Məhkəmə qərarları › İş №1(029)-54/2022

Qusar Rayon Məhkəməsi Qərar — İş №1(029)-54/2022

09.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 1(029)-54/2022 09.08.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, çobanlıq fəaliyyəti ilə məşğul olan, Quba rayonu Küsnətqazma kəndində qeydiyyatda olan, faktiki olaraq Qusar rayonu Ləyər qışlaq kəndində yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 20 iyun 2022-ci il tarixdə axşam radələrində Qusar rayonu Ləgərqışlaq kəndində yerləşən fermada çoban işləyən Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs işlərini bitirdikdən sonra spirtli içki qəbul etmək üçün Xaçmaz rayonuna getmişlər. xx.xx.2022ci il tarixdə saat 03 radələrində Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə olaraq yaşadıqları ferma ərazisinə qayıtmaq üçün Xudat şəhərində taksiyə minib yola düşmüşlər. Zərərçəkmiş şəxs taksi sürücüsünü istiqamətləndirməyə başlamış və fermaya çatdıqda Təqsirləndirilən şəxs yolu səhv gəldiyini bildirmişdir. Daha sonra onlar taksi ilə geri qayıdaraq kanalın yanına çatmış və həmin vaxt məlum olmuşdur ki, ilk dəfə fermanın yanına doğru gəlmişlər. Təqsirləndirilən şəxs avtomobildən düşüb arxa qapını açaraq, yolu səhv göstərməsi ilə bağlı Zərərçəkmiş şəxslə mübahisə etmiş və yumruq zərbəsi ilə onun sifət nahiyəsini vurmuşdur. Zərərçəkmiş şəxs dodaq nahiyəsinin yaralanmasına baxmayaraq, hər ikisi taksi ilə fermaya qayıtmışlar. Zərərçəkmiş şəxs evə qayıtdıqda, arvadı Şahid2 onun qanamış dodağını görüb nə olduğunu soruşmuş və birinci Təqsirləndirilən şəxs yumruqla onu vurması barədə bildirmişdir. Bundan əsəbləşmiş Dilarə Musayevə, Təqsirləndirilən şəxs barəsində tədbir görülməsindən ötrü polis orqanlarına məlumat verməsini təklif etmişdir. Bu səbəbdən Zərərçəkmiş şəxs DİN-in 102 xidmətinə zəng edərək, baş vermiş hadisə barədə məlumat vermişdir Məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirilidiyi Azərbaycan Respublikasının CMnin 128-ci maddəsi ilə özünü tam təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o, Qusar rayonu Aşağı Ləyər kəndində yerləşən fermada çoban işləyir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs da həmin fermada onunla birlikdə çoban işləyir. 20 iyun 2022-ci il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs ilə birlikdə yeyib içməkdən işlədikləri fermaya qayıdan zaman yolu səhv salıb başqa fermaya getdiyinə görə Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranmış, həmin vaxt o, əsəbləşmiş, Gündüzün ağzından bir dəfə yumuqla vurmuşdur. Daha sonra Zərərçəkmiş şəxs ondan polisə şikayət etmişdir. Hal- hazırda törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, zərər çəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı heç bir şikayətinin, tələbinin, iddiasının olmadığını, əvvəllər barəsində cinayət təqibinə xitam verilmədiyini, bir daha belə hərəkətlərə yol verməyəcəyini göstərmiş və onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin ifadəsi, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlərin təhqiqat zamanı verdikləri ifadələri, ekspertiza rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun iş yoldaşıdır, onlar Qusar rayonu Aşağı Ləyər kəndində yerləşən fermada birlikdə çoban işləyirlər. 20 iyun 2022-ci il tarixdə axşam vaxtı Təqsirləndirilən şəxs ilə yeyib içməkdən qayıdarkən aralarında mübahisə yaranmışdır. Mübahisə vaxtı Təqsirləndirilən şəxs onun ağzından yumruqla vurmuşdur. Daha sonra o, Təqsirləndirilən şəxs barəsində Qusar RPŞ-nə ərizə ilə müraciət etmişdir. Halhazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş maddi ziyanın tam olaraq ödənildiyini, ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmadığını göstərmiş və Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlər Şahid1 və Şahid2 təhqiqat zamanı verdikləri ifadələrindən görünür ki, onlar zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatları təsdiq etmişlər. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş 228 saylı 21 iyun 2022-ci il tarixli canlı şəxsin ekspertizası rəyindən görünür ki, 1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası, tibbi sənəddə qeyd olunanlara əsaslanaraq, hadisə haqqında olan məlumatları nəzərə alaraq onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər-üst dodağın selikli qişasının orta hissəsinin qansizması və əzilmiş-çapılmış yarası tük əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yumruq zərbəsi nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törədildiyindən sağlamlığa yüngül zərər vurmaya aid olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış 28 iyun 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Quba Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs tərəfindən verilmiş 29 iyun 2022-ci il tarixli PHŞ/6.56-2022- 172 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin publik hüquqi şəxsin Poliklinika Şöbəsinin psixatrik və narkoloji kabinetində qeydiyyatında yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı X1 Qusar rayon qəbul şöbəsi tərəfindən verilmiş 24 iyun 2022-ci il tarixli **********5 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin şöbədə pensiya, sosial müavinət, təqaüd almır. İş materiallarında olan Quba RİHB-nın Qəçrəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Quba rayonu Qəçrəş kəndində yaşayan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və himayəsində iki azyaşlı uşağı var. Məhkəməyə Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli ərizələrdən görünür ki, həmin şəxslər barışmışlar, münasibətləri normaldır, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur, cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə məhkəməyədək sədələşdirilmiş icraatın materiallarını tədqiq edərək, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Azərbaycan Respublikasının CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının CPM-nin 43.1, 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə, törədilmiş cinayətin böyük ictimai təhlükə törətmədiyini, tərəflərin barışdıqlarını, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirildiyi maddədə nəzərdə tutulan cinayət əməlini ilk dəfə törətməsini, əvvəllər cinayət məsuliyyətindən azad olunmamasını nəzərə alaraq məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 43, 321.2.1, 344-347, 356, 383-385-ci maddələrini, həmçinin CM-nin 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar