Məhkəmə qərarları › İş №1(029)-67/2023

Qusar Rayon Məhkəməsi Qərar — İş №1(029)-67/2023

11.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 1(029)-67/2023 11.10.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon məhkəməsi hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Laçinov Ramil Elnur oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Qusar rayonu Mucuq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Qusar rayonu Mucuq kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 13 iyul 2023-cü il tarixdə, saat 23:30-da Qusar şəhəri, Ç.Qurbanov küçəsində yerləşən «038» kafenin qarşısında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs itələyib yerə yıxmaqla başın sol təpə nahiyəsinin əzilmiş-çapılmış yarası ilə nəticələnən ona qəsdən sağlamlığına yüngül xəsarət yetirmişdir. Məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının CMnin 128-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 14 iyul 2023-cü il tarixdə axşam saat 22 radələrində Qusar şəhəri Ç.Qurbanov küçəsində yerləşən 038 adlı kafeyə pivə içməyə dostu Şahid1lə gəlmişdir. Onlar bir masa arxasında əyləşmiş və bir pivə sifariş verib içmişdir. Bundan sonra adını Zərərçəkmiş şəxs olduğunu sonradan polis şöbəsində bildiyi şəxs gəlib bir masa arxasında əyləşmiş və bir pivə sifariş verib içməyə başlamışdır. O, gələndə artıq sərxoş halda olmuşdur. Bu zaman onun əlində kafenin musiqi qoşulan telefon var idi. Bu zaman Qurban ona yaxınlaşıb onun üçün mahnı qoymasını xahiş etmişdir. O, da onun 3-4 dəfə istədiyi mahnı qoymuşdur. Lakin, Qurban əl çəkməmiş o, da ona axı demişdir ki, :”bəsdir bizdə istirahətə gəlmişik, qoyduğumuz musiqiyə qulaq as”. Bundan sonra Zərərçəkmiş şəxs ona söz atmağa başlamış, onunla mübahisə etməyə başlamışdır. Sonra Qurban onun üstünə gəlmək istəmiş, lakin orada əyləşən şəxslər onu oradan uzaqlaşdırmışdır. Sonra o, Zərərçəkmiş şəxs küçəyə çıxartmış və orada onların arasında söz mübahisəsi baş vermişdir. Qurban onu söydüyü üçün o, əsəbiləşib onun boynundan tutub itələmiş və o yıxılıb boynu tratuarın bardyora dəymişdir. Lakin sonra Qurban özü ayağa qalxmışdır. Bu zaman Sərxan onları ayırmışdır. Bundan sonra o, içəri qayıtmışdır. Daha sonra kafeyə həmkəndlisi Valerik gəlmiş və o da onlarla oturub pivə içmişdir. Daha sonra Valerik hesabı vermiş və o, çıxıb getmişdir.Hal-hazırda törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirir, zərər çəkmiş şəxslə barışmış, sonuncunun ona qarşı heç bir şikayəti, tələbi, iddiası yoxdur, bir daha belə hərəkətlərə yol verməyəcəyini göstərmiş və onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı elan olunmuş şahidlərin ifadələri, ekspertiza rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 13 iyul 2023-cü il tarixdə Qusar şəhəri Ş.Qurbanov küçəsində yerləşən “038” adlı kafeyə pivə içməyə getmişdir. O, kafeyə daxil olub bir masa arxasında oturub özünə pivə sifariş verib içməyə başlamışdır. Bu zaman kafedə başqa bir masa arxasında adını sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs də oturub pivə içmişdir. Təqsirləndirilən şəxs əlində kafedəki musiqi cihazına qoşulmuş telefon olmuş, o, həmin telefon vasitəsi ilə internetdən mahnıları seçib qulaq asmışdır. O, Namikə yaxınlaşıb onun üçün mahnı qoşmağını xahiş etmişdir. Namik onun üçün bir neçə dəfə istədiyi mahnıları qoymuşdur. O, yenə mahnı istədikdə Namik ona bəs olduğunu və onun qoyduğu mahnılara qulaq asmasını bildirdi. Bunun üstündə onlar arasında söz mübahisəsi olmuş, o, Namikə təzə həbsxanadan gəldiyini və onunla mübahisə etməsinə məsləhət verməmişdir. Bu zaman Namik ona küçəyə çıxmağı və orada söhbət etməsini təklif etmişdir. Bunun üçün onlar kafedən küçəyə çıxmış və qarşısında onların arasında söz mübahisəsi baş vermişdir. Mübahisə zamanı Təqsirləndirilən şəxs onun boynundan tutub onu yerə yıxmışdır. O, yerə yıxılanda onun başı piyada keçidinin betona dəymiş və başından qan gəlməyə başlamışdır. Bu zaman yanında olan Sərxan adlı şəxs onları ayırmış və o, kafeyə qayıtmışdır. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur və Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 23:30-da Qusar şəhəri Ç.Qurbanov küçəsində yerləşən «038» kafenin qarşısında Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs aralarında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs itələyib yerə yıxması nəticəsində sonuncunun xəsarət aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 23:30-da Qusar şəhəri Ç.Qurbanov küçəsində yerləşən «038» kafedə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs aralarında yaranmış mübahisə zaman onları ayırdığını, daha sonra sonuncular kafedən çıxıb geri qayıtdıqda kafenin hesabını verərək hər üçü kafedən çıxıb getdiklərini bildirmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş xx.xx.2023-cü il tarixli, 366 saylı ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər- başın sol təpə nahiyəsinin əzilmiş-çapılmış yarası bərk küt əşyanın təsirindən, sol əlinin 1-ci və 2-ci barmağının əsas falanqanın arxa səthinin kəsilmiş yaraları isə kənarı iti alətin (alətlərin) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətə və şəraitdə yəni, xx.xx.2023-cü il tarixdə başın sol təpə nahiyəsinin əzilmiş-çapılmış yarası başı betona dəyməsi nəticəsində, sol əlinin 1-ci və 2-ci barmağının əsas falanqanın arxa səthinin kəsilmiş yaraları isə sınmış şüşə qırıqları kənarları ilə kəsilməsi nəticəsində əmələ gələ bilərdi, qeyd olunan xəsarətlər tək-tək və ya məcmu halda dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəməyə Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş ərizədən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmış, münasibətləri normaldır, zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur, həmçinin ona vurulmuş maddi ziyan tam olaraq ödənilmiş, cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının CPM-nin 43.1, 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İş materiallarından görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs, zərərçəkmiş şəxslə barışdığından, sonuncunun ona qarşı heç bir şikayəti, iddiası və tələbi olmadığından onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Törədilmiş cinayətin böyük ictimai təhlükə törətmədiyini, tərəflərin barışdıqlarını, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirildiyi maddədə nəzərdə tutulan cinayət əməlini ilk dəfə törətməsini, əvvəllər cinayət məsuliyyətindən azad olunmamasını nəzərə alaraq məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məqsədə müvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 43, 321.2.1, 344-347, 356, 384, 385-ci maddələrini, həmçinin CM-nin 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar