Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-61/2021 05.10.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 09.10.1986-cı ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli-himayəsində üç azyaşlı uşaqları olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qusar şəhəri T.İsmayılov küçəsi ev 61 ünvanda yaşayan, 22 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 24 may 2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxıb, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, 21 may 2021-ci il tarixdə axşam radələrində Xaçmaz rayonu Xudat şəhərində tanışı Şahid4 təmənnasız olaraq psixotrop maddə hesab edilən metamfetamini şəxsi istifadə məqsədilə qanunsuz olaraq əldə etmiş, onun cüzi bir hissəsini özü üçün istifadə etmiş, qalıq qalan psixotrop maddə hesab edilən metamfetamini isə şəxsi istifadə məqsədi ilə qanunsuz olaraq saxlamış və daşımış, 22 may 2021-ci il tarixdə saat 18:15 radələrində Qusar-Xudat yolunun Qalacıq kəndi ərazisindən keçən hissəsində saxlanılaraq idarə etdiyi “VAZ 21070” markalı, Y 295 CK 05 rus dövlət nömrə nişanlı avtomobillə birlikdə Qusar rayon polis şöbəsinin Samur PB-nə gətirilmiş və üzərində aparılan şəxsi axtarış zamanı isə qanunsuz olaraq əynində olan cins şalvarın sağ cibinin üzərində olan kiçik cibinində saxladığı və gəzdirdiyi 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,204 qram olan həmin psixotrop maddə hesab edilən metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, istintaq zamanı verdiyi ifadəsi düzdür, həmin ifadəni təsdiq edir. 2021-ci ilin may ayının ortalarında Qusar şəhərinin sağ sahilində gəzişən zaman yolun kənarında “KENT 8” siqaret qutusu tapmış, həmin siqaret qutusunun içərisini yoxlayarkən 1 büküm heroin (kokos), 1 büküm qurudulmuş marixuana və çətənə toxumlarının olduğunu görüb, həmin siqaret qutusunu özü ilə aparıb, içərisindən 1 büküm kokos və 1 büküm qurudulmuş marixuananı qutudan götürmüş, çətənə toxumlarını isə gələcəkdə əkmək üçün siqaret qutusunda saxlamış, daha sonra isə həmin siqaret qutusunu idarə etdiyi “VAZ 21070” markalı, Y295CK05rus nömrə nişanlı avtomobilin salonunda saxlamışdır. 21 may 2021-ci il tarixdə axşam radələrində idarə etdiyi “VAZ 21070” markalı avtomobillə tək başına Xaçmaz rayonu Xudat şəhərinə getmiş və orada təsadüfən dostu Vüqarla rastlaşaraq görüşmüşdür. Görüş zamanı Vüqar ona üstündə 1 çet psixotrop maddə olan metamfetamin olduğunu demiş və həmin 1 çet metamfetamini təmənnasız ona vermişdir. Həmin gün saat 18:15 radələrində idarə etdiyi avtomobillə Qusar-Xudat yolunun Qalacıq kəndi ərazisindən keçən hissəsində hərəkətdə olan zaman Qusar RPŞ-nin Samur PB-nin və DYPB-nin əməkdaşaları tərəfindən saxlanılaraq, avtomobillə birlikdə Samur PB-nə aparılmış, PB-də üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun əynində olan cins şalvarın sağ cibinin üzərində olan kiçik cibinində qanunsuz olaraq saxladığı 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,204 qram psixotrop maddə hesab edilən metamfetamin, 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,073 qram narkotik vasitə olan heroin, əynində olan cins şalvarın sağ yan cibinindən 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,118 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan sonra onun idarə etdiyi “VAZ 21070” markalı, Y295CK05 rus nömrə nişanlı avtomobilə onun razılığı və müdafiəçinin iştirakı ilə baxış keçirilmiş və avtomobilin salonundan 01 ədəd “Kent 8” markalı siqaret qutusunun içərisində gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,121 qram çətənə bitkisinin toxumları aşkar edilərək götürülmüşdür. Hazırda törətdiyi əməlindən peşmandır, bir daha narkotik vasitədən istifadə etməyəcəkdir. Himayəsində 6, 8 və 9 yaşlarında üç azyaşlı uşaqları vardır. Odur ki, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, o, Qusar RPŞ-nin Samur PB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 22.05.2021-ci il tarixdə ona Qusar şəhər sakini “Farid” adlı şəxsin mütəmadi olaraq narkotik vasitələrdən istifadə etməsi, üzərində və idarə etdiyi avtomobildə saxlamaqla daşıması barədə əməliyyat yolu ilə məlumat daxil olmuş, onun raportu əsasında həmin tarixdə əməliyyat qrupu təşkil edilmiş, əməliyyat qrupunun tərkibində o, Qusar RPŞ-nin Samur PB-nin polis sahə rəisi polis kapitanı Şahid1, polis sahə nəfəri polis baş serjantı Şahid2, növbətçi hissənin sürücüsü polis serjantı Şahid3, Qusar RPŞ-nin DYPB-nin baş inspketoru, polis leytenantı Asim Talıbov və inspketoru Rüstəm Həmidov olmuşlar. 22.05.2021-ci il tarixdə saat 18 radələrində onlar həmin məlumatın doğruluğunun yoxlanılması məqsədilə Qusar rayonu Qalacıq kəndinə getmişlər. Həmin tarixdə saat 18:15-də Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21070” markalı avtomobillə Qusar-Xudat yolunun Qalacıq kəndi ərazisindən keçən hissəsində hərəkətdə olan zaman saxlanılaraq, avtomobillə birlikdə Samur PB-nə aparılmışdır. Daha sonra Samur PB-də Faridin üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Faridin əynində olan cins şalvarın sağ cibinin üzərində olan kiçik cibinində qanunsuz olaraq saxladığı 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,204 qram psixotrop maddə hesab edilən metamfetamin, 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,073 qram narkotik vasitə olan heroin, əynində olan cins şalvarın sağ yan cibinindən 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,118 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan sonra Faridin idarə etdiyi “VAZ 21070” markalı, Y295CK05rus nömrə nişanlı avtomobilə sonuncun razılığı və müdafiəçinin iştiakı ilə baxış keçirilmiş və avtomobilin salonundan 01 ədəd “Kent 8” markalı siqaret qutusunun içərisində gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,121 qram çətənə bitkisinin toxumları aşkar edilərək götürülmüş və bu barədə müvafiq sənədləşdirilmə aparılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid1 və Şahid3 şahid X15 ilə analoji ifadə verərək həmin şəxsin məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatları tam təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, 1 il narkotik vasitə olan qurudulmuş marixuana, son 2-3 ay psixotrop maddə olan metamfetamindən istifadə etməyə başlamış və halhazırda da həmin narkotik vasitə və psixotrop maddədən istifadə etməyə davam etmişdir. 21 may 2021-ci il tarixdə axşam radələrində dostu Farid, idarə etdiyi “VAZ 21070” markalı avtomobillə Xaçmaz rayonu Xudat şəhərinə gələn zaman, təsadüfən onunla rastlaşaraq görüşmüşdür. Görüş zamanı Faridə üstündə 1 çet psixotrop maddə olan metamfetamin olduğunu demiş və həmin 1 çet metamfetamini sonuncuya xahişi əsasında təmənnasız vermişdir. 25 may 2021-ci il tarixdə ona məlum olmuşdur ki Farid, Qusar rayonu ərazisində qanunsuz olaraq narkotik və psixotrop maddələri saxlamaqla daşıdığı üçün polis əməkdaşları tərəfindən tutulmuşdur. 28 may 2021-ci il tarixdə səhər radələrində küçədə gəzişən zaman yerdə 1 ədəd siqaret qutusu görüb, yerdən götürdükdən sonra içərisində siqaret qutusunda 01 ədəd falga bükümdə kristal şəkilli maddə olan “şüşə” (metamfetamin) olduğunu görüb, siqaret qutusunu atmış, bükümü isə üzərində saxlamışdır. 28 may 2021-ci il tarixdə təxminən saat 15 radələrində Xaçmaz rayonu Xudat şəhəri Ş.Qurbanov küçəsində olan zaman Samur PB-nin əməkdaşları yaxınlaşaraq, özlərini təqdim etmiş və onun qanunsuz narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyi üçün Samur PB-nə aparmışlar. Daha sonra isə Samur PB-də müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın arxa cibinində saxladığı 1 büküm metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Qusar RPŞ-nin Samur PBnin baş əməliyyat müvəkkili X16 tərəfindən qəbul edilmiş 22.05.2021-ci il tarixli “təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair”qərardan görünür ki, Qusar şəhər sakini Təqsirləndirilən şəxs nəzarətə götürülüb güdülməsi və yaxalandıqdan sonra onun üzərinə baxış keçirilməsi qərara alınmışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 22 may 2021-ci il tarixli “axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 19:25-dən saat 19:43-dək Qusar RPŞ-nin İB-nin müstəntiqi X12 tərəfindən Müdafiəçi, Qusar RPŞ-nin Samur PB-nin baş əməliyyat müvəkkili X7, Qusar RPŞ-nin Samur PB-nin sahə rəisi Şahid1, Qusar RPŞ-nin inspektor-kriminalisti X5, Təqsirləndirilən şəxs iştirakları ilə üzərində narkotik vasitə gəzdirməsində şübhəli olduğu üçün Qusar RPŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya daşınması, gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ cibininin üzərində olan kiçik cibinindən 02 ədəd falqada büküm və bir ədəd də falqa büküm sağ cibindən aşkar olunmuş, həmin bükümlərə açıb içərisinə baxan zaman sağ yan cibinin üzərində olan kiçik cibdən aşkar olunmuş bükümlərdən birində kristal şəkillə ağ rəngdə psixotrop maddə olan metamfetaminə oxşar maddə, digər bükümdə isə boz rəngli narkotik vasitə olan heroinə oxşar maddə aşkar olunmuşdur. Sağ yan cibdən aşkar olunmuş bir ədəd falqa bükümünün içərisində isə narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar ot kütləsi aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələrin narkotik vasitə olan kokos, marixuana və psixotrop maddə olan metamfetamin olduğunu, özünün narkotik vasitə aludəçisi olduğunu və həmin narkotik vasitəni Abşeron rayonu Saray qəsəbəsində Süleyman adlı şəxsdən metamfetamini 20 manata, kokosu 30 manata aldığını, marixuananı isə təmənnasız alaraq öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Qeyd olunanlardan əlavə Təqsirləndirilən şəxs üzərindən 01 ədəd “İphone 7” markalı mobil telefon və həmin telefonun üzlüyünün arxasında isə 03 ədəd falqa aşkar olunmuşdur. Həmin narkotik vasitə metamfetaminə oxşar maddələr qablaşdırılıb ekspertizaya göndərilməsi üçün bir ədəd zərfə qoyulmuş, zərf Azərbaycan Respublikası DİN-in 106 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmış, daha sonra isə aşkar edilmiş digər əşyalar özünə qaytarılmışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 25 may 2021-ci il tarixli “axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 15:00-da Qusar RPŞ-nin İB-nin müstəntiqi X8 tərəfindən X6, Qusar RPŞ-nin Samur PBnin baş əməliyyat müvəkkili Faiq Qasımlının, hal şahidləri X2 və X9 iştirakları ilə Şahid4 yaşadığı ünvan 2 ünvanda yerləşən evində axtarış aparılmış, həmin vaxt Şahid4 evdə olmamış, evdə sadəcə onun atası Fərhad Bağırov olmuşdur. Fərhad Bağırova məhkəmə qərarı elan edilmiş, hüquq və vəzifələri izah edilmişdir. Axtarış zamanı Xudat şəhəri S.Qurbanova küçəsi 6 saylı ünvanda yerləşən 2 mərtəbəli evdə qanunla qadağan olunmuş hər hansı əşyalar aşkar edilməmişdir. Axtarış zamanı Şahid4 qaldığı otaqda da qanunla qadağan olunmuş hər hansı əşya və narkotik vasitə aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 28 may 2021-ci il tarixli “axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 17:45-dən saat 17:53-dək Qusar RPŞ-nin İB-nin müstəntiqi X10 tərəfindən Qusar RPŞnin Samur PB-nin baş əməliyyat müvəkkili X7, Qusar RPŞ-nin Samur PB-nin sahə rəisi X11, Qusar RPŞ-nin Samur PB-nin sahə polis nəfəri Şahid2 Əbülfərz oğlunun, Qusar RPŞ-nin inspektor-kriminalisti X5, Qusar rayon Vəkil Bürosunun vəkili X17 və Şahid4 iştirakları ilə üzərində narkotik vasitə gəzdirməsində şübhəli olduğu üçün Qusar RPŞ-nə gətirilmiş Şahid4 üzərində axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Şahid4 narkotik vasitə və ya daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmişdir. Şahid4 əynində olan qara rəngli cins şalvarın arxa sağ cibinindən 01 ədəd falqada büküm aşkar olunmuş, həmin bükümü açıb içərisinə baxan zaman kristal şəkillə ağ rəngdə psixotrop maddə olan metamfetaminə oxşar maddə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Şahid4 həmin ağ rəngli kristal şəkilli maddənin psixotrop maddə olan (metamfetamin) olduğunu, özünün narkotik və psixotrop vasitə aludəçisi olduğunu, üzərindən aşkar edilmiş metamfetamini Xaçmaz rayonu Xudat şəhərində tapdığını bildirmişdir. Həmin psixotrop maddə, metamfetaminə oxşar maddə qablaşdırılıb ekspertizaya göndərilməsi üçün bir ədəd zərfə qoyulmuş, zərf Azərbaycan Respublikası DİN-in 106 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmış, daha sonra isə aşkar edilmiş digər əşyalar özünə qaytarılmışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 22 may 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 19:48-dən saat 20:03-dək Qusar RPŞ-nin İB-nin müstəntiqi X12 tərəfindən Müdafiəçi, Qusar RPŞ-nin Samur PB-nin baş əməliyyat müvəkkili Faiq Osmanlının, Qusar RPŞ-nin Samur PB-nin sahə rəisi Şahid1, Təqsirləndirilən şəxs, hal şahidləri X13 və X3 iştirakları ilə Qusar RPŞ-nin Samur Polis bölməsinin dayanacağında saxlanılan Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21070 markalı U295CK05 rus nömrə nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobilin qabaq sərnişin oturacağının üzərində bir ədəd “Kent” markalı siqaret qutusu aşkar olunmuşdur. Həmin siqaret qutusunun içərisinə baxış keçirilən zaman bir bükümdə içərisində çətənə toxumları aşkar olunmuşdur. Həmin çətənə toxumları ekspertizaya təqdim olunması məqsədi ilə zərfdə qablaşdırılaraq götürülmüşdür. Daha sonra həmin avtomobilin salonuna və yük hissəsinə baxış keçirilmişdir. Lakin, iş üçün əhəmiyyət kəsb edən əşyalar aşkar edilməmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman vasitələrinin tədqiqi ekspertizasının 23 may 2021-ci il tarixli 6/2036 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №106 dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, adlar, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə 0,204 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə-Metamfetamindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 0,073 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə Heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, heroinin təmiz çəkisi- 0,073 qram, tədqiqata sərf edildi- 0,04 qram, qalıq-0,033 qram. Metamfetaminin təmiz çəkisi- 0,204 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-0,154 qram. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizası, bitki mənşəli maddələrin tədqiqi ekspertizasının 23 may 2021-ci il tarixli 7/479 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” yazıları və imzalar olan kağız paketdəki 01 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə tütünlə qarışıq kütlədə çəkisi-0,118 qram olan bitki mənşəli kütlə, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş – marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi...avtomobildən...” yazıları və imzalar olan kağız paketdəki 01 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə ümumi çəkisi-0,121 qram olan bitki toxumları çətənə (kannabis) bitkisinin toumlarıdır, onlar narkotik vasitələrin siyahısına aid deyil. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, marixuananın çəkisi-0,118 qram, tədiqata istifadə olundu-0,02 qram, qalıq-0,098 qramdır. Çətənə (kannabis) bitki toxumlarının ümumi çəkisi-0,121 qram, tədqiqata sərf olundu-0,02 qram, qalıq-0,101 qramdır. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman vasitələrinin tədqiqi ekspertizasının 29 may 2021-ci il tarixli 6/2159 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şahid4...” sözləri olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,041 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və üzərində “...X14 üzərindən...” sözləri olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,154 qram olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, zərfdəki metamfetaminin təmiz çəkisi - 0,041 qr., tədqiqata sərf olundu - 0,020 qr, qalıq - 0,021 qr. Paketdəki metamfetaminin təmiz çəkisi - 0,154 qr., tədqiqata sərf olundu - 0,020 qr, qalıq - 0,134 qr. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 23 may 2021-ci il tarixli 6/2036 saylı, 23 may 2021-ci il tarixli 7/479 saylı və 29 may 2021-ci il tarixli 6/2159 saylı məktublardan görünür ki, aparılmış ekspertiza tədqiqatlarının cəmi dəyəri 225,64 (iki yüz iyirmi beş manat altmış dörd qəpik) manatdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxs tərəfindən verilmiş 12.06.2021-ci il tarixli 1866 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “cinayət törətməkdə şübhəli şəxsi tutmaq haqqında” 22 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:08-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan ibtidai istintaq orqanının 24 may 2021-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, saat 17:10-da tutulmadan azad edilmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının 10 iyul 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Ədliyyə Nazirliyinin MEM-də aparılmış ekspertizalardan sonra qalıq qalmış 0,134 qram psixotrop maddə hesab edilən metamfetamin, 0,033 qram narkotik vasitə olan heroin, 0,098 qram narkotik vasitə olan qurudulmuş marixuana və 0,101 qram çətənə (kannabis) bitkisinin toxumları iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutlar otağnda saxlanılması nəzərə alınmışdır. Ədliyyə Nazirliyinin MEM-də aparılmış ekspertizalardan sonra qalıq qalmış 0,021 qram psixotrop maddə olan metamfetamin iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin Maddi Sübutlar otağnda saxlanılması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respubllikası İXM-nin 206-ci maddəsinin tərkib əlamətləri olduğundan, onun həmin maddə ilə məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın sürəti icra edilməsi üçün Qusar RPŞ-nin Samur PB-nə göndərilməsi qərara alınmışdır. Şahid4 əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün 30.05.2021-ci il tarixli qərarın sürəti Qusar RPŞnin Samur PB-nə göndərilməsi nəzərə alınmışdır. İş materiallarında olan Qusar rayon məhkəməsinin 3(029)-349/2021 saylı 04.08.2021-ci il tarixli qərarından görünür ki, 22.05.2021-ci il tarixdə Təqsirləndirilən şəxs 0,204 qram metamfetamin, 0,073 qram heroin, 0,118 qram marixuana və 0,121 qram çətənə bitkisinin toxumlarının aşkar edilməsi və satış məqsədi olmadan qanunsuz olaraq həmin narkotik vasitələri daşıması faktına görə o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Qusar rayon məhkəməsinin 3(029)-392/2021 saylı 25.08.2021-ci il tarixli qərarından görünür ki, Şahid4 28.05.2021-ci il tarixdə qanunsuz olaraq 0,041 qram çəkidə psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan üzərində saxlaması faktına görə o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 04.06.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Qusar rayon İcra Hakimiyyəti Başçısının Qusar şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 iyun 2021-ci il tarixli 1256 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşı Vəfa Muradovadan, 2012-ci il təvəllüdlü qızı Leyla Muradovadan, 2013-cü il təvəllüdlü qızı Madina Muradovadan və 2015-ci il təvəllüdlü oğlu İbraxim Muradovdan ibarətdir. İş materiallarında olan AZ-İİ 816751, AZ-İİİ 211394 və AZ-İİİ 613766 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 05.01.2012-ci il təvəllüdlü Leyla, 08.11.2013-cü il təvəllüdlü Madina və 17.09.2015-ci il təvəllüdlü İbraxim adlı üç azyaşlı uşaqları vardır. İş materiallarında olan Qusar rayon İcra Hakimiyyəti Başçısının Qusar şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 16.06.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 24.06.2021-ci il tarixli 1053/0621 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin publik hüquqi şəxsin X1 həkim psixiatrın və həkim narkoloqun qeydiyyatında yoxdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs həqiqətən də, 0,204 qram psixotrop maddə olan metamfetamini qanunsuz olaraq saxlaması və daşıması, bununla da, onun Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun himayəsində üç azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hal kimi qəbul edir, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halı, işdə cəzanı yüngülləşdirən halı, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının yarı həddindən də aşağı həddinin təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3cü maddəsinə əsasən onun hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq 22 may 2021ci il tarixdən 24 may 2021-ci il tarixədək 02 (iki) gün faktiki olaraq həbsdə saxlanma müddəti hazırkı hökmlə ona təyin olunacaq cəza müddətindən çıxılmaqla üzərində qəti cəzanın saxlanılmasını məqsədəmüvafiq hesab edir. Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial və iqtisadi inkşafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlğın artmasıa səbəb olan əsas amillərdən biridir. Narkoman hesab olunan şəxsin olduğu, yaşadığı mühitdə böyüyən və tərbiyə olunan uşaqlara da psixioloji problemlər yaradır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün «ağ ölüm» kimi bir bəlaya çevrilmiş hazırkı cinayəti törətmiş, bununla da, narkotiklərlə mübarizə sahəsində yaranan ictimai münasibətləri ciddi şəkildə pozmuşdur. Belə ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 3 növ narkotik vasitə və psixotrop maddə-yəni marixuana, heroin və metamfetamin aşkar olunmuşdur ki, onlardan heroin və metamfetamin kimyəvi üsulla hazırlanmaqla tərkiblərinə görə ən güclü təsirə və asılılıq yaratma qüvvəsinə malikdirlər. Təqsirləndirilən şəxs aşkar edilən həmin narkotik vasitələrdən yalnız metamfetamini qanunsuz saxlaması, daşıması kimi əməlləri cinayət məsuliyyəti yaratsa da, üç növ narkotik vasitə və psixotrop maddə növlərini qanunsuz əldə etməsi, daşıması, saxlamasını, həmçinin əldə etdiyi çətənə (kannabis) bitkisi toxumlarını özünün də ifadəsində bildirdiyi kimi-gələcəkdə əkmək üçün saxlaması kimi əməllərini məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması ilə yanaşı, narkotik vasitələrin qanunsuz dövriyyəsini artıq özünə bir məşğuliyyət növü seçməsi kimi qiymətləndirir. Təqsirləndirilən şəxs hər hansı bir ictimai faydalı əməklə məşğul olmaq, ailəsinin- himayəsində olan uşaqların dolanışığını, eləcə də onların sağlam mühitdə böyüyərək cəmiyyətə inteqrasiyasını təmin etmək əvəzinə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməlləri himayəsində böyüyən və tərbiyə olunan azyaşlı uşaqlarında psixioloji problemlər yaradacağını məhkəmə istisna etmir. Həmçinin, tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunan və məcburi müalicəyə ehtiyacı olan Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan, eləcə də mütəmadi olaraq narkotik vasitələri aldığı ətrafındakı şəxslərdən uzaqlaşmadan islah olunması və narkomaniya xəstəliyindən effektiv şəkildə müalicə olunması məhkəmədə şübhə doğurur. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə məhkəmə xərcləri cəmi 225,64 (iki yüz iyirmi beş manat altmış dörd qəpik) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin- VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X4, Kodu- 210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK- CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş və keçirilmiş müvafiq ekspertizadan sonra qalıq qalmış 0,154 qram psixotrop maddə hesab edilən metamfetamin, 0,033 qram narkotik vasitə olan heroin, 0,098 qram narkotik vasitə olan qurudulmuş marixuana və 0,101 qram çətənə (kannabis) bitkisinin toxumları, həmçinin Şahid4 aşkar edilib götürülmüş və keçirilmiş müvafiq ekspertizalardan sonra qalıq qalmış 0,021 qram psixotrop maddə olan metamfetamin məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq 22 may 2021-ci il tarixdən 24 may 2021-ci il tarixədək 02 (iki) gün faktiki olaraq həbsdə saxlanma müddəti hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 11 ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 05 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. İş üzrə 225,64 (iki yüz iyirmi beş manat altmış dörd qəpik) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin- VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X4, Kodu- 210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK- CTREAZ22) hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş və keçirilmiş müvafiq ekspertizadan sonra qalıq qalmış 0,154 qram psixotrop maddə hesab edilən metamfetamin, 0,033 qram narkotik vasitə olan heroin, 0,098 qram narkotik vasitə olan qurudulmuş marixuana və 0,101 qram çətənə (kannabis) bitkisinin toxumları, həmçinin Şahid4 aşkar edilib götürülmüş və keçirilmiş müvafiq ekspertizalardan sonra qalıq qalmış 0,021 qram psixotrop maddə olan metamfetamin məhv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №1(029)-61/2021
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-61/2021
05.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver