Məhkəmə qərarları › İş №1(029)-55/2021

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-55/2021

13.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-55/2021 13.10.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2000-ci ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, Qusar şəhəri Z.Əliyeva küçəsi ev 43 ünvanda qeydiyyatda olmaqla N saylı hərbi hissədə yaşayan, N iyun 2021-ci il tarixdə barəsində “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, 13.10.2020-ci il tarixdə saat 18 radələrində fəhlə kimi işlədiyi, Qusar rayonunun Atlıxan kəndinin ərazisində yerləşən "xxxx" MMC-yə məxsus bağda işdən çıxarkən, həmin bağda fəhlə işləyən iş yodaşı Zərərçəkmiş şəxs digər qadın iş yoldaşları olan Şahid6 və Şahid5 qarşı nalayiq ifadənin işlətdiyini əsassız olaraq cüzi bəhanə gətirib, Zərərçəkmiş şəxs qadın iş yoldaşlarından üzr istəməsini tələb etmiş, lakin sonuncu qadınlara qarşı heç bir nalayiq söz demədiyini bildirərək, üzr istəməsindən imtina etdiyinə görə Zərərçəkmiş şəxs mobil telefonunun nömrəsini götürərək, növbəti gün zəng vurduqda görüşə gəlib məsələnin aydınlaşdıracağını bildirmiş, daha sonra isə 14.10.2020-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs zəng edərək, bağın ərazisində görüşə çağırmış və bir daha özbaşına, azğın və eqoistik hərəkətlərini davam etdirərək, qadın iş yoldaşlarından məlum məsələ barədə heçnə soruşmadan və dəqiqləşdirmə aparmadan, Zərərçəkmiş şəxs bir daha sonunculardan üzr istəməsini tələb etmiş, lakin Zərərçəkmiş şəxs qadınlar haqqında nalayiq ifadə işlətmədiyi, bu səbəbdən də üzr istəməyəcəyini bildirdiyi və faktiki olaraq qadın iş yoldaşlarına qarşı nalayiq ifadə işlətmədiyi halda o,qəflətən, heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sifətindən bir dəfə qəsdən yumruq zərbəsi ilə vuraraq, ona “QKBT, baş beyinin yüngül dərəcədə əzilməsi, sol almacıq sümüyünün yerdəyişmiş sınığı” ilə ifadə olunan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarət yetirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, 2020-ci ilin dekabr ayından Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində kəşfiyyatçıistehkamçı vəzifəsində xidmətə başlamışdır. Hərbi xidmətə başlayanadək Qusar rayonu Atlıxan kəndində yerləşən “Grand-Holding” şirkətininin yanında yerləşən “Cənnət bağı” kimi tanınan şirkətin bağ sahəsində fəhlə işləmişdir. 13.10.2020-ci il tarixdə saat 18 radələrində iş yoldaşı Şahid3lə işdən çıxan zaman, orada işləyən Zərərçəkmiş şəxs bağda işləyən qadınlar barəsində “nə yaxşı şeylərdir” sözü dediyini eşitmişdir. Buna görə də, Ediklə birlikdə Elgünü kənara çağırıb söhbət etmiş, onun dediyi sözün nalayiq olduğunu, bu cür ifadələr işlətməməsini həmin şəxsə bildirmiş və qadın iş yoldaşlarından üzr istəməsini tələb etmişdir. Bununla yanaşı Elgün ona elə söz işlətməməsini söylədiyinə görə, söhbətini növbəti günə saxlamış, bu məqsədlə də sonuncudan telefon nömrəsi alaraq, onunla növbəti gün-yəni 14.10.2020-ci il tarixdə saat 13 radələrində zəng edərək bağda görüşmüşdür. Ediklə birlikdə Elgünün olduğu tərəfə gedərək onu kənara çağırıb qadınlar barəsində dediyi “yaxşı şeylərdir” sözünün etiraf etməsini bildirmişdir. Lakin, Elgün dediyi ifadəni etiraf etmədiyinə görə o, əsəbləşmiş və yumruq zərbəsi ilə Elgünün sifətindən vurmuş, sonuncu huşunu itirərək yerə yıxılmışdır. Bundan sonra, bu barədə polisə müraciət olunmuş və o, istintaqa cəlb olunmuşdur. Təqsirləndirilən şəxs həmçinin hazırda törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, zərər çəkmiş şəxslə barışaraq ona dəymiş zərəri tam ödədiyini, həmin şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmadığını, Vətən müharibəsi iştirakçısı olmaqla hazırda hərbi xidmətdə olmasını göstərərək barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş zərər çəkmiş şəxsin və şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur. Elgün 2020-ci ilin oktyabr ayının əvvələrində Qusar rayonu Atlıxan kəndi ərazisində yerləşən bağ sahələrində alma məhsulu yığmaqla məşğul olmuşdur. Oğlu Zərərçəkmiş şəxs 2020-ci ilin oktyabr ayının 13-də, saat 18 radələrində işdən evə getmək istədiyi vaxt həmin bağ sahəsində fəhlə işləyən Marat ona yaxınlaşaraq “orada işləyən qadınların dalınca söz atmısan” deyib onu səhv çıxarmağa çalışmış, lakin oğlunun bu məsələni etiraf etmədiyini görüb söhbəti növbəti günə saxlamışdır. Növbəti gün saat 13 radələrində Marat yenidən oğlu Elgünə yaxınlaşaraq, üzr istməsini tələb etmiş, oğlu etiraf etmədiyini görərək onu yumruqla vuraraq, xəsarət yetirmişdir. Həmin vaxt zərbənin gücündən oğlu Elgün huşunu itirmiş, oradan oğlunu iş yoldaşları yaşadıqları evə gətirmişlər. Bu barədə o, sonradan eşitmişdir. Bundan sonra oğlunu Qusar şəhər “Oki” özəl tibb klinikasına aparmışlar, orada oğlunda beyin silkələnməsi olduğunu bildirmişlər və bu səbəbdən də onu Bakı şəhərində “Baku Siti” klinikasına aparmışlar. Hadisədən sonra Marat bir müddət oğlu ilə maraqlanmamış, onun müalicəsi üçün köməklik göstərməmişdir. Həmin hadisədən sonra oğlu aldığı xəsarətlərə görə hərbi xidmətə aparılmamışdır. Lakin, sonradan Marat oğlunun müalicəsi üçün köməklik göstərmiş, oğlu ondan şikayətçi olmamış, bu barədə istintaq orqanına ərizə vermişdir. Hazırda da oğlu Elgünün Marata qarşı heç bir şikayəti və tələbi yoxdur, bu barədə məhkəməyə də ərizə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Qusar rayonu Atlıxan kəndində yerləşən "xxxx" MMC-yə məxsus bağ sahəsində fəhlə işləməklə ailəsini dolandırmışdır. 13.10.2020-ci il tarixdə saat 18 radələrində o, iş yoldaşı Maratla işdən evə getmək istəyərkən, Quba rayonu İ Nügədi kənd sakini Elgün bağda işləyən qadınlar barəsində nəsə söz dediyini eşitmişdir. Buna görə də, Maratla birlikdə Elgünü kənara çağıraraq söhbət etmiş, həmin sözün nalayiq olduğunu, bir daha elə söz işlətməməsini ona söyləmiş, bununla yanaşı sonuncuya “söhbəti sabah davam etdirərik” deyərək oradan uzaqlaşaraq evə qayıtmışlar. 14.10.2020-ci il tarixdə saat 13 radələrində Marat Elgünə zəng edərək bağda onunla görüşmək istədiyini bildirmiş, həmin vaxt o, da orada olmuş, Maratın Elgünü kənara çağırıb qadınlar barəsində dediyi “yaxşı şeylərdi” sözünü etiraf etməsini tələb etmiş, amma Elgün dediyi ifadəni etiraf etməməsi səbəbindən Marat əsəbləşərək Elgünü bir dəfə yumruq zərbəsi ilə qəsdən vuraraq yerə yıxmışdır. Bundan sonra o, araya girərək Maratı Elgündən ayırmışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2020-ci ilin oktyabr ayının əvvələrində Qusar rayonu Atlıxan kəndi ərazisində yerləşən "xxxx" MMC-yə məxsus bağ sahələrində həmkəndliləri Əhməd Taciyev və Şahid1 üçün alma məhsulunu meyvə soyuducularına yığmaq məqsədilə fəhlə kimi işləmişdir. Həmin yerdə təxminən 1 həftə işləyəndən sonra 2020-ci ilin oktyabr ayının 13-də, saat 18 radələrində iş yerindən evə getmək istəmiş, orada fəhlə işləyən Təqsirləndirilən şəxs və Şahid3 ona yaxınlaşaraq “sən orada işləyən qadınların dalınca nə dedin?” deyərək sual vermişlər. Həmin vaxt onunla birlikdə olan Əhmədin yanında “qadınlar oradan alma çıxarmaq istəyirlər, mühafizəçi onları saxlayacaq” sözlərini işlətdiyini onlara bildirmişdir. Lakin, həmin vaxt Marat və onun yanında olan Şahid3 qadınların dalınca sən “nə bomba şeylərdir” sözləri işlətmisən demiş daha sonra isə Marat təkidlə “sən onlardan üzr istəməlisən” sözünü işlədib onu buna məcbur etməyə çalışmışdır. Lakin, üzr istəməyəcəyini, qadın iş yoldaşlarına söz atmadığını bildirməsinə görə “səninlə səhər danışarıq” deyib, ondan telefon nömrəsini götürərək Marat və Edik oradan evlərinə çıxıb getmişlər. Həmin mübahisənin səhəri günü, yəni 14 oktyabr 2020-ci il tarixdə saat 13 radələrində telefonla Marat ona zəng edərək “sən gəl bizim işlədiyimiz tərəfə səninlə işimiz var” deməsinə cavab olaraq o da, həmin şəxsə naharda olduğunu gələ bilməyəcəyini bildirmişdir. Buna baxmayaraq Marat ona “ora özüm gələrəm” deyərək, 25 dəqiqə sonra onun olduğu tərəfə Ediklə birlikdə gəlmiş, o, bağ sahəsində düzən hissədə onunla görüşmüşdür. Həmin vaxt Marat yenidən həmin söhbətə qayıdaraq, onu qadınlardan üzr istəməyə vadar etməyə çalışmış, lakin o, heç bir səbəb olmadığını bildirərək üzr istəməyəcəyini söyləmişdir. Bu vaxt ora Şahid1 da gələrək məsələyə aydınlıq gətirmək istəmiş, lakin Marat həmin şəxsə də qulaq asmayaraq öz bildiyini təkrarlamış, aralarında olan söhbət əsnasında qəfildən Marat onu baş nahiyyəsindən bir dəfə yumruq zərbəsi ilə vuraraq yerə yıxmışdır. Zərbənin gücündən o, həmin vaxt huşunu itirmiş, bundan sonra heç nə xatırlamamışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, 2020-ci ilin oktyabr ayında Qusar rayonu Atlıxan kəndi ərazisində “GRAND-Holding” şirkətinin yaxınlığında yerləşən "xxxx" MMC-yə məxsus olan bağ sahələrindən gələcəkdə satmaq məqsədilə alma məhsulu alaraq soyuduculara yığmışdır. Həmin alma məhsullarını bəzi hallarda Bakı şəhərinə aparıb satmış, onunla birlikdə Əhməd Taciyev və Zərərçəkmiş şəxsla birlikdə işləmişdir. 2020-ci ilin oktyabr ayının 14-də, saat 13 radələrində nahar vaxtı o, Elgünün Marat və Ediklə bağ sahəsindən kənarda mübahisə etdiklərini görmüş, onlara yaxınlaşaraq həmin məsələ ilə əlaqədar mübahisə etməmələrini məsləhət bilmişdir. Lakin, Marat və Edik adlı şəxsin söhbət əsnasında Elgünə “sən üzr istəməlisən” dediklərini eşitmiş, sonuncunun isə üzr istəməyəcəyini bildirməsindən sonra Marat qəfildən bir yumruq zərbəsi ilə Elgünün sifət nahiyyəsindən vurmuşdur. Həmin vaxt zərbənin gücündən Zərərçəkmiş şəxs huşunu itirərək yerə yıxılmış, bir qədər sonra isə özünə gəlmişdir. O, aldığı xəsaratlə əlaqədar Elgünü Qusar şəhəri “OKİ” özəl tibb klinikasına aparmış, orada həmin şəxsə tibbi yardım göstərilmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahid X4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, 2020-ci ilin oktyabr ayında Qusar rayonu Atlıxan kəndi ərazisində yerləşən "xxxx" MMC-yə məxsus bağ sahəsində Zərərçəkmiş şəxs və Şahid1la birlikdə işləmiş, 2020-ci ilin oktyabr ayının 13-də saat 18 radələrində Elgünlə işlərini bitirib evə getməyə hazırlaşan zaman oradan çıxan qadınların əlində alma məhsulu ilə getdiklərini görmüşdir. Bu vaxt Elgün ona “həmin qadınların mühafizəçi tərəfindən saxlanılacağını” bildirmişdir, Həmin vaxt onlardan kənarda olan Təqsirləndirilən şəxs “sən qadınlara söz atdın” deyib Elgünə yaxınlaşmış, sonuncunun qadınlara söz atmadığını söyləmələsinə baxmayaraq, həmin şəxsi başa sala bilməmişlər. Həmin vaxt o, işçiləri evlərinə aparan avtobus gəldiyindən, Marat və onun yanında olan Edikin oradan çıxıb getdiklərini, Maratın Elgünə yumruqla vuraraq ona xəsarət yetirməsini sonradan bildiyini, həmin vaxt orada olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, 2020-ci ilin oktyabr ayında Qusar rayonu Atlıxan kəndi ərazisində yerləşən "xxxx" MMC-yə məxsus bağ sahəsində fəhlə kimi işləməklə ailəsini dolandırmışdır. 2020-ci ilin oktyabr ayının 21-də işlədiyi yerdə olan işçilərdən dəqiq adını xatırlamadığı şəxsin ona “sənin və Rozanın dalınca Quba rayon sakini Elgün adlı şəxs söz atıb” deyərək xəbər verməsindən sonra Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs döyülməsindən xəbər tutmuşdur. O, Elgün adlı şəxsi tanımamış, sonuncu ona qarşı heç bir kobudluq etməmiş və ona söz atmamışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, 2020-ci ilin oktyabr ayında Qusar rayonu Atlıxan kəndi ərazisində yerləşən "xxxx" MMC-yə məxsus bağ sahəsində fəhlə kimi işləməklə ailəsini dolandırmışdır. 2020-ci ilin oktyabr ayının 21-də işlədiyi yerdə olan işçilərdən dəqiq adını xatırlamadığı şəxsin ona “sənin və Rəyanənin dalınca Quba rayon sakini Elgün adlı şəxs söz atıb” deyərək xəbər verməsindən sonra Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs döyülməsindən xəbər tutmuşdur. O, Elgün adlı şəxsi tanımamış, sonuncu ona qarşı heç bir kobudluq etməmiş və ona söz atmamışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, 2016-cı il tarixdən "xxxx" MMC-yə məxsus bağ sahələrində sahə rəisi vəzifəsində çalışmışdır. Orada işləyən Elgün və Maratı bağ sahəsində işlədikləri zaman tanımış, onların arasında baş vermiş hadisəyə qədər heç bir narazılıq olmamışdır. Maratla Elgün arasında 14.10.2020-ci il tarixdə saat 13 radələrində bağ sahəsində baş vermiş mübahisə zamanı sonuncunu Maratın yumruqla vuraraq ona xəsarət yetirməsini sonradan, yəni bir neçə saat sonra bilmiş, buna görə də Elgünün yanına Qusar şəhərində yerləşən “Oki” özəl tibb klinikasına getmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs 02.04.2021-ci il tarixli ərizəsindən görünür ki, o, 14 oktyabr 2020-ci il tarixdə Qusar şəhər sakini Marat adlı şəxs tərəfindən döyülməsi faktı ilə bağlı şikayət ərizəsi ilə Qusar rayon Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 03 aprel 2021-ci il tarixli, 124 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- QKBT, baş beynin yüngül dərəcədə əzilməsi, sol almacıq sümüyünün yerdəyişmiş sınığı küt əşyanın təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 14.10.2020-ci il tarixdə döyülmə nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağalamlığa AZ AĞİR zərər vurmaya aiddir. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 140.0, 140.0.1, 140.0.2-ci maddələrinə əsasən cinayət prosesi gedişində aşağıdakı hallar yalnız aşağıda göstərilən sübutların əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri - tibb sahəsində ekspertin rəyi ilə; şübhəli və ya təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olub-olmaması - psixiatriya sahəsində ekspertlərin rəyi ilə müəyyən edilə bilər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 03 aprel 2021-ci il tarixli, 124 saylı rəyini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübut kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon şöbəsi tərəfindən verilmiş 13.04.2021-ci iltarixli 254 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Prezidentinin 28.09.2020-ci il tarixli Sərəncamına və “Azərbaycan Respublikasında Səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanuna əsasən qismən səfərbərliklə əlaqədar həmin şöbə tərəfindən 07.11.2020-ci il tarixdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə təhvil verilmiş və İ Ordu korpus komandirinin 16.12.2020-ci il tarixli əmrinə əsasən N saylı hərbi hissəyə müddətdən artıq həqiqi hərbi qulluğa qəbul edilmişdir. İş materiallarında olan 26 yanvar 2021-ci il tarixli AD ******* saylı şəxsi vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusudur. İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən 13 oktyabr 2021-ci il tarixdə məhkəməyə təqdim edilmiş ərizə və ona əlavə olunmuş ******* saylı hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən Müharibəsi” iştirakçısıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Baş prokurorunun birinci müavini tərəfindən qəbul edilmiş 2 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə cinayət işinin başlanılması və cinayət işinin ibtidai istintaqının Qusar rayon Polis şöbəsinin İstintaq Bölməsində davam etdirilməsinin təmin olunması üçün Qusar rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır. Qusar rayon prokurorluğunun 25 may 2021-ci il tarixli 371xid-21/35 cin saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 127.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi ibtidai istintaqın aparılması üçün Qusar rayon Polis şöbəsinə göndərilmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 27 may 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 19:00-dan saat 20:10-dək Qusar RPŞ-nin İB-nin baş müstəntiqi X5 tərəfindən X1, Zərərçəkmiş şəxs, Şahid7 Rafiqoviçin, hal şahidləri X3 və X2 iştirakları ilə Qusar rayonu Atlıxan kəndində yerləşən "xxxx" MMC-yə məxsus bağ sahəsində Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfinbdən yumruqla vurulduğu yerə baxış keçirilmişdir. Baxış zamanı həmin bağ sahəsinin Bakı-Dağıstan şosse yolunun sol tərəfində, Qusar rayonu Atlıxan kəndi ərazisində yerləşdiyi, bağ sahəsinin giriş hissəsində qapı (torlu məftillə iki laylı) olduğu, qapıdan içəri daxil olduqda müasir üsulla yeni növ bağ sahəsinin olduğu, bağ sahəsində alma, gilas, böyürtkən və digər məhsullar olan ağac və kollar olduğu müəyyən edildi. Zərərçəkmiş şəxs bağ sahəsinin giriş hissəsindən 2 km məsafədə bağ sahəsinin suvarılmasında isatifadə edilən gölün yaxınlığında Təqsirləndirilən şəxs tərəfindən döyüldüyünü bildirdi. Gölün yanından magistral yol tərəfə təxminən 500 matr aralıda olan ərazidə heç bir quraşdırılmış obyektin olmadığı, bağsahəsinin digər hissəsi olduğundan ictimai yer kimi qiymətləndirilmir. Zərərçəkmiş şəxs bir daha həmin yerdə onlardan başqa heç kimin olmadığını bildirərək döyüldüyü yeri əli ilə göstərmişdir. Həmin yerin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Baxış zamanı bir daha həmin bağ sahəsinin ictimai yer olmadığı müəyyən edilmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının N iyun 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə cinayət işi başlanılmamışdır. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” X10 18.06.2021-ci il tarixli, 1008/06-20 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin X10 Konsultativ Poliklinika şöbəsində həkim narkoloqun və psixiatrın qeydiyyatında yoxdur. İş materiallarında olan N iyun 2021-ci il tarixli “qətimkan tədbiri seçilməsi barədə” qərardan görünür ki, N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Təqsirləndirilən şəxs barəsində “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri seçilmşdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 11.06.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Qusar rayon İHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 18.06.2021-ci il tarixli 1267 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi atası Çingiz Əzizovdan və anası Zöhrə Əzizovadan ibarətdir. İş materiallarında olan Qusar rayon İHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 18.06.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Şahid4 tərəfindən təqdim edilmiş notarial qaydada təsdiq olunmuş 21.04.2021-ci il arixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, onlar barışmışlar və onun hazırda heç bir şikayəti, tələbi yoxdur. Nəzərə alınmasını xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 11.10.2021, 12.10.2021-ci il tarixlərdə məhkəməyə təqdim edilmiş ərizələrindən görünür ki, Təqsirləndirilən şəxsla barışmışlar, ona dəmiş ziyan tam ödənilmişdir və onun hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin olunmasını, həmçinin məhkəməyə gələ bilmədiyini və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 13.10.2020-ci il tarixdə saat 18 radələrində fəhlə kimi işlədiyi, Qusar rayonu Atlıxan kəndinin ərazisində yerləşən "xxxx" MMC-yə məxsus bağda işdən çıxarkən, həmin bağda fəhlə işləyən iş yodaşı Zərərçəkmiş şəxs digər qadın iş yoldaşları olan Şahid6 və Şahid5 qarşı nalayiq ifadənin işlətdiyini əsassız olaraq cüzi bəhanə gətirib, Zərərçəkmiş şəxs qadın iş yoldaşlarından üzr istəməsini tələb etməsi, lakin sonuncu qadınlara qarşı heç bir nalayiq söz demədiyini bildirərək üzr istəməsindən imtina etdiyinə görə Zərərçəkmiş şəxs mobil telefonunun nömrəsini götürərək, növbəti gün zəng vurduqda görüşə gəlib məsələnin aydınlaşdıracağını bildirməsi, daha sonra isə 14.10.2020-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs zəng edərək, bağın ərazisində görüşə çağırması və bir daha özbaşına, azğın və eqoistik hərəkətlərini davam etdirərək, qadın iş yoldaşlarından məlum məsələ barədə heçnə soruşmadan və dəqiqləşdirmə aparmadan, Zərərçəkmiş şəxs bir daha sonunculardan üzr istəməsini tələb etməsi, lakin Zərərçəkmiş şəxs qadınlar haqqında nalayiq ifadə işlətmədiyi, bu səbəbdən də üzr istəməyəcəyini bildirdiyi və faktiki olaraq qadın iş yoldaşlarına qarşı nalayiq ifadə işlətmədiyi halda o,qəflətən, heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sifətindən bir dəfə qəsdən yumruq zərbəsi ilə vuraraq, ona “QKBT, baş beyinin yüngül dərəcədə əzilməsi, sol almacıq sümüyünün yerdəyişmiş sınığı” ilə ifadə olunan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarət yetirməsi, bununla da, onun həmin hərəkəti ilə Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 52-1.6-cı maddəsinə əsasən azadlığın məhdudlaşdırılması hərbi qulluqçulara, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, habelə Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri olmayan şəxslərə təyin edilmir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.4-cü bəndlərinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun cinayətin törədilməsindən sonra zərərçəkmiş şəxsə yardım göstərərək dəymiş zərəri tam aradan qaldırmasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, həmin şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmamasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, Vətən müharibəsi iştirakçısı olmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini nəzərə alaraq ona cəza növü olaraq təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və barəsində həmin Məcəllənin 70-ci maddəsinin tətbiq olunaraq təyin edilmiş cəzanın sınaq müddəti müəyyən olunmaqla şərti hesab olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın real olaraq çəkilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, ona real cəzanın təyin edilməsi ədalətli və humanist olmamaqla törədilmiş cinayətlə cəza arasında balansın pozulmasına, onun məhrumiyyətlərə düçar olmasına səbəb ola bilər. Belə ki, o, hal-hazırda əməlindən səmimi peşman olmuş, cinayətin törədilməsindən sonra zərərçəkmiş şəxsə dəymiş zərəri tam aradan qaldırmış, onunla barışmış, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur, onun barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Vətən müharibəsi iştirakçısıdır, hazırda hərbi xidmətdədir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, onun barəsində təyin olunmuş cəzanın şərti hesab olunması tam ədalətli və humanist olmaqla onun islah olunması və cəzanın məqsədlərinə nail olunması üçün kifayətdir və bu halda cinayətlə cəza arasındakı balans tam təmin olunar, gələcəkdə belə hərəkətlərin edilməsinin qarşısı alınar. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hərbi qulluqçu olduğundan onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilə bilməz. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq olunaraq təyin olunmuş cəza şərti hesab edilsin və ona 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilsin. Davranışına nəzarət etmək N saylı hərbi hissə komandanlığına həvalə edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «komandanlığın müşahidəsi altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin komandanlığına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar