Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-59/2024 21.05.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X4 Adil oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1998-cu ildə Rusiya Federasiyası Dağıstan Respublikası Mahaçqala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Xaşmaz rayonu Ağyazı Buduq kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 30 yanvar 2024-cü il tarixdə, saat 19 radələrində kirayədə yaşadığı Qusar rayonu Balaqusar kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evindən dəyəri 500 manat olan 01 ədəd “Pozis” markalı RK FNF172 modelli soyuducu və dəyəri 170 manat olan 01 ədəd “Neos” markalı 101 diaqonallı plazma televizoru gizli yolla talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 670 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 31 yanvar 2023-cü il tarixdə saat 03 radələrində masa xidmətçisi işlədiyi Qusar rayonu Balaqusar kəndində yerləşən Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi “Karvan” restoranın həyətinə arxa tərəfdəki qapını açıb qanunsuz daxil olaraq restoranın arxa tərəfinə keçib restoranın inzibati binasına pəncərədən girib restoranın zalında olan kassadan 312 manat pulu gizli yolla talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 312 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, əvvəllər Şuşada tikintidə işləmiş, həmçinin fərdi əməklə məşğul olmuşdur. 30 yanvar 2024-cü il tarixdə, saat 19 radələrində kirayədə yaşadığı Qusar rayonu Balaqusar kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evindən 01 ədəd soyuducu və 01 ədəd televizor oğurlamışdır. Oğurladığı həmin əşyaları Qazel markalı avtomobillə aparıb Arzu adlı şəxsə 370 manata satmışdır. Bundan başqa, o, 31 yanvar 2023-cü il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs1 işlətdiyi “Karvan” restoranının inzibati binasında olan kassadan 312 manat məbləğində pulu da oğurlamışdır. Hazırda Zərərçəkmiş şəxs2 dəymiş ziyanı ödəmiş, Fərhada dəymiş ziyanı ödəyəcək, həmçinin Arzudan aldığı pulu da həmin şəxsə qaytaracaqdır. Hazırda o, əməlindən çox peşmandır, zərər çəkmiş şəxslərə dəymiş ziyanı qismən aradan qaldırmış, həmin şəxslərlə barışmış, həmin şəxslərin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs kirayəçi kimi evinə buraxmış və həmin şəxs 1 ay yarım onun evində qalmışdır. Təqsirləndirilən şəxs evin kommunal xidmət haqlarını ödəməmiş, bu barədə ona bildirmiş, Ramazan isə 5-10 günə ödəyəcəyini demişdir. Bundan sonra evin qaz, su və elektrik təchizatı dayandırılmışdır. Bununla bağlı o, evə getmiş, həmin vaxt evin zibillə dolu olduğunu, qapısının sındırıldığını və televizorla soyuducunun oğurlandığını görmüşdür. Bu səbəbdən də, o, polisə zəng etmiş, polis əməkdaşları gəlib evdə çəkiliş aparmışlar. Məlum olmuşdur ki, soyuducunu və televizoru Ramazan oğurlamışdır. Sonradan Ramazan soyuducunu və televizoru ona qaytarmışdır. Əslində ona dəymiş digər ziyan aradan qaldırılmamış, lakin o, Ramazanın cavan olmasını nəzərə alaraq onu bağışlamış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, icarə əsasında “Karvan” şadlıq sarayını işlədir. Təqsirləndirilən şəxs şadlıq sarayında toy şənlikləri və digər ziyafətlər təşkil olunan günlərdə gəlib muzdlu kimi işləmişdir. O, Ramazanın işindən razı olmuş, hətta şadlıq sarayının açarlarını da həmin şəxsə vermişdir. Oğurluqdan 2 gün əvvəl Ramazan ondan icazə istəmiş, o həmin şəxsə icazə vermiş, eyni zamanda ona 100 manat pul vermişdir. Həmin gündən sonra Ramazan işə gəlməmiş və o, həmin şəxsi görməmişdir. Sonradan məlum olmuşdur ki, Ramazan restoranın kassasını sındırıb oradan 312 manat pul oğurlamışdır. Hazırda Ramazan ona dəymiş ziyanı ödəməmiş, bununla belə o, həmin şəxsdən pul tələb etmir, ona qarşı şikayətçi deyil. Odur ki, nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, işlənmiş malları alıb satmaqla məşğul olur. Sonradan tanıdığı Təqsirləndirilən şəxs axşam saatlarında ona zəng edərək satılıq malların olduğunu demiş, o, həmin malların oğurluq olub-olmadığını soruşmuş, həmin şəxs isə atasının evində olan mallar olduğunu demişdir. Həmin şəxs malları gətirdikdə onun yanında arvadının olduğunu görmüş və buna görə də malların oğurluq olmadığına inanmışdır. O, bir ədəd soyuducu və bir ədəd televizor üçün Ramazana 370 manat məbləğində pul vermişdir. Lakin, sonradan həmin malların oğurluq olduğu məlum olmuş, buna görə malları geri qaytarmışdır. Lakin, Ramazan ona verdiyi pulu geri qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Quba şəhərində yerləşən “Birja” adlanan ərazidə dayanmaqla Qazel markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Sonradan tanıdığı Təqsirləndirilən şəxs ona yaxınlaşaraq Qusar rayonu Balaqusar kəndindən Quba rayonu Alekseyevka kəndinə soyuducu və televizor aparmaq lazım olduğunu demiş, həmin malları aparmağı onunla 40 manata razılaşmışdır. Bundan sonra o, həmin şəxslə gedib soyuducunu və televizoru avtomobilə yükləyib Alekseyevka kəndinə aparmış, orada həmin malları Ramazanın göstərdiyi, sonradan tanıdığı Arzu adlı qadının evinə boşaltmışlar. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/1137 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd soyuducu və 01 ədəd televizorun orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2024-cü ilin yanvar ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 670,00 manat müəyyən edilir. O cümlədən 01 ədəd 2021-ci tarixdə alınmış, istifadə olmuş, istismara yararlı, full no forst (soyutma), Aclass (enerji serfıyyatı), Rusiya İstehsalı, “Pozis” markalı RK FNF-172 modelli soyuducu - 500 manat, 01 ədəd 2023-ci il tarixdə alınmış, istifadə olmuş, istismara yararlı, Böyük Britaniya istehsalı “Neos” markalı 101 diaqonallı plazma televizor - 170 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/1137 saylı məktubundan görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə istintaqı zamanı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-daktiloskopik ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-3/471 saylı rəyindən görünür ki, təqdim edilmiş 1 “a”, “b”, 4, 5, 6 “a”, “b” saylı daktilolentlərin səthlərindəki əl-barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdırlar. Təqdim edilmiş 1, 2, 3, 4, 5, 6, 7 saylı daktilolentlərinsəthlərindəki apilyar naxış izləri yayıldığına, tam və əks olunmadığına görə, habelə, kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdırlar. Təqdim edilmiş 4 saylı daktololentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs sol əlinin şəhadət barmağından qalmışdır. Təqdim edilmiş 1 “a”, “b”, 5, 6 “a”, “b” saylı daktilolentlərin səthlərindəki əl-barmaq izləri Təqsirləndirilən şəxs əl- barmaq izlərindən qalmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-3/471 saylı məktubundan görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 62,29 (altmış iki manat iyirmi doqquz qəpik) manat təşkil edir. İş materiallarında olan 20 aprel 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs 30 yanvar 2024-cü il tarixdə saat 19 radələrində Qusar rayon sakini Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evindən oğurladığı 01 ədəd “Pozis” markalı soyuducu və 01 ədəd “Neos” markalı 101 diaqonallı plazma televizor iş üzrə maddi sübut kimi qiymətləndirilmiş, lakin həmin məişət əşyaları gündəlik tələbatda istifadə olunduğu üçün Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmışdır. Məhkəmə-daktiloskopik ekspertizasının 03 aprel 2024-cü il tarixli 3-16-16/2- 3/471 nömrəli rəyinə əlavə edilmiş 07 ədəd daktilolent və 01 ədəd daktiloxəritə iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi tanınmış və saxlanılması üçün Qusar RPŞ-nin maddi sübutların otağına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i/v: 94). İş materiallarında olan Xaçmaz rayon İHB-nın Hacıəlibəy kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 85 saylı xasiyyətnamədən görünür ki, Xaçmaz rayonu Ağyazı Buduq kənd sakini Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i/v 87). Göründüyü kimi Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərini törətməsi yuxarıda sadalanan sübutlarla tam təsdiq olunur. Beləliklə, məhkəmə - ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə tədqiq edilən sübutların məcmusuna qiymət verərək Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edir. O, həmin maddələrlə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddələrin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı əməlindən peşman olmasını, zərər çəkmiş şəxslərə dəymiş zərəri qismən ödəyərək həmin şəxslərlə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini, işdə cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Xaçmaz rayonu Ağyazı Buduq kəndində yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Belə ki, həmin şəxs zərər çəkmiş şəxslərlə barışaraq onlara dəymiş zərəri qismən aradan qaldırmış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, əməlindən səmimi peşman olmuşdur. Bundan başqa, CM-nin 58.1-ci maddəsinin mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 03 fevral 2024-cü il tarixdə saat 20:05də şübhəli şəxs qismində tutulmuş, 05 fevral 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və həmin tarixdə saat 16:10-da tutulmadan azad edilmişdir. Bununla da, həmin şəxsin azadlığı 2 (iki) gün müddətində faktiki məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Təsvir olunanlara əsasən, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı 2 (iki) gün həbsdə olduğu müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evindən oğurladığı 01 ədəd “Pozis” markalı soyuducunun və 01 ədəd “Neos” markalı 101 dioqnallı plazma televizorun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan 07 ədəd daktilolent və 01 ədəd daktiloxəritə iş materiallarında saxlanılmalıdır. İş üzrə 112.29 (yüz on iki manat iyirmi doqquz qəpik) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxs X2 barəsində xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq 03 fevral 2024-cü il tarixdən 05 fevral 2024-cü il tarixədək 02 (iki) gün faktiki olaraq həbsdə saxlanma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Xaçmaz rayonu Ağyazı Buduq kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evindən oğurladığı 01 ədəd “Pozis” markalı soyuducunun və 01 ədəd “Neos” markalı 101 dioqnallı plazma televizorun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan 07 ədəd daktilolent və 01 ədəd daktiloxəritə iş materiallarında saxlanılsın. İş üzrə 112.29 (yüz on iki manat iyirmi doqquz qəpik) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №1(029)-59/2024
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-59/2024
21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver