Məhkəmə qərarları › İş №1(029)-60/2021

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-60/2021

10.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-60/2021 10.08.2021 QUSAR RAYON MƏHKƏMƏSİ X13 Təşəkkül oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəlihimayəsində ikisi azyaşlı olmaqla üç yetkinlik yaşına çatmayan uşaqları olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1-da qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, dörd gün əvvəl Bakı şəhərində “Papanin” adlanan yerdə istintaqa məlum olmayan şəxsdən şəxsi istehlakı üçün narkotik vasitə olan kustar üsulla hazırlanmış heroini 30 manata qanunsuz olaraq almış və satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək özü ilə daşıyıb üzərində saxlamış, daha sonra isə həmin narkotik vasitədən 24 may 2021-ci il tarixdə istifadə etmiş, qalan hissəsi isə 27 may 2021-ci il tarixdə saat 20 radələrində Qusar RPŞ-nin əməkdaşları tərəfindən Qusar şəhərində yerləşən “Meydan” adlanan yerdə saxlanılaraq idarə etdiyi “VAZ 21112” markalı, “O 086 CT 05 rus” dövlət nömrə nişanlı avtomobillə birlikdə Qusar rayon polis şöbəsinə gətirilərək üzərində şəxsi axtarış aparılan zaman həmin təmiz çəkisi -0,206 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadə verərək göstərmişdir ki, o, 2-3 aydır ki, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitələri Bakı şəhərindən almış, satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün almışdır. 24 may 2021-ci il tarixdə o, qonşuları və dostları Abdulhəlim və Eldarla birlikdə Abdulhəlimin Qusar şəhəri “Daş bazarı”nda yerləşən dəmir sexində görüşmüş, orada çay içmişlər və həmin vaxt o, üzərində “kakos” adlanan narkotik vasitə heroin olduğunu bildirmiş, istifadə üçün Eldara və Abdulhəlimə təklif etmiş, onlar razılaşmışlar və birlikdə həmin narkotik vasitəni çəkmişlər. Narkotik vasitənin qalan hissəsi isə onun üzərində qalmışdır. Bundan sonra 27 may 2021-ci il tarixdə o, öz avtomobili ilə Qusar şəhəri “Meydan” adlanan ərazidə olarkən polis əməkdaşları onu saxlayaraq Qusar rayon Polis Şöbəsinə aparmışlar, orada onun üzərinə və avtomobilinə baxış keçirilmiş, üzərindən narkotik vasitə olan heroin aşkar olunmuş, avtomobildən isə narkotik vasitə aşkar olunmamışdır. Hazırda törətdiyi əməlindən peşmandır, ailədə yeganə qazanc gətirən şəxsdir, himayəsində ikisi azyaşlı olmaqla üç yetkinlik yaşına çatmayan uşaqları var, bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Odur ki, barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələri, materialların məhkəmə ekspertizasının və məhkəmə-narkoloji ekspertizasının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Qusar RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir. 27 may 2021-ci il tarixdə Vahid, Abdulhəlim və Eldar adlı şəxslərin Qusar şəhəri “Daş bazarı” adlanan ərazidə Abdulhəlimin işlədiyi sexdə narkotik vasitələrdən istifadə etmələri ilə bağlı əməliyyat məlumatı daxil olandan sonra əməliyyat qrupu yaradılmış, o və digər polis əməkdaşları həmin sexə gedib baxış keçirmişlər. Baxış zamanı oradan narkotik vasitələrin qalıqlarını aşkar etmişlər. Bundan sonra Vahid adlı şəxsi saxlamışlar, onun şəxsi axtarışı zamanı üzərindən narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Narkotik vasitənin çəkisi təxminən 0,206 qram olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs onun qonşusu və uşaqlıq dostudur. O, 24 may 2021-ci il tarixdə Qusar şəhəri “Daş bazarı”nda yerləşən, dostu Abdulhəlimin sexinə getmiş və orada Vahidlə Abdulhəlimin olduğunu görmüşdür. Orada onlar çay içmişlər və həmin vaxt Vahid ona və Abdulhəlimə “kakos” adlanan narkotik vasitədən istifadə etməyi təklif etmiş, onlar razılaşmışlar və birlikdə həmin narkotik vasitəni kağız boruya doldurub çəkmişlər. Vahid həmin narkotik vasitəyə görə ondan və Abdulhəlimdən pul almamışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, 2018-ci ildən DİO-da, 2019-cu ildən isə tutduğu vəzifədə, yəni Qusar RPŞ-nin CAB-nin axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı kimi xidmət edir. 27.05.2021-ci il tarixdə Qusar şəhər sakinləri Şahid3, Təqsirləndirilən şəxs və Şahid4 narkotik vasiələrin istifadəsi və saxlamaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə Qusar RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili polis mayoru Şahid1, NMQ-nun baş əməliyyat müvəkkili polis mayoru Murad Osmanovun və digər əməkdaşlardan ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra həmin tarixdə saat 16 radələrində Qusar şəhər sakini Abdulhəlim tərəfindən Qusar RPŞ-nə gətirilmiş, RPŞ-də üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərində narkotik vasitə aşkar edilməmiş, buna baxmayaraq Abdulhəlim, “Daş Bazarı”nda yerləşən işlədiyi qaynaqçı sexində narkotik vasitə saxladığını bildirmiş, daha sonra işlədiyi sexə baxış keçirilmiş və sexdə bir bükümdə qurudulmuş marixuana, eləcə də üzərində heroin istifadə olunmuş falqa aşkar olunaraq götürülmüşdür. Bundan sonra həmin tarixdə saat 20 radələrində Qusar şəhər sakini Təqsirləndirilən şəxs da idarə etdiyi “VAZ 2111” markalı, “o 086CT05 rus” nömrə nişanlı avtomobillə birlikdə RPŞ-nə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sol yan cibində saxladığı “VİNÇESTER” markalı siqaret qutusunun içərisində siqaret kağızı bükümündə narkotik vasitə olan heroin, bir ədəd kağız üzərində skoçla sarılmış heroin istifadə etmək üçün hazırladığı boru, bir ədəd heroin istifadə etdiyi falqa, bir ədəd alışqan, əynində olan gödəkçənin sol qolunda olan cibin içərisində isə bir ədəd “Beynəlxalq Bank” tərəfindən verilmiş plastik kartı və bir ədəd “İphone 6” markalı mobil telefon aşkar edilmişdir. Vahidin üzərindən aşkar edilmiş narkotik vasitə olan heroin və heroin istifadə etdiyi falqa ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq, imzalarla təsdiq olunduqdan sonra möhürlənmişdir. Bundan sonra isə yuxarıda Vahidin idarə etdiyi avtomobilə də baxış keçirilmiş, lakin baxış zamanı idarə etdiyi avtomobildə narkotik vasitə aşkar olunmamışdır. Daha sonra saat 21 radələrində Şahid4 da Qusar RPŞ-nə gətirilmiş, lakin üzərinə şəxsi axtarış keçirilən zaman narkotik vasitə aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, üç ay olar ki, Qusar şəhərində yerləşən “Daş Bazarı” adlanan yerdə yerləşən qaynaqçı sexində nəzarətçi işləmiş, eləcə də təxminən bir ay bundan əvvəldən narkotik vasitələrdən istifadəyə başlamışdır. Belə ki, bir ay bundan əvvəl Qusar şəhərində yerləşən X5 arxasında yerləşən meşə ərazisində gəzişdiyi zaman narkotik vasitə olan qurudulmuş marixuana tapmış, istifadə etmək üçün saxlamış, tapdığı marixuana təxminən 20-25 qram çəkidə və selofan paketdə olmuşdur. Həmin vaxt tapdığı marixuanadan işlədiyi qaynaqçı sexində istifadə etdiyi zaman qonşusu, həm də dostu Vahid təsadüfən sexə gəlmiş və onu marixuana istifadə edən zaman görmüşdür. Bundan sonra onlar birlikdə həmin marixuanadan istifadə etmişlər. Həmin marixuananı gündəlik istifadə etmiş və həmin marixuanadan bir bükümdə qalan hissəni də işlədiyi sexdə qapının arxasında gizlətmişdir. Bundan sonra 3 gün əvvəl sexdə olduğu zaman Vahid sexə gəlmiş və Bakı şəhərində tanımadığı adamdan 3-4 dəfə istifadə etmək üçün narkotik vasitə olan kakos, yəni heroin aldığını bildirmiş, heroindən istifadə etmək istədiyini Vahidə bildirmiş, onlar birlikdə heroin istifadə etmək üçün hazırlıq gördükləri zaman digər qonşuları, həm də dostu Eldar da ora gəlmişdir. Onlar hər üçü birlikdə Vahidin gətirdiyi heroindən istifadə etmiş və istifadə etdikdən sonra üzərində heroin qalıqları qalmış falqanı sexdə olan darvazanın arxasına qoymuşdur. 27.05.2021-ci il tarixdə saat 16 radələrində Qusar şəhəri, H.Əliyev prospektində olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və narkotik vasitələrin saxlanılmasında şübhəli bildiklərinə görə Qusar RPŞ-yə gətirmişlər. Onlar polis şöbəsinə gəldikdən sonra şəxsi axtarış zamanı ona üzərində qadağan olunan maddə varsa təqdim etməyi təklif olunmuş, üzərindən həmin vaxt hər hansı narkotik maddə aşkar olunmamışdır. Bundan sonra şəxsi axtarış zamanı başqa yerdə narkotik vasitə saxlamışdırsa təqdim etməyi təklif olunmuş, işlədiyi qaynaqçı sexində narkotik vasitə olan marixuana gizlətdiyini demiş və təqdim etməyə razılaşmışdır. Polis əməkdaşları və müdafiəçi ilə birlikdə nəzarətçi işlədiyi sexə getmiş və orada gizlətdiyi qutuda olan kağız bükümdəki tütünlə qarışıq narkotik vasitə olan qurudulmuş marixuananı və falqada qalmış Vahid və Eldarla birlikdə istifadə etdikləri kakos qırıntısını polis əməkdaşlarına təqdim etmişdir. Aşkar edilmiş maddələr oradaca qablaşdırılıb götürülmüş və zərfin üzərinə imza etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Qusar RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili X4 tərəfindən qəbul edilmiş 27.05.2021-ci il tarixli “əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərarından görünür ki. Təqsirləndirilən şəxs narkotik vaitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, narkotik vasitəni istifadə etdiyi yerləri və narkotik vasitəni əldə etdiyi mənbəni müəyyənləşdirmək məqsədi ilə ƏAF haqqında Qanunun 10-cu maddəsinin 1-ci hissəsinin 1 və 2-ci bəndində nəzərdə tutulmuş tədbirlərin keçirilməsi qərara alınmışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 27 may 2021-ci il tarixli “cinayət törətməkdə şübhəli bilkinən şəxsin tutulması haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 20:20-də Təqsirləndirilən şəxs Qusar RPŞ-nin İB-nin müstəntiqi Samik Həsənov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 27 may 2021-ci il tarixli “axtarış və götürmə aparılması haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 20:49-dan saat 21:07-dək Qusar RPŞ-nin İBnin müstəntiqi X7 tərəfindən Təqsirləndirilən şəxs, Qusar RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1, həmin polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid2, həmin polis şöbəsinin ekspert-kriminalisti X3, Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yan cibindən bir ədəd “NAFTİZİN” dərmanı, gödəkçənin sol iç cibindən bir ədəd alışqan, əynində olan cins şalvarın sağ yan cibindən bir ədəd “İphone 6” markalı mobil telefon və əynində olan boz rəngli cins şalvarın sol cibində saxladığı “VİNÇESTER” markalı siqaret qutusunun içərisində siqaret kağızı bükümündə narkotik vasitə olan heroinə oxşar boz rəngli toz şəkilli maddə, bir ədəd kağız üzərində skoçla sarılmış heroin istifadə etmək üçün hazırlanmış boru və bir ədəd heroin istifadə etdiyi üzərində heroin qalıqları olan falqa aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin maddənin narkotik vasitə olan heroin olduğunu, özünün narkotik vasitə aludəçisi olduğunu və həmin narkotik vasitəni internet vasitəsi ilə tanımadığı şəxsdən aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Həmin narkotik vasitə heroinə oxşar maddələr qablaşdırılıb ekspertizaya göndərilməsi üçün ayrı-ayrı zərflərə qoyulmuş, zərflər Azərbaycan Respublikası DİN-nin 106 saylı möhürü ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış, daha sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş digər əşyalar özünə qaytarılmışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq orqanının 29 may 2021-ci il tarixli “qətimkan tədbiri seçmək barədə” qərarından görünür ki, həmin tarixdə saat 16:15-də Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o. Qusar RPŞ-nin X6 dərhal azad olunmuşdur. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının 28 may 2021-ci il tarixli 6/2137 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ...”və s. yazılar olan 02 ədəd zərfdən birinin (1№-li) içərisində 01 ədəd bükümdə təmiz çəkisi 0.206 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, digər zərfdəki (2№-li) 01 ədəd folqa kəsiyinin üzərində heroinin izləri müəyyən edilmişdir. Folqa kəsiyində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirilməsi üzrə tədqiqatın aparılması mümkün olmamışdır. O cümlədən Şahid3 işlədiyi sexdən aşkar edilərək götürülmüş heroin kütləsinin yanma nəticəsində tərkibi dəyişdiyi üçün Təqsirləndirilən şəxs üzərindən aşkar olunan heroin kütləsi ilə eyniləşdirmə tədqiqatın aparılması mümkün olmamışdır. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Raespublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, 1 №-li zərfdəki heroinin təmiz çəkisi-0,206 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-0,156 qram. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının 28 may 2021-ci il tarixli 7/502 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “..... Şübhəli şəxs Şahid3 işlədiyi sexdən aşkar ediləırək götürülmüş ........”yazılar və imzalar olan zərfdə bir ədəd kağız bükülünün içərisindəki yarı hissəsi kəsilmiş kibrit qutusunda təmiz çəkisi -0.646 qram və həmin zərfdə bir ədəd kağız bükülüdə olan qarışıq kütlədə təmiz çəkisi-0.160 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan marixuanalardır. Marixuanaların ümumi çəkisi -0.806 qramdır. Həmin marixuanalar tərkibinə görə eynidir. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Marixuanaların ümumi çəkisi-0,806 qram (1-2№-li ob), tədqiqata sərf edildi cəmi-0,04 qram (hər obyektdən 0,02 qram), qalıq-0,766 qram. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının 28 may 2021-ci il tarixli 6/2136 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 106” möhür əksi, “Şübhəli şəxs Şahid3 işlədiyi sexdən aşkar edilərək götürülmüş...” və s yazılar olan kağız paketdəki 01 ədəd folqa bükümdə təmiz çəkisi 0.049 qram yanma nəticəsində tündləşmiş maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, heroinin təmiz çəkisi-0,049 qram, tədqiqata sərf edildi-0,033 qram, qalıq-0,016 qram. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 may 2021-ci il tarixli 6/2137 saylı, 28 may 2021-ci il tarixli 7/502 saylı və 28 may 2021-ci il tarixli 6/2136 saylı məktublardan görünür ki, aparılmış ekspertiza tədqiqatlarının cəmi dəyəri 284,46 (iki yüz səksən dörd manat qırx altı qəpik) manatdır. İş materiallarında olan ibtidai istintaq orqanı tərəfindən qəbul edilmiş 29 may 2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış-0.156 qram heroin, Şahid3 üzərindən aşkar edilərək götürülmüş və müvafiq ekspertizalardan sonra qalıq qalmış 0.016 qram heroin və 0.766 qram tütünlə qarışdırılmış qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Qusar RPŞ-nə təhvil verilmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 12 iyun 2021-ci il tarixli 1865 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının 10 iyul 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Ədliyyə Nazirliyinin MEMdə aparılmış ekspertizalardan sonra qalıq qalmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış-0.156 qram heroin, Şahid3 üzərindən aşkar edilərək götürülmüş və müvafiq ekspertizalardan sonra qalıq qalmış 0.016 qram heroin və 0.766 qram tütünlə qarışdırılmış qurudulmuş marixuana iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən , maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılması nəzərə alınmışdır. Şahid4 barəsində AR İXM-nin 206-cı maddəsi ilə tədbir görülməsi nəzərə alınmışdır. Şahid3 barəsində AR İXM-nin 206-cı maddəsi ilə tədbir görülməsi məqsədilə qərarın surəti RPŞ-nin İTB-nə həvalə edilmişdir. Şahid3 narkotik vasitələrin əldə etmə mənbəsinin müəyyən edilməsi məqsədilə material ayrılaraq Qusar RPŞ-nin CAB-nə göndərilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 05.0+6.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Qusar RİHB-nın Qusar şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 07 iyun 2021-ci il tarixli 1188 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qusar şəhəri F.Musayev küçəsi 112 saylı evdə yaşayır və ailə tərkibi həyat yoldaşı X2, 2006-cı il təvəllüdlü qızı Elina Haşımovadan, 2008-ci il təvəllüdlü oğlu Zakir Haşımovdan və 2019-cu il təvəllüdlü Maryam Haşımovadan ibarətdir. İş materiallarında olan AZ-İ 761770, AZ-İİ 080296 və AZ-İV 354109 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 12 may 2006-cı il təvəllüdlü Elina, 06 aprel 2008-ci il təvəllüdlü Zakir və 28 noyabr 2019-cu il təvəllüdlü Maryam adlı üç yetkinlik yaşına çatmayan uşaqları vardır. Həmin uşaqların ikisi azyaşlıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs həqiqətən də, 0,206 qram narkotik vasitə olan heroini qanunsuz olaraq saxlaması və daşıması, bununla da, onun Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, himayəsində iki azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hal kimi qəbul edir, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimaitəhlükəlilik dərəcəsini, işdə cəzanı yüngülləşdirən halı, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən onun hazırkı iş üzrə tutularaq 27 may 2021-ci il tarixdən 29 may 2021-ci il tarixədək 02 (iki) gün faktiki olaraq həbsdə saxlanma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti cəzanın saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilirki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 1 ünvanda yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 17-1.6-cı maddəsinə əsasən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, onun barəsində alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarın surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Həmin Məcəllənin 17-1.8-ci maddəsinə əsasən ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin, qanuni qüvvəyə minmiş hökmün surəti Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə məqsədi ilə məcburi müalicənin icrasına nəzarət ediməsi və ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə hökmün tələblərinin yerinə yetirilməsinə nəzarət edilməsi üçün probasiya nəzarətini həyata keçirən icra məmuruna göndərilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış-0.156 qram heroin, Şahid3 üzərindən aşkar edilərək götürülmüş və müvafiq ekspertizalardan sonra qalıq qalmış 0.016 qram heroin və 0.766 qram tütünlə qarışdırılmış qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə məhkəmə xərcləri 284,46 (iki yüz səksən dörd manat qırx altı qəpik) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq 27 may 2021-ci il tarixdən 29 may 2021-ci il tarixədək 02 (iki) gün faktiki olaraq həbsdə saxlanma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 1 ünvanda yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış-0.156 qram heroin, Şahid3 üzərindən aşkar edilərək götürülmüş və müvafiq ekspertizalardan sonra qalıq qalmış 0.016 qram heroin və 0.766 qram tütünlə qarışdırılmış qurudulmuş marixuana məhv edilsin. İş üzrə 284,46 (iki yüz səksən dörd manat qırx altı qəpik) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: RAHİM HƏSƏNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar