Məhkəmə qərarları › İş №1(029)-6/2021

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-6/2021

04.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-6/2021 04.05.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçilər: Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə xx.xx.1997-ci ildə Quba rayonu Qaraçay kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Qusar rayonu Avaran kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan, 03 avqust 2020-ci il tarixdə tutulmuş, 04 avqust 2020-ci il tarixdə barəsində Qusar rayon məhkəməsi tərəfindən “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 221.3 və 234.2-ci maddələri ilə və xx.xx.1992-ci ildə Qusar rayonu Bədişqala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəlihimayəsində üç azyaşlı uşaqları olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 221.3 və 234.2-ci maddələri ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, sərxoş vəziyyətdə tanışı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs şəklində 07 iyul 2020-ci il tarixdə saat 23:55 radələrində Qusar şəhəri H.Əliyev prospektində yerləşən, “İMPERİAL” restoranının qarşısında X17 qarşı əsaslı səbəb olmadan şəxslərin gözü qarşısında ona qarşı nalayiq ifadələr işlədərək özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək üçün ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuraraq, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozaraq, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqda, bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik edərək, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verərək, həmin restoranın yanında yerləşən Zərərçəkmiş şəxs2 icarəsində olan avtomobil yuma sexinə məxsus plastik stulu götürərək silah qismində tətbiq etməklə həmin stulla Rahim Əsgərovun baş nahiyəsinə və yumruq-təpiklərlə bədəninin müxtəlif nahiyələrindən qəsdən vuraraq, sol təpə nahiyəsinin əzilmiş-çapılmış yarası; sol əlinin ovuc səthinin 1-ci barmağının əsas falanqa oynağı nahiyəsinin şişkinliyi və qançırı; sol ayağın 1-ci barmağının əsas falanqa oynağının bayır səthinin səthi əzilmiş yarası ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər yetirib qərəzli hərəkətlərini təxminən 15-20 dəqiqə müddət ərzində davam etdirərək ətrafda olan şəxslərin narahatçılığına səbəb olmaqla silah qismində istifadə edilən əşyadan istifadə edib zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan xuliqanlıq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təxminən 1 il əvvəl Rusiya Federasiyasının Dağıstan Respublikasının Mahaçqala şəhərində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən qanunsuz olaraq əldə etdiyi 02 ədəd çətənə toxumlarını 2019-cu ilin sentyabr ayında Qusar şəhərində yerləşən “BƏNÖVŞƏ” restoranının yaxınlığındakı meşənin ərazisində qanunsuz olaraq kultivasiya etmiş, yəni əkmiş və aqrotexniki qulluq etmiş, 2019cu ilin noyabr ayında həmin çətənə toxumlarından əmələ gəlmiş 01 ədəd çətənə kolunun yarpaqlarını yığaraq qurutmuş, həmin narkotik vasitədən qalıq qalan 04 ədəd büküm qurudulmuş marixuananı 02 avqust 2020-ci il tarixdə saat 23:57 radələrində Qusar şəhəri H.Əliyev prospektində yerləşən Rəsm Qalereyasının həyətində əsl niyyətini bilmədən tanışı Şahid11 borclu olduğu 40 manat müqabilində qanunsuz olaraq verməklə satmış, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid11 Qusar RPŞ-nə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilmiş və Təqsirləndirilən şəxs1 40 manat borc pul müqabilində aldığı 04 ədəd bükümlərdə qurudulmuş marixuanadan qalan 02 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,285 qram və 0,202 qram cəmi 0,487 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, sərxoş vəziyyətdə tanışı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs şəklində 07 iyul 2020-ci il tarixdə saat 23:55 radələrində Qusar şəhəri H.Əliyev prospektində yerləşən, “İMPERİAL” restoranının qarşısında X17 qarşı əsaslı səbəb olmadan şəxslərin gözü qarşısında ona qarşı nalayiq ifadələr işlədərək özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək üçün ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuraraq, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozaraq, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqda, bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik edərək, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verərək, həmin restoranın yanında yerləşən Zərərçəkmiş şəxs2 icarəsində olan avtomobil yuma sexinə məxsus plastik stulu götürərək silah qismində tətbiq etməklə həmin stulla Rahim Əsgərovun baş nahiyəsinə və yumruq-təpiklərlə bədəninin müxtəlif nahiyələrindən qəsdən vuraraq, sol təpə nahiyəsinin əzilmiş-çapılmış yarası; sol əlinin ovuc səthinin 1-ci barmağının əsas falanqa oynağı nahiyəsinin şişkinliyi və qançırı; sol ayağın 1-ci barmağının əsas falanqa oynağının bayır səthinin səthi əzilmiş yarası ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər yetirib qərəzli hərəkətlərini təxminən 15-20 dəqiqə müddət ərzində davam etdirərək ətrafda olan şəxslərin narahatçılığına səbəb olmaqla silah qismində istifadə edilən əşyadan istifadə edib zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının CM-nin 221.3 və 234.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, o, 07 iyul 2020-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə yeyib spirtli içki içmişlər və daha sonra axşam saatlarında Qusar şəhəri H.Əliyev prospektində yerləşən “İMPERİAL” restoranına getmişlər. Orada onlar Rahim Əsgərovla birlikdə oturmuşlar və bir müddət keçdikdən sonra Rahimlə İbrahim arasında mübahisə yaranmış, daha sonra isə həmin şəxslər dava etməyə başlamışlar. O, həmin şəxsləri ayırmaq istəyərkən Rahim onu söymüş və ona görə o, da Rahimi söymüş, həmçinin təpiklə həmin şəxsin sifət nahiyəsinə vurmuşdur. O, Rahimə qarşı xuliqanlıq etsə də, həmin şəxsi stulla vurmamış, ayırmaq üçün onun qolundan tutmuşdur. Həmin vaxt onun arxa cibində bir ədəd bıçaq olmuş, lakin o, həmin bıçaqdan istifadə etməmiş, Rahimin dalınca qaçanda da, əlində bıçaq olmamışdır. Həmin bıçağı polis şöbəsində cibindən çıxarıb götürmüşlər. O, həmin vaxt sərxoş olduğuna görə digər hərəkətləri yadında qalmamışdır. Bundan başqa, o, təxminən iki ildir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. Marixuananı Xaçmaz rayon sakini Ramin adlı şəxsdən alıb çəkmişdir. Həmin şəxslə Bakı şəhərində işləyərkən tanış olmuşdur. Əvvəllər o, elektrik işləmiş və pulu olanda Ramindən marixuana alıb çəkmişdir. Hər dəfə Raminə zəng edəndən sonra polis tərəfindən yaxalanmamaq üçün onun nömrəsini telefondan silmişdir. Şahid11 onun sinif yoldaşıdır. O, həmin şəxsə narkotik vasitə olan marixuananı satmamışdır. Belə ki, 02 avqust 2020-ci il tarixdə o, telefon vasitəsi ilə Faidlə danışarkən ona marixuana alıb gələcəyini bildirmiş, həmin vaxt Faid onun üçün də marixuana almasını xahiş etmiş və o, öz pulu ilə Xaçmaz rayonundan marixuana almış, həmin gün gecə saat 23 radələrində Faidlə görüşüb marixuananı ona vermişdir. Faid ona 40 manat pul verməmiş, imkanı olanda marixuananın pulunu verəcəyini bildirmiş, o, isə etiraz etməmişdir. Həmin marixuananı özü əkməmiş, Xaçmaz rayonundan almışdır. O, bir il əvvəl Qusar şəhərində yerləşən “BƏNÖVŞƏ” restoranının yaxınlığındakı meşənin ərazisində marixuana əkmiş, həmin mariuxuana qurumuşdur. Lakin, Faidə verdiyi marixuna həmin marixuanadan olmamışdır. Odur ki, barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsindən görünür ki, O, X18 təxminən 7-8 ildir tanıyır, əvvəllər onunla aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. O, 07 iyul 2020-ci il tarixdə təxminən saat 20 radələrində dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə Qusar şəhərində yerləşən hərbi hissənin yaxınlığında olan kafelərin birində əyləşib yemək yemiş və spirtli içki qəbul etmişdir. Onlar orada yeyib içən zaman İbrahimin mobil telefonuna zəng gəlmiş və sonuncu telefonla danışıb qurtardıqdan sonra zəng edənin tanışı Şahid10 olduğunu, sonuncunun hazırda Qusar şəhəri Heydər Əliyev prospektində yerləşən “İmperial” restoranında Rahim və Novruz adlı şəxslərlə birlikdə pivə içdiyini və özlərini də oraya dəvət etdiyini demişdir. Bundan sonra onunla İbrahim, taksi ilə “İmperial” restoranına getmiş və restoranın həyətinə daxil olan zaman Rahim, Nazim və Novruz adlı şəxslərin orada masa arxasında əyləşib pivə içdiklərini görmüş, onlara yaxınlaşaraq əl verib görüşmüş və bir neçə dəqiqə onlar əyləşən masanın arxasında əyləşmiş, sonra isə İbrahim, Rahim, Novruz və o, masanın arxasından qalxaraq restoranın qarşısına çıxmış, Nazim isə əyləşdiyi yerdə qalmışdır. Onlar restoranın qarşısına çıxdıqdan bir neçə dəqiqə sonra Novruz oradan çıxıb getmiş, həmin vaxt da Rahimlə onun arasında mübahisə baş vermiş və onlar dava etməyə başlamış, lakin Rahim ona və İbrahimə qarşı nalayiq söyüş söyməyə başlamış, ona görə də İbrahim orada olan plastik stulu götürüb Rahimə tərəf atmış, ancaq stulun Rahimin hansı nahiyyəsinə dəyməsini bilməmişdir. Bundan sonra o, Rahimi tutub buraxmamış, ancaq Rahim onun əlindən çıxaraq oradan uzaqlaşmaq istəmiş, həmin vaxt da o, cibində olan bıçaqla Rahimin arxasınca qaçdığı zaman Qusar rayon polis şöbəsinin əməkdaşları oraya gələrək davanı sakitləşdirmiş, onun əlindən bıçağı almış və onları rayon polis şöbəsinə gətirmişlər. Bundan əlavə o, təxminən iki il olar ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. 2019-cu ilin təxminən sentyabr ayında o, Rusiya Federasiyasının Dağıstan Respublikasının Mahaçqala şəhərində olduğu zaman bazardan 02 ədəd marixuana toxumları almış və özü ilə Azərbaycan Respublikasına gətirmişdir. Həmin toxumları o, Qusar rayonu ərazisində yerləşən “BƏNÖVŞƏ” restoranında ofisiant işlədiyi zaman orada meşədə əkib qulluq göstərmiş, həmin toxumlardan 01 ədəd çətənə bitkisi bitmişdir. Təxminən 2 ay sonra noyabr ayının ortalarında o, həmin çətənə bitkisinin yarpaqlarını yolub qurutmuş və hərdən istifadə etmişdir. Lakin, həmin marixuanadan təxminən 10-15 çəkimlik marixuana qalmışdır. Həmin marixuananı o, əkdiyi yerdə şüşə bankada saxlamışdır. Həmkəndlisi Şahid11 ilə o, uşaqlıq vaxtından bir-birlərini tanımış, belə ki, onlar Qusar rayonu Avaran kəndində yaşayan zaman sinif yoldaşı olmuşlar. Həmin vaxtlardan aralarında münasibətlər yaxşı olmuşdur. O, öz istifadəsi üçün marixuana götürdükdən sonra qalan marixuananı dörd yerə bölmüş və kağız bükümlərə bükmüşdür. Bundan 2-3 ay əvvəl o, Faiddən 40 (qırx) manat pul borc almışdır. Faid bir neçə dəfə ona zəng edib borcunu istəmiş, 02.08.2020-ci il tarixdə saat 13 radələrində o, Faidə zəng etmiş sonuncuya olan 40 manat borcunun əvəzinə 04 ədəd kağız bükümdə olan marixuananı verməyi təklif etmək istəmiş, lakin həmin vaxt Faidə zəng çatmamışdır. Həmin gün təxminən gecə saat 21-22 radələrində Faid özünə zəng etdiyindən sms vasitəsilə xəbərdar olmuş və ona zəng etmişdir. Faid ondan niyə zəng etdiyini soruşmuş, o, telefon danışığı zamanı Faiddən marixuana istifadə edib-etmədiyini soruşmuş, sonuncu da istifadə etdiyini bildirmişdir. Buna görə də, o, Faidə olan 40 manat borcunun əvəzinə 04 ədəd kağız bükümdə marixuana verməyi təklif etmiş, həmin vaxt Faid onun təklifi ilə razılaşmışdır. O, Faidə Qusar şəhərində görüşə gəlməsini bildirmiş, bundan sonra həmin tarixdə saat 22:45 radələrində Faid ona zəng edib Qusar şəhərinə gəlib-gəlməməsini soruşmuş, o, da sonuncuya Rəsm Qalereyasının binası olan parka gəlməsini bildirmişdir. Həmin tarixdə saat 23:45 radələrində o, kirayədə yaşadığı evdə olan zaman Faid ona zəng edib artıq Rəsm Qalereyasının binası olan parkda olduğunu və onu gözlədiyini demiş, o, evdən çıxıb həmin parka getmişdir. O, parka gedib çatanda Faid parkda olmamış, təxminən 1-2 dəqiqə sonra gəlmiş və onlar görüşmüşlər. O, parkda cibində gizlətdiyi, içərisində marixuana olan 04 ədəd kağız bükümləri cibindən çıxarıb Faidə vermiş, daha sonra Faidlə sağollaşıb parkdan çıxanda küçədə tanışı Təqsirləndirilən şəxs2la qarşılaşmış və sonuncudan çəkmək üçün siqaret istəmiş, sonuncu ona siqaret vermiş, onlar bir yerdə küçə ilə siqaret çəkə-çəkə gedən zaman polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmiş və Qusar RPŞ-yə gətirmişlər. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, o, 07 iyul 2020-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə yeyib içmişlər və daha sonra axşam saatlarında Qusar şəhəri H.Əliyev prospektində yerləşən “İMPERİAL” restoranına getmişlər. Orada onlar tanışları Şahid10 və Rahim Əsgərovla birlikdə oturmuşlar və bir müddət keçdikdən sonra Rahimlə onun arasında mübahisə yaranmışdır. Rahim sərxoş vəziyyətdə ünvansız söyüşlər söymüş və o, stulu götürüb Rahimin üstünə atmış, həmin stul həmin şəxsin başına dəymişdir. Bundan sonra, Rahim onun üstünə hücum çəkmiş, həmin vaxt Anar onları ayırmaq məqsədi ilə arxadan Rahimin qolundan tutmuş və hər ikisi yerə yıxılmışlar. Anarın Rahimi vurmaq məqsədi olmamış, onları ayırmaq istəmişdir. Hadisə vaxtı onun ayaqqabısı itmiş, o, ayaqqabısını axtarmış, ona görə də, Anarın Rahimi döyüb-döyməməsini görməmişdir. Anar Rahimin dalınca qaçmamış, hadisə vaxtı bıçaqdan istifadə etməmiş, bıçaq onun cibində olmuşdur. Bundan başqa, hadisə zamanı Rahim onu vurmamış, o, yalnız Rahimin üstünə stul atmışdır. O, hər hansı silahdan istifadə etməmiş, stul isə silah hesab edilə bilməz. Hazırda törətdiyi əməlindən peşmandır, himayəsində üç azyaşlı uşaqları var, zərər çəkmiş şəxslərlə barışmış, onlara dəymiş zərəri aradan qaldırmış, həmin şəxslərin ona qarşı heç bir şikayətləri, tələbləri və iddiaları yoxdur. Ona görə də, barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, X18 təxminən 7-8 il olar ki, tanımış, əvvəllər aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 07 iyul 2020-ci il tarixdə təxminən saat 20 radələrində dostu X19 ilə birlikdə Qusar şəhərində yerləşən hərbi hissənin yaxınlığında olan kafelərin birində əyləşib yemək yemiş və spirtli içki qəbul etmişlər. Onlar orada yeyib-içən zaman Anarın mobil telefonuna zəng gəlmiş və sonuncu telefonla danışıb qurtardıqdan sonra zəng edənin tanışı Şahid10 olduğunu, sonuncunun hazırda Qusar şəhəri Heydər Əliyev prospektində yerləşən “İmperial” restoranında Rahim və Novruz adlı şəxslə birlikdə pivə içdiyini və onları oraya dəvət etdiyini demişdir. Bundan sonra Anarla o, taksi ilə“İmperial” restoranına getmiş və restoranın həyətinə daxil olan zaman Rahim, Nazim və Novruz adlı şəxlərin orada masa arxasında əyləşib pivə içdiklərini görmüş, onlara yaxınlaşaraq əl verib görüşmüş və bir neçə dəqiqə onlar əyləşən masanın arxasında əyləşmiş, sonra isə Anar, Rahim, Novruz və o, masanın arxasından qalxaraq restoranın qarşısına çıxmış, Nazim isə əyləşdiyi yerdə qalmışdır. Onlar restoranın qarşısına çıxdıqdan bir neçə dəqiqə sonra Novruz oradan çıxıb getmiş, həmin vaxt da Rahimlə Anar arasında mübahisə baş vermiş və onlar dava etməyə başlamış, həmin vaxt Rahim Anara və ona qarşı nalayiq söyüş söyməyə başlamış, ona görə də o, orada olan plastik stulu əlinə götürüb Rahimə tərəf atmış, ancaq stulun sonuncunun hansı nahiyyəsinə dəyməsini bilməmiş, bundan sonra Anar Rahimi tutub buraxmamış, ancaq Rahim Anarın əlindən çıxaraq oradan uzaqlaşmaq istəmiş, bu zaman Anar əlindəki bıçaqla Rahimin arxasınca qaçmış, həmin vaxt da Qusar rayon polis şöbəsinin əməkdaşları oraya gələrək davanı sakitləşdirmiş, Anarın əlindən bıçağı almış və onları rayon polis şöbəsinə gətirmişlər. Hadisə zamanı ətrafda tanımadığı şəxslər olmuş, lakin orada polis əməkdaşları olduğundan digərləri yaxınlaşmamış, kənardan müşahidə etmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin cinayət əməllərini törətməkdə təqsirli olmaları, məhkəmə istintaqı zamanı onların qismən etirafları ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş həmin şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələri, məhkəmə iclasına gəlməyən və elan olunaraq tədqiq edilmiş şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi, məhkəmə-tibbi, məhkəmə-trasoloji, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş X22 ifadəsində göstərmişdir ki, o, 07 iyul 2020-ci il tarixdə axşam saatlarında tanışı Nazimlə birlikdə Qusar şəhərində yerləşən “İmperial” restoranında yeyib-içmiş və saat təxminən 23 radələrində tanışları Anarla İbrahim oraya gəlmişlər və onlarla birlikdə oturmuşlar. Bir az keçdikdən sonra onunla İbrahim arasında mübahisə yaranmış və sonuncu stulu onun başına vurmuşdur. Həmin zərbədən o, xəsarət almış, başı şişmiş və qanamışdır. Bundan başqa, Anar arxadan onun qollarını tutmuş, həmin vaxt o, yerə yıxılmış və yıxılarkən əli yerə dəymiş, həmçinin, Anar təpiklə onun əlinə vurmuş, lakin qəsdən vurmamışdır. Hadisə vaxtı o, Anarın əlində bıçaq görməmiş, həmin şəxs onu stulla vurmamışdır. O, polis şöbəsində bilmişdir ki, Anarın cibində bıçaq olmuşdur. Hazırda təqsirləndirilən şəxslərlə barışmış, həmin şəxslər tərəfindən ona dəymiş zərər aradan qaldırılmış, həmin şəxslərə qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Odur ki, həmin şəxslərin barələrində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. X4 məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə təqdim edərək işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş zərər çəkmiş şəxs X15 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təxminən bir il olar ki, tanımış, əvvəllər onlarla aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. O, 07 iyul 2020-ci il tarixdə axşam saatlarında qohumu Şahid10 ilə birlikdə Qusar şəhəri Heydər Əliyev prospektində yerləşən “İmperial” restoranına gedərək yemək yeməyə başlamış və eyni zamanda spirtli içki də qəbul etmişdirlər. Həmin gün saat 23:30 radələrində onlar restoranın həyətində masada əyləşib yeyib-içməyə davam edən zaman Anarla İbrahim oraya gələrək sonradan onlarla əyləşən Novruzla nə barədəsə söhbət etməyə başlamış, sonra isə Novruzla onlar arasında mübahisə baş vermiş, ona görə də onlar masa arxasından duraraq restoranın həyətindən küçəyə çıxmışlar. Onlar küçəyə çıxdıqdan sonra Anarla İbrahim onunla dava etməyə başlamış və onu döymək istəmiş, həmin vaxt da İbrahim orada olan plastik stulu əlinə götürərək onun başının arxa tərəfindən bir zərbə vurmuş, o, da zərbənin təsirindən yerə yıxılmış və yerə yıxıldıqdan bir neçə saniyə sonra ayağa qalxıb İbrahimi vurmaq istəmiş, ancaq həmin vaxt Anar arxa tərəfdən hər iki əli ilə onu qucaqlayaraq hərəkət etməyə qoymamış, o, isə dartınaraq Anarın əlindən çıxmaq istəyən zaman yerə yıxılmışdır. Bu zaman Anar da təpiklə onun qarın nahiyəsinə vurmaq istəmiş, ancaq o, sol əlini irəli vermiş, həmin vaxt Anarın təpik zərbəsi onun sol əlimə dəymiş, daha sonra o, ayağa qalxaraq oradan uzaqlaşıb getmək istəmiş, həmin vaxt da Anar cibindən bıçağı çıxardaraq onun arxasınca gəlməyə başlamışdır. Həmin vaxt bir neçə polis əməkdaşı oraya gələrək Anarla İbrahimi sakitləşdirmiş, Anarın əlindən bıçağı almışlar. Daha sonra polis əməkdaşları onları Qusar RPŞ-nə gətirmişlər. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, X22 onun sinif yoldaşıdır. O, Qusar şəhərində yerləşən “İmperial” restoranının yanında avtoyuma sexini icarə əsasında işlədib pul qazanır. Məlum hadisənin tarixi onun dəqiq yadında qalmamışdır. 2020-ci ilin yay ayında ona məlum olmuşdur ki, sinif yoldaşı Rahim, İbrahim və Anar adlı şəxslərlə “İmperial” restoranında dava etmişlər və həmin vaxt onun işlətdiyi avtoyuma sexində olan bir ədəd plastik stul sınmışdır. O, həmin hadisəni görməmiş, kimin kimi vurmasının şahidi olmamışdır. Sonradan o, eşitmişdir ki, İbrahim adlı şəxs ona məxsus bir ədəd stulla Rahimi vurmuş, həmçinin həmin vaxt Anar adlı şəxs Rahimin qolundan tutmuş və təpiklə onu vurmuşdur. Stulla bağlı onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur, həmin şəxslərlə barışmış və ona dəymiş zərər həmin şəxslər tərəfindən aradan qaldırılmışdır. Odur ki, təqsirləndirilən şəxslərin barələrində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs2 sonuncu məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə təqdim edərək işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, təxminən 2-3 ay olar ki, Qusar şəhəri H.Əliyev prospektində yerləşən “İMPERİAL” restoranının yanındakı avtomobil yuma məntəqəsini icarə müqaviləsi əsasında işlətmişdir. İcarə müqaviləsinə əsasən həmin avtomobil yuma sexində olan əşyalara görə o, məsuliyyət daşıyır. 07 iyul 2020-ci il tarixdə “İMPERİAL” restoranının qarşısında Rahim, Anar və İbrahim adlı şəxslər arasında baş vermiş mübahisə zamanı İbrahim, onun icarəsində olan avtomobil yuma sexinin qarşısında olan ona məxsus təzə aldığı bir ədəd ağ rəngli plastik stulla Rahimi vuraraq xəsarət yetirmiş, həmçinin plastik stulu da sındıraraq yararsız hala salmışdır. Lakin, stulun sındırılması ilə bağlı onun heç bir şikayəti yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2016-cı ildən Qusar RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 07 iyul 2020-ci il tarixdə şöbəyə daxil olmuş məlumat əsasında Qusar şəhərində yerləşən “İmperial” restoranına getmişdir. Oraya gedərkən sonradan tanıdığı Anar adlı şəxsin Rahim adlı şəxsin dalınca qaçdığını, İbrahim və Nazim adlı şəxslərin isə orada dayandıqlarını görmüşlər. Onlar Anarı saxlamaq istəyərkən sonuncu yerə yıxılmış və həmin vaxt yerdə həmin şəxsin qarşısında bir ədəd bıçaq görmüşdür. Həmin bıçağın bağlı və ya açıq olması yadında qalmamış, həmin vaxt hava qaranlıq olmuşdur. Bıçaq Anarın əlində deyil, yerdə olmuşdur. O, bıçağı götürüb polis əməkdaşı olan Elnura vermiş, daha sonra isə onlar Anar, İbrahim, Rahim, Nazim adlı şəxsləri şöbəyə aparmışlar. Həmin vaxt Rahimin başı qanlı vəziyyətdə olmuşdur. Anar həmin vaxt narkotik vasitənin təsiri altında olmuşdur. Təqsirləndirilən şəxs1 əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı olmuşdur. Həmin məlumata əsasən Anar gizli şəkildə ayaq dəyməyən yerlərdə marixuana əkmiş və həmin marixuanaları gizli şəkildə satmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Qusar RPŞ-nin Növbətçi Hissəsinin sürücüsü işləyir. 07 iyul 2020-ci il tarixdə əməliyyat qrupunda olmuşdur. Həmin gün axşam saatlarında məlumat əsasında o, xidməti avtomobillə digər polis əməkdaşları ilə birlikdə Qusar şəhərində yerləşən “İmperial” restoranının qarşısına getmişlər. Orada xeyli sayda adamlar, səs-küy və mübahisə olmuşdur. O, avtomobilin yanında dayanmış, polis əməkdaşları insanları sakitləşdirmişlər. Həmin vaxt RPŞ-nin baş əməliyyat müvəkkili Şahid1 hadisə yerindən bıçaq götürmüşdür. Lakin, o, həmin bıçağı görməmişdir. Bundan sonra, onlar sonradan tanıdığı Anar, İbrahim, Rahim və Nazim adlı şəxsləri polis şöbəsinə aparmışlar. Avtomobildə olarkən polis əməkdaşları bıçaq barədə danışmışlar, hadisə yerində bıçaq olduğunu bildirmişlər, Anarla İbrahim adlı şəxslər söyüş söymüşlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsi düzdür. O, Qusar RPŞ-nin əməkdaşı olmaqla 07 iyul 2020-ci il tarixdə əməliyyat qrupunda olmuşdur. Həmin gün şöbəyə daxil olmuş məlumat əsasında o, qrupun digər üzvləri ilə birlikdə Qusar şəhərində yerləşən “İmperial” restoranının qarşısına getmişdir. Orada dava olmuş, sonradan tanıdığı Rahim adlı şəxsin başı qanlı vəziyyətdə olmuşdur. O, Rahimin, həmin şəxsin dalınca isə Anarın qaçdığını görmüşdür. Həmin vaxt Qusar RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 ona bir ədəd bıçaq vermiş və həmin bıçağı Anardan götürdüyünü bildirmişdir. O, Ceyhunun dediklərinə əsasən ibtidai istintaqda bildirmişdir ki, həmin bıçaq Anarın əlində olmuş və açıq vəziyyətdə olmuşdur. Lakin, o, bıçağı Anarın əlində görməmişdir. Həmin bıçağın Anarın əlində və ya cibində olmasını, açıq və ya bağlı vəziyyətdə olmasını dəqiq bilmir. Rahim bildirmişdir ki, onu Anar stulla vurmuşdur. Onlar hadisə yerində olan şəxsləri-yəni Anarı, İbrahimi və Rahimi oradan götürüb RPŞ-nə aparmışlar. Orada Anar sərxoş vəziyyətdə olmuş və şöbədə ucadan söyüşlər söymüş, qışqırıb bağırmışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 07 iyul 2020-ci il tarixdə o, Qusar RPŞ-nin əməliyyat qrupunda olduğu zaman həmin polis şöbəsinin məsul növbətçisi polis baş leytenantı Zamin Hüseynlinin göstərişi əsasında Qusar şəhəri H.Əliyev prospektində yerləşən “Oazis” restoranının qarşısında naməlum şəxslərin kütləvi dava etməsi barədə daxil olmuş məlumatı yoxlamaq üçün əməliyyat qrupunun üzvləri TB-nin təhqiqatçısı polis baş leytenantı Elxan Abdullayev, CAB-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 və növbətçi sürücü Şahid2la birlikdə həmin ünvana getmişlər. Qeyd etdiyi ünvana çatdıqları zaman orada iki nəfər şəxsin bir nəfəri döydüklərini və onun arxasınca qaçdıqlarını görmüşlər. Həmin şəxslərdən birinin əlində həmin vaxt bıçaq olmuşdur. Şahid1 tez həmin şəxsin əlindən bıçağı almış və qeyd olunan 3 nəfəri əməliyyat qrupunun üzvlərinin və PPXT-nin manqa komandiri Sofik Dostəliyevin köməyi ilə Qusar RPŞ-nə gətirərək növbətçi hissəyə təhvil vermişlər. RPŞ-də həmin iki nəfər şəxsin Qusar şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 və X22 olduqları müəyyən edilmişdir. Əlində bıçaq olan şəxs isə Təqsirləndirilən şəxs1 olmuşdur. RPŞ-nin növbətçi hissəsində Anar və İbrahim adlı şəxslər polisin ünvanına nalayiq ifadələr işlədərək növbətçi hissənin iş rejimini pozmuşlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X24 ifadəsində göstərmişdir ki, o, Qusar şəhərində yerləşən “İmperial” restoranının yanındakı “Oazis” restoranının sahibidir. 07 iyul 2020-ci il tarixdə gecə saat təxminən 24 radələrində o, işlətdiyi restoranı bağlayıb gedərkən “İmperial” restoranının qarşısında xeyli sayda insanların olduğunu, səs-küy saldıqlarını, qışqırıb-bağırdıqlarını və hadisə yerinə polis əməkdaşlarının gəldiyini görmüşdür. O, Qusar RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1la görüşmüş və ona məlum olmuşdir ki, Rahim adlı şəxs xəsarət almış, başı qanamışdır. Polis əməkdaşları oradakı insanları sakitləşdirmiş və dava edən şəxsləri polis şöbəsinə aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdiur ki, o, Qusar şəhərində yerləşən “İmperial” restoranının yanındakı “Oazis” restoranında aşbaz işləyir. 07 iyul 2020-ci il tarixdə gecə saatlarında mətbəxdə olarkən “İmperial” restoranı tərəfindən səs-küy və qışqırıq səsləri eşitmiş, bayıra çıxanda həmin restoranın qarşısında insanların toplaşdığını, həmçinin polis əməkdaşlarının olduğunu görmüş, polis əməkdaşı Ceyhundan nə olduğunu soruşmuş və orada dava olduğunu öyrənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsi düzdür. O, müharibədə iştirak etmiş, kontuziya almış, yaddaşı zəifləyib və ona görə də, hadisəni tam təfsilatı ilə xatırlamır. O, 2020-ci ilin yay ayında ofisiant işlədiyi Qusar şəhərində yerləşən “İmperial” restoranında olarkən əvvəlcə Rahimi görmüş, həmin şəxs gəlib orada yeyib-içmiş, onun oturduğu stola o, qulluq etmişdir. Bir müddət sonra oraya sonradan tanıdığı İbrahim və Anar adlı şəxslər gəlmişlər, Rahimlə birlikdə oturmuşlar. Bir az sonra onlar söyüşlə danışmağa başlamışlar, daha sonra isə bayıra çıxıb orada dalaşmağa başlamışlar. Rahim, İbrahim və Anar adlı şəxslərlə dalaşmışdır. O, Anarı birinci dəfə orada görmüşdür. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, təxminən iki ildən artıqdır ki, Qusar şəhəri H.Əliyev prospektində yerləşən “İmperial” restoranında ofisiant işləyir, hər gün saat 11-dən gecə saat 00-dək restoranda olur. X18 tanıyır, həmin şəxs mütəmadi olaraq işlədiyi restorana gələrək öz tanışları ilə birlikdə yeyib-içir, onunla heç bir qohumluğu, eyni zamanda ədavəti və düşmənçiliyi yoxdur. 07 iyul 2020-ci il tarixdə təxminən saat 20 radələrində o, restoranda olan zaman Rahim əvvəllər tanıdığı Nazim adlı şəxs və başqa bir şəxslə restorana gələrək masalardan birində əyləşmişlər, sonra isə pivə sifariş vermişlər. Daha sonra isə yemək və araq sifariş verərək yeyib-içmişlər. Həmin vaxtdan sonra-yəni saat 23:30 radələrində əvvəllər tanımadığı, adlarını sonradan bildiyi Anar və İbrahim adlı şəxslər restorana gələrək Rahimgil əyləşən masaya yaxınlaşmışlar və təxminən 10 dəqiqə onlarla birlikdə əyləşmişlər və həmin şəxslər restorana daxil olan zaman o, hiss etmişdir ki, onlar sərxoşdurlar, belə ki, ünvansız söyüşlər söymüşlər. Anar və İbrahim adlı şəxslər Rahimgil əyləşən masada əyləşdikdən sonra Rahim və onun yanında əyləşən şəxslərlə mübahisə etməyə başlamışlar, ünvansız söyüşlər söymüşlər. Sonra isə Nazim adlı şəxsdən başqa digər şəxslər mübahisə edə-edə və söyüş söyərək restoranın qarşısına çıxmışlar və orada X27 dava etməyə başlamış və onlar Rahimi döyməyə başlamışlar. Həmin vaxt oraya kənardan bir neçə şəxs toplaşmış, daha sonra isə bir neçə polis əməkdaşı oraya gələrək davanı sakitləşdirmiş və dava edən şəxsləri polis şöbəsinə aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. O, Qusar şəhərində yerləşən “İmperial” restoranında ofisiant işləmişdir. 07 iyul 2020-ci il tarixdə o, işlədiyi restoranda olarkən 4-5 nəfərin bir-biriləri ilə dalaşdıqlarını, qarşılıqlı söyüş söydüklərini, yumruqla vurub döydüklərini görmüş, lakin həmin şəxslərin dəqiq kim olmalarını bilməmişdir. Həmin şəxslərə başqa bir ofisiant qulluq etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, 07 iyul 2020-ci il tarixdə işlədiyi “İmperial” restoranında olan zaman sonradan adını öyrəndiyi X22 əvvəllər tanımadığı iki nəfər şəxslərlə birlikdə restorana gələrək masalardan birində əyləşmişlər, pivə sifariş vermişlər, daha sonra isə yemək və araq sifariş verərək yeyib-içmişlər. Həmin vaxtdan sonra, saat 23:30 radələrində əvvəllər tanımadığı, sonradan adlarını öyrəndiyi Anar və İbrahim adlı şəxslər restorana gələrək Rahimgil əyləşən masaya yaxınlaşmışlar və təxminən 10 dəqiqə onlarla birlikdə əyləşmişlər və həmin şəxslər restorana daxil olan zaman o, hiss etmişdir ki, onlar sərxoşdurlar, belə ki, ünvansız söyüşlər söymüşlər. Anar və İbrahim adlı şəxslər Rahimgil əyləşən masada əyləşdikdən sonra Rahim və onun yanında əyləşən şəxslərlə mübahisə etməyə başlamışlar, ünvansız söyüşlər söymüşlər. Sonra isə Nazim adlı şəxsdən başqa digər şəxslər mübahisə edə-edə və söyüş söyərək restoranın qarşısına çıxmışlar və orada X27 dava etməyə başlamış və onlar Rahimi döyməyə başlamışlar. Həmin vaxt oraya kənardan bir neçə şəxs toplaşmış, daha sonra isə bir neçə polis əməkdaşı oraya gələrək davanı sakitləşdirmiş və dava edən şəxsləri polis şöbəsinə aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. O, Qusar şəhərində yerləşən “İmperial” restoranını icarəyə götürüb işlədir. 2020-ci ilin yay ayında axşam saatlarında Rahim və Nazim restorana gəlib yeyib-içmişlər, daha sonra isə oraya sərxoş vəziyyətdə Anarla İbrahim gəlmişlər və Rahimgilin əyləşdiyi masada əyləşmişlər. Onlar gəldikdən sonra mübahisə yaranmış, qarşılıqlı söyüşlər söymüşlər və dava düşmüşdür. Həmin şəxslər mübahisə edə-edə bayıra çıxmışlar və restoranın qarşısında dalaşmışlar. Dava zamanı Rahimin başına stul dəymiş və qanamışdır. Stul restoranın yanındakı avtoyuma sexinə aid olmuşdur. Hava qaranlıq olmuş, o, davanı tam təfsilatı ilə görməmişdir. Həmin vaxt o, hər hansı bıçaq görməmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, təxminən üç il olar ki, qardaşı Şahid9 ilə birlikdə fərdi sahibkarlıqla məşğul olmuş, onlar Qusar şəhəri H.Əliyev Prospektində yerləşən “İmperial” adlı restoranı işlətmişlər. O, X18 tanımış, sonuncu mütəmadi olaraq onun işlədiyi restorana gələrək öz tanışları ilə birlikdə yeyib-içib getmiş və sonuncu ilə onun heç bir qohumluğu, eyni zamanda ədavəti və düşmənçiliyi yoxdur. 07 iyul 2020-ci il tarixdə təxminən saat 20 radələrində o, restoranda olan zaman Rahim əvvəllər tanıdığı Nazim adlı şəxs və başqa bir şəxslə restorana gələrək masalardan birində əyləşmiş, sonra isə pivə sifariş vermiş, daha sonra isə yemək və araq sifariş verərək yeyib-içmişlər. Həmin vaxtdan sonra, saat 23:30 radələrində o, əvvəllər tanımadığı, sonradan adlarını öyrəndiyi Anar və İbrahim adlı şəxslər restorana gəlmiş, o, isə artıq gec olduğunu, restoranı bağlamaq istədiyini bildirmiş, onlar da çölə çıxaraq telefonla kiməsə zəng etmiş və geri qayıdaraq Nazim adlı şəxsin onları gözlədiyini bildirmiş, o, da həmin şəxslərə heç nə deməmiş və onlar Nazimlə Rahim əyləşən masaya yaxınlaşmış və təxminən 10 dəqiqə onlarla birlikdə əyləşmiş və həmin şəxslər restorana daxil olan zaman o, həmin şəxslərin sərxoş olduqlarını hiss etmiş, belə ki, onlar ünvansız söyüşlər söymüşlər. Anar və İbrahim adlı şəxslər Rahimgil əyləşən masada əyləşdikdən sonra Rahim və yanında əyləşən şəxslərlə mübahisə etməyə başlamış, ünvansız nalayiq söyüşlər söymüş, sonra isə mübahisə edə-edə və söyüş söyərək restoranın qarşısına çıxmış və orada X27 dava etməyə və Rahimi döyməyə başlamış, həmin vaxt oraya kənardan bir neçə şəxs toplaşmış, daha sonra isə bir neçə polis əməkdaşı oraya gələrək davanı sakitləşdirmiş və dava edən şəxsləri polis şöbəsinə aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. O, qardaşı Nadimlə birlikdə Qusar şəhərində yerləşən “İmperial” restoranını icarəyə götürüb işlədir. Rahimi əvvəllər tanımışdır. 2020-ci ilin yay ayında axşam saatlarında Rahim və Nazim restorana gəlib yeyib-içmişlər, daha sonra isə oraya iki nəfər şəxslər gəlmişlər və Rahimgilin əyləşdiyi masada əyləşmişlər. Onlar gəldikdən sonra Rahimgillə aralarında mübahisə yaranmış, qarşılıqlı söyüşlər söymüşlər və dava düşmüşdür. Həmin şəxslər bayıra çıxmışlar, orada iki nəfər şəxs Rahimi döymüşlər. Lakin, o, Rahimin başının qanamasını və Anarın Rahimə xəsarət yetirməsini görməmişdir. Həmin hadisədən uzun müddət vaxt keçmiş və hadisənin təfərrüatları dəqiq yadında qalmamışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Şahid8 ibtidai istintaq zamanı göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, düzdür. O, 2018-ci ildən narkotik vasitə olan marixuanadan istifadə edir. Təqsirləndirilən şəxs1 tanıyır, həmin şəxs onun sinif yoldaşıdır. O, 1-2 dəfə Anardan 1 bükümü 10 manata olmaqla marixuana satın almış, lakin Anarın həmin narkotik vasitəni haradan aldığını, onun narkotik vasitə əkibəkmədiyini bilmir. Anar ondan 40 manat borc pul istəmiş, o, da həmin pulu ona vermişdir. Sonradan o, Anardan həmin borcu geri istəmiş və sonuncu borcun əvəzi kimi ona 4 büküm narkotik vasitə verməyi təklif etmiş, o, da razılaşmışdır. Bundan sonra 02 avqust 2020-ci il tarixdə o, Qusar şəhərində yerləşən, Rəsm Qalereyasının olduğu parkda Anarla görüşmüş, həmin vaxt Anarın yanında sonuncunun tanışı, adını sonradan bildiyi İbrahim adlı şəxs də olmuşdur. O, Anardan 4 büküm marixuananı götürmüş, həmin vaxt İbrahim onların yanında olmamış, kənarda dayanmışdır. Bundan sonra onu polis əməkdaşları Qusar rayonu Avaran kəndində saxlamışlar, həmin vaxt o, qorxduğundan Anarın verdiyi 4 ədəd bükümdən iki ədədini udmuş, iki ədədi isə qalmışdır. O, Saruxan adlı tanışına marixuana verməmiş, sonuncu ondan marixuana istəməmişdir. Onun Saruxana 100 manat borcu olmuş, həmin şəxs öz borcunu istəmiş, bu səbəbdən də, o, da Anardan öz borcunu geri istəmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid11 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs1 ilə hələ uşaqlıq vaxtından bir-birlərini tanımış, belə ki, onlar Qusar rayonu, Avaran kəndində sinif yoldaşı olmuşlar. Həmin vaxtlardan aralarında münasibətlər yaxşı omuşdur. Təxminən iki ay olar ki, o, narkotik vasitə qəbul etmək üçün Anardan bir və ya iki bükümdə narkotik vasitə olan qurulmuş marixuana almışdır. O, hər dəfə Anarla görüşüb hər bükümə görə sonuncuya 10 manat pul vermişdir. Təxminən beş dəfə o, Anar dan pul verməklə narkotik vasitə almışdır. 01.08.2020-ci il tarixdə o, Anara zəng edib satlıq narkotik vasitə olub-olmadığını soruşmuş, həmin vaxt sonuncu hazırda olmadığını, yaxın müddətdə təşkil edəcəyini demişdir. O, təxminən 10 gün əvvəl Anara 40 manat borc pul vermiş, 02.08.2020-ci il tarixdə saat 21 radələrində o, evə gələndə telefonuna Anarın zəng etdiyini və zəng çatmadığı üçün telefona sms gəldiyini görmüşdür. Buna görə də, Anar ona dəfələrlə zəng etdiyini, niyə telefonu açmadığını demiş və narkotik vasitə istəyib–istəmədiyini soruşmuş, o, da istədiyini bildirmişdir. Anar ona olan 40 manat borcunun əvəzində 04 ədəd bükümdə narkotik vasitə verməyi təklif etmiş və o, da bununla razılaşmışdır. Bundan sonra Anar ona axşam saat 23 radələrində Qusar şəhərinə gəlməsini bildirmiş, o, saat 23:55 radələrində Rəsm Qalereyası olan parka gəlmiş və Anarı gözləməyə başlamışdır. Təxminən 3-4 dəqiqə sonra Anar şərtləşdikləri kimi onun yanına gəlmişdir. Anar həmin vaxt ovucunun içində gizlətdiyi 04 ədəd kağız bükümdə olan qurudulmuş marixunanı ona vermiş, Anar həmin yerə gələndə yanında bir nəfər də tanımadığı şəxs olmuş, lakin həmin şəxs, Anar ona narkotik verəndə onların yanında olmamışdır. O, bükümləri aldıqdan sonra oradan uzaqlaşmış, Qusar şəhərində olan zaman o, Saruxanla görüşmüş və Anardan aldığı 04 ədəd kağız bükümdə olan marixuananın 01 ədəd kağız bükümünü ona vermiş, bundan sonra onlar sağollaşıb ayrılmışlar. O, Qusar rayonu Avaran kəndinə getmək istədikdə küçədə polis əməkdaşları ona yaxınlaşmış özlərini təqdim etmiş və polis şöbəsinə gətirmişlər. O, Anardan aldığı 04 ədəd büküm narkotik vasitənin bir bükümünü qorxduğundan udmuşdur. Digər bir bükümünü isə Qusar şəhərində yaşayan Saruxan ondan xahiş etdiyi üçün sonuncuya vermişdir. Bunun əvəzində Saruxan qabaqcadan ona 10 manat pul verərək onun üçün narkotik vasitə olan qurudulmuş marixuana təşkil etməsini xahiş etmişdir. Saruxan onun tanışı olduğundan və ondan xahiş etdiyi üçün o, Saruxana 01 bükümü Anardan alıb eyni qiymətə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsi düzdür. Təqsirləndirilən şəxs1 onun qonşusudur. O, 4-5 dəfə narkotik vasitə olan marixuana alıb çəkmişdir. Anardan isə 2-3 dəfə marixuana almışdır. Anar hər dəfə özü üçün marixuana alacağını bildirmiş, onun üçün də alıbalmamasını soruşmuş, o da almasını bildirmiş və Anara hər bükümə görə 10 manat pul vermiş, daha sonra onlar birlikdə marixuananı çəkmişlər. Anar ona marixuana vermiş, dediyinə görə Anarın özü kimdənsə həmin marixuananı satın almış, lakin kimdən almasını dəqiq bilmir. O, hər dəfə əvvəllər razılaşdıqları kimi Qusar şəhərində yerləşən Rəsm Qalereyasının həyətində daşın altında siqaret qutusunun içərisinə pul qoymuş, Anar həmin pulu götürüb yerinə marixuana qoymuş və o, həmin marixuananı götürüb evinə getmişdir. O, sonuncu dəfə Anarın tutulduğu vaxtdan bir ay əvvəl həmin şəxsdən marixuana alıb çəkmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid12 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs1 təxminən 2017-ci ildən tanıyır. O, birinci dəfə narkotik vasitə olan qurudulmuş marixuanadan 2020-ci ilin aprel ayında Anardan bir bükümü 10 manata alıb istifadə etmişdir. Bundan sonra o, təxminən 3 dəfə də Anardan qurudulmuş marixuana almış və sonuncu dəfə Anardan təxminən 1 ay əvvəl də marixuana almışdır, lakin ondan sonra o, marixuanadan istifadə etməmişdir. O, özünə marixuana lazım olanda hər dəfə Anara mesaj yazmış və onunla danışdıqdan sonra pulu Rəsm Qalereyasının həyətinə siqaret qutusunda qoymuş, sonra Anar marixuananı həmin siqaret qutusuna qoyduqdan sonra götürmüşdür. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid10 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, X22 onun qohumudur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bir neçə il olar ki, tanıyır. O, 07 iyul 2020-ci il tarixdə axşam saatlarında Rahim və Novruz ilə birlikdə Qusar şəhəri H.Əliyev prospektində yerləşən “İmperial” restoranına gedərək yemək yemişlər və eyni zamanda spirtli içki qəbul etmişlər. Həmin gün saat 23:55 radələrində o, restoranın həyətində olan zaman masanın arxasında mürgüləmiş, həmin vaxt ofisiant onu çağıraraq demişdir ki, “sizinkilər küçədə dava edirlər”. O, dərhal əyləşdiyi yerindən qalxıb restoranın qarşısına çıxmış, bu zaman artıq mübahisə başa çatmış və oraya polis əməkdaşları gəlmişlər. Bundan sonra polis əməkdaşları həmin şəxsləri polis şöbəsinə aparmışlar. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının (canlı şəxsin ekspertizası) 354 saylı 08.07.2020-ci il tarixli rəyindən görünür ki, 1979-cu il təvəllüdlü X15 məhkəmə-tibbi ekspertizasına əsaslanaraq, hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq belə nəticəyə gəlinmişdir ki, onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər-təpə nahiyəsinin əzilmiş-çapılmış yarası; sol əlinin ovuc səthin 1-ci barmağın əsas falanqa oynağı nahiyəsinin şişkinliyi və qançırı; sol ayağın birinci barmağının əsas falanqa oynağının bayır səthinin səthi əzilmiş yarası küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 07.07.2020-ci il tarixdə döyülmə nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlərdən sol təpə nahiyəsinin əzilmiş-çapılmış yarası və sol ovuc səthinin 1-ci barmağının əsas falanqa oynağı nahiyəsinin şişkinliyi və qançırı dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir, sol ayağın birinci barmağının əsas falanqa oynağının bayır səthinin səthi əzilmiş yarası sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-trasoloji ekspertizasının 27 avqust 2020-ci il tarixli 3/851 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən bir ədəd bıçaq- zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır, soyuq silah hesab edilmir və üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişiklik edilməmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının 03 avqust 2020-ci il tarixli 7/471 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət.Şahid11 üzərindən aşkar edilmiş 02 ədəd kağız bükümdə narkotik vasitəyə bənzər ot kütlələri” yazılar və imzalar olan zərfdə 2 (iki) ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri-0,285 qram; 0,202 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanalardır. Həmin marixuanaların ümumi çəkisi 0,487 qramdır. Tədqiqata təqdim olunmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, marixuanaların ümumi çəkisi-0,487 qram (1-2 №li ob), tədqiqata istifadə olundu cəmi 0,04 qram (hər obyektdən 0,02 qram), qalıq-0,447 qram. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 avqust 2020-ci il tarixli 7/471 saylı və 27 avqust 2020-ci il tarixli 3/851 saylı məktublarına əlavə olunmuş bildirişlərdən görünür ki, aparılmış tədqiqatların cəmi dəyəri 130,46 (yüz otuz manat qırx altı qəpik) təşkil edir. İş materiallarında olan ibtidai istintaq orqanının 23 iyul 2020-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərarından görünür ki, götürülmüş bir ədəd ağ rəngli plastik stul maddi sübut kimi tanınmış və saxlanılması üçün Qusar RPŞ-nə təhvil verilmişdir. İş materillarında olan Qusar rayon Kooperativlər İttifaqı tərəfindən verilmiş rəydən görünür ki, Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd plastik stula baxış keçirilmiş və 07.07.2020ci il üçün həmin stulun orta bazar satış qiyməti cəmi 15 manat müəyyən edilmişdir. İş materiallarında olan protokolaşdırma nömrəsi 02031 olan 08.07.2020-ci il tarixli alkotesterdən çıxarışın surətindən görünür ki, həmin tarixdə saat 00:22-də Təqsirləndirilən şəxs2 qanında alkoqolun konsentrasiyası 1,109 promilli olmaqla o, sərxoş vəziyyətdə olmuşdur. İş materiallarında olan protokolaşdırma nömrəsi 02035 olan 08.07.2020-ci il tarixli alkotesterdən çıxarışın surətindən görünür ki, həmin tarixdə saat 08:45-də Təqsirləndirilən şəxs1 qanında alkoqolun konsentrasiyası 0,313 promilli olmaqla o, sərxoş vəziyyətdə olmuşdur. İş materiallarında olan Qusar RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 02 avqust 2020-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərarından görünür ki, “Faid” adlı şəxsin yaşadığı ünvanını və şəxsiyyətini müəyyənləşdirmək məqsədi ilə ƏAF haqqında Qanunun 10-cu maddəsinin 1-ci hissəsinin 1 və 2-ci bəndində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi, “Faid” adlı şəxsin şəxsiyyəti müəyyən edildikdən sonra tədbir zamanı şəraitdən asılı olaraq ƏAF haqqında Qanunun 10-cu maddəsinin 1-ci hissəsinin 9-cu bəndini rəhbər tutaraq yaşadığı ünvanın və gəldiyi yerin müşahidəsinin aparılması qərara alınmışdır. İş materiallarında olan 03.08.2020-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 01:00-dan saat 01:10-dək Qusar RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis baş leytenantı X25 tərəfindən müdafiəçi X16, Qusar RPŞ-nin KTQ-nin kiçik inspektor-kriminalisti, polis serjantı X6, Qusar RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid1, əməliyyat müvəkkili polis mayoru X8, əməliyyat müvəkkili polis kapitanı X1 və əməliyyat müvəkkili polis leytenantı X7 iştirakları ilə Şahid11 şəxsi axtarışı aparılmışdır. Şahid11 üzərində narkotik vasitə və ya saxlanması qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmişdir. Şahid11 əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən 02 ədəd kağız bükümdə olan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər ot kütlələrini təqdim etmişdir. Şəxsi axtarış zamanı Şahid11 kağız bükümlərdə olan ot kütlələrinin “nəşə”, yəni narkotik vasitə olduğunu, özünün narkotik vasitə aliudəçisi olduğunu, həmin 02 ədəd bükümdə olan narkotilk vasitəni sinif yoldaşı olmuş Təqsirləndirilən şəxs1 Qusar şəhərində onunla görüşüb ona olan 40 manat borcunun əvəzində satdığını, əvvəllər 3-4 dəfə Təqsirləndirilən şəxs1lə görüşüb 10 manat pul verməklə narkotik vasitə aldığını, təxminən son bir il ərzində narkotik vasitə istifadəçisi olduğunu, Təqsirləndirilən şəxs1 01 ədəd kağız bükümdə olan narkotik vasitə aldığını, polis əməkdaşları saxlayan zaman qorxduğu üçün 01 ədəd içərisində narkotik vasitə olan kağız bükümləri ağzına ataraq udduğunu bildirmişdir. Şəxsi axtarış zamanı video və fotoçəkiliş aparılmış və protokola əlavə olunmuşdur. İş materiallarında olan 03.08.2020-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 01:25-dən saat 01:45-dək Qusar RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis baş leytenantı X25 tərəfindən Müdafiəçi2, Qusar RPŞ-nin KTQ-nin kiçik inspektor-kriminalisti, polis serjantı X6, Qusar RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid1, əməliyyat müvəkkili polis mayoru X8, əməliyyat müvəkkili polis kapitanı X1 və əməliyyat müvəkkili polis leytenantı X7 iştirakları ilə Təqsirləndirilən şəxs1 şəxsi axtarışı aparılmışdır. Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə və ya saxlanması qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan olunmuş hər hansı maddə və ya narkotik vasitə olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 Qusar şəhərində yerləşən Rəsm Qalereyasının yerləşdiyi parkdakı skamyanın yaxınlığında yerləşən zibilqabının altından bir siqaret kağız bükümündə olan narkotik vasitə tapdığını, tapdıqdan sonra həmin narkotik vasitədən şəxsən qəbul etdiyini, qalan narkotik vasitəni ayıraraq 04 ədəd kağız parçasına bükdüyünü və büküm halına gətirdiyini, tanışı Şahid11 olan 40 (qırx) manat borcunun əvəzinə 04 ədəd kağız bükümdə olan narkotik vasitə-marixuana verdiyini, əvvəllər narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Şəxsi axtarış zamanı video və fotoçəkiliş aparılmış və protokola əlavə olunmuşdur. İş materiallarında olan 03 avqust 2020-ci il tarixli “cinayət törətməkdə şübhəli şəxsi tutmaq haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 01:15də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Qusar rayon məhkəməsinin 04 avqust 2020-ci il tarixli 4(029)- 20/2020 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 ay həddində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 04 avqust 2020-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 17:50-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan ibtidai istintaq orqanının 05 avqust 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, həmin şəxs tutulmadan azad edilmiş, həmin qərar həmin tarixdə saat 11:40-da həmin şəxsə elan olunmuşdur. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Naziriyi Respublika Narkoloji X30 şəxs tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının 27 avqust 2020-ci il tarixli 641 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 NARKOMANİYA xəstəliyindən ƏZAB ÇƏKMİR. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 19 avqust 2020-ci il tarixli 1085/08.20 və 1086/08.20 saylı arayışlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin publik hüquqi şəxsin X5 həkim narkoloqun və həkim psixiatrın qeydiyyatında yoxdur. İş materiallarında olan ibtidai istintaq orqanının 08 sentyabr 2020-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən 01 ədəd plastik stul sübut növü kimi qiymətləndirilmiş və Qusar RPŞ-nin Maddi Sübutlar otağında saxlanılması nəzərə alınmışdır. Ədliyyə Nazirliyinin MEM-də aparılmış ekspertizalardan sonra qalıq qalmış 0,447 qram marixuana iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin Maddi Sübutlar otağında saxlanılması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının CM-nin 228.4, 234.4.2, 237.1-ci maddələri ilə cinayət təqibinə başlanılmamışdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının İXM-nin 208-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Qusar RPŞ-nin İTBnə göndərilmişdir. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının CM-nin 186 və 187-ci maddələri ilə cinayət təqibinə başlanılmamışdır. Şahid11 barəsində Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinə başlanılmamış, onun Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Qusar RPŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarında olan Qusar rayon məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli 3(029)- 451/2020 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Qusar rayon məhkəməsinin 03 may 2021-ci il tarixli 3(029)- 219/2021 saylı qərarının surətindən görünür ki, Şahid11 barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, inzibati məsuliyyətə cəlb etmə müddətləri keçdiyi üçün xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 23.07.2020ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. İş materiallarında olan Qusar rayon İcra Hakimiyyətinin Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 21.08.2020-ci il tarixli 228 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 1 ünvanda yaşayır və ailə tərkibi anası X3 və qardaşı X10 ibarətdir. İş materiallarında olan Qusar rayon İcra Hakimiyyətinin Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Qusar rayon İHB-nın Qusar şəhər İƏN tərəfindən verilmiş 25.08.2020-ci il tarixli 2116 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Qusar şəhəri F.Musayev küçəsi 21 saylı evdə yaşayır və ailə tərkibi həyat yoldaşı X11, 2013-cü il təvəllüdlü oğlu Rəhim Hacıxanovdan, 2015-ci il təvəllüdlü oğlu Romik Hacıxanovun, 2020-ci il təvəllüdlü qızı Ayşə Hacıxanovadan ibarətdir. İş materiallarında olan AZ-İİİ 234246, AZ-İİİ 712059 və AZ-İV 433466 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 22.07.2013-cü il təvəllüdlü Rəhim, 11.08.2015-ci il təvəllüdlü Romik və 15.01.2020-ci il təvəllüdlü Ayşə adlı üç azyaşlı uşaqları vardır. İş materiallarında olan Qusar rayon İHB-nın Qusar şəhər İƏN tərəfindən verilmiş 25.08.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan zərər çəkmiş şəxslər X15 və Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdikləri 10.03.2021-ci il tarixli ərizələrdən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən onlara dəymiş zərər aradan qaldırılmış, onların həmin şəxslərə qarşı heç bir şikayətləri, tələbləri və iddiaları yoxdur, onlarla barışmışlar. Ona görə də, təqsirləndirilən şəxslərin barələrində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı narkotik vasitə olan qurudulmuş marixuananı Şahid11 satmaması, həmin şəxsə narkotik vasitə versə də, buna görə pul almaması, yalnız narkotik vasitədən istifadə etməsi, bununla da, onun Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməməsi, o cümlədən CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan əməli törətməməsi barədə verdiyi ifadəsini, həmçinin onun müdafiəçisi Müdafiəçi2 həmin şəxsin Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməməsi və bu səbəbdən həmin hissədə Təqsirləndirilən şəxs1 bəraət verilməsi, həmin şəxsin əməlində CM-nin 221.3-cü maddəsinin deyil, həmin Məcəllənin 221.2-ci maddəsinin tərkib əlamətlərinin olması barədə şifahi vəsatətini müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 həmin ifadəsi həqiqətə uyğun deyildir, qeyd olunan xüsusatları ifadəsində səsləndirməsi törətdiyi əməli ört-basdır etmək xarekteri daşıyır və məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdür, şahidlərin ifadələri ilə, işdə olan digər sübutlarla və aşağıda sadalanan əsaslarla tam təkzib edilir. Həmçinin, Müdafiəçi2 şifahi vəsatəti əsassızdır, Təqsirləndirilən şəxs1 CM-nin 221.3 və 234.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi tam olaraq öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid11 öz ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs1 həmin şəxsin ona olan 40 manat məbləğində borcunun əvəzi olaraq 4 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuananı məhz satın almış, bundan əvvəl də həmin şəxsdən 3-4 dəfə marixuananın bir bükümünü 10 manata satın almışdır. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 üzərinə özünün müdafiəçisi Müdafiəçi2 iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı narkotik vasitəni ayıraraq 04 ədəd kağız parçasına bükərək büküm halına gətirdiyini, tanışı Şahid11 olan 40 (qırx) manat borcunun əvəzinə 04 ədəd kağız bükümdə olan narkotik vasitə-marixuana verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 həmin narkotik vasitələri 4 ədəd bükümə qablaşdırması da onun məhz həmin narkotik vasitələri satmaq niyyətinin olmasını təsdiq edir. Odur ki, məhkəmə yuxarıda sadalanan hallara görə Təqsirləndirilən şəxs1 yuxarıda qeyd edilən ifadələrinə tənqidi yanaşaraq rədd edir. Bundan başqa, məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la əlbir olub vahid niyyətlə zərər çəkmiş şəxs Rahim Əsgərova qarşı qərəzli xuliqanlıq hərəkətləri etməklə həmin şəxsin qolundan tutub Təqsirləndirilən şəxs2 stulla həmin şəxsin başından vurmasına şərait yaratmış, özü də təpiklə həmin şəxsi vurmuş, daha sonra isə xuliqanlıq hərəkətlərini davam etdirərək Rahim Əsgərovun dalınca qaçmış və bununla da, özünün xuliqanlıq hərəkətlərini xüsusilə qərəzli həddə çatdırmışdır. Həmin hal məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə və digər sübutlarla təsdiq olunmuşdur. Baxmayaraq ki, Təqsirləndirilən şəxs1 Rahim Əsgərovu şəxsən stulla vurmamış, o, Təqsirləndirilən şəxs2la vahid niyyətlə qrup şəklində Rahim Əsgərova qarşı xuliqanlıq hərəkətləri etmiş və ona görə də, stulu silah qismində şəxsən kimin istifadə etməsindən asılı olmayaraq qrup iştirakçılarının hər ikisi eyni cinayət əməlinə görə eyni məsuliyyət daşıyırlar. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CMnin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini də törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 8-ci bəndində göstərilmişdir ki, xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhdedilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsüf edilməsi üçün əsasdır. Həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki, xuliqanlıq hərəkətləri davam etdirilərək xüsusilə qərəzli xuliqanlıq həddinə çatdırıldıqda təqsirləndirilən şəxsin əməli xuliqanlığın daha ağır növünə görə məsuliyyət nəzərdə tutan 221.3-cü maddəsilə tövsüf olunmalıdır. Müxtəlif vaxtlarda törədilən xuliqanlıq hərəkətləri isə xuliqanlığın tövsüfedici əlamətlərinin mövcudluğundan asılı olaraq hər biri müstəqil cinayət kimi tövsüf olunmalıdır. Odur ki, məhkəmə Müdafiəçi2 yuxarıda göstərilən şifahi vəsatətini əsassız hesab edərək rədd edir. Bundan başqa, istər ibtidai istintaq zamanı, istər də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 hadisə vaxtı üzərində olan bıçaqdan istifadə etməsi öz təsdqini tapmamış və bu səbəbdən də, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs1 qarşı ittiham irəli sürülməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 məhkəməyə vəsatət təqdim edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs2 istifadə etdiyi plastmas stul silah qismində istifadə edilən əşya hesab edilə bilməz və ona görə də Təqsirləndirilən şəxs2 əməlinin Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsindən CM-nin 221.2.1-ci maddəsinə tövsif edilməsini xahiş edir. Məhkəmə aşağıdakı səbəblərə görə həmin vəsatətlə razılaşmayaraq əsassız hesab edir. Belə ki, Təqsirləndirilən şəxs2 hadisə zamanı stulla zərər çəkmiş şəxs Rahim Əsgərovun baş nahiyəsinə vurmaqla birbaşa həmin şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmuşdur. Bununla da, onun istifadə etdiyi stul soyuq silah olmasa da, konstruksiya cəhətdən bərk və küt əşya olmaqla insan sağlamlığı üçün real təhlükə yarada bilən əşyadır və hadisə zamanı onun istifadəsi məhz zərər çəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuşdur. Bu səbəbdən də məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs2 zərər çəkmiş şəxs Rahim Əsgərovun başına stulla vurub, onun sağlamlığına yüngül zərər vurması hazırkı xuliqanlıq cinayətini silah qismində istifadə edilən əşyanın tətbiq olunması ilə törətməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, silahdan fərqli olaraq, silah qismində istifadə edilən əşyalar konstruksiya cəhətdən məhv etmə təyinatlı deyil və qeyd edilən tətbiq üsulu onların təyinatına və mahiyyətinə ziddir. Həmin əşyalar konstruksiya cəhətdən digər məqsədlər üçün, o cümlədən istehsalat, təsərrüfat-məişət məqsədilə və yaxud da, ümumiyyətlə, hər hansı müəyyən məqsədlərə yönəlməyən, istehsal və emal olunmayan, yəni təbiətdə mövcud olan əşyalardır. Bu əşyalar silah deyil, bununla belə hər hansı məhvetmə xüsusiyyətinə, yəni soyuq və ya başqa silah növünə xas olan bəzi xüsusiyyətlərə malikdir və onların siyahısı hədsizdir. Silah qismində istifadə edilən əşyanın məhv etmə xüsusiyyətinə malik olması, onu bu xüsusiyyətə malik olmayan digər əşyalardan fərqləndirən əsas və mütləq şərtdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011ci il tarixli Qərarında qeyd edilmişdir ki, xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi – ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-nin 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. Bununla yanaşı, əgər silah və ya silah qismində istifadə edilən əşyalar yalnız əmlakın məhv edilməsi və ya zədələnməsi üçün istifadə edilərsə, lakin bunun nəticəsində insanların sağlamlığına zərər vurulmazsa və yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yaranmazsa, əməl CM-nin 221.3-cü maddəsi ilə tövsif oluna bilməz. Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmələr tərəfindən xuliqanlıq işlərinə baxılarkən silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi və ya tətbiqinə cəhd olunması, habelə zərərçəkmişin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan bütün hallar hərtərəfli araşdırılmalıdır. Həmin Qərarın nəticə hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məjəlləsinin 221.3-cü maddəsinin ”tətbiq etməklə” müddəası xuliqanlıq hərəkətləri zamanı silah və ya silah qismində istifadə edilən əşyaların vasitəsi ilə sağlamlığa zərər vurulmasını, yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yarandığı halları ehtiva edir. Odur ki, məhkəmə yuxarıda sadalanan əsaslara görə Müdafiəçi1 vəsatətini əsassız hesab edərək rədd edir. Beləliklə, Təqsirləndirilən şəxs1 sərxoş vəziyyətdə tanışı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs şəklində 07 iyul 2020-ci il tarixdə saat 23:55 radələrində Qusar şəhəri H.Əliyev prospektində yerləşən “İMPERİAL” restoranının qarşısında X17 qarşı qərəzli xuliqanlıq hərəkətləri ilə Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, həmçinin 04 ədəd büküm qurudulmuş marixuananı 02 avqust 2020-ci il tarixdə saat 23:57 radələrində Qusar şəhəri H.Əliyev prospektində yerləşən Rəsm Qalereyasının həyətində əsl niyyətini bilmədən tanışı Şahid11 borclu olduğu 40 manat müqabilində qanunsuz olaraq verməklə satmaqla Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 sərxoş vəziyyətdə tanışı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs şəklində 07 iyul 2020-ci il tarixdə saat 23:55 radələrində Qusar şəhəri H.Əliyev prospektində yerləşən “İMPERİAL” restoranının qarşısında X17 qarşı qərəzli xuliqanlıq hərəkətləri ilə Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikasının CM-nin 221.3 və 234.2-ci maddələri ilə, təqsirləndirilən şəxs X2 əməli isə Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59.1, 59.1.4, 59.1.12, 59.1.13-cü maddələrinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması; cinayət törətmiş şəxsin zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.4-cü bəndlərinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini, dəymiş zərəri tam aradan qaldırmasını, zərər çəkmiş şəxslərin ona qarşı heç bir şikayətlərinin, tələblərinin və iddialarının olmamasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halı, cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 221.3 və 234.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində CM-nin 62 və 70-ci maddələrinin tətbiq edilməsini isə ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını real çəkmədən islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Əksinə, məhkəmənin qənaətinə görə onun barəsində CMnin 70-ci maddəsinin tətbiq olunması onun və digər şəxslər tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, həmçinin ictimai qaydanın qorunması və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkməlidir. Həmçinin, cinayətlərin törədilməsi zamanı və bundan sonra Təqsirləndirilən şəxs1 davranışları ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar mövcud olmadığından məhkəmə onun barəsində CM-nin 62-ci maddəsinin tətbiqinə də heç bir əsas görmür. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur və ona görə də, məhkəmə hesab edir ki, ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməli, yalnız ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun himayəsində üç azyaşlı uşaqlarının olmasını, zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini, dəymiş zərəri tam aradan qaldırmasını, zərər çəkmiş şəxslərin ona qarşı heç bir şikayətlərinin, tələblərinin və iddialarının olmamasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən səmimi peşman olmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 04 avqust 2020-ci il tarixdən 05 avqust 2020-ci il tarixədək 01 (bir) gün faktiki olaraq həbsdə saxlanma müddəti hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti cəzanın saxlanılmasını və barəsində həmin Məcəllənin 70-ci maddəsinin tətbiq olunaraq təyin edilmiş cəzasının sınaq müddəti müəyyən olunmaqla şərti hesab olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 təyin olunacaq cəzanın real olaraq çəkilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, ona real cəzanın təyin edilməsi ədalətli və humanist olmamaqla törədilmiş cinayətlə cəza arasında balansın pozulmasına, onun özünün və ailəsinin məhrumiyyətlərə düçar olmasına səbəb ola bilər. Belə ki, onun himayəsində üç azyaşlı uşaqları var, hal-hazırda əməlindən səmimi peşman olmuş, cinayətin törədilməsindən sonra zərərçəkmiş şəxslərə dəymiş zərəri tam aradan qaldırmış, həmin şəxslərlə barışıq əldə etmiş, həmin şəxslərin ona qarşı heç bir şikayətləri, tələbləri və iddiaları yoxdur. Ona görə də, həmin şəxsə real olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilərsə, o və ailəsi əlavə məhrumiyyətlərə məruz qala bilər, həmçinin təqsirkarın şəxsiyyətinə uyğun gəlməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, onun barəsində təyin olunmuş cəzanın şərti hesab olunması tam ədalətli və humanist olmaqla onun islah olunması və cəzanın məqsədlərinə nail olunması üçün kifayətdir və bu halda cinayətlə cəza arasındakı balans tam təmin olunar, gələcəkdə belə hərəkətlərin edilməsinin qarşısı alınar. İş üzrə məhkəmə xərcləri 130,46 (yüz otuz manat qırx altı qəpik) manat təşkil edir, həmin məhkəmə xərcləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X9, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-də saxlanılan, Şahid11 üzərindən aşkar edilib götürülmüş və müvafiq ekspertizalardan sonra qalıq qalmış 0,447 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-də saxlanılan 01 ədəd plastik stul sahibi Zərərçəkmiş şəxs2 qaytarılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 221.3 və 234.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 221.3cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.2-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 03 avqust 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 04 avqust 2020-ci il tarixdən 05 avqust 2020-ci il tarixədək 01 (bir) gün faktiki olaraq həbsdə saxlanma müddəti hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq olunaraq təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin və ona 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Davranışına nəzarət etmək yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-də saxlanılan, Şahid11 üzərindən aşkar edilib götürülmüş və müvafiq ekspertizalardan sonra qalıq qalmış 0,447 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-də saxlanılan 01 ədəd plastik stul sahibi Zərərçəkmiş şəxs2 qaytarılsın. İş üzrə 130,46 (yüz otuz manat qırx altı qəpik) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X9, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar