Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-57/2024 18.09.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Qusar rayon Vəkil Bürosunun vəkili X1, Müdafiəçi3, Müdafiəçi1, Tərcüməçi : X2 iştirakları ilə, 2 avqust 2001-ci il tarixdə Əlcəzair Xalq, Demokratik Respublikasının Sidi Mohamed şəhərində doğulmuş, X4 Respublikasının vətəndaşı, milliyətcə əlcəzairli, subay, orta təhsilli, məhkumluğu olmayan, X4 Respublikasının Saida şəhərində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsi ilə, 6 avqust 1996-cı il tarixdə X4 Respublikasının Xençela şəhərində doğulmuş, X4 Respublikasının vətəndaşı, milliyətcə əlcəzairli, subay, orta təhsilli, məhkumluğu olmayan, X4 Respublikasının Xençela şəhərində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsi ilə, 28 fevral 1997-ci ıl tarixdə X4 Respublikasının Xençela şəhərində doğulmuş, X4 Respublikasının vətəndaşı, milliyətcə əlcəzairli, subay, orta təhsilli, məhkumluğu olmayan. X4 Respublikasının Xençela şəhərində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1, X4 Respublikasının digər vətəndaşları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girməklə 10 fevral 2024-cü il tarixdə, saat 06:30 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Qusar rayonunun Yuxarı Zeyxur kəndi ərazisində yerləşən 6-cı sərhəd zastavasının 7-ci sahəsinin xidməti ərazisindən Azərbaycan Respublikasından qəsdən qanunsuz olaraq Rusiya Federasiyasına keçməyə cəhd edərkən maneə çəpərindən 400 metr içəridə 36 nömrəli sərhəd nişanından 300 metr sağda, dövlət sərhəd xəttindən 1200 metr aralıda Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmaqla bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməmişdir. Təqsirləndirilən şəxs2 Almaniya Federativ Respublikasına gedib orada yaşamaq və işləmək məqsədilə həmin ölkəyə getmək üçün viza əldə edə bilmədiyindən qabaqcadan əlbir olan bir qrup şəxs halında X4 Respublikasının digər vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girməklə 10 fevral 2024-cü il tarixdə, saat 06:30 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Qusar rayonunun Yuxarı Zeyxur kəndi ərazisində yerləşən 6-cı sərhəd zastavasının 7-ci sahəsinin xidməti ərazisindən Azərbaycan Respublikasından qəsdən qanunsuz olaraq Rusiya Federasiyasına keçməyə cəhd edərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən "Dayan!" çağırışı verildiyindən Təqsirləndirilən şəxs3 ilə birlikdə qeyd olunan ərazidən qaçmış, davam etdirilən əməliyyataxtarış tədbirləri nəticəsində həmin tarixdə, saat 10 radələrində dövlət sərhəd xəttindən 2000 metr aralıda, Qusar rayonunun Samur qəsəbəsi ərazisində yerləşən "Azpetrol" yanacaqdoldurma məntəqəsinin otelində saxlanılmaqla bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 29,318.2-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 19 yanvar 2024-cü il tarixdə hava yolu ilə, rəsmi qaydada Bakı şəhərinə gəlmiş, Bakı şəhərinə gəldikdən sonra 3 fevral 2024-cü il tarixədək "Centrum" adlı hostelə yerləşərək orada qalmışdır. 3 fevral 2024-cü il tarixdə Bakı şəhərində təsadüfən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 adlı X4 Respublikası vətəndaşları ilə tanış olmuş, onlarla birlikdə həmin tarixdən 9 fevral 2024-cü il tarixədək "Art İnn" adlı hosteldə qalmışdır. 9 fevral 2024-cü il tarixdə qanunsuz yollarla Azərbaycan Respublikasından Rusiya Federasiyasına, oradan da qanunsuz yollarla Almaniya Federativ Respublikasına getmək məqsədi ilə Bakı şəhərindən avtobusla yola düşərək həmin tarixdə, saat 13:30 radələrində Quba rayonuna getmişlər. Axşam saatlarınadək mobil xəritədə Rusiya Federasiyasına qanunsuz yolla keçə biləcəkləri əraziləri axtardıqdan sonra həmin tarixdə, saat 21 radələrində taksi ilə yola çıxmış və saat 23 radələrində Qusar rayonunun Yuxarı Zeyxur kəndinə getmişlər. Taksidən endikdən sonra, yoldan çıxıb meşəlik əraziyə daxil olmuş və təxminən 3-4 saat meşədə qaldıqdan sonra Rusiya Federasiyası istiqamətində irəliləmişlər. Onlar Rusiya Federasiyası istiqamətində əvvəlcədən mobil telefonda işarələdikləri ünvan üzrə hərəkət etmiş, qarşılarına çıxan tikanlı məftilləri olan çəpərin digər tərəfinə keçdikdən sonra, təpəlik relyef və sıx meşəlik olduğundan rahat irəliləyə biləcəkləri yer axtarmışlar. Saat 05 radələrində uzaqdan səslər eşitmiş və başa düşmüşlər ki, onlar qanunsuz olaraq Azərbaycan Respublikası - Rusiya Federasiyası dövlət sərhədini keçmək istədikləri üçün axtarılırlar. Saxlanılmaqlarından ehtiyat edib geri istiqamətdə qaçmaq istəmişlər. Lakin həmin vaxt onun ayağı burxulduğu üçün yıxılmış və qaça bilməmişdir. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 isə qaçaraq oradan uzaqlaşmışlar. Saat 06:30 radələrində hərbi qulluqçular onu saxlamış və hərbi hissəyə aparmışlar. Azərbaycan Respublikasına gəlməkdə məqsədi qanunsuz yollarla Rusiya Federasiyasına, oradan isə Almaniya Federativ Respublikasına getmək və orada yaşayıb işləmək olmuşdur. Onun Azərbaycan Respublikasında və Rusiya Federasiyasında yaşayan qohumu və ya tanışları olmamışdır. Onların vətəndaşı olduqları X4 Respublikasından Avropa ölkələrinə, xüsusən Almaniya Federativ Respublikasına viza əldə etmək demək olar ki, mümkün olmadığından, eyni zamanda internet resursları üzərindən apardıqları araşdırmalara əsasən Azərbaycan Respublikasına elektron qaydada viza əldə etməyin mümkün olduğunu öyrəndiklərinə görə bu üsula əl atmışlar. Dövlət sərhədini qanunsuz yolla keçə biləcəkləri istiqaməti Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 adlı X4 Respublikası vətəndaşları ilə birlikdə mobil xəritədən istifadə etməklə taparaq sərhədi qanunsuz keçməyi planlaşdırmış, bu işdə onlara kömək edən heç bir şəxs olmamışdır. O, sərhədin qanunsuz keçməsi cinayət olduğunu bilmiş, lakin ailəsini saxlaması üçün bunu etmişdir. Saxlanılan vaxt ona qarşı hər hansı fiziki və psixi təsir olunmayıb. O, törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 29,318.2-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 3 fevral 2024-cü il tarixdə hava yolu ilə, rəsmi qaydada tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhərinə gəlmiş, Bakı şəhərinə gəldikdən sonra, təsadüfən Təqsirləndirilən şəxs1 adlı X4 Respublikası vətəndaşı ilə tanış olmuşlar. Hər üçü birlikdə 3 fevral 2024-cü il tarixdən 9 fevral 2024-cü il tarixədək "Art İnn" adlı hosteldə qalmış, 9 fevral 2024-cü il tarixdə qanunsuz yollarla Azərbaycan Respublikasından Rusiya Federasiyasına, oradan da qanunsuz yollarla Almaniya Federativ Respublikasına getmək məqsədi ilə Bakı şəhərindən avtobusla yola düşərək həmin tarixdə, saat 13:30 radələrində Quba rayonuna getmişlər. Axşam saatlarınadək mobil xəritədə Rusiya Federasiyasına qanunsuz yolla keçə biləcəkləri əraziləri axtardıqdan sonra həmin tarixdə, saat 21 radələrində taksi ilə yola çıxmış və saat 23 radələrində Qusar rayonunun Yuxarı Zeyxur kəndinə getmişlər. Taksidən endikdən sonra, yoldan çıxıb meşəlik əraziyə daxil olmuş və təxminən 3-4 saat meşədə qaldıqdan sonra Rusiya Federasiyası istiqamətində irəliləməyə başlamışlar. Onlar Rusiya Federasiyası istiqamətində əvvəlcədən mobil telefonda işarələdikləri ünvan üzrə hərəkət etmiş, qarşılarına çıxan tikanlı məftilləri olan çəpərin digər tərəfinə keçdikdən sonra, təpəlik relyef və sıx meşəlik olduğundan rahat irəliləyə biləcəkləri yer axtarmışlar. Saat 05 radələrində uzaqdan səslər eşitmiş və başa düşmüşlər ki, onlar qanunsuz olaraq Azərbaycan-Rusiya dövlət sərhədini keçmək istədikləri üçün axtarılırlar. Bu zaman geriyə qaçmaq istəmişlər, lakin həmin vaxt Təqsirləndirilən şəxs1 ayağı burxulduğu üçün yıxılmış və qaça bilməmişdir. Onlar isə qaçaraq oradan uzaqlaşmış və kəndin içərisi ilə hərəkət etmişlər. Təxminən 3 saat ərzində gizlənərək irəliləmiş və qarşılarına yaşıl rəngli yanacaqdoldurma məntəqəsi çıxmışdır. Həmin yanacaqdoldurma məntəqəsində otel də olmuş və onlar həmin otelə yerləşmişlər. Fikirləşmişlər ki, orada onları tapa bilməzlər. Lakin saat 10 radələrində hərbi qulluqçular onları tapmış və hərbi hissəyə aparmışlar. Azərbaycan Respublikasına gəlməkdə məqsədi qanunsuz yollarla Rusiya Federasiyasına, oradan isə Almaniya Federativ Respublikasına getmək və orada yaşayıb işləmək olmuşdur. Onun Azərbaycan Respublikasında və Rusiya Federasiyasında yaşayan qohumu və ya tanışları olmamışdır. Onların vətəndaşı olduqları X4 Respublikasından Avropa ölkələrinə, xüsusən Almaniya Federativ Respublikasına viza əldə etmək demək olar ki, mümkün olmadığından, eyni zamanda internet resursları üzərindən apardıqları araşdırmalara əsasən Azərbaycan Respublikasına elektron qaydada viza əldə etməyin mümkün olduğunu öyrəndiklərinə görə bu üsula əl atmışlar. Dövlət sərhədini qanunsuz yolla keçə biləcəkləri istiqaməti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adlı X4 Respublikası vətəndaşları ilə birlikdə mobil xəritədən istifadə etməklə taparaq sərhədi qanunsuz keçməyi planlaşdırmış, bu işdə onlara kömək edən heç bir şəxs olmamışdır. Saxlanılan vaxt ona qarşı hər hansı fiziki və psixi təsir olunmayıb. O, törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 29,318.2-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 3 fevral 2024-cü il tarixdə hava yolu ilə, rəsmi qaydada tanışı Təqsirləndirilən şəxs3 ilə birlikdə Bakı şəhərinə gəlmişdir. Bakı şəhərinə gəldikdən sonra, təsadüfən Təqsirləndirilən şəxs1 adlı X4 Respublikası vətəndaşı ilə tanış olmuşlar. Hər üçü birlikdə 3 fevral 2024-cü il tarixdən 9 fevral 2024-cü il tarixədək "Art İnn" adlı hosteldə qalmış, 9 fevral 2024-cü il tarixdə qanunsuz yollarla Azərbaycan Respublikasından Rusiya Federasiyasına, oradan da qanunsuz yollarla Almaniya Federativ Respublikasına getmək məqsədi ilə Bakı şəhərindən avtobusla yola düşərək həmin tarixdə, saat 13:30 radələrində Quba rayonuna getmişlər. Axşam saatlarınadək mobil xəritədə Rusiya Federasiyasına qanunsuz yolla keçə biləcəkləri əraziləri axtardıqdan sonra həmin tarixdə, saat 21 radələrində taksi ilə yola çıxmış və saat 23 radələrində Qusar rayonunun Yuxarı Zeyxur kəndinə getmişlər. Taksidən endikdən sonra, yoldan çıxıb meşəlik əraziyə daxil olmuş və təxminən 3-4 saat meşədə qaldıqdan sonra Rusiya Federasiyası istiqamətində irəliləməyə başlamışlar Onlar Rusiya Federasiyası istiqamətində əvvəlcədən mobil telefonda işarələdikləri ünvan üzrə hərəkət etmiş, qarşılarına çıxan tikanlı məftilləri olan çəpərin digər tərəfinə keçdikdən sonra, təpəlik relyef və sıx meşəlik olduğundan rahat irəliləyə biləcəkləri yer axtarmışlar. Saat 05 radələrində uzaqdan səslər eşitmiş və başa düşmüşlər ki, onlar qanunsuz olaraq Azərbaycan-Rusiya dövlət sərhədini keçmək istədikləri üçün axtarılırlar. Bu zaman geriyə qaçmaq istəmişlər, lakin həmin vaxt Təqsirləndirilən şəxs1 ayağı burxulduğu üçün yıxılmış və qaça bilməmişdir. Onlar isə qaçaraq oradan uzaqlaşmış və kəndin içərisi ilə hərəkət etmişlər. Təxminən 3 saat ərzində gizlənərək irəliləmiş və qarşılarına yaşıl rəngli yanacaqdoldurma məntəqəsi çıxmışdır. Həmin yanacaqdoldurma məntəqəsində otel də olmuş və onlar həmin otelə yerləşmişlər. Fikirləşmişlər ki, orada onları tapa bilməzlər. Lakin saat 10 radələrində hərbi qulluqçular onları tapmış və hərbi hissəyə aparmışlar. Azərbaycan Respublikasına gəlməkdə məqsədi qanunsuz yollarla Rusiya Federasiyasına, oradan isə Almaniya Federativ Respublikasına getmək və orada yaşayıb işləmək olmuşdur. Onun Azərbaycan Respublikasında və Rusiya Federasiyasında yaşayan qohumu və ya tanışları olmamışdır. Onların vətəndaşı olduqları X4 Respublikasından Avropa ölkələrinə, xüsusən Almaniya Federativ Respublikasına viza əldə etmək demək olar ki, mümkün olmadığından, eyni zamanda internet resursları üzərindən apardıqları araşdırmalara əsasən Azərbaycan Respublikasına elektron qaydada viza əldə etməyin mümkün olduğunu öyrəndiklərinə görə bu üsula əl atmışlar. Dövlət sərhədini qanunsuz yolla keçə biləcəkləri istiqaməti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 adlı X4 Respublikası vətəndaşları ilə birlikdə mobil xəritədən istifadə etməklə taparaq sərhədi qanunsuz keçməyi planlaşdırmış, bu işdə onlara kömək edən heç bir şəxs olmamışdır.Saxlanılan vaxt ona qarşı hər hansı fiziki və psixi təsir olunmayıb. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsləri onun müdafiəçilərini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 29,318.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişlər və onların təqsirli olması özlərinin etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər mötəbər sübutlarla da təsdiq edilir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ifadəsindən görünür ki, 10 fevral 2024-cü il tarixdə, saat 02:00-dan 06:00-dək əsgər Şahid2 ilə birlikdə "Gözətçi dəstə/sərhəd gözətçisi" sərhəd naryadı xidmətinə təyin olunmuş, xidmətin təşkili zamanı, saat 05:03 radələrində 6-cı sərhəd zastavasının 7-ci sahəsində maneə çəpərindən 400 metr içəridə, 36 nömrəli sərhəd nişanından 300 metr sağda qaraltı və 1 ədəd əl fənərinin işıqlanmasını, saat 05:05 radələrində mühəndis texniki çəpərinə baxış zamanı maneə çəpərində aşağıdan 1-2-ci məftillərin birləşdiyini və ondan arxada taxıl sahəsində 3 nəfərə məxsus ayaq izlərinin olmasını müəyyən etmiş və radiorabitə vasitəsilə dərhal sərhəd zastavasına məlumat vermişlər. Sərhəd zastavası saat 05:07 radələrində "Silaha" komandasına qaldırılmış və onların olduğu həmin sahə istiqamətində hərəkət etmişlər. Bundan sonra ərazi qapadılmış və onlar ərazidə axtarış tədbirlərinə başlamışlar. Axtarış zamanı saat 06:30 radələrində bir nəfər naməlum şəxs qeyd olunan sahədə onlar tərəfindən saxlanılmışdır. Onlar həmin şəxsdən hansı məqsədlə həmin əraziyə gəldiyini soruşduqda sonuncu əl-qol hərəkətləri ilə, başa düşmədikləri, lakin ərəb dili olması ehtimal edilən dildə onlara Rusiya Federasiyası istiqamətini göstərmiş və bildirmişdir ki, həmin istiqamətdə getmək istəyir. Onlar həmin şəxsin sözlərində belə başa düşmüşlər ki, o, dövlət sərhədini qanunsuz olaraq Rusiya Federasiyası istiqamətində keçmək istəyir. Bundan sonra onlar həmin şəxsin saxlanılması barədə aidiyyəti üzrə radiorabitə vasitəsilə məruzə etmiş və onu sərhəd zastavasına aparmışlar. Sərhəd zastavasında həmin şəxs tərcüməçi və müdafiəçi ilə təmin edilmişdir. Məlum olmuşdur ki, həmin şəxs X4 Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1dir və onun saxlanıldığı əraziyə gəlməkdə məqsədi dövlət sərhədini qanunsuz olaraq Rusiya Federasiyasına keçmək olmuşdur. Onlar Təqsirləndirilən şəxs1 saxlayan zaman onun ayağı burxulmuş və hərəkət edə bilməmişdir Onlar Təqsirləndirilən şəxs1 sərhəd zastavasına köməklik göstərərək aparmışlar. Təqsirləndirilən şəxs1 əraziyə tək gəlməmiş, onunla birlikdə daha 2 nəfər X4 Respublikası vətəndaşı gəlmiş, lakin onlar tərəfindən həmin şəxslərin axtarışı aparıldığını başa düşüb digər 2 nəfər şəxs geri istiqamətdə qaçmışlar. Rəhmanı Nabilin isə ayağı burxulduğuna görə o, ərazidən qaça bilməmiş və yerdə oturaqlı vəziyyətdə qalmışdır. Onların əraziyə gəlməsinə, dövlət sərhədini qanunsuz keçmək istəməsinə köməklik göstərən, həmçinin Rusiya Federasiyası tərəfdə onları qarşılayacaq hər hansı şəxsin olub-olmaması barədə ona heç nə məlum olmamışdır. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ifadəsindən görünür ki, şahid X3 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3 ifadəsindən görünür ki, 10 fevral 2024-cü il tarixdə, saat 02:00-dan 06:00-dək "Gözətçi dəstə/sərhəd gözətçisi" sərhəd naryadı xidmətinə təyin olunan hərbi qulluqçular saat 05 radələrində 6-cı sərhəd zastavasının 7-ci sahəsində maneə çəpərindən 400 metr içəridə, 36 nömrəli sərhəd nişanından 300 metr sağda qaraltı və 1 ədəd əl fənərinin işıqlanmasını, saat 05:05 radələrində mühəndis texniki çəpərinə baxış zamanı maneə çəpərində aşağıdan 1-2-ci məftillərin birləşdiyini və ondan arxada taxıl sahəsində 3 nəfərə məxsus ayaq izlərinin olmasını müəyyən etmiş, axtarış tədbirləri zamanı saat 06:30 radələrində bir nəfər naməlum şəxs qeyd olunan sahədə saxlanılmışdır. Saxlanılan şəxs X4 Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1lə aparılan əməliyyat-filtrasiya tədbirləri ilə müəyyən olunmuşdur ki, sonuncu dövlət sərhədini qanunsuz yolla Rusiya Federasiyasına keçmək məqsədilə həmin əraziyə gəlmiş, lakin ayağı burxulduğu üçün qaça bilməmiş və sərhəd naryadı tərəfindən saxlanılmışdır. Bununla yanaşı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 əraziyə tək gəlməmiş, onunla birlikdə daha 2 nəfər həmin əraziyə gələrək birlikdə dövlət sərhədini qanunsuz yolla Rusiya Federasiyası istiqamətində keçmək istəmişlər, lakin onlar sərhədçilər tərəfindən axtarıldıqlarını başa düşdükdə geri istiqamətdə qaçmış, Təqsirləndirilən şəxs1 isə ayağı burxulduğu üçün həmin ərazidə qalmışdır. Bu məlumatı əldə etdikdən sonra dərhal onlar tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilmiş və onlar Qusar rayonunun Samur qəsəbəsində yerləşən "Azpetrol" yanacaqdoldurma məntəqəsinin otelində 2 nəfər X4 vətəndaşları olan Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 saxlayaraq sərhəd zastavasına aparmışlar. Əməliyyat tədbirində onunla birlikdə N nömrəli hərbi hissənin əməliyyat-axtarış şöbəsinin baş əməliyyat müvəkkili, kapitan Şahid4 Talib oğlu da iştirak etmiş və onlar Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 oteldə saxlayaraq hərbi hissəyə aparmışlar. Təqsirləndirilən şəxs3. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 filtrasiya tədbirləri zamanı onlara səmimi etiraflar edərək Rusiya Federasiyasına qanunsuz yolla keçdikdən sonra Almaniya Federativ Respublikasına getmək istədiklərini bildirmişlər. Saxlanılan şəxslər "Google Map" proqramından istifadə edərək özlərinin işarələdikləri yerlərlə həmin əraziyə gəlmişlər və həmin şəxslərə heç kəs köməklik göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Talib oğlu Şahid3 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N nömrəli hərbi hissənin 1-ci sərhəd komendantlığının komendantı, polkovnik-leytenant Araz Yusubovun 10 fevral 2024-cü il tarixli, 3-38/2-16/406/2024 nömrəli məlumatından görünür ki, 10 fevral 2024-cü il tarixdə 6-cı sərhəd zastavasının 12/1-5-6-cı sahələrində saat 02:00-dan 06:00dək "Gözətçi dəstə/sərhəd gözətçisi" sərhəd naryadı xidmət təşkil edən sərhəd naryad başçısı, əsgər X5, sərhəd naryad üzvü, əsgər Şahid2 tərəfindən saat 05:03 radələrində 6cı sərhəd zastavasının 7-ci sahəsində maneə çəpərindən 400 metr içəridə, 36 nömrəli sərhəd nişanından 300 metr sağda qaraltı və 1 ədəd əl fənərinin işıqlanması müşahidə edilmiş, saat 05:05 radələrində mühəndis texniki qurğusuna baxış zamanı 7-ci sahədə maneə çəpərində aşağıdan 1-2-ci məftillərin birləşdiyi və ondan arxada taxıl sahəsində 3 nəfərə məxsus ayaq izi olması barədə sərhəd zastavasına məlumat verilmiş və sərhəd zastavası saat 05:07-də “Silaha” komandası ilə qalxaraq həmin sahə istiqamətində dövlət sərhədi qapadılmışdır. Saat 06:30 radələrində 1 nəfər şübhəli şəxs saxlanılmış və onun X4 Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 olduğu müəyyən olmuşdur. Adı qeyd olunan şəxslə aparılmış filtrasiya tədbirləri zamanı, onunla birlikdə həmin əraziyə gəlmiş 2 nəfər X4 Respublikası vətəndaşlarının geriyə qaçması müəyyən olmuşdur. Aparılmış axtarış tədbirləri nəticəsində digər 2 nəfər X4 Respublikası vətəndaşları saat 10 radələrində Qusar rayonunun Samur qəsəbəsi ərazisində yerləşən "Azpetrol" yanacaqdoldurma məntəqəsinin otelində saxlanılmışlar. İş materiallarında olan 10 fevral 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Qusar rayonu, Yuxarı Zeyxur kəndi ərazisində yerləşən N nömrəli hərbi hissənin 6-cı sərhəd zastavasının 7-ci sahəsidir. Qeyd olunan yer maneə çəpərindən 400 metr içəridə, 36 nömrəli sərhəd nişanından 300 metr sağda, dövlət sərhəd xəttindən 1200 metr aralı yerləşir. 7-ci sahədə maneə çəpərində aşağıdan 1-2-ci məftillərin birləşdiyi və ondan arxada taxıl sahəsində 3 nəfərə məxsus ayaq izi müşahidə olunur. Ərazi sağ və sol tərəfdən sıx meşəliklə əhatə olunub. Saxlanılma nöqtəsindən müqabil tərəfdə Rusiya Federasiyası, Dağıstan Respublikasının Məhərrəmkənd rayonu yerləşir. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əvvəllər Azərbaycan Respublikası ərazisində məhkum olunmamışlar. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, Azərbaycan Respublikasından qəsdən qanunsuz olaraq Rusiya Federasiyasına keçməyə cəhd etmişlər. Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməli Azərbaycan Respublikası CM-nin 29,318.2-ci maddəsinə düzgün tövsif edilmişdir və onlar, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdırlar. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cəzadan və cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməlini səmimi etiraf etməsini, törətmiş olduğu cinayət əməlindən səmimi peşman olmasını şəxsiyyəti müsbət xaraktrerizə edən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən əməlin ictimai-təhlükəlilik dərəcəsini və işin digər hallarını nəzərə alaraq onlara təqsirləndirildikləri Azərbaycan Respublikası CMnin 29,318.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, bu tip cinayətlərin yayılmasının qarşısının alınması üçün hüququn xəbərdaredici funksiyasının təmin edilməsi üçün azadlıqdan məhrum etmə cəza təyin edilməsini məhkəmə məqdəsə müvafiq hesab edir. Həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əcnəbi olduqlarından, həmçinin Azərbaycan Respublikası CM-nin 52.2-ci maddəsində göstərilən şəxslərin dairəsinə daxil olmadığından ona CM-nin 52.1-ci maddəsinə əsasən əlavə cəza növü kimi Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilməli və həmin cəza əsas cəza növünü çəkdikdən sonra icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Cinayət işinin materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 10 fevral 2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cəzalarını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onların barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli 10 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona 01 (bir) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 10 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 əlavə cəza kimi Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilsin və bu cəza o əsas cəzanı çəkdikdən sonra icra edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona 01 (bir) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin başlanğıcı 10 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 əlavə cəza kimi Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilsin və bu cəza o əsas cəzanı çəkdikdən sonra icra edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona 01 (bir) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 10 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 əlavə cəza kimi Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilsin və bu cəza o əsas cəzanı çəkdikdən sonra icra edilsin. Hökmdən elan olduğu andan (Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №1(029)-57/2024
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-57/2024
18.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver