Məhkəmə qərarları › İş №1(029)-56/2023

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-56/2023

18.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-56/2023 18.07.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Laçinov Ramil Elnur oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Qusar rayonu Avaran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qusar rayonu Avaran kəndində qeydiyyada olan və həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 14 mart 2023-cü il tarixdə Xaçmaz şəhəri ərazisində şəxsiyyəti istintaq məlum olmayan mənbədən, 01 ədəd bükümdə təmiz çəkisi 0,270 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 01 ədəd bükümdə təmiz çəkisi-0,180 qram olan və 01 ədəd bükümdə təmiz çəkisi 0,175 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini şəxsi istifadə məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımış, həmin tarixdə saat 18 radələrində Qusar RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Qusar rayonu Bədirqala kəndi ərazisində saxlanılmış və üzərində aparılan şəxsi axtarış zamanı qanunsuz olaraq şalvarının sağ yan iç cibində saxladığı və gəzdirdiyi 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,175 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd selofan bükümdə 0,270 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və üzərində olan pul cüzdanın içərisindən 01 ədəd kağız bükümdə 0,180 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək və ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək göstərdi ki, təxminən 1 ildir ki, psixotrop maddə olan metamfetamindən, yəni “patı”dan istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə, saat 14:30 radələrində “Mercedes” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə avtomobilə ehtiyyat hissələri almaq üçün Xaçmaz şəhərinə getmişdir. Həmin gün Xaçmaz şəhərinə getməzdən əvvəl yol üstü Xudat şəhərində yerləşən avtomobil ehtiyyat hissələri satılan mağazalara baxmış, orada olarkən yolun kənarında siqarət qutusu tapmış, qutunu yerdən götürmüş, içərisini yoxlamış, qutuda bükülmüş falqa olmuşdur. Həmin vaxt falqanı açmış, içərisində 02 ədəd kağız bükümdə el içində “patı” adlananan psixotrop maddə olan metamfetamin görmüş, 1 bükümü əynində olan şalvarın sağ yan iç cibinə qoymuş, həmin vaxt digər bükümdə olan heroini də yoxlamadan orada gizlətmiş, digər bükümü isə üstündə olan pul qabın içərisində saxlamışdır. Bundan sonra idarə etdiyi avtomobillə Xaçmaz şəhərinə yola düşmüş, ora getdikdən sonra mağazalara baxmış, avtomobil üçün keyfiyyətli ehtiyyat hissələri tapa bilməmiş, saat təxminən 17:30 radələrində Qusar şəhərinə geri qayıtmaq üçün yola düşmüşdür. Yolda pul qabında saxladığı metamfetamindən cüzi miqdarda istifadə etmiş, həmin metamfetaminin cüzi hissəsini falqanın üstündə əritmiş, daha sonra isə istifadə etmişdir. Bundan sonra təxminən saat 18 radələrində Qusar rayonu, Bədirqala kəndi ərazisində Qusar-Xudat yolu ilə Qusar istiqamətində hərəkətdə olan zaman yolun kənarında əvvəllər tanımadığı “Sərxan” adlı şəxsi görmüş, Qusar şəhərinə getmək üçün yol avtomobili axtarmasını bilmiş, onu avtomobilə mindirmiş, təxminən 200-300 metr getdikdən sonra, Qusar rayonu Bədirqala kəndi ərazisində DYP əməkdaşları avtomobilə “saxla” işarəsi vermiş, avtomobili yolun sağ tərəfində saxlamışdır. Bu zaman o, avtomobildən düşmək istəmiş, polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etmiş, narkotik vasitələrin və psixotrop maddələrin istifadəsində, saxlanılmasında və daşınmasında şübhəli bilindiyini bildirmiş, daha sonra ora dövlət hesabına təyin olunmuş müdafiəçi və müstəntiq gəlmişdir. Həmin vaxt orada vəkilin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, üzərində şəxsi əşyalar, pul, mobil telefon, həmçinin əynində olan göy rəngli cins şalvarın sağ yan iç cibindən 01 ədəd falqada metamfetamin, 01 ədəd selofan bükümdə isə qəhvəyi rəngli narkotik vasitə heroin aşkar edilmiş, bundan başqa pul qabından 01 ədəd falqada metamfetamin aşkar edilmişdir. Üzərində aşkar edilmiş 02 ədəd kağız bükümdə metamfetamin və 01 ədəd selofan bükümdə narkotik vasitə heroin 02 ədəd zərfə qablaşdırılmışdır. Bundan sonra razılığına əsasən “Mercedes” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilə video çəkilişlə baxış keçirilmiş, baxış zamanı avtomobilin salonundan özünə məxsus 02 ədəd şpris və 01 ədəd istifadə edilmiş ampula aşkar edilərək götürülmüşdür. Saxlanılan zaman, habelə üzərində axtarış aparılan zaman ona qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Sonda təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər mötəbər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 07 sentyabr 2022-ci il tarixdə Qusar rayonunun Avaran kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələrin dövriyyəsi, yəni qəbulu, saxlaması və daşıması ilə məşğul olması barədə RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 məlumat almış, həmin məlumatın əməliyyat yoxlanılması ilə əlaqədar raportla RPŞ-nin rəisinə məruzə etmişdir. Alınmış məlumatla bağlı şöbə rəisinin göstərişi əsasında həmin şəxsin ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunmuş və həmin qərarın icrası üçün əməliyyat qrupu yaradılmış, qrupun tərkibində RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Elxan Osmanov, Şahid1 və özü olmuşdur. Əməliyyat qrupun üzvlərinə davranış xətti izah olunmuş, bundan sonra xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində Bəhruz adlı şəxs Qusar rayonun Bədirqala kəndi ərazisində idarə etdiyi “Mersedes” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olan zaman saxlanılmış, onun üzərinə müstəntiqin, müdafiəçinin iştirakı ilə video çəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmış və onun əynində cins şalvarın sağ yan iç cibindən 01 ədəd falqada bükülmüş vəziyyətdə 0,180 qram metamfetamin, 01 ədəd selofan bükümdə 0,270 qram heroin, bundan başqa pul qabında saxladığı kağız bükümdə 0,175 qram metamfetamin, daha sonra avtomobilə baxış zamanı 02 ədəd şpris və 01 ədəd istifadə edilmiş ampula aşkar edilmişdir. Şəxsi axtarış zamanı Bəhruz həmin narkotik vasitəni psixotrop maddəni istifadə etdiyini etiraf edərək onları Xaçmaz rayonu, Xudat şəhərində yolun kənarından tapdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 14 mart 2023-cü il tarixdə, saat 18 radələrində yaşadığı evdən çıxmış, Qusar şəhərinə getmək üçün yolun kənarında avtomobil gözləmiş, təxminən 5-10 dəqiqə sonra əvvəllər tanımadığı, adını sonradan bildiyi, Bəhruz adlı şəxs idarə etdiyi “Mercedes” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobili qarşısında saxlamışdır. Həmin vaxt avtomobilə oturmuş, Bəhruzdan onu Qusar şəhərinə kimi aparmasını xahiş etmiş, sonuncu etiraz etməmiş və aparacağını bildirmişdir. O, avtomobildə ön hissədə sürücünün yanında əyləşmiş, avtomobildə başqa heç kəs olmamış, avtomobilin üzərində taksi nişanı olmuşdur. Avtomobillə təxminən 200-300 metr məsafə qət etmiş, Qusar-Xudat yolunda Qusar rayonunun Bədirqala kəndi ərazisində Qusar RPŞ-nin DYPB əməkdaşları avtomobilə “saxla” işarəsi vermiş, bu vaxt Bəhruz avtomobili yolun sağ tərəfinə verib saxlamışdır. Bundan sonra polis əməkdaşları avtomobilə yaxınlaşaraq özlərini təqdim etmiş, Bəhruza narkotik vasitələrin istifadəsində, saxlanılmasında və daşınmasında şübhəli bilinməsini bildirmiş, daha sonra onu saxlamışlar. Biraz sonra ora müdafiəçi və müstəntiq gəlmiş, orada vəkilin və polis əməkdaşların iştirakı ilə video çəkilişlə Bəhruzun üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt onun üzərindən şəxsi əşyalar, pul, mobil telefon, həmçinin əynində olan şalvarın sağ yan iç cibindən 01 ədəd falqa bükümdə 01 ədəd ağ rəngli kristallardan ibarət və 01 ədəd selofan bükümdə isə qəhvəyi rəngli toz şəkilində maddə aşkar edilmiş, Bəhruz onun üzərindən aşkar edilən ağ rəngli kristallardan ibarət maddənin “patı” olduğunu və ona məxsus olduğunu etiraf etmişdir. Bundan başqa Bəhruza məxsus qara rəngli pul qabın içərisindən isə 01 ədəd falqa bükülmüş vəziyyətdə içərisində ağ rəngli kristallardan ibarət maddə aşkar edilmişdir. Həmin narkotik vasitə və psixotrop maddələr 02 ədəd zərfə qablaşdırılmış, möhürlənmiş, imzlarla təsdiqləndidkən sonra götürülmüş, bundan sonra Bəhruza məxsus şəxsi əşyalar isə ona qaytarılmışdır. Şəxsi axtarış bitdikdən sonra Bəhruzun razılığı ilə video çəkilişlə ona məxsus avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin salonundan 02 ədəd şpris aşkar edilmiş qablaşdırlaraq götürülmüşdür. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki,Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/1577 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən ..01 ədəd falqada psixotrop maddəyə oxşar..01 ədəd..qəhvəyi rəngli..” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-0,270 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 01 ədəd bükümdə təmiz çəkisi-0,180 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetmindir. Tədqiqata təqdim edilmiş üzərində “..Təqsirləndirilən şəxs üzərindən dən ..01 ədəd folqada psixotrop maddəyə oxşar..” sözləri və imzalar qeyd edilmiş kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-,0,175 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.Təqsirləndirilən şəxs məxsus 02 ədəd bükümdə psixotrop maddə metamfetamin xaricə əlamətlərinə və kimyəvi komponent tərkiblərinə eyni tərkiblidir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2158 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opoidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış və baxış keçirilmiş DVD diskdən görünür ki, DVD diskə baxış zamanı Təqsirləndirilən şəxs onun üzərindən aşkar edilmiş psixotrop və narkotik maddələrin ona məxsus olduğunu etiraf etmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Poliklinika şöbəsində həkim müayinəsində olmuş və ondan götürülmüş testin nəticəsi pozitiv kimi qiymətləndirilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən digər hallar kimi, onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə şəxsiyyətini xarakterizə edən müsbət hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 16 mart 2023-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və həmin tarixdə də Qusar RPŞ-nin MSY-dən dərhal azad olunmuşdur. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 14 mart 2023-cü il tarixdən 16 mart 2023-cü il tarixə kimi tutulduğu 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qusar rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,220 qram heroin, 0,255 qram metamfetamin, 02 ədəd şpris, 01 ədəd ampula hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhv edilməli, video görüntülər olan 02 ədəd DVD disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəti olan 55 (əlli beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 14 mart 2023-cü il tairxdən 16 mart 2023-cü il tarixə kimi tutulduğu 02 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 01 (bir) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qusar rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qusar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəti olan 55 (əlli beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qusar rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,220 qram heroin, 0,255 qram metamfetamin, 02 ədəd şpris, 01 ədəd ampula hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhv edilsin, video görüntülər olan 02 ədəd DVD disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Qusar rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar