Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-54/2024 15.05.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X6 Adil oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Qazaxıstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.11, 181.2.5, 181.3.3-cü maddələri ilə məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 2024-cü il tarixdə tutulmuş, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 04 fevral 2024-cü il tarixdə, saat 17:15-də Qusar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Qusar şəhəri, Qusar-Avaran yolunun sol tərəfində yerləşən meşəlik ərazisində saxlanılmış, əlində gəzdirdiyi əl çantasına baxış keçirilən zaman onun qanunsuz olaraq əldə edərək özü ilə daşıyıb üzərində saxladığı, təxminən 2023-cü ilin avqust ayında Qusar şəhəri, Qusarçay çayının sağ sahilin ərazisində metal yığan zaman yerdən tapdığı və yaşadığı ünvanda qanunsuz olaraq saxladığı, 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində istehsal edilmiş 5,45 kalibrli, yivli, odlu, saz vəziyyətdə atəşə yararlı Kalaşnikov konstruksiyalı “AK-74” modelli 01 ədəd avtomat, 01 ədəd “Kalaşnikov” konstruksiyalı silahların komplekt hissəsi olmaqla zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində istehsal olunmuş, istifadəyə yararlı darağ və 30 ədəd 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrlə malik olan “Kalaşnikov” konstruksiyalı silahlardan istifadə edilən atəş açmaq üçün nəzərdə tutulmuş və atəşə yararlı patronlar aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, o, əvvəllər 2008-ci ildə 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 2022-ci ildə cəzasını tam çəkib azad olunmuşdur. 2023-cü ilin avqust ayında Qusar şəhəri Qusarçay çayının sahilindən darağı ilə birlikdə bir ədəd avtomat silah və patronlar tapmış, əvvəllər məhkum olunduğuna görə qorxub bu barədə aidiyyəti orqanlara məlumat verməmiş və özündə saxlamışdır. 04 fevral 2024-cü il tarixdə isə polis əməkdaşları onu saxlamışlar və həmin silah onun üzərindən aşkar olunaraq götürülmüşdür. Hazırda həmin əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, o, Qusar rayon Polis Şöbəsinin CAB-ın baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Qusar şəhər sakini Təqsirləndirilən şəxs odlu silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, bununla bağlı əməliyyat qrupu yaradılmış və 04 fevral 2024-cü il tarixdə həmin şəxs Qusar-Avaran yolunda saxlanılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən heç nə aşkar olunmamış, lakin əlində olan çantadan bir ədəd Kalaşnikov markalı avtomat, daraq və 30 ədəd patronlar aşkar olunmuşdur. Təqsirləndirilən şəxs onlara heç bir müqavimət göstərmədən aşkar olunmuş həmin əşyaları onlara təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Qusar rayon Polis Şöbəsinin KTQ-nin baş inspektoru Şahid4 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan 04 fevral 2024-cü il tarixli “baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, sursat gəzdirməsi ilə əlaqədar əlində gəzdirdiyi əl çantasına baxış keçirilmiş, baxış zamanı çantanın içərisində bir ədəd kisə olduğu görünmüş, kisə açıldıqda onun içində bir ədəd “Kalaşnikov” markalı avtomat, bir ədəd avtomat darağı və 30 ədəd 4.45 mm-lik patronlar aşkar edilərək götürülmüşdür. (i/v:28-31). İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 05 fevral 2024-cü il tarixli 24/262 nömrəli məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah, zavod üsulu ilə keçmiş SSRİ-də, Kalaşnikov konstruksiyalı AK-74 modelli avtomatdır, yivli odlu silahlar növünə aiddir, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd əşya, “Kalaşnikov” konstruksiyalı silahların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Təqdim edilmiş 30 ədəd patronlar, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5.45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəş üçün yararlıdırlar (i/v:35-39). Həmin rəyin qeyd hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş 30 ədəd 5.45x39 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş, məhkəmə-ballistik ekspertizasının 12 mart 2024-cü il tarixli 3-16-16/2-3/284 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd silah- zavod üsulu ilə istehsal edilmiş, 5,45 mm kalibrli, “AK-74” markalı, seriya-nömrəsi silinmiş, sürgüsü və çaxmağı eyni modeldən olan “7.4206” №-li silahın sürgüsü və seriya nömrəsinin son üç rəqəmi “187” olan silahın çaxmağı ilə komplektləşdirilmiş yivli odlu avtomatik döyüş silahıdır, saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 27 (iyirmi yeddi) ədəd patron-zavod üsulu ilə istehsal edilmiş, 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrə malik “Kalaşnikov” konstruksilyalı “AK74” (“AK-74M”, “AKS-74”, AKS- 74U”) markalı avtomat silahlarda, “RPK-74” (“RPKS-74”) markalı əl pulemtoylarında və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır-döyüş sursatıdırlar, atəşə yararlıdırlar.Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd sandıqça- “Kalaşnikov” konstruksiyalı “AK-74” (“AK-74M”, “AKS-74”, “AKS-74U”) markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komlpekt hissəsi olmaqla, zavod üsulu ilə hazırlanmış, 30 (otuz) ədəd 5,45x39 mm kalibrli patron tutumuna malik sandıqçadır, təyinatı üzrə istifadəyə yararlıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 mart 2024-cü il tarixli 3-16-16/2-3/284 saylı məktubundan görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat təşkil edir. İş materiallarında olan 10 aprel 2024-cü il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, X1 aşkar edilərək götürülmüş 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, 5,45 mm kalibrli, “AK-74” markalı, seriya nömrəsi silinmiş, sürgüsü və çaxmağı eyni modeldən olan “7.4206” nömrəli silahın sürgüsü və seriya nömrəsinin son üç rəqəmi “187” olan, çaxmağı ilə komplektləşdirilmiş yivli, odlu, avtomatik, saz vəziyyətdə və atəş üçün yararlı döyüş silahı, həmçinin zavod üsulu ilə istehsal edilmiş, 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı “AK74” (“AK-74M”, “AKS-74”, AKS-74U) markalı avtomat silahlarda, “RPK-74 (“RPKS-74”) markalı əl pulemyotlarında və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş 27 (iyirmi yeddi) ədəd patronlar, “Kalaşnikov” konstruksiyalı “AK74” (“AK-74M”, “AKS-74”, AKS-74U) markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla zavod üsulu ilə hazırlanmış, 30 (otuz) ədəd 5,45x39 mm kalibrli patron tutumuna malik sandıqça iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Qusar rayon X4 hissəsinə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 7 saylı Cəzaçəkmə Müəssisəsinin 07 fevral 2022-ci il tarixli 40 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.11, 181.2.5, 181.3.3-cü maddələri ilə təqsirli bilinib 14 il müddətə azaqlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 07 fevral 2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi yuxarıda sadalanan sübutlarla tam təsdiq olunur. Beləliklə, məhkəmə - ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə tədqiq edilən sübutların məcmusuna qiymət verərək Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edir. O, həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 07 fevral 2022-ci il tarixdə həmin cəzasının sonu ilə azad olunmuş, həmin vaxtdan 8 il müddət keçmədən, yəni məhkumluğu ödənilmədən isə hazırkı cinayət əməlini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi mövcuddur və ona görə də, həmin şəxsə cəza təyin olunarkən CM-nin 65.2-ci maddəsinin tələblərinə uyğun olaraq residivə görə cəza təyin edilməsinin qaydaları nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi, cinayətlərin residivini isə cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alıb hesab edir ki, onun islah olunması sonuncuya azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi ilə mümkündür, həmin şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi daha ədalətli olmaqla cəzanın məqsədlərinin və cinayətlə cəza arasında balansın təmin olunması üçün daha effektli olar, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, bununla da ictimai təhlükəsizliyin qorunması sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin cəzanı Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələblərinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu tarixdən, yəni 04 fevral 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq edilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qusar rayon X4 Hissəsində saxlanılan, X1 aşkar edilərək götürülmüş 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, 5,45 mm kalibrli, “AK-74” markalı, seriya nömrəsi silinmiş, sürgüsü və çaxmağı eyni modeldən olan “7.4206” nömrəli silahın sürgüsü və seriya nömrəsinin son üç rəqəmi “187” olan, çaxmağı ilə komplektləşdirilmiş yivli, odlu, avtomatik, saz vəziyyətdə və atəş üçün yararlı döyüş silahı, həmçinin zavod üsulu ilə istehsal edilmiş, 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı “AK74” (“AK-74M”, “AKS-74”, AKS-74U) markalı avtomat silahlarda, “RPK-74 (“RPKS-74”) markalı əl pulemyotlarında və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş 27 (iyirmi yeddi) ədəd patronlar, “Kalaşnikov” konstruksiyalı “AK74” (“AK-74M”, “AKS-74”, AKS-74U) markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla zavod üsulu ilə hazırlanmış, 30 (otuz) ədəd 5,45x39 mm kalibrli patron tutumuna malik sandıqça Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. İş materiallarına əlavə olunmuş 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə 64 (altmış dörd) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 04 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Qusar rayon X4 Hissəsində saxlanılan, X1 aşkar edilərək götürülmüş 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, 5,45 mm kalibrli, “AK-74” markalı, seriya nömrəsi silinmiş, sürgüsü və çaxmağı eyni modeldən olan “7.4206” nömrəli silahın sürgüsü və seriya nömrəsinin son üç rəqəmi “187” olan, çaxmağı ilə komplektləşdirilmiş yivli, odlu, avtomatik, saz vəziyyətdə və atəş üçün yararlı döyüş silahı, həmçinin zavod üsulu ilə istehsal edilmiş, 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı “AK74” (“AK-74M”, “AKS-74”, AKS-74U) markalı avtomat silahlarda, “RPK-74 (“RPKS-74”) markalı əl pulemyotlarında və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş 27 (iyirmi yeddi) ədəd patronlar, “Kalaşnikov” konstruksiyalı “AK74” (“AK-74M”, “AKS-74”, AKS-74U) markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla zavod üsulu ilə hazırlanmış, 30 (otuz) ədəd 5,45x39 mm kalibrli patron tutumuna malik sandıqça Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş materiallarına əlavə olunmuş 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə 64 (altmış dörd) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №1(029)-54/2024
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-54/2024
15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver