Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-63/2022 16.11.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, xx xxx 1968-ci ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi qaydada bağban işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, 20 aprel 2022-ci il tarixdə, səhər saat 11 radələrində yaşadığı evin qonşuluğunda ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin heyətinə açıq qapıdan girib, oradan isə qonşuluqda ünvan 3 ünvanda yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətinə çəpərdən aşaraq qanunsuz daxil olaraq, evin həyətində olan qapısı açıq saraydan dəyəri 100 manat olan 01 ədəd “HUNDAY” markalı, “HMOB-62/4,8” modelli ot biçən, dəyəri 5 manat olan 01 ədəd əl mişarı və dəyəri 10 manat olan baltanı gizli yolla talamaqla Zərərçəkmiş şəxs cəmi 115 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 20 aprel 2022-ci il tarixdə, səhər saat 11 radələrində evinin qonşuluğunda ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin heyətinə açıq qapıdan girmiş, oradan isə qonşuluqda ünvan 3 ünvanda yerləşən İlhama məxsus fərdi yaşayış evin həyətinə çəpərdən aşaraq qanunsuz daxil olmuş, evin həyətində olan qapısı açıq saraydan 01 ədəd “HUNDAY” markalı, “HMOB-62/4,8” modelli ot biçən, 01 ədəd əl mişarı və 01 ədəd baltanı gizli yolla talamaqla oğurlayıb öz evinə aparmışdır. Təxminən bir neçə gün sonra tanışı Əkbərə oğurladığı 01 ədəd “HUNDAY” markalı, “HMOB-62/4,8” modelli ot biçəni öz şəxsi əşyası kimi təqdim etmiş, satmaq üçün sonuncudan köməklik istəmişdir. Həmin vaxt Əkbər öz razılığını verərək onunla birlikdə Qusar rayonu Avaran kəndinə getmiş, orada mağaza işlədən tanışı Radikə 01 ədəd “HUNDAY” markalı, “HMOB-62/4,8” modelli ot biçəni 40 manata satmışlar, qeyd olunan məbləğdə mağazadan ərzaq və spirtli içki alıb, çıxmışlar. Növbəti gün isə oğurladığı 01 ədəd balta və 01 ədəd əl mişarı, həmçinin oğurluq zamanı istifadə etdiyi 01 ədəd vint açanı Qusar rayonu Avaran kəndi yolunun sağ tərəfində yerləşən zibilxanaya atmışdır. Əməlindən səmimi peşmandır, zərər çəkmiş şəxslə barışmışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə daimi Bakı şəhərində yaşasa da, bayram günlərində, həmçinin yay aylarında onlarla birlikdə özünə məxsus ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evində qalır. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində ailəsi ilə birlikdə Qusar şəhərinə gələrək, 3 gün ərzində Qusar şəhərindəki evində qalmış, sonra Bakı şəhərinə qayıtmışdır. xx.xx.2022-ci il tarixdə ailə üzvləri ilə birlikdə Qusar şəhərinə qayıtmış və növbəti gün evin həyətində yerləşən qapını açıq vəziyyətdə olan saraydan 01 ədəd “HUNDAY” markalı, “HMOB-62/4,8” modelli ot biçən, 01 ədəd əl mişarı və 01 ədəd baltanın oğurlandığını, həmçinin qonşuluqda yerləşən Rusiya Federasiyası vətəndaşı olan mərhum Əhmədə məxsus evin arxa qapısının açıq vəziyyətdə olduğunu görmüş, dərhal sonuncunun Qusar şəhərində yaşayan yeznəsi Rüfətə zəng edib, məlumat vermişdir. Həmin vaxt onlar evlərdən oğurluq hadisələrin baş verdiyini görüb, oğurluq hadisəsini törətmiş şəxsləri özləri axtarmağa qərara gəlib hüquq mühafizə orqanlara məlumat verməmiş, lakin həmin hadisələri törətmiş şəxsləri tapa bilmədiyi üçün xx.xx.2022-ci il tarixdə ərizələrlə Qusar RPŞ-nə müraciət etmişdir. Sonradan ona məlum olmuşdur ki, oğurluq hadisəni törədən şəxs Təqsirləndirilən şəxs olmuşdur. Ona vurulmuş olan maddi ziyan ödənilmişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Qusar rayonu Avaran kəndində yerləşən özünə məxsus mağazanı işlətməklə öz ailəsini dolandırır. Təxminən 2022-ci ilin axırlarında mağazada olduğu zaman tanışı Əkbər və əvvəllər tanımadığı Tərlan adlı şəxs mağazasına gəlmişlər. Həmin vaxt Əkbər ona yaxınlaşaraq, özü ilə gətirdiyi 01 ədəd ot biçəni istifadə edə bilmədikləri üçün satmaq istədiklərini bildirmiş, o isə sonuncunun qeyd olunan ot biçənin oğurluq olmadığını bildirdikdən sonra Əkbərə inanıb, ot biçəni 40 manata almaq qərarına gəlmişdir. Həmin vaxt Tərlan və Əkbər, satdıqları ot biçənin müqabilində 40 manat dəyərində ərzaq alıb çıxıb getmişlər. Bundan bir neçə gün sonra isə o həmin ot biçəni həmkəndlisi Telmana 50 manata satmışdır. Bundan təxminən 10-14 gün sonra onun işlətdiyi mağazaya Tərlan və Qusar RPŞ-nin əməkdaşları gəlmişlər. Həmin vaxt ona məlum olmuşdur ki, Tərlan və Əkbər adlı şəxslərin satdığı ot biçəni Tərlan adlı şəxs oğurlamışdır. O həmin əşyanın oğurluq olduğunu bilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi Rusiya Federasiyası vətəndaşı olan mərhum yeznəsi Əhmədə məxsus olmaqla, həmin evə nəzarəti arada bir gəlib həyata keçirmişdir. Təxminən 2022-ci ilin aprel ayın əvvəllərində o, sonuncu dəfə ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evə gəlib, baxış keçirib çıxıb getmişdir. xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanda yaşayan İlham ona zəng edib, evin arxa tərəfinin taxta qapısının sındırıldığını və açıq vəziyyətdə olduğunu bildirmişdir. Həmin vaxt o, dərhal qeyd olunan ünvana gedib, evə baxış keçirən zaman evin həyətində talvarın altında olan 04 ədəd hər birinin uzunluğu 2 metr, diametri 70 mm, rus istehsalı dəmir boruların, həmçinin evin birinci mərtəbəsindən isə 01 ədəd idman çantasında olan 2 kq mis, Marquis” markalı MKP 80-2 modelli su nasosunu və 1 ədəd “LUCKY PRO” markalı gidroforun oğurlandığını aşkar etmişdir. Bu zaman İlhamın evin həyətində olan saraydan da 01 ədəd ot biçən, 01 ədəd əl mişarı və 01 ədəd baltanın oğurlandığı müəyyən edilmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid4 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, fəhlə kimi işləyərək öz ailəsini dolandırmışdır. Təxminən 2022- ci ilin aprel ayının sonlarında tanışı Tərlanla görüşən zaman sonuncu 01 ədəd “HUNDAY” markalı, “HMOB-62/4,8” modelli ot biçəni öz şəxsi əşyası kimi təqdim edərək, istifadə edə bilmədiyindən satmaq üçün ondan köməklik istəmişdir. Həmin vaxt öz razılığını verərək Tərlanla birlikdə Qusar rayonu Avaran kəndinə gedib, orada mağaza işlədən tanışı Radikə 01 ədəd “HUNDAY” markalı, “HMOB-62/4,8” modelli ot biçəni 40 manata satmış və qeyd olunan məbləğdə mağazadan ərzaq, siqarət və spirtli içki alıb, çıxmışlar. Bundan bir müddət sonra ona məlum olmuşdur ki, onun tanışı Tərlanla birlikdə satdığı 01 ədəd ot biçən oğurluqdur, onun bununla bağlı heç bir məlumatı və əlaqəsi olmamışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş dindirilmiş Zərərçəkmiş şəxs Qusar RPŞ-yə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, 2022-ci ilin aprel ayının 12-dən 24-dək olan müddət ərzində naməlum şəxslər ona məxsus Qusar şəhəri M.Vəliyev küçəsi ev 171 saylı evin həyətində yerləşən saraydan bir ədəd “Hundai” markalı otbiçən, bir ədəd əl mişarı və bir ədəd baltanı və bir ədəd baltanı oğurlamışdır. Oğurluq hadisəsini törətmiş şəxsin müəyyən edilib barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Qusar RPŞ-nin İB-nin müstəntiqi polis kapitanı X2, Qusar RPŞ-nin əməliyyat müvəkkili, X3 və Zərərçəkmiş şəxs iştirakları ilə tərtib edilmiş 07 may 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 09:10-dan saat 10:00dək ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evində baxış keçirilmişdir. Baxış zamanı evin mişar daşı ilə hasarlandığı, həyətində isə 2 mərtəbəli fərdi yaşayış evin və sarayın olması müəyyən edilmişdir. Baxış zamanı ev sahibi Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə Qusar şəhərinə gəldiyini və növbəti gün evin həyətində olan saraydan 01 ədəd “Hunday”markalı ot biçənin, 01 ədəd əl mişarın və 01 ədəd baltanın oğurlandığı aşkar etmişdir. Baxış zamanı fotoşəkillər çəkilmiş, iş üçün əhəmiyyət kəsb edən əlavə hallar aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Qusar RPŞ-nin İB-nin müstəntiqi X2 tərəfindən Qusar RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili polis leytenentı Elxan Osmanovun Şahid2 iştirakları ilə tərtib edilmiş 07 may 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 10:10-dan saat 11:00-dək baxış zamanı Şahid2 qaynı Əhmədə məxsus evindən 04 ədəd hər biri 2 metrə uzunluğunda 2 sm qalınlığında dəmir lomla “Marquis” markalı su nasosunu və su dartan aparat, 2 kq mis qırıntıların oğurlandığını bildirmişdir. Baxış zamanı evin mişar daşı ilə hasarlandığı , evin həyətinin qapısının və evin pəncərələrin yerində olduğu , evin köhnəlimiş olması edilir. Baxış zamanı evin arxa tərəfin qapısının açıq və sındırılmış vəziyyətdə olması müşahidə edilir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə ediləcəkdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Qusar RPŞ-nin İB-nin müstəntiqi X2 tərəfindən Qusar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenentı Elxan Osmanovun, X1 iştirakları ilə tərtib edilmiş 11 may 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 12:00-dan saat 12:35-dək baxış zamanı Qusar rayonu Avaran kənd sakini T.Həcımətov 2022-ci ilin aprel ayının sonlarında həmkəndlisi Şahid3 məxsus mağazadan 50 manata aldığı “Hunday” markalı ot biçən təqdim etmişdir. Həmin vaxt T,Musayev təqdim edilən ot biçənin onun tərəfindən oğurlandığı və Şahid3 məxsus məxsus mağazaya satıldığını etiraf etdi. Baxış zamanı fotoşəkillər çəkərək protokola əlavə edilmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17 iyun 2022-ci il tarixli 9/3648 nömrəli rəyindən görünür ki, 01 ədəd “Hunday” markalı “HMOB-62/4,8” modelli ot biçənin 2022-ci ilin aprel ayına olan orta bazar qiyməti 100 manat, 01 ədəd uzunluğu 40 sm, sap hissəsi plastikdən, bıçaq bölməsi isə dəmirdən olan əl mişarın 2022-ci ilin aprel ayına olan bazar qiyməti 5 manat, 01 ədəd sapın uzunluğu 50 sm, orta ölçülü başlığı dəmirdən olan baltanın 2022-ci ilin aprel ayına olan orta bazar qiyməti 10 manat, 01 ədəd “Marquis”markalı MPK80-2 modelli su nasosu və “LUCKY PRO” markalı gidroforun 2022-ci ilin aprel ayına olan orta bazar qiyməti 45 manat, 2 kq misin (qırıntı olduğu halda) 2022-ci ilin aprel ayına olan orta bazar qiyməti 28 manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 iyun 2022-ci il tarixli 9/3648 məktubdan görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil etmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının 11 may 2022-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” olan qərardan görünür ki, 01 ədəd “HUNDAY” markalı, “HMOB- 62/4,8” modelli ot biçən iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qiymətləndirilmiş və gündəlik tələbatda istifadə olunduğundan sahibinə geri qaytarılmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs verdiyi qəbzdən görünür ki, ona məxsus olan 01 ədəd “HUNDAY” markalı, “HMOB-62/4,8” modelli ot biçən özünə qaytarılmışdır. İş materiallarında olan “Qusar Rayon Mərkəzi Xəstəxanası” X11 tərəfindən verilmiş 10 iyun 2022-ci il tarixli 1095/06-22 saylı arayışdan görünür ki, Qusar şəhəri, M.Vəliyev küçəsi, ev 166-da yaşayan xx.xx.1968-ci il Təqsirləndirilən şəxs həmin X11in həkim narkoloqun və psixiatrın qeydiyyatında yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Qusar RİHB-nın Qusar Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 6 evdə yaşayır, ailə tərkibi həyat yoldaşı X4, qızı xx.xx.2004-cü il təvəllüdlü Alina Musayeva və oğlu xx.xx.2006-cı il təvəllüdlü Nurlan Musayevdən ibarətdir. İş materiallarında olan Qusar rayon İHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, ünvan 6 evdə yaşayan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs 20 aprel 2022-ci il tarixdə, səhər saat 11 radələrində yaşadığı evin qonşuluğunda ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin heyətinə açıq qapıdan girib, oradan isə qonşuluqda ünvan 3 ünvanda yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətinə çəpərdən aşaraq qanunsuz daxil olaraq, evin həyətində olan qapısı açıq saraydan dəyəri 100 manat olan 01 ədəd “HUNDAY” markalı, “HMOB-62/4,8” modelli ot biçən, dəyəri 5 manat olan 01 ədəd əl mişarı və dəyəri 10 manat olan baltanı gizli yolla talamaqla Zərərçəkmiş şəxs cəmi 115 manat maddi ziyan vurmaqla gizli yolla talamaqla oğurlaması və bununla da, onun Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59.1, 59.1.4, 59.1.12, 59.1.13-cü maddələrinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması; zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.3-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamın 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun himayəsində azyaşlı uşaqlarının olmasını, dəymiş zərəri tam aradan qaldırmasını, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmamasını, cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halı, işdə cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 6 ünvanda yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Həmçinin, Təqsirləndirilən şəxs dəymiş zərəri tam aradan qaldırmış, zərərçəkmiş şəxs onunla barışmışdır. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsin barəsində təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzası daha ədalətli olmaqla cəzanın məqsədlərinin təmin olunması üçün tam kifayət edər. İş materiallarında olan “axtarışda olan şəxsin tutulması barədə” olan 21 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 iyul 2022-ci il tarixdə tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 23 iyul 2022-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və həmin tarixdə də Qusar RPŞ-nin MSY-dən dərhal azad olunmuşdur. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 21 iyul 2022-ci il tarixdən 23 iyul 2022-ci il tarixədək tutulduğu 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “HUNDAY” markalı, “HMOB-62/4,8” modelli ot biçənin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərcləri 50 (əlli) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 21 iyul 2022-ci il tarixdən 23 iyul 2022-ci il tarixədək tutulduğu 02 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 01 (bir) il, 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 6 ünvanda yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “HUNDAY” markalı, “HMOB-62/4,8” modelli ot biçənin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: Əli Cəlilov
Məhkəmə qərarları › İş №1(029)-63/2022
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-63/2022
16.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver