Məhkəmə qərarları › İş №1(029)-68/2024

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-68/2024

18.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-68/2024 18.12.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, X1, Müdafiəçi3 iştirakları ilə, 25 avqust 1998-ci il tarixdə Qusar rayonu, Köhnə Xudat kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Qusar rayonu Köhnə Xudat kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1, 177.2.2, 177.2.3, 178.2.2-ci maddələri ilə, xx xxxxxxx 1997-ci il tarixdə Qusar rayonu, Köhnə Xudat kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Qusar rayonu Köhnə Xudat kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddəsi ilə, xx xxxx 2006-cı il tarixdə Xaçmaz rayonu, Yalama kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonu, Yalama ərazi dairəsi, Yalama kəndində qeydiyyatda olmaqla, Qusar rayonu, Köhnə Xudat kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 2023-cü ilin təxminən iyul ayının ortalarında Qusar rayonu Çubuqlu kənd sakini Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək, Qusar rayonu Köhnə Xudat kəndində yerləşən 0,18 ha torpaq sahəsini satmaq adı ilə yalandan vəd verərək Qusar şəhəri, Ç.Qurbanov küçəsində yerləşən “Rossiya” marketin qarşısında Zərərçəkmiş şəxs3 2000 manat məbləğində nəğd pul almış, ancaq sonuncunu aldadaraq vədinə əməl etməyib özgənin əmlakını qanunsuz ələ keçirməklə dələduzluq etmişdir. Bundan sonra o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qohumu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub qrup şəxs təşkil edərək, 2023-cü ilin təxminən oktyabr ayın sonlarında günorta saatlarında Qusar rayonu Köhnə Xudat kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evin həyətinə giriş qapısını itələyərək açmaqla qanunsuz daxil olaraq oradan sonuncuya məxsus dəyəri 48 manat olan SSRİ istehsalı, çəkisi 80 kq, uzunluğu 4 metr olan 01 ədəd dəmir rels, ümumi dəyəri 60 manat olan 12 ədəd hər birinin diametri 2,5 sm, uzunluğu 2 metr, divarının qalınlığı 3 mm olan nerjaveyka dəmir turbalar və dəyəri 35 manat olan 01 ədəd SSRİ istehsalı, çuğun materialdan hazırlanmış, çəkisi 20 kq olan, hündürlüyü 30 sm olan Karl Marksın büstünü gizli yolla talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 143 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs3 yetkinlik yaşına çatmamasını bilərək sonuncuya valideynlərinə siqarət çəkməsi və spirtli içkilərdən istifadə etməsi barədə məlumatları danışacağını bildirib hədə-qorxu vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb etdikdən sonra Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub qrup şəxs təşkil edərək, 2023-cü ilin təxminən noyabr ayı əvvəllərində saat təxminən 17-18 radələrində Qusar rayonu Köhnə Xudat kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evin həyətinə giriş qapısını itələyərək açmaqla qanunsuz daxil olub, evin ön tərəfindəki açıq vəziyyətdə olan pəncərədən içəri girib oradan sonuncuya məxsus dəyəri 650 manat olan 01 ədəd “Hisensse” markalı 65 düym televizoru gizli yolla talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 650 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra o, təkrarən 2024-cü ilin təxminən yanvar ayının əvvəllərindən 2024cü ilin təxminən fevral ayının sonlarına kimi olan müddət ərzində müxtəlif günlərdə Quba rayonu Xucbala kənd sakini Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək, Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi Qusar şəhərində yerləşən “Vətən” restoranına 75 ədəd taxta materialdan oturacaqlar hazırlamaq adı yalandan vəd verərək Qusar şəhərin ərazisində Zərərçəkmiş şəxs2 vahid niyyətlə cəmi 2740 manat məbləğində nəğd pul almış, ancaq sonuncunu aldadaraq vədinə əməl etməyib özgənin əmlakını qanunsuz ələ keçirməklə dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2023-cü ilin təxminən oktyabr ayı sonlarında günorta saatlarında qohumu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, Qusar rayonu Köhnə Xudat kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evin həyətinə giriş qapısını itələyərək açmaqla qanunsuz daxil olaraq oradan sonuncuya məxsus dəyəri 48 manat olan 01 ədəd SSRİ istehsalı, çəkisi 80 kq, uzunluğu 4 metr olan dəmir rels, ümumi dəyəri 60 manat olan 12 ədəd hər birinin diametri 2,5 sm, uzunluğu 2 metr, divarının qalınlığı 3 mm olan nerjaveyka dəmir turbalar və dəyəri 35 manat olan 01 ədəd SSRİ istehsalı, çuğun materialdan hazırlanmış, çəkisi 20 kq olan, hündürlüyü 30 sm olan Karl Marksm büstünü gizli yolla talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 143 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2023-cü ilin təxminən noyabr ayının əvvəllərində saat təxminən 17-18 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, Qusar rayonu Köhnə Xudat kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evin həyətinə giriş qapısını itələyərək açmaqla qanunsuz daxil olaraq, evin ön tərəfindəki açıq vəziyyətdə olan pəncərədən içəri girib oradan sonuncuya məxsus dəyəri 650 manat olan 01 ədəd “Hisensse” markalı 65 diaqonallı televizoru gizli yolla talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 650 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2023-cü ilin təxminən may ayının əvvəllərində Qusar rayonu Çubuqlu kənd sakini Şahid1 ilə tanış olmuş, sonuncu və həyat yoldaşı Zərərçəkmiş şəxs3la münasibətləri yaranmışdır. Həmin vaxt maddi vəziyyəti zəif olduğu üçün Zərərçəkmiş şəxs3 evinə gedərək, borca 1500 manat pul istəmiş, sonuncu öz razılığını vermiş, lakin nağd pulu olmadığı üçün evin həyətindəki 2 baş iribuynuzlu heyvanları satmağı təklif etmişdir. 2023-cü ilin may ayının sonlarında tanışı Seymur adlı şəxslə Zərərçəkmiş şəxs3 evinə getmiş, Seymur adlı şəxs evin həyətindəki 2 baş iribuynuzlu heyvanları baxıb onları 1500 manata almışdır. Həmi vaxt o, Zərərçəkmiş şəxs3 1500 manat pulu borca istəmiş və xx.xx.2023-cü il tarixə kimi 1500 manat borc pulun əvəzinə sonuncuya 2000 manat pul qaytaracağını bildirmiş, Zərərçəkmiş şəxs3 öz razılığını verib, yaşadığı evin həyətində arvadı Şahid1 yanında ona borca 1500 manat pul vermişdir. 2023-cü ilin iyul ayının əvvəllərində Şahid1 ona zəng edib, qayınatası ilə yola gedə bilmədiyi üçün başqa bir kənddə torpaq sahəsi alıb, orada ev tikmək istədiyini bildirmişdir. Həmin vaxt maddi vəziyyəti zəif olduğu və borcları yarandığı üçün Coşqun və Xəyalə Laçınovlara yalandan satılıq torpaq sahəsinin olduğunu bildirib, onlardan pul almaq qərarına gəlmiş və bir neçə gün sonra Zərərçəkmiş şəxs3 zəng edib, yalandan Qusar rayonu Köhnə Xudat kəndində 8000 manat müqabilində satılıq torpaq sahəsinin olduğunu, Zərərçəkmiş şəxs3 isə ilkin olaraq 2000 manat pul, qalıq qalan pulu da hər ay 500 manat olmaqla ödəyə bilcəyini, o da şübhə çəkməmək üçün yalandan torpaq sahəsinin sahibi ilə danışıb xəbər verəcəyini demişdir. Təxminən 1-2 gün sonra təkrar Zərərçəkmiş şəxs3 evinə gedib, yalandan torpaq sahəsinin sahibinin razı olduğunu, ilkin olaraq 2000 manat pul verdikdən sonra alqı-satqı müqaviləsinin bağlanacağını bildirərək, Coşqun və X4 rayonu Köhnə Xudat kəndində yerləşən boş torpaq sahələrin birinə aparıb, yalandan həmin torpaq sahəsinin onlara satılacağını bildirmişdir. 2023-cü ilin təxminən iyul ortalarında Zərərçəkmiş şəxs3 Qusar rayonu Köhnə Xudat kəndində yerləşən 0,18 ha torpaq sahəsini satmaq adı ilə yalandan vəd verərək Qusar şəhəri Avtovağzal ərazisində yerləşən “Rossiya” marketin qarşısında Zərərçəkmiş şəxs3 2000 manat məbləğində nəğd pul almış və alqı-satqı müqaviləsinin qısa müddət ərzində bağlanacağım bildirmişdir. Bundan sonra 2000 manat pulu öz şəxsi ehtiyyaclarma xərcləmiş və Zərərçəkmiş şəxs3 hər dəfə müxtəlif bəhanələr gətirərək, pulları qaytarmamışdır. 2023-cü ilin təxminən oktyabr ayının sonlarında qohumu Təqsirləndirilən şəxs2la birlikdə daimi olaraq Sumqayıt şəhərində yaşayan qohumları Zərərçəkmiş şəxs1 evin həyətindəki dəmir əşyaları oğurlamaq qərarına gəlmişlər. 2023-cü ilin təxminən oktyabr ayı sonlarında günorta saatlarında qohumu Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs1 evin həyətinə giriş qapısını əli ilə itələyərək açıb girmişlər, daha sonra isə evin həyətindəki Zərərçəkmiş şəxs1 məxsus çəkisi təxminən 80 kq, uzunluğu 4 metr olan 01 ədəd dəmir rels, 12 ədəd hər birinin diametri 2,5 sm, uzunluğu 2 metr olan nerjaveyka dəmir turbalar və 01 ədəd çuğun materialdan hazırlanmış, çəkisi təxminən 20 kq olan Karl Marksın büstünü oğurlayıb, həmin əşyaların Zərərçəkmiş şəxs1 evin həyətinin giriş qapısının yanında yığmışlar. Bu zaman onlar şübhə çəkməmək üçün yaxınlıqda yerləşən Təqsirləndirilən şəxs2 evinə gedib, evin həyətindəki dəmir və digər materialdan olan əşyaları da Zərərçəkmiş şəxs1 evin həyətinin giriş qapısının yanında saxlamışlar. Həmin gün axşam radələrində həmkəndlisi Şahid3 zəng edib, satılıq dəmir əşyaların olduğunu və onları rayonun Bədişqala kəndinə aparmaq lazım olduğunu bildirmiş, Şahid3 həmin dəmirlərin oğurluq olub-olmamasını soruşan zaman, o, həmin dəmir əşyaların oğurluq olmadığını bildirmişdir. Bundan sonra Şahid3 idarə etdiyi “Qazel” markalı avtomobillə Təqsirləndirilən şəxs2 yaşadığı ünvana gəlmiş və onlar birlikdə Zərərçəkmiş şəxs1 evinə tərəf getmiş, o, Təqsirləndirilən şəxs2la dəmirləri avtomobilin yük hissəsinə yükləyib Şahid3la birlikdə rayonun Bədişqala kəndində yaşayan metal qəbulu ilə məşğul olan Şahid4 yaşadığı ünvana getmişlər. Həmin gün axşam radələrində Təqsirləndirilən şəxs2la birlikdə avtomobilin yük hissəsində olan dəmir əşyaları Şahid4 evin həyətinə boşaltmış, sonuncu onlardan dəmirlərin oğurluq olub-olmamasını soruşmuş, onlarda həmin dəmirlərin oğurluq olmadığını bildirmişlər. Bu zaman Şahid4 dəmir əşyaların çəkisini ölçüb, onlara cəmi 220 manat pul vermiş, onlar da Şahid3la birlikdə kəndə qayıtmışlar. Həmin vaxt onlar Şahid3 20 manat pulu yol pulu kimi vermiş, qalıq qalan 200 manat pulu isə öz aralarında adama 100 manat bölmüşlər. 2023-cü ilin noyabr ayı əvvəllərində saat 17 radələrində tanışı Təqsirləndirilən şəxs3la birlikdə kənddə görüşüb, sonuncunun yetkinlik yaşına çatmamasını bilərək Zərərçəkmiş şəxs1 evindən oğurluq etməyi təklif etmiş, Təqsirləndirilən şəxs3 da öz razılığını verməmişdir. Bu zaman o, Təqsirləndirilən şəxs3 valideynlərinə siqarət çəkməsi və spirtli içkilərdən istifadə etməsi barədə məlumatları danışacağını bildirib hədə-qorxu gəlmiş, sonuncu da öz razılığını vermişdir. Həmin gün saat təxminən 17-18 radələrində onlar birlikdə Zərərçəkmiş şəxs1 evinə tərəf gedib, evin həyətin giriş qapısını əli ilə itələyərək açıb, içəri daxil olmuşlar. Bu zaman o, Təqsirləndirilən şəxs3 evin ön tərəfindəki pəncərədən qaldırıb, içəri salmış, özü isə ətrafı gözətləmək üçün evin həyətində gözləmiş, bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs3 01 ədəd “Hisense” markalı televizoru götürüb geri qayıtmış və o, sonuncuya evdən çıxmağa köməklik göstərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 öz evinə, o isə televizoru götürüb öz evin həyətinə aparıb, tanışı Şahid2 zəng edib, pula ehtiyyacı olduğu üçün təcili televizor satdığını bildirmiş, sonuncu da həmin televizoru 70 manata almağa razı olmuşdur. Həmin gün axşam radələrində Şahid2 onun yaşadığı kəndə gəlmiş və o, Təqsirləndirilən şəxs3 zəng edib, evin həyətindəki televizoru gətirməsini xahiş etmiş, sonuncu da öz razılığını verib, onun evin həyətindəki televizoru gətirib ona verib öz evinə çıxıb getmişdir. Bu zaman Şahid2 ondan televizorun oğurluq olub-olmamasını soruşmuş, o da televizorun ona məxsus olduğunu və təcili pula ehtiyyacı olduğu üçün satdığını bildirmiş, Şahid2 də inanıb, ona 70 manat pul verib, televizoru almışdır. 30 dekabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 kəndə qayıdan zaman ona və Eyvaza evindən oğurluq hadisəsi baş verdiyini, bununla bağlı onların əlaqəsi və məlumatı olub-olmadığını soruşmuş, onlarda yalandan həmin oğurluq hadisəsi ilə bağlı heç bir əlaqələri olmadıqlarını bidirmişlər. Bundan sonra Zərərçəkmiş şəxs1 baş vermiş oğurluq hadisəsi ilə bağlı Qusar RPŞ-nə ərizə ilə müraciət etmiş və onlar törətdikləri oğurluq hadisəsini səmimi etiraf etmişlər. 2023-cü ilin dekabr ayı ortalarında Qusar şəhərin girişində təzə inşa edilmiş “Vətən” restoranında tanışı Zərərçəkmiş şəxs2lə görüşüb, söhbət etmişdir. Söhbət zamanı Zərərçəkmiş şəxs2 “Vətən” restoranında təmir işlərin davam etdiyini və 2024-cü ilin mart ayı ortalarında rəsmi açılış etmək istədiyini, buna görə də restoran üçün 75 ədəd taxta materialdan oturacaqlar lazım olduğunu, o da 2024-cü ilin mart ayı əvvəllərində kimi hazırlayaca biləcəyini bildirmiş və onlar 1 ədəd taxta materialdan oturacağın 45 manata hazırlanmasına öz aralarında şifahi razılıq əldə etmişlər. 2024-cü ilin təxminən yanvar ayı əvvəllərindən 2024-cü ilin təxminən fevral ayı sonlarına kimi olam müddət ərzində müxtəlif günlərdə Qusar şəhərin ərazisində Zərərçəkmiş şəxs2 ümumilikdə 2740 manat əlbə əl nağd pul almış, lakin həmin pulları son 2 il ərzində yaranmış borcları qaytarmaq üçün xərcəmiş və 2024-cü ilin fevral ayı sonlarında Zərərçəkmiş şəxs2 ancaq 2 ədəd taxta materialdan oturacaq hazırlayıb vermişdir. 2024-cü ilin mart ayından etibarən Zərərçəkmiş şəxs2 ondan öz pullarını tələb etmiş, o isə maddə vəziyyəti zəif olduğu üçün hər dəfə müxtəlif bəhanələr gətirərək, pulu qaytarmamışdır. Zərərçəkmiş şəxslərlə barışmış, iş üzrə maddi ziyanları ödəmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2023-cü ilin təxminən oktyabr ayının sonlarında qohumu Təqsirləndirilən şəxs1la birlikdə daimi olaraq Sumqayıt şəhərində yaşayan qohumları Zərərçəkmiş şəxs1 evin həyətindəki dəmir əşyaları oğurlamaq qərarına gəlmişlər. 2023-cü ilin təxminən oktyabr ayının sonlarında, günorta saatlarında qohumu Təqsirləndirilən şəxs1la birlikdə Zərərçəkmiş şəxs1 evin həyətinə giriş qapısını əli ilə itələyərək açıb girmişlər, daha sonra isə evin həyətindəki Zərərçəkmiş şəxs1 məxsus çəkisi təxminən 80 kq, uzunluğu 4 metr olan 01 ədəd dəmir rels, 12 ədəd hər birinin diametri 2,5 sm, uzunluğu 2 metr olan neyjaveyka dəmir turbalar və 01 ədəd çuğun materialdan hazırlanmış, çəkisi 20 kq olan Karl Marksın büstünü oğurlayıb, həmin əşyaların Zərərçəkmiş şəxs1 evinin həyətinin giriş qapısının yanında yığmışlar. Bu zaman onlar şübhə çəkməmək üçün onun yaxınlıqda yerləşən evinə gedib, evin həyətindəki dəmir və digər materialdan olan əşyaları da Zərərçəkmiş şəxs1 evin həyətinin giriş qapısının yanında saxlamışlar. Həmin gün axşam radələrində Təqsirləndirilən şəxs1 həmkəndlisi Şahid3 zəng edib, satılıq dəmir əşyaların olduğunu və onları rayonun Bədişqala kəndinə aparmaq lazım olduğunu bildirmiş, Şahid3 həmin dəmirlərin oğurluq olub-olmamasını soruşan zaman, Təqsirləndirilən şəxs1 həmin dəmir əşyaların oğurluq olmadığını bildirmişdir. Bundan sonra Şahid3 idarə etdiyi “Qazel” markalı avtomobillə onun yaşadığı ünvana gəlmiş və onlar birlikdə Zərərçəkmiş şəxs1 evinə tərəf getmiş, o, Təqsirləndirilən şəxs1la birlikdə dəmirləri avtomobilin yük hissəsinə yükləyib Şahid3la birlikdə rayonun Bədişqala kəndində yaşayan metal qəbulu ilə məşğul olan Şahid4 yaşadığı ünvana getmişlər. Həmin gün axşam radələrində Təqsirləndirilən şəxs1la birlikdə avtomobilin yük hissəsində olan dəmir əşyaları Şahid4 evin həyətinə boşaltmış, sonuncu onlardan dəmirlərin oğurluq olub-olmamasını soruşmuş, onlar da həmin dəmirlərin oğurluq olmadığını bildirmişlər. Bu zaman Şahid4 dəmir əşyaların çəkisini ölçüb, onlara cəmi 220 manat pul vermiş, onlar da Şahid3la birlikdə kəndə qayıtmışlar. Həmin vaxt onlar Şahid3 20 manat pulu yol pulu kimi vermiş, qalıq qalan 200 manat pulu isə öz aralarında adama 100 manat bölmüşlər. 30 dekabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 kəndə qayıdan zaman ona və Serona evindən oğurluq hadisəsi baş verdiyini, bununla bağlı onların əlaqəsi və məlumatı olub-olmadığını soruşmuş, onlarda yalandan həmin oğurluq hadisəsi ilə bağlı heç bir əlaqələri olmadıqlarını bidirmişlər. Bundan sonra Zərərçəkmiş şəxs1 baş vermiş oğurluq hadisəsi ilə bağlı Qusar RPŞ-nə ərizə ilə müraciət etmiş və onlar törətdikləri oğurluq hadisəsini səmimi etiraf etmişlər. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2023-cü ilin noyabr ayının əvvəllərində, saat 17 radələrində evdə olan zaman tanışı Təqsirləndirilən şəxs1 onun yaşadığı ünvana gəlib, onu çağırıb, küçəyə dəvət etmiş, o da öz razılığını vermiş, həmin vaxt Təqsirləndirilən şəxs1 onun 18 yaşı olmadığını bilərək Zərərçəkmiş şəxs1 evindən oğurluq etməyi təklif etmiş, o isə razı olmamışdır. Bu zaman Təqsirləndirilən şəxs1 ona valideynlərinə siqarət çəkməsi və spirtli içkilərdən istifadə etməsi barədə məlumatları danışacağını bildirib hədə-qorxu gəlmiş, o da qorxub Təqsirləndirilən şəxs1la birlikdə oğurluq etməyə öz razılığını vermiş, həmin gün saat təxminən 17-18 radələrində onlar birlikdə Zərərçəkmiş şəxs1 evinə tərəf gedib, evin həyətin giriş qapısını əli ilə itələyərək açıb, içəri daxil olmuşlar. Bu zaman Təqsirləndirilən şəxs1 onu evin ön tərəfindəki pəncərədən qaldırıb, içəri salmış, Təqsirləndirilən şəxs1 isə ətrafı gözətləmək üçün evin həyətində gözləmiş, bir neçə dəqiqə sonra o, evin ikinci mərtəbəsindəki 01 ədəd “Hisensse” markalı televizoru götürüb geri qayıtmış və Təqsirləndirilən şəxs1 ona evdən çıxmağa köməklik göstərmişdir. Bundan sonra o öz evinə, Təqsirləndirilən şəxs1 isə televizoru götürüb öz evinə aparmışdır. Həmin gün axşam radələrində evdə olan zaman Təqsirləndirilən şəxs1 təkrar ona zəng edib, evin həyətindəki televizoru onun yanına gətirməsini xahiş etmiş, o da öz razılığını verib Təqsirləndirilən şəxs1 yaşadığı ünvana gedib, evin həyətindəki birlikdə oğurladıqları 01 ədəd televizoru sonuncuya verib, öz evinə qayıtmış və bundan sonra Təqsirləndirilən şəxs1la birlikdə hər hansı oğurluq hadisəsi törətməmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsləri və onların müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1, 177.2.2, 177.2.3, 178.2.2ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddəsi ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməllərini törətmişlər və onların təqsiri, özlərinin etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2023-cü ilin təxminən may ayının əvvəllərində Qusar rayonu Köhnə xudat kənd sakini Təqsirləndirilən şəxs1la tanış olmuş, münasibətləri yaranmışdır. Həmin vaxt maddi vəziyyəti zəif olduğu üçün Təqsirləndirilən şəxs1 onun evinə gələrək, borca 1500 manat pul istəmiş, o da öz razılığını vermiş, lakin nağd pulu olmadığı üçün evin həyətindəki 2 baş iribuynuzlu heyvanları satmağı təklif etmişdir. 2023-cü iin may ayının sonlarında Təqsirləndirilən şəxs1 tanışı Seymur adlı şəxslə onun evinə gəlmiş, Seymur adlı şəxs evin həyətindəki 2 baş iribuynuzlu heyvanları baxıb onları 1500 manata almışdır. Həmi vaxt Təqsirləndirilən şəxs1 ondan 1500 manat pulu borca istəmiş və xx.xx.2023-cü il tarixə kimi 1500 manat borc pulun əvəzinə ona 2000 manat pul qaytaracağını bildirmiş, o da öz razılığımı verib, yaşadığı evin həyətində arvadı Şahid1nanın yanında Təqsirləndirilən şəxs1 borca 1500 manat pul vermişdir. 2023-cü ilin iyul ayı əvvələrində arvadı Şahid1 Təqsirləndirilən şəxs1 zəng edib, qayınatası ilə yola gedə bilmədiyi üçün başqa bir kənddə torpaq sahəsi alıb, orada ev tikmək istədiyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 onların yaşadığı evə gəlib Qusar rayonu Köhnə Xudat kəndində 8000 manat müqabilində satılıq torpaq sahəsinin olduğunu, o isə ilkin olaraq 2000 manat pul, qalıq qalan pulu da hər ay 500 manat olmaqla ödəyə biləcəyini bildirmiş, Təqsirləndirilən şəxs1 isə torpaq sahəsinin sahibi ilə danışıb xəbər verəcəyini demişdir. Təxminən 1-2 gün sonra Təqsirləndirilən şəxs1 təkrar onun evinə gəlib, torpaq sahəsinin sahibinin razı olduğunu, ilkin olaraq 2000 manat pul verdikdən sonra alqı-satqı müqaviləsinin bağlanacağını bildirərək, onları Qusar rayonu Köhnə Xudat kəndində yerləşən boş torpaq sahələrin birinə aparıb, həmin torpaq sahəsinin onlara satılacağını bildirmişdir. 2023-cü ilin təxminən iyul ortalarında o, Qusar rayonu Köhnə Xudat kəndində yerləşən 0,18 ha torpaq sahəsinə görə Təqsirləndirilən şəxs1 Qusar şəhəri Avtovağzal ərazisində yerləşən “Rossiya” marketin qarşısında 2000 manat məbləğində nəğd pul vermiş, sonuncu alqı-satqı müqaviləsinin qısa müddət ərzində bağlacağını bildirmişdir. Bundan sonra dəfələrlə Təqsirləndirilən şəxs1 zəng edib, alqısatqı müqaviləsi ilə maraqlanan zaman sonuncu müxtəlif bəhanələtər gətirərək, onu aldatmışdır. xx.xx.2023-cü il tarixdə ərizə ilə Qusar RPŞ-nə müraciət etmişdir.Hal-hazırda ona vurulmuş olan maddi ziyan ödənilmiş, Təqsirləndirilən şəxs1 qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq öz ailəsini dolandırmışdır. 2023-cü ilin dekabr ayı sonlarında Qusar şəhərin girişində təzə inşa edilən “Vətən” restoranını icarəyə götürmüş və orada bir sıra təmir işlərini yekunlaşdırıb, 2024-cü ilin mart ortalarında restoranın rəsmi açılış etmək qərarına gəlmişdir. 2023-cü ilin dekabr ayının ortalarında Təqsirləndirilən şəxs1 həmin restorana dəvət edib, restoran üçün 75 ədəd taxta materialdan oturacaqlar sifariş verərək, xx.xx.2024-cü il tarixə kimi oturacaqların hazır olmasını tələb etmiş və onlar 1 ədəd oturacağı öz aralarında 45 manata şifahi razılıq əldə etmişlər. 2024-cü ilin təxminən yanvar ayı əvvəllərindən 2024-cü ilin təxminən fevral ayı sonlarına kimi olan müddət ərzində müxtəlif günlərdə Qusar şəhərin ərazisində hissə-hissə olmaqla Təqsirləndirilən şəxs1 ümumilikdə 2740 manat pul vermiş, Təqsirləndirilən şəxs1 da 2024-cü ilin fevral ayı sonunda ona 2 ədəd taxta materialdan oturacaqlar təhvil vermişdir. 2024-cü ilin mart ayından etibarən Təqsirləndirilən şəxs1 dəfələrlə pulunu tələb edən zaman, sonuncu müxtəlif bəhanələr gətirərək pulu qaytarmışdır. 20 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 barəsində ərizə ilə Qusar RPŞ-nə müraciət etmişdir. Hal-hazırda ona vurulmuş olan maddi ziyan ödənilmiş, Təqsirləndirilən şəxs1 qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs3 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Qusar rayonu Köhnə Xudat kəndində yerləşən mərhum atası Xanmirzə Bakarovdan ona qalan fərdi yaşayış evində arada bir gəlib qalır, daimi isə Sumqayıt şəhərində yaşayır. 30 dekabr 2023-cü il tarixdə səhər radələrində rayonun Köhnə Xudat kəndində yerləşən fərdi yaşayış evinə gələn zaman SSRİ istehsalı, çəkisi təxminən 80 kq, uzunluğu 4 metr olan 01 ədəd dəmir rels, 12 ədəd hər birinin diametri 2,5 sm, uzunluğu 2 metr olan neyjaveyka dəmir turbalar, 01 ədəd SSRİ istehsalı, çuğun materialdan hazırlanmış, çəkisi təxminən 20 kq olan, hündürlüyü 30 sm olan Karl Marksın büstünü və 01 ədəd “Hisensse” markalı 65 diaqonallı televizorun oğurlandığını görüb, həmin kənddə yaşayan qohumları Seron və Təqsirləndirilən şəxs2ları çağırıb, baş vermiş oğurluq hadisəsi ilə bağlı məlumatı və ya əlaqələri olub-olmadıqlarmı soruşmuş, onlarda yalandan heç bir əlaqələri olmadıqlarını bildirmişlər. Bundan sonra baş vermiş oğurluq hadisəsi ilə bağlı Qusar RPŞ-nə müraciət etmiş və orada ona məlum olmuşdur ki, evindən oğurluq hadisəsi törətmiş şəxslər rayonun Köhnə Xudat kənd sakinləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3dur. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, özünə məxsus “Qazel” markalı **-BJ-*** dövlət qeydiyyat nömrəli nişanlı yük avtomobili ilə fərdi qaydada yük daşıma ilə məşğul olmaqla öz ailəsini dolandırmış, həmkəndliləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la münasibətləri həmişə normal olmuş, aralarında heç bir ədavət olmamışdır. 2023-cü ilin təxminnə oktyabr ayı sonlarında axşam radələrində evdə olan zaman Təqsirləndirilən şəxs1 ona zəng edib, satılıq dəmirlərin olduğunu və onların rayonun Bdişqala kəndində aparmaq lazım olduğunu, o isə həmin dəmirləri oğurluq olubolmamasını soruşan zaman Təqsirləndirilən şəxs1 onların oğurluq olmadığını bildrimişdir. Bundan sonra idarə etdiyi “Qazel” markalı yük avtomobili ilə Təqsirləndirilən şəxs2 yaşadığı evə tərəf getmiş, orada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la görüşüb, onlarla birlikdə yaxınlıqda yerləşən Zərərçəkmiş şəxs1 evinə tərəf getmişlər. Bu zaman Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 evin həyətinin giriş qapısının yaxınlığında toplanmış dəmir materialları avtomobilin yük hissəsinə yükləmə başlamış, o isə onlarfan təkrar dəmirlərin oğurluq olub-olmamasını soruşmuş və onlar həmin dəmirlərin oğurluq olmadıqlarını bildirmiş, o da öz razılığını verib onlarla birlikdə idarə etdiyi “Qazel” markalı yük avtomobili ilə rayonun Bədişqala kəndində yaşayan metal qəbulu ilə məşğul olan Qəhrəman adlı şəxsin evinə getmişdir. Bu zaman Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomobilin yük hissəsində olan dəmirləri Şahid4 evin həyətinə boşaltmışlar və sonuncu həmin dəmirləri ölçüb, onlara pul vermişdir. Bundan sonra onlar birlikdə kəndə qayıtmış və Seron ona yol haqqı kimi 20 manat pul vermişdir. Bir müddət sonra polis şöbəsində ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satdıqları dəmirlərin bir hissəsi oğurluqdur, onun bununla bağlı əvvəlcədən heç bir məlumatı və əlaqəsi olmamışdır. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Qusar rayonu Bədişqala kəndində yerləşən fərdi yaşayış evin həyətində metal qəbulu ilə məşğul olmaqla öz ailəsini dolandırmış, Təqsirləndirilən şəxs1la münasibətləri həmişə normal olmuş, aralarında heç bir ədavət olmamışdır. 2023-cü ilin təxminən oktyabr ayı sonlarında günorta radələrində evdə olan zaman Təqsirləndirilən şəxs1 ona zəng edib, satılıq dəmirlərin olduğunu və axşam radələrində işdən çıxdıqdan sonra onları gətirəcəyini bildirmiş, o da öz razılığını vermişdir. Həmin gün axşam radələrində Təqsirləndirilən şəxs1 əvvəllər tanımadığı adını sonradan bildiyi Təqsirləndirilən şəxs2 və sürücü Şahid3la birlikdə onun yaşadığı ünvana gəlmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 gəldikləri “Qazel” markalı avtomobilin yük hissəsində olan dəmirləri onun evin həyətinə boşaltmış, dəmirlərin özlərinə məxsus olduğunu bildirmişlər, o da onlara inanaraq dəmirləri ölçüb onlara 220 manat pul vermişdir. Bir müddət sonra polis şöbəsində ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satdıqları dəmirlərin bir hissəsi oğurluqdur, onun bununla bağlı əvvəlcədən heç bir məlumatı və əlaqəsi olmamışdır. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2023-cü ilin təxminən noyabr ayı əvvəllərində axşam radələrində evdə olan zaman Təqsirləndirilən şəxs1 ona zəng edib, təcili pula ehtiyyacı olduğu üçün özünə məxsus “Hisensse” markalı 65 diaqonallı televizoru 80 manata satdığını bildirdi, o da öz razılığını verib, televizoru rayonun Qalacıq kəndinə gətirməsini xahiş etmiş, Təqsirləndirilən şəxs1 isə avtomobili olmadığı üçün gələ bilməyəcəyini bildirmişdir. Bu zaman o, həmin teelvizoru 70 manata alçağını bildirmiş, Təqsirləndirilən şəxs1 da razı olmuşduir. Həmin gün axşam radələrində Müsrəl Abdullayev tək başına Qusar rayonu Köhnə Xudat kəndinə gəlib, Təqsirləndirilən şəxs1la görüşmüşdür. Bu zaman Təqsirləndirilən şəxs1 əvvəllər tanımadığı adını sonradan bildiyi Vüsal adlı şəxsə zəng edib, evin həyətindəki televizoru gətirməsini xahiş etmiş, Vüsal adlı şəxsə də televizoru gətirib Təqsirləndirilən şəxs1 verdikdən sonra çıxıb getmişdir. Bir müddət sonra polis şöbəsində ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 ona satdığı televizor, onun bununla bağlı əvvəlcədən heç bir məlumatı və əlaqəsi olmamış, həmin televizoru polis şöbəsinə təhvil vermişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının 15 may 2024-cü il tarixli 9/1093 nömrəli rəyindən görünür ki, 2023-cü ilin oktyabr ayında 01 ədəd SSRİ istehsalı, istifadə edilmiş və istismara yararlı, çəkisi 80 kq, uzunluğu 4 metr olan dəmir relsin dəyəri 48 manat, 12 ədəd hər birinin diametri 2,5 sm, uzunluğu 2 metr, divarının qalınlığı 3 mm, istifadə edilmiş və istismara yararlı, nerjaveyka dəmir turbaların dəyəri 60 manat müəyyən olunur və 01 ədəd SSRİ istehsalı, istifadə edilmiş və istismara yararlı, çuğun materialdan hazırlanmış, çəkisi 20 kq olan, hündürlüyü 30 sm olan Karl Marksın büstü tədqiqata təqdim edilmədən, müvafiq tədqiqatlar aparılmadan qiymətləndirmə aparmaq mümkün deyil. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının 19 mart 2024-cü il tarixli 9/1094 nömrəli rəyindən görünür ki, 01 ədəd “Hisense” markalı 65 düym televizorun orta istismar müddəti və orta istismar intensivliyi paramterlərinə uyğun olaraq 2023-cü ilin noyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 650 manat müəyyən olunur. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Qusar rayonunda fəaliyyət göstərən fiziki şəxs Mübariz Verdixanovun 04 iyun 2024-cü il tarixli rəyindən görünür ki, 2024-cü ilin oktyabr ayında 01 ədəd SSRİ istehsalı, istifadə edilmiş və istismara yararlı, çuğun materialdan hazırlanmış, çəkisi 20 kq olan, hündürlüyü 30 sm olan Karl Marksın büstün dəyəri 35 manat təşkil edir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 ilə birlikdə Qusar rayonu Köhnə Xudat kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, Zərərçəkmiş şəxs1 oğurlanmış 01 ədəd “Hisense” markalı 65 düym televizor, 01 ədəd SSRİ istehsalı, çəkisi 80 kq, uzunluğu 4 metr olan dəmir rels, 12 ədəd hər birinin diametri 2,5 sm, uzunluğu 2 metr, divarının qalınlığı 3 mm nerjaveyka dəmir turbaları və 01 ədəd çuğun materialdan hazırlanmış, çəkisi 20 kq olan, hündürlüyü 30 sm olan Karl Marksın büstün oğurluq hadisəsindən əvvəl yerləşdikləri yerləri göstərmişdir. “Baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Qusar rayonu Köhnə Xudat kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evin həyəti setka hasarlanıb, evin qapı və pəncərələri bağlıdır, kənar şəxslərə giriş qadağandır. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Şahid2 2023-cü ilin təxminən noyabr ayının əvvəllərində tanışı Təqsirləndirilən şəxs1 70 manata aldığı 01 ədəd “Hisense” markalı 65 diaqonallı televizorun oğurluq olduğunu xəbər tutduqdan sonra həmin televizoru Qusar RPŞ-nə təhvil vermişdir. İş materiallarında olan ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 ilə barışmış, onlara qarşı şikayət və tələbi olmamışdır. İş materiallarında olan zərərçəkmiş şəxs X2 və Zərərçəkmiş şəxs2 Elman oğlunun ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs1 ilə barışmışlar ona qarşı şikayət və tələbi yoxdur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1, 177.2.2, 177.2.3, 178.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsirləri tam sübuta yetirilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Onlar, həmin cinayət əməllərini törətməkdə təqsirlidirlər, onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur, təqsirləndirildikləri maddələ görə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1, 177.2.2, 177.2.3, 178.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdırlar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşlar. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması hallarını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13-cü maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri cinayət əməlini səmimi etiraf etmələrini, əməllərindən peşman olmalarını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını şəxsiyyəti müsbət xarakterizə edən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərində cəzanı ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170-ci maddəsinin sanksiyasında üç ilədək müddətə azadlıqdan məhrum etmə, CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə, CM-nin 178.2.2-ci maddələrinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs cəzasının təyin edilməsini isə işdə olan yüngülləşdirici hallara görə məqsədə müvafiq hesab etmir. Məhkəmə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi CM-nin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsini isə işin hallarına görə məqsədə müvafiq hesab etmir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 170.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.4-cü bəndlərinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasını, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları - törətdiyi əməli etiraf etməsini və əməlindən səmimi peşmançılıq hissini keçirməsini, öz vəziyyətinə tənqidi münasibət bəsləməsini, törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsini və nəticələrinə dair məsuliyyəti dərk etməsini, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, habelə məhkəmə iclasındakı davranışını, onun yaşını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, işin digər mühüm və diqqətəlayiq hallarını nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 170.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunaraq təyin edilmiş cəzasının sınaq müddəti müəyyən olunmaqla şərti hesab olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 təyin olunan cəzanın şərti tətbiq olunması qənaətinə gələrkən məhz sosial ədalətin bərpasını və məhkumun islah olunmasının mümkünlüyünü, cəza təyin edilərkən hümanizm, ədalətlilik, cəzanın fərdliyini və törədilmiş cinayətin ağırlığına uyğunluğunu nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 təyin olunacaq cəzanın real olaraq çəkilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, ona real cəzanın təyin edilməsi ədalətli və humanist olmamaqla törədilmiş cinayətlə cəza arasında balansın pozulmasına, onun özünün və ailəsinin məhrumiyyətlərə düçar olmasına səbəb ola bilər. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini nəzərə də alır. Həmin şəxsə real olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilərsə, o və ailəsi əlavə məhrumiyyətlərə məruz qala bilər, həmçinin təqsirkarın şəxsiyyətinə uyğun gəlməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, onun barəsində təyin olunmuş cəzanın şərti hesab olunması tam ədalətli və humanist olmaqla onun islah olunması və cəzanın məqsədlərinə nail olunması üçün kifayətdir və bu halda cinayətlə cəza arasındakı balans tam təmin olunar, gələcəkdə belə hərəkətlərin edilməsinin qarşısı alınar. Təqsirləndirilən şəxs1 ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını çəkmədən də islah olunması mümkündür. Azərbaycan Respublikasının CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini, Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunaraq təyin edilmiş cəzasının sınaq müddəti müəyyən olunmaqla şərti hesab olunmasını məqsədəmüvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 20 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 22 aprel 2024-cü il tarixdə polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, həmin tarixdə də tutulmadan azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs1 20 aprel 2024-cü il tarixdən 22 aprel 2024-cü il tarixə kimi həbsdə qaldığı 2 (iki) gün müddət hökmlə təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 07 iyun 2024-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyini zamanı cinayət hüququ nəzəriyyəsində öz əksini tapmış cəzanın fərdiləşdirilməsi prinsipinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət prinsipinə ciddi şəkildə əməl olunmalıdır. Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.4-cü bəndlərinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasını, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları - törətdiyi əməli etiraf etməsini və əməlindən səmimi peşmançılıq hissini keçirməsini, öz vəziyyətinə tənqidi münasibət bəsləməsini, törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsini və nəticələrinə dair məsuliyyəti dərk etməsini, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, habelə məhkəmə iclasındakı davranışını, onun yaşını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, işin digər mühüm və diqqətəlayiq hallarını nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunaraq təyin edilmiş cəzasının sınaq müddəti müəyyən olunmaqla şərti hesab olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 təyin olunan cəzanın şərti tətbiq olunması qənaətinə gələrkən məhz sosial ədalətin bərpasını və məhkumun islah olunmasının mümkünlüyünü, cəza təyin edilərkən hümanizm, ədalətlilik, cəzanın fərdliyini və törədilmiş cinayətin ağırlığına uyğunluğunu nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 təyin olunacaq cəzanın real olaraq çəkilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, ona real cəzanın təyin edilməsi ədalətli və humanist olmamaqla törədilmiş cinayətlə cəza arasında balansın pozulmasına, onun özünün və ailəsinin məhrumiyyətlərə düçar olmasına səbəb ola bilər. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini nəzərə də alır. Həmin şəxsə real olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilərsə, o və ailəsi əlavə məhrumiyyətlərə məruz qala bilər, həmçinin təqsirkarın şəxsiyyətinə uyğun gəlməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, onun barəsində təyin olunmuş cəzanın şərti hesab olunması tam ədalətli və humanist olmaqla onun islah olunması və cəzanın məqsədlərinə nail olunması üçün kifayətdir və bu halda cinayətlə cəza arasındakı balans tam təmin olunar, gələcəkdə belə hərəkətlərin edilməsinin qarşısı alınar. Təqsirləndirilən şəxs2 ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını çəkmədən də islah olunması mümkündür. Məhkəmə, Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikasının CMnin 177.2.1 və 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab etmir. Belə ki, hüququn xəbərdaredici funksiyasının təmin etmək, gələcəkdə bu növ əməllərin qarşısını almaq məqsədi ilə, həmçinin iş materiallarının tədqiqinə əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasının deyil, Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunaraq təyin edilmiş cəzasının sınaq müddəti müəyyən olunmaqla şərti hesab olunmasını məqsədəmüvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 07 iyun 2024-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır Azərbaycan Respublikası CM-nin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «30 iyun» 2008-ci il tarixli qərarının 11-ci bəndində qeyd edilmişdir ki, ilk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs3 Namiq oğluna cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, əməli yetkinlik yaşına çatmayan dövrdə törətməsini, törətdiyi əməlin ictimaitəhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları - törətdiyi əməli etiraf etməsini və əməlindən səmimi peşmançılıq hissini keçirməsini, öz vəziyyətinə tənqidi münasibət bəsləməsini, törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsini və nəticələrinə dair məsuliyyəti dərk etməsini, habelə məhkəmə iclasındakı davranışını, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eləcə də işin digər mühüm və diqqətəlayiq hallarını, eləcədə yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 Namiq oğlu azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs3 Namiq oğlunun təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Məhkəmə, iş materiallarının tədqiqinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 Namiq oğlu ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını çəkmədən də islah olunması mümkündür Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 Namiq oğlunun üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 Namiq oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 08 iyun 2024-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 Namiq oğlunun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokollar və ona əlavə olunmuş fotoşəkillər cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, 01 ədəd “Hisensse” markalı 65 düym televizorun Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə xərci 100 (yüz) manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 170.1, 177.2.1, 177.2.2, 177.2.3, 178.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsi ilə 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 170.1-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 20 aprel 2024-cü il tarixdən 22 aprel 2024-cü il tarixə kimi həbsdə qaldığı 2 (iki) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq olunaraq təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin və ona 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq olunaraq təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin və ona 1 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin Təqsirləndirilən şəxs3 üzərinə yaşadığı Qusar rayonu Köhnə Xudat kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «başqa yerə getrməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs3 o yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokollar və ona əlavə olunmuş fotoşəkillər cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın, 01 ədəd “Hisensse” markalı 65 düym televizorun Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə xərci 100 (yüz) manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökm elan olunduğu andan, 20 gün müddətində Qusar rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar