Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 1(029)-58/2020 14.07.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin 1-ci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Mütəxəssis: x2 iştirakları ilə xx.xx.1990-cı ildə Qusar rayonu Suvacal kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 03 iyun 2020-ci il tarixdə saat 15 radələrində Qusar rayonu Suvacal kəndində, yolda həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında borc məsələsinə görə yaranmış mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs alnının sol tərəfinə vurub onu yıxmaqla qəsdən həmin şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onun həmkəndlisidir. 2020-ci ilin mart ayında o, anasının müalicəsi ilə əlaqədar Zərərçəkmiş şəxs 1000 manat məbləğində borc pul almış və Bakı şəhəri Qaradağ rayonundakı qışlaqda olan, dəyəri 1100 manat təşkil edən inəyini satıb həmin pulu qaytaracağını bildirmişdir. 03 iyun 2020-ci il tarixdə saat 15 radələrində o, yaşadıqları Qusar rayonu Suvacal kəndində yol ilə gedərkən Ədalət və digər həmkəndlisi Adıgözəllə rastlaşmış, Ədalət sərxoş vəziyyətdə olmuş və ondan borcu tələb etmişdir. O, isə pulunun olmadığını, yaxın vaxtda borcunu qaytaracağını bildirmiş, lakin Ədalət ondan əl çəkməyərək onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı o, yumruqla Ədalətin alnına vurmuş, sonuncu zərbədən yerə yıxılmış, orada olan Adıgözəl onları ayırmış və o, oradan çıxıb getmişdir. Bundan sonra Ədalət onun barəsində polisə şikayət etmiş və o, təhqiqata cəlb olunmuşdur.Təqsirləndirilən şəxs həmçinin hazırda törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, zərər çəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı heç bir şikayətinin, tələbinin, iddiasının olmadığını, bir daha belə hərəkətlərə yol verməyəcəyini, əvvəllər barəsində cinayət təqibinə xitam verilmədiyini göstərmiş və onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin ifadəsi, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidin izahatı, canlı şəxsin ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. 2020-ci ilin mart ayında Vətən ona müraciət edərək anasının müalicəsi ilə əlaqədar ondan 1000 manat borc pul istəmiş, Bakı şəhəri Qaradağ rayonundakı qışlaqda olan, dəyəri 1100 manat təşkil edən inəyini satıb borcu qaytaracağını bildirmiş, o, isə həmin məbləğdə borcu Vətənə vermişdir. 03 iyun 2020-ci il tarixdə saat təxminən 15 radələrində o, həmkəndlisi Adıgözəllə birlikdə yaşadıqları Qusar rayonu Suvacal kəndində yol ilə gedərkən Vətənlə rastlaşmış və o, həmin şəxsdən borcunu tələb etmişdir. Həmin vaxt onların arasında mübahisə yaranmış və Vətən yumruqla onun alın nahiyəsinə zərbə vurmuşdur. O, həmin zərbədən yerə yıxılmış, həmin vaxt orada olan Adıgözəl onları ayırmış və Vətən oradan uzaqlaşmışdır. Daha sonra o, bu barədə polisə şikayət etmiş və Təqsirləndirilən şəxs təhqiqata cəlb edilmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs həmçinin hazırda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayətinin, tələbinin, iddiasının olmadığını göstərmiş və Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid təhqiqat zamanı verdiyi izahatından görünür ki, o, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatları təsdiq etmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş 262 saylı 03 iyun 2020-ci il tarixli canlı şəxsin ekspertizası rəyindən görünür ki, 1971-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına əsaslanaraq, hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq belə nəticəyə gəlinmişdir ki, onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər-alnın sol tərəfinin əzilmiş-çapılmış yarası küt əşyanın təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 03.06.2020-ci il tarixdə yumruq zərbəsi yetirilərkən əmələ gələ bilərdi. Qeyd olunan xəsarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış 10iyun 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Əmək və x3 Nazirliyi yanında Dövlət x6 Qusar rayon Şöbəsi tərəfindən verilmiş 11 iyun 2020-ci il tarixli **********6 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin şöbədən pensiya və ya müavinət almır. İş materiallarında olan Qusar rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 17 iyun 2020-ci il tarixli 182/06-20 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada həkim psixiatrın və həkim narkoloqun qeydiyyatında yoxdur. İş materiallarında olan Qusar rayon İHB-nın Xuray kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 iyun 2020-ci il tarixli 333 saylı arayışdan görünür ki, Qusar rayonu Suvacal kəndində yaşayan Təqsirləndirilən şəxs ailə tərkibi anası x1 ibarətdir. İş materiallarında olan Qusar rayon İHB-nın Xuray kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 iyun 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Qusar rayonu Suvacal kəndində yaşayan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəməyə Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş 14 iyul 2020-ci il tarixli ərizələrdən görünür ki, həmin şəxslər barışmışlar, münasibətləri normaldır, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur, cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş edirlər. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CPM-nin 43.1, 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Göründüyü kimi təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək zərər çəkmiş şəxslə barışdığından, sonuncunun ona qarşı heç bir şikayəti, iddiası və tələbi olmadığından onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Törədilmiş cinayətin böyük ictimai təhlükə törətmədiyini, tərəflərin barışdıqlarını, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, əvvəllər təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunmamasını nəzərə alaraq məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 43, 321.2.1, 344-347, 356, 384, 385-ci maddələrini, həmçinin CM-nin 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(029)-58/2020
Qusar Rayon Məhkəməsi Qərar — İş №1(029)-58/2020
14.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver