Məhkəmə qərarları › İş №1(029)-54/2025

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-54/2025

11.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-54/2025 11.06.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 2001-ci il tarixdə Qusar rayonu, Quxur-Oba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Qusar rayonu, Quxur-Oba ərazi dairəsi, Quxur-Oba kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2024-cü il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs Elməddin qızının Qusar rayonu Quxur-Oba kəndində yerləşən fərdi yaşayış evinin həyətinə daxil olaraq oradan 2 kisə fındıq məhsulunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 432 (dörd yüz otuz iki) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində həmkəndlisi Zərərçəkmiş şəxs fərdi yaşayış evinin həyətində bir günü 20 manata fındıq yığmışdır. Yığdıqları fındıq məhsulunu kisələrə dolduraraq fərdi yaşayış evinin həyətinə yığmış, fındıq kisələrini görüb oğurlamağı düşünmüş və sonra qərara gəlmişdir ki, Zərərçəkmiş şəxsnm həyətindən bir neçə fındıq kisəsi oğurlayaraq satsın. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxsnm evindən fındıq oğurlamaq qərarına gəlmiş, bir neçə saat sonra evdən çıxaraq onun evinin həyətinə getmiş, evin həyətinə qapıdan daxil olmuş, orada əvvəlcədən yığdığı fındıq kisələrinə baxmış, heç kimin olmadığına əmin olduqdan sonra fındıq kisələri yığılan yerə yaxınlaşaraq iki kisə fındıq götürmüş, götürdüyü fındıq kisələrini gizli formada evin qapısından yolun kənarına sakitcə çıxarmış və yola baxaraq heç kimin olmadığına əmin olduqdan sonra yolun kənarında olan kolluqda fındıq kisələrini gizlədərək evə qayıtmışdır. Sonra, həmin məhsulu satmışdır. O, iş üzrə dəymiş ziyanı tam olaraq ödəmiş, törətdiyi cinayət əməlinə görə səmimi peşmandır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə səhər saat 08 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs zəng edərək iki ədəd fındıq kisəsinin olmasını, onun yanına motoblokla gedərək həmin fındıq məhsulunu satmaq üçün aparmağa kömək etməsini demiş, o da 20 manat qarşılığında gedə biləcəyini deyərək qarşılıqlı razılığa gəlmişlər. Bir neçə dəqiqə sonra motoblokla Zərərçəkmiş şəxsnm evinin qarşısına getmiş, Təqsirləndirilən şəxs iki ədəd fındıq kisəsini götürüb motobloka yükləmiş, Təqsirləndirilən şəxs motobloku daş karyerinə sürməyini demiş və sonra iki ədəd fındıq kisəsini aparıb daş karyerindəki kolların kənarında qoymuşlar. Fındıq kisələrini qoyduqdan sonra evə qayıtmış, evə qayıtdıqdan sonra Təqsirləndirilən şəxs zəng edərək fındıq məhsulunu satmaq üçün tanışı olub-olmadığını soruşmuş, ona tanışının olduğunu demiş və həmin günü axşam saat 21 radələrində Təqsirləndirilən şəxslə yenidən görüşmüş və dostu Şahid2 zəng edərək fındıq satdığını demiş və Şahid2 həmin yerə gəlmiş, fındığın kimə məxsus olmasını soruşmuş, o isə fındıq məhsulunun ona məxsus olduğunu demişdir. 72 kq fındıq məhsulunun Şahid2 1 kiloqramını 3 manat 30 qəpiyə satmış, ondan cəmi 234 manat pul götürmüşdür. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Qusar rayonu Quxur-oba kəndində 30 sot həyətyanı torpaq sahəsi olan fərdi yaşayış evi var və torpaq sahəsində fındıq bağı əkmişdir. 2024-cü ilin sentyabr ayının 10-dan etibarən bağında olan fındıq məhsulunu yığmağa başlamış, əlavə kömək üçün həmkəndliləri Təqsirləndirilən şəxs və digər kənd uşaqlarını çağırmış və onlara yığdıqları fındıq məhsuluna görə zəhmət haqqı kimi pul vermişdir. Bir ay ərzində yığdığı 14 kisə quru və təmizlənmiş halda olan fındıq məhsulunu evinin həyətinə yığmış, sonradan bir hissəsini satmış, qalan hissəsini isə qış fəslində satmaq üçün saxlamışdır. Evinin həyəti daş hasarla bağlıdır, həyətinə giriş evin ön hissəsində yerləşən darvazadandır və həmişə darvazanı bağlayır. Təsərrüfatla məşğul olur, Əcəxur-oba kəndində yerləşən meyvə bağlarında gün ərzində işləyir, sonra isə axşam vaxtı evinə qayıdır və qayıtdıqdan sonra evinin həyətinə yığdığı fındıq kisələrini sayır. 09 oktyabr 2024-cü il tarixində axşam saat 18 radələrində evə gəlmiş, yemək yedikdən sonra evin ikinci mərtəbəsinə qalxmış, evin ikinci mərtəbəyə qalxmamışdan əvvəl fındıq kisələrini saymış və 14 kisənin həyətdə olduğunu görmüşdür. Həmin günü gecə saat 02 radələrində həyətində yığdığı fındıq kisələrinə baxmaq üçün evdə olan fənəri götürüb həyətə düşmüş, bu zaman 14 kisə fındıqdan 2-3 kisə fındıq məhsulunun oğurlandığını aşkar etmiş və bu barədə dərhal oğlu Şahid3 zəng edərək məlumat vermişdir. Bir gün sonra isə polis bölməsinə yaxınlaşaraq şikayət etmiş və araşdırma zamanı öyrənmişdir ki, həyətində olan fındıq kisələrini Təqsirləndirilən şəxs oğurlamışdır. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə axşam saat 21 radələrində həmkəndlisi Şahid1 zəng edərək iki kisə fındıq məhsulunun olduğunu və satmaq istədiyini bildirmiş, o da həmin fındıq məhsulunu ala biləcəyini və harda olduğunu soruşmuş, Şahid1 fındıq kisələrinin daş karxanasında olduğunu demişdir. Öz avtomobili ilə həmin yerə getmiş, orada Şahid1 və Təqsirləndirilən şəxs olduğunu və motoblokla gəldiklərini və fındıq kisələrinin motoblokun kabinasında olduğunu görmüşdür. Şahid1 və Təqsirləndirilən şəxs fındıq məhsulunun 1 kiloqramını 3 manat 30 qəpiyə ala biləcəyini bildirmiş, onlar satmağa razılaşmış, bu zaman avtomobilində olan tərəzini götürmüş və 2 kisə fındıq məhsulunun çəkilərini ölçmüşdür. İki kisə fındıq məhsulunun ümumi çəkisi 72 kq olmuş, Şahid1 və Təqsirləndirilən şəxs həmin məhsula görə 234 manat pul vermiş, onlardan aldığı fındıq kisələrini avtomobilinə yükləyərək aparmış və növbəti günün səhərisi Xaçmaz rayonu Qusarçay kəndinə apararaq orada fındıq emalı sexinə satmışdır. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Qusar rayonu Quxur-oba kəndində 30 sot həyətyani torpaq sahəsi olan fərdi yaşayış evləri var, orada anası Zərərçəkmiş şəxs illər əvvəl fındıq bağı salmışdır. 2024-cü ilin sentyabr ayının 10-dan etibarən anası Zərərçəkmiş şəxs bağlarında olan fındıq məhsulunu yığmağa başlamış, əlavə kömək üçün müxtəlif vaxtlarda həmkəndliləri Təqsirləndirilən şəxs və bir neçə digər kənd uşaqlarını çağırmış, onlar bağlarında fındıq yığmış, anası onlara yığdıqları fındıq məhsuluna görə zəhmət haqqı olaraq pul vermişdir. Bir ay ərzində yığılan quru və təmizlənmiş halda olan fındıq məhsulunu evlərinin həyətinə yığmışlar ki, sonradan bir hissəsini həmin vaxtı, qalan hissəsini isə qış fəslində satsınlar. Evlərinin həyəti daş hasarla bağlıdır, həyətlərinə giriş evin ön hissədə yerləşən darvazanın qapısındandır və həmişə qapını bağlı saxlayırlar. Anası Zərərçəkmiş şəxs təsərrüfatla məşğul olur, Əcəxur-oba kəndində yerləşən meyvə bağlarında anası gün ərzində işləyir, sonra isə axşam vaxtı evə gəlir və gəldikdən sonra evlərinin həyətinə yığdıqları fındıq kisələrini sayır. 09 oktyabr 2024-cü il tarixində axşam saat 18 radələrində anası Zərərçəkmiş şəxs evə gəlmiş və yemək yedikdən sonra evin ikinci mərtəbəsinə qalxmış, ikinci mərtəbəyə qalxmamışdan əvvəl fındıq kisələrini saymış və həyətdə 14 kisə fındıq olduğunu görmüşdür. Həmin günü gecə saat 02 radələrində həyətlərində anası Zərərçəkmiş şəxs yığdığı fındıq kisələrinə baxmaq üçün evdə olan fənəri götürüb həyətə düşmüş, bu zaman 14 kisə fındıqdan 2-3 kisə fındığın oğurlandığını aşkar edərək bu barədə dərhal ona zəng edərək məlumat vermişdir. Anasına gedib polis orqanlarına şikayət eləməsini demiş və bir gün sonra anası polis bölməsinə yaxınlaşaraq şikayət eləmişdir. Araşdırma zamanı öyrənmişlər ki, həyətlərində olan fındıq kisələrini Təqsirləndirilən şəxs oğurlamışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının 23 yanvar 2025-ci il tarixli 9/10254 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən 01 kiloqram fındıq məhsulunun 2024-cü ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 6,00 manat müəyyən edilmişdir. İş materiallarında olan ərizədən görünür ki, zərərçəkmiş şəxs Səmədova X1 Elxan Elsevər oğlu ilə barışmış, ona qarşı şikayət və tələbi olmamışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur, həmçinin təqsirləndirildiyi CM-nin 177.2.3-cü maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, iş üzrə vurulmuş olan maddi ziyanı ödəməsini, zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmamasını CM-nin 59.1.12, 59.1.13-cü maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını şəxsiyyəti müsbət xarakterizə edən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.3-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamın 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, dəymiş zərəri tam aradan qaldırmasını, vurulmuş olan maddi ziyanın ödənilməsini, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmamasını, cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, əməlindən peşman olmasını, səmimi ifadə verməsini şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halı, işdə cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Həmçinin, Təqsirləndirilən şəxs dəymiş zərəri tam aradan qaldırmış, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi olmamışdır. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsin barəsində təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzası daha ədalətli olmaqla cəzanın məqsədlərinin təmin olunması üçün tam kifayət edər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar rayonu, Quxur-Oba ərazi dairəsi, Quxur-Oba kəndində yerləşən evini axşam saat 22:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cümaddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01(bir) il, 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar rayonu, Quxur-Oba ərazi dairəsi, Quxur-Oba kəndində yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar