Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-67/2024 21.08.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 07 avqust 1990-cı il tarixdə Quba rayonu, Rustov kəndində kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Quba şəhəri, X1, ev 227-də qeydiyyatda olan, həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyəti ilə Zərərçəkmiş şəxs Himət qızının əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs inam və etibarından sui-istifadə edərək Gürcüstan Respublikasından təmizləyici vasitələr və ərzaq məhsulları gətirərək birgə ticarətlə məşğul olaraq gəlir əldə edəcəklərinə yalandan vəd verib sonuncunu aldadaraq "xxxx" ASC tərəfindən ona verilmiş özünə məxsus “**********163994” nömrəli bank kartına xx.xx.2023-cü il tarixdə 10000 manat, xx.xx.2023cü il tarixdə 2000 manat, xx.xx.2023-cü il tarixdə 1800 manat, xx.xx.2023-cü il tarixdə 500 manat pulu göndərtdirməklə ümumilikdə 14.300 (on dord min üç yüz) manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Qusar rayonu Balaqusar kənd sakini Zərərçəkmiş şəxs 2022-ci ilin təxminən iyun ayından tanımışdır. Mələk "xxxx" MMC-nin məhsullarının Qusar rayonu üzrə reklamını həyata keçirmişdir. 2023-cü ilin təxminən yay aylarında Mələklə yeni bir iş qurmaq istədiyini, bu işə görə yaxşı qazanc əldə edəcəyini bildirib ilk öncə kiçik bir obyekt kirayə götürüb məşğul olacağını, özünə bu işə görə 600 manat məbləğində pul lazım olduğunu bildirmiş, Mələk həmin vaxtı 600 manat pulu ona məxsus "xxxx" ASC tərəfindən verilmiş “**********163994” nömrəli plastik karta göndərmiş, daha sonra bir ay keçməmiş 600 manat məbləğində pulu Mələyə məxsus "xxxx" ASC tərəfindən verilmiş “4169 7388 8701 1595” nömrəli kartına göndərmişdir. Bu minvalla Mələkdən dəfələrlə pul alıb qaytarmış, Mələkdə özünə qarşı inam formalaşdırmış, 2023-cü ilin sentyabr ayında Mələkə mobil telefon vasitəsi ilə zəng edib birlikdə iş qurmaq istədiyini, buna görə ərzaq mağazası açacağını, birlikdə iş qurmaq üçün 30000 manatadək pul lazım olduğunu, gəlirin yarıbayarı bölünəcəyini deyib həvəsləndirmiş, Mələk də ona şübhələnmədən inanmışdır. Həmin vaxtlarda maddi sıxıntıları olduğuna görə belə bir yola əl atmış, Mələk də ona inanaraq bu işə getmişdir. Əslində isə reallıqda belə bir iş olmamışdır. Mələk isə 30000 manat pulunun olmadığını dedikdə yalandan özündə 17000 manat pul olduğunu, qalan pulu da Mələyin düzəltməsini təklif etmişdir. Həmin vaxt Xaçmaz şəhərində icarəyə obyekt götürüb lotereya, siqaret, şirniyyat və digər məhsullar satdığı mağazanı Mələyi inandırmaq üçün göstərmişdir. Bundan sonra Mələk ona inanaraq xx.xx.2023-cü il tarixdə ona məxsus "xxxx" ASC tərəfindən verilmiş “**********163994” nömrəli bank kartına 10.000 manat, daha sonra xx.xx.2023-cü il tarixdə 2.000 manat, xx.xx.2023-cü il tarixdə 1.800 manat və həmin tarixdə əlavə 500 manat pul göndərmişdir. Mələkdən aldığı cəmi 14300 manat pulu şəxsi ehtiyaclarına xərcləmiş, bir müddət sonra həmin puldan 2.000 manatını guya qazanc əldə etmiş kimi göstərərək Mələyə vermişdir. İbtidai istintaq zamanı ona ona heç kəs hədə qorxu gəlməmiş, fiziki və ya psixi təsir etməmiş, sərbəst ifadə vermişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2023-cü ilin təxminən yay aylarında Elvin istifadəsində olan (070) ***-**-** nömrəli mobil telefonu ilə ona zəng vuraraq, yaxşı qazanc əldə edəcəyini bildirib ilk öncə kiçik bir obyekt kirayə götürüb məşğul olacağını, bu işə görə 600 manat məbləğində pul lazım olduğunu bildirmiş, həmin vaxt Elvini dost kimi gördüyü üçün 600 manat pulu "xxxx" ASC-nə məxsus kart hesabına göndərmiş, daha sonra 1 ay keçməmiş 600 manat məbləğində pulu Elvin ona məxsus "xxxx" ASC-nə “4169 7388 8701 1595” nömrəli kart hesabına göndərmiş, daha sonra isə dəfələrlə ondan pul istədiyinə görə pulları Elvinin bank kartına göndərmiş, həmin pulları da ona dediyi vaxtda qaytararaq özünə etibar qazanmışdır. 2023-cü ilin avqust ayında Elvin mobil telefon vasitəsi ilə zəng edib birlikdə iş qurmaq istədiyini, buna görə ərzaq mağazası açacağını, birlikdə iş qurmaq üçün 30000 manatadək pul lazım olduğunu, gəliri öz aralarında yarıbayarı böləcəyini demiş, o da, 30000 manat pulu olmadığını bildirdikdə isə Elvin yalandan özünün 17000 manat pulunun olduğunu, qalan pulu da onun düzəltməsini təklif etmiş, Elvinə inandığı üçün ağlına heç bir pis fikir gətirmədən razılıq vermiş, Elvinin bu işlə məşğul olub-olmadığını görmək üçün Xaçmaz şəhərində yerləşən kirayə götürdüyü obyektə getmiş, həmin vaxtı Elvin ona kirayə götürdüyü obyekti göstərib bu işi daha da genişləndirib böyük mağaza edəcəyini, yaxşı gəlir qazanacaqlarını, qısa müddət ərzində xeyiri ilə birlikdə qaytaracağını deyib daha böyük məbləğdə pul lazım olduğunu demiş, Elvinin obyekt kirayə götürdüyünü görüb, qazanc əldə etmək üçün pulu çatmadığından doğma qardaşı və tanışlarından borc pul alaraq ilk öncə, xx.xx.2023-cü il tarixdə Elvinə məxsus "xxxx" ASC tərəfindən verilmiş “**********163994” nömrəli bank kartına 10.000 manat, daha sonra isə xx.xx.2023-cü il tarixdə 2.000 manat, xx.xx.2023-cü il tarixdə 1.800 manat, xx.xx.2023-cü il tarixdə 500 manat olmaqla cəmi 14300 manat pul göndərmişdir. Elvin onun etibarından sui-istifadə edib ümumilikdə 14300 manat pulunu ələ keçirmişdir. Elvin həmin puldan noyabr ayında 2.000 manat guya əldə olunmuş qazanc adı ilə pul vermiş, bunu gördüyü zaman Elvinə inamı daha da artmışdır. Lakin bundan sonra Elvin ona pul verməmiş, nəyin ki, qazanc hətta öz pulunu da qaytarmamış, Elvindən pulu hara xərclədiyini soruşduğu zaman guya həmin pulları Fərhad adlı şəxsə verdiyini, həmin şəxsin də Gürcüstan Respublikasında olduğunu bildirmişdir. Ona vurulmuş olan maddi ziyanın Təqsirləndirilən şəxs tələb edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəni təsdiq edərək göstərmişdir ki, Qusar rayonu Balaqusar kənd sakini Zərərçəkmiş şəxs dostu Esmarın doğma bacısıdır. 2023-cü ilin təxminən sentyabr ayının əvvəllərində Esmar mobil telefonla ona zəng edərək Mələyə 1000 manat pul lazım olduğunu bildirmiş, pulun nə üçün lazım olduğunu soruşduqda isə Esmar Mələyin ticarətlə məşğul olacağını, buna görə pulunun çatmadığını bildirmiş, o da, razılaşmış, belə ki Esmarla uzun illər dost olduğu üçün 1000 manat pulu Mələyə evlərində vermişdir. Mələk 2023-cü ilin dekabr ayının sonlarında işlərini gördükdən sonra 1000 manat pulu geri qaytaracağına ona söz vermiş, lakin dekabr ayında Mələkdən pulunu istədikdə, Quba şəhər sakini Elvin adlı şəxslə birlikdə ticarətlə məşğul olacağını və əldə olunacaq gəlirin əlli faizini də özünə verəcəyinə vəd versə də Elvinin özünü aldatdığını və pulunu qaytarmadığını bildirmişdir. Mələk ondan birlikdə Elvinlə görüşməyini və pulu geri almağa köməklik etməsini xahiş etmiş, təxminən dekabr ayının ortalarında Mələklə birlikdə Qusar rayonu Çiləgir kəndi ərazisində yerləşən “XUTOROK” restoranında Elvinlə görüşmüş, bu zaman Mələk Elvindən 12300 manat pulunu tələb etmiş, Elvin də söz vermişdir ki, bir ay ərzində pulu qaytaracaq. Hətta o da, Elvindən pulunu tələb etmiş, çünki Mələyin ona verməli olduğu 1000 manat pul da Elvinə verilmişdir. Buna baxmayaraq Elvin onların telefonlarına cavab verməmiş, nə də ki, pulu qaytarmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəni təsdiq edərək göstərmişdir ki, Qusar rayonu Balaqusar kənd sakini Zərərçəkmiş şəxs çoxdan tanımış, 2022-ci ildən Mələkgilin evində elektrik işlərini görmüş, həmin vaxtdan da dostluq münasibətləri yaranmışdır. Bir neçə dəfə Mələk öz tanışları ilə lotoreya oynayan zaman ona da təklif etmiş və lotoreya oynamış, bu minvalla hətta birbirlərinə borc pul verib-almış, qarşılıqlı etibar qazanmışlar. 2023-cü ilin sentyabr ayında Mələkgilin evində təmir işləri gördüyü zaman Mələk özünə 5000 manat pul borc verməsini xahiş etmiş, lakin həmin vaxt 5000 manat pulu olmamış, lakin 2000 manat pul verə biləcəyini Mələyə demiş, Mələk bununla razılaşmış və bir gün sonra 2000 manat pulu Mələyə vermiş, bu zaman Mələkdən pulun nə üçün lazım olduğunu soruşmuş, sonuncu da şərikli ticarətlə məşğul olacağı Quba şəhər sakini Elvin adlı şəxsə ticarət qurmaq üçün verəcəyini demişdir. Mələk 2000 manat pulu 2023-cü ilin dekabr ayında ona qaytarmalı olsa da, buna baxmayaraq bu günədək Mələk onun pulunu qaytarmamış, pulunu niyə qaytarmadığını soruşduqda isə Mələk Elvinin onu aldatdığını ticarətlə məşğul olmaq adı ilə 14300 manat pul aldığını, ancaq pulunu qaytarmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadədən görünür ki, Mələk onun doğma bacısıdır, Quba şəhər sakini Elvin adlı şəxsi tanımamış, lakin barəsində bacısından eşitmiş, Mələk 2023-cü ilin sentyabr ayında onunla söhbət zamanı Elvinlə birlikdə ticarətlə məşğul olmaq üçün özünə 1500 manat pul lazım olduğunu, pulun bir hissəsini tanışları Şahin və Fərruxdan borc aldığını qalan hissəsini də özünün düzəltdiyini demiş, Mələkdən nə işlə məşğul olacaqlarını soruşduqda isə X2 Respublikasından paraşok, pampers, siqaret və digər ərzaq məhsullarını ucuz qiymətdən alıb, Xaçmaz şəhəri ərazisində mağazada satacağını və əldə olunan qazancın əlli faizini özünə verəcəyini demiş, Mələkin bu sözlərinə inanmış və 1500 manat pulu borc vermişdir. Mələk ona işləri yaxşı getsə pulunu tez bir zamanda qaytaracağına söz vermişdir. Buna baxmayaraq həmin vaxtdan xeyli müddət keçsə də Mələk onun pulunu qaytarmamış, pulunu istədikdə isə Elvinin özünü aldatdığını və 14300 manat pulunu ələ keçirdiyini, 2000 manat qazanc adı ilə özünə pul qaytardığını bildirmiş, bir neçə dəfə Elvinə zəng edib Mələyə verməli olduğu pulu istəməyə çalışsa da onun nömrəsini bloka atmışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkətindən görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs, Şahid1 ibtidai istintaq zamanı vermiş olduqları ifadələrini təsdiqləyərək Təqsirləndirilən şəxs üzünə qarşı demişlər. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş cinayət işinin materiallarına əlavə edilmiş 07 iyun 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan “4169 7388 6716 39 94” nömrəli bank kartından çıxarışda xx.xx.2023-cü il tarixdə 2000 manat, xx.xx.2023-cü il tarixdə 1790 manat və 10 manat, xx.xx.2023cü il tarixdə isə 500 manat məbləğində pul vəsaitləri “mpay” ödəmə terminalı vasitəsi ilə köçürülmüşdür. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş cinayət işinin materiallarına əlavə edilmiş 07 iyun 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023- cü il tarixlərdə "xxxx"ASC-nə məxsus ATM-lərdən pul vəsaitlərini nağdlaşdırdığı zaman çəkilmiş fotoşəkilləri əks olunan 01 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir uşağı var. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs tamah niyəti ilə Zərərçəkmiş şəxs Himət qızının əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs inam və etibarından sui-istifadə edərək ümumilikdə 14.300 (on dord min üç yüz) manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün zəruri tərkib əlamətləri mövcuddur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143- 146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi nəzərdə tutulmuş cinayət əməlini həqiqətən də törətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinməli və həmin maddə üzrə ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İş materiallarından görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ona dəymiş ziyan ödənilmədiyinə görə şikayətçidir, təqsirləndirilən şəxslə barışmır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir uşağının olmasını Azərbaycan Respublikası CM 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CMnin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş üzrə vurulmuş maddi ziyan ödənilmədiyindən, zərərçəkmiş şəxslə barışmadığından, zərərçəkmiş şəxs şikayətçi olduğundan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cərimə və ya azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi məqsədə müvafiq olmaz, hazırkı halda azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İş materiallarında olan Qusar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli isə xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs törətdiyi hazırkı cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə əsasən “ az ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilməsi nəzərdə tutulmuşdur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki iddia verməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə işin faktiki hallarına və araşdırılmış sübutlara istinad edərək zərərçəkmiş şəxsə mülki iddia ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsini əsaslı sayır. İş üzrə maddi sübut olan "xxxx" ASC-dən daxil olmuş 03 iyun 2024-cü il tarixli, 2024/111/14952 nömrəli məktub, hesabdan çıxarış və 02 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan "xxxx" ASC-dən daxil olmuş 03 iyun 2024-cü il tarixli, 2024/111/14952 nömrəli məktub, hesabdan çıxarış və 02 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs qarşı maddi ziyanın ödənilməsi tələbinə dair müvafiq məhkəmədə mülki iddia qaldırmaq hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №1(029)-67/2024
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-67/2024
21.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver