Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-56/2021 31.08.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil X2, Tərcüməçi: X4 iştirakları ilə 21 iyun 1984-cü ildə Qusar rayonu Düztahir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Qusar rayonu Düztahir kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, cavabdeh kimi ondan 09 oktyabr 2018-ci il tarixdən hesablanmaqla 02 noyabr 2007-ci il təvəllüdlü X10 qızının və 05 iyul 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq X8 ödənilməsinə dair Qusar Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 21 fevral 2019-cu il tarixli 2(029)- 107/2019 nömrəli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində 03 aprel 2019-cu ildə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar Rayon Məhkəməsinə göndərilmiş və məhkəmənin həmin tarixli, 3(029)-97/2019 saylı qərarı ilə o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək 22 aprel 2019-cu və 24 fevral 2021-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə və Qusar Rayon Məhkəməsinin 8(029)-157/2019 nömrəli, 28 noyabr 2019-cu il tarixli qərardadı ilə ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılmasına baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 09 mart 2021-ci il tarixədək cəmi 5500,00 manat məbləğində aliment borcunu ödəməyərək zərər çəkmiş şəxs X8 maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadə verərək göstərmişdir ki, Qusar rayon məhkəməsinin 21 fevral 2019-cu il tarixli 2(029)-107/2019 saylı qətnaməsi ilə ondan X7 xeyrinə 02 noyabr 2007-ci il təvəllüdlü X10 qızının və 05 iyul 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün sabit pul məbləğində hər ay hər uşağa görə 100 manat olmaqla cəmi 200 manat alimentin tutulması qət edilmişdir. Həmin qətnamə çıxarılarkən o məhkəmədə bildirmişdir ki, onun həmin məbləğdə aliment ödəməyə imkanı yoxdur. Həmin qətnamədən onun tərəfindən apelyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Həmin qətnamə Qusar rayon İcra və Probasiya şöbəsi tərəfindən icra olunmağa başlamış, lakin onun maddi imkanı olmadığından alimenti ödəyə bilməmiş, adında heç bir əmlakı və ya pul vəsaiti aşkar olunmamışdır. Bundan sonra icra məmuru tərəfindən barəsində inzibati protokol tərtib edilərək baxılması üçün Qusar Rayon Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin 03.04.2019-cu il tarixli qərarı ilə əsasən o, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətə inzibati həbs edilmişdir. Bundan sonra da, o, imkanı olmadığından alimenti ödəyə bilməyərək məhkəmə qətnaməsini icra etməmiş, 5500 manat məbləğində aliment borcu yaranmış və bu səbəbdən də, barəsində hazırkı cinayət işi başlanılmışdır. O, bir-neçə dəfə 100, 100 və 200 manat olmaqla aliment borcundan ödəniş etmək istəmiş, həmin məbləğlərdə pulları poçt vasitəsi ilə həmin şəxsin ünvanına göndərmiş, lakin Ərzi həmin pulları qəbul etməmişdir. Hazırda heç bir yerdə işləmir, maddi imkanı yoxdur, hazırkı məhkəmə iclası başlayanadək o, 100 manat pulu poçt vasitəsi ilə Ərziyə göndərmişdir. Ərzi Canlatova ilə razılaşıb barışıq əldə edərək bir yerdə yaşamaq istəyir, lakin, Ərzi Canlatova onunla barışmır. Söz verir ki, gələcəkdə hər ay 100-300 manat olmaqla aliment borcunu ödəyəcəkdir. Odur ki, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı qismən etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin və şahidin ifadələri ilə, elan olunaraq tədqiq edilmiş şahid ifadəsi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Qusar rayon məhkəməsinin 21 fevral 2019-cu il tarixli 2(029)-107/2019 saylı qətnaməsi ilə Təqsirləndirilən şəxs onun xeyrinə 02 noyabr 2007-ci il təvəllüdlü X10 qızının və 05 iyul 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün sabit pul məbləğində hər ay hər uşağa görə 100 manat olmaqla cəmi 200 manat alimentin tutulması qət edilmiş, alimentin tutulması 09 oktyabr 2018-ci il tarixdən hesablanmışdır. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icra olunması üçün Qusar rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Lakin, Təqsirləndirilən şəxs tərəfindən hazıradək aliment borcu ona ödənilməmiş, aliment öhdəliyini yerinə yetirməmiş və bu səbəbdən də o, Qusar Rayon Məhkəməsinin 03.04.2019-cu il tarixli qərarına əsasən 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bunda sonra da, icra məmuru tərəfindən Fərhada yenidən qətnaməni icra etmək üçün müddət verilməsinə baxmayaraq, sonuncu yenə də müxtəlif bəhanələrlə qətnaməni icra etməmiş, baxmayaraq ki, onun kifayət qədər maddi imkanı olmuşdur. Hazırda da, Təqsirləndirilən şəxs onun aliment borcunu ödəmir, uşaqları təkbaşına saxlmaq isə onun üçün çətinliklər yaradır. Onlar Təqsirləndirilən şəxsla həmkəndlidirlər və bir-iki ay əvvəl Təqsirləndirilən şəxs 100 manat aliment ödəyəcəyini bildirmiş, lakin hər hansı ödəniş etməmişdir. Təqsirləndirilən şəxs yalnız barəsində qanuni tədbir görüldüyü zaman 100-200 manat miqdarda aliment ödəyir, sonradan isə alimenti ödəməkdən yayınır. Heç olmasa hər ay 100 manat ödəməsini Təqsirləndirilən şəxs bildirsə də o, aliment borcundan ödəniş etməmişdir. Ona görə də, Təqsirləndirilən şəxs şikayətçidir və həmin şəxsin barəsində həbs seçilməsini və ağır cəzanın verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Qusar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru vəzifəsində işləyir. Qusar Rayon Məhkəməsi tərəfindən verilmiş 21 fevral 2019-cu il tarixli, 2(029)-107/2019 saylı icra sənədinə əsasən həmin şöbə tərəfindən 04.03.2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuş, borcluya icra vərəqəsini könüllü icra etmək üçün müddət verilmiş, həmin müddətdə qətnamənin icrası təmin olunmadığından məcburi icra tədbirləri həyata keçirilməyə başlamışdır. Lakin, Təqsirləndirilən şəxs yenə aliment borcunu ödəməmiş, məhkəmə qərarının icrasından boyun qaçırmışdır. Bundan sonra borclunun əmlakına baxış keçirilmiş, lakin tələbin yönəldilməsinə dair əmlak aşkar olunmamış, müvafiq qurumlara borclunun əmlakına, pul vəsaitinə və gəlirlərinə dair sorğular olunmasına baxmayaraq müsbət nəticə əldə olunmamışdır. Bu səbəbdən də, Təqsirləndirilən şəxs barəsində 03.04.2019-cu il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim olunmuş və Qusar Rayon Məhkəməsinin 3(029)-97/2019 saylı, 03 aprel 2019-cu il tarixli qərarı ilə həmin şəxs 10 (on) gün müddətinə inzibati həbs olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs aliment borcunun ödənilməsi üçün yeni müddətin təyin edilməsi barədə bildiriş göndərilmiş həmi bildiriş Təqsirləndirilən şəxs tərəfindən qəbul etmişdir. Lakin, borclu icra məmurunun çağırışlarına məhəl qoymayaraq yaranmış aliment borcunu ödəməmişdir. Çağırışlara gəlməyən borclu barəsində məcburi gətirmə tədbirinin tətbiqi haqqında qərar qəbul olunmuş və 03 iyul 2019-cu il tarixdə Təqsirləndirilən şəxs məcburi qaydada Qusar rayon İcra və Probasiya şöbəsinə gətirilmiş, müvafiq izahatında inzibati qaydada həbsdən sonra ona verilmiş yeni müddət ərzində tələbkar X7 xeyrinə cəmi 200 (iki yüz) manat məbləğində aliment ödədiyini bildirmişdir. İcra sənədinin icrası ilə əlaqədar yenidən 29 oktyabr 2019-cu il tarixdə borclunun izahat alınmış, hüquq və vəzifələri izah olunmuş, yaranmış aliment borcunun ödənilməsi tələb olunmuşdur. Lakin, borclu müxtəlif bəhanələrlə yaranmış aliment borcunu ödəməkdən boyun qaçırmış və məhkəmə qətnaməsini icra etməmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında məhkəməyə təqdimat verilmiş və Qusar rayonu məhkəməsinin 8(029)-157/2019 saylı, 28 noyabr 2019-cu il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış, borcluya qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət tədbirləri haqqında rəsmi xəbərdarlıq edilmiş, lakin borclu ona edilən yazılı və şifahi xəbərdarlıqlara məhəl qoymamış və müxtəlif bəhanələrlə icra sənədinin icrasından yayınmışdır. Həmçinin Qusar rayon Məşğulluq Mərkəzi tərəfindən Təqsirləndirilən şəxs aylıq əmək haqqı 250-270 manat olan müvafiq işlər təklif olunmuş, lakin o, əmək haqqının az olduğunu bildirərək bu işlərdən imtina etmişdir. Borclu Təqsirləndirilən şəxs 5500 (beş min beş yüz) manat aliment borcu yaranmışdır. Borclu Təqsirləndirilən şəxs ona təklif olunan işlərdən imtina etmiş, bununla da o, icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırmış, Azərbaycan Respublikanın adından çıxarılmış məhkəmə qərarının icrasına məsuliyyətsizlik və hörmətsizlik nümayiş etdirmişdir. Bu səbəbdən də, borclu tərəfindən dövlətin adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təqdimat göndərilmişdir. Daha sonra isə Təqsirləndirilən şəxsin barəsində hazırkı cinayət işi başlanılmış və həmin şəxs istintaqa cəlb edilmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahid Qusar rayon İcra və Probasiya Şöbəsinin rəisi Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Şahid1 ilə analoji ifadə verərək onun məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatları tam təsdiq etmişdir. Cinayət işinin materiallarında olan Qusar rayon məhkəməsinin 21 fevral 2019-cu il tarixli 2(029)-107/2019 saylı qətnaməsinin və həmin qətnamə əsasında verilmiş icra vərəqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs X7 xeyrinə 02 noyabr 2007-ci il təvəllüdlü X10 qızının və 05 iyul 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün sabit pul məbləğində hər ay hər uşağa görə 100 (yüz) manat, cəmi isə 200 (iki yüz) manat miqdarda aliment tutulması qət edilmiş, alimentin tutulması 09 oktyabr 2018-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsinin 04 mart 2019-cu il tarixli bildirişinin surətindən görünür ki, həmin şöbə tərəfindən Qusar rayon məhkəməsinin 21 fevral 2019-cu il tarixli 2(029)-107/2019 saylı icra sənədi üzrə tələbin könüllü icrası üçün borclu Təqsirləndirilən şəxs 10 gün vaxt verilmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs Qusar rayon İcra və Probasiya Şöbəsinə verdiyi 03.04.2019-cu il tarixli izahatının surətindən görünür ki, o, aliment borcundan heç bir ödəniş etməmiş, gələcəkdə imkanı olarsa aliment borcunu ödəyəcəkdir. Cinayət işinin materiallarında olan 29 oktyabr 2019-cu il tarixli “borclunun evinə baxış keçirilməsi haqqında” aktın surətindən görünür ki, Qusar rayon İcra və Probasiya şöbəsi tərəfindən Təqsirləndirilən şəxs yaşadığı, Qusar rayonu Düztahir kəndində yerləşən evə baxış keçirilmiş, lakin tələbin yönəldilə biləcəyi əmlak və ya qiymətli əşya aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 18 mart 2019-cu il tarixli 204 saylı məktubun surətindən görünür ki, Təqsirləndirilən şəxs adında bankda hesablaşma hesabı yoxdur. Cinayət işinin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 03.04.2019-cu il tarixli **********91 saylı məktubun surətindən görünür ki, Təqsirləndirilən şəxs adına daşınmaz əmlak qeydə alınmamışdır. Cinayət işinin materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qusar rayon Şöbəsi tərəfindən verilmiş 04 aprel 2019-cu il tarixli **********3 saylı arayışın surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin şöbədən pensiya almır. Cinayət işinin materiallarında olan Qusar rayon məhkəməsinin 3(029)-97/2019 saylı 03 aprel 2019-cu il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin məhkəmənin qanuni qüvvəyə minmiş 21 fevral 2019-cu il tarixli 2(029)-107/2019 saylı qətnaməsinin icrasından boyun qaçırdığına görə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətə inzibati həbs edilmişdir. Cinayət işinin materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsinin 22 aprel 2019-cu il tarixli bildirişinin surətindən görünür ki, həmin şöbə tərəfindən Qusar rayon məhkəməsinin 21 fevral 2019-cu il tarixli 2(029)-107/2019 saylı icra sənədi üzrə tələbin könüllü icrası üçün borclu Təqsirləndirilən şəxs yenidən 10 gün vaxt verilmişdir. Cinayət işinin materiallarında olan Qusar rayon məhkəməsinin 28 noyabr 2019-cu il tarixli 8(029)-157/2019 saylı qərardadının surətindən görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmşdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Qusar rayon Məşğulluq Mərkəzi tərəfindən verilmiş 12 noyabr 2019-cu il tarixli **********1 saylı məktubun surətindən görünür ki, Təqsirləndirilən şəxs 12.11.2019-cu il tarixdən həmin mərkəzdə işaxtaran kimi qeydiyyata alınmış, ona ("xxxx" MMC-də sosial işçi, ə/h 250 manat, "xxxx"ASC-də yardımçı fəhlə, ə/h 270 manat) münasib iş təklif olunmuşdur. Təqsirləndirilən şəxs bu işlərdən maaşın az olduğunu əsas gətirərək imtina etmişdir. Cinayət işinin materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış 24.02.2021-ci il tarixli 683/2021 saylı bildirişin surətindən görünür ki, 10 (on) gün ərzində borcu ödəmədiyi təqdirdə Azərbaycan Respublikasının CMnin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacağı ona bildirilmiş, həmin bildiriş Təqsirləndirilən şəxs tərəfindən 24 fevral 2021-ci il tarixdə şəxsən imza olunmaqla qəbul edilmişdir. Cinayət işinin materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə ünvanlanmış 31 mart 2021-ci il tarixli «borclu şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında» təqdimatından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixədək ödəməli olduğu 5500 manat məbləğində pulu ödəməkdən yayınmış və bu səbəbdən də onun Azərbaycan Respublikasının CM-nin 306-cı maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunması məsələsinə baxılması təklif olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 24.04.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Qusar rayon İHB-nın Düztahir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 485 saylı 04.11.2019-cu il tarixli arayışın surətindən görünür ki, Düztahir kənd sakini Təqsirləndirilən şəxs ailə tərkibi anası X1 ibarətdir. İş materiallarında olan Qusar rayon İHB-nın Düztahir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, həmin kənddə yaşayan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 248534320, 319181056, ********* və ********* saylı poçt qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs ünvanına 03.07.2019-cu il tarixdə 200 (iki yüz) manat, 02.03.2021-ci il tarixdə 100 (yüz) manat, 23.05.2021-ci il tarixdə 200 (iki yüz) manat və 31.08.2021-ci il tarixdə 100 manat məbləğdə pul göndərilmişdir. Məhkəməyə təqdim edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 31 avqust 2021-ci il tarixli ərizəsindən görünür ki, ona ödənilməli olan 5500 manat aliment borcu ödənilməmişdir. O, Təqsirləndirilən şəxs şkayətçidir, ona görə də onun barəsində həbs seçilməsini və ağır cəzanın verilməsini xahiş etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 09 oktyabr 2018-ci il tarixdən hesablanmaqla 02 noyabr 2007-ci il təvəllüdlü X10 qızının və 05 iyul 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq X8 ödənilməsinə dair Qusar Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 21 fevral 2019-cu il tarixli 2(029)- 107/2019 nömrəli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində 03 aprel 2019-cu il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar Rayon Məhkəməsinə göndərilmiş və məhkəmənin həmin tarixli, 3(029)-97/2019 saylı qərarı ilə o, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək 22 aprel 2019-cu və 24 fevral 2021-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə və Qusar Rayon Məhkəməsinin 8(029)-157/2019 nömrəli, 28 noyabr 2019-cu il tarixli qərardadı ilə ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılmasına baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 09 mart 2021-ci il tarixədək cəmi 5500,00 manat məbləğində aliment borcunu ödəməyərək zərər çəkmiş şəxs X8 maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsi və bununla da, onun Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları qiymətləndirərək, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, həmi halları müəyyən etməmiş, yaşayış yeri üzrə müsbət xarekterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən, zərər çəkmiş şəxsin ondan şikayətçi olmasını mənfi cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini müsbət və mənfi cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimaitəhlükəlilik dərəcəsini və işin digər hallarını nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha yüngül cəzaların təyin olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxs zərər çəkmiş şəxslə barışmamış, ödəməli olduğu 5500.00 manat aliment borcunu hal-hazıradək ödəməyərək dəymiş zərəri aradan qaldırmamış və bunlara heç bir cəhd göstərməmiş, inzibati məsuliyyətə cəlb olunmasına baxmayaraq qanuni qüvvəyə minmiş qətnamənin icrasını təmin etməmiş və bununla da törətdiyi əmələ biganə yanaşmışdır. Bu, isə öz növbəsində xeyrinə aliment tutulan uşaqların maraqlarını da əhəmiyyətli dərəcədə pozmaqla yanaşı zərər çəkmiş şəxsin pozulmuş hüququnun bərpasını və dəymiş zərərin ödənilməsini mümkünsüz etmiş, ədalət mühakiməsinin fəaliyyəti nəticəsiz qalmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi isə məhkəmə orqanlarını nüfuzdan salaraq cəmiyyətdə qanunla qorunan hüquq və mənafelərin müdafiəsi ilə əlaqədar inamsızlıq yaradır və zərərçəkənlərin hüquqlarını pozur. Bununla da, məhkəmə həmin şəxsin cəmiyyətdən təcrid olunmaqla azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunmasını, sosial ədalətin bərpa olunmasını, həmçinin onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni cinayətlərin törədilməsinin qarşısının alınmasını və bununla da cəzanın məqsədlərinin təmin olunmasını mümkün hesab etmir. Əksinə, məhkəmənin qənaətinə görə bu, onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, bununla da ədalət mühakiməsinin təmin edilməsi və qorunması sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər və bununla da, digər yüngül cəzanın təyin edilməsi cəzanın məqsədlərinin təmin olunması üçün effektli olmaz. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 31 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilərək barəsində «həbs» qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №1(029)-56/2021
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-56/2021
31.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver