Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-63/2020 02.09.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçıs: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Ağaverdiyev Hacı Adıgözəl oğlunun, Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi X6, Müdafiəçilər: Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi1, Müdafiəçi2, Tərcüməçi: X1 iştirakları ilə 1.Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1, xx xxxxx 2004-cü ildə Qusar rayonu Yuxarı Qələnxur kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qusar rayonu Yuxarı Qələnxur kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş, onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə 2.Təqsirləndirilən şəxs2, xx xxxxxx 1971-ci ildə Qusar rayonu Yuxarı Qələnxur kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan,Qusar rayonu Yuxarı Qələnxur kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş, onun Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Qusar Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinir ona görə ki, o, xx xxxxx 2020-ci il tarixdə saat 21 radələrində Qusar rayonunun Yuxarı Qələnxur kəndində həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncunu nalayiq ifadələrlə təhqir etmiş və yumruq zərbələri ilə Zərərçəkmiş şəxs qəsdən vuraraq sonuncuya “baş-beyin silkələnməsi; sol gözün ağlı qişasının qansızması; hər iki paraorbital nahiyələrdə, sol yanaq və almacıq nahiyələrdə dərialtı və əzələarası emfizema; üst dodağın sağ tərəfinin əzilmiş-çapılmış yarası “ ilə ifadə olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən YÜNGÜL zərər vurmaya aid xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinir ona görə ki, o, xx xxxxx 2020-ci il tarixdə saat 21 radələrində Qusar rayonunun Yuxarı Qələnxur kəndində həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncunu nalayiq ifadələrlə təhqir etmiş, daha sonra isə Zərərçəkmiş şəxs heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə yumruq-təpik zərbələri ilə qəsdən vuraraq sonuncuya “burundan nəfəs alma prosesi çətinləşməsi ilə müşayət olunan burun çəpərinin qığırdaq hissəsinin ödemi və lokal deformasiyası” ilə ifadə olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən AZ AĞİR xəsarətlər yetirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx xxxxx 2020-ci il tarixdə saat 21 radələrində yaşadığı kənddə həmkəndlisi Ruslanın evinin yanında dayanmış və sonuncudan götürdüyü Wİ-Fİ parolu ilə telefonla internetə daxil olmuşdur. Bu zaman küçədən digər həmkəndlisi Ağaverdiyev Hacı Adıgözəl oğlu keçmiş və ona, ”Mən sənə deməmişdim ki, bu küçəyə girmə ?” demiş, o, da cavab olaraq, ”Bu küçə sənin üçün tikilib?” demiş, daha sonra Hacı Ağaverdiyev yenidən ona, ”Qayıt evə!” demişdir. Bundan sonra Hacı Ağaverdiyev onu itələmiş və sifətindən yumruqla vurmuşdur. Hacı Ağaverdiyev onu vurduqdan sonra o, da sonuncunun sifətindən, bir dəfə ağız nahiyəsinə və bir dəfə də gözünün altına yumruqla vurub qaçmışdır. O, yaşadığı ünvana geri qayıtmış və bu barədə atası Təqsirləndirilən şəxs2, Hacı Ağaverdiyev ilə dalaşdığını bildirmişdir. O, atasına Hacı Ağaverdiyev ilə aralarında nə olduğu barədə danışmış və sonra atası ilə birlikdə həmin yerə Hacı Ağaverdiyevin yanına qayıtmışlar. Bu zaman həmin yerdə Hacı Ağaverdiyevin bibisi oğlu Şahid1 da olmuş və onun atası Hacı Ağaverdiyevə, ”Sən mənim uşağımdan nə istəyirsən, nə alıb verə bilmirsən?” demiş, Hacı Ağaverdiyevə cavabında onun atasına, ”Sənin oğlun məni yumruqla vurub” deyərək, həmin yeri onun atasına göstərmişdir. Atası Rəhbər də, ”Sən ona yumruq atanda o da səni vurar” deyərək cavab vermişdir. Bundan sonra Hacı Ağaverdiyev öz telefonunu Şahid1 vermiş özü isə onun üzərinə gəlməyə başlamışdır. Hacı Ağaverdiyev ona yumruq atmaq istəyəndə o, əyilmiş və zərbədən yayınmışdır. Bundan sonra o, Hacı Ağaverdiyevi bel nahiyəsindən tutub yerə yıxmış və 2 dəfə yumruq zərbəsi ilə onun sifətinə vurmuş, bu zaman atası onu tutub saxlamış, Romik isə Hacını sakitləşdirməyə çalışmışdır. Bundan sonra o, atası ilə birlikdə yaşadığı ünvana qayıtmışdır. Bundan bir müddət sonra Qusar rayon Polis Şöbəsinin Həzrə polis Bölməsinin əməkdaşları onun yaşadığı ünvana gəlmişlər və atası ilə onu dəvət edərək polis bölməsinə gətirmişlər. Bundan sonra onlar törətdikləri hadisə barədə izahat vermişlər. O, törətdiyi əməldən peşmandır. Qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsi ilə elan olunmuş ittiham aktı üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx xxxxx 2020-ci il tarixdə saat 21 radələrində yaşadığı evdə olan zaman kiçik oğlu Ağaverdi həyəcanlı formada evə gəlmiş, oğlunun belə vəziyyətdə gəldiyini görüb nə baş verdiyini ondan soruşmuşdur. Oğlu Ağaverdi ona, həmkəndlisi Ağaverdiyev Hacı Adıgözəl oğlunun evinin yaxınlığında yerləşən digər həmkəndlisi Ruslana məxsus evin yanında internetdən istifadə etmək üçün dayanıb telefonla məşğul olduğu zaman Hacı Ağaverdiyevin yaşadığı evdən çıxıb ona ”Sən burada nə edirsən?” dediyini, özünün də cavabında, ”Elə-belə dayanmışam” dediyini, bundan sonra Hacı Ağaverdiyevin yumruq zərbəsi ilə onu vurduğunu və bu zaman özünün də Hacını yumruqla vuraraq qaçdığını bildirmişdir. O, oğlu Ağaverdi ilə həmin məsələni araşdırmaq üçün Hacı Ağaverdiyevin atasının evinə getməyi qərara alımış və belə ki, əvvəllər də bir neçə dəfə Hacı oğlu Ağaverdini küçədə saxlayıb siqaret və araq almağa göndərmişdir. O, oğlu Ağaverdi ilə Hacının atasının evinə tərəf gedərkən küçədə Hacı və onun bibisi oğlu Romiklə rastlaşmışlar. O, Hacıya, ”Sən mənim uşağımdan nə istəyirsən, nə alıb verə bilmirsən?” demiş, Hacı ona, ”Sənin oğlun məni yumruqla vurub “ deyərək sifətini ona göstərmişdir. O, da Hacıya, ”Sən ona yumruq atanda, o da səni vurar” demişdir. Bundan sonra Hacı öz telefonunu Romikə vermiş, özü isə Ağaverdinin üzərinə gəlməyə başlamış, Hacı Ağaverdiyə yumruq atmaq istəyəndə Ağaverdi əyilmiş və zərbədən yayınmışdır. Bundan sonra Ağaverdi Hacını bel nahiyəsindən tutub yerə yıxmış və 2 dəfə yumruq zərbəsi ilə sonuncunun sifətinə vurmuşdur. Bu zaman o, Hacını tutub kənara atmış, yumruq və təpik zərbələri ilə onun sifətinə vurmuşdur. hadisə yerində olna Romik onları sakitləşdirmiş, o, oğlu Ağaverdi ilə birlikdə yaşadığı ünvana geri qayıtmışdır. Bundan bir müddət sonra Qusar rayon Polis Şöbəsinin Həzrə polis Bölməsinin əməkdaşları onun yaşadığı ünvana gəlmiş və Ağaverdi ilə birlikdə onu dəvət edərək polis bölməsinə gətirmiş, onlar şöbədə baş vermiş hadisə barədə izahat vermişlər. O, törətdiyi əməldən peşmandır. Qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx xxxxx 2020-ci il tarixdə saat 21 radələrində yaşadığı ünvandan çıxıb həmin kənddə yerləşən mağazaya getmək istədiyi zaman həmkəndlisi Təqsirləndirilən şəxs1 yaşadığı evin yanında dayandığını görüb, ”Sən burada nə edirsən?” deyərək soruşmuş, Təqsirləndirilən şəxs1 də ona, ”Elə-belə dayanmışam” demişdir. Bundan sonra o, yolunu davam etmək istədiyi zaman Təqsirləndirilən şəxs1 qəflətən onun sifətindən yumruqla vurub qaçmışdır. O, isə orada dayanmış və əvvəlcədən zəng edib birlikdə mağazaya getmək üçün dəvət etdiyi doğma bibisi oğlu Romik də həmin vaxt evdən çıxıb ora gəlmişdir. Bundan bir neçə dəqiqə sonra Ağaverdi atası Rəhbərlə birlikdə həmin yerə qayıtmışdır. Rəhbər ona, ”Sənin mənim oğlumla nə işin var?” demiş, o, da cavabında Rəhbərə,” Mənim onunla heç bir işim yoxdur, sənin oğlun məni özü heç bir səbəb olmadan qəflətən vurub” demişdir. Bundan sonra Ağaverdi atasının yanında onu nalayiq ifadələrlə təhqir etməyə başlamış, o, da Ağaverdiyə, “sən məni niyə söyürsən?” demiş, bundan sonra o, əsəbləşmiş və Ağaverdinin üzərinə getmiş, o, Ağaverdini yerə yıxmaq istəyəndə onlar birlikdə yerə yıxılmışlar. Bu zaman Rəhbər onun belindən tutub kənara sürütləmiş və Ağaverdi yenidən onun üzərinə gəlmişdir. Həmin vaxt Rəhbər onun boynundan tutub bir neçə yumruq zərbəsilə burnuna və sifət nahiyəsinə vurduqdan sonra onun qohumu Romik, Rəhbəri tutub kənara çəkmiş və Rəhbər yenidən təpik zərbəsi ilə onun sifətinə vurmuşdur. Lakin Romik, Rəhbəri tutub saxlamış o, isə ayağa qalxmaq istədikdə Ağaverdi yumruq zərbəsi ilə onun dodağına vurmuşdur. Bundan sonra Ağaverdi və Rəhbər hər ikisi oradan qaçıb getmiş, o, ayağa qalxdıqda isə Ağaverdinin onun ağız nahiyəsinə vurduğu zərbələrdən dodağının sallandığını və cırıldığını, həmçinin dodağından qan gəldiyini hiss etmiş, daha sonra o, Rəhbərin zərbələrindən burnunda nəfəs almaqda çətinlik çəkdiyini hiss etmişdir. Bundan sonra o, atasının evinə getmiş və oradan da Həzrə polis bölməsinə gəlib şikayət yazmışdır. Təqsirləndirilən şəxslərlə barışmamışdır, onların azadlıqdan məhrum edilməsini istəmir. Aldığı xəsarətlərlə bağlı 800 (səkkiz yüz) manat müalicə xərci çıxmışdır. Həmin məbləğin təqsirləndirilən şəxslərdən alınıb ona verilməsinə köməlik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, xx xxxxx 2020-ci il tarixdə saat 21 radələrində yaşadığı Qusar rayonunun Yuxarı Qələnxur kəndində yerləşən evdən küçəyə çıxmış, bu zaman doğma dayısı oğlu Hacının orada dayandığını görmüş, onlar görüşdükdən sonra Hacı ona, həmkəndliləri Təqsirləndirilən şəxs2 oğlu Ağaverdinin onunla mübahisə etdiyini və yumruqla sifətinə vurduqdan sonra qaçıb getdiyini bildirmişdir. Onlar mağazaya tərəf getdərək söhbət etdikləri zaman həmkəndliləri Rəhbər və oğlu Ağaverdi onlara yaxınlaşmışlar. Həmin vaxt Rəhbər Hacını kənara çəkmiş, ”nə olub uşaqla nə işin var?” demiş, Hacı da cavabında Rəhbərə, “Bax gör sənin oğlun nə edib?” demişdir. Bu zaman Ağaverdi nalayiq ifadələrlə Hacını təhqir etmiş, Hacı da əsəbləşərək onun üzərinə getmiş və bu zaman Hacı, Ağaverdini yerə yıxmaq istəyəndə hər ikisi də yerə yıxılmışlar. Bu zaman Rəhbər Hacının belindən tutub kənara sürütləmiş, həmin vaxt Ağaverdi yenidən Hacının üzərinə getmişdir. Bu zaman Rəhbər Hacının boynundan tutub bir neçə yumruq zərbəsi ilə onun burnuna və sifətinə vurmuş, lakin o, Rəhbəri tutub saxlamış və Rəhbər yenidən təpiklə Hacının sifətinə vurmuşdur. O, Rəhbəri tutduqdan sonra Hacı ayağa qalxmaq istəmiş, bu zaman Ağaverdi yumruqla Hacının dodağına vurmuş və onun dodağından qan gəlmişdir. Bundan sonra Ağaverdi və Rəhbər hər ikisi oradan qaçıb getmişlər. Hacı ayağa qalxdıqdan sonra o, Ağaverdinin Hacının ağzına vurduğu zərbədən dodağının cırıldığını görmüşdür. Bundan sonra o, Hacı ilə birlikdə Hacının atasının yanına getmişlər. Oradan isə Hacı baş vermiş hadisə barədə şikayət etmək üçün Həzrə polis bölməsinə getmiş, özü isə yaşadığı ünvana qayıtmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, xx xxxxx 2020-ci il tarixdə saat 23 radələrində yaşadığı Qusar rayonunun Yuxarı Qələnxur kəndində yerləşən evində olduğu zaman oğlu Hacının qohumu Romiklə birlikdə həmin ünvana gəlmişlər. Bu zaman Hacının dodağında, burnunda və sifətinin müxtəlif hissələrində xəsarət izləri olduğunu görmüş və Hacıdan nə baş verdiyini soruşmuşdur. Hacı isə həmkəndliləri Rəhbər və oğlu Ağaverdinin nalayiq ifadələrlə onu təhqir etdiklərini və daha sonra onu döydüklərini bildirmişdir. Bundan sonra Hacı şikayət ərizə ilə müraciət etmək üçün Qusar RPŞ-nin Həzrə PB-nə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi X10 ifadəsində göstərdi ki, xx xxxxx 2020-ci il tarixdə saat 23 radələrində yaşadıqları evində olarkən oğlu Ağaverdi evə gələrək həmkəndliləri Hacının nalayiq ifadələrlə onu təhqir etdiyini və döydüyünü bildirmişdir. Buna görə də əri Rəhbər oğlu Ağaverdi ilə birlikdə həmin məsələni araşdırması üçün Hacının atasının evinə getmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X12-Təcrübi və Tədris Birliyinin xx xxxxx 2020-ci il tarixli 172 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- QKBT, baş-beyin silkələnməsi; sol gözün ağlı qişasının qansızması; hər iki göz orbiti ətraflarının qançırları, burnun şişkinliyi və qançırı, burundan nəfəs alma prosesinin çətinləşməsi; burnun kökü nahiyəsinin üstünün əzilmiş yarası; burnun uc hissəsinin sıyrığı; burun çəpərinin qığırdaq hissəsinin ödemi və lokal deformasiyası; hər iki paraorbital nahiyələrdə, sol yanaq və almacıq nahiyələrdə dərialtı və əzələarası emfizema; üst dodağın sağ tərəfinin əzilmiş-çapılmış yarası, alt dodağın sağ tərəfinin əzilmiş yarası; alt dodağın selikli qişasının sağ tərəfinin qansızması bərk küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə yumruq və digər əşyaların zərblə vurulması nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlərdən: Hər iki göz orbiti qançırları, burnun şişkinliyi və qançırı, burnun kökü nahiyəsinin üstünün və alt dodağın sağ tərəfinin səthi əzilmiş yaraları; burnun uc hissəsinin sıyrığı; alt dodağın selikli qişasının sağ tərəfinin qansızması sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. QKBT, baş-beyin silkələnməsi; sol gözün ağlı qişasının qansızması; hər iki paraorbital nahiyələrdə, sol yanaq və almacıq nahiyələrdə dərialtı və əzələarası emfizema; üst dodağın sağ tərəfinin əzilmiş-çapılmış yarası dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. - burundan nəfəs alma prosesinin çətinləşməsi ilə müşayət olunan burun çəpərinin qığırdaq hissəsinin ödemivə lokal deformasiyası sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 xx xxxx 2020-ci il tarixli 1104 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Qusar rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Qələnxur kənd inzibati ərazi dairə üzrə nümayəndəliyin xx xxxxx 2020-ci il tarixli 160 saylı arayışdan görünürki, Təqsirləndirilən şəxs1 ailə tərkibi xx xxxxx 1981-ci il təvəllüdlü anası X4, xx xxxxxx 1971-ci il təvəllüdlü atası Təqsirləndirilən şəxs2, xx xxxx 2000-ci il təvəllüdlü qardaşı X3 və xx xxxxxx 2002-ci il təvəllüdlü bacısı X2 ibarətdir. İş materiallarında olan xx xxxx 2016-cı il tarixdə Qusar RPŞ-si tərəfindən verilmiş AZE ******** nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, Qusar rayonu Yuxarı Kalunxur kəndində yaşayan Təqsirləndirilən şəxs1 xx xxxxx 2004-cü il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs2, anası Salmanova Leyli yazılmışdır. İş materiallarında olan Qusar rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Qələnxur kənd inzibati ərazi dairə üzrə nümayəndəliyin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə mənfi xarakterizə olunur. İş materiallarında olan Qusar rayon X8 Hüquqi Şəxsin xx xxx 2020-ci il tarixli 642/05-20 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Qusar rayon X8 X9 Poliklinika Şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Qusar rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Qələnxur kənd inzibati ərazi dairə üzrə nümayəndəliyin xx xxxxx 2020-ci il tarixli 159 saylı arayışdan görünürki, Təqsirləndirilən şəxs2 ailə tərkibi xx xxxxx 1981-ci il təvəllüdlü arvadı X4, xx xxxx 2000-ci il təvəllüdlü oğlu X3, xx xxxxxx 2002-ci il təvəllüdlü qızı X2 və xx xxxxx 2004cü il təvəllüdlü qardaşı Təqsirləndirilən şəxs1 ibarətdir. İş materiallarında olan Qusar rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Qələnxur kənd inzibati ərazi dairə üzrə nümayəndəliyin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə mənfi xarakterizə olunur. İş materiallarında olan Qusar rayon X8 Hüquqi Şəxsin xx xxx 2020-ci il tarixli 643/05-20 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Qusar rayon X8 X9 Poliklinika Şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin cinayət əməllərini törətməkdə təqsirli olmaları, onların məhkəmə istintaqı zamanı verdikləri etirafedici ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş ekspert rəyi, eləcədə işdə olan digər mötəbər sübutlarla onlara tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və onlar həmin maddəıərin sanksiyası həddində cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs1 hazırki cinayət əməlini yetkinlik yaşına çatmadığı müddət ərzində törətməsini CM-nin 59.1.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində hansı cəzanın təyin edilməsini müəyyən edərkən törədilmiş cinayətin xarakterini, içtimai-təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, təqsirləndirilən şəxsin şəxsiyyətini, belə ki, cinayəti yetkinlik yaşına çatmadığı müddət ərzində törətməsini, onun inkişaf və tərbiyəsini, mənafeyini və ona təyin ediləcək cəzanın həyat şəraitinə təsirini nəzərə alaraq belə hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş və CM-nin 85.2-ci maddəsinin tələbləri rəhbər tutulmaqla cərimə növündə cəza təyin edilməklə cəzanın məqsədinə nail olmaq olar. Azərbaycan Respublikası CM-nin 85.2-ci maddəsinə əsasən cərimə, yalnız müstəqil əmək haqqı və ya bu cəzanın icrasına yönəldilə bilən əmlakı olan yetkinlik yaşına çatmayan məhkuma təyin edilir. Cərimə altı yüz manatadək miqdarda təyin edilir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində hansı cəzanın təyin edilməsini müəyyən edərkən törədilmiş cinayətin xarakterini, içtimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin ona təyin ediləcək cəzanın həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 127.2.3-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Zərər çəkmiş şəxs Ağaverdiyev Hacı Adıgözəl oğluna dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət hüququ izah edilməlidir. İş üzrə maddi sübut yoxdur. Mülki iddia olmadı. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 1000 (bir min) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş cərimə məbləğini hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödəsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «Başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs2 yaşadığı Qusar rayonu Yuxarı Qələnxur kəndində evini axşam saat 21:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qusar rayonun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «Başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərər çəkmiş şəxs Ağaverdiyev Hacı Adıgözəl oğluna dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət hüququ izah edilsin. Hökmün icrası Qusar rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olduğu andan 20 (iyirmi) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.