Məhkəmə qərarları › İş №1(029)-6/2024

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-6/2024

23.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-6/2024 23.01.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X10 Adil oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1982-ci ildə Qusar rayonu Avaran kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxıb, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 18 iyun 2023-cü il tarixdə Qusar şəhəri ərazisində şəxsiyyəti istintaqa məlum olmayan mənbədən, 01 ədəd bükümdə təmiz çəkisi 0,838 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini şəxsi istifadə məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımış, 19 iyun 2023-cü il tarixdə, saat 19:30 radələrində Qusar RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Qusar şəhəri H.Z.Tağıyev küçəsində saxlanıldığıdan sonra üzərində aparılan şəxsi axtarış zamanı şalvarının arxa sağ yan cibində qanunsuz olaraq saxladığı və gəzdirdiyi 01 ədəd selofan bükümdə təmiz çəkisi 0,838 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs əvvəlcə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, konserv istehsal etdiyi zavodda işləyir və 18 iyun 2023-cü il tarixdə saat 7 radələrində həmkəndliləri Azər Kərimov və Bəhruz Kərimov ilə birlikdə onun avtomobili ilə yaşadığı kəndə getdikləri zaman onları yol polisi saxlamışdır. O, maşından düşəndən sonra polis ona əyləc işıqlarının yanmadığını bildirmişdir. O, maşının arxa tərəfinə doğru gələndə 5-6 nəfər polis onun əllərini qandallayıb, başını maşının kapotuna doğru sıxmışlar. Bundan sonra onun üzərini yoxlamağa başlamışlar. Həmin vaxt onun üzərində heç bir narkotik vasitə olmamışdır. Telefonunu və digər əşyalarını kapotun üzərinə qoyub, arxa cibində olanlarını çıxarmasını demişlər. O, arxa cibində heç nə olmadığını desə də, cibindən paket çıxmışdır. Bu zaman Azərlə Bəhruz maşından çıxıb nə baş verdiyini soruşmaq istəyəndə, polislər onlara geri oturmalarını demiş, onları da yoxladıqdan sonra getmələrini tələb etmişlər. Sonra isə onu polis şöbəsinə aparmışlar. Orada isə məcbur etmişlər ki, təqdim olunan sənədləri imzalasın. Təqsirləndirilən şəxs sonrakı məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, əməlini etiraf edərək üzərindən aşkar olunmuş heroini tapdığını, hazırda əməlindən peşman olduğunu və himayəsində iki azyaşlı uşaqları olduğunu nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Qusar rayon Polis Şöbəsinin CAB-ın baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 19 iyun 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatına əsasən, Qusar rayonu Avaran kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlanılması ilə məşğul idi. Əməliyyat qrupu yaradıldıqdan sonra Şıxkərimov Emin özünə məxsus “Opel” markalı avtomobili ilə hərəkət etdiyi zaman xidmət aparan DYP əməkdaşına radioötürücü ilə məlumat vermişlər və həmin nəqliyyat vasitəsi saxlanılmışdır. Onlar dərhal yaxınlaşıb Emin Şıxkərimovun yanında olan 2 nəfər şəxsin olmasını müşahidə etmişlər və onları dərhal hadisə yerindən uzaqlaşdırmışlar. Emin Şıxkərimovun üzərinə baxış keçirilən zaman, şalvarının arxa cibindən narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Emin Şıxkərimovun özü də dəfələrlə narkotik vasitələrdən istifadə etdiyini bildirmiş və həmin narkotik vasitəni özü könüllü olaraq onlara təqdim etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs heç bir təzyiq olmamış, əməliyyat qrupunun üzvlərinə davranış xətti izah olunmuş, Emin saxlanılan kimi demək olar ki, istintaq qrupu hadisə yerinə yaxınlaşmış və videoçəkiliş ilə üzərinə baxış keçirilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə analoji ifadə verərək həmin şəxsin göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır və Eminlə bir yerdə Konserv zavodda işləyirlər. Hətta, işə iş paltarında gəlib-gedirlər və paltarlarını dəyişmirlər. Həmin gün saat 7-də iş qurtarmış və onlar birlikdə Eminlə evə gedən zaman, Avtobaza yolu ilə qalxarkən onları YPX-nin əməkdaşları saxlamışlar. YPX əməkdaşı avtomaşının arxa farasının yanmadığını bildirmiş və Emin maşından düşmüşdür. O, həmin vaxt telefonla danışmış, danışıb qurtardıqdan sonra baxanda görmüşdür ki, iki nəfər şəxs YPX-nin xidməti avtomobilindən düşərək qaça-qaça onlara tərəf gəlmişlər və Eminin qollarını tutmuşlar. Bu vaxt o, görmüşdür ki, iki nəfər Eminin qollarına qandal vurmuşlar, bir nəfər isə üzərini axtarmağa başlamış və üzərindəki əşyaların Eminə məxsus olub-olmamasını soruşmuşdur. Emin telefonun və digər əşyaların ona məxsus olduğunu bildirmişdir. Bundan sonra onun və maşında əyləşmiş digər şəxsin üzərlərinə baxış keçirib tələb etmişlər ki, həmin yerdən uzaqlaşsınlar. Emin həmin hadisədən üç gün sonra işə gəlmiş və polislər tərəfindən cibinə nə isə atıldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onun həmkəndlisidir və Eminlə bir yerdə Konserv zavodda işləyirlər. Həmin gün Emingil işdən onlardan 10-15 dəqiqə qabaq çıxmışlar, onlar isə velosipedlə gəlmişlər. Azər və Bəhruz Eminin maşını ilə getmişlər. Onlar yol ilə gedərkən görmüşlər ki, polis əməkdaşları Emingili saxlayıblar. Onlar təxminən 20-25 dəqiqə orada durmuşlar, həmin müddət ərzində Emingil də orada olublar. Həmin hadisədən sonra Emin 3-4 gün işə gəlməmiş, gələndən sonra narkotik vasitəyə görə problem olduğunu bildirmişdir. Məhkəmə baxışı zamanı tədqiq olunan şəxsi axtarış və götürmə aparılmasını əks etdirən videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilir ki, 19 iyun 2023-cü il tarixdə saat 19:30-da Qusar şəhəri H.Z.Tağıyev küçəsində üzərinə şəxsi axtarış aparılarkən X2 əynindəki qara rəngli şalvarın arxa sağ yan cibindən çıxarıb təqdim etdiyi 01 ədəd narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilmiş və götürülmüşdür. İş materiallarında olan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatlarının tədqiqi” məhkəmə ekspertizasının 20 iyun 2023-cü il tarixli 6/3438 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Zərflər üçün №106” dairəvi möhür əksi, “Vət. Təqsirləndirilən şəxs oğılunun üzərindən aşkar edilmiş...” sözləri, soyad və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,838 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. (i/v:33-36). Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, heroinin təmiz çəkisi 0,838 qram olmuş, 0,05 qram tədqiqata sərf olunmuş, 0,788 qram qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən aparılmış ambulator məcburi-narkoloji tibbi yoxlamanın 18 iyul 2023-cü il tarixli 4541 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v: 107-108). İş materiallarında olan 21 iyun 2023-cü il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş və keçirilmiş müvafiq ekspertizadan sonra qalıq qalmış 01 ədəd bükümdə 0,788 qram olan, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Qusar RPŞ-nin Maddi Sübutlar otağına təhvil verilmişdir (i/v: 62). İş materiallarında olan 08 sentyabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulduqdan sonra şəxsi axtarışı zamanı çəkilişlə lentə alınmış, əldə olunmuş görüntüləri əks etdirən bir ədəd DVD disk maddi sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinin materiallarına əlavə edilmişdir (i/v: 113-118). İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Qusar rayon İHB-nın Avaran kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Qusar rayon İHB-nın Avaran kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 321 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşı X1, xx.xx.2010-cu il təvəllüdlü oğlu Abdul Şixkərimovdan və xx.xx.2012-ci il təvəllüdlü qızı Nuray Şixkərimovadan ibarətdir. İş materiallarında olan AZ-İİ 499751 və AZ-İİ 941594 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il təvəllüdlü Abdul və xx.xx.2012-ci il təvəllüdlü Nuray adlı iki azyaşlı uşaqları vardır. Göründüyü kimi Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi yuxarıda sadalanan sübutlarla tam təsdiq olunur. Beləliklə də, məhkəmə - ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə tədqiq edilən sübutların məcmusuna qiymət verərək Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edir. O, həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı əməlindən peşman olmasını, himayəsində iki azyaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini, işdə cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar rayonu Avaran kəndində yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmuş, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, himayəsində iki azyaşlı uşaqları var. Bundan başqa, CM-nin 58.1-ci maddəsinin mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 19 iyun 2023-cü ildə saat 19:45-də şübhəli şəxs qismində tutulmuş, 21 iyun 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin tarixdə saat 11:15-də tutulmadan azad edilmişdir. Bununla da, həmin şəxsin azadlığı 2 (iki) gün müddətində faktiki məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Təsvir olunanlara əsasən, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı 2 (iki) gün həbsdə olduğu müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin, qanuni qüvvəyə minmiş hökmün surəti Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə məqsədi ilə məcburi müalicənin icrasına nəzarət ediməsi və ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə hökmün tələblərinin yerinə yetirilməsinə nəzarət edilməsi üçün probasiya nəzarətini həyata keçirən icra məmuruna göndərilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertizadan sonra qalıq qalmış 0,788 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarına əlavə olunmuş 01 ədəd DVD disk işdə saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri 80 (səksən) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı əmlak müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 351-353cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq 19 iyun 2023-cü il tarixdən 21 iyun 2023-cü il tarixədək 02 (iki) gün faktiki olaraq həbsdə saxlanma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar rayonu Avaran kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertizadan sonra qalıq qalmış 0,788 qram çəkidə narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə 80 (səksən) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. İş materiallarına əlavə olunmuş 01 ədəd DVD disk işdə saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ANAR QASİMOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar