Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 1(029)-69/2022 05.10.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: X1, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1994-cü il Quba rayonu, Zizik kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi təsərrüfatla məşğul olan, əvvəllər məhkum olunmamış, Quba rayonu, Zizik kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 08 radələrində aralarında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs onu söymüş Zərərçəkmiş şəxs yumruq zərbələri ilə vuraraq onun sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 08 radələrində Qusar rayonu, Atlıxan kəndində yerləşən, icarəyə götürüb pomidor əkdiyi əkin sahəsinə ailə üzvləri ilə birgə gələn zaman sahədə xeyli sayda mal-qaranm pomidorları yediyini görmüş, həmin yerə yaxınlaşdıqda Zərərçəkmiş şəxs sahənin ortasında uzanıb siqaret çəkdiyini görüb, ona yaxınlaşıb niyə belə etməsinin səbəbini soruşduqda sonuncu ayağa qalxıb onun üzünə anasının ünvanına təhqiramiz ifadələr işlətdiyindən o da bundan əsəbiləşib yumruqla bir dəfə Hacıqulu Mikayılovu vurmuş, Zərərçəkmiş şəxs da zərbədən yerə yıxılmışdır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs həmçinin hazırda törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, zərər çəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı heç bir şikayətinin, tələbinin, iddiasının olmadığını, əvvəllər barəsində cinayət təqibinə xitam verilmədiyini, bir daha belə hərəkətlərə yol verməyəcəyini göstərmiş və onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin ifadəsi, elan olunmuş şahidlərin ifadələri, canlı şəxsin ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 09:30 radələrində özünə və kənd sakinlərinə məxsus mal-qaranı örüş sahəsində otaran zaman onlardan 2-3 (iki-üç) baş mal-qaranın pomidor sahəsinə keçib, pomidorları yeməyə başlamış, mal-qaranı çıxarmağa çalışsa da, bunu bacarmadığını, həmin vaxt sahəyə gələn sahə sahibi Təqsirləndirilən şəxs onu döymüşdür. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs həmçinin hazırda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmadığını göstərmiş və Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlər Şahid1, Şahid2, Şahid3 təhqiqat zamanı verdikləri ifadələrindən görünür ki, onlar Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahid X3 təhqiqat zamanı verdiyi ifadəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 08 radələrində yaşadığı evdə olan zaman əri Zərərçəkmiş şəxs evə gəlib, otardığı mal-qaranın pomidor sahəsinə girməsi səbəbindən sahə sahibləri olan iki nəfər cavan oğlan tərəfindən döyüldüyünü, onlardan birinin daşla onu vurduğunu dediyini, onu mal-qaranın yanma nəzarət etməsi üçün göndərdiyini, sahəyə gedən zaman mal-qaranın sahə sahibləri tərəfindən kənarda saxlanıldığını gördüyünü, həmin şəxslərə irad tutduğunu, sonra isə mal-qaranı oradan sürüb apardığını, həmin gün saat 12 radələrində əri Hacıqulu Mikayılovun səhhətinin pis olduğunu görüb xəstəxanaya aparmasından ötrü oğlu Şahid4 zəng etdiyini və saat 14 radələrində Şahid4 evə gəlib atası Hacıqulu Mikayılovu xəstəxanaya apardığını bildirmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid4 təhqiqat zamanı verdiyi ifadəsindən görünür ki, məhkəmədə elan edilmiş şahid X3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş MTE və PA Birliyinin Qusar rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 352 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər-QKBT-sı halında baş beyin silkələnməsi, sağ qulağın arxa səthinin əzilmiş yarası, burnun şişkinliyi, bumun, sol ayağın üstünün qançırları, alt dodağın selikli qişasının ortasının qansızması, alt çənədə sağdan 1-ci, soldan 1,2,3-cü dişlərin laxtalanması, sağ əlin 4-cü və 5-ci əl barmaqlarının arxa səthinin sıyrıqları, döş qəfəsinin əzilməsi, sol pəncənin gərilməsi küt əşyanın təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yumruq, təpik zərbələri ilə, həmçinin daşla vurulma nəticəsində əmələ gələ bilərdi, qeyd olunan xəsarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəməyə zərərçəkmiş şəxs X2 tərəfindən təqdim olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X2 ilə barışmış, münasibətləri normaldır, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur, həmçinin ona vurulmuş maddi ziyan tam olaraq ödənilmiş, cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının CPM-nin 43.1, 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Göründüyü kimi təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək zərər çəkmiş şəxslə barışdığından, sonuncunun ona qarşı heç bir şikayəti, iddiası və tələbi olmadığından onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Törədilmiş cinayətin böyük ictimai təhlükə törətmədiyini, tərəflərin barışdıqlarını, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirildiyi maddədə nəzərdə tutulan cinayət əməlini ilk dəfə törətməsini, əvvəllər cinayət məsuliyyətindən azad olunmamasını nəzərə alaraq məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məqsədə müvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 43, 321.2.1, 344-347, 356, 384, 385-ci maddələrini, həmçinin CM-nin 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №1(029)-69/2022
Qusar Rayon Məhkəməsi Qərar — İş №1(029)-69/2022
05.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver