Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 1(029)-56/2020 07.07.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Sumqayıt şöbəsinin 1-ci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçiiştirakları ilə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS: Təqsirləndirilən şəxs, xx xxxx 1970-ci il tarixdə Qusar rayonu Avaran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Qusar rayonu, Kuzun-Qışlaq kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə saat 15-16 radələrində Qusar şəhəri X3 yerləşən evdə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs yumruq zərbəsi ilə vuraraq ona sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş yekun protokol üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, həmkəndlisi X1 ilə birlikdə Qusar şəhəri, X3 yerləşən yeni tikilən evdə tikinti işləri görür. xx xxx 2020-ci il tarixdə saat 15-16 radələrində 50 illik yubileyi olduğu üçün Bəhruz Hacıbalayev araq alıb içməyi təklif etmişdir. O, mağazaya gedəndə orada qonşuluqda evdə tikintidə işləyən Zərərçəkmiş şəxs görmüşdür. Zərərçəkmiş şəxs mağazadan balaca araq almış, özü isə 0,5 litrlik araq və bir ədəd “Bizon” içkisi almışdır. O, yolda gələndə Zərərçəkmiş şəxs bir yerdə araq içməyi təklif etmiş Zərərçəkmiş şəxs buna razı olmuşdur. Onlar ikisi də tikintisini apardıqları evə getmiş, Robertin qonaq kimi çağırdığını Bəhruza bildirmiş və onlar bir stol arxasında oturub araq içməyə başlamışlar. Aralarında olan söhbət zamanı Bəhruz Robertlə zarafat etmiş və ona “Cimi”yə oxşayırsan demişdir. Bu Robertin acığına gəlmiş, Bəhruzu və onu söyməyə başlamışdır.O da bundan əsəbləşərək Zərərçəkmiş şəxs gözündən yumruqla vurmuşdur. O, hal-hazırda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışmışdır, sonuncunun ondan heç bir şikayəti və tələbi yoxdur, törətdiyi əməlindən peşmandır, barəsində olan cinayət təqibinin icraatına xitam verilməsini xahiş edir. Bu barədə məhkəməyə ərizə təqdim edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Qusar rayonu, Urva kəndində ailəsi ilə yaşayır. Qusar şəhəri, X3 başqa şəxsə məxsus evin tikintisində işləmişdir. Həmin evin yaxınlığında isə Təqsirləndirilən şəxs və X1 usta kimi işləmiş, onlarla münasibətləri yaxşı olmuşdur. O, xx xxx 2020-ci il tarixdə saat 15-16 radələrində araq almaq məqsədilə yaxınlıqda olan mağazaya getmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs da orada olmuşdur. O, mağazadan 250 ml-lik araq, Sakiddin isə 0,5 litrlik araq və 01 ədəd “Bizon” içkisi almışdır. Onlar bir yerdə küçə ilə qayıdarkən Sakiddin ona özünün 50 illik yubileyi olduğunu, ona yubileyi bir yerdə qeyd etməyi təklif etmiş, ancaq o, buna razı olmamışdır. Təkrarən israr etdikdən sonra Sakiddin ilə razılaşmışdır. Evin ikinci mərtəbəsində Sakiddin onu Bəhruza təqdim etmiş və onlar bir stol arxasında oturub araq içmişlər. Söhbət zamanı Bəhruz ona saçlarının uzun olduğuna görə “Cimiyə oxşayırsan” demişdir. Buna görə də onların arasında mübahisə yaranmış və onlar bir-birlərini söymüşlər. O, stulda əyləşən Bəhruzun üstünə əyilib onun boğazından tutmaq istəyən zaman qəflətən Sakiddin onun gözündən yumruqla vurmuş və o, yerə yıxılmışdır. Hazırda o, Təqsirləndirilən şəxs ilə barışmışdır, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinin icraatına xitam verilməsini xahiş edir. Bu barədə məhkəməyə ərizə təqdim edir. İş materiallarında olan məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının xx xxxx 2020-ci il tarixli 258 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sağ kürəyin üstünün, kürəyarasının, sağ almacıq nahiyəsinin sıyrıqlar və sağ gözün ağlı qişasının iç səthinin qansızması küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə vəşəraitdə, yəni xx xxx 2020-ci il tarixdə, sağ kürəyin üstünün və kürəyarasının xətti sıyrıqları beli üstə yerə yıxılaraq yerdə olan tinli əşyaların mexaniki təsirindən, sağ almacıq nahiyəsinin sıyrıqı və sağsağ gözün ağlı qişasının iç səthinin qansızması isə əl və yumruqla vurulma nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlərdən sağ kürəyin üstünün, kürə yarasının və sağ almacıq nahiyəsinin sıyrıqları sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir, sağ gözün ağlı qişasının iç səthinin qansızması isə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə iş üzrə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması onun özünün etirafedici ifadəsi, zərər çəkmiş şəxsin ifadəsi, ekspert rəyi və məhkəmə baxışında tədqiq olunmuş işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək törətdiyi cinayət əməlindən peşman olduğunu və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığını göstərərək, cinayət məsuliyyətindən azad edilməklə barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarına xitam verilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs da məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir tələbi olmadığını bildirmiş və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarına xitam verilməsini xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ idarəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Odur ki, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs kimi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışaraq ona dəymiş ziyanı tamamilə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində başlanılmış cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut yoxdur. Mülki iddia olmadı. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 40.2.2, 43.3, 321.2.1, 347 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(029)-56/2020
Qusar Rayon Məhkəməsi Qərar — İş №1(029)-56/2020
07.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver