Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-69/2020 25.08.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə Təqsirləndirilən şəxs, xx xxxx 1997-ci ildə Qusar rayonu Minaxur kəndində anadan olmuş, Azərbycan Respublikası vətəndaşı, evli, himayəsində bir nəfər azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qusar rayonu Minaxur kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, onun Azərbaycan Respublikası CM-nin128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Qusar Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinir ona görə ki, o, xx xxxx 2020-ci il tarixdə saat 13 radələrində Qusar rayonu Minaxur kəndində kanaldan su aparmaq növbəsinə görə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs ağız nahiyyəsinə yumruqla vuraraq ona sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş yekun protokol üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Qusar rayonu Minaxur kəndində yaşayır. xx xxxx 2020-ci il tarixdə saat 13 radələrində X9 ona zəng edərək onun meyvə bağına kanaldan suyun buraxmasını xahiş etmişdir. O, da kanaldan suyu buraxmaq üçün getmidir. O, kanalın yanına gedəndə suyun başqa istiqamətə buraxdığını görmüş, o, suyun digər tərəfə gedən hissəsini bağlayıb suyu Qadir Zalovun bağ olan istiqamətinə buraxmış və kanalın yanında dayanmışdır. Təxminən 30 dəqiqə keçdikdən sonra Zərərçəkmiş şəxs oraya gəlmiş və ondan suyu niyə kəsdiyini soruşmuşdur. O, səhərdən suyun həmin bağa axdığını demişdir. Həmin vaxt yoldan həmkəndlisi Ramazan Süleymanov keçirdi. Həmin vaxt Zərərçəkmiş şəxs “mən səni sındıraram” demiş və onu söymüşdür. O, əsəbləşərək yumruqla Xalıqın ağzından vurmuşdur. Xalıq zərbədən kanalın içinə suya yıxılmışdır. Xalıq kanalın içində ayağa qalxaraq əlinə daş götürərək ona tərəf atmışdır. Hadisə yerinə gələn X3 əlində olan daşı almışdır. Həmin vaxt Xalıq onun üstünə gəlmiş və onu vurmaq istəmiş, o isə təpiklə Xalıqın arxa hissəsinə vurmuşdur. Daha sonra o, Xalıqı tutub yerə yıxmışdır. Zərərçəkmiş şəxs ayağa qalxaraq onu söyəsöyə çıxıb getmişdir. O, əməlindən peşmandır lakin, Zərərçəkmiş şəxs ilə barışmamışdır. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Quba rayonu Susay qışlaq kəndində yaşayır. 3 ildir ki o, Qusar rayonu Minaxur kəndi ərazisindən torpaq sahəsi almış və həmin torpaq sahəsində bağ salmışdır. Həmin bağ sahəsini kanaldan gələn su ilə sulayır. Suyu növbə ilə alır, növbə çatanda kanaldan suyu buraxırlar, həmin su növbəsini suya nəzarət edən şəxs müəyyən edir. xx xxxx 2020-ci il tarixdə su növbəsi onun olmuşdur. Suya nəzarət edən şəxs ona zəng edərək su növbəsi onun olduğunu demişdir. Həmin gün o, saat 18 radələrində suyu bağ sahəsinə buraxmış, daha sonra isə su kəsilmiş və bağı sulamağı yarımçıq qalmışdır. xx xxxx 2020-ci il tarixdə saat 06 radələrində suya baxan Tacir ona zəng edərək su növbəsinin davam etdiyini və bağ sahəsini sulaya biləcəyini demişdir. O, səhər saat 06:30 radələrində suyu açıb bağa buraxmışdır. Həmin gün təxminən saat 13 radələrində bağa gələn suyun kəsildiyini görmüş, buna görə də suyu buraxan yerə gəlmişdir. O, həmin yerdə kanalın üstündə olan balaca körpüdə Təqsirləndirilən şəxs dayandığını görmüş və ondan suyun kim tərəfindən buraxdığını soruşmuş, Təqsirləndirilən şəxs ona suyu özü buraxdığını bildirmişdir. O, Şahinə onun növbəsi olduğunu, suyu nahaq kəsdiyini demişdir. Həmin vaxt Şahin kiməsə zəng etmiş və suyun növbəsi özünün olduğunu demişdir. O, suya nəzarət edən Tacirə zəng edərək növbə kimin olduğunu bir daha soruşmuş, Tacir də ona növbə özünün olduğunu demişdir. O, telefonu cibinə qoyan zaman qəflətən Şahin yumruqla onun ağzından vurmuşdur. O, zərbədən su kanalına yıxılmış, Şahin onun üstünə gələrək iki üç dəfə yumruqla onun qoluna, böyrünə vurmuşdur. Həmin vaxt yoldan keçən adını sonradan bildiyi Ramazan Süleymanov onları ayırmiş və sakitləşdirmişdir. O, kanaldan çıxaraq baş vermiş hadisə barədə polisə məlumat vermişdir. Hazırda o, Təqsirləndirilən şəxs ilə barışmamışdır, onun barəsində qanuni cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Quba şəhərində yaşayır. Onun Qusar rayonu Minaxur kəndində bağ sahəsi vardır. Bəzən o, Quba şəhərində və ya digər yerlərdə olduğundan, bağa suyu buraxmaq imkanı olmadığından Qusar rayonu Minaxur kəndində yaşayan tanışlarından bağa suyu buraxmalarını xahiş edir. xx xxxx 2020-ci il tarixdə saat 13 radələrində işləri ilə əlaqədar Quba şəhərində olmuş və tanışı Təqsirləndirilən şəxs zəng edərək bağ sahəsinə suyun buraxmasını xahiş etmiş, Şahin də buna razı olmuşdur. Təqsirləndirilən şəxs kanalın yanına çatanda ona zəng edərək suyun digər tərəfə yönəldildiyini bildirmiş, o, da suyu ona məxsus bağ tərəfə buraxmasını demişdir. Təqsirləndirilən şəxs də razilığını bildirərək suyun buraxacağını bildirmişdir. Onlar danışdıqdan bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs ona zəng edərək Xalıq Şıxbalayevlə aralarında mübahisə yarandığını, mübahisə zamanı Xalıqın onu söydüyünü, söyüşdən əsəbləşərək yumruqla Xalıqı vurduğunu demişdir. O, da Şahinə öz iradını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Qusar rayonu Minaxur kəndində yaşayır. Onun Qusar rayonu Minaxur kəndində bağ sahəsi vardır. xx xxxx 2020-ci il tarixdə saat 13 radələrində özünə məxsus bağ sahəsini sulayarkən ondan təxminən 100 metr aralıda həmkəndlisi Təqsirləndirilən şəxs görmüş və susandığından ona yaxınlaşaraq ondan su alıb içmişdir. O, kanalın yanında dayanan zaman adını sonradan bildiyi Xalıq Şıxbalayev idarə etdiyi “Prado” markalı avtomobillə həmin yerə gəlmişdir. Xalıq Şıxbalayev kanalın yanına gələrək su buraxılan yerdən Şahinin qoyduğu kisələri götürüb kənara atmış və Şahinə niyə suyu buraxdığını demişdir. Həmin vaxt X5 “mən sənin başını kanala salaram, səni elə sındıraram ki, kənd içinə çıxa bilməzsən” demişdir. O, Xalıqa yaxınlaşan zaman Xalıq Şahini söymüş, Şahin isə yumruqla Xalıqın ağzından vurmuş, Xalıq zərbədən kanalın içinə yıxılmışdır. Xalıq kanalın içindən iki ədəd daş götürüb Şahinin üstünə getmiş və onu vurmaq istəmişdir. Həmin vaxt o, daşları Şahinə atmasın diyənə Xalıqın əllərini tutmuş, Xalıq daşları yerə atmış, onun əlindən çıxaraq Şahini yumruqla vurmaq istəmiş lakin alınmamış, Şahin isə Xalıqı yumruq və təpiklə vurmuşdur. Daha sonra X6 söyə-söyə hadisə yerindən getmişdir. Təhqiqat zamanı şahid qismində dindirilmiş X1 məhkəmə iclasında tədqiq edilərək araşdırılmış ifadəsindən görünür ki, o, Su Assosasiyasının əməkdaşıdır və su kanalından Qusar rayonu Cağar-qışlaq və Minaxur kəndlərində bağ, torpaq əkini təsərrüfat sahiblərinə su verilməsi növbəsini tənzimləyir. Belə ki, hər gün hansısa bağ sahəsinin sulama növbəsi olur. Adətən kanalda su çox olanda iki-üç nəfər eyni vaxtda bağlarına su verə bilər. xx xxxx 2020-ci il tarixdə sulama növbəsi Zərərçəkmiş şəxs olmuş, o, həmin gün Zərərçəkmiş şəxs zəng edərək bu barədə bildirmişdir. Həmin gün sulama yarımçıq qaldığından xx xxxx 2020-ci il tarixdə də sulamanı Xalıq Şıxbalayev davam etdirməli idi. Buna görə də Xalıq Şıxbalayev səhər saatlarında ona zəng edərək suvarmanın yarımçıq qaldığını, sulamanı davam etdirmək istədiyini bildirmiş, o, da sulamanı davam etdirməsini demişdir. xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək Xalıq Şıxbalayevlə dalaşdığını və onu yumruqla vurduğunu demiş, o, da nahaq vurduğunu, növbə Xalıq Şıxbalayevin növbəsi olduğunu bildirmişdir. O, həmin gün naxır növbəsində olmuş, hadisə yerində olmamış, yalnız bu barədə eşitmişdir. Təqsdirləndirilən şəxs Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı səmimi etirafı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi ilə, eləcədə işdə olan digər mötəbər sübutlarla ona tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7-Təcrübi və Tədris Birliyinin ekspertizasının xx xxxx 2020-ci il tarixli 349 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər–alt dodağın selikli qişasının ortasının qansızması və xırda ölçülü çoxsaylı səthi əzilmiş yaralar, alt çənənin iki kəsici dişin kökündən travmatik sınıb çıxması küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx xxxx 2020-ci il tarixdə yumruq zərbəsi ilə vurulma nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Qusar rayon İHB-nın Qalacuq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 268 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qusar rayonu Minaxur kəndində yaşayır. İş materiallarında olan Qusar rayon İHB-nın Qalacuq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan AZ-İV № 433903 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il təvəllüdlü Nur adlı uşağı vardır. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-cimaddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağın olması cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini və işin digər hallarını nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut yoxdur. Mülki iddia olmadı. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cərimə məbləğini hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödəsin. Hökmün icrası Qusar rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olduğu andan 20 (iyirmi) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Azərbycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(029)-69/2020
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-69/2020
25.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver