Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-59/2025 12.11.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşavir Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1988-ci il tarixdə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Qusar rayonu,Gədəzeyxur ərazi dairəsi, Gündüzqala kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı Təcridxanasında saxlanılan X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X1 şəhər sakini Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək Qusar şəhəri, Fizuli küçəsində yerləşən "xxxx"MMC-nə məxsus yaşayış binasının C blokun 2-ci mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 135 kv.m olan mənzili almağa köməklik göstərəcəyinə yalandan vəd verərək xx.xx.2021-ci il tarixdə ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində Zərərçəkmiş şəxs 7000 manat məbləğində pulu almış, ancaq sonuncunu aldadaraq vədinə əməl etməyib özgənin əmlakını qanunsuz ələ keçirməklə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş X4 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2020-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs ilə tanış olmuş, onun əri narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün polis əməkdaşları tərəfindən saxlanılaraq, barəsində cinayət işi başlanılmış və həbs edilmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs əri Kamran Tayıbovun həbsdən çıxarılmasına köməklik üçün ona müraciət edərək 3000 manat pul vermiş, o da sonuncuya hüquqi yardım göstərilməsi üçün vəkil tutaraq, Kamran Tayıbovun vaxtından əvvəl şərti cəzadan azad olunmasına nail olmuşdur. Təxminən 2021-ci ilin dekabr ayının əvvəllərində Zərərçəkmiş şəxs ona Qusar şəhərində özünə ev almaq istədiyini bildirmiş, o da maddi vəziyyəti zəif olduğu üçün ona qarşı dələduzluq etmək qərarına gələrək, yalandan Qusar şəhəri, Fizuli küçəsində yerləşən "xxxx"MMC-nin yaşayış binasında tanışının mənzili satdığını və həmin mənzili satın almaqda ona köməklik göstərəcəyini, hətta onları inandırmaq üçün Zərərçəkmiş şəxsnanm anası Şahid5nanı həmin yaşayış binasında satışda olan tanımadığı şəxsə məxsus C blokun, 2 mərtbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 135 kv.m olan mənzili göstərib, yalandan həmin mənzilin 67500 manata satıldığını, ilkin ödəniş kimi 7000 manat pulu vermək lazım olduğunu, qalıq pulu isə 3 il ödəmək mümkün olduğunu bildirmiş, Zərərçəkmiş şəxs ona inanmışdır. xx.xx.2021ci il tarixdə Qusar şəhəri, Fizuli küçəsində yerləşən "xxxx"MMC-nə məxsus yaşayış binasının C blokun 2-ci mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 135 kv.m olan mənzili almağa köməklik göstərəcəyinə yalandan vəd verib, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evində Zərərçəkmiş şəxs 7000 manat məbləğində pulu alıb, xx.xx.2021-ci il tarixdə Rusiya Federasiyasının Kazan şəhərinə uçub, pulları orada öz şəxsi ehtiyyaclarına xərcləmişdir. O, törətdiyi cinayət əməlinə görə səmimi peşmandır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, X4 Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2020-ci ilin sentyabr ayında əri Kamran Tayıbov narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün polis əməkdaşları tərəfindən saxlanılmış, barəsində cinayət işi başlanılaraq həbs edilmişdir. 2020-ci ilin oktyabr ayında Samir Bağıyevlə tanış olub, ondan ərinə köməklik göstərilməsinə xahiş edərək Samir Bağıyevə 3000 manat pul vermişdir. Bundan sonra Samir Bağıyev onun əri Kamran Tayibovun vaxtında həbsdən azad olunması üçün hüquqi yardımın göstərilməsindən ötrü vəkil tutub, onun 10 ay 14 gün vaxtından əvvəl cəzadan şərti azad olunmasına nail olmuş və onun etibarını qazanmışdır. 2021-ci ilin təxminən dekabr ayının əvvəllərində X6 şəhərin ərazisində özünə ev almaq istədiyini bildirmiş, sonuncu da ona əvvəl həyət evi almağı təklif etsə də, razı olmamış, daha sonra isə Samir Bağıyev ona Qusar şəhəri, Fizuli küçəsində yerləşən "xxxx" MMC-nin yaşayış binasında tanışının özünə məxsus mənzili satdığını, hətta onları inandırmaq üçün onun anası Şahid5nanı 15 dekabr 2021-ci il tarixdə həmin binanın C blokunun 2 mərtəbəsindəki 3 otaqlı, ümumi sahəsi 135 kv.m olan mənzili göstərib, tanışının mənzili 67500 manata satdığını, ilkin olaraq 7000 manat pul istədiyini, qalıq qalan pulu isə 3 il ərzində ödəyə biləcəyini bildirmiş, o da Samir Bağıyevə inanmışdır. Bundan sonra "xxxx" ASC-nin Qusar rayon filialından 2000 manat pulu kreditə, anası Şahid5 2000 manat və qohumu Kəmalə Əlirzayevdan 3000 manat pulu borca götürüb, xx.xx.2021 -ci il tarixdə yaşadığı ünvan 2 ünvanda yerləşən evdə anası Şahid5 və bacısı Şahid1nanın yanında Samirə Bağıyevə əlbəəl 7000 manat pul vermiş, sonuncu isə həmin mənzilin alınmasında ona köməklik göstərəcəyini yalandan vəd etmiş və qalıq qalan pulu 3 il sonra verə biləcəyini bildirmişdir. Təxminən 2024-cü ilin avqust ayında Qusar şəhəri, Fizuli küçəsində yerləşən "xxxx"MMC-nə məxsus yaşayış binasının C blokun 2-ci mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 135 kv.m olan mənzilə baxmağa gedən zaman həmin mənzildə başqa şəxslərin yaşadığını görüb, Samir Bağıyevə zəng edib, məsələni aydınlaşdırmaq istəyən zaman sonuncu hər dəfə müxtəlif bəhanələr gətirərək ona pulu qaytarmamışdır. xx.xx.2024-cü il tarixdə Samir Bağıyev barəsində şikayət ərizəsi ilə Qusar RPŞ-nə müraciət etmişdir. Hal-hazırda iş üzrə vurulmuş olan maddi ziyan ödənilməmiş, vurulmuş olan maddi ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 və Şahid2 ifadələrindən görünür ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsinə uyğun eyniməzmunlu ifadə vermişlər. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3 Mühüddin oğlunun, Şahid1 və Şahid4 ibtidai istintaq zamanı verdikləri ifadələrindən görünür ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadələrinə uyğun eyniməzmunlu ifadə vermişlər. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs X4 ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, X4 törətdiyi cinayət əməlini etiraf etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, təqsirləndirilən şəxs X4 məhkumluğu olmayan şəxsdir Beləliklə, yuxarıda göstərilən sübutlarla X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X2 törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur, həmçinin təqsirləndirildiyi CM-nin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxs X4 həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs X4 tərəfindən vurulmuş olan maddi ziyan ödənilməmiş, Zərərçəkmiş şəxs iş üzrə vurulmuş maddi ziyanın ödənilməsini tələb edir. İş üzrə Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddəsinə əsasən cəzanı yüngülləşdiriən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, təqsirləndirilən şəxs X2 törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını şəxsiyyəti müsbət xarakterizə edən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs X3 cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CMnin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə X2 barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə, azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Həmçinin, iş üzrə təqsirləndirilən şəxs X4 tərəfindən zərərçəkmiş şəxsə vurulmuş olan maddi ziyan ödənilmədiyinə görə, zərərçəkmiş şəxs şikayətçidir, vurulmuş maddi ziyanın ödənilməsini tələb edir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarından görünür ki, X2 barəsində ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdə “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Qusar rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə X4 barəsində axtarış elan edilməsi, onun barəsində həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, X4 xx.xx.2025-ci il tarixdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır Təqsirləndirilən şəxs X2 törətdiyi hazırkı cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə əsasən “ az ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilməsi nəzərdə tutulmuşdur. Həmin normaların tələblərinə görə təqsirləndirilən şəxs X4 cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs X3 qarşı mülki iddia verməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə işin faktiki hallarına və araşdırılmış sübutlara istinad edərək zərərçəkmiş şəxsə mülki iddia ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsini əsaslı sayır. İş üzrə maddi sübut, ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X4 Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X2 cəzaçəkmə müddətinin əvvəli 17 sentyabr 2025-ci il tarixdən hesablansın X4 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X4 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs, X3 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair müvafiq məhkəmədə mülki iddia qaldırmaq hüququnun olması izah edilsin Hökmdən elan olunduğu andan,(hökmün surəti X3 isə təqdim edildi andan) 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №1(029)-59/2025
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-59/2025
12.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver