Məhkəmə qərarları › İş №1(029)-64/2020

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-64/2020

22.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-64/2020 22.09.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1989-cu ildə Kürdəmir rayonu Cəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli-himayəsində iki azyaşlı uşaqları olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri Səbail rayonu Ə.Yaqubov küçəsi ev 11 mənzil 16-da qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.1-1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində Qusar-Şahdağ yolunun 26-cı km-də Qusar rayonu Aladaş kəndinin ərazisində etibarnamə əsasında idarə etdiyi “X13” markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 37-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin (1 saylı Əlavəsinin 5-ci hissəsinin 1-ci bəndinin) tələblərini pozub, yəni avtomobili təkərlərin pokrışkalarının qaçış səthinin kənarlarında protektor naxışları tam yeyilmiş vəziyyətdə idarə edib, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, döngədə qəfildən idarəetməni itirib yolun sol tərəfində yerləşən dərəyə aşmış, nəticədə avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs sağlamlığına ehtiyyatsızlıqdan “sol baldırın aşağı 1/3-nin iç səthinin qançırı, T12 fəqərə cisminin sümük iliyi ödemi ilə müşayiət olunan çoxqəlpəli sınığı, sınıq fraqmentlərinin 8 mm-dək spinal kanala doğru dislokasiyası və konus medullarisin kompressiyası, vertebral kanalda stenozu” ilə ifadə olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan AĞİR zərər vurmaya aid xəsarətin vurulmasına səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 263.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadə verərək göstərmişdir ki, o, təxminən 3-4 ildir Bakı şəhərində fəaliyyət göstərən avtomobillərin icarəsi ilə məşğul olan şirkətlərdən avtomobil icarəyə götürüb, xarici ölkələrdən gələn turistləri Respublikanın müxtəlif bölgələrinə aparmaqla öz ailəsini dolandırır. xx xxxxxx 2020-ci il tarixdə səhər radələrində o, tanışı Sadiqdən “X13” markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobili 4 günlük icarəyə götürərək ona 400 manat pul vermiş və yol vərəqəsini aldıqdan sonra günorta radələrində Bakı şəhərində yerləşən H.Əliyev adına hava limanına gedib, Abdulrəhman adlı turisti qarşılayıb, sonuncunu “Port Baku” otelə aparıb yerləşdirmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 10 radələrində o, idarə etdiyi “X13” markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Port Baku” oteldən Abdulrəhmanı götürərkən sonuncunun yanında əvvəllər tanımadığı Jasmin adlı qadın olmuşdur. O, Abdulrəhman və Jasmini Qusar rayonu ərazisində yerləşən “X3” aparmaq üçün idarə etdiyi avtomobillə Bakı şəhəri M.Əcəmi metrostansiyası tərəfə gedib, tərcüməçi işləyən Leylanı da götürmüş və Qusar rayonuna yola düşmüşdür. Həmin gün saat 14:30 radələrində o, Abdulrəhman, Leyla və Jasminlə birlikdə idarə etdiyi avtomobillə “X3” getmişlər. Bundan sonra Abdulrəhman Jasminlə birlikdə Qusar rayonu ərazisində yerləşən “X6”-nin ərazisində gəzişmiş, Leyla orada yerləşən kafeyə gedib iş görüşməsini aparmış, o isə avtomobildə oturub gözləmişdir. Həmin gün saat 17 radələrində o, Abdulrəhman, Leyla və Jasminlə birlikdə idarə etdiyi avtomobillə Bakı şəhərinə qayıtmaq üçün yola düşmüş, Abdulrəhman qabaq sağ oturacaqda, Jasmin arxa sağ oturacaqda, Leyla isə arxa sol oturacaqda oturmuş, Jasmindən başqa hamı təhlükəsizlik kəmərini taxmışdır. Jasminə təhlükəsizlik kəmərini taxmasını bildirsə də, sonuncu nəfəsinin sıxıldığını bəhanə gətirərək kəməri taxmamışdır. Həmin gün saat 17 radələrində onlar Şahdağ-Qusar yolunun 26-cı km-də Qusar rayonu Aladaş kəndi ərazisində saatda təxminən 40 km sürətlə hərəkətdə olan zaman, döngədə idarəetməni itirmiş, avtomobilin əyləcinisıxıbtormozetməsinəbaxmayaraq, yol örtüyü buz bağladığı üçün avtomobili dayandıra bilməmiş və həmin sürətlə yolun sol hərəkət zolağına çıxıb yolun sol tərəfində yerləşən dərəyə düşdükdən sonra dayanmış, avtomobildə sərnişin olan Jasmin ağır dərəcəli bədən xəsarətləri almışdır. Həmin vaxt Abdulrəhman və Leyla adlı şəxslər heç bir xəsarət almamışlar və həmin şəxslər yol maşını ilə Bakı şəhərinə qayıtmışlar. Bundan sonra hadisə yerinə Qusar RMX-nın və Qusar RPŞ-nin əməkdaşları gəlmişlər, hadisə ilə bağlı araşdırma aparılmış və o, istintaqa cəlb olunmuşdur. Hadisədən sonra o, Jasminin ilkin tibbi yardımı və müalicəsi üçün 1500 manat məbləğində pul xərcləmiş, 600 manata TTY maşını ilə Bakı şəhərinə aparıb özəl tibb mərkəzinə aparmış, Jasmin əvvəlcə ondan şikayətçi olmamış, sonradan isə ondan 4000 manat məbləğində pul istəmiş və bu səbəbdən də aralarında razılıq əldə olunmamışdır. Təqsirləndirilən şəxs həmçinin hazırda törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, hadisənin təsadüfən ehtiyatsızlıqdan törəndiyini, ailədə yeganə qazanc gətirən şəxs olduğunu, himayəsində iki azyaşlı uşaqlarının olduğunu göstərərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş zərər çəkmiş şəxsin və şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələri, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi və məhkəmə-yol nəqliyyat hadisələri ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, xx xxxxxx 2020ci il tarixdə axşam radələrində Bakı şəhərində fəaliyyət göstərən gecə klublarının birinə istirahət etmək üçün getmiş və orada əvvəllər tanımadığı Abdulrəhman adlı ərəb turistlə tanış olmuşdur. Həmin gecə o, Abdulrəhman adlı şəxslə Bakı şəhərində yerləşən “Port Baku” otelində qalmış, növbəti gün səhər radələrində isə sonuncunun dəvəti ilə Qusar rayonu ərazisində yerləşən “X7”nə getməyə öz razılığını vermişdir. Bundan sonra onlar Əzimin idarə etdiyi “X13” markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri M.Əcəmi metrostansiyasının yaxınlığında Əzimin tanışı Leylanı götürüb, Qusar rayonuna getmək üçün yola çıxmışlar. Həmin gün saat təxminən 14:30-15:00 radələrində onlar Qusar rayonu ərazisində yerləşən “X4” çatdıqdan sonra o, Abdulrəhman adlı ərəb turistlə təxminən 2 saat ərzində kompleksin ərazisində gəzişmiş və təxminən 2 saat sonra Əzimin idarə etdiyi avtomobillə Bakı şəhərinə qayıtmaq üçün yola düşmüşlər. Həmin gün saat 17 radələrində Qusar rayonu Aladaş kəndin ərazisində olan zaman Əzim maşını yüksək sürətlə idarə edib, həmin sürətlə döngəyə girmiş və döngədə yolun buz bağlaması səbəbi ilə də sürüşməyə başlamış və avtomobili yolun sol tərəfində yerləşən dərəyə aşırmış, nəticədə onun beli sınmışdır. Bundan sonra hadisə yerinə təcili tibbi yardım əməkdaşları gəlib, onu xəstəxanaya aparmış, Leyla və Abdulrəhman isə xəsarət almadıqları üçün yol maşını ilə Bakı şəhərinə qayıtmışlar. xx.xx.2020-ci il tarixdə Əzim onu təcili tibi yardım maşını ilə Bakı şəhərinə aparmış, şəhərə çatdıqdan sonra maşından düşmüş, həmin gündən sonra onun yanına gəlməmiş və onun heç bir xəstəxana xərclərini ödəməmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə Türkiyə Respublikası Alanya 6 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli ərizə göndərərək göstərmişdir ki, təqsirləndirilən şəxs ona vurduğu zərəri ödəməmiş və bundan şikayətçidir. Hadisə nəticəsində o, kürəyindən ciddi şəkildə yaralanmış və hələ də, müalicə alır. Müalicəni davam etdirmək və iynə vurdurmaq üçün borca girmişdir. 4000 manat məbləğində zərəri vardır. Ona dəyən zərərin ödənilməsini tələb və xahiş edir. Təqsirləndirilən şəxs hadisədən sonra onunla maraqlanmamış və ona kömək etməmişdir. Bu səbəbdən də, Təqsirləndirilən şəxs cəza verilməsini məhkəmədən xahiş edir. Türkiyə Respublikasında müalicə aldığı üçün məhkəmə prosesində iştirak edə bilməyəcəkdir. İlkin təhqiqat zamanı verdiyi ifadəni təsdiq edir, heç bir əlavəsi yoxdur. Məhkəmə prosesində iştirak etməməsini üzrlü hesab edərək işə onun iştirakı olmadan baxılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, təxminən 2 il əvvəl doğma xalası oğlu Ramalla birlikdə Bakı şəhərində “xxxxxxxxxx” MMC təsis etmiş və hal-hazıra kimi “xxxxxxxxxx” MMC-nin direktoru vəzifəsində işləmişdir. 2018-ci ilin dekabr ayının ortalarından etibarən qohumu Zənfirəyə məxsus “X13” markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxxxxxxxx” MMC-nə etibarnamə əsasında verilmiş, həmin vaxtdan etibarən aradabir həmin maşını o, aradabir isə Zənfiranın oğlu Sadiq icarəyə vermişdir. xx xxxxxx 2020-ci il tarixdə səhər radələrində o, dostları Zaur və Sadiqlə birlikdə “xxxxxxxxxx” MMC-nin Bakı şəhəri Xətai rayonu Sarayevo küçəsində yerləşən ofisində olan zaman Əzim avtomobil icarə götürmək üçün ofisin yanına gəlmiş, lakin sonuncunun əlində yük olduğu üçün onları ofisin yanına düşürmüşlər. Həmin vaxt o, Əzimdən sürücülük vəsiqəsini götürüb, “X13” markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilin icarə müqaviləsini tərtib etdikdən sonra, sonuncuya təqdim etmişdir. Həmin vaxt Əzim icarə müqaviləsinin şərtləri və avtomobilin texniki vəziyyəti ilə tanış olduqdan sonra onun tərtib etdiyi müqaviləni imzalamışdır. Bundan sonra o, tərtib etdiyi yol vərəqəsini avtomobilin sahibi Sadiqə təqdim etmiş, sonuncu isə Əzimdən ilkin olaraq 4 günlük icarə pulu olan 400 manatı aldıqdan sonra , sonuncuya yol vərəqəsini və “X13” markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarlarını təhvil vermişdir. xx xxxxxx 2020-ci il tarixdə axşam radələrində Sadiq ona zəng edib, Əzimin onlardan icarəyə götürdüyü “X13” markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qusar rayonu Şahdağ yolunda qəzaya uğradığını və həmin avtomobildə olan sərnişin Jasminin xəsarət aldığını bildirmişdir. Şahid1 xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə teleqram göndərərək şəxsi işləri ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyini, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini göstərərək nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, təxminən 1,5 il əvvəl Əzimlə dostu Zaur vasitəsi ilə tanış olmuşdur. Həmin vaxtdan etibarən o, bir neçə dəfə öz anasına məxsus “X13” markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobili Əzimə gündəlik 100 manat olmaqla icarəyə vermişdir. Həmin vaxt icarənin ödənişi və avtomobilin texniki cəhətdən sazlığı ilə bağlı hər hansı bir problem olmamışdır. 2019-cu ilin dekabr ayında Əzim ondan “X13” markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürüb bir neçə gün sonra təhvil verən zaman avtomobilin 4 təkərinin dəyişdiyini görüb, səbəbini soruşan zaman, Əzim avtomobilin təkərlərinin Qəbələ şəhərində partladığını, həmçinin avtomobildə bəzi xırda nasazlıqların da olduğunu bildirmişdir. Bundan sonra o, “X13” markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilin xırda nasazlıqlarını avtoservislərdə təmir etdikdən sonra Bakı şəhərində yerləşən “Vosmoy bazarı” adlnan yerdə dostu Zaurla birlikdə avtomobil üçün 4 ədəd az işlənmiş “Michelin” markalı dörd mövsümə uyğun təkərləri alıb, həmin maşına qoymuş, Əzimin aldığı 4 ədəd təkərləri isə Bakı şəhəri Binəqədi rayonun ərazisində yerləşən təkər satışı ilə məşğul olan mağazaya təhvil verib, sonuncuya xəbər vermişdir. Təxminən 19-xx xxxxxx 2020-ci il tarixdə Əzim ona zəng edib, xx.xx.2020-ci il tarixdə bir neçə günlük “X13” markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmək istədiyini bildirmiş, o da öz razılığını vermişdir. xx xxxxxx 2020-ci il tarixdə səhər radələrində o, dostları Zaur və Elvinlə birlikdə “xxxxxxxxxx” MMC-nin Bakı şəhəri Xətai rayonu Sarayevo küçəsində yerləşən ofisində olan zaman Əzim avtomobil icarə götürmək üçün ofisin yanına gəlmiş, lakin sonuncun əlində yük olduğu üçün onları ofisin yanına düşürmüşlər. Həmin vaxt Elvin, Əzimdən sürücülük vəsiqəsini götürüb, “X13” markalı **- ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilin icarə müqaviləsini tərtib etdikdən sonra, sonuncuya təqdim etmişdir. Həmin vaxt Əzim icarə müqaviləsinin şərtləri və avtomobilin texniki vəziyyəti ilə tanış olduqdan sonra Elvinin tərtib etdiyi müqaviləni imzalamışdır. Bundan sonra Elvin tərtib etdiyi yol vərəqəsini ona təqdim etmiş, o isə Əzimdən ilkin olaraq 4 günlük icarə pulu olan 400 manatı aldıqdan sonra , sonuncuya yol vərəqəsini və “X13” markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarlarını təhvil vermişdir. xx xxxxxx 2020-ci il tarixdə axşam radələrində Əzim ona zəng edib, onlardan icarəyə götürdüyü “X13” markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qusar rayonu Şahdağ yolunda qəzaya uğradığını və həmin avtomobildə olan sərnişin Jasminin xəsarət aldığını bildirmişdir. Bundan sonra o, Əzimə özünə məxsus “Camaro” markalı **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobili günlük 100 manata olmaqla 2 gün müddətinə icarəyə vermiş və 2 gün sonra həmin avtomobili Bakı şəhəri Xətai rayonu Sarayevo küçəsində təhvil alan zaman avtomobildə olan Əzimə məxsus “Samsung” markalı planşeti, “Blackberry” markalı Porche Carbon modelli mobil telefonu və sürücülük vəsiqəsini dəymiş maddi ziyanın ödənilənə və avtomobil təmir edilənə kimi, həmçinin Qusar RPŞ-də gedən araşdırma qurtardıqdan sonra qaytaracağını bildirib, hal-hazıra kimi özündə saxlamışdır. Şahid2 xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə teleqram göndərərək xəstəliyi ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyini, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini göstərərək nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Qusar RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X2 həmin tarixdə saat 17:18-də həmin polis şöbəsinin növbətçisi polis mayoru X10- Şahdağ yolunda yol-nəqliyyat hadisəsi barədə məlumat alıb Qusar rayonu Aladaş kəndinə getmiş və Qusar RPŞ-nin DYPB-nin baş inspektoru, polis mayoru Natiq Müzəffərovun, hal şahidləri Hacıyev RAFİQ Maxsud oğlunun və X1 iştirakları ilə hadisə yerinə baxış keçirmişdir. Baxış aydın havada mənfi 1 dərəcə temperaturda Aladaş kəndindən Qusar şəhəri istiqamətində keçirilmişdir. Hadisənin növü aşma olmuşdur. Hadisə yeri Qusar- Şahdağ yolunun 26-cı kilometrliyində Aladaş kəndi ərazisi olmaqla Natiq Müzəffərov tərəfindən göstərilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsi yeri yaşayış məntəqəsidir, yolun hərəkət hissəsi döngəlidir, örtüyün növü alfalt-betondur, örtüyün vəziyyəti yaş, qarlıdır. Hərəkət zolaqlarının sayı 2, hərəkət hissəsinin eni 4 metrdir. Məlum olmuşdur ki, “X13” markalı ** ZT *** dövlət qeydiyyat nişanlı avtomobil Şahdağ-Qusar şəhəri istiqamətində yolun sol tərəfində yerləşən dərədə yoldan 7 metr məsafədə yola perpendikulyar vəziyyətdə dayanmışdır. Nəqliyyat vasitəsinin qabaq və arxa buferləri sınmış vəziyyətdə olmuşdur. Yolda 14 metr uzunluğunda tormoz izləri aşkar olunmuşdur. Məhkəməistintaqızamanıelanolunaraqtədqiqolunmuşməhkəmə-tibbi (canlı şəxsin) ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 27 saylı rəyindən görünür ki, 1960-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına və tibbi sənəddə yazılanlara əsaslanaraq, hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq belə nəticəyə gəlinmişdir ki, onun bədəni üzərində müəyyən edilmiş xəsarət-sol baldırın aşağı 1/3-nin iç səthinin qançırı, T12 fəqərə cisminin sümük iliyi ödemi ilə müşayiət olunan çoxqəlpəli sınığı, sınıq fraqmentlərinin 8 mm-dək spinal kanala doğru dislokasiyası və konus medullarisin kompressiyası, vertebral kanalda stenozu küt əşyanın təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə YNH-si nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx xxxx 2020-ci il tarixli 4040 saylı rəyindən görünür ki, X13 markalı 10ZT666 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Ə.N.X11 Sport markalı avtomobili təkərlərin pokrişkalarının qaçış səthinin kənarlarında protektor naxışları tam yeyilmiş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin (1 saylı Əlavənin 5-ci hissəsinin 1-ci bəndinin) tələblərinə uyğunsuzluq olmuşdur. X13 markalı avtomobilin ekspertizaya təqdim olunmuş təkərlərinin pokrişkalarının biri qış mövsümünə, üçü isə yay mövsümünə uyğundur. Lakin, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda təkərlərin pokrişkalarının mövsümə uyğun olması halı nəzərdə tutulmamışdır. X13 markalı avtomobilin ekspertizaya təqdim olunmuş təkərlərin pokrişkaları üzərində partlamağa xarakterik zədələr yoxdur və pokrişkaların üzərində olan zədələr kəsilmə və xarici güclü dinamiki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterikdir. Yəni həmin zədələr avtomobilin yoldan çıxaraq aşması zamanı yaranmağa xarakterikdir. Təqdim olunmuş təkərlərin pokrişkalarının qaçış səthinin kənarlarında protektor naxışları tam yeyildiyindən təkərlər istismara yararsız vəziyyətdədir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 4040 saylı məktubundan görünür ki, həmin tarixli və həmin saylı ekspert rəyi üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manatdır. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 140.0, 140.0.1, 140.0.2-ci maddələrinə əsasən cinayət prosesi gedişində aşağıdakı hallar yalnız aşağıda göstərilən sübutların əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri - tibb sahəsində ekspertin rəyi ilə; şübhəli və ya təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olub-olmaması - psixiatriya sahəsində ekspertlərin rəyi ilə müəyyən edilə bilər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş məhkəmə-tibbi və məhkəmə-yol nəqliyyat hadisələri ekspertizalarının müvafiq rəylərini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübut kimi qəbul edir. Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının xx xxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, “X13” markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobil sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və gündəlik tələbatda istifadə olunduğu üçün sahibinə qaytarılması nəzərə alınmışdır. Cinayət işinin materiallarında olan Şahid2 alınmış qəbzdən görünür ki, “X13” markalı ** ZT *** dövlət qeydiyyat nişanlı avtomobil ona təhvil verilmişdir. Cinayət işinin materiallarında olan AC 504279 saylı xx.xx.2014-cü il tarixli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “BC” kateqoriyaları üzrə sürücülük hüququ vardır. Cinayət işinin materiallarında olan xx xxxxxx 2020-ci il tarixli 51/20 saylı “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:00-da alkoqol sərxoşluğu olmamışdır. Cinayət işinin materiallarında olan Bakı şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 1522 saylı saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs BŞND-də qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 3269 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı çəkilən xəstəxanada müalicədə olmamışdır. Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının xx xxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işinin materiallarında olan xx xxx 2020-ci il tarixli “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:30 radələrində Bakı şəhəri Binəqədi rayonu ərazisində müəyyənləşdirilərək saxlanılmış və istintaqa təqdim olunmasından ötrü Qusar RPŞ-nə gətirilmişdir. Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının xx xxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin tarixdə saat 16:40-da tutulmadan azad edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarındaolan “ÜMİD-Ə” Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən hal-hazırda Yasamal rayonu D.Bünyadzadə küçəsi 11D mənzil 116 ünvanda qeydiyyatsız yaşayır. İş materiallarında olan AZ-İ 542938 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X9 xx xxxxxx 2009-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar və Şəfa Şükürova “Manafova” soyadını qəbul etmişdir. İş materiallarında olan Seriya AZE 12770554 və AA0776822 saylı şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il təvəllüdlü Yusif və xx.xx.2014-cü il təvəllüdlü Aylin adlı iki azyaşlı uşaqları vardır. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində Qusar-Şahdağ yolunun 26-cı km-də Qusar rayonu Aladaş kəndinin ərazisində etibarnamə əsasında idarə etdiyi “X13” markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 37-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin (1 saylı Əlavəsinin 5-ci hissəsinin 1-ci bəndinin) tələblərini pozaraq avtomobili idarə edib döngədə qəfildən idarəetməni itirib yolun sol tərəfində yerləşən dərəyə aşması, nəticədə avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs sağlamlığına ehtiyyatsızlıqdan “sol baldırın aşağı 1/3-nin iç səthinin qançırı, T12 fəqərə cisminin sümük iliyi ödemi ilə müşayiət olunan çoxqəlpəli sınığı, sınıq fraqmentlərinin 8 mm-dək spinal kanala doğru dislokasiyası və konus medullarisi kompressiyası, vertebral kanalda stenozu” ilə ifadə olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan AĞİR zərər vurmaya aid xəsarətin vurulmasına səbəb olması bununla da, onun həmin hərəkətləri ilə Azərbaycan Respublikasının CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməliAzərbaycan Respublikasının CM-nin 263.1-1-cimaddəsiilə düzgüntövsifedilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli 5 saylı qərarının 21-ci bəndində göstərilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun himayəsində iki azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hal kimi qəbul edir, əməlindən səmimi peşmançılıq hissi keçirməsini şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halı, işdə cəzanı yüngülləşdirən halı, zərər çəkmiş şəxsin ondan şikayətçi olmasını, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini nəzərəalaraqona əsas cəza növü olaraq təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 263.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının, əlavə cəza növü olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikasının CMnin 69.3-cü maddəsinə əsasən onun axtarışda olan şəxs qismində tutularaq xx xxx 2020ci il tarixdən xx xxx 2020-ci il tarixədək 01 (bir) gün faktiki olaraq həbsdə saxlanıldığı müddət hazırkı hökmlə təyin olunacaq əsas cəza müddətindən çıxılmaqla üzərində qəti cəzanın saxlanılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkumun qətimkan tədbiri kimi həbsdə saxlanma vaxtı, cəzaçəkmə müəssisələrindən gətirilmə vaxtı cəzanın icrası müddətinə hesablanır. Məhkumun bir gündən artıq icazəsiz məntəqə tipli cəzaçəkmə müəssisəsinin ərazisində olmaması cəzanın icrası müddətinə hesablanmır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər cəzanın icrası yerlərinə və bir cəzaçəkmə müəssisəsindən digərinə müşayiətlə göndərilirlər. Məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilən və hökm qüvvəyə mindiyi zaman həbsdə olmayan məhkum məhkəmə icraçısının təqdim etdiyi müvafiq göstərişə əsasən müəyyən edilən vaxtda məntəqə tipli cəzaçəkmə müəssisəsinə şəxsən gəlməlidir. Məhkum üzrlü səbəb olmadan cəzanın icrası yerinə gəlmədikdə cəzanı icra edən müəssisənin və ya orqanın vəsatəti və müvafiq ərazi üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə onun tutulması barədə qərar qəbul edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs həbsdə olmadığından hazırkı hökm qüvvəyə mindiyi zaman məhkəmə icraçısının təqdim etdiyi müvafiq göstərişə əsasən müəyyən edilən vaxtda məntəqə tipli cəzaçəkmə müəssisəsinə şəxsən gəlməlidir. İş üzrə maddi sübut kimi tanınmış “X13” markalı ** ZT *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərcləri 200 (iki yüz) manat təşkil edir və Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinadarlığı Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə axtarışda olan şəxs qismində tutularaq 01 (bir) gün faktiki olaraq həbsdə saxlama müddəti hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “X13” markalı ** ZT *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 200 (iki yüz) manat məbləğində məhkəmə xərcləri alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinadarlığı Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar