Məhkəmə qərarları › İş №1(029)-68/2020

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-68/2020

26.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-68/2020 26.08.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçıs: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi: Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS: Təqsirləndirilən şəxs, xx xxxxxx 1985-ci ildə Qusar rayonu Kuzunqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki nəfər azyaşlı uşaqları olan, orta təhsilli, işləməyən, İİ qrup əlil, əvvəllər məhkum olunmuş, Qusar Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 1(029)- 75/2019 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cümaddələriilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 08 (səkkiz) ay 18(on səkkiz)gün çəkməmiş cəzası qalmış, Qusar rayonu Kuzunqışlaq kəndinə qeydiyyatda olan və həmin ünvanda yaşayan, onun Azərbaycan Rspublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Qusar Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinir ona görə ki, o, xx xxxx 2020-ci il tarixdə saat 17:30 radələrində Qusar rayonu Kuzunqışlaq kəndinin mərkəzində “Qazel” markalı maşını saxladaraq həmin maşında sərnişin qismində əyləşmiş X5 ictimai yerdə nalayiq sözlərlə söymüş, yumruq zərbələri ilə onun belinə, qarnına vuraraq ona “dərəcəsi təyin olunmayan” xəsarətlər yetirmiş və əynində olan köynəyi cıraraq qərəzli hərəkətlərini davam etdirməklə xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə elan olunmuş yekun protokol üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Qusar rayonu Kuzunqışlaq kəndində ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs X10 onun həmkəndlisidir, onunla ədavəti və düşmənçiliyi yoxdur. xx xxxx 2020-ci il tarixdə o, eşitmişdir ki, Mafer Hidayətov onun kiminsə bağından oğurluq etməsi barədə söz söhbət yaymışdır. O, xx xxxx 2020-ci il tarixdə saat 21 radələrində özünə məxsus bağ sahəsindən iki kaset fransız gilası 40 manata satmışdır. O, başqa şəxsə məxsus bağdan gilas oğurlamamışdır. Mafer Hidayətov onun barəsində olmayan sözlər işlətdiyindən onu axtarıb tapmaq qərarına gəlmişdir. O, kəndin mərkəzində mağazanın qarşısında dayanan zaman Mafer Hidayətovun “Qazel” markalı maşında harasa getdiyini görmüşdür. O, maşını saxlatdıranda maşında Zeynal Məstanov və Mafer Hidayətov olmuşdur. O, Mafer Hidayətova maşından düşməsini demiş, ancaq Mafer maşından düşməmişdir. Həmin vaxt o, maşının qapısını acıb Mafer Hidayətovun belindən tutaraq yerə salmaq istəmiş, həmin vaxt Mafer onun atasını söymüşdür. Buna görə o, yumruqla Mafer Hidayətovun qarnına bir neçə dəfə vurmuşdur. O, əsəbi olduğundan yerə düşmüş Maferə məxsus eynəkləri kənara tullamış, eynəklərin sınıb sınmamasını bilməmişdir. O, törətdiyi əməldən peşmandır. Qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, o, Qusar rayonu Kuzunqışlaq kəndində ailəsi ilə birlikdə yaşayır. xx xxxx 2020-ci il tarixdə saat 08:30 radələrində o, şəriki Zeynal Məstanovla birlikdə gilas ağaclarına baxmaqdan ötrü Gülbala Yüzbəyovun bağ sahəsinə getmişlər. Bağda olan vaxt ağaclardan birində olan gilasların yığıldığını görmüşdür. Həmin vaxt X23 Osmanovun kiminsə bağından gilas oğurlandığını eşitdiyini demişdir. Həmin gün, yəni xx xxxx 2020-ci il tarixdə saat 17:30 radələrində kənddə şəriki Zeynal Məstanovla “Qazel” markalı maşınla gedən zaman yolda Təqsirləndirilən şəxs ona işarə edərək maşını saxlamasını istəmişdir. Maşını saxlayan zaman Naib ona yaxınlaşaraq niyə yalan məlumatın yaydığını soruşmuş, o, da onun barəsində heç nə danışmadığını demişdir. Naib ona maşından düşməyi tələb etmiş, lakin o, maşından düşməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs onun yaxasından tutub yumruqla onu vurmağa başlamışdır. O, güclə Naibin əlindən çıxaraq qaçmışdır. Mübahisə zamanı onun əynində olan köynək cırılmış, eynəkləri isə itmiş, sonradan həmin eynəkləri yerdən tapmışdır. Hazırda o, Təqsirləndirilən şəxs ilə barışmamışdır. Mübahisə vaxtı ona məxsus köynək cırılmışdır. Hazırda o, köynəyin cırılması nəticəsində ona dəymiş 40 manat zərəri Təqsirləndirilən şəxs tələb edir. Nəzərə alınmasını xahiş edir. xx xxxxxx 2020-ci il tarixdə zərərçəkmiş şəxs X10 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxsla barışmadığını, şəxsi işləri ilə əlaqədar növbəti məhkəmə iclasına gələ bilmədiyini, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o, gilas alveri ilə məşguldur. xx xxxx 2020-ci il tarixdə saat 08:30 radələrində o, şəriki Mafer Hidayətovla birlikdə bağ sahəsindəki gilas ağaclarına baxmaqdan ötrü həmkəndlisi Gülbala Yüzbəyovun bağına getmişdir. Bağ sahəsində ağaclara baxan zaman ağaclardan birində gilas qalmadığını görmüşdür. Həmin vaxt Gülbala Yüzbəyov bir gün əvvəl həmin ağacda gilas olduğunu, kiminsə ondan xəbərsiz gilasları yığıb apardığını onlara demişdir. xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs iki latok gilasın aparıb satması barədə eşitməsi onun yadına düşmüş və bu barədə Mafer Hidayətova və Gülbala Yüzbəyova demişdir. xx xxxx 2020-ci il tarixdə saat 17:30 radələrində o, Mafer Hidayətovla birlikdə idarə etdiyi “Qazel” markalı maşınla kənddə olarkən yolda Təqsirləndirilən şəxs onlara işarə edərək maşını saxlatdırmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs Mafer Hidayətova yaxınlaşaraq niyə onun barəsində yalan məlumatın yaydığını soruşmuş, Mafer də onun barəsində heç nə demədiyini bildirmişdir. Naib Maferə maşından düşməsini tələb etmiş, Mafer də maşından düşməyəcəyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs Mafer Hidayətovun köynəyini dartıb cırmış, yumruq zərbələri ilə Maferin qarnına, sinəsinə və belinə vurmuşdur. O, Naibə Maferi vurmamsını xahiş etmiş, lakin Naib öz hərəkətlərini davam etdirərək Maferi yumruqla vurmağa davam etmişdir. Daha sonra o, Maferi sürücü tərəfə çəkmiş, özü onların aralarına keçərək bir birini vurmağa imkan verməmişdir. Mübahisə vaxtı Mafer Hidayətovun eynəyi itmiş, sonradan həmin eynəyi yerdən tapmışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş şahid X9 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, xx xxxx 2020-ci il tarixdə saat 17:30 radələrində o, Qusar rayonu Kuzunqışlaq kəndin mərkəzində köhnə kafenin həyətində əyləşmişdir. Həmin vaxt kafenin qarşısında “Qazel” markalı maşın dayanmışdır. O, mağazaya getmək istəyərkən qışqırıq səslər eşitmiş və oraya getmişdir. “Qazel” markalı avtomaşının yanında Təqsirləndirilən şəxs Mafer Hidayətovun ayaqlarından tutub özünə tərəf dartdığını görmüşdür. Həmin vaxt Maferin əynində olan şalvar dizə kimi düşmüş, maşının ayaq altı hissəsinə yıxılmışdır. Həmin vaxt o, Təqsirləndirilən şəxs yaxınlaşıb “Naib yazıqdır burax onu “demişdir. Bu zaman Nab Osmanov ona “mən özüm bilrəm, mənə yaxın durma, məndən əl çək demişdir”. O, Təqsirləndirilən şəxsla danışan zaman Mafer fürsətdən istifadə edib maşında olan Zeynal Məstanovla yerini dəyişmiş, həmin vaxt Təqsirləndirilən şəxs əlində olan Maferə məxsus eynəyi uzağa tullamış, eynəyə heç kimin əl vurmamasını demişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş şahid X2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, onun Qusar rayonu Kuzunqışlaq kəndində 0,24 ha gilas bağ sahəsi vardır . xx xxxx 2020-ci il tarixdə axşam saatlarada Mafer Hidayətova zəng edərək gilas alıb almadığını soruşmuş, Mafer isə səhər gəlib gilaslara baxacağını demişdir. xx xxxx 2020-ci il tarixdə Mafer Hidayətov və Zeynal Məstanov onun bağına gəlmiş və ağaclara baxmağa başlamışdır. Həmin vaxt ağaclardan birində budaqların aşağı hissəsindəki “Romanovka” növündən olan gilasların kiminsə tərəfindən apardığını, yarpaqların qırılaraq yerə töküldüyünü görmüşlər. Öz aralarında bunun kim edcəyi söhbət edən zaman X19 bu yaxınlarda 2 latok gilas satdığının eşitdiyini demişdir. Daha sonra Mafer Hidayətov və Zeynal Məstanov ona məxsus bağ sahəsindən çıxıb getmişlər. O, kənddə olan vaxt Təqsirləndirilən şəxsla görüşmüş və ona məxsus bağdan gilasın yığıb yığmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs ona gilasın satdığını amma həmin gilasın öz bağlarından yığıb satdığını ona məxsus bağdan icazəsiz gilas yığmadığını demişdir. Təqsirləndirilən şəxs ondan bunu kimin dediyini soruşmuş, o, isə deməyəcəyii bildirmişdir. Təqsirləndirilən şəxs ona “bayaq sənin yanına Maferlə Zeynal gəlib, bu sözü onlar sənə deyib” soruşmuş, o, isə “tutaqki, deyiblər sən eləmisən ya yox” demiş, Naib oğurluq etmədiyini bildirmişdir. O, əgər oğurluq edibsə, birdə belə etməməsini ona tapşırıb öz bağına getmişdir. Daha sonra isə eşitmişdir ki, Təqsirləndirilən şəxs kəndin mərkəzində, kənd sakinlərinin toplaşdığı yerdə Mafer Hidayətovu döymüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X16-Təcrübi və Tədris Birliyinin 318 saylı xx xxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, X3 bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sinəsinin sol tərəfinin qançırı küt əşyanın təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx xxxx 2020-ci il tarixdə yumruqla vurulması nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxx 2020-ci il tarixli tələbnamədən və Qusar Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 1(029)-75/2019 saylı hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Qusar Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qusar Rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli 2702/2020 saylı məkubdan görünür ki, xx xxxxxxx 2019-cu il tarixdə qeydiyyata alınmış məhkum Təqsirləndirilən şəxs 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəzasından 09 (doqquz) ay 26 (iyirmi altı) gün müddətini çəkmiş və onun üzərində 08 (səkkiz) ay 04 (dörd) gün müddətə çəkilməmiş cəzası qalmışdır. Həmin məktubdan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs təqdim edilmiş elektron nəzarət vasitələrinin sazlığı və tamlığının, habelə cəzanın icrası qaydalarına riayət olunmasının yoxlanılması məqsədilə onun yaşadığı evinə baxış keçirərkən ona təqdim olunmuş qolbağın kəmərinin çıxdığı müəyyən edilmişdir. İş materiallarında olan Qusar rayon İcra Hakimiyyəti Başçısının Kuzunqışlaq kənd inzibati ərazi dairə üzrə nümayəndəliyin 22 nömrəli xx xxxx 2020-ci il tarixli məktubudan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi xx xxxxxx 1985-ci il təvəllüdlü arvadı X6, xx xxxxxxxx 1911-ci il təvəllüdlü oğlu X12 və xx xxxxxx 1913-cü il təvəllüdlü oğlu X13 ibarətdir. İş materiallarında olan Qusar rayon İcra Hakimiyyəti Başçısının Kuzunqışlaq kənd inzibati ərazi dairə üzrə nümayəndəliyin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. İş materiallarında olan Qusar rayon X11 Hüquqi Şəxsin xx xxxx 2020-ci il tarixli 943/07-20 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Qusar rayon X11 X14 Poliklinika Şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və X15 Nazirliyi yanında Dövlət X21 xx xxxx 2020-ci il tarixli **********4 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs şöbədən İİ qrup əlilliyə görə 130 (bir yüz otuz) manat sosial müavinət alır. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Qusar Dövlət X22 46 saylı xx xxxx 2020-ci il tarixli məktubdan görünür ki, xx xxxx 2020-ci il tarixdə “Romanovka” növlü gilasın 1 kq-nın bazar satış qiyməti 5 (beş) manat olduğundan 15 kq “Romanovka” növlü gilasın dəyəri, cəmi 75 (yetmiş beş) manat təşkil edir. İş materiallarında olan Qusar rayon X1 heyətin xx xxxx 2020-ci il tarixli 149-12520- 1120 saylı məktubdan görünür ki, “Boss” markalı köynəyin xx xxxx 2020-ci il tarixə olan qiyməti 40 (qırx) manat təşkil edir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli 96 nömrəli mədaxil qaiməsindən görünür ki, X3 əynində olan köynək maddi sübut kimi tanınmış və saxlanılması üçün Qusar RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, X7 məxsus 15 kiloqram gilasın oğurlanması Azərbaycan Respublikası İXM-nin “Xırda talama”nı nəzərdə tutan 227-ci maddəsinin tərkibini yaradır. Buna görə də həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmiş, xirda talama hadisəsini törədən şəxsin müəyyən edilərək inzibat-hüquqi məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Qusar RPŞ-nin İTB-nə həvalə edilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş ekspertrəyi, eləcədə işdə olan digər mötəbər sübutlarla ona tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən residivə görə cəza təyin edilməsini nəzərdə tutan qaydalar nəzərə alınmamalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini Qusar Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 1(029)-75/2019 saylı hökmü qüvvəyə mindikdən sonra, yəni xx xxxx 2020-ci il tarixdə törətmişdir. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməli, hazırki hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi tamamilə və ya qismən birləşdirilməlidir. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşaqların olması cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində hansı cəzanın təyin edilməsini müəyyən edərkən törədilmiş cinayətin xarakterini, içtimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin ona təyin ediləcək cəzanın həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Zərər çəkmiş şəxs X8 dəymiş 40 (qırx) manat maddi zərərin ödənilməsi ilə əlaqədar mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət hüququ izah edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Qusar RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan X3 əynində olan köynək sahibi X8 qaytarılmalıdır. İş üzrə mülki iddia olmadı. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Qusar Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 1(029)-75/2019 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 08 (səkkiz) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə qəti olaraq 01(bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar rayonu Kuzunqışlaq kəndindəki evini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkmənin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Zərər çəkmiş şəxs X8 dəymiş 40 (qırx) manat maddi zərərin ödənilməsi ilə əlaqədar mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət hüququ izah edilsin. İş üzrə maddi sübut kimi tanınmış Qusar RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan X3 əynində olan köynək sahibi X8 qaytarılsın. Hökmdən elan olduğu andan 20 (iyirmi) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvə yəminir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar