Məhkəmə qərarları › İş №1(029)-56/2022

Qusar Rayon Məhkəməsi Qərar — İş №1(029)-56/2022

16.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 1(029)-56/2022 16.08.2022 QUSAR RAYON MƏHKƏMƏSİ № 1(029)-56/2022 Qusar rayon Məhkəməsi QƏRAR (cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında) 16 avqust 2022-ci il Qusar şəhəri Qusar rayon məhkəməsinin hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə Qasım oğlunun, Zərərçəkmiş şəxsin nümayəndəsi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 130.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Qusar rayon Məhkəməsinin icraatına 26 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 130.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Cinayət işinin materialları öyrənilərkən və işə hazırlıq iclasında baxılarkən ibtidai istintaq zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulub-pozulmaması barədə məsələlər (maddə 299.3.2) araşdırılmış və dövlət ittihamçısı vəsatətlə çıxış edərək Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303cü maddəsinin tələblərini rəhbər tutmaqla, cinayət işinin ibtidai istintaqı zamanı məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verildiyindən, cinayət işinin baxılmasına xitam verilməsini və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Dövlət ittihamçısı vəsatətində göstərmişdir ki, xx.xx.2022-ci tarixdə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə fakta görə cinayət işi başlanılmış, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, xx.xx.2022-ci il tarixdə CM-nin 126.1-ci maddəsindən həmin Məcəllənin 130.1-ci maddəsinə tövsif edilmiş, xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxsin barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş, xx.xx.2022-ci il tarixdə cinayət işi üzrə tərtib edilmiş ittiham aktı Qusar rayon prokuroru tərəfindən təsdiq edilərək aidiyyəti üzrə baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Verilmiş ittihama görə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 06:40 radələrində yaşadığı kənddə özünə məxsus bağ sahəsində olan su nohurunu dolduran zaman arxdakı suyun kəsildiyini görərək suyu kəsmiş şəxsin öyrənmək üçün su arxının gəldiyi istiqamətə gedərək suyun həmkəndlisi Zərərçəkmiş şəxs tərəfindən kəsilməsini müşahidə edib sonuncudan suyun buraxılmasını tələb etmiş, sonuncu isə etiraz edərək özünün növbəsinin olmasını söyləmiş, aralarında yaranmış mübahisə zamanı bir-biriləri ilə davadalaş edərək öz aralarında sakitləşmiş, təxminən 10 dəqiqə sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs bağ sahəsinin yaxınlığına gəlmiş, özü ilə gətirdiyi avtomobil filtrinin açılması üçün nəzərdə tutulmuş sepli açarla sonuncunun sifət, çənə və boyun nahiyyəsindən vurması və bir qədər əvvəl dalaşması səbəbindən Təqsirləndirilən şəxs diz üstə çökərək dayanmış, daha sonra Zərərçəkmiş şəxs onun təpiklərlə vurduğunu və onları ayıran heç kimin olmadığını görən Təqsirləndirilən şəxs özünü müdafiə etmək məqsədi ilə gücünü toparlayıb Zərərçəkmiş şəxs qəsdən yerə çırparaq sonuncuya sol alın nahiyyəsinin və sol almacıq nahiyyələrinin qançır hematomaları ilə müşayət olunan baş beynin sol payının qansızması və sol almacıq sümüyünün sınığı ilə ifadə olunan dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan sağlamlığa zəruri müdafiə həddini aşmaqla qəsdən ağır zərər vuran xəsarət yetirmişdir. Cinayət işi Qusar rayon məhkəməsinin icraatına daxil olduqdan sonra müəyyən edilmişdir ki, ibtidai istintaq orqanı tərəfindən bır sıra kobud prosessual pozuntulara yol verilmişdir. Belə ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs ibtidai istintaq müddəti ərzində koma vəziyyətində olması əsası ilə zərərçəkmiş şəxs qismində dindirilməsi mümkün olmamış, hadisənin mexanizmi yalnız təqsirləndirilən şəxsin həqiqətə uyğun olmayan izahat və ifadələrinə əsasən müəyyən edilmişdir. Təqsirləndirilən şəxsin ifadələrinin ziddiyyətli və həqiqə uyğun olmaması onun ifadələrindəki hadisənin təsviri ilə iş materiallarında olan qərarlardakı, ekzpertiza rəylərindəki və sair sənədlərdə hadisənin təsviri arasında kəskin ziddiyətlər mövcuddur. Belə ki, təqsirləndirilən şəxs ilkin izahatları da daxil olmaqla bütün izahat və ifadələrinin hamısında birinci dəfə Zərərçəkmiş şəxsla onun tutuşaraq dalaşdıqlarını, bir birilərinə cırmaq atdıqlarını və bir müddət bu formada dalaşdıqlarından yorulub ayrıldıqlarını, Zərərçəkmiş şəxs ayrılıb getdikdən 15 dəqiqə sonra yenidən geri qayıdıb əlində olan yağ filtirini açmaq üçün nəzərdə tutulmuş açarla onu vurmasından sonra o, özünü müdafiə etmək üçün var gücünü toplayıb Zərərçəkmiş şəxs qaldırıb yerə çırpmasını qeyd etmişdir. Lakin iş materiallarında olan məhkəmə-tibbi ekspertizası təyin edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarlarda, 02 may 2022-ci il tarixli məhkəmə-tibbi ekspertizası rəyinin təsviri-əsaslandırıcı hissəsində, zərərçəkmiş şəxs qismində tanınma haqqında 01 may 2022-ci il tarixli qərarda, xx.xx.2022-ci il tarixli şübhəli şəxs qismində tutma haqqında qərarda, xx.xx.2022-ci il tarixli lifli materialların məhkəmə kriminalstik ekspertizasının qərar və rəyində, xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında və sair prosessual sənədlərdə hadisənin təsviri- ilkin hər iki şəxsin dalaşıb ayrılması, daha sonra Zərərçəkmiş şəxs ikinci dəfə Təqsirləndirilən şəxs olduğu yerə gəlməsindən sonra sonuncunun Təqsirləndirilən şəxs sepli açarla vurmasına qarşılıq olaraq o da Zərərçəkmiş şəxs bir neçə dəfə yumruq və təpik zərbələri ilə vurması qeyd olunmuşdur. Göründüyü kimi ifadələr və izahatlardakı hadisənin təsviri digər prosessual sənədlərdə fərqli qeyd olunmaqla ciddi surətdə ziddiyyət yaratmışdır. Həmçinin, 02 mart 2022-ci il tarixli məhkəmə tibbi ekspertizasının nəticə hissəsində qeyd olunan xəsəsarətin yaranması şəraiti və mexanizmi ilə verilmiş ittihamdakı şərait və mexanizm arasında kəskin ziddiyyət vardır. Belə ki, rəydə qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər sol alın nahiyyəsinin və sol almacıq nahiyyələrinin qançır hematomaları ilə müşayət olunan baş beynin sol payının qansızması və sol almacıq sümüyünün sınığı ilə küt əşyanın təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə güclü yumruq zərbəsi ilə vurulma nəticəsində əmələ gələ bilərdi. Rəydə qeyd olunanın əksi olaraq 15 iyul 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarda və ittiham aktının nəticəvi hissəsində hadisənin və Zərərçəkmiş şəxs aldığı ağır xəsarətin təsviri Təqsirləndirilən şəxs sonuncunu qaldırıb yerə çırpması nəticəsində yaranması kimi qeyd olunmuşdur. Göründüyü kimi, hadisə nəticəsində Zərərçəkmiş şəxs ekspert rəyi ilə müəyyən edilmiş xəsarətlərinin yaranma şəraiti təqsirləndirilən şəxsə verilmiş ittihamda düzgün əks etdirilməmişdir. Azərbaycan Respublikası CPM-nin 223.3.2-cü maddələrinə əsasən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın təsviri əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti göstərilməlidir. Həmçinin, həmin Məcəllənin 289.3.1-ci maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar əks etdirilir. Göründüyü kimi, cinayət işi üzrə ittiham aktı həmin hissədə cinayət-prosessual qanunvericiliyin tələblərinə əməl edilməklə tərtib edilmədiyindən, o, CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun deyildir. Cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması CPM-nin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsi üçün əsasdır. İş üzrə tərtib olunmuş ittiham aktında sözügedən prosessual sənədi tərtib edən müstəntiq onun üzərinə cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən vəzifə kimi qoyulan öhdəliklərə kifayət qədər diqqətli yanaşmamış, nəticədə ittiham aktının tərtibində kobud nöqsana yol vermişdir. CPM-in 289.3.1-cı maddəsinə görə ittiham aktının təsviri əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilməlidir. Nəticəvi hissəsində təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar göstərilməlidir. Həmin Məcəllənin 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Göründüyü kimi ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cəmaləddin oğluna CM-nin 130.1-ci maddəsi ilə yeni ittihamın elan edilməsi haqqında qərarda və ittiham aktının nəticəvi hissəsində cinayətin baş verməsinin düzgün qeyd olunmaması ilə CPM-nin 289.3.1 və 289.4-cü maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. CPM-nin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmadıqda məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Bundan başqa ibtidai istintaq zamanı təqsirəndirilən şəxsin müdafiəçisi ilə birgə cinayət işinin materialları ilə tanış olmaları zamanı Azərbaycan Respublikası CPM-nin 286.3-cü maddəsinin tələbi pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası CPM-nin 285.1-ci maddəsində qeyd olunmuşdur ki, müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün onu vərəqləri nömrələnmiş və hər bir cilddə sənədlərin siyahısı olmaq şərti ilə bir və ya bir neçə tikilmiş cilddə təqdim edir. İşdə saxlanılan maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr də təqdim edilməlidir. Cinayət işi bir neçə cilddən ibarət olduqda onun bütün cildləri eyni vaxtda təqdim edilir. Cinayət-Prosessual Məcəlləsinin 286.3-cü maddəsinə əsasən cinayət işinin materialları ilə tanış etmə haqqında protokolda tanış olmaq üçün təqdim edilmiş cinayət işinin cildlərinin və hər bir cilddə vərəqlərin sayı, habelə təqdim edilmiş maddi sübutlər və istintaq hərəkətlərinin protokollarına əlavələr göstərilir. İş materiallarına əlavə edilmiş 18 iyul 2022-ci il tarixli “təqsirləndirilən şəxs və onun müdafiəçisinin cinayət işi materialları ilə tanış olması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs və onun müdafiəçisi cinayət işinin materialları ilə tanış olan zaman maddi sübut qismində tanınmış yağ filtirini açmaq üçün nəzərdə tutulmuş sepli açar və Zərərçəkmiş şəxs məxsus paltarlar təqdim edilməməklə Cinayət-Prosessual Məcəlləsinin 286.3-cü maddəsinin tələbləri pozulmuşdur. Bu isə öz növbəsində CPM-nin 303.3.8-ci maddəsinin tələbinin pozulmasını ehtiva edir. Həmin maddənin tələbinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması cinayət işinə baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün nəzərdə tutulmuş əsaslardan biridir. Cinayət işi Azərbaycan Respublikası CPM-in 303.3.6 və 303.3.8-ci maddələrində göstərilən pozuntular müəyyən olunduğundan və bu hallar məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsas hesab olunduğundan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 130.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərar qəbul edilməlidir. Dövlət ittihamçısı yazılı vəsatətini onunla əsaslandırmışdır ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.6 və 303.3.8ci maddələrində göstərilən kobud qanun pozuntularına yol verilmişdir. Həmçinin, Dövlət ittihamçısı şifahi vəsatət verərək cinayət işi üzrə məhkəməyədək icraat zamanı Cinayət-Prosessual Məcəlləsinin 303.3.6 və 303.3.8-ci maddələrinin tələblərinin kobud surətdə pozuntularına yol vermiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qusar rayon X2 Bölməsinin baş müstəntiqi polis mayoru X1 barəsində xüsusi qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü cinayət prosesi tərəflərinin iştirakı ilə ilkin dinləmələr vasitəsilə yoxlayıb, iş üzrə dövlət ittihamçısının vəsatətini və məhkəmə prosesinin digər iştirakçılarının fikrini dinləyib cinayət işinin materiallarını araşdıraraq hesab edir ki, iş üzrə yol verilmiş pozuntular məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyil və bu səbəbdən cinayət işinin baxılmasına xitam verilərək ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Cinayət-Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsinə əsasən, cinayət işi üzrə ittiham aktının Cinayət-Prosessual Məcəlləsinin 289-cu maddəsinin tələblərinə uyğun olmaması kobud qanun pozuntusudur və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 303.3.8-ci maddəsinin tələbinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması cinayət işinin cinayət işinə baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması əsaslarından biridir. Qeyd olunanlar, bilavasitə verilən ittiham və buna uyğun olaraq məsuliyyəti nəzərdə tutan cinayət qanununun maddəsi ilə bağlı olduğundan Cinayət-Prosessual Məcəlləsinin 303.1-ci maddəsinin ifadə etdiyi mənada “məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntudur” və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Bundan əlavə, Cinayət-Prosessual Məcəlləsinin 289.1-ci maddəsinə əsasən bu Məcəllənin 284-288-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdən sonra müstəntiq ittiham aktı tərtib edir. Cinayət-Prosessual Məcəlləsinin 290.2.6-cı maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, o cümlədən təqsirləndirilən şəxsin əməllərinin düzgün tövsif edilməsini yoxlamaq üçün ittiham aktı ilə daxil olmuş cinayət işini öyrənir. Cinayət-Prosessual Məcəlləsinin 290.3.2-ci maddəsinə görə cinayət işinin ittiham aktı ilə daxil olduğu vaxtdan 5 gün müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror öz qərarı ilə ittiham aktının məzmunundan ayrı-ayrı bəndləri xaric etmək, ittiham aktındakı tövsiflə müqayisədə əməli cinayət qanununa uyğun olaraq daha yüngül məsuliyyət nəzərdə tutan cinayətə tövsif etmək və bu dəyişikliklərlə ittiham aktını təsdiq etmək haqqında qərarlardan birini qəbul etməlidir. Bundan başqa Cinayət-Prosessual Məcəlləsinin 290.3.2-ci maddəsində nəzərdə tutulmuş hərəkətlər ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən yerinə yetirilməmişdir. Qeyd olunanlar Cinayət-Prosessual Məcəlləsinin 289 və 290.3.2-ci maddələrində nəzərdə tutulan qaydada ittiham aktının tərtibi ilə əlaqədar müvafiq tələblərin pozulduğunu və ittiham aktının prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyini göstərir. Belə ki, tərtib edilmiş iş materiallarında olan tərtib edilmiş ittiham aktında 289.3.5-ci maddəsinin tələbi pozularaq zərərçəkmiş şəxsi səciyyələndirən hallar qeyd edilməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin tələblərinə uyğun olmaması kobud pozuntu sayılmaqla yalnız Cinayət-Prosessual Məcəlləsinin 303-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməli olmasını müəyyən etmişdir. Yuxarıda qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 130.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktı Cinayət-Prosessual Məcəlləsinin 289-cu maddəsinin tələblərinə uyğun deyildir, məhkəməyədək icraat zamanı yol verilmiş qanun pozuntuları və göstərilən hallar məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir. Cinayət-Prosessual Məcəlləsinin 52.1-ci maddəsinin tələbinə əsasən sübutlar qismində əlavə olunmuş sənədlər, bu Məcəllənin 51.1-ci maddəsində nəzərdə tutulmuş sənədlər, habelə cinayət prosesini həyata keçirən orqanlar tərəfindən qəbul olunmuş qərarlar və cinayət prosesi tərəflərinin yazılı müraciətləri müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarında saxlanılır. Cinayət-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinin tələbinə əsasən hər bir sənəd müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materialına əlavə olunan kimi dərhal vərəqlər üzrə nömrələnməlidir. Cinayət prosesini həyata keçirən orqan həmin vərəqlərin ardıcıl nömrələnməsini və xronoloji qaydada müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarına tikilməsini təmin etməlidir. Cinayət işinin materiallarından görünür ki, digər cinayət işinin maddi sübutun mədaxil qaiməsi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 130.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə iş materiallarına əlavə edilərək tikilmişdir(cild 1, iş vərəqə 169). Bu da onu göstərir ki, müstəntiq iş materiallarının tikilməsi və iş materiallarına əlavə edilən sənədləri diqqətlə nəzərdən keçirməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının həmin Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmaması və 303.3.8-ci maddəsinin tələbinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması kobud qanun pozuntularıdır və bu qanun pozuntularına yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 85.6-ci maddəsinin tələbinə əsasən müstəntiqin bütün səlahiyyətlərindən istifadə edən istintaq şöbəsinin (bölməsinin, idarəsinin) rəisi (rəis olmadıqda müavini) bu Məcəllənin tələblərinə əməl edərək törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatların qeydiyyata alınmasını təşkil edir, onlara baxılmasını, cinayət işi üzrə ibtidai istintaqın və ya ayrı-ayrı istintaq hərəkətlərinin aparılmasını müstəntiq, yaxud müstəntiqlər qrupuna tapşırır; müstəntiqin cinayətin açılması, araşdırılması və qarşısının alınması üçün vaxtında müvafiq tədbirlər görməsinə nəzarəti həyata keçirir; cinayət işləri üzrə hərtərəfli, tam və obyektiv ibtidai istintaq aparılması üçün zəruri təşkilati tədbirlər görür; müstəntiqin icraatında olan işlərlə əlaqədar bu Məcəllənin 84.5.3, 84.5.5, 84.5.8, 84.5.10 və 84.5.20-ci maddələrində nəzərdə tutulmuş məsələlər üzrə baxılması məcburi olan vəsatətləri ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 130.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qusar rayon X2 Bölməsinin rəisi polis mayoru X3 və həmin şöbənin istintaq bölməsinin baş müstəntiqi polis mayoru X1 barəsində xüsusi qərar çıxarılaraq təsir tədbirlərinin görülməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirinə göndərilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.2-ci maddəsinə əsasən həmin Məcəllənin 300.1.5-ci maddəsində nəzərdə tutulmuş qərarı çıxarmaqla yanaşı məhkəmə təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçildiyi halda onun növünün əsaslılığı və ya əsassızlığı barədə məsələyə baxmalı və qətimkan tədbiri məsələsinə dair qərar çıxarmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin aşağıdakılara dair qərar çıxarır: təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi. Məhkəmə tərəflərin fikirlərin nəzərdən keçərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbirinin dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 məhkəməyə vermiş olduğu Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsinin tələblərinə əsasən iş üzrə icraata xitam verilməsi ilə bağlı vəsatətlə bağlı məhkəmə tərəflərin fikirlərini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, həmin vəsatət əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1, 300.1.5, 300.4.1, 303.3.6, 303.3.8, 306.1, 306.1.2, 306.1.3 və 307.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı :

1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 130.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.6, 303.3.8-ci maddələrinin tələblərinin kobud surətdə pozulmasına yol verildiyindən cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın.

2. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbirinin dəyişdirilmədən saxlanılsın.

3. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 303.3.6 və 303.3.8-ci maddələrinin tələblərinin kobud surətdə pozuntularına yol vermiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qusar rayon X2 Bölməsinin rəisi polis mayoru X3 və həmin şöbənin istintaq bölməsinin baş müstəntiqi X1 barəsində xüsusi qərar çıxarılsın.

4. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsinin tələblərinə əsasən iş üzrə icraata xitam verilməsi barədə vəsatət əsassız olduğundan təmin edilməsin. 5.Cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə hazırkı qərarın surəti məlumat üçün bu iş üzrə cinayət prosesinin iştirakçılarına göndərilsin.

Sədrlik edən Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar