Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 1(029)-67/2020 11.08.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1975-ci ildə Qusar rayonu Aşağı-Ləgər kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli-himayəsindıə iki azyaşlı uşaqları olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 21 radələrində Qusar şəhəri “Avtovağzal” dairəsində olan “Diana” mağazasının qarşısında saxlanılmış, Zərərçəkmiş şəxs məxsus “Hyundai Sonata” markalı **-DP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 185.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o, Qusar rayonu Aşağı-Ləgər kənd sakinidir və maşın ustası olmaqla Qusar şəhərində yerləşən avtomobil təmiri sexində rəngsaz kimi fəaliyyət göstərir. xx xxxx 2020-ci il tarixdə saat təxminən 16 radələrində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs özünə məxsus “Hyundai Sonata” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobili, bəzi hissələrinin rənglənməsi üçün onun yanına gətirmiş, o həmin avtomobili rəngləyərək təmir etmiş, Rasimə zəng edərək bu barədə məlumat vermişdir. Rasim isə avtomobili aparıb “Avtovağzal” dairəsindəki “Diana” mağazasının qarşısında saxlamağı, açarını isə orada işləyən Elçinə verməsini bildirmişdir. Həmin gün saat 20 radələrində o, avtomobili aparıb “Diana” mağazasının qarşısında saxlamış, açarını isə Elçinə vermişdir. Bundan sonra o, Qusar rayonu Aşağı-Ləgər kəndinə, yaşadığı evə getmək istəmiş, lakin getmək üçün avtomobil olmamış, ona görə də, saat təxminən 21 radələrində Elçinin yanına qayıdaraq Rasimin avtomobilinin açarlarını götürmüş və həmin avtomobili sürüb yaşadığı Aşağı-Ləgər kəndində yerləşən evinə getmişdir. Rasim həmin gün gecə saatlarında onun yaşadığı evə gəlib avtomobili aparmışdır. Sonradan ona məlum olmuşdur ki, Rasim onun barəsində polisə şikayət etmiş, bununla bağlı o, təhqiqata cəlb olunmuşdur. Təqsirləndirilən şəxs həmçinin hazırda törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, zərər çəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı heç bir şikayətinin, tələbinin, iddiasının olmadığını, bir daha belə hərəkətlərə yol verməyəcəyini, himayəsində iki azyalı uşaqlarının olduğunu, əvvəllər barəsində cinayət təqibinə xitam verilmədiyini göstərmiş və onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin ifadəsi, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidin izahatı ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx xxxx 2020-ci il tarixdə saat 16 radələrində özünə məxsus “Hyundai Sonata” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobili, bəzi hissələrinin rənglənməsi üçün Qusar şəhərində rəngsaz kimi fəaliyyət göstərən Təqsirləndirilən şəxs vermiş, həmin gün saat 20 radələrində İlham ona zəng edərək avtomobili təmir edib qurtardığını bildirmiş, o, isə avtomobili aparıb Qusar şəhəri “Avtovağzal” dairəsindəki “Diana” mağazasının qarşısında saxlamasını, açarını isə həmin mağazada işləyən Elçinə verməsini demişdir. Bundan sonra ona məlum olmuşdur ki, həmin gün saat 21 radələrində İlham onun icazəsi olmadan avtomobilin açarını Elçindən götürmüş və avtomobili sürüb getmişdir. Bu səbəbdən də, o, bu barədə polisə məlumat vermiş, həmçinin gecə saatlarında gedib avtomobili İlhamın yaşadığı Qusar rayonu Aşağı- Ləgər kəndində yerləşən evinin həyətindən götürmüşdür. Həmin faktla bağlı Qusar RPŞdə araşdırma aparılmış və Təqsirləndirilən şəxs təhqiqata cəlb edilmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs həmçinin hazırda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayətinin, tələbinin, iddiasının olmadığını göstərmiş və Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid təhqiqat zamanı verdiyi izahatından görünür ki, o, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş xx xxxx 2020-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Qusar RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X6 tərəfindən Təqsirləndirilən şəxs, Qusar RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis kapitanı X1, hal şahidləri X3 və X4 iştirakları ilə həmin tarixdə saat 23:10-dan saat 23:30-dək Qusar rayonu Aşağı-Ləgər kəndində yerləşən, Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan “Hyundai Sonata” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilə, sonuncunun razılığı ilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin üzərində vizual müşahidə olunan zədələnmələr, həmçinin salonunda hər hansı zədələr aşkar olunmamışdır. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. İş materiallarında olan AB N 566489 saylı xx.xx.2011-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai Sonata” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobil xüsusi mülkiyyət hüququ üzrə Zərərçəkmiş şəxs adına qeydiyyata alınmışdır. İş materiallarında olan təhqiqat orqanının xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi “Hyundai Sonata” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, “Hyundai Sonata” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin tarixdə sahibi Zərərçəkmiş şəxs qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış xx xxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Əmək və X7 Nazirliyi yanında Dövlət X9 Qusar rayon Şöbəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli **********1 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin şöbədən heç bir növ pensiya almır. İş materiallarında olan Qusar rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin xx xxxx 2020-ci il tarixli 945/07-20 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada həkim psixiatrın və narkoloqun qeydiyyatında yoxdur. İş materiallarında olan Qusar rayon İHB-nın Aşağı Ləgər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 352 saylı arayışdan görünür ki, həmin kəndin sakini Təqsirləndirilən şəxs ailə tərkibi arvadı X2, xx.xx.2009-cu il təvəllüdlü qızı Aynura Safarovadan və xx.xx.2012-ci il təvəllüdlü oğlu Elkhan Akhmedovdan ibarətdir. İş materiallarında olan Qusar rayon İHB-nın Aşağı Ləgər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, həmin kəndin sakini Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Məhkəməyə Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş xx xxxxxx 2020-ci il tarixli ərizələrdən görünür ki, həmin şəxslər barışmışlar, münasibətləri normaldır, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur, cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş edirlər. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 185.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CPM-nin 43.1, 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Göründüyü kimi təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək zərər çəkmiş şəxslə barışdığından, sonuncunun ona qarşı heç bir şikayəti, iddiası və tələbi olmadığından onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Törədilmiş cinayətin böyük ictimai təhlükə törətmədiyini, tərəflərin barışdıqlarını, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, əvvəllər təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunmamasını nəzərə alaraq məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut kimi tanınmış “Hyundai Sonata” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 43, 321.2.1, 344-347, 356, 384, 385-ci maddələrini, həmçinin CM-nin 73, 73-1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə maddi sübut kimi tanınmış “Hyundai Sonata” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(029)-67/2020
Qusar Rayon Məhkəməsi Qərar — İş №1(029)-67/2020
11.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver