Məhkəmə qərarları › İş №1(029)-61/2025

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-61/2025

24.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-61/2025 24.07.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1989-cu il tarixdə Qobustan rayonu, Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Qobustan rayonu, Nabur kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2024-cü ilin iyun ayının əvvəllərində Qusar rayonu Balaqusar kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs Bakı şəhəri, Babək prospektində yerləşən maşın bazarından yığmaqla ikinci əl avtomobil təkərləri satacağı adı ilə yalandan vəd verərək sonuncudan özünə məxsus bank "xxxx" ASC-nin **********289086 nömrəli kart hesabına Qusar şəhəri, Ç.Qurbanov küçəsi 22-də yerləşən “PİONEER” Super Marketində yerləşən “MPAY” terminalı vasitəsilə 1200 manat, Qusar-Xudat yolunun 3-cü kilometrliyində yerləşən “Big Store” mağazasında yerləşən “eManat” vasitəsilə xx.xx.2024cü il tarixdə 900 manat və xx.xx.2024-cü il tarixdə isə 5800 manat olmaqla ümümilikdə 7900 manat pul köçürülməklə almış, lakin vədinə əməl etməyib özgənin əmlakını qanunsuz ələ keçirməklə 7900 manat məbləğində xeyli miqdarda maddi ziyan vurub dələduzluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Bakı şəhəri, Babək prospektində yerləşən maşın bazarında 20 ildir ki, müxtəlif işlərdə işləmişdir. xx.xx.2024-cü il tarixdə bazara gəlmiş 3 nəfər ona yaxınlaşaraq işlənmiş təkər almaq istədiklərini bildirmiş, söhbət əsnasında onların Qusar rayonundan olduqlarını öyrənmişdir. Onlar ilkin olaraq 15000-16000 manatlıq işlənmiş təkər almaq istədiklərini ona demişlər, onlardan istədikləri təkərlərin ölçülərini götürmüş, sonra isə onlar getmiş və gedən vaxtı mobil telefon nömrəsini götürmüşlər. xx.xx.2024-cü il tarixdə səhər saatlarında gələn üç nəfərdən biri ona zəng etmiş, kart hesabı istəmiş, ona özünə məxsus olan "xxxx" ASCnin **********289086 saylı bank kartını göndərmiş, bundan sonra həmin şəxsə 1200 manat beh atmış, bazardan təkər yığmağa başlamış, növbəti gün həmin şəxs zəng etmiş, təkər istəmədiyini bildirərək pulunu geri istəmiş, şərikinin işləməkdən imtina etdiyini demiş, o isə artıq təkər yığdığını, ziyanın ikisinin arasında böləcəyini demiş, sonra həmin şəxsə təklif etmişdir ki, 8000 manatlıq təkər alsın, müştəri razılıq vermiş və həmin şəxs yenidən beh atacağını demişdir. xx.xx.2024-cü il tarixdə bank kartına 900 manat beh atmış və buna görə təkər yığmağa davam etmişdir. xx.xx.2024-cü il tarixdə həmin şəxsə zəng edərək qalan pulu da atmasını demiş, həmin şəxs kart hesabına 5000 manat və 800 manatda pul atmış, 5800 manat pula təkər yığmış, kartında 4000 manatdan yuxarı məbləğdə pul qalmışdır. Həmin günü evə getmiş, yoldan içmək üçün pivə almış, evdə pivə içdikdən sonra sərxoş vəziyyətə düşmüş, mobil telefonunda Online kazino oynamağa başlamış, oynadıqca kartında olan 4000 manat pulu uduzmağa başlamış, oyuna davam edərək uduzduğu pulları geri qaytarmağa çalışmış, lakin kartında olan bütün pulları uduzmuş, pulları uduzduğunu görüb növbəti günün səhərisi bazara qayıtmış və aldığı təkərləri geri qaytarıb pullarını götürmüşdür ki, yenidən kazino oynayıb uduzduğu pulları geri qaytarsın, lakin pulları geri qaytara bilməmiş, əksinə bütün pulları uduzmuşdur. Bütün pulları uduzduqdan sonra pul atan şəxslərə Whatsappla yazaraq pulları qumarda uduzduğunu, işləyib pulları geri qaytarması üçün ona möhlət verilməsini xahiş etmiş, lakin həmin şəxs polisə şikayət edəcəyini bildirmiş, polis onu tapmasın deyə gizlənmişdir. O, törətdiyi cinayət əməlinə görə səmimi peşmandır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ikinci Vətən müharibəsi iştirakçısı olan oğlu X1 dolanışıq məqsədilə 2022-ci ildə X2 tərəfindən təkər təmiri avadanlıqları verilmişdir. Şahid1 Qusar- Balaqusar kənd yolu istiqamətində icarəyə götürdüyü obyektdə həmin avadanlıqları quraşdıraraq işləmişdir. 2024-cü ilin iyun ayının ilk ongünlüyündə oğlu Şahid1 işdə olan zaman dostu Eşmayıl onun yanına gəlib bir qədər söhbət etdikdən sonra birlikdə qazanc əldə etmək məqsədilə təkər satışını həyata keçirtməyi ona təklif etmiş, oğlu isə həmin təklifi qəbul etmişdir. Onlar hər ikisi axşam saatlarında yaşadığı evə gələrək iş görmək istədiklərini, Bakı şəhərindən istifadə olunmuş təkərlər alıb Qusar şəhərində oğlunun icarəyə götürdüyü obyektdə satmaq istədiklərini demişlər. Eşmayıl özünün əlində 8000 manat pul olduğunu, onun pulu ilə ilkin təkərləri almağı təklif etmişdir. Oğlu Şahid1 və onun dostu Eşmayıl ilə birlikdə xx.xx.2024-cü il tarixdə Bakı şəhərinə yola düşmüş, Nizami rayonu, Babək prospektində yerləşən “Maşın bazarı” adlanan yerə gəlib çatmışlar. Bazarın ərazisinə daxil olub girişdən sağ tərəfdə yerləşən təxminən 3-cü mağazaya yaxınlaşmış, onlara yaxınlaşan bir nəfər salamlaşaraq necə kömək edə biləcəyini soruşmuş, adı sonradan onlara məlum olan Təqsirləndirilən şəxs Qusar rayonunda “vulkanizasıya” işlətdiklərini, əlavə olaraqda işləri böyütmək üçündə təkər satışı etmək fikirlərinin olduğunu izah etmişlər. Təqsirləndirilən şəxs onları başa düşdüyünü deyib içərisi təkərlərlə dolu olan anbara aparmış, orada müxtəlif növ və markalı ikinci əl, istifadə olunmuş təkərləri göstərib qiymətləri barədə məlumatlar vermişdir. Bir qədər təkərlərlə bağlı məlumatlandıqdan sonra Təqsirləndirilən şəxs hətta özünündə Qusar rayonuna gələcəyini, obyektə vitrinlər quraşdıracağını, təkər üçün disklər, akkumlyatorlar yerləşdirəcəyini, satışdan əldə olunan gəlirində bir qismini onlara verəcəyini demişdir. Təqsirləndirilən şəxs xoş niyyətinə aldanaraq ona inanmış, onlara hansı növ və ölçüdə olan təkərlərin satışının daha yaxşı olduğunu deyərək ölçüdə 13, 14, 15 ölçüdə təkərləri məsləhət görmüşdür. Şifahi olaraq Təqsirləndirilən şəxsla 8000 AZN dəyərində ikinci əl, az işlənmiş təkərləri sifariş etmiş, Təqsirləndirilən şəxs təkərləri “Qazel” markalı yük maşınına yükləmək üçün ona təxminən 2-3 gün möhlət verilməsini istəmiş, Təqsirləndirilən şəxs ilə razılaşıb yaşadıqları Qusar rayonuna qayıtmışlar. xx.xx.2024-cii il tarixdə Təqsirləndirilən şəxs oğlu Şahid1 zəng edərək ilkin olaraq təkərlərin göndərilməsi üçün 1200 manat göndərməyini istəmiş, Şahid1 bunu ona demiş, o isə göndərməsini söyləmişdir. Təqsirləndirilən şəxs oğlu Şahid1la telefonla danışaraq pulu özünün adına olan "xxxx" ASC-yə məxsus **********289086 nömrəli kart hesabına göndərməsini demiş. Nazım Seyidov xx.xx.2024-cü il tarixdə 1200 manat pulu Qusar şəhəri, Ç.Qurbanov küçəsi 22-də yerləşən “Pionner” marketində yerləşən “MPAY” ödəmə terminalı vasitəsilə göndərmiş, xx.xx.2024-cü il tarixdə 900 manat pulu isə Qusar-Xudat yolunun 3-cü kilometrliyində yerləşən “Big Store” mağazasında yerləşən “eManat” ödəmə terminalından Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-yə məxsus **********289086 nömrəli kart hesabına göndərmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs 070-87728-08 saylı nömrə ilə zəng edərək təkərləri maşına yüklədiyini, Qusar rayonuna yola düşəcəyini, özünündə gələcəyini deyib qalan 5800 manatıda göndərməyini istəmiş, o da onunla razılaşıb Qusar-Xudat yolunun 3-cü kilomertliyində yerləşən “Big Store” mağazasında olan “eManat” ödəmə terminalından Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-yə məxsus **********289086 nömrəli kart hesabına 5000 AZN və 800 AZN pulu göndərmiş, həmin günü Təqsirləndirilən şəxs harada olduğunu öyrənmək üçün istifadəsində olan ***-***-**-** saylı nömrə ilə əlaqə saxlamış, o, zənglərinə cavab verməmişdir. Oğlu Şahid1 Təqsirləndirilən şəxs “vatsapp" ani mesajlaşma proqramı vasitəsilə səs yazıları göndərərək problemlərinin olduğunu, başına iş gəldiyini, onu gözləməklərini deyərək müxtəlif bəhanələr gətirməyə başlamışdır. Təqsirləndirilən şəxs ilə əlaqə saxlaya bilmədiyi üçün xx.xx.2024-cü il tarixdə onun işlədiyi Baki şəhəri. Nizami rayonu, Babək prospektində yerləşən “Maşın bazarı” adlanan yerə getmiş, onunla danışdıqları mağazaya yaxınlaşıb orada oturan 3 nəfər şəxsdən Təqsirləndirilən şəxs harda olduğunu soruşmuş, onlar Təqsirləndirilən şəxs orada işləmədiyini, oraya gələrək “dəllallıq” etdiyini demişlər. Həmin şəxslərə xx.xx.2024-cü il tarixdə təkər almaq üçün bura gəldiyi zaman onların Təqsirləndirilən şəxsla birlikdə əyləşib çay içdiklərini, onun yaxınlaşmasını və təkərləri göstərməsini gördüklərini deyib həmin anbarın sahibinin kim olduğunu soruşmuş, həmin 3 nəfər şəxdən adını bilmədiyi bir nəfər anbarın ona məxsus olduğunu demiş, sonra ona və yanındakı digər şəxslərə Təqsirləndirilən şəxsla əlbir olduqlarını deyib polisə şikayət edəcəyini söyləmiş və oradan çıxıb getmişdir. Bundan sonra onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onlara qarşı dələduzluq edərək 7900 Azn pullarını ələ keçirmişdir. Hal-hazırda ona vurulmuş olan maddi ziyan ödənilməmiş, ona vurulmuş olan maddi ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsinə uyğun eyniməzmunlu ifadə vermişlər. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs və Şahid1 ifadələrinə uyğun eyniməzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, zərərçəkmiş ifadəsini təsdiq edərək Təqsirləndirilən şəxs üzünə demişdir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs iştirakı ilə ona məxsus olan "xxxx" ASC-nin **********289086 nömrəli kart hesabından Qusar rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(029)-67/2024 nömrəli qərarına əsasən götürülmüş xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həyata keçirilən əməliyyatlar barədə məlumatlar olan diskə baxış keçirilmiş və Təqsirləndirilən şəxs bir daha kart hesabının ona məxsus olduğunu, daxil olmuş 7900 manat pulun Zərərçəkmiş şəxs tərəfindən göndərildiyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur, həmçinin təqsirləndirildiyi CM-nin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Şahid1 vurulmuş olan maddi ziyan ödənilmədiyinə görə, zərərçəkmiş şəxs Şahid1 Təqsirləndirilən şəxs şikayətçidir, vurulmuş maddi ziyanın ödənilməsini tələb edir. İş üzrə Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını şəxsiyyəti müsbət xarakterizə edən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə, azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Həmçinin, iş üzrə Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş olan maddi ziyan ödənilmədiyinə görə, zərərçəkmiş şəxs Şahid1 Təqsirləndirilən şəxs şikayətçidir, vurulmuş maddi ziyanın ödənilməsini tələb edir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Qusar rayon məhkəməsinin qərarı ilə həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs törətdiyi hazırkı cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə əsasən “ az ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilməsi nəzərdə tutulmuşdur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxs Şahid1 Təqsirləndirilən şəxs qarşı mülki iddia verməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə işin faktiki hallarına və araşdırılmış sübutlara istinad edərək zərərçəkmiş şəxsə mülki iddia ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsini əsaslı sayır. İş üzrə maddi sübut, ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 17 mart 2025-ci il tarixdən hesablansın Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs Şahid1, Təqsirləndirilən şəxs qarşı maddi ziyanın ödənilməsi tələbinə dair müvafiq məhkəmədə mülki iddia qaldırmaq hüququnun olması izah edilsin Hökmdən elan olunduğu andan,(hökmün surəti Təqsirləndirilən şəxsisə təqdim edildi andan) 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar