Məhkəmə qərarları › İş №1(029)-54/2020

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-54/2020

22.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-54/2020 22.07.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin 1-ci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs, xx xxxxxx 1957-ci ildə Qusar rayonu Əniğ kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Qusar rayonu Əniğ kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, onun Azərbaycan Respublikası CM-nin 178.2.3 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3 və 313-cü maddələriilə təqsirləndirilir ona görə ki, o, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu iləözgənin əmlakını ələ keçirərək dələduzluq, o cümlədən tamah vəşəxsi niyyətlə rəsmi sənədə bilə-bilə yalan məlumatlar daxil edib vəzifə saxtakarlığı cinayətlərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2014-cü ilin may ayında Qusar rayonu Əniğ bələdiyyəsinin sədri işləyərkən vəzifəli şəxs olmaqla, rayonun Əniğ kənd sakini Zərərçəkmiş şəxs yaşadığı kənddə faktiki istifadəsində olan 0,30 ha torpaq sahəsində tikdirdiyi evəçıxarış alması məqsədi ilə torpaq sahəsinin öz adına rəsmiləşdirilməsi üçün müraciəti iləəlaqədar qulluq mövqeyinə görə ona olan inamdan istifadə etməklə Zərərçəkmiş şəxs əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu iləələ keçirmək məqsədilə sonuncuya əmlakının rəsmiləşdirilməsi üçün yalandan vəd verib razılığa gələrək Əniğ bələdiyyəsinin inzibati binasında Şahid1 və Şahid2 yanında Zərərçəkmiş şəxs torpaq sahəsini rəsmiləşdirməsi müqabilində 1200 (bir min iki yüz) manat məbləğində pul vəsaitini almış, bundan 2-3 ay sonra torpağın rəsmiləşdirilməsinə dair sənədlərin şəhadətnamə deyil, Kadastr layihəsi formasında verilməli olduğunu bilməsinə baxmayaraq Zərərçəkmiş şəxs 1200 manat məbləğində pulunu ələ keçirmək məqsədi ilə “DTXK Qusar rayon şöbəsinin müdiri” qrafasının qarşısında həmin şöbənin sabiq müdiri Şahid4 adından imzalamaqla məzmununa Qusar rayon məhkəməsinin mövcud olmayan xx xxxxx 2006-cı il tarixli, 2-347a/2006 saylı qərarıəsasında vət. Zərərçəkmiş şəxs 0,30 ha torpaq sahəsi ayrılmasına və “148” nömrə ilə qeydiyyata alınmasına dair tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd hesab edilən “Torpağın mülkiyyətə verilməsinə dair” JN-808F KOD 30105018 nömrəli saxta Şəhadətnaməni Zərərçəkmiş şəxs verməklə 0,30 ha torpaq sahəsini onun adına rəsmiləşdirməsini bildirmiş və bu hərəkətləri ilə sonuncunun 1200 (bir min iki yüz) manat məbləğində pul vəsaitini ələ keçirərək öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə dələduzluq və rəsmi sənəd hesab edilən “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 313-cü maddələriilə ona elan olunmuş ittiham üzrəözünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Qusar rayonu Əniğ kəndində ailəsi ilə birlikdə yaşayır, ailəli olmaqla 3 övladı vardır. 2013-cü ilin aprel ayında Qusar rayonu Əniğ bələdiyyəsinin sədri Nofel Beybutovun səhhətində yaranmış problemlərləəlaqədar həmin vaxt bələdiyyə sədri səlahiyyətləri müavin olaraq ona həvalə edilmiş, həmin vaxtdan 2014-cü ilin sentyabr ayına qədər Əniğ bələdiyyəsinin sədri vəzifəsində işləmişdir. O, 2014-cü ilin sentyabr ayında xəstəliyi iləəlaqədar məzuniyyət götürdüyü zaman bələdiyyə sədrinin səlahiyyətləri müvəqqəti olaraq müavini Camal Evladova təhvil verilmişdir. Lakin 2014-cü ilin dekabr ayında bələdiyyə seçkiləri olduğundan yeni bələdiyyə sədri Samirə Rəsulova seçildiyi üçün həmin vaxtdan səlahiyyətlər sonuncuya verilmişdir. O isə səhhəti iləəlaqədar bələdiyyə seçkilərinəöz namizədliyimi verməmişdir. 2014-cü ilin təxminən yay aylarında onun bələdiyyə sədri vəzifəsindən çıxmasına təqribən 4-5 ay qalmış həmkəndlisi Zərərçəkmiş şəxs, sonuncunun atası Şahid1 vəəmisi Şahid3 Əniğ bələdiyyəsinin inzibati binasına gələrək onun qəbulunda olmuşlar. Həmin vaxt Rüstəmin qardaşı Bəxtiyarın orada olubolmamasını dəqiq xatırlamır. Rüstəm həmin vaxt Əniğ kəndində yaşadığı evin 0,30 ha torpaq sahəsinin sənədləri olmadığından çıxarış ala bilmədiyini şifahi olaraq ona bildirmiş vəöz adına torpağın sənədləşmə işlərinin hazırlanmasında köməklik etməsini ondan xahiş etmişdir. Həmçinin onun Rüstəmə köməklik etməsi barədə sonuncunun atası vəəmisi də xahiş etmişlər. O, sonunculara 0,12 ha torpaq sahəsindən artıq satılmasına bələdiyyənin ixtiyarı olmadığını, lakin 0,12 ha torpaq sahəsinin rəsmiləşdirilməsinə köməklik edə biləcəyini, bunun üçün 620 manat bələdiyyənin hesabına köçürülməsini, eləcə də kadastr vəçıxarışın alınmasına isə 230 manat xərcin çıxacağını söyləmişdir. Bu zaman Rüstəmin atası Baloğlan ondan xahiş edərək bildirmişdir ki, “Rüstəm gündəlik içki içəndi, pulu özündə saxla, yoxsa pulu içkiyə xərcləyəcək” . Bundan sonra Şahid1 iş otağında ona 900 manat pul verib torpağın sənədləşmə işlərini başlamasını xahiş etmişdir. Daha sonra hər üçü də onun iş otağından çıxıb getmişlər. Təxminən 30-40 dəqiqə sonra Rüstəm özü tək onun iş otağına qayıdaraq ona “Elxan, mənim üçün 12 sot sərf etmir, buna görə 900 manat pulu mənə qaytar” demişdir. O da 900 manat pulu Rüstəmə qaytarmışdır. Rüstəm, həmçinin ondan pulu qaytarması ilə bağlı atasının vəəmisinin bilməmələrini xahiş etmişdir. Rüstəm ona hər hansı məbləğdə, eləcə də 1200 manat məbləğində pul verməmişdir. O, təxminən 2-3 ay sonra kənddə eşitmişdir ki, Rüstəm yaşadığı evin torpaq sahəsinə dair öz adına Şəhadətnamə düzəltdirib. Lakin həmin şəhadətnamənin kim tərəfindən hazırlanması və necəəldə etməsindən məlumatı olmamışdır. O, Rüstəmə “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə verməmişdir, həmin sənədi Rüstəm özü haradansa əldə etmişdir. O, həmkəndli olaraq Rüstəmin atası Baloğlanla dostluq münasibəti olduğundan əvvəllər sonuncunun evində dəfələrlə olmuşdur. Lakin bunun sənəd məsələsi ilə heç bir əlaqəsi olmamışdır. Təxminən 5 ay əvvəl Rüstəm ona telefonla zəng edərək özünə məxsus torpaq sahəsinin Şəhadətnaməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşları tərəfindən yoxlanılan zaman saxta olduğunun aşkar edildiyini bildirmişdir. Rüstəmin adına verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən məlumatı yoxdur, kim tərəfindən verildiyini bilmir, buna görə fə onun barəsində bəraət hökmünün çıxarılmasımı məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmişşəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Qusar rayonu Əniğ kəndində yaşayır. O, ailəsindən ayrıldıqdan sonra özünə tikdirdiyi evi həyat yoldaşına və uşaqlarına vermiş və həmin evlə aradan hasar çəkərək digər tərəfdəözünə ayrıca birmərtəbəli ev tikdirmişdir. Lakin 0,30 ha torpaq sahəsinin sənədləri olmadığından yaşadığı evi öz adına rəsmiləşdirə bilməmişdir. Buna görə də, təxminən 2014-cü ilin may ayında həmin vaxt Qusar rayonu Əniğ bələdiyyəsinin sədri işləmiş Təqsirləndirilən şəxs şifahi olaraq müraciət etmiş və sonuncu torpağın sənədləşmə işlərini onun adına həll etməsi üçün ondan 1200 manat pul istəmişdir. O, həmin vaxt “Finca Azerbaijan” X7 Təşkilatının keçmiş Qusar filialından 1500 manat məbləğində kreditə pul götürmüş və həmin pulun 1200 manatını Təqsirləndirilən şəxs vermək üçün atası Baloğlan, qardaşı Bəxtiyar vəəmisi Atabəylə birlikdəƏniğ bələdiyyəsinə getmişlər. Onlar bələdiyyə sədrinin iş otağına keçib qəbulunda olmuşlar, bir müddət sonra əmisi Şahid3 bələdiyyənin həyətinə düşmüşdür. O, atası Baloğlanın və qardaşı Bəxtiyarın yanında 1200 manat pulu Təqsirləndirilən şəxs şəxsən vermişdir. Bu zaman Elxan onlara 2 həftəərzində torpağın sənədləşmə işlərini aparıb onun adına rəsmiləşdirəcəyinə söz vermişdir. Onlar bələdiyyənin binasından çıxdıqları vaxt o, Təqsirləndirilən şəxs 1200 manat məbləğində pul verdiyini əmisi Atabəyə bildirmişdir. Təqsirləndirilən şəxs dediyi vaxtda yox, 2-3 ay sonra ona “Torpağın mülkiyyətə verilməsinə dair” JN-808F KOD 30105018 nömrəli, xx xxx 2006-cı il tarixli Şəhadətnaməni verərək torpaq sahəsini onun adına rəsmiləşdirdiyini bildirmişdir. Bundan sonra o, həmin Şəhadətnaməni atası Baloğlana da göstərmiş və onlar əsl sənəd olmasına inanmışlar. Həmin vaxtdan 2-3 ay sonra atası Baloğlan bələdiyyə sədri Təqsirləndirilən şəxs ona verdiyi Şəhadətnamənin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin bazasında qeydiyyatdan keçibkeçməməsini soruşmuş və sonuncu Baloğlana cavabında: “hə qeydiyyatdan keçib, bir dənəçıxarış qalıb, onu da alarsız” sözlərini demişdir. Hətta bununla bağlı Elxan 2-3 dəfə onun atasının evində olmuş və Elxana yeyib-içmək də təşkil etmişlər. Həmçinin Təqsirləndirilən şəxsla aralarında torpağın sənədləşmə işləri ilə bağlı dəfələrlə mobil telefonla danışıqlar olmuşdur. Elxan ona “Torpağın mülkiyyətə verilməsinə dair” JN-808F KOD 30105018 nömrəli Şəhadətnaməni verdikdən təqribən 1-2 ay sonra Əniğ bələdiyyəsinin sədri vəzifəsindən çıxmışdır. Təxminən 2019-cu ilin dekabr ayında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 əməkdaşı onun yaşadığıƏniğ kəndinə gələrək yaşayış evlərinin çıxarışı olmayan vətəndaşların adlarını siyahıya alarkən onun da yaşadığı evin torpaq sahəsini koordinatlarla yoxladıqda həmin torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatdan keçmədiyini və sabiq bələdiyyə sədri Təqsirləndirilən şəxs ona verdiyi “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin saxta olmasını bildirmişlər. Buna görə də, o, məsələni aydınlaşdırmaq üçün Təqsirləndirilən şəxs yaşadığı evinə getmiş və sonuncuya ona verdiyi Şəhadətnamənin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşları tərəfindən yoxlanılarkən həmin sənədin bazada qeydiyyatdan keçmədiyi və sənədin saxta olmasının müəyyən edildiyini demişdir. Elxan da cavabında ona: “bu işlə bağlı Bakıya gedirəm, sən mənəŞəhadətnamənin əslini və 20 manat da yol pulu ver” sözlərini demişdir. Lakin o, Elxana evdə atasıgil ilə məsləhətləşdikdən sonra cavab verəcəyini deyib evinə qayıtmışdır. Daha sonra bu barədə atası Baloğlana demiş və sonuncu onunla razı olmayaraq ona: “Elxan həmin sənədi səndən alıb cırıb atacaq, ona görə ona heç bir sənəd vermə” sözlərini söyləmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs ondan 1200 manat məbləğində pul alaraq onu aldadıb saxta sənəd verməsi ilə bağlı Qusar rayon prokurorluğuna ərizə iləşikayət etmişdir. Hazırda o, Təqsirləndirilən şəxs 1200 mantını tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun oğludur. Rüstəm Qusar rayonu Əniğ kəndində tək yaşayır. Belə ki, sonuncu təxminən 20-25 il bundan əvvəl Əniğ kəndində yerləşən 0,30 ha torpaq sahəsindəözünə yaşayış evi tikdirmişdir. Lakin həmin torpaq sahəsinin sənədləri olmadığından yaşadığı evi öz adına rəsmiləşdirə bilməmişdir. Buna görə də, Rüstəm təxminən 2014-cü il tarixdə, Qusar rayonu Əniğ bələdiyyəsinin sabiq sədri Təqsirləndirilən şəxs bələdiyyə sədri vəzifəsindən çıxmasına 3-4 ay qalmış, həmin vaxt Qusar rayonu Əniğ bələdiyyəsinin sədri vəzifəsində işləmiş Təqsirləndirilən şəxs şifahi olaraq müraciət etmişdir. Həmin vaxt Elxan Rüstəmdən torpağın sənədləşmə işlərinin aparılmasıüçün 1200 manat məbləğində pul istəmişdir. Buna görə də, Rüstəm “Finca Azerbaijan” QBKTnin keçmiş Qusar filialından kreditə 1500 manat məbləğində pul götürmüş və o, oğulları Rüstəm və Bəxtiyar, qardaşı Atabəy həmin pulun 1200 manatını Təqsirləndirilən şəxs vermək üçün Əniğ bələdiyyəsinə getmişlər. Onlar bələdiyyə sədri Təqsirləndirilən şəxs iş otağında qəbulunda olmuşlar. Atabəy bir müddət sonra bələdiyyənin həyətinəçıxmışdır. Rüstəm onların yanında Təqsirləndirilən şəxs 1200 manat məbləğində pul vermişdir. Bu zaman Elxanın bələdiyyə sədri vəzifəsindən çıxmasına 3-4 ay qalmışdı. Elxan onlara 2 həftəərzində sənədləşdirmə işlərini aparıb Rüstəmin adına sənəd hazırlayaraq verəcəyini bildirmişdir. Onlar bələdiyyənin binasından çıxdıqları vaxt Rüstəm Təqsirləndirilən şəxs 1200 manat məbləğində pul verdiyini Atabəyə bildirmişdir. Bundan sonra Bəxtiyar onları evlərinə aparmışdır. Təxminən 2-3 ay sonra Elxan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə hazırlayıb Rüstəmə vermişdir. O, bununla bağlı Təqsirləndirilən şəxs Rüstəmə verdiyi Şəhadətnamənin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin bazasında qeydiyyatdan keçib-keçməməsini soruşduqda Elxan ona: “hə, qeydiyyatdan keçib, bir dənəçıxarış qalıb, onu da alarsız” sözlərini demiş və onlar Elxana inanmışlar. Hətta bununla bağlı Elxan 2-3 dəfə onun evində olmuş və o, hər dəfə Elxana yeyib-içmək də təşkil etmişdir. Lakin 2019-cu ilin dekabr ayında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşlarıƏniğ kəndinə gələrək yaşayış evlərinin çıxarışı olmayan vənədaşların adlarını siyahıya salarkən Rüstəm də Təqsirləndirilən şəxs ona verdiyi “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməni yoxladarkən məlum olmuşdur ki, həmin Şəhadətnamə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatdan keçməmiş və saxta hazırlanmışdır. Daha sonra Rüstəm bu barədə Elxana dedikdə sonuncu ona: “bu işlə bağlı Bakıya gedirəm, sən mənəŞəhadətnamənin əslini və 20 manat da yol pulu ver” sözlərini demişdir. X6 bildirmişdir ki, atasıgil ilə məsləhətləşdikdən sonra cavab verəcəkdir. Rüstəm ona Elxanın verdiyi “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin əslini istədiyini söylədikdə o, Rüstəmə: “Elxan həmin sənədi səndən alıb cırıb atacaq, ona görə heç bir sənəd vermə” sözlərini deyərək sənədi verməsinə razı olmamışdır. Bundan sonra Rüstəm verdiyi 1200 manat məbləğində pulu Elxandan dəfələrlə istəmiş, sonuncu həmin məbləğdə pulu qaytaracağına hər dəfə söz versə də, hal-hazıradək Rüstəmə hər hansı məbləğdə pul qaytarmamışdır. Buna görə də, Rüstəm Təqsirləndirilən şəxs barəsində Qusar rayon prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmişdir. Oğlu Rüstəm 1200 manat məbləğində pulu Əniğ bələdiyyəsinin inzibati binasında şəxsən Elxanın özünə vermişdir. Lakin Elxan sonradan saxta şəhadətnamə hazırlayıb Rüstəmə verməklə onları aldadaraq Rüstəmin verdiyi 1200 manat məbləğində pulu ələ keçirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uygun eyni məzmunlu ifadə verərək həmin faktı təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, 2000-2008-ci illərdə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin müdiri vəzifəsində işləmiş, ondan sonra həmin Komitənin Qusar rayon şöbəsinin müdiri Şahid5 olmuşdur. 2015-ci ilin fevral ayında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmişdir. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-808F KOD 30105018 nömrəli Şəhadətnamədə ad və soyadı qarşısında olan imza ona məxsus deyildir və həmin imzanın onun əvəzinə kim tərəfindən çəkilməsindən də məlumatı yoxdur. Qeyd olunan Şəhadətnamənin kim tərəfindən hazırlanmasından, ad və soyadının qarşısında onun əvəzinə imza edilməsindən və DTXK Qusar rayon şöbəsinin möhürü ilə təsdiq edilməsindən ümumiyyətlə xəbəri olmamışdır. Həmin sənədin kim və ya kimlər tərəfindən hazırlanmasından məlumatı yoxdur. Müdir kimi işlədiyi müddətdə Zərərçəkmiş şəxs adına verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin hazırlanması ilə bağlı Qusar rayonu Əniğ bələdiyyəsinin sabiq sədri Təqsirləndirilən şəxs və digər şəxslər ona müraciət etməmişdir. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr vətəndaşlara 2006-cı ilin iyun ayınadək verilmiş, sonradan isə Kadastr layihəsi kimi verilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildikdən sonra bütün kitablar və sənədlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmkalın Dövlət Reyestri Xidmətinə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, 2004-2011-ci illərdə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsində əvvəl məsləhətçi, daha sonra isə müdir vəzifəsində işləmişdir. Ondan sonra isə həmin Komitənin Qusar rayon şöbəsinin müdiri Şahid6 olmuşdur. 2015-ci ilin fevral ayında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmişdir. Təqsirləndirilən şəxs 2013-2014cü illərdə Qusar rayonu Əniğ bələdiyyəsinin sədri işlədiyindən Zərərçəkmiş şəxs adına verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-808F KOD 30105018 nömrəli, xx xxx 2006-cı il tarixli Şəhadətnamə onun işlədiyi dövrdə hazırlanmamışdır. Qeyd olunan Şəhadətnamənin hazırlanmasının ona heç bir aidiyyəti yoxdur. Şəhadətnamənin kim və ya kimlər tərəfindən saxta hazırlanması ilə bağlı heç bir məlumatı olmamışdır. Müdir kimi işlədiyi müddətdə Zərərçəkmiş şəxs adına verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin hazırlanması ilə bağlı heç kim ona müraciət etməmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 izahatından görünür ki, hazırda Dövlət X2 rəis müavini işlədiyini, 2012-2015-ci illərdə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin müdiri vəzifəsində işlədiyini, xx xxxxxx 2015-ci il tarixdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edildiyini, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin müdiri vəzifəsində işlədiyi dövrdə Qusar rayon Əniğ bələdiyyəsinin sabiq sədri Təqsirləndirilən şəxs və qeyrilərinin Zərərçəkmiş şəxs adına verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-808F KOD 30105018 nömrəli, xx xxx 2006-cı il tarixli Şəhadətnamənin hazırlanması ilə bağlı ona müraciət etmədiklərini, həmin sənədin saxta tərtib edilməsi ilə bağlı onun heç bir əlaqəsinin olmadığını, qeyd olunan Şəhadətnamənin kim və ya kimlər tərəfindən hazırlanması ilə bağlı məlumatının olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan qətimkan tədbiri seçilməsi haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx xxxx 2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Qusar RİHB-nın Əniq kənd İƏD üzrə nümayəndəliyin xx xxxx 2010-cu il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs cəmiyyətdə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan Qusar RİHB-nın Əniq kənd İƏD üzrə nümayəndəliyin arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi xx xxxx 1962-ci il təvəllüdlü arvadı Bağdaser Qədimovadan, xx xxxxx 1989-cu il təvəllüdlü oğlu Renad Qədimovdan və xx xxxxxx 1999-cu il təvəllüdlü gəlini Naida Qədimovadan ibarətdir. İş materiallarında olan X4 Üzrə Dövlət X3 Bölmələrini İdarəetmə Birliyi “Qusar Rayon Mərkəzi Xəstəxanası” X5 xx xxxxx 2020-ci il tarixli 583/04-20 saylı məktubdan görünür ki, Qədimov X1 Poliklinika Şöbəsinə hər hansı bir xəstəliklə əlaqədar müraciət etməmişdir. Vərəm Şöbəsində, Onkoloji Dispanser qeydiyyatında, həkim narkoloqun və psixiatrın qeydiyyatında yoxdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin kompleks məhkəmə-xətşünaslıq və sənədlərin məhkəmə-texniki ekspertizasının məhkəmə-xətşünaslıq tədqiqinə dair xx xxxxx 2020-ci il tarixli 1/159 saylı rəyindən görünür ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN 808F KOD 30105018 nömrəli, x xxx 2006-cı il tarixli şəhadətnamədə əks olunmuş rəqəmlərdə və imzada qrafik materialın azlığı, imzanın möhür əksi ilə, rəqəmlərin isə “Şəhadətnamə” sözü ilə üst-üstə düşməsi imkan vermir ki, eyniləşdirici və ya fərqləndirici əlamətlər külliyətini seçib ayırmaq mümkün olsun. Bu səbəbdən “Torpağın mülkiyyətə verilməsinə dair” JN 808F KOD 30105018 nömrəli, x xxx 2006-cı il tarixli şəhadətnamənin 1-ci vərəqində olan “148” rəqəmlərinin və ikinci vərəqində olan “DTXK Qusar rayon şöbəsinin müdiri” qrafasındakı imzanın Şahid4, Təqsirləndirilən şəxs və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs yuxarıda şərh edilib göstərilən cinayət əməlləri zərər çəkmiş şəxsin və şahidlərin ifadələri eləcə də cinayət işinin digər rəsmi dəlilləri ilə məhkəmə istintaqında ona tam sübuta yetirilmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 178.2.3 və 313-cü maddələrinə düzgün tövsif edilmişdir. O, törətdiyi cinayət əməlini etiraf etməsə də, məhkəmə onun ifadəsində qeyd etdiyi xüsusatları özünü müdafiə xarakterli hesab edir və onun barəsində bəraət hökmü çıxarılması üçün heç bir əsas yoxdur. Təqsirləndirilən şəxs ittiham olduğu Azərbaycan Respublikası CM-nin 313-cü maddəsində nəzərdə tutulmuş əməl təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası CM-nin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası CPM-nin 44.2-ci maddəsinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, CPM-nin 44.2.1-ci maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Təqsirləndirilən şəxs cinayət əməlini 2014-cü ildə törətdiyindən CM-nin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Lakin məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən, Təqsirləndirilən şəxs törədilən cinayətdə təqsiri sübuta yetirilməsinə baxmayaraq, o, məhkəmə iclasınada özünü təqsirli bilməyərək bəraət hökmü tələb etdiyindən barəsində CM-nin 313-cü maddəsi ilə olan cinayət təqibinə CPM-in 39.1.3-cü maddəsinə əsasən xitam verilə bilməz. Odur ki, Təqsirləndirilən şəxs barəsində cəza təyin edilməməklə ittiham hökmü cıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasının yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsi ilə hansı cəzanın təyin edilməsini müəyyən edərkən törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq belə hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməklə cəzanın öz məqsədinə nail ola biləcəyini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növüəsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünüəlavə cəza kimi təyin edə bilər. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habeləşərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs həmin cinayəti öz qulluq mövqeyindən istifadə etməklə törətdiyindən onun barəsində Azərbaycan Respublikasının CM-nin 46.2-ci maddəsinə əsasən əlavə cəza kimi dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 112 (bir yüz on iki) manat Təqsirləndirilən şəxs alınıbVÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAR (XİİS) hesabı, adı Dövlət Xəzinadarlığı Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesaba ödənilməlidir. Cinayət işinin materiallarında olan maddi sübut kimi tanınmış torpağın mülkiyyətə verilməsinə dair “JN-808 F KOD 30105018” nömrəli xx xxx 2006-cı il tarixli Şəhadətnamənin əsli cinayət işin materiallarında saxlanılmalıdır Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 1200 (bir min iki yüz) manat dəymiş ziyanla bağlı mülki mühakimə qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə mülki iddia olmadı. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 313-cü maddəsi ilə təqsirli bilinib CM-nin 75.1.1 və Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddələrinə əsasən barəsində cəza təyin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 46.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əlavə cəza növü kimi 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Azadlığın məhdudlaşdırılması cəzasının cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan, dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum etmə cəzasının müddəti hökm qanuni qüvvəyə mindiyi andan hesablansın. Təqsirləndirilən şəxs yaşadığı Qusar rayonu Əniğ kəndindəki evini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 112 (bir yüz on iki) manat Təqsirləndirilən şəxs alınıb VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAR (XİİS) hesabı, adı Dövlət Xəzinadarlığı Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesaba ödənilsin. İş üzrə maddi sübut olan torpağın mülkiyyətə verilməsinə dair “JN-808 F KOD 30105018” nömrəli xx xxx 2006-cı il tarixli Şəhadətnamənin əsli cinayət işin materiallarında saxlanılsın. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 1200 (bir min iki yüz) manat dəymiş ziyanla bağlı mülki mühakimə qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmün icrası Qusar rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar