Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-60/2022 23.08.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Qusar rayonu Xuluq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş (Qusar rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il, 5 ay, 29 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 70-ci maddəsi tədbiq edilərək təyin edilən cəza şərti hesab edilməklə 1 il sınaq müddəti müəyyən edilmiş, Qusar rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 237.2-ci maddələri ilə təqsirli bilinərək 3 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 70-ci maddəsi tədbiq edilərək təyin edilən cəza şərti hesab edilməklə 3 il sınaq müddəti müəyyən edilmiş) məhkumluğu ödənimiş, Qusar rayonu Xuluq kəndində qeydiyyatda olan, faktiki olaraq Qusar şəhəri Yeni Massivdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 25 may 2022-ci il tarixdə saat 22 radələrində Xaçmaz rayonu Xudat şəhəri ərazisində şəxsiyyəti istintaq məlum olmayan mənbədən, tanışı X11 ilə birlikdə 30 manat ödəməklə 01 ədəd kibrit qutusunda tərkibində narkotik maddələr olan çətənə (Kannabis) bitkisindən kustar üsulla hazırlanmış ümumi çəkisi 10,320 qram narkotik vasitə qurudulmuş marixuananı şəxsi istifadə məqsədilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımış, 26 may 2022-ci il tarixdə, saat 01 radələrində Qusar şəhərində yerləşən Yeni Massiv adlanan ərazidə kirayədə yaşadığı evinin qarşısında Qusar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılmış və üzərində aparılan şəxsi axtarış zamanı qanunsuz olaraq şalvarının cibində saxladığı və gəzdirdiyi 01 ədəd kibrit qutusunda və 3 ədəd kağız bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 7,124 qram; 1,175 qram; 1,021 qram; 0,740 qram yə kənarda olan ona məxsus istifadə üçün hazırlanmış bir manatlıq pul əskinazının üzərində 0,260 qram təkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 3 ildir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 25 may 2022-ci il tarixdə o, tanışı Faik ilə birlikdə Xudat şəhərinə getmiş, hərəsi 30 manat pul qoyaraq 2 (iki) ədəd kibrit qutusunda narkotik vasitə olan marixuana almışdır. Bundan sonra o, aldığı kibrit qutusunda qurudulmuş marixuananı cibinə qoymuş, Faik də kibrit qutusundakı qurudulmuş marixuananı öz cibinə qoymuşdur. Sonra onlar Qusar şəhərinə qayıtmış, Faik öz evinə getmiş, o, isə evinin arxa tərəfinə gedib aldığı kibrit qutusunda olan qurudulmuş marixuananı dağılmaması üçün 3 ədəd kağız bükümlərə boşaltmış, qalanı isə kibrit qutusunda saxlamış, bir hissəsini isə çəkmək üçün evin yanında hazırlamağa başlamışdır. Həmin tarixdə, saat 23 radələrində butulka ilə özünə narkotik vasitə qurudulmuş marixuananı hazırlayıb çəkmək istədiyi zaman Şahid3 ora gəlmiş, onun ardınca həmin yerə polis əməkdaşları gəlmişlər. Orada onun üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı əynində olan şalvarın sol arxa yan cibində olan 3 ədəd kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuana və 01 ədəd kibrit qutusunda olan marixuana aşkar edilərək ekspertizaya təqdim olunması məqsədi ilə qablaşdırılaraq götürülmüş, eləcə də narkotik vasitə qəbul etmək istədiyi yerdə hazırladığı qalıq qalmış marixuana da dəmir üzərindən polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Onun üzərindən aşkar olunmuş narkotik vasitə ona məxsusdur. Tutulan zaman ona qarşı hər hansı fiziki və ya psixi təzyiq göstərilməmişdir.Hazırda törətdiyi cinayət əməlindən peşmandır. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun özünün etirafedici ifadəsi ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə, materialların məhkəmə ekspertizasının, məhkəmə-narkoloji ekspertizasının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Qusar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 25 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində, saxlanılmasında və daşınmasında şübhəli bilinməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə Qusar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2la birlikdə 26 may 2022-ci il tarixdə, saat 00:50 radələrində Təqsirləndirilən şəxs yaşadığı Qusar şəhəri X15 adlanan ərazidə saxlanılmış, daha sonra müdafiəçinin və onların iştirakları ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sol arxa yan cibində 03 ədəd kağız bükümdə və 01 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid3 verdiyi ifadəsindən görünür ki, Qərib onun uşaqlıq dostudur, hal-hazırda Qusar şəhərində kirayədə yaşayır. O, ara-sıra Qusar şəhərinə gəldikdə Qəriblə görüşmüşdür. 25 may 2022-ci il tarixdə yenə Qəriblə Qusar şəhərində saat 20 radələrində kafelərin birində görüşmüş, Qərib ona hal-hazırda bir-iki işi olduğunu, onları yoluna qoyub gələcəyini, onun özünü kafedə gözləməsini, gələndə ona zəng vuracağını, gecə kəndə gedən maşın olmadığını və onun evində qalmasını bildirmişdir. O, “sən get işlərini gör sonra baxarıq” deyərək Qəribə cavab vermişdir. Təxminən saat 23 radələrindən sonra Qərib ona zəng etmiş və “gəl bizim evin qarşısına” demiş, o, kafenin Qəribin evinə yaxın olduğuna görə piyada evin qarşısına getmiş, bu zaman Qərib evin qarşısında dayanıb əyilmiş vəziyyətdə siqaret yandırmışdır. Bu zaman o, Qəribə yaxınlaşmaq istəmiş, eyni zamanda həmin yerə polis əməkdaşları gəlmiş və Qəribi tutub saxlamış, ona isə orada dayanmasını bildirmişlər. Sonra Qəribin üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən narkotik vasitəyə bənzər kütlələr aşkar edildiyindən Qəribi polis şöbəsinə aparmışlar. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Qusar RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Elxan Osmanovun xx.xx.2022-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu yerləri və narkotik vasitələri əldə etdiyi mənbəni müəyyənləşdirmək məqsədi ilə ƏAF haqqında Qanunun 10-cu maddəsinin 1-ci hissəsinin 1 və 2-ci bəndlərində nəzərdə tutulmuş tədbirlərin keçirilməsi qərara alınmışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 26 may 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 01:10dan saat 01:45-dək Qusar RPŞ-nin İB-nin baş müstəntiqi X9 tərəfindən Təqsirləndirilən şəxs, Qusar RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid1, Şahid2, Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs üzərində qurudulmuş marixuana olduğunu bildirmiş və həmin marixuananı Xudat şəhərindən tanımadığı şəxsdən 50 manata aldığını bildirmişdir. Şəxsi axtarış zamanı göy rəngli şalvarın sol cibindən 01 ədəd kibrit qutusunda içərisində qurudulmuş marixuanaya bənzər kütlə, 03 ədəd kağız bükülüdə narkotik vasitəyə bənzər kütlələr aşkar edilmişdir. Bundan başqa 01 ədəd mobil telefon təqdim edilmiş. Şəxsi axtarış zamanı narkotik vasitədən saxlanıldığı yerin yaxınlığında istifadə etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 26 may 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 01:47-dən saat 02:10-dək Qusar RPŞ-nin İB-nin baş müstəntiqi X9 tərəfindən Təqsirləndirilən şəxs, Qusar RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid1, Şahid2, Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və KTQ-nin kriminalist eksperti Məlik Məmmədovun iştirakları ilə, Təqsirləndirilən şəxs kirayədə yaşadığı Qusar rayonu-Xudat yonun sol tərəfində yerləşən Yeni yaşayış massivlər adlanan yerdə kirayədə qaldığı evin qarşısında olan dəmir əşyanın üzərində onun tərəfindən hazırlanaraq istifadə etmək üçün 1(bir) manatlıq Azərbaycan manatının üzərində olan qurudulmuş marixuanaya bənzər kütlə vardır. Həmin kütlənin yanında bir ədəd plastik cocacola butulkası deşilmiş vəziyyətdə olub. Təqsirləndirilən şəxs bildirdi ki, narkotik vasitəyə bənzər kütləni dəmir plastik butulkanın içərisinə tüstü buraxmaqla çəkəcəkdi. Buna görə də Təqsirləndirilən şəxs məxsus olan narkotik vasitəyə bənzər marixuana maddi sübut əhəmiyyəti kəsb etdiyindən şəxsi axtarış zamanı onun üzərindən götürülmüş digər kütlələrlə qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 may 2022-ci il tarixli, 7/540 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ” yazılar və imzalar olan sarı rəngli kağız paketdə 1 ədəd kibrit qutusunda, 3 ədəd kağız bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri-7,124 qram; 1,175 qram; 1,021 qram; 0,740 qram və 01 ədəd kağız bükülüdəki qarışıq kütlədə təmiz çəkisi-0,260 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanalardır. Qeyd: marixuanaların ümumi çəkisi 10,320 qram. Tədqiqata sərf edildi cəmi-0,1 qram(hər obyektdən-0,02 qram), qalıq -10,220 qram(cild 1, iş vərəqə 67-69). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş tədqiqatdan sonra qalıq qalmış – 10,220 qram qurudulmuş marixuana saxlanılması üçün Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılması nəzərə alınmış, Təqsirləndirilən şəxs tutulduqdan sonra şəxsi axtarışı videoçəkilişlə lentə alınmış, görüntülər olan 1 ədəd DVD kompakt sübut əhəmiyyəti daşıdığından iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan 26 may 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 01:10-da şübhəli şəxs qismində tutulmuşdur İş materiallarında olan ibtidai istintaq orqanının 27 may 2022-ci il tarixli “qətimkan tədbiri seçmək barədə” qərarından görünür ki, həmin tarixdə saat 12:50-də Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, Qusar RPŞ-nin X6 dərhal azad olunmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsi Ambulator X1 28 iyun 2022-ci il tarixli 3513 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür(cild 1, iş vərəqə 180-181). İş materiallarında olan ibtidai istintaq orqanının 20 iyul 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Ədliyyə Nazirliyinin MEM-də aparılmış ekspertizadan sonra qalıq qalmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş və keçirilmiş müvafiq ekspertizadan sonra qalıq qalmış 7,086 qram və Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş və ekspertizadan sonra qalıq qalmış 10,220 qram narkotik vasitə qurudulmuş marixuanalar iş üzrə əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmaları və Qusar RPŞ-nin Maddi Sübutlar otağında saxlanılması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs tutulduqdan sonra şəxsi axtarışı videoçəkilişlə lentə alınmış, əldə olunmuş görüntüləri 01 ədəd DVD kompakt disk iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinin materiallarına əlavə edilmiş və sübut növü kimi qiymətləndirilmişdir. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 06 iyun 2022-ci il tarixli 1064/06-22 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin publik hüquqi şəxsin Poliklinika Şöbəsində həkim narkoloqun və psixiatrın qeydiyyatında yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı X3 Qusar rayon şöbəsi tərəfindən verilmiş 14 iyun 2022-ci il tarixli **********9 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin şöbədən pensiya, sosial müavinət, təqaüd almır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qusar rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il, 5 ay, 29 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 70-ci maddəsi tədbiq edilərək təyin edilən cəza şərti hesab edilməklə 1 il sınaq müddəti müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Qusar rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 237.2-ci maddələri ilə təqsirli bilinərək 3 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 70-ci maddəsi tədbiq edilərək təyin edilən cəza şərti hesab edilməklə 3 il sınaq müddəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından da görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. İş materiallarında olan Qusar rayon İHB-nın Gilah kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 81 saylı arayışdan görünür ki, həmin kəndin sakini Təqsirləndirilən şəxs ailə tərkibi arvadı X2 və xx.xx.2020-ci il təvəllüdlü oğlu Səid Babayevdən ibarətdir. İş materiallarında olan AZ-İV 433901 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı var(cild 1, iş vərəqə 148) Göründüyü kimi, Təqsirləndirilən şəxs 25 may 2022-ci il tarixdə saat 22 radələrində Xaçmaz rayonu Xudat şəhəri ərazisində şəxsiyyəti istintaq məlum olmayan mənbədən, tanışı X11 ilə birlikdə 30 manat ödəməklə 01 ədəd kibrit qutusunda tərkibində narkotik maddələr olan çətənə (Kannabis) bitkisindən kustar üsulla hazırlanmış ümumi çəkisi 10,320 qram narkotik vasitə qurudulmuş marixuananı şəxsi istifadə məqsədilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması, 26 may 2022-ci il tarixdə, saat 01 radələrində Qusar şəhərində yerləşən Yeni Massiv adlanan ərazidə kirayədə yaşadığı evinin qarşısında Qusar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılması və üzərində aparılan şəxsi axtarış zamanı qanunsuz olaraq şalvarının cibində saxladığı və gəzdirdiyi 01 ədəd kibrit qutusunda və 3 ədəd kağız bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 7,124 qram; 1,175 qram; 1,021 qram; 0,740 qram yə kənarda olan ona məxsus istifadə üçün hazırlanmış bir manatlıq pul əskinazımn üzərində 0,260 qram təkibində narkotik maddələr olan çətənə (Kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülməsi, bununla da, onun Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını Azərbaycan Respublikası CM 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən digər hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 26 may 2022-ci il tarixdən 27 may 2022-ci il tarixə kimi həbsdə saxlanıldığı 1 (bir) gün müddət hökmlə təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi hazırkı cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə əsasən “ az ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilməsi nəzərdə tutulmuşdur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilərək o, məhkəmə iclas zalından həbs edilməli və cəzaçəkmə müddətinin əvvəli 23 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə məhkəmə xərcləri 72,0 (yetmiş iki) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X4, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Qusar rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş qalıq çəkisi 10,220 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması videogörüntüsünü özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq 26 may 2022-ci il tarixdən 27 may 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 11(on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli Qusar rayon Məhkəməsi tərəfindən həbs edildiyi 23 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə xərcləri 72,0 (yetmiş iki) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X4, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. İş üzrə maddi sübut olan və Qusar rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş qalıq çəkisi 10,220 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması videogörüntüsünü özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №1(029)-60/2022
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-60/2022
23.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver