Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 1(029)-68/2025 24.12.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1976-cı il tarixdə Xaçmaz rayonu, Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, 2023-cü ilin təxminən avqust ayının sonlarında Qusar rayonu Qalacıq kənd sakini Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək, öz aralarında razılaşdırılmış dəyəri 4500 manat olan 10 ton taxılın pulunu 1 ilə qaytaracağı adı ilə aldadaraq alıb, taxılı sataraq pulunu öz ehtiyaclarına xərcləyib zərərçəkmişə qaytarmamaqla dələduzluq etmişdir. Bundan sonra o, təkrarən 20 avqust 2024-cü il tarixdə Qusar rayonu Qullar kənd sakini Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək, öz aralarında razılaşdırılmış dəyəri 1960 manat olan 5768 kq taxılın pulunu 10 günə qaytaracağı adı ilə aldadaraq alıb, taxılı sataraq pulunu öz ehtiyaclarına xərcləyib zərərçəkmişə qaytarmamaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təxminən 10 ildir taxıl alqı-satqısı ilə məşğul olaraq ailəsini dolandırır. X4koloji xəstə olaraq müalicə alır, qızı Şəbnurda isə qan problemi var, onunla bağlı müalicə alır, bacısı Fainə də, onkoloji xəstədir, əri vəfat edib, son 3-4 ildir onların müalicələri üçün çox pul xərcləmişdir, bu səbəbdən maddi vəziyyəti zəifləmiş, borcları yaranmış, öz işlərini görə bilməmişdir. 2023-cü ilin avqust ayının ortalarında Elnur adlı şəxsdən 10 ton taxıl almaq istəmiş və həmin vaxt Elnurun ona 10 ton taxılı 4000 manata vermiş və həmin pulu Elnura 2024-cü ilin iyul ayın sonlarına kimi qaytarmalı olması barədə aralarında razılaşma olmuşdur. 2023-cü ilin avqust ayının sonlarında özü gedə bilmədiyi üçün, tanışı Ruslan adlı şəxsi fəhlələrlə birlikdə Elnurun yaşadığı Qusar rayonu Qalacıq kəndinə göndərmiş, həmin vaxt Elnurla danışmış, təkrar aralarında şifahi borc məsələsini bir daha təsdiqləmişlər ki, o, Elnurdan 10 ton taxılı 4000 manata borca almış və borcunu 2024-cü ilin iyul ayının sonlarına kimi qaytaracaqdır. Həmin taxılı Xaçmaz rayonu Aşağı Ləyər kəndində əkib, becərmiş, ziyan etmiş və məhsulu nisyə satdığına görə maddi vəziyyəti zəif olduğu üçün Elnurun borc pulunu vaxtında qaytara bilməmişdir. Zərərçəkmiş şəxs2 vurmuş olduğu maddi ziyanı tam şəkildə ödəmişdir. 2023-cü ilin sentyabr ayının ortalarında Familin yaşadığı Qusar rayonu Çubuqlu kəndinə gedib, ondan 3000 manat dəyərində 5 ton buğdanı borca almışdır. Həmin vaxt orada atası Zahid də olmuşdur. Həmin pulu 2023-cü ilin dekabr ayın sonlarında qaytaracağına söz vermiş, lakin vaxtında qaytara bilməmişdir. Bundan sonra o, 2024-cü ilin oktyabr ayıda Familə 1000 manat pul qaytarmış, bundan başqa Famil ondan 2000 manat dəyərində kübrə almışdır. Həmin 2000 manat kübrə pulu ilə buğdanın qalıq qalan 2000 manat borc pulu bağlamışdır. 20 avqust 2024-cü il tarixdə səhər radələrində tanışı Qusar rayonu Qullar kənd sakini Zərərçəkmiş şəxs1 yaşadığı ünvana gedib, ondan 5768 kq taxıl almışdır. Rəhmanın yaşadığı ünvana gedən zaman sürücü və fəhlələr də orada olmuş, lakin onları tanımır, adları yadında deyil. Həmin vaxt Rəhmana 1960 manat pul verməli olmuş və onlar 10 gün ərzində həmin pulu Rəhmana verəcəyi barədə razılaşmışdır. Lakin ondan aldığı taxılı öz taxılı ilə birlikdə Ziya adlı şəxsə borca vermişdir. Həmin şəxs hal-hazıra kimi onun borcunu qaytarmamışdır. Zərərçəkmiş şəxs1 vurmuş olduğu maddi ziyanı tam şəkildə ödəmişdir.O, iş üzrə dəymiş ziyanı tam olaraq ödəmiş, törətdiyi cinayət əməlinə görə səmimi peşmandır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Xaçmaz rayon sakini Samir adlı şəxsi 2021-ci ildən tanıyır, Samir bir neçə dəfə ondan taxıl alıb, pulu həmişə vaxtında vermişdir. 20 avqust 2024-cü il tarixdə səhər radələrində Təqsirləndirilən şəxs yaşadığı Qusar rayonu Qullar kəndində yerləşən evinə gəlmiş, həmin vaxt Samirin yanında sürücü və 3 nəfər fəhlələr də olmuşdur. Lakin həmin şəxsləri tanımamışdır. Həmin vaxt Samir ondan 5768 kq taxıl almış və 1960 manat pulu təxminən 10 gün ərzində qaytaracağına söz vermişdir. Bundan sonra özü Samirə dəfələrlə zəng edib, pulunu tələb etməyə başlasa da, Samir hər dəfə müxtəlif bəhanələr gətirirərək pulunu qaytarmamışdır. 2024-cü ilin noyabr ayının sonlarından 2024-cü ilin təxminən dekabr ayının əvvəllərində Samir ona 500 manat pul qaytarmış, qalıq qalan pulu da qısa müddətə qaytaracağına söz versədə, qaytarmamışdır. Ona görə də, xx.xx.2025-ci il tarixdə o Samir barədə ərizə ilə Qusar RPŞ-nə şikayət etmişdir. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur, ona vurulmuş olan maddi ziyan ödənilmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Xaçmaz rayon sakini Samir adlı şəxsi 2018-ci ildən tanıyır. 2023-cü ilin iyul ayında Təqsirləndirilən şəxs yaşadığı ünvana Ruslan adlı şəxslə gələrək, taxılına baxmış, 3-4 kq nümunə də götürmüşdürlər ki, laboratoriyada yoxlasınlar. Təxminən 1 ay sonra Samir ona zəng edib, taxılının yaxşı olduğunu, 10 ton taxıl lazım olduğunu bildirmiş, o da cavabında 10 ton taxılı 4500 manata satacağını demiş, Samir isə razılaşmışdır. Onlar öz aralarında 10 ton taxılı Samirə 4500 manat verəcəyini, sonuncu da həmin pulu 2024-cü ilin iyul ayın axırına kimi qaytaracağı barədə şifahi razılığa gəlmişlər. 2023-cü ilin avqust ayın sonlarında, dəqiq xatırlamadığı tarixdə Samir tanışı Ruslanı fəhlələrlə birlikdə yaşadığı ünvana göndərmiş, həmin vaxt 10 ton taxılı Ruslana vermişdir. Həmin vaxt yanında Şahid2 da olmuşdur. Həmin fəhlələri tanımır. Həmin vaxt Samirlə telefonla əlaqə saxlamış. Samir ona işlə bağlı gələ bilmədiyini, onun əvəzinə tanışı Ruslanı və fəhlələri göndərdiyi barədə bildirmiş, bundan sonra Samir 2024-cü ilin iyul ayın sonlarından etibarən taxılın pulu ona ödəməli olduğundan hər dəfə müxtəlif bəhanələr gətirərək, pulunu qaytarmamışdır. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur, ona vurulmuş olan maddi ziyan ödənilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsindən görünür ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ifadəsindən görünür ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş X1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 barışmış, onlara vurulmuş maddi ziyan ödənilmiş, ona qarşı şikayət və tələbləri yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxslər tərəfindən verilmiş ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbləri yoxdur. Azərbaycan Respublikası CM-nin 71-ci maddəsinin Qeyd hissəsində göstərilir ki, 1. Şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir; Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən CM-nin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışdıqda və dəymiş ziyanı tamamilə ödədikdə, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CPM-nin 43.1, 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İş materiallarından görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 vurulmuş olan maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Dövlət xəzinədarlıq agentliyinə 1615 manat ödənilmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmasını, onlara vurulmuş olan maddi ziyanı ödəməsini, Dövlət xəzinədarlıq agentliyinə cinayət nəticəsində vurulmuş ziyanın 6460 manatın 25 faizini yəni 1615 manat ödəməsini, təqsirləndirildiyi maddədə nəzərdə tutulan cinayət əməlini ilk dəfə törətməsini, əvvəllər cinayət məsuliyyətindən azad olunmamasını nəzərə alaraq məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 197,198, 321.2.1, 344-347, 346, 347, 349, 351-353, 356, 381, 384, 385, həmçinin CM-nin 73-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığına, dəymiş ziyanı tamamilə ödədiyinə, cinayət nəticəsində vurulmuş ziyanın dövlət büdcəsinə ödədiyinə görə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə dair cinayət işinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbir hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Hökm elan olunduğu andan, 20 gün müddətində Qusar rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Əli Cəlilov
Məhkəmə qərarları › İş №1(029)-68/2025
Qusar Rayon Məhkəməsi Qərar — İş №1(029)-68/2025
24.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver