Məhkəmə qərarları › İş №1(029)-65/2020

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-65/2020

08.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-65/2020 08.09.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi: Nümayəndə, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1972-ci ildə Qusar rayonu Yuxarı Zeyxur kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli-himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşaqları olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 259.2.1 və 259.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 259.2.1 və 259.2.4-cü maddələri ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, meşə fonduna daxil olmayan 287 ədəd palıd cinsli ağacları qanunsuz kəsməklə 5 saylı Regional Ekologiya və X8 27185 manat olmaqla külli miqdarda maddi ziyan vurmuşdur. Belə ki, o, 2019-cu ilin noyabr ayın əvvəllərində səhər radələrində Qusar rayonu X4 məxsus həmin kəndin cənub-qərb hissəsində yerləşən “Yikək” adlanan örüş sahəsində ümumi dəyəri 800 manat diametri 4 sm olan 10 ədəd, ümumi dəyəri 9200 manat diametri 8 sm olan 92 ədəd, ümumi dəyəri 1885 manat diametri 12 sm olan 29 ədəd, ümumi dəyəri 1500 manat diametri 16 sm olan 10 ədəd, ümumi dəyəri 1800 manat diametri 20 sm olan 10 ədəd palıd cinsli yaş köküstü ağacları benzin mişarla qanunsuz kəsərək yaşıllıqlara 15185 manat olmaqla külli miqdarda maddi ziyan vurmuş, bundan sonra o, təkrarən xx.xx.2020ci il tarixdə səhər radələrində gələcəkdə satmaq məqsədi ilə Qusar rayonu X4 məxsus həmin kəndin cənub-qərb hissəsində yerləşən “Yikək” adlanan örüş sahəsində ümumi dəyəri 1760 manat diametri 4 sm olan 22 ədəd, ümumi dəyəri 7600 manat diametri 8 sm olan 76 ədəd, ümumi dəyəri 2340 manat diametri 12 sm olan 36 ədəd, ümumi dəyəri 300 manat diametri 16 sm olan 2 ədəd palıd cinsli yaş köküstü ağacları benzin mişarla qanunsuz kəsərək, yaşıllıqlara 12000 manat olmaqla külli miqdarda maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 259.2.1 və 259.2.4-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o, özünə məxsus “QAZ 53” markalı **-BB-*** və “AZSAMAND” markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə yük daşıma və taksi fəaliyyət ilə məşğul olaraq öz ailəsini dolandırır, ailədə ondan başqa işləyən yoxdur. 2019-cu ilin noyabr ayının əvvəllərində Qusar rayonu Suduroba kənd sakini Fərhad telefon vasitəsi ilə ona zəng edib, tanışlıq verdikdən sonra, ona bağ sahəsini hasarlamaq üçün 200 ədəd payalıq ağaclar sifariş vermiş və o, 260 manata bununla razılamışdır. Təxminən 1 həftə sonra səhər saat 09:30 radələrində o, özünə məxsus benzinlə işləyən mişarı götürüb piyada Yuxarı Zeyxur və İmamqulukənd kəndləri arasında yerləşən “Yikək” adlanan yaşıllıq ərazidə olan meşə sahəsinə getmiş və orada mişarla təxminən 2-3 saat ərzində müxtəlif diametrlərdə cəmi 151 ədəd yaş halda olmaqla kök üstündə olan nazik palıd cinsli ağacları kəsib yerə atmış, sonra isə yaşadığı evinə qayıtmışdır. Bundan sonra o, özünə məxsus baltanı götürüb meşəyə gedərək kəsdiyi ağacların budaqlarını təmizləmiş, həmin ağaclardan əmələ gəlmiş 200 ədəd payalıq ağacları meşənin girişindən təxminən 60 metr aralıda 2 yerə, yan-yana yığıb evinə qayıtmışdır. Daha sonra o, oğlu Nicadla birlikdə idarə etdiyi “QAZ 53” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı yük avtomobillə ağacları kəsdiyi meşə sahəsinə getmiş, orada Nicad payalıq ağacları görüb, ondan həmin ağacların kimin tərəfində kəsildiyini soruşmuş, o isə həmin ağacları təkbaşına kəsdiyini və bunun üçün bileti olduğunu bildirmiş, Nicad isə ona inanmışdır. Bundan sonra o, Nicadla birlikdə 200 ədəd payalıq ağacları avtomobilin yük hissəsinə yükləyərək Fərhadın yaşadığı evə aparmış, Fərhad, ondan həmin ağaclar üçün biletin olub-olmamasını soruşmuş, o da yalandan bileti olduğunu bildirmişdir. Bundan sonra o, Nicad və Fərhadın oğlu Zahid avtomobilin yük hissəsində olan 200 ədəd payalıq ağacları evin həyətinə boşatmışlar və Fərhad ona 260 manat məbləğində pul vermişdir. Bundan sonra təxminən 2020-ci ilin yanvar ayın axırlarında o, Samur qəsəbəsində tanışı Seyfəddinlə təsadüfən rastlaşmış, Seyfəddin Qusar rayonu Sudur-oba kəndində yerləşən bağ sahəsini hasarlamaq istədiyini və ona özü üçün 200 ədəd akasiya cinsli payalıq ağaclar gətirməsini xahiş etmiş, o da öz razılığını vermişdir. xx xxxx 2020-ci il tarixdə saat 09 radələrində o, benzinlə işləyən mişarı götürüb yenidən Yuxarı Zeyxur və İmamqulukənd kəndləri arasında yerləşən “Yikək” adlanan yaşıllıq ərazidə olan meşə sahəsinə getmiş, təxminən 2-3 saat ərzində müxtəlif diametrlərdə cəmi 136 ədəd yaş halda olmaqla kök üstündə olan palıd cinsli ağacları kəsib yerə atmış, benzin mişarını isə kəsilmiş ağacların budaqları arasında gizlədib, öz evinə qayıtmışdır. Növbəti gün saat 08 radələrində o, özünə məxsus baltanı götürüb, meşəyə gedərək kəsdiyi 136 ədəd palıd cinsli ağacların budaqlarını təmizləyib evinə qayıtmışdır. Növbəti gün o, kəsdiyi ağaclardan əmələ gəlmiş 192 ədəd payalıq ağacları 3 yerə, yan-yana yığıb evinə qayıtmış, xx xxxx 2020-ci il tarixdə saat 17 radələrində isə Nicadla birlikdə idarə etdiyi “QAZ 53” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı yük avtomobillə ağacları kəsdiyi meşə sahəsinə gedib, payalıq ağacları avtomobilin yük hissəsinə yükləyib evə qayıtmışdır. Evin həyətində olan akasiya cinsli payalıq ağaclardan 33 ədəd payalıq ağacları da avtomobilin yük hissəsinə yükləyib Sudur oba kəndində yaşayan Seyfəddinin yaşadığı ünvana getmiş, sonuncu evdə olmamış, həmin şəxsin oğlu onları qarşılamış və onlar 192 ədəd palıd cinsli, 33 ədəd akasiya cinsli payalıq ağacları evin həyətinə boşaltmışlar. Bundan sonra Seyfəddin oraya gəlmiş, onun kəsib gətirdiyi palıd cinsli payalıq ağaclar üçün biletin olubolmadığını soruşmuş, o isə yalandan biletin olduğunu bildirmişdir. Bundan sonra Seyfəddin üstündə olan 100 manat pulu ona vermiş, qalan 100 manat pulu isə qısa müddət ərzində verəcəyini bildirmiş, o da öz razılığını verib 100 manat pulu götürüb oğlu Nicadla birlikdə öz evinə qayıtmışdır. Bundan sonra o, mart ayının 7-də Bakı şəhərinə getmiş, ayın 8-də ailə üzvləri ona polislərin evə gəlib onu soruşduqlarını demişlər və ayın 9-da o, qayıdıb ağacları kəsdiyini polisə etiraf etmişdir. Sonradan ona məlum olmuşdur ki, kəsdiyi ağacların cəmi qiyməti-yəni dəymiş ziyan təxminən 27000 manat təşkil edir, həmin ziyanın 350 manat hissəsini məhkəmə gedişatında ödəmiş, qalan hissəsini isə ödəməmişdir. Təqsirləndirilən şəxs həmçinin hazırda törətdiyi cinayət əməllərindən peşman olduğunu, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşaqlarının olduğunu, ailədə yeganə qazanc gətirən şəxs olduğunu göstərmiş və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin nümayəndəsinin izahatı, şahidlərin ifadələri, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, o, 2002-ci ildən etibarən 5 saylı Regional Ekologiya və X6 işləyir. 2020-ci ilin mart ayının əvvələrində Qusar rayonu Yuxarı Zeyxur kəndinin ərazisində yerləşən meşədən qanunsuz olaraq ağacların kəsilməsi barədə şifahi məlumat daxil olmuş və xx xxxx 2020-ci il tarixdə o, idarənin baş məsləhətçi müfəttişi İlqar, mühafizə yegerləri Rüstəm və Namiqin iştirakı ilə Qusar rayonu Yuxarı Zeyxur kəndinin cənub-qərb hissəsində “Yikək” adlanan əraziyə baxış keçirmişlər. Baxış zamanı orada diametri 4 sm olan 32 ədəd palıd, diametri 8 sm olan 168 ədəd palıd, diametri 12 sm olan 65 ədəd palıd, diametri 16 sm olan 12 ədəd palıd və diametri 20 sm olan 10 ədəd palıd olmaqla ümumi 287 ədəd palıd cinsli yaş köküstü ağacların naməlum şəxs və ya şəxslər tərəfindən kəsildiyi müəyyən edilmişdir. Həmin vaxt onlar müvafiq akt tərtib edib, fotoşəkillər çəkmiş, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 saylı Qərarına əsasən kəsilmiş ağacların təbiətə vurduğu ziyanı müəyyən etmək məqsədi ilə idarənin baş məsləhətçi müfəttişi İlqar tərəfindən həcm hesablama cədvəli tərtib edilmişdir. İlkin araşdırma zamanı həmin 287 ədəd palıd cinsli yaş halda köküstü ağacların kəsilməsi nəticəsində təbiətə 27185 manat maddi ziyan dəydiyi və həmin ərazinin Qusar rayonu Yuxarı Zeyxur bələdiyyəsinin mülkiyyətində olması müəyyən edilmişdir. Bundan sonra onlar toplanmış materialı aidiyyatı üzrə Qusar RPŞ-nə göndərmişlər, orada araşdırma aparılan zaman həmin ağacları kəsən şəxsin Qusar rayonu Yuxarı Zeyxur kənd sakini Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Həmin yaşıllıqların yerləşdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətində olsa da, həmin yaşıllıqlara onun işlədiyi idarə nəzarət edir. Ümumiyyətlə, həyətyanı sahələr istisna olmaqla bütün yaşıllıqlara həmin idarə nəzarət edir. Hazırda Təqsirləndirilən şəxs həmin ərazidə ağac əkmək və ya dəymiş ziyanı hissə-hissə ödəmək istəyir. Həmin şəxs tərəfindən dəymiş ziyanın 350 manat hissəsi ödənilmiş, qalan hissəsi ödənilməmişdir. Yaxşı olardı ki, dəymiş ziyan birdəfəyə ödənilsin. Nümayəndə qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs barəsində aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 öz ifadəsində zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə göstərdiyi xüsusatları tam təsdiq etmişdir. Məhkəmə istintaqı zamanıl şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Qusar rayonu Sudur oba kənd sakini olmaqla ailəsi ilə birlikdə orada yaşayır. Əvvəllər Təqsirləndirilən şəxs tanımamış, evinin həyətyanı sahəsini hasarlamaq istəyərkən ona məlum olmuşdur ki, həmin şəxs payalıq ağaclar gətirib satır. 2019-cu ilin noyabr ayının əvvəllərində o, Namikin telefon nömrəsini tapıb ona zəng etmiş və 200 ədəd payalıq ağac lazım olduğunu bildirmişdir. Namik isə bir ədədinin qiyməti 1,30 manata, cəmi isə 260 manata gətirə biləcəyini bildirmiş və o, razılaşmışdır. Təxminən on gündən sonra Təqsirləndirilən şəxs oğlu Nicad adlı şəxslə birlikdə QAZ-53 markalı yük avtomobili ilə palıd cinsli 200 ədəd payalıq ağacları onun yaşadığı evə gətirmiş və onun oğlu Zahidin köməkliyi ilə həmin ağacları onun həyətinə boşaltmışlar. Həmin vaxt o, Namikdən həmin ağacların sənədinin olub-olmamasını soruşmuş, Namik isə bu barədə müvafiq biletin olduğunu bildirmişdir. Bundan sonra o, Namikə 260 manat məbləğində pul vermiş və həmin şəxs çıxıb getmişdir. Namikin həmin ağacları qanunsuz kəsməsini o, bilməmiş, bu barədə ona polislər gəlib sorğu-sual etdikdən sonra məlum olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, xeyli müddətdir ki, Təqsirləndirilən şəxs tanıyır. Onun Qusar rayonu Samur qəsəbəsində bağ sahəsi vardır. O, həmin sahənin ətrafını çəpərləmək istəmiş və buna görə də, payalıq ağaclar lazım olmuşdur. 2020-ci ilin yanvar ayında o, Təqsirləndirilən şəxs müraciət edərək 150-200 ədəd akasiya cinsli payalıq ağaclar istəmiş və bir ədədinin qiymətini 1 manata razılaşmışlar. Həmin vaxtdan təxminən iki ay keçdikdən sonra-yəni 2020-ci ilin mart ayında Təqsirləndirilən şəxs onun evinə 192 ədəd palıd cinsli, 33 ədəd akasiya cinsli payalıq ağaclar gətirmiş, həmin vaxt o, evdə olmamış və Namiki onun oğlu qarşılamışdır. Bundan sonra o, evinə gələrək Namikə 100 manat məbləğində pul vermiş, 100 manat isə borclu qalmışdır. O, Namikdən həmin ağacların sənədlərinin olub-olmamasını soruşmuş, Namik isə bu barədə biletin olduğunu demişdir. Həmin ağacları Namikin qanunsuz olaraq kəsdiyindən xəbəri olmamış, bu barədə polislər gəlib onu sorğu-sual etdikdən sonra xəbər tutmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, hal-hazırda Hil Meşəbəyliyinin 30 saylı meşə dolayının meşə gözətçisi vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə saat 13 radələrində o, Qusar rayonu Yuxarı Zeyxur və İmamqulukənd kəndləri arasında yerləşən “Yikək” adlanan yaşıllıq əraziyə gedən zaman yolda maşın təkərlərinin izlərini aşkar edib, həmin ərazidə yerləşən yaşıllıq sahənin içərisinə doğru hərəkət etməyə başlamış və bir qədər getdikdən sonra orada xeyli sayda köküstü palıd cinsli ağaclar kəsildiyi aşkar etmişdir. O, dərhal həm öz rəhbərliyinə, həm də DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər və onlar birlikdə həmin yerə baxış keçirib, foto şəkillər çəkmişlər. Baxış zamanı onlar həmin yerdə diametri 4 sm olan 22 ədəd, diametri 8 sm olan 76 ədəd, diametri 12 sm olan 36 ədəd və diametri 16 sms olan 2 ədəd olmaqla cəmi 136 ədəd palıd cinsli ağacların yaş köküstündə boğaz nahiyyəsindən kəsilərək aparıldığını müəyyən edib, hadisə yerinin baxış protokolu tərtib edilmişdir. Bundan sonra həmin ərazinin Qusar rayonu Yuxarı Zeyxur bələdiyyəsinin mülkiyyətində olduğu müəyyən edilmiş və bir neçə gün sonra 5 saylı Regional Ekologiya və X7 əməkdaşı həmin yerə gəlib, baxış keçirmişlər. Bundan sonra həmin məsələ ilə bağlı Qusar RPŞ-də araşdırma aparılmış və müəyyən edilmişdir ki, 2020-ci ilin mart ayının əvvələrində “Yikək” adlanan ərazidən 136 ədəd, həmçinin 2019-cu ilin noyabr ayının əvvəllərində “Yikək” adlanan ərazidən 151 ədəd palıd cinsli ağacları yaş köküstündə boğaz nahiyyəsindən qanunsuz kəsən şəxs Qusar rayonu Yuxarı Zeyxur kənd sakini Təqsirləndirilən şəxsdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Qusar RPŞ-nin TB-nin baş təhqiqatçısı X10 tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, həmin tarixdə saat 16-20-dən 17-45-dək X15 X2 rayon Hil Meşəbəyliyinin 30 saylı meşə dolayının meşə gözətçisi Şahid3, hal şahidləri X5 və Həsənov Ramil Şövkət oğlunun iştirakları ilə Qusar rayonu Yuxarı Zeyxur kəndi ilə İmamqulukənd kəndi ərazisi arasında yerləşən ağaclıq sahəyə (meşəyə) baxış keçirilmişdir. Baxış zamanı meşə gözətçisi Şahid3 göstərərək ərazidə olan və kəsilmiş palıd cinsli ağacların gövdə hissəsini göstərmişdir. Ümumi baxış zamanı məlum olmuşdur ki, əsasən kiçik gövdəli ağaclar kəsilmişdir. Baxışın nəticəsində məlum olmuşdur ki, 22 ədəd 4 sm diametrli, 76 ədəd 8 sm-lik, 36 ədəd 12 sm-lik, 2 ədəd 16 sm-lik palıd cinsli köküstü yaş ağaclar kəsilmişdir. Baxış zamanı qeyd olunan ərazidə “QAZ-53” markalı avtomobilə məxsus təkər izlərinə bənzər izlər aşkar edilmişdir. Baxış zamanı fotoşəkillər çəkilmiş və protokola əlavə olunmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Qusar RPŞ-nin TB-nin baş təhqiqatçısı X10 tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, həmin tarixdə saat 11:39-dan 12:56-dək Şahid2, Qusar RPŞ-nin Həzrə PB-nin rəisi polis kapitanı X3 iştirakları ilə Şahid2 həyətinə baxış keçirilmişdir. Baxış zamanı Şahid2 həyətində olan kəsilmiş ağacları təqdim etməsi təklif olunmuşdur. Şahid2 kəsilmiş ağacları göstərməklə evinin yan hissəsində palatkanın altında saxladığını bildirmişdir. Şahid2 özü palatkanı açmaqla altında olan kəsilmiş palıd cinsli ağacları göstərmişdir. Baxış zamanı məlum olmuşdur ki, həmin ağaclar Şahid2 məxsus yaşayış evinin arxa hissəsinə yığılmış, üzərinə göy palatka sərilmiş, yan tərəflərinə təkərlər, dəmir hissələr düzülmüşdür ki, palatka açılmasın və ağaclar görünməsin. Ağacların bu üsulla örtülməsi onun gizlədilməsi üçün müəyyən hərəkətlər edildiyini göstərir. Baxış zamanı Şahid2 həmin ağacları 2020-ci ilin mart ayının əvvəllərində QAZ-53 markalı maşın sürücüsündən aldığını, həmin şəxsləri tanımadığını, 200 ədəd kəsilmiş ağac olduğunu, bunun müqabilində 200 manat pul verdiyini bildirmişdir. Baxış zamanı foto və videoçəkiliş aparılmış və protokola əlavə olunmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Qusar RPŞ-nin TB-nin baş təhqiqatçısı X10 tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, həmin tarixdə Şahid1 iştirakı ilə, qanunsuz kəsilmiş ağacların yerini müəyyən etmək məqsədilə Şahid1 məxsus torpaq sahəsinə və həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxışda iştirak edən Şahid1 torpaq sahəsini göstərib həmin sahənin ətrafında ağacdan payalar basdırmaqla çəpərlədiyini və həmin ağacları Qusar rayonu Yuxarı Zeyxur kənd sakini Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Torpaq sahəsinin ətrafında olan çəpərə baxış zamanı orada palıd cinsli ağaclardan kəsilmiş və yerə basdırılmış payaların olduğu məlum olmuşdur. Baxış zamanı Şahid1 həmin ağacların hərəsini 1 manat 30 qəpiyə aldığını, sayının cəmi 200 ədəd olduğunu bildirmişdir. Şahid1 digər ağacların həyətində olduğunu demişdir. Torpaq sahəsinin ətrafında olan çəpərdə 157 ədəd payalıq ağac aşkar edilmişdir. Bundan sonra Şahid1 evinin həyətinə gəldikdə evinin yanında ot bağlamalarının yanında saxladığı payalıq ağacları göstərmişdir. Baxış zamanı orada 40 ədəd payalıq ağac aşkar edilmişdir. Sonra həmin həyətin çəpərində istifadə olunmuş 3 ədəd palıd cinsli ağaclar aşkar edilmişdir. Baxış zamanı Şahid1 həmin ağacları 2019-cu ilin noyabr ayında hərəsinə 1 manat 30 qəpik ödəməklə Namik adlı şəxsdən aldığını, həmin şəxsin QAZ-53 markalı maşınla həmin ağacları gətirdiyini bildirmişdir. Baxış zamanı foto və videoçəkiliş aparılmış və protokola əlavə olunmuşdur. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxx 2020-ci il tarixli 9/832 saylı rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, xx xxxx 2019-cu il tarixdə X15 təsərrüfatı mərkəzinin, Hil meşəbəyliyinin 30 saylı meşə dolayının əməkdaşları tərəfindən tərtib edilmiş 59296 saylı akta əlavə olaraq tərtib edilmiş cədvələ əsasən 2019cu ilin noyabr ayının və 2020-ci ilin mart ayının əvvəllərində Təqsirləndirilən şəxs tərəfindən Qusar rayonu Zeyxur kəndinin cənub-qərb hissəsində, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X15 təsərrüfatı mərkəzinin Hil Meşəbəylinin 30 saylı meşə dolayının cənub hissəsi ilə həmsərhəd ərazidən 287 ədəd palıd cinsli müxtəlif diametrli köküstə ağacların qanunsuz kəsilməsindən, qanunvericilikdə müəyyən edilmiş normativ sənədlərdə mövcud olan qiymətlərlə zərər çəkmişə dəymiş maddi ziyanın məbləği nəzəri hesablama yolu ilə 27185,00 manat müəyyən edilir. O cümlədən: -32 ədəd 4 sm diametrli yaş palıd ağacı 2560,00 manat; 168 ədəd 8 sm diametrli yaş palıd ağacı 16800,00 manat; 65 ədəd 12 sm diametrli yaş palıd ağacı 4225,00 manat; 12 ədəd 16 sm diametrli yaş palıd ağacı 1800,00 manat; 10 ədəd 20 sm diametrli yaş palıd ağacı 1800, 00 manat. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli 9/832 saylı məktubdan görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İş materiallarında olan ibtidai istintaq orqanının xx xxxx 2020-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi 01 ədəd benzin mişarı və 01 ədəd balta maddi sübut kimi tanınmış və saxlanılması üçün Qusar RPŞ-nə təhvil verilmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının xx xxxx 2020-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Şahid1 və Şahid2 barələrində Azərbaycan Respublikasının CM-nin 194-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi palıd cinsli ağacları kəsdiyi və budaqlarını təmizlədiyi 1 ədəd benzin mişarı və 1 ədəd balta sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi qiymətləndirilmiş və Qusar RPŞ-nin Maddi Sübutlar otağında saxlanılması nəzərə alınmışdır. Bundan başqa, Şahid2 məxsus Qusar rayonu Sudur oba kəndində yerləşən fərdi yaşayış evinin həyətinə sonuncunun razılığı ilə keçirilmiş baxışı əks etdirən video görüntülər olan 1 ədəd DVD disk, Şahid1 məxsus Qusar rsyonu Sudur oba kəndində yerləşən bağ sahəsinə sonuncunun razılığı ilə keçirilmiş baxışı əks etdirən video görüntülər olan 2 ədəd DVD disk köçürülərək sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. Bundan başqa, Şahid2 məxsus Qusar rayonu Sudur oba kəndində yerləşən fərdi yaşayış evinin həyətinə sonuncunun razılığı ilə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş 192 ədəd palıd cinsli payalıq ağaclar iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və Həzrə PB-nin inzibati həyətində saxlanılması nəzərə alınmışdır. Bundan başqa, Şahid1 evinin həyətinə sonuncunun razılığı ilə keçirilmiş baxış zamanı aşkar edilmiş 200 ədəd palıd cinsli payalıq ağaclar iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və Şahid1 yaşadığı evin həyətində saxlanılması nəzərə alınmışdır. İş materiallarında olan Qusar rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli 5(029)- 59/2020 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs mülkiyyətində olan “AZSAMAND MİNİK” markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan ibtidai istintaq orqanının xx xxxx 2020-ci il tarixli “təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında ” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və tutularaq istintaqa təqdim edilməsi qərara alınmışdır. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Qusar RPŞ-nin Həzrə PB-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində xx.xx.2020-ci il tarixdə saat 10:30-da Qusar rayonu Yuxarı Zeyxur kəndi ərazisində müəyyənləşdirilərək saxlanılmış və istintaqa təqdim olunmasından ötrü Qusar RPŞ-nə gətirilmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının xx xxxx 2020-ci il tarixli “qətimkan tədbiri seçmək haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “polisin nıəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilmiş və həmin qərar həmin tarixdə saat 12:00-da həmin şəxsə elan edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış xx xxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Qusar rayon İHB-nın Yuxarı Zeyxur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 87 saylı arayışdan görünür ki, həmin kəndin sakini Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşı X1, oğulları Şahid5 və Hüseynəli Məmmədovdan ibarətdir. İş materiallarında olan AZ-İ 565616 və AZ-İ 807755 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2005-ci il təvəllüdlü Nicad və xx.xx.2007-ci il təvəllüdlü Hüseynəli adlı iki uşaqları vardır. Hüseynəli azyaşlı, Nicad isə yetkinlik yaşına çatmayan şəxsdir. İş materiallarında olan Qusar rayon İHB-nın Yuxarı Zeyxur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 87 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs həqiqətən də, 2019-cu ilin noyabr ayının əvvəllərində səhər saatlarında Qusar rayonu X4 məxsus həmin kəndin cənub-qərb hissəsində yerləşən “Yikək” adlanan örüş sahəsində ümumi dəyəri 800 manat diametri 4 sm olan 10 ədəd, ümumi dəyəri 9200 manat diametri 8 sm olan 92 ədəd, ümumi dəyəri 1885 manat diametri 12 sm olan 29 ədəd, ümumi dəyəri 1500 manat diametri 16 sm olan 10 ədəd, ümumi dəyəri 1800 manat diametri 20 sm olan 10 ədəd palıd cinsli yaş köküstü ağacları benzin mişarla qanunsuz kəsərək yaşıllıqlara 15185 manat olmaqla külli miqdarda maddi ziyan vurması, bundan sonra onun təkrarən xx.xx.2020-ci il tarixdə səhər saatlarında gələcəkdə satmaq məqsədi ilə Qusar rayonu X4 məxsus həmin kəndin cənubqərb hissəsində yerləşən “Yikək” adlanan örüş sahəsində ümumi dəyəri 1760 manat diametri 4 sm olan 22 ədəd, ümumi dəyəri 7600 manat diametri 8 sm olan 76 ədəd, ümumi dəyəri 2340 manat diametri 12 sm olan 36 ədəd, ümumi dəyəri 300 manat diametri 16 sm olan 2 ədəd palıd cinsli yaş köküstü ağacları benzin mişarla qanunsuz kəsərək yaşıllıqlara 12000 manat olmaqla külli miqdarda maddi ziyan vurması, bununla da onun Azərbaycan Respublikasının CM-nin 259.2.1 və 259.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 259.2.1 və 259.2.4-cü maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59.1, 59.1.4-cü maddələrinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən haldır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi qəbul edir, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını şəxsiyyətini müsbət cəhətdən, onun törətdiyi cinayət əməlləri nəticəsində dəymiş ziyanı tam ödəməməsini mənfi cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, işdə cəzanı yüngülləşdirən halı, şəxsiyyətini, hazıradək dəymiş ziyanı tam ödəməməsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CMnin 259.2.1 və 259.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 10:30-da axtarışda olan şəxs qismində tutulmaqla onun azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla həmin gün saat 12:00-dək davam etmişdir. Odur ki, həmin müddət onun 01 (bir) gün faktiki həbsdə saxlanılması kimi qiymətləndirilməli və ona cəza təyin edilərkən nəzərə alınmalıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə axtarışda olan şəxs qismində tutularaq xx xxxx 2020-ci il tarixdə saat 10:30-dan saat 12:00-dək 01 (bir) gün faktiki olaraq həbsdə saxlanma müddəti hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti cəzanın saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş digər daha yüngül cəzaların təyin edilməsini isə ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlərlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Çünki, o yaşıllıqların qorunması sahəsində yaranan ictimai münasibətləri ciddi şəkildə pozmaqla, ümumilikdə 287 ədəd palıd cinsli, cavan, köküstə olan ağacları qanunsuz kəsməklə və bununla da külli miqdarda ziyan vurmaqla hazırkı cinayət əməllərini törətmiş və dəymiş ziyanın cüzi hissəsini ödəsə də, qalan hissəsinin ödənilməsi istiqamətində heç bir cəhd göstərməmiş, buna hər hansı şəkildə nail olmamışdır. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsə daha yüngül cəzalardan hər hansı birinin təyin edildiyi təqdirdə, onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, həmçinin yaşıllıqların qorunması sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görəilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beşildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğu təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hər hansı vəzifə tutmadığından və konkret peşə və ya digər fəaliyyətlə məşğul olmadığından onun barəsində əlavə cəza olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiq deyildir. Azərbaycan Respublikasının CM-nin 99-1.1, 99-1.1.1-99-1.1.4-cü maddələrinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi; terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak. Həmin Məcəllənin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1, 132.1.1, 132.1.2-ci maddələrinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Azərbaycan Respublikasının CPM-nin 248.1, 248.1.1-ci maddələrinə əsasən əmlak üzərinə həbs mülki iddianı və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda xüsusi müsadirəni təmin etmək məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 254.1-ci maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı mülki iddiadan imtina edildikdə və ya cinayət təqibi üzrə icraata xitam verildikdə əmlak üzərinə məhkəmə tərəfindən qoyulmuş həbs müstəntiqin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorla razılaşdırılmış qərarına əsasən ləğv edilir. Məhkəmə icraatı zamanı və bu maddədə göstərilməyən digər hallarda əmlak üzərinə qoyulmuş həbs yalnız məhkəmənin qərarı əsasında ləğv edilə bilər. Həmin Məcəllənin 254.2-ci maddəsinə əsasən məhkəmə və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror öz səlahiyyətləri daxilində cinayət təqibi orqanı tərəfindən qanunsuz üzərinə həbs qoyulmuş əmlakı həbsdən azad edir. Məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı Qusar rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş “Azsamand minik” markalı **-NH- *** dövlət qeydiyyat nişanlı avtomobil həbsdən azad olunmalıdır. Belə ki, hazırkı iş üzrə mülki iddia verilməmiş, həmin avtomobil cinayət və ya digər qeyri-qanuni yolla əldə edilməmiş və xüsusi müsadirənin predmetinə aid deyildir. Bununla da, həmin avtomobilin həbsdə saxlanılması zərurəti yoxdur. Bundan başqa, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan 01 ədəd balta və 01 ədəd benzin mişarı Təqsirləndirilən şəxs qanuni sahibliyində olmuş və həmin əşyalar da qeyri-qanuni yolla əldə edilməmişdir. Bu səbəbdən də, həmin əşyalar sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin Həzrə PB-nin inzibati binasının həyətində saxlanılan 192 (yüz doxsan iki) ədəd palıd cinsli payalıq ağaclar və Şahid1 evinin həyətində saxlanılan 200 (iki yüz) ədəd palıd cinsli payalıq ağaclar cinayət yolu ilə əldə edildiyindən müsadirə olunaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, Şahid2 məxsus Qusar rayonu Sudur oba kəndində yerləşən fərdi yaşayış evinin həyətinə keçirilmiş baxışı əks etdirən videogörüntülər olan 1 ədəd DVD disk və Şahid1 məxsus Qusar rayonu Sudur oba kəndində yerləşən bağ sahəsinə keçirilmiş baxışı əks etdirən videogörüntülər olan 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri 50 (əlli) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinadarlığı Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, zərər çəkmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və X8 dəymiş ziyanın ödənilməsi üçün mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 259.2.1 və 259.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə axtarışda olan şəxs qismində tutularaq 01 (bir) gün faktiki olaraq həbsdə saxlanma müddəti hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxsbarəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinadarlığı Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan 01 ədəd balta və 01 ədəd benzin mişarı sahibi Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin Həzrə PB-nin inzibati binasının həyətində saxlanılan 192 (yüz doxsan iki) ədəd palıd cinsli payalıq ağaclar və Şahid1 evinin həyətində saxlanılan 200 (iki yüz) ədəd palıd cinsli payalıq ağaclar müsadirə olunaraq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, Şahid2 məxsus Qusar rayonu Sudur oba kəndində yerləşən fərdi yaşayış evinin həyətinə keçirilmiş baxışı əks etdirən videogörüntülər olan 1 ədəd DVD disk və Şahid1 məxsus Qusar rayonu Sudur oba kəndində yerləşən bağ sahəsinə keçirilmiş baxışı əks etdirən videogörüntülər olan 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəməyədək icraat zamanı Qusar rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş “Azsamand minik” markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobil həbsdən azad olunsun. Zərər çəkmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və X8 dəymiş ziyanın ödənilməsi üçün mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar