Məhkəmə qərarları › İş №1(029)-63/2024

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-63/2024

21.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-63/2024 21.08.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 16 fevral 1992-ci ildə Qusar rayonu, Əniğ kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş (Qusar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş) məhkumluğu ödənilməmiş, Qusar rayonu, Əniğ kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: xx.xx.2024-cü il tarixdə, saat 20 radələrində Qusar rayonu Əniğ kəndində Təqsirləndirilən şəxs yaşadığı evdə anası Zərərçəkmiş şəxs yumruqla vuraraq ona qəsdən sol göz orbiti ətrafının və ənsə nahiyəsinin sol tərəfinin qançır-hematomaları, sol gözün ağlı qişasının qansızması ilə nəticələnən qəsdən onun sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 20 radələrində yaşadığı evdə baş vermiş mübahisə zamanı yumruqla anası Zərərçəkmiş şəxsnm sifətinə vurmuşdur. Hazırda törətdiyi cinayət əməlinə görə səmimi peşmandır, barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş şahidin ifadəsi, elan olunmuş zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş və ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 20 radələrində yaşadığı evdə baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs sifətini yumruqla vurduğu görüb onları ayıraraq sakitləşdirmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadədən görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 20 radələrində yaşadığı evdə baş vermiş mübahisə zamanı oğlu Təqsirləndirilən şəxs yumruqla onun sifətinə vuraraq xəsarət yetirmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadədən görünür ki, Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs yumruqla Zərərçəkmiş şəxsnm sifətinə vuraraq xəsarət yetirdiyini görüb onları ayıraraq sakitləşdirmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş “MTE və PA” Birliyinin Qusar rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 176 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sol göz orbiti ətrafının və ənsə nahiyəsinin sol tərəfinin qançır-hematomaları; sol gözün ağlı qişasının qansızması; sağ əlinin arxa səthinin əzilmiş yarası küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yumruq zərbəsi ilə vurulma nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs məhkəməyə ünvanlandığı ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmamış, ondan şikayətçidir. Təqsirləndirilən şəxs həbs edilməsini, ona ağır cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur, həmçinin təqsirləndirildiyi CM-128-ci maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Qusar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qusar rayon icra və probasiya şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs Qusar rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkiİməmiş hissəsi xx.xx.2024-cü il tarixinə 10 (on) ay, 05 (beş) gün təşkil edir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Buna görə də məhkəmə hesab edir ki, əvvəllər qəsdən cinayət törətməyə və Qusar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs həmin cinayət əməlinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluğu olsa da, cinayətin residivi növündə cəzanı ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Məhkəmə hesab edir ki, onun həmin vaxt törətdiyi cinayət əməlinə görə azadlığının məhdudlaşdırılması cəzası təyin edildiyindən Cinayət Məcəlləsinin 18-ci maddəsinə əsasən bu hallar cəzanı ağırlaşdıran halları (residivi) təşkil etmir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Hazırkı iş üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs arasında barışıq halı mövcud olmadığından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi halı müzakirə edilə bilməz. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər Qusar rayon rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, həmin cəzanın çəkilməmiş hissəsi 10 (on) ay, 05 (beş) gün təşkil edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını isə şəxsiyyəti səciyyələndirən müsbət hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaların da təyin edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, əvvəllər analoji eyni maddə ilə cinayət məsuliyyətinə cəlb olunaraq məhkum olunmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs anasının sağlamlığına qəsdən xəsarət yetirdiyinə görə Qusar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkəmə tərəfindən təyin edilmiş cəzasını çəkən zaman islah olunmamış, öz anasına xəsarət yetirmişdir. Cəmiyyət arasında, el içində “ana müqəddəsdir” fikri, aforizmi mövduddur. Anaya döyməklə xəsarət yetirmək isə cəmiyyət arasında müsbət qarşılanmır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha yüngül cəzalardan hər hansı birinin təyin edilməsini isə ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Belə ki, həmin şəxsə cəza təyin edilərkən residivə görə cəza təyin edilməsini nəzərdə tutan qaydalar nəzərə alınmasa da, həmin şəxs əvvəl eyni cinayət əməlini, eyni şəxsə qarşı törətdiyinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmişdir. Bu isə bir daha həmin şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəzaların hər hansı birinin təyin edilməsinin onun islah olunması və cəzanın məqsədlərinə nail olunması baxımından effektli və səmərəli olmasını əsaslı olaraq şübhə altına alır. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsə məhz azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, həmçinin həyat və sağlamlığın qorunması sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına, təyin olunacaq cəzanın səmərəsizliyinə, icrasının mümkünsüzlüyünə səbəb ola bilər. İş materiallarında olan Qusar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, barəsində həbs qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü tarixdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1. Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 67.2. Hökmlərin məcmusu üzrə təyin edilmiş və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan qəti cəzanın müddəti və ya həcmi, bu Məcəllənin Ümumi hissəsində həmin cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 67.4. Hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. 68.1. Cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə 68.1.1-1. azadlığın məhdudlaşdırılmasının iki günü: 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Qusar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 10 (on) ay, 05 (beş) günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1, 68.1.1-1-cü maddələrinə əsasən 5 (beş) ay, 03 (üç) gün azadlıqdan məhrum etmə təşkil edir, Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən həmin müddət yəni 5 (beş) ay, 03(üç) gün azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi hazırkı cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-cü maddəsinin tələbinə əsasən “böyük ictimai təhlükə törətməyən” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilməsi nəzərdə tutulmuşdur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli 24 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Qusar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilən cəzanın çəkilməmiş hissəsi olan 10 (on) ay, 05 (beş) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1, 68.1.1-1-cü maddələrinə əsasən 5 (beş) ay, 03 (üç) gün azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə ona qəti olaraq 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı 24 iyun 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Hökm elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Qusar rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar