Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-55/2025 13.05.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hömmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1988-ci il tarixdə Qusar rayonu, Kirig kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Qusar rayonu, Həzrə ərazi dairəsi, Girik kəndində kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 2025-ci ilin yanvar ayın ortalarında Qusar rayonu Kirig kəndin ərazisində istintaqa məlum olmayan mənbədən 03 ədəd kibrit qutusunda kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək özü ilə daşıyıb üzərində saxlamış, onun cüzi bir hissəsini 2025-ci ilin yanvar ayın sonlarında Qusar rayonu Kirig kəndin ərazisində istifadə etmiş, 01 fevral 2025-ci il tarixdə, saat 20:52 radələrində isə Qusar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, Qusar rayonu Həzrə kəndi, Həzrə-Zuxul avtomobil yolunun Zuxul kəndi istiqamətində yolun sağ tərəfində saxlanılmış və həmin gün saat 20:54 radələrində videoçəkilişlə üstünə baxış keçirilən zaman əynində olan göy rəngli gödəkçənin sol yan cibindən həmin narkotik vasitədən qalıq qalmış 03 ədəd kibrit qutularda ayrı-ayrılıqda təmiz çəkiləri 5,96 qram, 5,54 qram, 5,03 qram olmaqla ümumilikdə 16,53 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan xeyli miqdarda qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək göstərdi ki, təxminən 1 il bundan əvvəl 1 dəfə narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. 2025-ci ilin yanvar ayının ortalarında axşam radələrində tək başına Qusar rayonu Kirig kəndinin ərazisində gəzişən zaman yerdən sellofan paketdə 03 ədəd kibrit qutusu tapıb, götürüb, kibrit qutusunun içərisini yoxlayarkən orada narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görüb 03 ədəd kibrit qutularını gələcəkdə özünün istifadə etməsi üçün özündə saxlamış, 2025-ci ilin yanvar ayının sonlarında isə Qusar rayonu Kirig kəndinin ərazisində tək başına üzərində saxladığı narkotik vasitə qurudulmuş marixuananın cüzi bir hissəsini istifadə etmiş, qalıq qalan içərisində narkotik vasitə qurudulmuş marixuana olan 03 ədəd kibrit qutularını özündə saxlamışdır. 01 fevral 2025-ci il tarixdə, saat təxminən 19 radələrində Qusar rayonu Kirig kəndinin ərazisində həmkəndliləri Şahid7 və Şahid6la görüşüb, onlarla birlikdə çay içdikdən sonra Şahid6 idarə etdiyi “VAZ 2107” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qusar rayonu Həzrə kəndinə gedib, Qusar rayonu Həzrə kəndi, Həzrə-Zuxul avtomobil yolunun Zuxul kəndi istiqamətində yolun sağ tərəfində avtomobili kənara çəkib söhbət edən zaman Qusar RPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin saxlanmasında, daşınmasında və gəzdirilməsində şübhəli olduğunu ona bildirərək saxlamışlar. Həmin vaxt ona hüquq və vəzifələri izah olunmuş, video çəkilişlə üzərinə baxış keçirilmiş, əynində olan göy rəngli gödəkçənin sol yan cibindən 03 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmiş, ekspertizaya təqdim olunması üçün qablaşdırılmış, iştirakçılar tərəfindən zərfin üzərinə imzalar çəkilmiş və götürülmüşdür. Daha sonra isə Şahid7 və Şahid6, həmçinin sonuncunun idarə etdiyi “VAZ 2107” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə polis əməkdaşları tərəfindən videoçəkilişlə baxış keçirilmiş, lakin onların üzərindən və avtomobildən narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya aşkar edilməmişdir. Saxlanılan zaman, habelə üzərində axtarış aparılan zaman ona qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Sonda təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, özünün məhkəmə istintaqı zamanı etirafedici ifadəsi ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə, məhkəmə bioloji ekspertizasının, məhkəmə-narkoloji ekspertizasının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 01 fevral 2025-ci il tarixdə Qusar rayon sakini Təqsirləndirilən şəxs Qusar rayonun ərazisində qanunsuz olaraq narkotik vasitə saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə ondan, Qusar RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid5, Qusar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3, Qusar RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı Şahid4 və Qusar RPŞ-nin Həzrə PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır 01 fevral 2025-ci il tarixdə saat 20:52 radələrində Qusar rayonu Həzrə kəndi, Həzrə-Zuxul avtomobil yolunun Zuxul kəndi istiqamətində yolun sağ tərəfində dayanmış vəziyyətdə olan Şahid6 məxsus “VAZ 2107” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb, sükan arxasında Kazim Şixmuradov, onun yanındakı sərnişin oturacağında Təqsirləndirilən şəxs, avtomobilin arxa sərnişin oturacağında isə əyləşmiş Mehman Nəcəfova özlərini təqdim edib, avtomobildən düşmələrini tələb edib, narkotik vasitələrin istifadəsində, saxlanılmasında və daşınmasında şübhəli olduqlarını bildirməklə saxladıq, hüquq və vəzifələri izah olundu, daha sonra video çəkilişlə onların üzərlərinə və Şahid6 idarə etdiyi avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sol yan cibindən 03 ədəd kibrit qutularında ümumi çəkisi 16,53 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmiş, ekspertizaya təqdim olunması üçün qablaşdırılmış, iştirakçılar tərəfindən zərfin üzərinə imzalar çəkilmiş və götürülmüşdür. Daha sonra isə Mehman Nəcəfov və Şahid6 üzələrinə, həmçinin sonuncunun idarə etdiyi avtomobilə video çəkilişlə baxış keçirilmiş, lakin onların üzərindən və avtomobildən narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3, Şahid2, Şahid5 və Şahid4 ifadələrindən görünür ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid6 ifadəsindən görünür ki, 01 fevral 2025-ci il tarixdə saat 19 radələrində həmkəndliləri Təqsirləndirilən şəxs və X3 rayonu Kirig kəndin ərazisində görüşüb, birlikdə çay içmiş, daha sonra isə onlarla birlikdə idarə etdiyi “VAZ 2107” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qusar rayonu Həzrə kəndinə gedib, Həzrə-Zuxul avtomobil yolunun Zuxul kəndi istiqamətində yolun sağ tərəfində avtomobili kənara çəkib söhbət edən zaman Qusar RPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin saxlanmasında, daşınmasında və gəzdirilməsində şübhəli olduğunu bildirərək saxlamışlar. Həmin vaxt Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, video çəkilişlə üzərinə baxış keçirilmiş, üstündən 03 ədəd kibrit qutusundanarkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmiş, ekspertizaya təqdim olunması üçün qablaşdırılmış, iştirakçılar tərəfindən zərfin üzərinə imzalar çəkilmiş və götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxsün üstündən aşkar eidilmiş narkotik vasitənin ona məxsus olduğunu etiraf edərək, narkotik vasitəni Qusar rayonu Kirig kəndin ərazisindən tapıdğmı bildirmişdir. Daha sonra isə onun və Mehman Nəcəfovun, həmçinin onun idarə etdiyi “VAZ 2107” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə polis əməkdaşları tərəfindən videoçəkilişlə baxış keçirilmiş, lakin onların üzərindən və avtomobildən narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya aşkar edilməmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş şahid X1 ifadəsindən görünür ki, Şahid6 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Məhkəmə-bioloji ekspertizasının 02 fevral 2025-ci il tarixli 7/217 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş kağız paketə 03 ədəd kibrit qutularında təmiz çəkiləri 5,96 qram, 5,54 qram və 5,03 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Marixuananın ümumi çəkisi 16,53 qramdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 25 fevral 2025-ci il tarixli, 1092 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin epizodik istifadə etmə halları olub, Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 01 fevral 2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şəxsin üstünün yoxlanılmasına və nəqliyyat vasitəsinə baxış keçirilməsinə dair protokoldan görünür ki, 01 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə Qusar rayonu Həzrə kəndi, Həzrə-Zuxul avtomobil yolunun Zuxul kəndi istiqamətində yolun sağ tərəfində videoçəkilişdən istifadə edilməklə baxış keçirilən zaman sonuncunun əynində olan göy rəngli gödəkçənin sol yan cibindən həmin narkotik vasitədən qalıq qalmış 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5,96 qram, 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5,54 qram, 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5,03 qram olmaqla ümumilikdə 16,53 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan xeyli miqdarda qurudulmuş marixuana aşkar olunmuşdur. İş materiallarından görünür ki, əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şəxsin üstünün yoxlanılmasına və nəqliyyat vasitəsinə baxış keçirilməsinə dair protokola əlavə edilmiş 01 ədəd CD formatlı diskə baxış keçirilmiş və baxış zamanı 01 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə Qusar rayonu Həzrə kəndi, Həzrə-Zuxul avtomobil yolunun Zuxul kəndi istiqamətində yolun sağ tərəfində videoçəkilişdən istifadə edilməklə baxış keçirilən zaman sonuncunun əynində olan göy rəngli gödəkçənin sol yan cibindən həmin narkotik vasitədən qalıq qalmış 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5,96 qram, 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5,54 qram, 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5,03 qramolmaqla ümumilikdə 16,53 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan xeyli miqdarda qurudulmuş marixuana aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində iki azyaşlı uşağı var. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə şəxsiyyətini xarakterizə edən müsbət hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 02 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 fevral 2025-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və həmin tarixdə də Qusar RPŞ-nin MSY-dən dərhal azad olunmuşdur. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 02 fevral 2025-ci il tarixdən, 03 fevral 2025-ci il tarixə kimi tutulduğu 01 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 02 gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qusar rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 16,47 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhv edilməli, video görüntülər olan 01 ədəd CD disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəti olan 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 02 fevral 2025-ci il tarixdən 03 fevral 2025-ci il tarixə kimi tutulduğu 01 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən 02 (iki) il, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 02 (iki) gün çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qusar rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qusar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qusar rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 16,47 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhv edilsin, video görüntülər olan 01 ədəd CD disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Qusar rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Əli Cəlilov
Məhkəmə qərarları › İş №1(029)-55/2025
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-55/2025
13.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver