Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-6/2023 09.08.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon məhkəməsi hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs1, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1969-cu ildə Qusar rayonu Kuzun kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Qusar rayonu Kuzun kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 308.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 308.1-ci maddələri ilə ibtidai istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş və vəzifə səlahiyyətlərdən sui-istifadə etmişdir. Belə ki, o, 2009-2019-cu illərdə Qusar rayonu Kuzun bələdiyyəsinin sədri vəzifəsində işləyərkən 2013-cü ilin təxminən yay aylarında Qusar şəhər sakini Zərərçəkmiş şəxs1 torpaq sahəsi almaq üçün ona müraciət etməsi ilə əlaqədar qulluq mövqeyinə görə ona olan inamdan istifadə etməklə onun əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə iki ayrı-ayrı 0,12 ha həyətyanı torpaq sahəsi verib rəsmiləşdirəcəyi adı ilə yalandan vəd verərək aldadıb, həmin adla xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək ondan 2013-cü ilin təxminən yay aylarında Qusar şəhər Bazarının yaxınlığında yerləşən, Zərərçəkmiş şəxs1 məxsus ofisdə iki ayrı-ayrı 0,12 ha həyətyanı torpaq sahələrinin hər birinə görə 5.000 (beş min) manat olmaqla, cəmi 10.000 (on min) manat məbləğində pulunu alıb aldadaraq ələ keçirmiş, 2015-ci ildə guya həmin pulun əvəzində ona Qusar rayonu Ləzə kəndində yerləşən 2 ayrı-ayrı, hər biri 0,12 ha olan torpaq sahələrini verdiyini bildirərək, ona iki ədəd çıxarış verəcəyinə söz versə də, torpaq sahələrini öz arvadı X7 adına olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli və qohumu X8 adına olan xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışlarla öz yaxınlarının adlarına rəsmiləşdirmiş, daha sonra Zərərçəkmiş şəxs1 qeyd olunan torpaq sahələrini öz adına rəsmiləşdirmək istəyərkən isə əvvəlcə ona torpaq sahələrinin rəsmiləşdirilməsi üçün əlavə xərclər çıxacağını, bu torpaq sahələrinin satıldığı andan 5 il müddətinə özgəninkiləşdirilməsinə icazə verilmədiyini, etibarnamə almasını, bu yolla da torpaq sahələrini istədiyi zaman hər hansı şəxsə sata biləcəyini yalandan demiş, sonradan isə arvadı Gülnarə Kiçibəyova və qohumu Nəriman Azadovun ona verdikləri xx.xx.2017 və xx.xx.2017-ci il tarixli etibarnamələri xx.xx.2022-ci il tarixdə Qusar rayon notariat ofisində ləğv etdirib torpaq sahələrini Qusar şəhər sakini X4, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 10.000 (on min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib öz qulluq mövqeyindən istifadə etməklə ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, həmin hərəkətləri ilə də sonuncunun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, təkrarən 2017-ci ilin mart ayının əvvəllərində Qusar rayonu Kuzun bələdiyyəsinin sədri vəzifəsində işləyərkən vəzifəli şəxs olmaqla Zərərçəkmiş şəxs2 torpaq sahəsi almaq üçün ona müraciət etməsi ilə əlaqədar qulluq mövqeyinə görə ona olan inamdan istifadə etməklə onun əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Qusar rayonu Cağar-qışlaq kəndi ərazisindən 1,50 ha kənd təsərrüfatı təyinatlı, 0,27 ha sahibkarlıq məqsədi ilə torpaq sahəsi verib rəsmiləşdirəcəyi adı ilə yalandan vəd verərək aldadıb, həmin adla xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək ondan 04 mart 2017-ci il tarixdə, günorta saatlarından sonra Qusar şəhərində yerləşən ”Oazis‘ kafesində Şahid5, Şahid4 və Şahid1 yanında 5.000 (beş min) manat məbləğində pulunu alıb aldadaraq ələ keçirmiş, torpaq sahəsinin əvvəlcə yerli kənd sakininin adına sənədləşdirilməli olduğunu, 3 ay müddətində öz yaxınlarının adlarına sənədləşdirib daha sonra alqı-satqı yolu ilə onun adına rəsmiləşdirəcəyini yalandan bildirərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus 5.000 (beş min) manat məbləğində pul vəsaitini ələ keçirib öz qulluq mövqeyindən istifadə etməklə ona ziyan vurmaqla təkrarən dələduzluq etmiş, həmin hərəkətləri ilə də sonuncunun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, təkrarən 2017-2018-ci illərdə Qusar rayonu Kuzun bələdiyyəsinin sədri vəzifəsində işləyərkən vəzifəli şəxs olmaqla, ev alqı-satqısı ilə əlaqədar Zərərçəkmiş şəxs1 əvvəlcədən verməli olduğu 10.000 (on min) manat məbləğində pulun əvəzində qulluq mövqeyinə görə ona olan inamdan istifadə etməklə onun əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə ona Qusar rayonu Aladaş kəndi ərazisindən hər biri 0,12 ha olmaqla, iki ayrı-ayrı həyətyanı torpaq sahəsi verib rəsmiləşdirəcəyi adı ilə yalandan vəd verərək aldadıb, həmin adla xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək ondan təxminən 2018-ci ilin yay aylarında Qusar şəhərində yerləşən “Oazis” kafesinin qarşısında əlavə olaraq 5.000 (beş min) manat məbləğində pulu alıb aldadaraq ələ keçirmiş, qısa vaxt ərzində torpaq sahələrinin sənədlərinin hazır olacağını, əvvəlcə bələdiyyənin adına rəsmiləşdirilib, daha sonra ona satılacağını bildirmiş, təxminən bir ay sonra isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən qeyd olunan torpaq sahələrinin sənədlərinin göndərildiyini, rəsmiləşdirilmənin başa çatdırılması üçün əlavə 1.000 (bir min) manat məbləğində də pul lazım olduğunu da deyib ondan 2018-ci ilin yay aylarında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Qusar rayon şöbəsinin qarşısında 1.000 manat məbləğində pul da almış, söz verdiyi həmin torpaq sahələrini verməyərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 6.000 (altı min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib öz qulluq mövqeyindən istifadə etməklə ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, həmin hərəkətləri ilə də sonuncunun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 308.1-ci maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2016-cı ilin sonlarında Zərərçəkmiş şəxs2 ona müraciət edərək Qusar rayonu Cağar-qışlaq (Cağar-palasa) kəndi ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsi almaq istədiyini bildirmişdir. Həmin kəndin ərazisində yerləşən, Zərərçəkmiş şəxs2 almaq istədiyi torpaq sahəsi Qusar rayonu Kuzun bələdiyyəsinin ərazisinə daxil olduğu üçün özü də xəritəyə baxdıqdan sonra onun üçün torpaq sahəsi ayırıb sata biləcəyinə söz vermişdir. Ona rayonun Cağar-qışlaq kəndi ərazisindən 1,50 ha kənd təsərrüfatı təyinatlı, 0,27 ha sahibkarlıq məqsədi ilə torpaq sahəsi verəcəyini vəd verib, əvəzində ondan 5.000 manat pul istəmişdir. Zərərçəkmiş şəxs2la 04 mart 2017-ci il tarixdə Qusar şəhərində yerləşən “Oazis” kafesində görüşmüşlər. Həmin vaxt yanlarında Qusar rayonu Cağar kənd sakini Şahid5, Şahid4 və Qusar rayonu Kuzun bələdiyyəsinin mühasibi vəzifəsində işləmiş Şahid1 da olmuşlar. Orada Zərərçəkmiş şəxs2 5.000 (beş min) manat məbləğində pul almışdır. Bu pulun əvəzində 3 ay müddətində ona torpaq sahəsi verəcəyini vəd edib bu işi öhdəsinə götürmüşdür. Öz-özlüyündə fikirləşmişdir ki, Elmana torpaq sahəsi vermək üçün Şahid1 atası Məhsimin adına rəsmiləşdirib ona torpaq sahəsi verər. Şahnamaz isə buna razılıq verməmişdir. Artıq Elmandan pul alanda bilmişdir ki, onun işini düzəldə bilməyəcəkdir, öz- özlüyündə fikirləşmişdir ki, mümkün olarsa, hər hansı bir yolla bu işi düzəldər. Lakin bunu edə bilməmiş, aldığı pulu da öz şəxsi məqsədləri üçün xərcləmişdir. Həmçinin Elmana bildirmişdir ki, bu torpaq sahəsi əvvəlcə yerli kənd sakininin adına rəsmiləşdirilməlidir, daha sonra isə alqı-satqı qaydasında onun adına rəsmiləşdirərlər. O da bu təkliflə razılaşmışdır. Elmana torpaq sahəsi verəcəyi adı ilə söz verib ondan pul alsa da, onun adına torpaq sahəsi sənədləşdirə bilməmiş, bu məqsədlə heç bir iş görməmişdir. Zərərçəkmiş şəxs2 təqdim etdiyi 1,50 ha və 0,27 ha torpaq sahəsinin 3 ay müddətinə sənədləşdirilməsinə görə özünün Zərərçəkmiş şəxs2 5.000 manat məbləğində pul almasına dair əlyazmanı özü imzalamış, orada qeyd olunanları təsdiq etmişdir. Sonradan isə 2022-ci ilin iyul ayı ərzində Zərərçəkmiş şəxs2 pulunu hissə-hissə tam şəkildə onun özünə qaytarmışdır. O, Zərərçəkmiş şəxs1 torpaq sahəsi satmamış, ondan pul almamış, yeddi il onda etibarnamələr olmuş, “niyə o, torpaq sahələri öz adına keçirməmişdir?”. Tərlan makler kimi işləmiş, etibarnamələri torpaq sahələrini satmağa görə vermişdir. Tərlan, ona müştəri gətirmiş, torpaq sahəsi 30-40 min manata satanda Tərlan 3-4 min manatı özünə götürürmüş, bir neçə dəfə belə olmuşdur. Tərlan torpaq sahələrini sata bilməmiş, o, da etibarnamələri ləğv etdirmişdir. Tərlana etibarnamələrin verməkdə məqsədi həmin torpaq sahələrin satmaq olmuş, etdiyi bu iş qanuni olub olmadığını bilməmişdir. O, hər kəsə torpaq sahəsini sata bilməmişdir. O, Tərlandan dəmir metallom almaq üçün borc pul istəmış, Tərlan ona faizə 4000 manat pul vermış, o, Tərlana 5500 manat pul qaytarmalı olmuşdur. Dəmir ala bilmədiyinə görə aldığı 4000 manat pulu bir həftəyə qaytarmışdır. Sonradan yenə Tərlandan 4000 manat pul almış, 1000 manatı faiz kimi pulu aldığı vaxt Tərlana vermişdir. Sonradan o, dəmir ala bilməmiş, Tərlana 5500 manat qaytarmalı idi. Həmin puldan Tərlana 2500 manatı qaytarmış, bir dəfə 1000 manatı oğlu qaytarmış, bir dəfə də 700 manatı Şahnamaz qaytarmışdır. Hazırda onun Tərlana 1500 manat borcu qalmışdır. O, Tərlandan torpaqla əlaqədar pul almamış, dəmir almaq üçün borc almışdır. O, kənddə olan evi satıb Qusar şəhərindən ev almış, həmin evi Tərlan və onun əmisi oğlu Ağamirzəyə satmış, evi o, 55000 manata satmış, sonradan Tərlangil başqa şəxsə 65000 manata satmış, onu aldatmış, ona görə də ona 10000 manat verilməlidir. Alqı satqı müqaviləsində isə həmin evin dəyəri 5000 manat yazılmışdır. Alqı-satqı Qusar notariat ofisində iki il bundan əvvəl bağlanılmışdır. Evi o, könüllü satmış, ona heç kim hədə qorxu gəlməmişdir. Tərlan evi 95 min manata satıb ona 55 min manata satıldığını demişdir. Tərlangil onu aldatmış, evi başqa şəxsə baha qiymət manata satıb, ona 10000 manat qaytarmamışlar. O, evi birinci almış, evi arvadının adında doqquz ay olmuşdur. O, evi satmaq istəyəndə ona baş etibarnamə olmadığını demiş, sonradan Tərlan ona vermiş etibarnaməni ləğv etdirmiş evi başqa şəxsə satmışdır. Etibarnamələr ikisi eyni vaxtda verilmiş, ikisi də bir vaxtda da ləğv edilmişdir. Torpaq sahələrdən biri onun arvadının adındadır, biri də bacanağının adındadır. Arvadının adında olan torpaq sahəsi Kuzun Bələdiyyəsinə aiddir. Bir torpaq sahəsi arvadının adına almaq səlahiyyəti var, başqa qohumlara torpaq satmamışdır. İstənilən şəxs bələdiyyədən torpaq sahəsi ala bilməz belə olan halda hərraca çıxartmalıdır, kənd sakinləri ala bilər, həmin torpaq sahələri hərraca çıxartmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs1 epizodu üzrə göstərdiklər hallar iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Təqsirləndirilən şəxs məhkəmədə elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2009-2019-cu illərdə Qusar rayonu Kuzun bələdiyyəsinin sədri vəzifəsində işləmişdir. Qusar rayonu Kuzun bələdiyyəsinin sədri vəzifəsində işləyərkən təxminən 2015-2017-ci illərdə Zərərçəkmiş şəxs1 ilə aralarında ev alqı-satqısı ilə əlaqədar ona 10.000 (on min) manat pul verməli olmuşdur. Həmin ərəfələrdə onun pulunu verə bilmədiyi üçün özü ona Qusar rayonu Kuzun kəndi ərazisindən iki ayrı-ayrı 0,12 ha olmaqla, cəmi 0,24 ha torpaq sahəsi verəcəyini vəd etmiş, o da bu şərtə razılaşmışdır. Zərərçəkmiş şəxs1 pul verməli olduğundan onun narazılığını aradan qaldırmaq məqsədi ilə özünə məxsus olmaqla, arvadı X7 adına xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli və uzaq qohumu X8 adına xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışlarla rəsmiləşdirilmiş, Qusar rayonu Ləzə kəndində yerləşən iki ayrı-ayrı 0,12 ha həyətyanı torpaq sahələrinin çıxarışlarını ona vermişdir. Eləcə də adlarından ona etibarnamələr də vermişlər. Həm də düşünmüşdür ki, Tərlan ona verdikləri etibarnamələr əsasında torpaq sahələrini makler kimi başqa şəxsə satar. Tərlana pulunu qaytaracağına söz versə də, lakin ona həmin pulun əvəzində söz verdiyi torpaq sahəsini verə bilməmişdir. Sonradan isə maddi sıxıntıları olduğundan Zərərçəkmiş şəxs1 verməli olduğu pula görə əvəzində çıxarışlarının əsllərini ona verdiyi, özünə məxsus Qusar rayonu Ləzə kəndində yerləşən iki ayrı-ayrı 0,12 ha həyətyanı torpaq sahələrini satmaq istəmişdir. Ona görə də torpaq sahələrini adlarına rəsmiləşdirdiyi arvadı Gülnarə Kiçibəyova və qohumu Nəriman Azadova demişdir ki, Tərlana verdikləri etibarnamələri ləğv etsinlər. Zərərçəkmiş şəxs1 verdikləri etibarnamələri ondan xəbərsiz notarial qaydada ləğv etdirib həmin torpaq sahələrini xx.xx.2022-ci il tarixdə Qusar şəhər sakini X3. Öz-özlüyündə fikirləşmişdir ki, Tərlan bu işi bilənə qədər onun pulunu qaytarıb öz aralarında razılaşarlar. Lakin maddi sıxıntıları olduğundan onun pulunu qaytara bilməmişdir. Ancaq Zərərçəkmiş şəxs1 iki ayrı-ayrı 0,12 ha həyətyanı torpaq sahəsi satmaq adı ilə 10.000 manat və ya digər məbləğdə pul almamışdır. Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini qismən etiraf etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini iş materiallarına və işin hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən on il əvvəl Qusar rayonu Kuzun bələdiyyəsinin sədri kimi tanımışdır. Təqsirləndirilən şəxs ona müraciət edərək Qusar rayonu Ləzə kəndi ərazisində həyətyanı torpaq sahəsinin olduğunu, əgər alırsa bələdiyyə sədri kimi ona verə biləcəyini demişdir. O, da həmin torpaq sahəsini almış orada biznes quraraq istifadə edəcəyi fikri ilə Yaşarla razılaşmışdır. Müəyyən vaxt keçdikdən sonra Yaşar iki yerdə 12 sot həyətyanı torpaq sahələri olmaqla hər torpaq sahəsinə görə beş min manat olmaqla ondan 10 min manat pul almışdır. Sonradan Yaşar ona həmin torpaq sahələri onun adına keçirə bilmədiyini, kənddə başqa şəxslərin adına keçirib, sonradan notarial qaydada onun adına keçirəcəyini bildirmiş, o, da onun bu təklifi ilə razılaşmışdır. Təxminən 2017-ci ildə Yaşar öz arvadı ilə notariusa gəlmiş həmin torpaq sahəsinə görə ona on illik etibarnamə vermişdir. Orada Yaşar ona Nərimanın razı olmadığını, iki yüz manat pul istədiyini, Yaşar torpaq sahəsini Tərlana yəni ona məxsus olduğunu demiş, sonradan isə razı olmuş və ona etibarnamə vermişdir. Həmin vaxt Yaşar ona beş il müddətində həmin torpaq sahəsinin sata bilməyəcəyini, beş ildən sonra öz adına keçirə biləcəyini, biznes qura biləcəyini şəxsi işi olduğunu demişdir. Yaşar on il müddətində etibarnamələr verərək həmin torpaq sahələri ona vermişdir. Sonradan ev alqı-satqısında Yaşar on min manat pul qaytarmalı idi, həmin pulu bu gün sabah deyərək uzatmış, sonradan isə ona həmin torpaq sahələrini sata bilmədiyini, bələdiyyənin ərazisindən ona yer verəcəyini bildirmişdir. O, da Yaşarla məcbur olaraq torpaq sahələrin əvəzində başqa yer versin deyə razılaşmışdır. Sonradan Yaşar ona möhürlü sənədlər gətirib göstərmiş və həmin söhbət qalmışdır. Sonradan Yaşar ondan hər on iki sot torpaq sahəsinə görə reyestr xidmətinə ödənilməsi üçün beş min manat pul almışdır. Müəyyən vaxt keçəndən sonra 5 saylı Xaçmaz Ərazi İdarəsinin sürücüsü Xaçmaz şəhərindən Qusar şəhərinə gəlmiş, onun adına gələn çıxarışları almaq üçün ona 800 manat pul vermək lazım olduğunu demiş 1000 manatı istəmiş, o, da 1000 manatı Yaşara vermişdir. O, da Qusar şəhərində olan reyestr idarəsinin qabağında gözləmiş, sonra Yaşar ona zəng edərək sürücünün bir az gecikdiyini, ona gözləməməsini, sonra özü onunla görüşəcəyini demişdir. Sonradan Yaşardan bir xəbər çıxmamışdır. Yaşar ondan hər biri 12 sot olmaqla iki torpaq sahələrinə görə 10000 manat pul almış, arvadının və qohumun adından ona etibarnamələr vermişdir. Sonradan Yaşar etibarnamələri ləğv etdirmiş torpaq sahələrini başqa şəxslərə satmışdır. O, Yaşara 5000 manatı həmin 12 sot torpaq sahələrin çıxarışların alınması üçün vermişdir. Yaşar ona borclu olduğu puldan heç nə ödəməməmişdir.Ona vurulmuş olan maddi ziyanın ödənilməsini və mülki iddianın təmin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı vermiş olduğu ifadədən görünür ki, 2016-cı ilin təxminən payız aylarında sahibkarlıq fəaliyyətini genişləndirmək üçün Qusar rayonu Cağar-qışlaq (Cağar-palasa) kəndindən torpaq sahəsi almaq qərarına gəlmişdir. Bu barədə Cağar kənd sakini olan tanışı Şahid5 dedikdə, bu torpaq sahələrinin Qusar rayonu Kuzun bələdiyyəsinin ərazisinə daxil olduğunu, bu məqsədlə həmin vaxt Kuzun bələdiyyəsinin sədri vəzifəsində işləmiş Təqsirləndirilən şəxs müraciət etməsini demişdir. Ondan Təqsirləndirilən şəxs mobil telefon nömrəsini alıb istifadəsində olan ‘'055 615-33-33”, “050 328-84- 38”, “055 336-46-17” saylı mobil telefon nömrələri ilə onun istifadəsində olan “051 856-94- 44” saylı mobil telefon nömrəsi ilə müxtəlif vaxtlarda əlaqə saxlamışdır. 2016-cı ilin təxminən oktyabr-noyabr aylarında Təqsirləndirilən şəxsla Qusar şəhəri, “Xıdır” Ailəvi istirahət mərkəzinin yaxınlığında yolda görüşüb torpaq sahəsi almaq barədə söhbət etmiş, həmin vaxt tanışı olan, aldığı torpaq sahələrində usta işlərini görmüş, Xaçmaz şəhər sakini Şahid4 da yanlarında olmuşdur. Bələdiyyə sədri Təqsirləndirilən şəxs Qusar rayonu Cağar-qışlaq kəndi ərazisindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsi almaq istədiyini bildirmiş, o da xəritəyə baxdıqdan sonra orada olan torpaq sahəsi barədə ətraflı məlumat verəcəyini bildirmişdir. Bundan sonra onunla bir neçə dəfə Qusar şəhərində görüşüb, eləcə də mobil telefon vasitəsi ilə əlaqə saxlayıb bu barədə söhbətlər etmişdir. 2017-ci ilin mart ayının əvvəllərində Təqsirləndirilən şəxs ona bildirmişdir ki, Qusar rayonu Cağar-qışlaq kəndi ərazisindən ona 1,50 ha kənd təsərrüfatı təyinatlı və 0,27 ha sahibkarlıq məqsədi ilə torpaq sahəsi verəcəkdir, əvəzində ona ilkin olaraq 5.000 manat, cəmi isə 20.000 manat məbləğində pul verməlidir. Özü də Yaşara inanıb onunla razılaşaraq 04 mart 2017-ci il tarixdə, günorta saatlarından sonra Qusar şəhərində yerləşən “Oazis” kafesində görüşmüşdür. Həmin vaxt yanlarında tanışları Şahid5, Şahid4 və Qusar rayonu Kuzun bələdiyyəsinin mühasibi vəzifəsində işləmiş Şahid1 da olmuşlar. Orada Təqsirləndirilən şəxs bir daha ona Qusar rayonu Cağar-qışlaq kəndi ərazisindən 1,50 ha kənd təsərrüfatı təyinatlı və 0,27 ha sahibkarlıq məqsədi ilə torpaq sahəsi verəcəyini vəd edib bu adla 5.000 manat pul istəmişdir. Özü də orada ona torpaq sahəsinə görə ilkin olaraq 5.000 (beş min) manat məbləğində pul vermişdir. Yaşar pulun qalan 15.000 manatını sənədləşdirmədən sonra verməsini demişdir. Ondan torpaq sahəsinin rəsmiləşdirmə işlərinin nə zaman başa çatdırılacağını soruşmuş, o isə torpaq sahəsinin əvvəlcə yerli kənd sakininin adına sənədləşdirilməli olduğunu deyib. 3 ay müddətində öz yaxınlarının adlarına sənədləşdirib daha sonra alqı-satqı yolu ilə onun adına rəsmiləşdirəcəyini bildirmişdir. Həmin vaxt Yaşarın ondan 5.000 manat pul almasının təsdiq edilməsi üçün ona bu barədə yazıb imzası ilə təsdiq etməsini demişdir. Şahid1 torpaq sahəsinin 3 ay müddətinə sənədləşdirilməsinə görə Yaşarın ondan 5.000 manat pul alması barədə vərəqdə yazmış, Yaşar və özü imzaları ilə həmin əlyazmanı təsdiq etmişlər. Yaşara inanıb ona torpaq sahəsi verəcəyini ümidlə gözləmişdir. Üstündən 3 ay müddətin keçməsinə baxmayaraq Yaşar verdiyi vədə əməl etməmişdir. Ondan dəfələrlə aldığı pulun əvəzində torpaq sahəsi verməsini tələb etsə də, lakin 5 ildən artıq olmuşdur ki, Təqsirləndirilən şəxs hər dəfə müxtəlif aldadıcı vədlər verərək onu aldatmaqda davam etmişdir. Ona torpaq sahəsinə dair heç bir sənəd verməyərək onu aldatmışdır. Sonradan bilmişdir ki. Təqsirləndirilən şəxs əvvəlcədən niyyəti onu aldadıb pulunu ələ keçirmək olmuşdur. Ondan pulunu tələb etsə də, qaytarmamışdır. Sabiq bələdiyyə sədri Təqsirləndirilən şəxs öz vəzifə və qulluq mövqeyindən sui-istifadə edərək ona guya cəmi 1,77 ha torpaq sahəsi satacağı adı ilə onu aldadıb 5.000 (beş min) manat məbləğində pul vəsaitini ələ keçirərək ona qarşı dələduzluq cinayəti törətmişdir. Özünə dəymiş ziyanın ödənilməsinə köməklik göstərilməsini və Təqsirləndirilən şəxs tez bir zamanda cinayət məsuliyyətinə cəlb edilməsinin təmin edilməsini xahiş etmişdir. Qusar rayonu Cağar- qışlaq kəndində torpaq sahəsi almaq məqsədi ilə bələdiyyə hesabına heç bir məbləğdə ödəniş etməmişdir. Yalnız bu adla Təqsirləndirilən şəxs ondan əlbəəl 5.000 manat pul almış, söz verdiyi torpaq sahəsini ilkin olaraq öz yaxınlarının adının sənədləşdirib, daha sonra alqısatqı yolu ilə onun adına rəsmiləşdirəcəyini yalandan deyib onu aldatmışdır. Lakin verdiyi vədlərə əməl etməyərək pulunu ələ keçirmişdir. Yaşar vəd etdiyi torpaq sahəsinin ilkin olaraq Qusar rayonu Cağar kənd sakini Şahid1 atası Məhsimin adına rəsmiləşdirilməsini təklif etmiş, lakin Şahnamaz buna razılıq verməmişdir. Həmin vaxt bələdiyyə sədri vəzifəsində işləmiş Təqsirləndirilən şəxs ona torpaq sahəsi verilməsi işini özünün həll edəcəyini deyib onu özünə inandıraraq arxayın salmışdır. Daha onun bu işi necə, hansı qaydada görəcəyi barədə məlumatı olmamışdır. Lakin heç bir iş görməyərək onu aldadıb pulunu ələ keçirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, eşitmişdir ki, Təqsirləndirilən şəxs torpaq sahəsinə görə Zərərçəkmiş şəxs2 5000 manat pul alıb. Sonradan Yaşar pulunu ödəyib, Elman da verdiyi pulu aldığını deyib. Elman Yaşara 5.000 manat pul vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Elmanın Yaşara 5000 manat pul verəndə şahidi olmuş, sonradan Yaşar həmin pulu Elmana qaytarmışdır. Zərərçəkmiş şəxs1la bağlı olan pul məsələsini isə onların özlərindən eşitmiş, şəxsən hadisənin şahidi olmamışdır. Eşitmişdir ki, Tərlan əmisi oğlu ilə birlikdə Yaşara ev satmış, sonradan nəsə onları arasında narazılıq olmuşdur. Aralarında 10000 manat pul söhbəti qalmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda Zərərçəkmiş şəxs1 pul alması barədə məlumatı olmuşdur. Lakin Təqsirləndirilən şəxs ondan konkret olaraq nə vaxt, hansı məbləğdə pul almasını bilməmişdir. O, təsadüfən Zərərçəkmiş şəxs1la rastlaşmış, onunla söhbət edəndə ora Təqsirləndirilən şəxs gəlmiş, həmin vaxt Tərlan Yaşardan torpaq sahələrini qaytarmasını tələb etmişdir. Bir iki gündən sonra o, Yaşarla rastlaşmış, o, Yaşara “sən bu işlərlə zarafat eləmə, Tərlanın sənədlərini qaytar” demiş, Yaşar da ona sənədləri Tərlana qaytaracağını demişdir. Sənəd söhbəti var idi, onun pul söhbətindən xəbəri olmamışdır. Yaşar həyətyanı torpaq sahələrin barədə iki sənədi Tərlana qaytarmalı idi, lakin həmin sənədləri qaytarmamamışdır. Həmin sənədlərin kimin adına olduğunu bilməmişdir. Tərlan Yaşara pul vermişdir, nə qədər verdiyini bilməmişdir. Yaşar pulu torpağa görə almışdır. Yaşar torpaq sahələri qanuni yolla verməli idi. Pul barəsində Yaşarla Tərlan arasında söhbət olan o, orada olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təxminən 2015-ci ildə özü və əmisi oğlu Zərərçəkmiş şəxs1 Qusar şəhərindən ev alıb daha sonra isə satışa çıxarmışlar. Həmin evi Təqsirləndirilən şəxs almaq istədiyini bildirmişdir. Bununla əlaqədar Yaşar Tərlana pul verməli olmuş, həmin pulu ona qaytaracağını desə də, verməmişdir. X28 əlavə 5.000 manat və digər məbləğlərdə pul da almış, ona torpaq sahəsi verəcəyini vəd etsə də, sözlərinə əməl etməmişdir. Əmisi oğlu Zərərçəkmiş şəxs1 ona Təqsirləndirilən şəxs ondan 10.000 manat pul alıb iki ayrı-ayrı torpaq sahəsi satdığını, torpaq sahələrini öz yaxınlarının adına sənədləşdirib ona isə etibarnamə verməsini, daha sonra isə həmin etibarnamələri ləğv etdirib torpaq sahələrini başqa şəxsə sataraq onu aldatmasını demişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu ifadədən görünür ki, Zərərçəkmiş şəxs2 təsərrüfatında usta işləmişdir. Zərərçəkmiş şəxs2 2016-cı ildə sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq Qusar rayonu Cağar-qışlaq kəndi ərazisindən torpaq sahələri almışdır. Həmin vaxtlarda özü onun aldığı bağ sahələrində zəruri işləri görmək üçün usta kimi işləmişdir. Ona görə də mütəmadi olaraq birlikdə Qusar rayonuna gəlib-getmişlər. O, kənd camaatından torpaq sahələri almış, lakin almaq istədiyi torpaq sahələrinin bir hissəsi Qusar rayonu Kuzun bələdiyyəsinin ərazisinə daxil olduğundan bu məqsədlə həmin vaxt bələdiyyə sədri vəzifəsində işləmiş Təqsirləndirilən şəxs müraciət etmişdir. Zərərçəkmiş şəxs2la Təqsirləndirilən şəxs arasındakı bu danışıqlar zamanı özü də onların yanlarında olmuşdur. Təxminən 2016-cı ilin sonlarında Zərərçəkmiş şəxs2la birlikdə Qusar şəhəri, ‘‘Xıdır" Ailəvi istirahət mərkəzinin yaxınlığında yolda Təqsirləndirilən şəxsla görüşmüşlər. Elman ona sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsi almaq istədiyini dedikdə, Təqsirləndirilən şəxs xəritəyə baxdıqdan sonra ona cavab deyəcəyini bildirmişdir. 04 mart 2017-ci il tarixdə isə Zərərçəkmiş şəxs2 torpaq sahəsi almaq məqsədi ilə razılaşmaq üçün Qusar şəhərində yerləşən “Oazis” kafesində Təqsirləndirilən şəxsla görüşməli olmuşdur. Həmin vaxt onlar görüşdükdə özü də yanlarında olmuşdur. Eləcə də Qusar rayonu Kuzun bələdiyyəsinin mühasibi vəzifəsində işləmiş Şahid1 və Qusar rayonu Cağar-qışlaq kənd sakini Şahid5 da orada olmuşlar. Orada əyləşib çay içmişlər. Bu zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 Qusar rayonu Cağar-qışlaq kəndi ərazisindən 1,50 ha kənd təsərrüfatı təyinatlı, 0,27 ha sahibkarlıq məqsədi ilə torpaq sahəsi verəcəyini vəd edib, bu adla ondan 5.000 (beş min) manat məbləğində pul almışdır. Elman Yaşara pul verməsinin təsdiq edilməsi üçün bu barədə vərəqdə imzalamasını demişdir. Onlar vərəqdə bunu öz imzaları ilə təsdiq etmişlər. Elman torpaq almaq məqsədi ilə Yaşara müraciət edib danışarkən və ona 5.000 manat pulu verərkən yanlarında olsa da, Təqsirləndirilən şəxs həmin torpaq sahəsini necə, hansı qaydada rəsmiləşdirəcəyini deməsi barədə dəqiq məlumatı olmamışdır. Bu məsələnin özünə aidiyyəti olmadığından heç maraqlanmamışdır. X31 5.000 manat pul alıb torpaq sahəsi verəcəyini vəd etsə də, vədinə əməl etməyərək onu aldatmış, pulunu da ələ keçirmişdir. Elman artıq Yaşarın torpaq sahəsi vermək fikrində olmadığını görüb ondan pulunu geri qaytarmasını tələb etsə də, Yaşar onun pulunu qaytarmamış, nə də ki söz verdiyi kimi ona torpaq sahəsi verməmişdir. Təqsirləndirilən şəxs bu işi özünün həll edəcəyinə söz vermiş, lakin vədinə əməl etməyərək Zərərçəkmiş şəxs2 aldatmışdır. İş materiallarından görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, şahidlər Şahid5, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkətləri aparılan zaman da onlar ifadələrində göstərdikləri xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə təsdiq etmişlər. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilən zaman Zərərçəkmiş şəxs1 göstərmişdir ki, 2022-ci ilin iyul ayının axırlarında özü, Qusar şəhər sakini olan tanışı Şahid2 və Təqsirləndirilən şəxs Qusar şəhər Bazarının yaxınlığında dayanıb söhbət edən zaman Yaşardan əvvəl ona, daha sonra isə onu aldadıb Elkin Məlikova satdığı iki ayrı-ayrı torpaq sahəsini geri qaytarmasını tələb etmişdir. Həmin vaxt da Yaşar bu torpaq sahələrinin özünə deyil, həqiqətən də ona məxsus olmasını, əvvəllər ona satdığını etiraf edib geri qaytaracağını vəd etmiş, lakin yenə də sözünün üstündə durmayıb onu aldatmışdır. Həmçinin Yaşar bu barədə Zərərçəkmiş şəxs2 və Şahid1 yanında da etiraf etmişdir. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs2 üzləşdirmə zamanı göstərmişdir ki, Təqsirləndirilən şəxs mübahisəli iki ayrı-ayrı torpaq sahəsinin Zərərçəkmiş şəxs1 məxsus olduğunu, bu torpaq sahələrini ona geri qaytaracağına söz verməsini bir neçə dəfə müxtəlif vaxtlarda deməsini eşitmişdir. Həmçinin bildirmişdir ki, 2022-ci ilin iyul ayı ərzində Təqsirləndirilən şəxs özünün pulunu hissə-hissə 1900, 200, 1500, 1400 manat məbləğlərdən ibarət olmaqla tam şəkildə qaytarmışdır. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixdə ərizə ilə Qusar rayon prokurorluğuna müraciət edərək Qusar rayonu Kuzun bələdiyyəsinin sabiq sədri Təqsirləndirilən şəxs onu dələduzluq yolu ilə aldadıb ələ keçirdiyi 5.000 (beş min) manat məbləğində pulunu ona tam şəkildə qaytardığını bildirmişdir. İş materiallarında olan "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli, 12167 saylı məktuba əlavə edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, CD-də Zərərçəkmiş şəxs2 istifadəsində olan “050 328-84-38”, Təqsirləndirilən şəxs istifadəsində olan “051 856-94-44” saylı mobil nömrələrin xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrü əhatə edən giriş-çıxış zənglərinin siyahısı, anket məlumatları, həmin nömrələr vasitəsi ilə qeyd olunan müddətdə daxil olmuş və göndərilmiş SMS-lərin məzmunu ilə bağlı məlumatlar əks olunmuşdur. CD-də əks olunan fayllara daxil olduqda Təqsirləndirilən şəxs istifadəsində olan “051 856-94-44" saylı mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs2 istifadəsində olan “050 328-84-38” saylı mobil telefon nömrəsi arasında müxtəlif tarixlərdə danışıqlar aparılması müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli, BKC/LGL-9553/22 saylı məktuba əlavə edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, CD-də Zərərçəkmiş şəxs2 istifadəsində olan “055 615-33-33”, “055 336-46-17” saylı mobil nömrələrin xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrü əhatə edən giriş-çıxış zənglərinin siyahısı, anket məlumatları, həmin nömrələr vasitəsi ilə qeyd olunan müddətdə daxil olmuş və göndərilmiş SMS-lərin məzmunu ilə bağlı məlumatlar əks olunmuşdur. CD-də əks olunan fayllara daxil olduqda Zərərçəkmiş şəxs2 istifadəsində olan “055 615-33-33” saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan “051 856-94-44” saylı mobil telefon nömrəsi arasında müxtəlif tarixlərdə danışıqlar aparılması müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli, AZF/LGL-12367/22 saylı məktuba əlavə edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, CD-də Zərərçəkmiş şəxs1 istifadəsində olan “070 313-12- 12” saylı mobil nömrənin xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrü əhatə edən girişçıxış zənglərinin siyahısı, anket məlumatları, həmin nömrə vasitəsi ilə qeyd olunan müddətdə daxil olmuş və göndərilmiş SMS-lərin məzmunu ilə bağlı məlumatlar əks olunmuşdur. CD-də əks olunan fayllara daxil olduqda Zərərçəkmiş şəxs1 istifadəsində olan “070 313- 12-12" saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan “051 856-94-44" saylı mobil telefon nömrəsi arasında müxtəlif tarixlərdə danışıqlar aparılması müəyyən edilmişdir. İş materiallarında olan Qusar RİHB-nin Zindan Muruq kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 21 saylı məktubuna əlavə edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi X12 (arvadı), X9 (oğlu) ibarətdir. Təqsirləndirilən şəxs ərazidə aparılan bütün ictimai-siyasi tədbirlərdə fəal iştirak etmiş, nümayəndəlik tərəfindən ona verilmiş bütün tapşırıqları layiqincə yerinə yetirmişdir. Onun barəsində nümayəndəliyə heç bir şifahi və ya yazılı şikayət daxil olmamışdır. İş materiallarında olan Qusar rayon Polis şöbəsinin xx.xx.2022-ci il tarixli, 149- 13064-1222 saylı məktubuna əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Qusar rayonu Ləzə kəndində yerləşən həyətyanı torpaq sahələrini həmin kənd sakini X1 adı ilə onun etibarından sui-istifadə etməklə 2010-cu ilin iyun ayında aldığı 4.500 manat məbləğində pul vəsaitini ələ keçirib rəsmi sənədləri saxtalaşdırmaqla Azərbaycan Respublikası CM-nin 178.1 -ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün Azərbaycan Respublikası CPMnin 39.1.3-cü maddəsinə əsasən onun barəsində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Quba rayon X2 xx.xx.2022-ci il tarixli, 1181 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Quba rayon PNRM-nə müraciət etməmişdir. İş materiallarında olan Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2022-ci il tarixli, 1248/07-22 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Qusar RMX” PHŞ-nə hər hansı bir xəstəliklə əlaqədar müraciət etməmişdir, Poliklinika şöbəsində həkim-psixiatrın və narkoloqun qeydiyyatında yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********21 saylı məktubundan görünür ki, xx.xx.2015- ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla X7 adına olmuş, Qusar rayonu Ləzə kəndində yerləşən 0.12 ha yaşayış məntəqələrinin torpaq sahəsi Qusar rayon Notariat Ofisinin xx.xx.2022-ci il tarixli, 4Ə-938 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X13, xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla X8 adına olmuş, Qusar rayonu Ləzə kəndində yerləşən 0,12 ha yaşayış məntəqələrinin torpaq sahəsi Qusar rayon Notariat Ofisinin xx.xx.2022-ci il tarixli, 4Ə-937 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X14 adına özgəninkiləşdirilmişdir. xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********29 reyestr nömrəli çıxarışla X13, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********26 reyestr nömrəli çıxarışla X14 mülkiyyət hüquqları tanınmışdır. İş materiallarında olan Qusar rayon Notariat Ofisinin xx.xx.2022-ci il tarixli, X-1178 nömrəli məktubundan görünür ki, Qusar rayon Notariat Ofisində Təqsirləndirilən şəxs və X12 tərəfindən xx.xx.2017-ci il tarixdə Zərərçəkmiş şəxs1 7E-13354 reyestr nömrəsi ilə etibarnamə verilmişdir. Həmin etibarnaməyə etibar edənlərin xx.xx.2022-ci il tarixli 8İ- 2775 reyestr nömrəli ərizələri əsasında xitam verilmişdir. X11 tərəfindən xx.xx.2017-ci il tarixdə Zərərçəkmiş şəxs1 7E-13353 reyestr nömrəsi ilə etibarnamə verilmişdir. Həmin etibarnaməyə etibar edənin xx.xx.2022-ci il tarixli, 8İ-2770 reyestr nömrəli ərizəsi əsasında xitam verilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 təqdim etdiyi əlyazmadan görünür ki, Təqsirləndirilən şəxs 1,50 ha və 0,27 ha torpaq sahəsinin 3 ay müddətinə sənədləşdirilməsinə görə xx.xx.2017-ci il tarixdə Zərərçəkmiş şəxs2 5.000 manat məbləğində pul alması imzalarla təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X15 tərəfindən X17 Qusar rayonu Ləzə kəndində yerləşən, ümumi sahəsi 0,12 ha olan torpaq sahəsi satılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X12 tərəfindən X18 Qusar rayonu Ləzə kəndində yerləşən, ümumi sahəsi 0,12 ha olan torpaq sahəsi satılmış, Anelya Məlikovanın əvəzində etibarnamə üzrə nümayəndə kimi X23 iştirak etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 308.1-ci maddələri ilə tövsif edilmişdir. Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 23-cü bəndində göstərilir ki, dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi (CM-nin 178.2.3-cü maddəsi) dedikdə, həmin əməlin CM-nin 308-ci maddəsinin qeydində göstərilən vəzifəli şəxslərlə yanaşı, vəzifəli şəxs olmayan, lakin müəyyən səlahiyyətlərə malik olan digər şəxslər tərəfindən də törədilməsi başa düşülür. Qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxsin əməli CM-nin 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan həmin əməlin əlavə olaraq CM-nin 308, 309 və ya 341-ci maddələri ilə tövsif edilməsinə ehtiyac olmur. Verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş və vəzifə səlahiyyətlərdən suiistifadə etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş CM-nin 308.1-ci maddəsinə münasibətdə CM-nin 178.2.3-cü maddəsi ilə əhatə olunduğundan Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan 308.1 rəqəm ifadəsi xaric edilməli, Təqsirləndirilən şəxs əməlləri yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə tövsif edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Beləliklə, məhkəmə məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 178.2.2, 178.2.3, 178.2.4 –cü maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X16 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 178.2.2, 178.2.3, 178.2.4-cü maddənin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 178.2.2, 178.2.3, 178.2.4-cü maddəsin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə və azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində barəsində Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin icraatında CM-nin 309.1, 311.3.2, 311.3.3 və 313-cü maddəsilə təqsirləndirilməsinə dair cinayət işi mövcuddur.CPM-nin 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini ədalətli hesab edir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. CM-nin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. CM-nin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 noyabr 2011-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumunu hesab etmişdir ki, əlavə cəzalar cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Əlavə cəzaların sosial əhəmiyyəti onda ifadə olunur ki, onlar cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirir. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Həmin Qərarının 3-cü bəndinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14 və 353.2.8-ci maddələrinin tələblərinə görə cinayət qanununun müvafiq maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda, məhkəmələr onun təyin edilməsinin zəruri olubolmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın motivlərini göstərməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 178.2.2, 178.2.3, 178.2.4-cü maddəsində nəzərdə tutulan hərəkətləri törətməklə zərərçəkmiş şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş Təqsirləndirilən şəxs dövlət və yerli özünüidarə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum edilməsi, cəzanın tənbeh təsirinin gücləndirilməsi və cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsini təmin etmək baxımından zəruridir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi epizodlardan Zərərçəkmiş şəxs2 vurmuş olduğu maddi ziyanı tam şəkildə ödəməsinini CM-59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən digər hal kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmasını şəxsiyyəti müsbət xarakterizə edən hal kimi qəbul edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzanı ağırlaşdıran hallar aşkar edilmədi. Təqsirləndirilən şəxs törətdiyi hazırkı cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə əsasən “ az ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli 4(001)-1423/2022 saylı qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 22 dekabr 2022-ci il tarixdən hesablanmış, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 09 avqust 2023-cü il tarixdən hesablanmalı, barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri seçilməsi, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılması nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı mülki iddia ərizəsi ilə müraciət edərək X6 təqsirləndirildiyi cinayət işi üzrə mülki iddiaçi kimi tanınmasını və ona vurulmuş olan 16000 manat ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Məhkəmə hesab edir ki, X6 törətdiyi cinayət əməli nəticəsində maddi ziyanın vurulması tam sübuta yetirildiyindən mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs 16000 (on altı min) manat maddi ziyan tutularaq Zərərçəkmiş şəxs1 verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə ekspertiza xərci və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197,198, 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət 178.2.2, 178.2.3, 178.2.4cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən, 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul şəxs qismində vəzifə tutma hüququndan məhrum edilməklə, 02 (iki) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 09 avqust 2023-cü il tarixdən hesablansın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri seçilməsi, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılması nəzərə alınsın. Mülki iddia təmin edilsin, X5 16000 (on altı min) manat maddi ziyan tutularaq Zərərçəkmiş şəxs1 verilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Qusar rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Əli Cəlilov
Məhkəmə qərarları › İş №1(029)-6/2023
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-6/2023
09.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver