Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-54/2021 19.10.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 01.03.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Qaradağ rayonu ünvan 1 ünvanda yaşayan, 16 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 mart 2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxıb, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, 16.03.2021-ci il tarixdə saat 19 radələrində X12 məxsus faktiki X5 istifadə etdiyi "xxxx" ASC-nə aid **********256636 nömrəli plastik karta “Bir Bank” tətbiqi vasitəsi ilə 140 manat məbləğində pulu köçürərək Saməddin Eyvazovdan Bakı şəhəri Nizami rayonu Rüstəm Rüstəmov küçəsində yerləşən 42 saylı binanın qarşısında dövriyyəsi qadağan edilən psixotrop maddə metamfetamini şəxsi istifadə məqsədilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımış, 16 mart 2021ci il tarixdə saat 23:15 radələrində Qusar şəhərində Qusar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, saxlanılıb Qusar RPŞ-nin inzibati binasına gətirilmiş, üzərində aparılan şəxsi axtarış zamanı isə qanunsuz olaraq əynində olan qara rəngli köynəyin sağ cibində saxladığı 02 ədəd siqaret kağızına bükülmüş halda ayrıayrılıqda təmiz çəkiləri 0,806 qram, 0,590 qram və 0,853 qram olmaqla ümumilikdə 2,249 qram külli miqdarda dövriyyəsi qadağan edilən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. Həqiqətən də, 16 mart 2021-ci il tarixdə Bakı şəhərində Saməddin adlı şəxsdən 2,249 qram çəkidə psixotrop maddə olan metamfetamini şəxsi istifadəsi üçün 140 manat pul müqabilində almış və üzərində saxlamışdır. Daha sonra həmin tarixdə o, Qusar şəhərinə gəlmiş və saat təxminən 23 radələrində polis əməkdaşları onu saxlayaraq polis şöbəsinə aparmışlar. Orada üzərinə şəxsi axtarış keçirilmiş və 2,249 qram çəkidə metamfetamin aşkar olunaraq götürülmüşdür. Daha sonra həmin faktla bağlı hazırkı cinayət işi başlanmış və o, istintaqa cəlb olunmuşdur. Hazırda törətdiyi əməlindən peşmandır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, anası xəstədir, ona görə həyəcan keçirir, bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Odur ki, barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Qusar rayonu ərazisində yerləşən “Park Chalet” otelində mətbəxdə qabyuyan işləyərək öz ailəsini dolandırmışdır. Təxminən 1 il əvvəl Bakı şəhərində işləyən zaman narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamindən istifadə etmiş, ondan sonra isə aradabir narkotik vasitə olan qurudulmuş marixuana və psixotrop maddə olan metamfetamindən istifadə etməyə davam etmişdir. Təxminən 2021-ci ilin mart ayının əvvəllərində Qusar rayonu ərazisində tanışı Nazim Ağakərimovla görüşən zaman sonuncu ondan 1 dəfəlik istifadə üçün nəzərdə tutulmuş 1 çet metamfetamin istəmiş, o da öz razılığını verərək, Nazim Ağakərimova təmənnasız 1 çet metamfetamin vermişdir. Bundan təxminən 1 həftə sonra Qusar şəhərinin ərazisində təsadüfən Nazim Ağakərimovla rastlaşan zaman sonuncudan istifadə etmək üçün qurudulmuş marixuana istəmiş, Nazim Ağakərimov da öz razılığını verərək üstündə olan 1 baş qurudulmuş marixuananı təmənnasız olaraq ona vermişdir. 16 mart 2021-ci il tarixdə səhər saatlarında psixotrop maddə olan metamfetamin istifadə etmək istəmiş və buna görə də Bakı şəhərində yaşayan tanışı Rüfət Əliyevə müraciət etmiş, sonuncu isə ona Bakı şəhəri Nizami rayonunda yaşayan özünün yaşadığı məhəllə sakini Saməddin Eyvazovun istifadə etdiyi ***-***-**-** CİN nömrəsini verib, onunla əlaqə saxlamağı məsləhət görmüşdür. Həmin vaxt o, həm Rüfət Əliyev, həm də Bakı şəhərində yaşayan digər dost-tanışlardan Saməddin Eyvazov barəsində marağlanmış, Rüfət Əliyev ona Saməddin Eyvazovun göy rəngli “VAZ 2121” (Niva) markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil sürdüyünü bildirmiş və sonuncunun onu aldatmayacağından əmin olduqdan sonra Saməddin Eyvazovla əlaqə saxlayaraq, ondan psixotrop maddə olan metamfetamin almaq qərarına gəlmişdir. 16 mart 2021-ci il tarixdə saat 15 radələrində “Park Chalet” otelində işləyən digər işçilərlə birlikdə Rövşən Atluxanovun idarə etdiyi “Hyundai” markalı **-JE-*** dövlət qeydiyyat nişanlı avtobusla Bakı şəhərinə getmək üçün yola çıxmışdır. Yolda olan zaman “Whatsapp” ani mesajlama mübadilə sistemi vasitəsi ilə Saməddin Eyvazovun istifadə etdiyi ***-***-**-** CİN nömrəsi ilə yazışaraq, ona tanışlıq verdikdən sonra sonuncudan 3 qram psixotrop maddə olan metamfetamin istəmişdir. Həmin vaxt Saməddin Eyvazov ondan 150 manat pul istəmiş, o isə Qusar rayonuna qayıtmaq üçün yol pulu saxlamaq üçün ondan 3 qram metamfetamini 140 manata satmasını xahiş etmiş, Saməddin Eyvazov da öz razılığını verərək,özünün faktiki istifadəsində olan və öz xahişi əsasında açdırılmış ona əsgər yoldaşı X12 məxsus "xxxx" ASC-nə aid **********256636 nömrəli plastik kartın nömrəsini göndərib, 140 manat pulu həmin plastik karta köçürməsini tələb etmişdir. Həmin gün saat 19 radələrində o, Saməddin Eyvazovun istifadə etdiyi **********256636 nömrəli plastik karta “Bir Bank” mobil tətbiqi vasitəsi ilə 140 manat məbləğində pulu köçürüb, köçürmə barədə qəbzin şəklini “Whatsapp” ani mesajlama mübadilə sistemi vasitəsi ilə göndərmişdir. Bundan sonra Saməddin Eyvazov, ona Neftçilər metrostansiyasının yaxınlığında yerləşən Rüstəm Rüstəmov küçəsində yerləşən aptekə tərəf gəlib ona xəbər verməsini bildirmiş, o da qeyd olunan ünvana çatan zaman Saməddin Eyvazova “Whatsapp” ani mesajlama mübadilə sistemi vasitəsi ilə mesaj yazmışdır. Həmin vaxt Saməddin Eyvazov, ona əvvəl aptekdən üzü aşağı düşüb, 5-ci blokun 4-cü mərtəbəsinə qalxmağını tapşırmış, o həmin blokun qarşına çatan zaman isə Saməddin Eyvazov “Whatsapp” ani mesajlama mübadilə sistemi vasitəsi ilə audio zənglə əlaqə saxlayaraq ona 4-cü mərtəbəyə qalxmamağı, binanın qarşısında psixotrop maddə olan metamfetamini qoyub ona xəbər verəcəyini bildirmiş, o da öz razılığını verərək, şübhə çəkməmək üçün aptekə tərəf geri qayıtmışdır. Bundan sonra Saməddin Eyvazov, təkrar “Whatsapp” ani mesajlama mübadilə sistemi vasitəsi ilə onunla audio zənglə əlaqə saxlayaraq qeyd olunan binanın qarşısında ağ rəngli salfetkaya 2 büküm metamfetamini qoyacağını və onları gedib götürməyi tapşırmışdır. Bundan sonra o, Bakı şəhəri Nizami rayonu R.Rüstəmov küçəsi 42 saylı evin qarşısında 1 ədəd ağ rəngli salfetkanı yerdən götürüb, salfetkanın içərisində olan 2 ədəd bükümü açıb, onları yoxlayan zaman bükümlərdə psixotrop maddə olan metamfetamin olduğunu görüb salfetkanı zibil qabına tullamış, 2 ədəd bükümləri isə əynində olan qara rəngli köynəyin sağ cibində saxlayaraq, tanımadığı taksi avtomobilində Bakı şəhərində “Şamaxinka” adlanan əraziyə, oradan isə tanımadığı başqa taksi avtomobili ilə Qusar şəhərinə qayıtmaq üçün yola düşmüşdür. 16 mart 2021-ci il tarixdə axşam radələrində Qusar şəhərinə çatmağa az qalmış tanışı Şahid2 zəng edib, üstündə az pul qaldığı üçün onu Qusar şəhəri Avtovağzalından “Park Chalet” otelə aparmasını xahiş etmiş, sonuncu da öz razılığını verərək idarə etdiyi “QAZ 31105” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun iş yoldaşı Miraqil Müttəlimovla birlikdə Qusar şəhər Avtovağzalına gəlib onu qarşılamışlar. Həmin gün saat 23:15-də o, Qusar şəhər avtovağzalında Şahid2 avtomobilinə oturmaq istəyən zaman Qusar RPŞ-nin əməkdaşları onu saxlayaraq, Qusar RPŞ-nə aparmış, orada onun üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli köynəyin sağ cibindən qanunsuz olaraq əldə etdiyi və saxladığı 02 ədəd siqaret kağızına bükülmüş külli miqdarda dövriyyəsi qadağan edilən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş və üzərindən aşkar edilmiş külli miqdarda psixotrop maddə metamfetamini Bakı şəhər sakini “Saməddin” adlı şəxsdən aldığını etiraf etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. 2016-cı ildən “Pik Palas” otelində işçi yataqxanasında santexnik kimi işləyərək öz ailəsini dolandırmışdır. 16 mart 2021-ci il tarixdə axşam radələrində Fuad ona zəng edib Bakı şəhərindən gəldiyini, Qusar şəhərinə çatmağa az qaldığını, üstündə az pul qaldığı üçün onu Qusar şəhər Avtovağzalından “Park Chalet” otelə aparmasını xahiş etmiş, o, da razılaşaraq idarə etdiyi “QAZ 31105” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qusar şəhər Avtovağzalına gəlib Fuadı qarşılamışdır. Həmin gün saat 23:15-də Fuad Qusar şəhər avtovağzalında onun avtomobilinə oturmaq istəyən zaman Qusar RPŞ-nin əməkdaşları onları saxlayaraq Qusar RPŞ-nə aparmışlar. Orada ona məlum olmuşdur ki, Fuadın üzərindən psixotrop maddə hesab edilən metamfetamin aşkar olunmuşdur. Onun üzərində isə qanunla qadağan olunmuş heç bir əşya olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Qusar RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir. 2021ci ilin mart ayında Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələrdən istifadə etməsi barədə Qusar RPŞ-nə məlumat daxil olmuşdur. Bununla bağlı əməliyyat qrupu yaradılmış və digər polis əməkdaşları 16 mart 2021-ci il tarixdə gecə saatlarında Təqsirləndirilən şəxs Qusar şəhər avtovağzalı ərazisində saxlayaraq Qusar RPŞ-nə aparmışlar. Orada Fuadın üzərində aparılmış şəxsi axtarış zamanı əynində olan qara rəngli köynəyin sağ cibindən ümumi çəkisi 2,249 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs barəsində cinayət işi açılaraq istintaqa cəlb olunmuşdur. Məhkəmə istrintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 Şahid3 ilə analoji ifadə verərək onun məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatları tam təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, DİO-da 2006-cı ildən, Qusar RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində isə 2020-ci ildən xidmət etmişdir. 16 mart 2021-ci il tarixdə Qusar şəhər sakini X8 və Qusar rayonu “Aladaş” yaşayış massivində yaşayan X1 narkotik vasitə qəbul etmələri və üzərlərində saxlamaları, həmin gün günorta saatlarından sonra Qusar şəhərində olacaqları və Elmarın idarə etdiyi “Opel” markalı **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qusar-Şahdağ avtomobil yolu ilə “Aladaş” yaşayış massivi istiqamətində hərəkət edəcəkləri barədə məlumat almış və bununla əlaqədar raportla RPŞ-nin rəisinə məruzə etmişdir. Aldığı məlumatla bağlı RPŞ-nin rəisinə məruzə etdikdən sonra şöbə rəisinin göstərişi əsasında Elmar Abdulhəmidov və Saməddin İsabalayevin ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunmuş və həmin qərarın icrası üçün əməliyyat qrupu yaradılmışdır. Bundan sonra 16 mart 2021-ci il tarixdə, təxminən saat 15 radələrində Qusar rayon polis şöbəsinin digər əməkdaşları – Şahid3, Sərxan Şixəmmədov və Şahid4la birlikdə Elmarla Saməddinin hərəkətdə ola biləcəkləri ehtimal olunan Qusar-Şahdağ yolunun Qusar rayonu Çiləgir kəndindən keçən hissəsinə gedərək oranı müşahidəyə götürmüşlər. Onlar həmin yerdə olan zaman təxminən saat 18 radələrində Elmarın “Opel” markalı **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qusar- Şahdağ yolu ilə hərəkət etdiyini, Saməddinin də onun avtomobilində olduğunu müşahidə etmiş, yaxınlaşıb avtomobili dayandırmaq istəyən zaman Elmar avtomobilini dayandırmayaraq geriyə istiqamətdə hərəkət etmiş, lakin buna baxmayaraq avtomobili dayandırmış və avtomobilə yaxınlaşaraq özlərini təqdim etmiş, Saməddinin də avtomobildə olduğunu görmüş, sonra isə onları polis şöbəsinə dəvət etmiş, onlar da etiraz etməmiş və onlar rayon polis şöbəsinə gətirilmişlər. Rayon polis şöbəsində Elmar Abdulhəmidov şübhəli şəxs qismində tutulmuş, daha sonra isə vəkil və digər iştirakçıların iştirakı ilə videoçəkilişlə Elmarın üzərində axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı Elmarın əynində olan cins şalvarın sol yan cibindən bir ədəd pulqabı aşkar olunmuş, həmin pulqabının içərisinə baxış keçirilən zaman isə onun içərisində 01 ədəd kibrit qutusu və 02 ədəd kağız büküm aşkar olunmuş, həmin bükümlər və kibrit qutusunun içərisinə baxış keçirən zaman isə onların içərisindən narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Elmar Abdulhəmidov həmin kütlələrin narkotik vasitə olan qurulmuş marixuana olduğunu və Qusar şəhər sakini Nazim adlı şəxsdən aldığını, öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmiş, daha sonra isə Saməddin İsabalayev şübhəli şəxs qismində tutulmuş, vəkil və digər iştirakçıların iştirakı ilə videoçəkilişlə Saməddinin üzərində axtarış aparılmağa başlanmış, şəxsi axtarış zamanı Saməddinin əynində olan gödəkçənin sol yan cibindən 02 ədəd kağız büküm aşkar olunmuş, həmin bükümlərin içərisinə baxış keçirilən zaman isə onların içərisindən narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Saməddin həmin kütlələrin narkotik vasitə olan qurulmuş marixuana olduğunu və dostu Elmar Abdulhəmidovun həmin gün ona pay verdiyini bildirmişdir. Bundan sonra keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Elmara narkotik vasitə satmış “Nazim” adlı şəxsin Qusar şəhər sakini X6 olduğu müəyyən edilmiş və saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, müstəntiq Ümüd Xankişiyev tərəfindən qəbul edilmiş qərarla Nazim Ağakərimov şübhəli şəxs qismində tutulmuş, daha sonra isə vəkil və digər iştirakçıların iştirakı ilə videoçəkilişlə Nazim Ağakərimovun üzərində axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı Nazimin üzərindən hər hansı narkotik vasitə aşkar olunmamış, sonra isə Nazimə yaşadığı evə baxış keçirilməsinin zəruri olduğu bildirilmiş, Nazim yaşadığı evə baxış keçirilməsinə etirazının olmaması ilə bağlı ərizə yazmış, bundan sonra vəkil və digər iştirakçılarla birlikdə Nazim Ağakərimovun yaşadığı Qusar şəhəri, L.Nemət küçəsi-113 ünvanda yerləşən evə gedərək oraya baxış keçirilmiş, baxış zamanı 02 ədəd sellofan paketdə, eləcə də masa kimi istifadə etdiyi taxtanın üzərindən, otağın döşəməsindən narkotik vasitə olan qurudulmuş marixuana və qurumuş vəziyyətdə sellofan paketdə və açıq vəziyyətdə cəmi 17 ədəd çətənə bitkisi, həmçinin bir bükümdə metamfetamin aşkar edilərək, qurudulmuş marixuanalar bir paketdə, çətənə bitkilər bir paketdə və metamfetamin isə zərfdə qablaşdırlaraq götürülmüşdür. Nazim Ağakərimov, çətənə bitkisi kollarını özü əkib-becərdiyini və yarpaqlarını yığıb qurudaraq yaşadığı evdə saxladığını bildirmiş, baxış zamanı Nazim aşkar olunmuş metamfetamini Qusar şəhər avtovağzalından tapdığını və həmin vasitədən bir dəfə istifadə etdiyini, qalanını da sonra istifadə etməsi üçün saxladığını bildirmişdir. Nazim Ağakərimov, 2021-ci il tarixdə Qusar rayonu ərazisində tanışı Fuadla görüşən zaman ondan 1 dəfəlik istifadə üçün nəzərdə tutulmuş 1 çet metamfetamin istədiyini, sonuncunun ona öz razılığını verərək, 1 çet metamfetamini təmənnasız verdiyini bildirmiş, bir həftə sonra isə Fuadla təsadüfən rastlaşan zaman sonuncu ondan 1 dəfəlik istifadə üçün nəzərdə tutulmuş qurudulmuş marixuana istəmiş, Nazim də ona təmənnasız 1 baş qurudulmuş marixuana vermişdir. Həmin gün saat 23:15-də Təqsirləndirilən şəxs, Qusar şəhər avtovağzalında Şahid2 avtomobilinə oturmaq istəyən zaman Qusar RPŞ-nin əməkdaşları onu saxlayaraq Qusar RPŞ-nə aparmış, orada onun üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli köynəyin sağ cibindən qanunsuz olaraq əldə etdiyi və saxladığı 02 ədəd siqaret kağızına bükülmüş halda ayrı-ayrılıqda təmiz çəkiləri 0,806 qram, 0,590 qram və 0,853 qram olmaqla ümumilikdə 2,249 qram külli miqdarda dövriyyəsi qadağan edilən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş külli miqdarda psixotrop maddə metamfetamini Bakı şəhər sakini “Saməddin” adlı şəxsdən aldığını etiraf etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 17 mart 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 00:03-dən saat 00:14-dək Qusar RPŞ-nin İB-nin müstəntiqi X13 tərəfindən Təqsirləndirilən şəxs, Qusar RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1, Qusar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X7, həmin bölmənin axtarış üzrə əməliyyat müvəkkili Şahid4, Qusar RPŞ-nin ekspert kriminalisti X9, müdafiəçi X15 iştirakları ilə, üzərində narkotik vasitə gəzdirməsində şübhəli olduğu üçün Qusar rayon polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli köynəyin sağ cibindən 02 ədəd siqaret kağızında bükümlər aşkar olunmuş, həmin bükümləri açıb içərisinə baxan zaman onların içərisində narkotik vasitə olan metamfetaminə oxşar ağ rəngli, kristalşəkilli maddələr aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələrin metamfetamin olduğunu, özünün narkotik vasitə aludəçisi olduğunu və həmin narkotik vasitəni Bakı şəhər sakini Saməddin adlı şəxsdən 140 manata aldığını, öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Həmin narkotik vasitə metamfetaminə oxşar maddələr qablaşdırılıb ekspertizaya göndərilməsi üçün bir ədəd zərfə qoyulmuş, zərf Azərbaycan Respublikası DİN-nin 106 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Protokol ucadan oxunmuş, düzgün tərtib edilmiş, iştirakçılar tərəfindən hər hansı əlavə və qeydlər daxil edilməmiş, doğruluğu imzalarla təsdiq edilmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının 18 mart 2021-ci il tarixli 6/1085 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş..... kristal şəkilli maddə.....” yazılan zərfdə təmiz çəkisi 0,806 qram, 0,590 qram və 0,853 qram ağ rəngli kristalşəkilli maddə xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, metamfetaminin ümumi çəkisi-2,249 qram, tədqiqata sərf edilən miqdar-0,09 qram (hər birindən 0,03 qram olmaqla) qalıq-2,159 qram. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının 14 may 2021-ci il tarixli 6/1912 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 3 (üç) ədəd bükümdəki metamfetaminlər X3 yaşadığı evindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd bükümdəki metamfetaminlə tərkibindəki komponentlərinə görə fərqlidirlər. İlkin tədqiqat zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 3 ədəd bükümdəki metamfetaminin ayrı-ayrılıqda və ümumi təmiz çəkisi 18 mart 2021-ci il tarixli 6/1085 saylı və X2 götürülmüş 1 (bir) ədəd bükümdəki metamfetaminin təmiz çəkisi 18 mart 2021-ci il tarixli 6/1082 saylı ekspert rəylərində göstərilmişdir. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs aid metamfetaminin ümumi təmiz çəkisi-2,159 qram, sərf edildi-ümumi 0,06 qram, qalıq-2,099 qram. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 18 mart 2021-ci il tarixli 6/1085 saylı və 14 may 2021-ci il tarixli 6/1912 saylı məktublarından görünür ki, aparılmış ekspertiza tədqiqatlarının cəmi dəyəri 202,70 (iki yüz iki manat yetmiş qəpik) manatdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxs tərəfindən verilmiş 07.04.2021-ci il tarixli 982 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs ÇƏTƏNƏ bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” 16 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 23:55-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan ibtidai istintaq orqanının 18 mart 2021-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və saat 12:15-də Qusar RPŞ-nin MSY-dən dərhal azad edilmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının 18 mart 2021-ci il tarixli “maddi sübut kimi tanınma haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 2.159 qram metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Qusar RPŞ-nə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan 18 mart 2021-ci il tarixli 130 saylı mədaxil qaiməsindən görünür ki, ********* saylı cinayət işi üzrə 18 mart 2021-ci il tarixli “maddi sübut kimi tanınma haqqında” qərarla maddi sübut kimi tanınmış 2,159 qram metamfetamin Qusar RPŞ-nin polis baş serjantı Urfan Aydəmirova təhvil verilmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının 09 iyun 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Ədliyyə Nazirliyinin MEM-də aparılmış ekspertizalardan sonra qalıq qalmış 2,099 qram metamfetamin iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin Maddi Sübutlar otağında saxlanılması nəzərə alınmışdır. X11 barəsində Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə müstəqil icraata ********* saylı cinayət işi ayrılmışdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 234.2 və 234.4.3-cü maddələri ilə cinayət təqibi rədd edilmişdir. X6 barəsində Azərbaycan Respublikasının CMnin 234.2-ci maddəsi ilə cinayət təqibi rədd edilmişdir. Bundan başqa, Qusar RPŞ-nin İBdə 17.03.2021-ci il tarixdə X8 barəsində Azərbaycan Respublikasının CM-in 234.1-ci, X6 barəsində isə Azərbaycan Respublikasının CM-in 234.2 və 237.2.3-cü maddələri ilə ********* saylı cinayət işinin başlanılması nəzərə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 27.03.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 156 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 30 aprel 2021-ci il tarixli 132 saylı arayışından görünür ki, Bakı şəhəri Qaradağ rayonu ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs ailə tərkibi 1963-cü il təvəllüdlü atası Zülfiqar Həsənovdan, 1965-ci il təvəllüdlü anası Yaqut Həsənovadan və 1992-ci il təvəllüdlü qardaşı Aslan Həsənovdan ibarətdir. Bakı şəhəri Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 156 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 05 may 2021-ci il tarixli 170 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan epikrizlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs anası Yaqut Həsənova “Covid-19 səbəbindən iki tərəfli pnevmoniya” diaqnozu ilə müalicə olunmuş, müalicəsinin davam etdirilməsi məsləhət görülmüşdür. Göründüyü kimi, Təqsirləndirilən şəxs həqiqətən də, ümumi 2.249 qram çəkidə psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə etməsi və üzərində saxlaması, bununla da, onun Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, həmin halları müəyyən etməmiş, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını isə şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, anasının xəstə olmasını, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının ən yuxarı həddə təyin edilməsini təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən onun hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq 16 mart 2021-ci il tarixdən 18 mart 2021-ci il tarixədək 02 (iki) gün faktiki olaraq həbsdə saxlanma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti cəzanın saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Bakı şəhəri Qaradağ rayonu ünvan 1 ünvanda yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmuş, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, əvvəllər məhkum olunmamışdır, anası xəstədir. Bundan başqa, qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilirki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Azərbaycan Respublikasının CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 17-1.6-cı maddəsinə əsasən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, onun barəsində alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarın surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Həmin Məcəllənin 17-1.8-ci maddəsinə əsasən ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin, qanuni qüvvəyə minmiş hökmün surəti Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə məqsədi ilə məcburi müalicənin icrasına nəzarət ediməsi və ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə hökmün tələblərinin yerinə yetirilməsinə nəzarət edilməsi üçün probasiya nəzarətini həyata keçirən icra məmuruna göndərilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş Ədliyyə Nazirliyinin MEM-də aparılmış ekspertizalardan sonra qalıq qalmış 2,099 qram çəkidə metamfetamin məhv edilməlidir. İş materiallarına əlavə olunmuş 02 ədəd DVD disk işdə saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri 202,70 (iki yüz iki manat yetmiş qəpik) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X4, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq 16 mart 2021-ci il tarixdən 18 mart 2021-ci il tarixədək 02 (iki) gün faktiki olaraq həbsdə saxlanma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Bakı şəhəri Qaradağ rayonu ünvan 1 ünvanda yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə 202,70 (iki yüz iki manat yetmiş qəpik) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X4, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş və keçirilmiş müvafiq ekspertizalardan sonra qalıq qalmış 2,099 qram metamfetamin məhv edilsin. İş materiallarına əlavə olunmuş 02 ədəd DVD disklər işdə saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №1(029)-54/2021
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-54/2021
19.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver