Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-6/2022 08.02.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1982-ci ildə Xaçmaz rayonu Qarğalıq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonu Köhnə Xaçmaz kənduində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29,318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29,318.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda Azərbaycan Respublikasından Rusiya Federasiyasına keçməyə cəhd göstərmişdir. Belə ki, X1 04 iyul 2019-cu il tarixdə saat 22:43 –də Dövlət Sərhəd Xidmətinin Samur nəzarət buraxılış məntəqəsindən keçib Rusiya Federasiyasına gedən zaman 05 iyul 2019-cu il saat 01:39 –da müqabil ölkə qəbul etmədiyi üçün Azərbaycan Respublikasına geri qaytarıldığından dövlət sərhədini nəzarət buraxılış məntəqəsindən qanuni yolla keçərək Rusiya Federasiyasına gedə bilməyəcəyini bildiyinə görə 22 iyul 2021-ci il tarixdə saat 22 radələrində işləmək məqsədilə Rusiya Federasiyasına getmək üçün Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhəddinin nəzarət buraxılış məntəqələrindən kənarda yəni Dövlət Sərhəd Xidmətinin Sərhəd qoşunlarının N nömrəli hərbi hissəsinin Qusar rayonunun ərazisində yerləşən 5-ci sərhəd zastavasının xidməti ərazisindən Azərbaycan Respublikasından Rusiya Federasiyasına qəsdən qanunsuz olaraq keçməyə cəhd göstərərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən sərhəd pozucusu qismində saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs əvvəlcə ona Azərbaycan Respublikasının CM-nin 29,318.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş və ifadə verərək göstərmişdir ki, onun dövlət sərhədini keçmək üçün ümumvətəndaşlıq pasportu var, lakin 2019-cu ilin yanvar ayında onu Rusiya Federasiyasından deportasiya etməklə oraya getməsinə 5 il müddətinə qadağa qoyulmuşdur. O, pandemiyadan əvvəl həmin deportasiyanın necə götürülməsini maraqlanmış və ona Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinə müraciət etməsini tövsiyyə etmişlər. Səfirliyə getdikdə isə ona bildirmişlər ki, həmin məsələni həll etmək üçün Rusiya Federasiyasına getmək lazımdır. Bundan sonra koronovirus infeksiyası ilə bağlı pandemiya başlamış, o, bir neçə dəfə Qusar rayonu ərazisində yerləşən Samur sərhəd nəzarət buraxılış məntəqəsindən keçərək rus sərhədçilərindən deportasiyanın necə götürülməsini soruşmaq istəmiş, lakin pandemiya ilə bağlı ona icazə verməmişlər. 22 iyul 2021-ci il tarixdə axşam saatlarında o, yenidən rus sərhədçilərindən məlumat almaq məqsədi ilə Samur NBM-nə yaxınlaşmış, lakin onu yenə buraxmamışlar. Bundan sonra o, geri qayıtmış və düşünmüşdür ki, piyada Şirvanovka NBM-nə getsin, bəlkə oradan onu buraxarlar. O, sərhəd boyu bir qədər hərəkət etdikdən sonra orada məftilli qapı görmüş, yaxınlaşdıqda həmin qapının bağlı olduğunu görmüş, bu səbəbdən də, geri qayıtmaq istəyərkən onu sərhədçilər saxlamışlar. Bundan sonra həmin faktla bağlı araşdırma aparılmış və o, istintaqa cəlb olunmuşdur. Təqsirləndirilən şəxs məhkəməyə son sözündə özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu, həbs olunmaq istəmədiyini göstərərək barəsində cərimə cəzasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması onun məhkəmə istintaqı zamanı özünün ifadəsi ilə birlikdə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, 22.07.2021-ci il tarixdə saat 21:00-dan 23.07.2021-ci il saat 01:00-dək N nömrəli hərbi hissənin 5-ci sərhəd zastavasının 18-ci sahəsinə “Sərhəd gözərçisi” sərhəd naryadına sərhəd naryadının başçısı kiçik çavuş Şahid2 ilə birlikdə təyin edilmişlər. Xidmətdə olan zaman 22.07.2021-ci il tarixdə saat 22:20-də N nömrəli hissənin 5-ci sərhəd zastavasının 18-ci sahəsi istiqamətində 1 nəfər şəxsin sərhəd darvazasına tərəf getdiyini müşahidə edərək ərazini nəzarətdə saxlamaqla maskalanmışlar. Həmin şəxs sərhəd darvazasına tərəf hərəkət edib həmin darvazaya əl ilə toxunub açıq yaxuda da bağlı olduğunu görmüş, onları gördüyü üçün RF-yə qanunsuz gedə bilməcəyini başa düçdüyündən geriyə qayıtmışdır. Bu vaxt onun tərəflərindən “Dayan” çağırış komandası verilmiş həmin şəxsi saxlayaraq bu barədə aiddiyatı üzrə məruzə etmişlər. Qeyd olunan şəxsi saxladıqdan sonra aydın olmuşdur ki, saxlanılmış dövlət sərhədinin AR-dan RF-sı istiqamətində keçməyə cəhd edən şəxs AR vətəndaşı Təqsirləndirilən şəxsdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Şahid1 ibtidai istintaq zamanı göstərdiyi xüsusatları tam təsdiq etmişdir. Şahid2 məhkəməyə 18.01.2022-ci il tarixli ərizə təqdim edərək göstərmişdir ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadəyə əlavəsi yoxdur. Həqiqətən də, Təqsirləndirilən şəxs dövlət sərhədini keçməyə cəhd etmişdir. O, şəxsi işləri ilə bağlı məhkəmə iclaslarında iştirak edə bilməyəcək, nəzərə alınmasını xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları N nömrəli hərbi hissənin 18.01.2022-ci il tarixli 117 saylı məktubundan görünür ki, şahid qismində məhkəmə iclasında iştirak etməsi tələb olunan əsgər Şahid1 2021-ci ilin oktyabr ayında Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları N nömrəli hərbi hissənin 31.01.2022-ci il tarixli 222 saylı məktubundan görünür ki, şahid qismində məhkəmə iclasında iştirak etməsi tələb olunan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Şahid2 27 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatına buraxılmışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 23 fevral 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, əraziyə baxış keçirilməsi üçün Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs sərhəd zastavasının xidməti sahəsinə gətirilmiş və əraziyə birlikdə baxış keçirilmişdir. Hadisə baş vermiş ərazi N nömrəli hərbi hissənin 18-ci sahəsidir. Qeyd olunan ərazi 46 nömrəli sərhəd nişanı ilə üzbəüz yerləşir. Həmçinin dövlət sərhəd xəttindən 160 metr aralıdır. Ərazidə 1 nömrəli sərhəd darvazası mövcuddur. İş materiallarında olan 22 iyul 2021-ci il tarixli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:30-da N nömrəli hərbi hissənin hüquqşünas təhqiqatçısı gizir X3 tərəfindən inzibati qaydada tutulmuşdur. İş materiallarında olan ibtidai istintaq orqanının 23 iyul 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, həmin qərar həmin tarixdə həmin şəxsə elan olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əməliyyat-Axtarış Baş İdarəsinin təqdim etdiyi çıxarışdan görünür ki, 05.07.2019-cu il tarixdə Təqsirləndirilən şəxs müqabil ölkə qəbul etmədiyi üçün araşdırılıb geri Azərbaycan Respublikasına qaytarılaraq dövlət sərhədindən buraxılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X4 tərəfindən verilmiş 02.08.2021-ci il tarixli 6471 saylı arayışdan görünür ki, xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatına görə 24.06.2019-28.06.2019-cu il tarixlərdə müalicədə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatrik Ekspertiza Mərkəzi” X4 tərəfindən verilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 23.08.2021-ci il tarixli 1891 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlikdən əziyyət çəkməyib. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarekterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur.Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X4 tərəfindən verilmiş 11.08.2021-ci il tarixli 19/51-8508 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin mərkəzdə müalicədə olmamış və qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 23.07.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs həqiqətən də, 22 iyul 2021-ci il tarixdə saat 22 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda Azərbaycan Respublikasından Rusiya Federasiyasına keçməyə cəhd göstərərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılması, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməməsi və bununla da, onun Azərbaycan Respublikasının CM-nin 29,318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 29,318.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, həmin halları müəyyən etməmiş, əməlindən səmimi peşmançılıq çəkməsini şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halı, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 29,318.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsini və həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən məhkəmə baxışınadək onun hazırkı iş üzrə inzibati qaydada tutularaq 22 iyul 2021-ci il tarixdən 23.07.2022-ci il tarixədək 1 (bir) gün faktiki həbsdə saxlama müddəti nəzərə alınmaqla təyin olunmuş cəzanın yüngülləşdirilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29,318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1500 (min beş yüz) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.4-cü maddəsinə əsasən məhkəmə baxışınadək Təqsirləndirilən şəxs hazırkı iş üzrə inzibati qaydada tutularaq 22.07.2021-ci il tarixdən 23.07.2022-ci il tarixədək 01 (bir) gün faktiki həbsdə saxlama müddəti nəzərə alınmaqla təyin olunmuş cəza yüngülləşdirilsin və ona qəti olaraq 1400 (min dörd yüz) manat miqdarda cərimə cəzası təyin edilsin. Təyin olunmuş cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir ay müddətində müvafiq bank hesabına köçürülməklə ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №1(029)-6/2022
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-6/2022
08.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver