Məhkəmə qərarları › İş №1(029)-56/2024

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-56/2024

03.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-56/2024 03.07.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, xx xxxxxxxx 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və onun komplekt hissəsini əldə etmiş, saxlamış, daşımış və üstündə gəzdirmişdir. Təqsirləndirilən şəxs 12 fevral 2024-cü il tarixdə, saat 23:45 radələrində Qusar RPŞnin əməkdaşları tərəfindən Qusar şəhəri “Daş Bazarı” adlanan ərazidə saxlanılaraq üzərinə şəxsi axtarış keçirilən zaman əlində olan qara rəngli idman çantasının içərisində, istintaqa məlum olmayan mənbədən əldə etdiyi və qanunsuz olaraq saxladığı “Kalaşnikov” konstruksiyalı, 5,45 mm kalibrli, “AK-74” markalı seriya və nömrəsi silinmiş, yivli, odlu, saz vəziyyətdə atəşə yararlı avtomatik döyüş silahı hesab edilən 01 ədəd avtomat, döyüş sursatı hesab edilən 5,45X39 mm kalibrli “Kalaşnikov” konstruksiyalı “AK-74”, “AKS-74U”, “AK-74M” markalı avtomat silahların, istifadəyə yararlı, avtomat silahların komplekt hissəsi 30 ədəd 5,45 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə istehsal edilmiş, istifadəyə yararlı 01 ədəd daraq və uyğun kalibrli yivli odlu döyüş silahlarında istifadə etmək üçün nəzərdə tutulan 30 ədəd 5,45x39 mm kalibrli olmaqla, yivli odlu silahlarda istifadə etmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə istehsal edilmiş istifadəyə yararlı döyüş sursatı hesab edilən patronlar aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 1-ci Qarabağ müharibəsinin iştirakçısı olmuş, 1993-cü ildə Ağdərədə gedən döyüşlərdə atası və qardaşlarının onların yanına gedib, orada qeyri-rəsmi sanitar kimi fəaliyyət göstərmişdir. Həmin illərdə müharibədə olduğu zaman Ağdərə rayonu ərazisində “Kalaşnikov” markalı avtomat silahı tapmış və özü ilə hərbi xidməti bitirdikdən sonra yaşadığı evə gətirmiş, avtomatı, darağı və patronları yaşadığı evin həyətində gizlədib saxlamış, sonra isə həmin avtomatı yaşadığı evin yaxınlığında, yəni Bakı şəhəri Biləcəri qəsəbəsi ərazisində ağaclıq ərazidə sellofana büküb basdırmışdır. Son zamanlar qərara gəlmişdir ki, həmin silahı Qusar şəhərinə gətirib burada tanışları vasitəsilə satıb pul əldə etsin, buna görə də, avtomatı gizlətdiyi yerdən çıxarıb əl çantasına qoymuş, xx.xx.2024-cü il tarixdə, saat 20 radələrində Bakı şəhərindən Qusar şəhərinə gəlmiş, Qusar şəhərində çay kənarında həmin silahı gizlətmək istəmişdir ki, daha sonra alıcı tapıb satsın. Qusar şəhərinə çatan kimi sakinlərdən çayın yerini soruşaraq piyada gəzib həmin istiqamətə getmiş, “Daş bazarı" adlı yerdə piyada hərəkət edən zaman, saat 23:45 radələrində silahı gizlətmək üçün yer axtaran zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, ona qanunsuz olaraq silah gəzdirdiyi üçün saxlanıldığını deyib orada saxlamışlar. Bundan sonra həmin yerə digər polis əməkdaşları və müdafiəçisi olan vəkil gəlmiş və əl çantasında avtomat silahı olduğunu özü bildirmiş, həmçinin çantaya polis əməkdaşlarının baxması üçün təqdim etmiş, çantaya baxış zamanı oradan bir ədəd avtomat silahı, 01 ədəd avtomat üçün daraq və 30 ədəd patron aşkar edilərək götürülmüşdür. Saxlanılıb polis şöbəsinə gətirilərkən, habelə axtarış aparılan zaman ona qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun səmimi etirafı ilə yanaşı də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 12 fevral 2024-cü il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun sursat hissələrini saxlaması və daşıması barədə Qusar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 əməliyyat məlumatı daxil olmuşdu. Həmin məlumatın yoxlanılması məqsədi ilə Şahid1 və Qusar RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili polis leytenantı Şahid2la birlikdə Qusar şəhərində yerləşən “Daş Bazarı” adlanan ərazidə Rahibi saxlamışdır. Ona, hüquq və vəzifələrini izah edildikdən sonra, odlu silah və onun döyüş sursatlarının saxlanılması və daşınmasında şübhəli olduğunu bildirmişlər. Bundan sonra bu barədə Qusar RPŞ-nin növbətçi hissəsinə məlumat verilmiş, sonra Qusar RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru Əmrulla Rəhimov, KTQ-nun baş inspektoru polis baş leytenantı Şahid4 və vəkillə birlikdə ora gəlmişlər. İlk əvvəl Rahibin üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunla qadağan olunmuş hər hansı əşya aşkar olunmamış, həmin vaxt Rahibin özü ilə daşıdığı çantaya baxış keçirilmiş, baxış zamanı həmin çantadan “Kalaşnikov” konstruksiyalı, 5,45 mm kalibrli, “AK-74” markalı seriya və nömrəsi silinmiş, yivli, odlu, saz vəziyyətdə atəşə yararlı avtomatik döyüş silahı hesab edilən 01 ədəd avtomat, döyüş sursatı hesab edilən 5,45X39 mm kalibrli “Kalaşnikov” konstruksiyalı “AK-74”, “AKS-74U”, “AK-74M” markalı avtomat silahların, istifadəyə yararlı, avtomat silahların komplekt hissəsi 30 ədəd 5,45 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə istehsal edilmiş, istifadəyə yararlı 01 ədəd daraq və uyğun kalibrli yivli odlu döyüş silahlarında istifadə etmək üçün nəzərdə tutulan 30 ədəd 5,45x39 mm kalibrli olmaqla, yivli odlu silahlarda istifadə etmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə istehsal edilmiş istifadəyə yararlı döyüş sursatı hesab edilən patronlar aşkar edilərək götürülmüş və müvafiq ekspertizaların təyin edilməsi üçün qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs Qusar RPŞ-nə aparılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 oğlunun ifadəsindən görünür ki, Şahid3 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1, Şahid2 ibtidai istintaq zamanı verdikləri ifadələrdən görünür ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 və Şahid4 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş 13 fevral 2024-cü il tarixli, 24/338 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd №-si silinmiş silah 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1981-ci ildə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AK-74 modelli avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5.45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir- darağıdır, döyüş sursatı hesab edilmir, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. 30 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5.45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-ballistik ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-3/343saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd silah 1981-ci ildə zavod üsulu ilə istehsal edilmiş, 5,45 mm kalibrli, “AK-74” markalı, “....112” №-li, yivli odlu avtomatik döyüş silahıdır, rəyin tədqiqi hissəsində göstərilən səbəbdən texniki cəhətdən nasaz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır. Silahın lülə qutusunun sol yan səthindəki və sürgünün üzərindəki seriya-nömrəsi sonradan kustar üsulla kənar predmet vasitəsilə dərindən silindiyindən ilkin mətnini müəyyən etmək mümkün deyil. Tədqiqata təqdim edilmiş 27 (iyirmi yeddi) ədəd patron- zavod üsulu ilə istehsal edilmiş, 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrə malik “ Kalaşnikov” konstruksilyalı “AK74” ( “AK-74M”, “AKS-74”, AKS-74U”) markalı avtomat silahlarda, “RPK-74” (“RPKS-74”) markalı əl pulemtoylarmda və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patrondur- döyüş sursatıdırlar, atəşə yararlıdır. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd sandıqça- “Kalaşnikov” konstruksiyalı “AK- 74” (“AK-74M”, “AKS-74”, “AKS-74U”) markalı avtomat silahların funksional əhəmiyyət daşımayan kompelkt hissəsi olmaqla, zavod üsulu ilə hazırlanmış, 30 (otuz) ədəd 5,45x39 mm kalibrli patron tutumuna malik sandıqçadır, təyinatı üzrə istifadəyə yararlıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs barəsində aparılan şəxsi axtarış, Baxış və götürmə zamanı Qusar şəhərində “Daş Bazarı” adlanan ərazidə video çəkiliş aparılmış və həmin video görüntüləri özündə əks etdirən bir ədəd «CD» diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əlindəki çantada sandıqçası və 30 ədəd patronla ilə birlikdə bir ədəd avtomatı könüllü təqdim edərək, həmin avtomatın onun özünə məxsus olmasını və «Kalaşnikov» modelinə aid olduğunu bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respubl ikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1ci maddələrinin bəzi müddəalarını n şərh edilməsinə dair» 21iyun 2010-cu il tarixli qərarında göstərilmişdir ki, «odlu silah» anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750 İİ Qnömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan «Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı» Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən «odlu silah» dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlusilah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlarvə onların modelləri daxili qanunvericiliyə müv afiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-nin 228-ci maddəsi çıxış edir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1, 3, 5 və 6-ci bəndlərinə əsasən silah— canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah—özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı-müvafiq silah növündən atəş açmaq üçün nəzərdə soyuq silah—konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalatın və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır. Həmin Qanunun 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi; ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi; xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbə-dağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır. Həmin Qanunun 21-ci maddəsinin İİİ hissəsinə əsasən, mülki silah sahibi aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) Bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli; 2) Bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməli. Nəhayət, «bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar (Qanunun 24-cü maddəsi). Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur, həmçinin təqsirləndirildiyi CM-nin 228.1-ci maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs oğlu xx.xx.1999-cü il təvəllüdlü X5 birinci dərəcə əlildir,arvadı X2 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsində qeyd edilir ki, cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal hesab edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu X3 yaşını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü əsasən cəzanı yüngülləşdirən hal hesab edilə bilməz. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs qeydiyyat ünvanı üzrə müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, səmimi ifadə verməsini, müsbət xarakterizə olunmasını, oğlu xx.xx.1999-cü il təvəllüdlü X5 birinci dərəcə əlil olmasını şəxsiyyəti səciyyənlədirən hal kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş digər cəzaların təyin edilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaların təyin edilməsini iş materiallarına tədqiqinə və onun şəxsiyyətinə uyğun olaraq ədalətli hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaların təyin edilməsi cəmiyyətdə mənfi emosiyaların çıxarılmasına və bu növ cinayət əməllərinin çoxalmasına səbəb ola bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Qusar rayon məhkəməsinin qərarı ilə həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs törətdiyi hazırkı cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə əsasən “ az ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilməsi nəzərdə tutulmuşdur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı 09 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri 64 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilmədir. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş “Kalaşnikov” konstruksiyalı, 5,45 mm kalibrli, “AK-74” markalı seriya və nömrəsi silinmiş, yivli, odlu, saz vəziyyətdə atəşə yararlı avtomatik döyüş silahı hesab edilən 01 ədəd avtomat, döyüş sursatı hesab edilən 5,45X39 mm kalibrli “Kalaşnikov” konstruksiyalı “AK-74”, “AKS-74U”, “AK-74M” markalı avtomat silahların, istifadəyə yararlı, avtomat silahların komplekt hissəsi 30 ədəd 5,45 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə istehsal edilmiş, istifadəyə yararlı 01 ədəd daraq və uyğun kalibrli yivli odlu döyüş silahlarında istifadə etmək üçün nəzərdə tutulan 30 ədəd 5,45x39 mm kalibrli olmaqla, yivli odlu silahlarda istifadə etmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə istehsal edilmiş istifadəyə yararlı döyüş sursatı hesab edilən patronlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197,198, 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı 13 fevral 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri 64 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş “Kalaşnikov” konstruksiyalı, 5,45 mm kalibrli, “AK-74” markalı seriya və nömrəsi silinmiş, yivli, odlu, saz vəziyyətdə atəşə yararlı avtomatik döyüş silahı hesab edilən 01 ədəd avtomat, döyüş sursatı hesab edilən 5,45X39 mm kalibrli “Kalaşnikov” konstruksiyalı “AK-74”, “AKS-74U”, “AK-74M” markalı avtomat silahların, istifadəyə yararlı, avtomat silahların komplekt hissəsi 30 ədəd 5,45 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə istehsal edilmiş, istifadəyə yararlı 01 ədəd daraq və uyğun kalibrli yivli odlu döyüş silahlarında istifadə etmək üçün nəzərdə tutulan 30 ədəd 5,45x39 mm kalibrli olmaqla, yivli odlu silahlarda istifadə etmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə istehsal edilmiş istifadəyə yararlı döyüş sursatı hesab edilən patronlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Qusar rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar