Məhkəmə qərarları › İş №1(029)-59/2020

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-59/2020

12.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-59/2020 12.08.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi: fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, xx xxxx 1980-ci ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir nəfər azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə CM-nin 194.1-ci maddəsi ilə təqsirli bilinib ona 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, cəzasını çəkməmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, xx xxxxx 2020-ci il tarixdən həbsdə olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, xx xxxxx 2020-ci il tarixdə tanışı Şahid3 vasitəsilə X2 yaşadığı, ünvan 2 ünvanda yerləşən evin yaxınlığında sonuncudan 30 manata şəxsi istehlak miqdarından artıq miqdarda, 03 ədəd bükümdə narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq almış, sonra isə narkotik vasitə olan həmin heroindən 01 ədəd bükümünü təmənnasız olaraq Şahid3 vermiş, qalan 02 bükümdə olan hissəsini isə özündə saxlamış, geri qayıdarkən Quba rayonu ərazisində həmin narkotik vasitədən bir hissəsini qəbul etdikdən sonra qalan-0,665 qram çəkidə hissəsini satış məqsədi olmadan üzərində daşıyaraq tanışı Şahid2 Kamil oğlunun idarə etdiyi “VAZ-2107” O264BH05 Rus dövlət qeydiyyat nişanlı avtomobillə Qusar rayonuna gəlmiş, Qusar RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində o, xx xxxxx 2020-ci il tarixdə saat 19:14 radələrində Qusar rayonu Balaqusar kəndi ərazisində saxlanılıb RPŞ-nin inzibati binasına gətirilmiş, üzərində aparılan şəxsi axtarış zamanı 01 ədəd sellofan bükümdə-0,665 qram çəkidə narkotik vasitə olan heroin onun əynində olan idman gödəkcəsinin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx xxxxx 2020-ci il tarixdə də tanışı Şahid2 Kamil oğlunun idarə etdiyi “VAZ-2107” markalı O264BH05 Rus dövlət qeydiyyat nişanlı avtomobillə Qusar rayonu Balaqusar kəndinə gedərək orada Sakinə kartof satmışdır. Kartofu Sakinin həyətinə apardıqdan sonra o, Sakinə avtomobili ilə onu Quba rayonuna aparıb-gətirməsini xahiş etmişdir. Sonra avtomobilin arxa oturacağında əyləşmiş və Qusar rayon Mərkəzi Bazarının qarşısından Balaqusar kəndi istiqamətində hərəkətə başlayaraq bir az getdikdən sonra avtomobili dayandırmasını xahiş etmiş və “Artur” ləqəbli Şahid1 avtomobilin arxa otuaracağında, onun yanında əyləşmişdir. Onlar Qusar rayonu Balaqusar kəndi istiqamətində hərəkət edərək oradan çox adamın istifadə etmədiyi və bilmədiyi torpaq yolla Quba rayonu istiqamətində yollarına davam etmişlər. Yolda Artur narkotik vasitə olan heroin almaq məqsədi ilə Quba şəhərində yaşayan əvvəllər tanıdığı, narkotik vasitələrin satışı ilə məşğul olan Xalid adlı şəxsə məxsus mobil telefona zəng etmiş, ancaq Xalid hazırda özündə narkotik vasitə qalmadığını bildirmişdir. Bundan sonra o, özünə məxsus olan mobil telefonla Quba şəhərində yaşayan, İmran adlı şəxsə məxsus olan mobil telefona zəng etmiş, İmran da Quba şəhərində onlarla görüşə biləcəyini demiş, daha sonra onlar Sakinin avtomobili ilə Quba şəhərində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığına gedərək orada İmranla görüşmüş, İmran da Sakinin avtomobilinə minmişdir. İmran avtomobilə mindikdən sonra narkotik vasitə olan heroin gətirməsi üçün 40 manat pul verilmiş, İmran pulu onlardan alıb harasa getmiş və təxminən yarım saat keçdikdən sonra narkotik vasitə alıb gətirərək onlara vermişdir. Daha sonra isə onlar İmranı Quba şəhərində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin qarşısına aparıb orada avtomobildən düşürmüşlər.Sonra isə Qusar rayonu istiqamətində yollarına davam etmişlər. Quba rayonu ərazisində olan zaman Arturla o, aldıqları narkotik vasitədən qəbul etmək istəmiş, ona görə də onlar Sakinə ayaq yoluna getmək istədiyini bildirərək ondan avtomobili çayın kənarındakı boş sahəyə sürməsini xahiş etmiş, Sakin də avtomobili çayın kənarına, boş sahəyə tərəf sürərək orada dayandırmışdır. Avtomobili dayandırdıqdan sonra o, Arturla avtomobildən düşüb bir az aralaşmış, orada üzərlərində olan heroini qəbul etmişlər. Onlar Qubadan aldıqları heroini istifadə edib qurtarmışlar. Onların üstündə narkotik vasitə qalmamışdı. Daha sonra onlar maşına əyləşmiş və Qusar rayonu istiqamətində hərəkətə başlamışlar. Qusar şəhərinə doğru gələn zaman Qusar RPŞ-nin əməkdaşları onları saxlayaraq rayon polis şöbəsinə gətirmişlər. Şöbəyə gətiriləndə saat 15:00 radələri olardı. O, şöbənin üçüncü mərtəbəsində üç saatdan çox saxlanılmış, polis əməkdaşları onu döymüş, ona fiziki ağrı yetirmiş, polislər onun barəsində qərəzli olduqlarına görə onu şöbədə saxlamış, lakin bu barədə şikayət etməmişdir. Həmin gün, yəni xx xxxxx 2020-ci il tarixdə saat 19:30-da o, şübhəli şəxs qismində tutulmuşdur. Polis şöbəsində onun üzərində axtarış aparılan zaman əynində olan gödəkcənin cibindən narkotik vasitə və psixotrop maddə olan metamfetamin aşkar olunub götürülmüşdür. Həmin narkotik vasitələrin ona heç bir aidiyyəti yoxdur. Polis şöbəsində üçüncü mərtəbədə olan vaxt polis əməkdaşı olan Elvin onun qollarından tutmuş, İkraməddin isə həmin narkotik vasitələri onun cibinə qoymuşdur. O, narkotik vasitə qəbul etməklə məşğul olsa da onunüzərindən aşkar olunub götürülmüş narkotik vasitə ona məxsus olmamış, polis əməkdaşları həmin narkotik vasitəni onun cibinə qoymuşlar. Buna görə də onun barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, təxminən bir il olar ki, narkotik vasitə olan heroin qəbul edir, bir neçə dəfə də Qusar şəhər sakini Təqsirləndirilən şəxs ilə birlikdə narkotik vasitə qəbul etmişdir. O, xx xxxxx 2020-ci il tarixdə təxminən saat 15 radələrində Qusar rayon Mərkəzi Bazarının yaxınlığında olan zaman Fazillə görüşmüş, həmin vaxt Fazil ondan narkotik vasitə qəbul etmək istəyibistəməməsini soruşmuşdur.O, narkotik vasitə qəbul etmək istədiyini bildirmiş, sonra isə Fazil Şahid2 Kamil oğluna məxsus olan avtomobillə Balaqusar kəndinə gedərək kartof satıb qayıdacağını deyib getmişdir. Həmin vaxtdan bir az keçdikdən sonra Fazil Sakinlə birlikdə Sakinə məxsus olan “VAZ-2107” markalı O264BH05 Rus dövlət qeydiyyat nişanlı avtomobillə onun yanına gəlmiş, o, da Sakinə məxsus olan avtomobilin arxa oturacağında, Fazilin yanında əyləşmiş və Qusar rayonu Balaqusar kəndi istiqamətində hərəkət edərək oradan çox adamın istifadə etmədiyi və bilmədiyi torpaq yolla Quba rayonu istiqamətində yollarına davam etmişlər. Yolda o, narkotik vasitə olan heroin almaq məqsədi ilə Quba şəhərində yaşayan əvvəllər tanıdığı, narkotik vasitələrin satışı ilə məşğul olan Xalid adlı şəxsə məxsus mobil telefona zəng etmiş, ancaq Xalid hazırda özündə narkotik vasitə qalmadığını bildirmişdir. Bundan sonra Fazil özünə məxsus olan mobil telefonla Quba şəhərində yaşayan, İmran adlı şəxsə məxsus olan mobil telefona zəng etmiş, İmran da Quba şəhərində onlarla görüşə biləcəyini demişdir. Onlar Sakinin avtomobili ilə Quba şəhərində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığına gedərək orada İmranla görüşmüş, İmran da Sakinin avtomobilinə minmişdir. İmran avtomobilə mindikdən sonra narkotik vasitə olan heroin gətirməsi üçün o, İmrana 10 manat pul vermiş, Fazil isə İmrana 30 manat pul vermişdir.İmran pulu onlardan alıb harasa getmiş və təxminən yarım saat keçdikdən sonra narkotik vasitə alıb gətirərək onlara vermişdir. Daha sonra isə onlar İmranı Quba şəhərində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin qarşısına aparıb orada avtomobildən düşürmüş, sonra isə Qusar rayonu istiqamətində yollarına davam etmişlər. Quba rayonu ərazisində olan zaman Fazillə o, aldıqları narkotik vasitədən qəbul etmək istəmişlər.Ona görə də o, Sakinə ayaq yoluna getmək istədiyini bildirərək ondan avtomobili çayın kənarındakı boş sahəyə sürməsini xahiş etmiş, Sakin də avtomobili çayın kənarına, boş sahəyə tərəf sürərək orada dayandırmışdır. Sakin avtomobili dayandırdıqdan sonra Fazillə o, avtomobildən düşüb bir az aralaşmış, orada üzərlərində olan heroini şüşə qaba tökərək alışqan vasitəsilə qızdırmış, sonra isə iki ədəd şpirisə doldurmuşlar. Fazil şpiris vasitəsilə narkotik vasitəni qoluna vurmuş, o, da Sakinə məxsus olan avtomobildə əyləşərək narkotik vasitə olan heroini şpiris vasitəsilə qoluna vuraraq qəbul etmişdir. Bundan sonra Qusar rayonu istiqamətində hərəkətə başlamışlar. Qusar rayonu Bədirqala kəndi ərazisinə çatmamış, təxminən saat 19 radələrində o, avtomobildən düşüb getmiş, Sakinlə Fazil isə Qusar şəhəri istiqamətində hərəkətlərinə davam etmişlər. Həmin günün səhərisi isə o, Qusar rayon polis şöbəsinin əməkdaşlarının xx xxxxx 2020-ci il tarixdə Fazillə Sakini tutub polis şöbəsinə apardıqlarını və həmin vaxt da Fazilin üzərindən narkotik vasitə aşkar olunub götürüldüyünü eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Kamil oğlu ifadəsində göstərdi ki, o, xx xxxxx 2020-ci il tarixdə əkmək üçün toxumluq kartof almaq istəmişdir. Qusar şəhər sakini Təqsirləndirilən şəxs kartof satmaqla məşğul olduğunu bildiyi üçün həmin gün təxminən saat 15 radələrində özünə məxsus olan ***-***-**-** nörməli mobil telefonla Fazilə məxsus olan ***-***-**-** nömrəli mobil telefona zəng edərək toxumluq kartof almaq istədiyini bildirmiş, Fazil də toxumluq kartof olduğunu bildirmişdir. Bundan sonra o, Qusar şəhərində Fazillə görüşmüş, sonra isə onunla birlikdə idarə etdiyi “VAZ- 2107” markalı O264BH05 Rus dövlət qeydiyyat nişanlı avtomobillə Balaqusar kəndində yerləşən anbara getmiş, orada o, Fazildən iki kisə kartof almış, sonra isə Fazillə birlikdə yaşadığı evə gələrək kartof kisələrini evinin həyətinə boşaltmışdır. Daha sonra Fazilin xahişi ilə onu Qusar rayon Mərkəzi Bazarının qarşısına aparmış, orada avtomobili dayandırdıqdan sonra Fazil avtomobili ilə Quba rayonuna aparıb-gətirməsini xahiş etmiş və bunun üçün ona 20 manat pul verəcəyini bildirmişdir.O, Fazilə etiraz etməmiş, sonra isə Fazil onun avtomobilinin arxa oturacağında əyləşmiş və Qusar rayon Mərkəzi Bazarının qarşısından Balaqusar kəndi istiqamətində hərəkətə başlamış, bir az getdikdən sonra Fazilin təkidi ilə avtomobilini dayandırmış, həmin vaxt adını “Artur” kimi bildiyi Şahid1 avtomobilin arxa otuaracağında, Fazilin yanında əyləşmişdir. Bundan sonra o, Quba rayonu istiqamətində hərəkətə başlamışdır. Quba şəhərinə daxil olaraq orada yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin qarşısına çatdıqdan sonra orada Fazilin təkidi ilə avtomobili dayandırmış, orada əvvəllər tanımadığı, sonradan adını öyrəndiyi İmran adlı şəxs gəlib avtomobilin qabaq sağ oturacağında əyləşmiş, sonra isə o, avtomobilini adını bilmədiyi bir küçəyə sürərək dayandırmışdır. Avtomobilini dayandırdıqdan sonra İmran avtomobildən düşmüş, həmin vaxt Beybala ilə Fazil İmrana hansısa məbləğdə pul vermişlər, İmran da oradan uzaqlaşıb getmiş və təxminən yarım saat keçdikdən sonra qayıdıb avtomobilə yaxınlaşaraq Fazil və Beybala ilə görüşmüş, sonra isə onların üçü də avtomobilə minmişlər. O, avtomobilini Quba şəhərində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin qarşısına sürmüş, orada İmran avtomobildən düşmüş, Fazillə Beybala isə avtomobildə qalmış və o, Qusar rayonu istiqamətində hərəkətinə davam etmişdir. Quba rayonu ərazisində olan zaman Beybala ayaq yoluna getmək istədiyini bildirərək ondan avtomobili çayın kənarındakı boş sahəyə sürməsini xahiş etmiş, o, da avtomobili çayın kənarına, boş sahəyə tərəf sürərək orada dayandırmışdır. O, avtomobili dayandırdıqdan sonra Fazil və Beybala avtomobildən düşərək bir az aralıya getmişlər, orada öz aralarında əllərində olan şpirisə nəsə doldurmuş, sonra isə Fazil sol qol nahiyəsinə şprislə nəsə vurmuşdur. Beybala qayıdıb gələrək avtomobildə əyləşmiş və güzgüyə baxaraq əlində olan şpirislə sağ qolunun çiyinə yaxın hissəsinə nəsə vurmuşdur. O, onların narkotik vasitə qəbul etmələrini bilmiş və oradan uzaqlaşıb getmək istəmiş, ancaq Fazillə Beybala ona narahat olmamağı tövsiyyə etmişlər. Sonra isə Fazillə Beybala gediş haqqı olaraq ona 20 manat pul vermişlər. Bundan sonra üçübirlikdə Qusar rayonuna gəlmişlər. Qusar rayonu Bədirqala kəni ərazisində Beybala avtomobildən düşüb getmiş, Fazil isə avtomobildə qalmışdır. Təxminən saat 19 radələrində o, idarə etdiyi avtomobillə Balaqusar kəndi ərazisindən Qusar şəhəri istiqamətində hərəkət edən zaman bir neçə polis əməkdaşı onun avtomobilinin qarşısını kəsmiş, özlərini təqdim edərək Qusar rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirmiş və Fazillə onu rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində onun üzərində axtarış aparılmış, ancaq üzərindən narkotik vasitə və ya qanunla qadağan olunmuş nəsə aşkar olunmamışdır.Sonra Fazilin üzərindən narkotik vasitə aşkar olunub götürüldüyünü eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, xx xxxxx 2020-ci il tarixdə saat 19 radələrində iş yerində lazım olan işləri görüb qurtarmış və iş yoldaşı X7 ilə birlikdə evə getmək üçün piyada yola düşmüşdür. Qusar şəhəri Heydər Əliyev prospekti ilə gedən zaman Qusar RPŞ-də işləyən polis əməkdaşı Ceyhun Osmanov ona yaxınlşaraq Qusar şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə gəzdirməsində şübhəli olduğu üçün rayon polis şöbəsinə gətirdiklərini və onun üzərində axtarış aparacaqlarını demiş, ondan axtarışda hal şahidi kimi iştirak etməsini xahiş etmiş, o, da Ceyhuna etiraz etməyərək onunla birlikdə Qusar rayon polis şöbəsinə gəlmişdir. Rayon polis şöbəsinə gəldikdən sonra isə vəkil, o, digər hal şahidi və digər şəxslərin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan idman gödəkcənin sağ yan cibindən 02 ədəd sellofan büküm aşkar edib götürülmüş, həmin sellofan bükümlərdən birinin içərisində narkotik vasitəyə oxşar qəhvəyi rəngli toz şəkilli kütlə, digər bükümdə isə ağ rəngli kristal şəkilli kütlə olduğu aşkar olunmuşdur. Bundan sonra həmin 02 ədəd sellofan bükümlərdə olan narkotik vasitəyə oxşar kütlələr onun, digər iştirakçıların və hal şahidinin iştirakı ilə zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş, o və digər iştirakçılar tərəfindən zərfin üzərinə imzalar edildikdən sonra isə tərtib olunmuş protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən heç bir əlavə və düzəliş daxil edilməmiş, o və digər iştirakçılar həmin protokolu imza etmişlər.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, hazırda Qusar RPŞ-nin X1 əməliyyat müvəkkili vəzifəsində işləyir. 2019-cu ilin sonlarında Qusar şəhər sakini, “Fitil” ləqəbli Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, üzərində saxlaması və satışı ilə məşğul olması barədə məlumat almış və bununla əlaqədar olaraq Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədi ilə 2020-ci ilin yanvar ayında NMQ-da Fazil barəsində əməliyyat qeydiyyat işi açılaraq onun ətrafında əməliyyat tədbirləri keçirilməyə başlamışdır. xx xxxxx 2020-ci il tarixdə də o, Təqsirləndirilən şəxs Qusar şəhər sakini X6 məxsus olan “VAZ-2107” markalı O264BH05 Rus dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhərinə gedərək oradan narkotik vasitə alıb Qusar şəhərinə gətirəcəyi barədə məlumat almış, məlumat aldıqdan dərhal sonra bu barədə raportla polis şöbəsinin rəhbərliyinə məruzə etmişdir. O, Fazil barəsində aldığı məlumatla bağlı məruzə etdikdən sonra şöbə rəisinin müvafiq göstərişi əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunmuş və həmin qərarın icrası üçün əməliyyat qurupu yaradılmışdır. Bundan sonra xx xxxxx 2020-ci il tarixdə təxminən saat 19 radələrində o, polis şöbəsinin digər əməkdaşları – Şahid5, Nəriman Müzəffərov, Ceyhun Osmanov, Təklif Vəlimətov və Boris Laçınovla birlikdə avtomobillə Qusar rayonu Balaqusar kəndi istiqamətində hərəkətə başlamışlar. Qusar rayonu Balaqusar kəndi ərazisində hərəkətdə olan zaman Şahid2 özünə məxsus olan “VAZ-2107” markalı avtomobillə qarşı hərəkət zolağında Qusar şəhəri istiqamətində hərəkətdə olduğunu görmüş, avtomobilin işıqlarını yandırıb-söndürməklə Sakinə avtomobili dayandırması üçün işarə vermiş, Sakin də avtomobilini yolun kənarında dayandırmışdır. Sakin avtomobilini dayandırdıqdan sonra o, digər polis əməkdaşları ilə birlikdə avtomobildən düşərək Sakinin avtomobilinə yaxınlaşmış, həmin vaxt Fazilin Sakinə məxsus olan avtomobilin qabaq sağ oturacağında əyləşdiyini görmüş, özünü onlara təqdim etdikdən sonra onların hər ikisini rayon polis şöbəsinə gətirmişlər. Rayon polis şöbəsinə gəldikdən sonra materialın icarsı RPŞ-nin Təhqiqat Bölməsinin baş təhqiqatçısı Elşad Əhmədova həvalə olunmuş, sonra isə Elşad Əhmədov tərəfindən qəbul edilmiş qərarla Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, daha sonra isə vəkil, o, hal şahidləri və digər iştirakçıların iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan idman gödəkçəsinin sağ yan cibindən 02 ədəd sellofan büküm aşkar edib götürülmüş, həmin sellofan bükümlərdən birinin içərisində narkotik vasitə olan heroinə oxşar qəhvəyi rəngli toz şəkilli kütlə, digər bükümdə isə ağ rəngli kristal şəkilli kütlə olduğu aşkar olunmuşdur. Bundan sonra həmin 02 ədəd sellofan bükümlərdə olan narkotik vasitəyə oxşar kütlələr onun, digər iştirakçıların və hal şahidlərinin iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, o və digər iştirakçılar tərəfindən zərfin üzərinə imzalar edilmişdir. Təqsirləndirilən şəxs təxminnə saat 19 radələrində şöbəyə gətirilmiş və növbətçi hisəyə təhvil verilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs heç kim fiziki sor tətbiq etməmiş və heç kim onun əynində olan gödəkçəsinin cibinə üzərinə keçirən baxış zamanı aşkar edilmiş narkotik kütlələri kütlələri qoymamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, təxminən bir il olar ki, narkotik vasitə olan kakos qəbul edir. Narkotik vasitə qəbul etdiyinə görə də Quba Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 2018-ci ilin sonlarında Quba şəhərində təsadüfən Qusar şəhər sakini Təqsirləndirilən şəxs ilə tanış olmuş və tanış olduqdan sonra aralarında olan söhbət zamanı o, narkotik vasitə aludəçisi olması barədə Fazilə bildirmiş, Fazil də narkotik vasitə aludəçisi olduğunu demiş, daha sonra isə Fazillə onun arasında səmimi münasibət yaranmışdır. xx xxxxx 2020-ci il tarixdə axşam saatlarında o, Quba şəhərində olan zaman Fazil özünə məxsus olan ***-***-**-** nömrəli mobil telefonla ona məxsus olan ***-***-**-** nömrəli mobil telefona zəng edərək narkotik vasitə olan heroin almaq istədiyini bildirmiş, o, da özündə narkotik vasitə olmadığını, ancaq Quba şəhərində yaşayan “Emiş” ləqəbi ilə tanınan Elmar adlı şəxsdən narkotik vasitə alıb ona verə biləcəyini demişdir. Bundan sonra Fazil “VAZ-2107” markalı bir avtomobillə Quba şəhərinə gələrək orada yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında onunla görüşmüş, o, da Fazilin gəldiyi avtomobilin qabaq sağ oturacağında əyləşmiş və həmin vaxt Fazilllə adını “Artur” kimi tanıdığı, sonradan adını öyrəndiyi Şahid1 ilə arxa oturacaqda əyləşdiyini görmüşdür. O, avtomobilə əyləşdikdən sonra aralarında olan şifahi razılaşma əsasında Fazillə Beybala ikisi birlikdə ona 40 manat pul vermişlər, həmin pulun müqabilində onlara narkotik vasitə olan kakos almağı xahiş etmişlər.O, Elmar adlı şəxsin evindən bir az aralıda avtomobildən düşərək Elmarın yaşadığı evin qarşısına gedərək onunla görüşmüş və həmin vaxt aralarında olan şifahi razılaşma əsasında Elmara 40 manat pul verərək ondan dörd büküm narkotik vasitə olan kakos almış, sonra isə oradan qayıdıb Fazilin yanına gələrək aldığı dörd büküm narkotik vasitə olan kakosdan üçünü Fazilə vermiş, bir kakosu da özündə saxlamışdır. Sonradan o, maşından düşərək evinə getmiş Fazil və digərləri isə Qusar şəhəri istiqamətində getmişlər. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Qusar RPŞ-nin MMQ-nun baş əməliyyat müvəkkili Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Şahid6 məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatları tam təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş xx xxxxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 19:40-dan 20:10-dək Qusar RPŞ-də Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı onun əynində olan idman gödəkçəsinin sol iç cibindən sellofan paketdə şəxsiyyət vəsiqəsinin surəti, sol çöl cibindən 01 ədəd “Winchestr” siqaret qutusu və 01 ədəd “Samsung” markalı mobil telefon, həmin gödəkçənin sağ yan cibindən 01 ədəd “Nokia” markalı mobil telefon, 01 ədəd cib yaylığı, 01 ədəd alışqan və 02 ədəd sellofan bükümdə narkotik vasitəyə bənzər ağ və qəhvəyi rəngli kütlələr, 02 ədəd 20 qəpiklər və üzərində yazılar olan 01 ədəd kağız parçası, əynində olan göy cins şalvarın sol cibindən ev açarları və 4 (dörd) manat pul aşkar edilmişdir. Şəxsi axtarış zamanı aşkar edilmiş 02 ədəd sellofan bükümdə narkotik vasitəyə bənzər ağ və qəhvəyi rəngli kütlələr ekspertizaya göndərilməsi üçün protokolda qeyd olunmuş şəxslərin iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin 106 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzitərəfindən məhkəmə-biolji ekspertizasının xx xxxxx 2020-ci il tarixli, 6/427 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN-in “Zərflər üçün №106” möhür əksi və ... vət. Təqsirləndirilən şəxs ... üzərindən aşkar edilmiş...” əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi- 0,665 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitəheroindir, 01 ədəd bükümdə təmiz çəkisi 0.127 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi-).665 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-0,615 qramdır. Metamfetaminin təmiz çəkisi- 0.127 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-0.077 qramdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəmə-biolji ekspertiza üzrə verilmiş xx xxxxx 2020-ci il tarixli, 6/427 saylı rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş, üzərində AR DİN-in “Zərflər üçün №106” möhür əksi və ... vət. Təqsirləndirilən şəxs ... üzərindən aşkar edilmiş...” əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi- 0,665 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi-).665 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-0,615 qramdır Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxx 2020-ci il tarixli 6/427 saylı ekspertiza xərclərinə dair bildirişdən görünürki, aparılmış ekspertiza tədqiqatının dəyəri 109 (bir yüz doqquz) manat təşkil edir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkolji Mərkəzinin ambulator məhkəmə-narkoloji ekspertiza üzrə xx xxxxx 2020-ci il tarixli, 968 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoqolidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan xx xxxxx 2020-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd paketdə qalıq çəkisi -0,615 qram olan narkotik vasitə olan olan heroin kütləsi və qalıq çəkisi -0,077 qram olan psixotrop maddə olan metamfetamin kütləsi cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Qusar RPŞ-də olan maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan 18 iyun2020-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində 01 ədəd sellofan bükümdə şəxsi istehlak miqdarından artıq olmayan miqdarda, yəni 0,127 qram olan psixotrop maddə olan metamfetamin aşkar olunduğundan barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Qusar RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Cinayət işinin materiallarında olan cinayət törətməkdə şübhəli şəxsin tutulmaq haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə saat 19:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Qusar rayon məhkəməsinin xx xxxxx 2020-ci il tarixli 4(029)-10/2020 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 3 (üç) ay həddində müəyyən edilmiş, həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış xx xxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, X5 şəhəri Naqatiniski rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Rusiya Federasiyası CM-nin 162-ci maddəsinin 3-cü hissəsi ilə 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və xx.xx.2013-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 05 ay 28 gün azadlığın məhdudlaşdırıllması cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökm dəyişdirilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 05 ay 28 gün azadlığın məhdudlaşdirilması cəzası saxlanılmışdır. Cinayət işinin materiallarından olan Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 194.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həmin iş üzrə şübhəli şəxs qismində tutulduğu bir gün faktiki olaraq həbsdə saxlanma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökm dəyişdirilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına endirilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həmin iş üzrə şübhəli şəxs qismində tutulduğu bir gün faktiki olaraq həbsdə saxlama müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Qusar RİHB-nın Qusar şəhər İƏÜD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxx 2020-ji il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş 86 saylı doğum haqqında arayışın surətindən görünür ki, xx xxxxxx 2018-ci il tarixdə anadan olmuş Ramin adlı uşağın atası Təqsirləndirilən şəxs, anası X3r. Cinayət işinin materiallarında olan Qusar RİHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxx 2020-ci il tarixli, 1099 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qusar şəhəri, N.Nərimanov küçəsindəki 22 saylı evdə yaşayır və onun ailə tərkibi arvadı İradə İbrahimovadan və xx xxxxxx 2018-ci il təvəllüdlü oğlu Ramin Bağışovdan ibarədir. İş materiallarında olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X4 arasında olan nikah xx xxxx 2014-cü il tarixdə 45 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması iş üzrə dindirilmiş şahid ifadələri, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş məhkəmə-bioloji, məhkəmə-narkoloji və cinayət işin materialların, məhkəmə ekspertizalarının rəyləri, eləcə də işdə olan digər mötəbər sübutlarla ona tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsini özünümüdafiə xarakter daşıdığından inandırıcı hesab etmir, özünü təqsirli bilməməsini onun cinayət məsuliyyətindən boyun qaçırması kimi qiymətləndirilir. Belə ki, həmin faktlar məhkəmədə dindirilmiş şahidi fadələri, maddi sübutlar və ekspertiza rəyləri ilə tam təkzib olunur. Məhkəmə yuxarıda göstərilən mötəbər sübutlara birgə qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən residi və görə cəza təyin edilməsini nəzərdə tutanq aydalar nəzərə alınmamalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı qüvvəyə mindikdən sonra, yəni xx xxxxx 2020-ci il tarixdə törətmişdir. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməli, hazırki hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi tamamilə və ya qismən birləşdirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağın olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini səciyyələndirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən cəzanın yüngülləşdirən halı, onun şəxsiyyətini səciyyələndirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsinivə işin digər hallarını nəzərə alaraq təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs alınıb VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAR (XİİS) hesabı, adı Dövlət Xəzinadarlığı Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesaba ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Qusar RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş, qalıq çəkisi-0,615 qram narkotik vasitə olan heroin kütləsi və qalıq çəkisi-0,077 qram olan psixotrop maddə olan metamfetamin məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd kompakt disk və 01 ədəd DVD disk iş materiallarında saxlanmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən. məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 17.1-ci maddəsinə əsasən məhkuma məhkəmə tərəfindən alkoqolizmə və ya narkomaniyaya, həmçinin anlaqlılığı istisna etməyən psixi pozuntuya görə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərsə, bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 17-1.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə əlaqədar cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslərin müalicəsi cəza çəkdiyi müddətdə cəzaçəkmə müəssisələri tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı qərarı ilə təsdiq edilmiş «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydası»nın 1.3-cü bəndinə əsasən azadlıqdan məhrumetmə ilə əlaqədar cəzaya məhkum edilməklə yanaşı, barəsində məcburi müalicə tədbirləri tətbiq edilmiş şəxslər cəza çəkdikləri müddət ərzində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müalicə olunurlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356, 384.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası iki gün azadlığın məhdudlaşdırılmasına bir gün azadlıqdan məhrumetmə hesabı ilə hesablanaraq hazırki hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə qəti olaraq 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən-yəni xx xxxxx 2020-ci il tarixdən hesab edilsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs alınıb VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAR (XİİS) hesabı, adı Dövlət Xəzinadarlığı Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesaba ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış Qusar RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş, qalıq çəkisi-0,615 qram narkotik vasitə olan heroin kütləsi və qalıq çəkisi-0,077 qram olan psixotrop maddə olan metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd kompakt disk və 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surətinin ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar