişlər. Bir az sonra Elvin ünvansız nalayiq ifadələr işlətdiyinə görə kafenin administratoru Taleh onların masasına yaxınlaşmış və Elvinə danışığına fikir verməsini kafedə xanımlar işlədiyini, belə bir hərəkətin ona yaraşmadığını demişdir. Elvin Talehdən üzr istəmiş və sakitləşmişdir. Pənah ikinci mərtəbəyə qalxmış, təxminən 10-15 dəqiqə sonra isə Bəhram onların əyləşdiyi masaya yaxınlaşıb, onunla mübahisə etmiş, Bəhram onu möhkəm itələyib yerə yıxmış, onun başı barın kənarına dəymiş və huşunu itirmişdir. Sonradan özünə gəldikdə isə kafenin dağınıq vəziyyətdə olduğunu görmüş, Aytacdan nə baş verdiyini soruşduqda isə Bəhramın kafedəki barı aşırdaraq qab-qacaqları qırdığını, daha sonra özünü də itələyərək yerə yıxdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2024-cü ilin noyabr ayının ortalarından Qusar şəhəri, Ç.Qurbanov küçəsində yerləşən “X5”ndə ofisiant kimi işləməyə başlamışdır. Ondan başqa kafedə Nuray da kassir kimi işləmişdir. xx.xx.2024- cü il tarixdə, saat 15:30 radələrində hər gün olduğu kimi obyektə gəlib işə başlamışlar. Həmin tarixdə, saat 20:30 radələrində sonradan adının Bəhram olduğunu öyrəndiyi şəxs obyektə gələrək pivə sifariş vermiş və masa arxasında əyləşib pivə içməyə başlamışdır. Bundan sonra üç nəfər də Elvin, Fərman və Famil adlı şəxslər də ora gəlmiş və Bəhramla eyni masa arxasında əyləşib pivə içmişlər. Bir az sonra Elvin ünvansız nalayiq ifadələr işlətdiyinə görə kafenin administratoru Taleh onların masasına yaxınlaşmış və Elvinə danışığına fikir verməsini kafedə xanımlar işlədiyini, belə bir hərəkətin ona yaraşmadığını demişdir. Elvin Talehdən üzr istəmiş və sakitləşmişdir. Pənah ikinci mərtəbəyə qalxmış, təxminən 10-15 dəqiqə sonra isə Bəhram onların əyləşdiyi masaya yaxınlaşıb, Nuranə ilə mübahisə etmiş, Bəhram Nuranəni möhkəm itələyib yerə yıxmış, Nuranənin başı barın kənarına dəymiş və huşunu itirmişdir. Özü və orada olan şəxslər Bəhramı sakitləşdirmək istədikləri zaman Bəhram kafedə içkilərin yığılması üçün nəzərdə tutulmuş barı təpikə vurub aşırmış, bu zaman barda olan qəlyan qabları və digər qab-qacaqlar sınmışdır. Bundan sonra Bəhram sakitləşib masa arxasında əyləşmiş, Elvin Talehi kənara dəvət etmiş, kafenin içərisində heç bir səbəb olmadan güclü yumruq zərbəsi ilə Elvinin üz nahiyəsinə vurmuşdur. Elvin sərxoş olduğu üçün Taleh mübahisə etməmiş, mübahisənin daha da böyüməməsi üçün aralanmışdır. Bir neçə dəqiqə sonra Bəhram yenidən münaqişə yaratmaq istədiyi üçün o, Bəhramı sakitləşdirmək istədiyi zaman Bəhram onu da sinəsindən itələyib yerə yıxmış, Taleh və orada olan digər şəxslər Bəhramı sakitləşdirib kafedən çölə çıxarmış, Taleh artıq Bəhramın sakitləşmədiyini görüb polisə məlumat vermiş, bundan sonra Bəhram oradan çıxıb getmiş, lakin Elvini polis əməkdaşları saxlamışlar. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid2 və Şahid1 ibtidai istintaq zamanı verdikləri ifadələrindən görünür ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X4 Quba rayon Şöbəsinin 03 dekabr 2024-cü il tarixli, 1005 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar olunan xəsarətlər- sağ əlin İİİ barmağında əzilmiş yara küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, 27 noyabr 2024-cü il tarixə uyğun gəlir, bu xəsarət qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X4 Quba rayon Şöbəsinin 03 dekabr 2024-cü il tarixli, 1006 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs3 bədəni üzərində aşkar olunan xəsarətlər- üst dodağın selikli qişasında əzilmiş yara, sağ kürəkaltı nahiyədə və sol budda qançır, sağ əlin baş barmağında dırnağın ucunun hissəvi qopması və səthi əzilmiş yara, sağ bayır topuqda sıyrıq küt əşyanm(əşyalarm) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, 27 noyabr 2024-cü il tarixə uyğun gəlir, bu xəsarət qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispoziyasında qeyd olunur ki, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər başa düşülür. Məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CMnin 221.2.1 və 221.2.2-ci maddələri ilə düzgün tövsif edilmiş, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ilə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olmasını isə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə cəzanı yüngülləşdirən digər hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.3-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamın 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, törətdiyi cinayət əməlindən səmimi peşman olmasını,o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzasının təyin edilməsini məqsədə müvafiq hesab etmir. Digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar şəhəri, Məlikov küçəsi 14 A ünvanında yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuş görüntülər 01 ədəd CD disk Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.2.1 və 221.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar şəhəri, Məlikov küçəsi 14 A ünvanında yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar