Məhkəmə qərarları › İş №1(029)-63/2023

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-63/2023

16.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-63/2023 16.08.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi şəxsin nümayəndəsi Nümayəndə, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1949-cu ildə Qusar rayonu Cağar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Qusar rayonu Çiləgir kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Qusar rayonu Urva Bələdiyyəsinə məxsus kənd təsərrüfatlı torpaqları kateqoriyasına aid torpaq sahəsini özbaşına hasarlama və orada əkib-bəcərmə işləri aparmaqla zərərçəkmiş şəxsin topraq üzərində mülkiyyət hüququnu pozub X=280011.245 Y=4586089.261 X=280019.958 Y=4586070.602 X=280032.538 Y=4586076.575 X=280039.540 Y=4586062.955 X=280024.033 Y=4586053.426 X=280008.687 Y=4586041.143 X=280003.753 Y=4586045.082 X=280001.840 Y=4586048.044X=280001.830 Y=4586048.700 X=280000.888 Y=4586054.637 X=280001.746 Y=4586060.447 X=280001.399 Y=4586072.496 X=279999.177Y=4586084.445 kordinatlar daxilindəki 0,083 ha kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasına aid torpaq sahəsini özbaşına tutmuşdur. Belə ki, o, 2002-ci ildən 2023-cü ilədək olan müddət ərzində Qusar rayonu Çiləgir kəndində Qusar-Şahdağ yolunun sol tərəfində yerləşən Qusar rayonu Urva Bələdiyyəsinə məxsus kənd təsərrüfatlı torpaqları kateqoriyasına aid olan 0,083 hatorpaq sahəsində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan 24 ədəd at şabalıdı ağacı, 01 ədəd ağcaqayın ağacı, 02 ədəd söyüd ağacı, 01 ədəd çinar ağacı, 06 ədəd akasiya ağacı, 01 ədəd şam ağacı və 02 ədəd qoz ağacları əkib-bəcərməklə, həmçinin 2020-ci ilin yay aylarında qeyd olunan torpaq sahəsini metal profil ilə hasarlamaqla və dəmir darvazanı quraşdırmaqla özbaşına tikinti quraşdırma işləri aparıb özbaşına tutmaqla Urva Bələdiyyəsinin həmin topraq üzərində mülkiyyət hüququnu pozmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2001-ci ildə o, həmin ərazidə müəyyən tikinti işləri aparmış, sonradan tikinti işləri aparmağa davam etmişdir. 2007-ci ildə bələdiyyədə işləyən Şəmsəddinə müraciət edərək dörd sot torpaq sahəsinə sənəd istəmiş, o, da ona sənədi vermişdir. Hazırki iş üzrə müstəntiq tərəfindən araşdırma aparana kimi o, həmin sənədin əsl sənəd olduğunu bilmişdir. Həmin ərazinin bir tərəfi asfalt yola çıxır, orada 4-5 metr dərinliyində çuxur olub, o, həmin çuxuru torpaqla doldurub təmizləmiş və yol açmışdır. Ona səkkiz sotun zəbt etdiyinə görə ittiham elan olunmuş, lakin o, dörd sotun zəbt etdiyinə görə özünü təqsirli bilir, çünki qalan dört sot torpaq sahəsinə görə ona sənəd vermişlər, o, həmin sənədin doğru düzgün olduğunu bilmişdir. Buna görə də o, həmin ərazini yararlı hala gətirmiş, orada olan çökəklik su ilə dolub, keçilməz hala düşürürdü. Torpaq sahəsi arvadının adında olmuşdur. Həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd yoxdur. Torpaq sahəsini Həsrətov Şəmsəddindən arvadının adına almışdır. Birinci dəfə 2 sot sonra 4 sot torpaq sahəsi almışdır. 2 sot torpaq sahəsinə dair ilkin bələdiyə sənədləri var, 4 sot torpaq sahəsinə dair isə dövlət aktı var. Birinci aldığı 2 sot torpaq sahəsində tikinti işləri aparmış, qalan sahədə tikinti işləri aparılmamış, sadəcə olaraq həmin ərazidə abadlaşdırma işləri görmüşdür. Həmin ərazini abadlaşdıranda heç bir yerə rəsmi müraciət etməmişdir. Həmin kafe 2002-ci ildən hal hazıra kimi fəaliyyət göstərir. Hal hazırda onun tutduğu ərazinin bir hissəsi buraxmış, bir hissəsi isə qalmış, həmin hissəni ona görə saxlamışdır ki, oradan kənd camaatına məxsus mal qara gəlir, buna görə qalmışdır. Məhkəməyə ərizə təqdim edərək onun 74 yaşı olmasını, səhhəti ilə bağlı müalicə olunmaq üçün Bakı şəhərinə getməli olduğunu nəzərə alıb ona şərti cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsin hüquqi nümayəndəsini, şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, aşağıda göstərilən digər mötəbər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək göstərdi ki, 2020ci ildən bələdiyyədə mühasib işləyir.Təqsirləndirilən şəxs 2 sot bir və 4 sot bir torpaq sahələrin sənədləri mövcuddur. Təqsirləndirilən şəxs əlavə olaraq bələdiyyənin mülkiyyətində olan 4 sot torpaq sahəsini zəbt edərək tutmuşdur. Hazırda onların Təqsirləndirilən şəxsa qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs zəbt etdiyi torpaq sahəsinin ona rəsmi qaydada satılması barədə bələdiyyəyə müraciət etmişdir, lakin həmin torpaq sahəsi kənd təsərrüfatlı torpaq sahəsi olduğundan rəsmiləşdirə bilməmiş, gələcəkdə torpaq sahəsinin kateqoriyasını dəyişdirib həmin torpaq sahəsini Təqsirləndirilən şəxs mülkiyyətinə verilməsi barədə qərar veriləcəkdir. Həmin vaxt onlar müvafiq akt tərtib edib fotoşəkillər çəkmişdir. Həmin ərazinin Qusar rayonu Urva bələdiyyəsinin mülkiyyətində olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, təxminən 2001-ci ilin payız aylarında əri Təqsirləndirilən şəxs ilə birlikdə Qusar rayonu Çiləgir kəndin ərazisində yerləşən 0,02 ha torpaq sahəsinin sahibkarlıq məqsədi ilə almaq üçün Qusar rayonu Çiləgir Bələdiyyəsinə müraciət etmişlər. Qusar rayonu Çiləgir bələdiyyəsinin xx.xx.2001-ci il tarixli, 32 saylı qərarı ilə Qusar rayonu Çiləgir kəndinin şərq tərəfində Qusar-Əniğ yolunun kənarında yerləşən 0,02 ha torpaq sahəsi ticarət obyektinin tikintisi üçün ona satılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs torpaq sahəsini onun adına rəsmiləşdirmişdir. Bundan sonra təxminən 2002-ci ildə Təqsirləndirilən şəxs Qusar rayonu Çiləgir kəndində yerləşən özünə məxsus 0,02 ha torpaq sahəsində 1 mərtəbəli çay evi inşa etmişdir. 2003cü ildə isə Təqsirləndirilən şəxs özünə məxsus çay evinin sahəsini genişləndirmək qərarına gələrək, tikinti-quraşdırma işləri aparmaqla ikinci mərtəbəni də inşa etmişdir. Təxminən 2006-cı ildə əri Təqsirləndirilən şəxs ilə birlikdə əlavə torpaq sahəsi almaq üçün ləğv edilmiş rayonun Çiləgir Bələdiyyəsinin mərhum sədri Şəmsəddin Həsrətova müraciət etmiş, sonuncu da onlara saxta Torpağa Mülkiyyət Hüququna dair JN 475, KOD 30121028 saylı Dövlət Aktını təqdim etmişdir. Həmin vaxt onların dövlət aktın saxta olması barədə heç bir məlumatı olmamışdır. 2020-ci ilin təxminən yay aylarında Təqsirləndirilən şəxs qeyd olunan torpaq sahəsini metal profil ilə hasarlamış və dəmir darvazanı quraşdırmışdır, həmçinin qeyd olunan torpaq sahəsində müxtəlif cinsli ağacları əkib-bəcərmişdir. Bundan sonra polis şöbəsində ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Urva Bələdiyyəsinin müraciət etmədən, onun mülkiyyət hüququnu pozaraq Qusar rayonu Urva Bələdiyyəsinin mülkiyyətində olan 0,0803 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini metal profil ilə hasarlamaqla və dəmir darvazanı quraşdırmaqla özbaşına tikinti quraşdırma işləri aparıb özbaşına tutmaqla Urva Bələdiyyəsinin həmin torpaq üzərində mülkiyyət hüququnu pozmuşdur. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, Şahid1 adına olan xx.xx.2001-ci il tarixli 32 nömrəli bələdiyyə tərəfindən verilmiş torpaq sahəsinə baxış keçirilmiş və nəticədə məlum olmuşdur ki, torpaq sahəsi faktiki 0,103 ha olmaqla, X=280011.245 Y=4586089.261 X=280019.958 Y=4586070.602 X=280032.538 Y=4586076.575 X=280039.540 Y=4586062.955 X=280024.033 Y=4586053.426 X=280008.687 Y=4586041.143 X=280003.753 Y=4586045.082 X=280001.840 Y=4586048.044X=280001.830 Y=4586048.700 X=280000.888 Y=4586054.637 X=280001.746 Y=4586060.447 X=280001.399 Y=4586072.496 X=279999.177 Y=4586084.445 qeyd olunan kordinatlar daxilində təşkil edir və torpaqların elektron kadastrı uçotu məlumat bazasında torpq sahəsi Qusar rayonu Çiləgir kəndi ünvanında yerləşir və ünvan 2ı təyinatlı torpaqlara aid olması məlum olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs Urva Bələdiyyəsinin müraciət etmədən, onun mülkiyyət hüququnu pozaraq Qusar rayonu Urva Bələdiyyəsinin mülkiyyətində olan 0,0803 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini metal profil ilə hasarlamaqla və dəmir darvazanı quraşdırmaqla özbaşına tikinti quraşdırma işləri aparıb özbaşına tutmaqla Urva Bələdiyyəsinin həmin topraq üzərində mülkiyyət hüququnu pozmuş, həmçinin 0,0803 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində müxtəlif cinsli ağacları da əkib-bəcərmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-34/2- 1465/2023 nömrəli məktubundan görünür ki, Şahid1 adına olan Torpağa Mülkiyyət Hüququna dair JN 475, KOD 30121028 saylı Dövlət Aktının dövlət aktlarının verilməsi kitabından qeydiyyatdan keçməmiş və Çiləgir bələdiyyəsinin ehtiyyat fondundan sahibkarlıq məqsədilə satılmış 0,04 ha torpaq sahəsinin qeydiyyatı barədə heç bir məlumat aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Xətşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 4/215 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş JN 475, KOD 30121028 saylı Dövlət Aktının “Torpaq sahəsinin qaiməsi sertifikatı”-nm aşağı sol hissəsində “R.Əliverdiyev” yazıların qarşısında olan imza - X1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Sənədlərin texniki ekspertizasının xx.xx.2023-cü il tarixli, 5/199 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Şahid1 adına xx.xx.2006-cı il tarixli JN 475, KOD 30121028 saylı Dövlət Aktının sonuncu vərəqindəki möhür relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Tikinti-Texniki ekspertizasının xx.xx.2023-cü il tarixli, 10/3940 nömrəli rəyindən görünür ki, Qusar rayonu, Çiləgir kəndin ərazisində yerləşən Təqsirləndirilən şəxs məxsus olan torpaq sahəsinin sənəd üzrə 0,02 ha olduğu və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-34/2-4255/2023 saylı mütəxəssis rəyinə əsasən faktiki istifadəsində olan torpaq sahəsi isə 0,103 ha olduğunu nəzərə alaraq, Təqsirləndirilən şəxs məxsus çay evinin yerləşdiyi torpaq sahəsindən əlavə 0,083 ha torpaq sahəsi istifadə edildiyi və istifadəsində olan torpaq sahəsi Qusar rayonu Urva Bələdiyyəsinin mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlara aid olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən istifadə olunan ərazidə gördüyü hasarlama işləri Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.17 bəndinə əsasən tikinti-quraşdırma işlərinə aid olduğu müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2- 4305/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs məxsus torpaq sahəsi faktiki 0,103 ha olmaqla, X=280011.245 Y=4586089.261 X=280019.958 Y=4586070.602 X=280032.538 Y=4586076.575 X=280039.540 Y=4586062.955 X=280024.033 Y=4586053.426 X=280008.687 Y=4586041.143 X=280003.753 Y=4586045.082 X=280001.840 Y=4586048.044X=280001.830 Y=4586048.700 X=280000.888 Y=4586054.637 X=280001.746 Y=4586060.447 X=280001.399 Y=4586072.496 X=279999.177 Y=4586084.445 qeyd olunan kordinatlar daxilində təşkil edir və torpaqların elektron kadastrı uçotu məlumat bazasında torpaq sahəsinin Qusar rayonu Urva Bələdiyyəsinin mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlara aid olduğu məlum olmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Qusar rayon İcra Hakimiyyəti Başçısının 31 mart 2023-cü il tarixli 5-63- 2/2-216/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs özünə məxsus iaşə obyektində heç bir icazə sənədi almadan qanunsuz olaraq genişləndirmə işləri aparmış və obyektin ərazisi metal profillə hasara alınmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış “Baxış Keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Qusar rayonu Çiləgir kəndində yerləşən Təqsirləndirilən şəxs məxsus çay evinin yerləşdiyi ərazinin ümumi sahəsi 0,103 ha təşkil etməklə, sənəd üzrə 0,02 ha olduğu və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-34/2-4255/2023 saylı mütəxəssis rəyinə əsasən faktiki istifadəsində olan torpaq sahəsi isə 0,103 ha olduğunu nəzərə alaraq, Təqsirləndirilən şəxs məxsus çay evinin yerlşdiyi torpaq sahəsindən əlavə 0,083 ha torpaq sahəsi istifadə edildiyi və istifadəsində olan torpaq sahəsi Qusar rayonu Urva Bələdiyyəsinin mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlara aid olduğu, həmin 0,083 ha torpaq sahəsində 24 ədəd at şabalıdı ağacı, 01 ədəd ağcaqayın ağacı, 02 ədəd söyüd ağacı, 01 ədəd çinar ağacı, 06 ədəd akasiya ağacı, 01 ədəd şam ağacı və 02 ədəd qoz ağacları əkib-bəcərdiyi, həmçinin qeyd olunan torpaq sahəsini metal profil ilə hasarladığı və dəmir darvaza quraşdırdığı müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış “Baxış Keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, torpağa Mülkiyyət Hüququna dair JN 475, KOD 30121028 saylı Dövlət Aktının dövlət aktında Qusar rayonu Çiləgir bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 32 saylı qərarı ilə Şahid1 qızma Çiləgir bələdiyyəsinin ehtiyyat fondundan sahibkarlıq məqsədilə 0,04 ha torpaq sahəsi satılmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Qusar X4 Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-22-3-38/2-27/2023 nömrəli məktuba əlavə edilmiş rəyindən görünür ki, Təqsirləndirilən şəxs məxsus çay evinin yerləşdiyi ərazidə yaşı 20-21 il olan 08 ədəd at şabalıdı ağacı, yaşı 20 il olan 01 ədəd ağcaqayın ağacı, yaşı 20 il olan 02 ədəd söyüd ağacı, yaşı 5 il olan 01 ədəd çinar ağacı, yaşı 5 il olan 06 ədəd akasiya ağacı, yaşı 4 il olan 16 ədəd at şabalıdı ağacı,yaşı 3 il olan 01 ədəd şam ağacı və yaşı 20 il olan 02 ədəd qoz ağacı müşahidə edilir Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış “Qusar rayon Mərkəzi Xəstəxanası” X5 18 aprel 2023- cü il tarixli PHŞ-6-54/2-275/2023 saylı məktubundan görünür ki, Qusar rayonu, Çiləgir kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə həkim narkoloqun və psixiatrın qeydiyyatında yoxdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr yoxdur və həmin sübutlar əsasında cinayət hadisəsinin həqiqətən baş verməsi, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 188.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün əlamətlərinin olması və həmin cinayət əməllərinin təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilməsi tam təsdiq olunur. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143- 146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, həqiqətən də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Odur ki, məhkəmə qeyd edilən maddi hüquq normalarını və cinayət işinin bütün hallarını məcmu halda nəzərə alaraq, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə tövsif edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirli bilinməklə həmin maddə üzrə ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs ərizəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. İş materiallarından görünür ki, zərərçəkmiş şəxsin hüquqi şəxsin Nümayəndə Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi şəxsin nümayəndəsi ilə barışmasını, ona qarşı şikayət və tələbinin olmamasını CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyini zamanı cinayət hüququ nəzəriyyəsində öz əksini tapmış cəzanın fərdiləşdirilməsi prinsipinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət prinsipinə ciddi şəkildə əməl olunmalıdır. Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.4-cü bəndlərinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən halları müzakirə etmiş, zərərçəkmiş şəxsin hüquqi şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hüquqi şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, onun əməlindən səmimi peşmançılıq hissi keçirməsini, müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, onun yaşını, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 188.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və Təqsirləndirilən şəxs ərizəsini nəzərə alaraq barəsində həmin Məcəllənin 70-ci maddəsinin tətbiq olunaraq təyin edilmiş cəzasının sınaq müddəti müəyyən olunmaqla şərti hesab olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs öz ərizəsini nəzərə alaraq təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər cəzanın təyin edilməsini ədalətli hesab etmir. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın real olaraq çəkilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, ona real cəzanın təyin edilməsi ədalətli və humanist olmamaqla törədilmiş cinayətlə cəza arasında balansın pozulmasına, onun özünün və ailəsinin məhrumiyyətlərə düçar olmasına səbəb ola bilər. Belə ki, zərərçəkmiş şəxsin hüquqi şəxslə barışıq əldə etmiş, zərərçəkmiş şəxsin hüquqi şəxsin ona qarşı şikayət və tələbini yoxdur, hal-hazırda əməlindən səmimi peşman olmuşdur. Ona görə də, həmin şəxsə real olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilərsə, o və ailəsi əlavə məhrumiyyətlərə məruz qala bilər, həmçinin təqsirkarın şəxsiyyətinə uyğun gəlməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, onun barəsində təyin olunmuş cəzanın şərti hesab olunması tam ədalətli və humanist olmaqla onun islah olunması və cəzanın məqsədlərinə nail olunması üçün kifayətdir və bu halda cinayətlə cəza arasındakı balans tam təmin olunar, gələcəkdə belə hərəkətlərin edilməsinin qarşısı alınar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarın 2.21-ci bəndində qeyd olunur ki, “cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. İş materiallarında olan qətimkan tədbiri seçmək haqqında 07 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübut olan Torpağa Mülkiyyət Hüququna dair JN 475, KOD 30121028 saylı Dövlət Aktının dövlət aktı cinayət işinin materiallarında saxlama müddəti ərzində saxlanılmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 294 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. Mülki iddia olmadı. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq olunaraq təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin və ona 06 (altı) ay sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan Torpağa Mülkiyyət Hüququna dair JN 475, KOD 30121028 saylı Dövlət Aktının dövlət aktı cinayət işinin materiallarında saxlama müddəti ərzində saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 294 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmün icrası Qusar rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən elan olduğu andan 20 gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar