Məhkəmə qərarları › İş №1(029)-57/2021

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-57/2021

31.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-57/2021 31.08.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1997-ci ildə Qusar rayonu X11 kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli-himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.N.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.N.3-1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, 17 mart N0N1-ci il tarixdə saat 1N radələrində həmkəndlisi Zərərçəkmiş şəxs ilə birlikdə bayram alış-verişi etmək üçün Qusar şəhərinə gəlmiş, sonuncu özünə məxsus "xxxx" ASC-nə aid 4169-733N-N883-8376 nömrəli “Bir kart” plastik kartını istifadə edə bilmədiyi üçün həmin plastik kartından N00,00 manat pulu çıxartmaq məqsədi ilə ona vermiş, həmin tarixdə plastik kartdan N00,00 manat pul çıxardıb Zərərçəkmiş şəxs verdikdən sonra sonuncudan gizli və icazəsiz olaraq plastik kartdan həmin gün saat 13:17 və 13:19-da müvafiq olaraq 100 manat və 50 manat pulu Qusar şəhərində yerləşən “Pioneer” mağazasında olan bankomatdan, daha sonra isə saat 15:01, 15:0N və 15:03-də müvafiq olaraq 55 manat, 45 manat və N8 manat pulu Qusar şəhərində yerləşən “Qusar Petrol” yanacaq doldurma məntəqəsində post terminal vasitəsi ilə nağdlaşdırmaqla elektron məlumat daşıyıcılarından istifadə etməklə vahid niyyətlə gizli yolla talamaqla oğurlayaraq zərərçəkmiş şəxsə cəmi N78,00 manat maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 177.N.3-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadə verərək göstərmişdir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onun həmkəndlisi və qonşusudur. Zərərçəkmiş şəxs “Novruz Bayramı” ərəfəsində alış-veriş etmək istəmiş, lakin özünə məxsus "xxxx" ASC-nə aid “Bir kart” plastik kartını istifadə edə bilmədiyi üçün 17 mart N0N1-ci il tarixdə həmin plastik kartdan N00,00 manat pulu çıxartmaq üçün kartı ona vermişdir. Həmin tarixdə o, plastik kartdan N00,00 manat pul çıxardıb Zərərçəkmiş şəxs vermiş, kart isə özündə qalmışdır. Bundan sonra o, Zərərçəkmiş şəxs xəbəri olmadan gizli şəkildə həmin plastik kartdan həmin gün günorta saatlarında bir dəfə 100 manat, bir dəfə 50 manat olmaqla cəmi 150 manat pulu bankomatdan çıxarmışdır. Daha sonra o, həmin gün yenidən Zərərçəkmiş şəxs icazəsi olmadan Qusar şəhərində yerləşən “Qusar Petrol” yanacaq doldurma məntəqəsində post terminal vasitəsi ilə 55 manat, 45 manat və N8 manat olmaqla cəmi 1N8 manat pulu nağdlaşdırmışdır. Həmin pulu onun üçün Elnur adlı şəxs nağdlaşdırmışdır. Həmin pulları özünün şəxsi ehtiyaclarına xərcləmişdir. Hazırda o, Zərərçəkmiş şəxs dəymiş ziyanı tam ödəmiş, həmin şəxsin ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur, onlar barışmışlar. Törətdiyi əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir, himayəsində bir azyaşlı uşağı vardır, ailədə yeganə qazanc gətirən şəxsdir. Bundan başqa, o, müharibə veteranı olmaqla aprel döyüşlərində və Vətən Müharibəsi zamanı döyüşlərdə iştirak etmişdir. Odur ki, həmin halları nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin ifadəsi ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsi düzdür, həmin ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs onun həmkəndlisi və qonşusudur, münasibətləri həmişə yaxşı olmuşdur. O, “Novruz Bayramı” ərəfəsində özünə məxsus "xxxx" ASC-nə aid “Birkart” plastik kartından pul çıxara bilmədiyinə görə onun üçün pul çıxarması üçün kartı Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs onun üçün kartdan N00 manat pul çıxarmış, o, kartı Kənandan geri istəmiş, lakin sonuncu, kartı ona qaytarmamışdır. Sonradan onun kartından pulların çıxarılması barədə mobil telefonuna mesajlar gəlmişdir. Məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onun kartından ondan gizli şəkildə, onun icazəsi olmadan cəmi N78 manat məbləğində pul çıxarmışdır. Bu səbəbdən də, o, bu barədə polisə şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxs onun pulunu qaytarmış və ziyanı tam ödəmişdir. Həmin şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs bağışlanmasını, ona cəza verilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, onun heç kəslə düşmənçilik və ədavəti olmamış, N0N0-ci ilin iyul ayından N0N1-ci ilin aprel ayın NN qədər Qusar şəhərində yerləşən “Qusar Petrol” yanacaq doldurma mərkəzində operator vəzifəsində işləmiş, hal-hazırda isə "xxxx" ASC-nin Qusar filialında mikro kredit şöbəsində təcrübəçi işləyir. 17 mart N0N1-ci il tarixdə saat 15:00-da “Qusar Petrol” yanacaq doldurma mərkəzində işdə olan zaman əvvəllər tanımadığı, adını sonradan bildiyi Qusar rayonu X11 kənd sakini Kənan onun yanına yaxınlaşaraq anası üçün dərman almaq məqsədi ilə plastik kartdan pul çıxartmaq istədiyini, lakin bankomatların əlavə faiz tutduğu üçün ondan post terminal vasitəsi ilə pulu nağdlaşdırmağı xahiş etmiş, o da Kənana inanaraq öz razılığını vermişdir. Həmin vaxt Kənanın təqdim etdiyi “Bir Kart” plastik kartından post terminal vasitəsi ilə müvafiq olaraq 55 manat, 45 manat və N8 manat olmaqla cəmi 1N8 manat pulu nağdlaşdırıb, plastik kartla birlikdə Kənana qaytarmış və bundan sonra sonuncunu görməmişdir. 31 may N0N1ci il tarixdə Qusar RPŞ-nə dəvət olunan zaman, ona Kənanın onu aldadaraq, Gül adlı qonşusuna məxsus plastik kartdan sonucunun xəbəri olmadan pulları nağdlaşdırmaqla oğurluq etdiyi məlum olmuşdur. Şahid məhkəməyə 10.08.N0N1-ci il tarixli teleqram göndərərək 31.08.N0N1-ci il tarixdə keçiriləcək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, verdiyi izahatı təsdiq etdiyini göstərmiş və nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 1N.04.N0N1-ci il tarixli “cinayət haqqında şifahi məlumatın qəbulu barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs Qusar RPŞ-nin TB-nə məlumat vermişdir ki, o, N1.03.N0N1-ci il tarixdə qonşusu Təqsirləndirilən şəxs “Birkart”ını verib kartdan N00 manat pulu çıxarıb ona verməsini xahiş etmişdir. Kənan həmin gün kartdan N00 manat pul çıxarıb ona vermiş, kartı qaytarmamışdır. Sonradan ona məlum olmuşdur ki, Kənan kartından onun icazəsi və xəbəri olmadan pul çıxarmışdır. Ona məxsus “Birkart”dan pul çıxaran Kənan barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Qusar RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis baş leytenantı X5 tərəfindən tərtib edilmiş 15 aprel N0N1-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 11:00-dan saat 11:N5-dək hal şahidləri X6 və X3 iştirakları ilə Zərərçəkmiş şəxs məxsus "xxxx" a aid 4169 733N N8 83 8376 saylı karta baxış keçirilmişdir. Baxış zamanı həmin kart Təqsirləndirilən şəxs götürülmüşdür. İş materiallarında olan ibtidai istintaq orqanının N0 may N0N1-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərarından görünür ki, Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC-nə aid 4169-733N-N883-8376 nömrəli “Bir Kart” plastik kartı iş üzrə maddi sübut kimi tanınmış, gündəlik tələbatda istifadə olunduğu üçün sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmışdır. İş materiallarında olan qəbzdən görünür ki, "xxxx" ASC-nə aid 4169-733N-N883- 8376 nömrəli “Bir Kart” plastik kartı Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının N4 iyun N0N1-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 177.N.1, 177.N.N, 178.1 və 179.1-ci maddələri ilə cinayət təqibi rədd edilmişdiur. Təqsirləndirilən şəxs tərəfindən təhvil verilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC-nə aid 4169-733N-N883-8376 nömrəli “Bir Kart” sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və gündəlik tələbatda istifadə olunduğu üçün sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmışdır. N4 iyun N0N1-ci il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokol və 01 ədəd CD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Bank əməliyyatları ilə bağlı "xxxx" ASC tərəfindən tutulmuş cəmi 13 manat 10 qəpik Təqsirləndirilən şəxs ittihamına daxil edilməmişdir. Şahid barəsində Azərbaycan Respublikasının CM-nin 177.N.1 və 177.N.3-1-ci maddələri ilə cinayət təqibi rədd edilmişdir. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 04 iyun N0N1-ci il tarixli 89N/06-N1 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin publik hüquqi şəxsin X1 həkim psixiatrın və həkim narkoloqun qeydiyyatında yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış N7.05.N0N1-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Qusar rayon İHB-nın Balaqusar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş N9.04.N0N1-ci il tarixli N91 saylı arayışdan görünür ki, Qusar rayonu X11 kənd sakini Təqsirləndirilən şəxs ailə tərkibi arvadı XN və N019-cu il təvəllüdlü oğlu Ayxan Ağayevdən ibarətdir. İş materiallarında olan AZ-İV 35385N saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 1N.09.N019-cu il təvəllüdlü Ayxan adlı bir azyaşlı uşağı vardır. İş materiallarında olan Qusar rayon İHB-nın Balaqusar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon şöbəsi tərəfindən verilmiş 13.07.N0N1-ci il tarixli 4N1 saylı elektron arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də, əsgər (kursant) kimi 08.07.N015-03.01.N017, 10.10.N0N0-N5.01.N0N1-ci il tarixlərdə həqiqi hərbi xidmət keçmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N yanvar N0N1-ci il tarixli Fəxri Fərmanından görünür ki, Ağayev X4 və Zəngilan rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə təltif olunmuşdur. Məhkəməyə təqdim edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 31 avqust N0N1-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Həmin şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona görə də, həmin şəxsin bağışlanmasını, ona cəza təyin edilməməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs həqiqətən də, 17 mart N0N1-ci il tarixdə saat 1N radələrində həmkəndlisi Zərərçəkmiş şəxs ilə birlikdə bayram alış-verişi etmək üçün Qusar şəhərinə gəlməsi, sonuncu özünə məxsus "xxxx" ASC-nə aid 4169-733N-N883- 8376 nömrəli “Bir kart” plastik kartını istifadə edə bilmədiyi üçün həmin plastik kartından N00,00 manat pulu çıxartmaq məqsədi ilə ona verməsi, həmin tarixdə plastik kartdan N00,00 manat pul çıxardıb Zərərçəkmiş şəxs verdikdən sonra sonuncudan gizli və icazəsiz olaraq plastik kartdan həmin gün saat 13:17 və 13:19-da müvafiq olaraq 100 manat və 50 manat pulu Qusar şəhərində yerləşən “Pioneer” mağazasında olan bankomatdan, daha sonra isə saat 15:01, 15:0N və 15:03-də müvafiq olaraq 55 manat, 45 manat və N8 manat pulu Qusar şəhərində yerləşən “Qusar Petrol” yanacaq doldurma məntəqəsində post terminal vasitəsi ilə nağdlaşdırmaqla elektron məlumat daşıyıcılarından istifadə etməklə vahid niyyətlə gizli yolla talamaqla oğurlayaraq zərərçəkmiş şəxsə cəmi N78,00 manat maddi ziyan vurması və bununla da, onun Azərbaycan Respublikasının CM-nin 177.N.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 177.N.3-1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59.1, 59.1.4, 59.1.1N, 59.1.13-cü maddələrinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması; cinayət törətmiş şəxsin zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. Həmin Məcəllənin 5N-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 5N-1.N, 5N-1.N.1-5N-1.N.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.N.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.N, 15-1.N.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-N.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral N017-ci il tarixli Sərəncamının 10, 10.3-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamın 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun himayəsində bir azyaşlı uşağının olmasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş zərəri tam aradan qaldırmasını, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmamasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, Vətən Müharibəsi iştirakçısı olmaqla döyüş əməliyyatlarında iştirak etməsini və hərbi xidmət zamanı fəxri fərmanla təltif olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına, ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 177.N.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar rayonu X11 kəndində yerləşən evini axşam saat N1:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Həmçinin, Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşman olmuş, dəymiş zərəri tam aradan qaldırmaqla zərər çəkmiş şəxslə barışıq əldə etmişdir, müharibə iştirakçısıdır. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsin barəsində təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzası daha ədalətli olmaqla cəzanın məqsədlərinin təmin olunması üçün tam kifayət edər. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd "xxxx" ASC-nə aid 4169-733N-N883- 8376 nömrəli “Bir Kart” plastik kartının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş materiallarına əlavə olunmuş 01 ədəd CD disk işdə saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.N.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar rayonu X11 kəndindəki evini axşam saat N1:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd "xxxx" ASC-nə aid 4169-733N-N883- 8376 nömrəli “Bir Kart” plastik kartının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş materiallarına əlavə olunmuş 01 ədəd CD disk işdə saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan N0 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş N0 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar