Məhkəmə qərarları › İş №1(029)-69/2025

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-69/2025

26.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-69/2025 26.08.2025 QUSAR RAYON MƏHKƏMƏSİ X17 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin 1-ci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi:, Zərər çəkmiş şəxsin hüquqi varisi: X5 Müdafiəçilər: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1978-ci il ildə Zərdab şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli-himayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, "xxxx" ASC-nin Xaçmaz X12 və Satışı idarəsinin X11 rəisi vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2n, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 314.2-ci maddəsi ilə və xx.xx.1979-cu ildə Qusar rayonu İmamqulukənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəlihimayəsində biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmayan uşaqları olan, ali təhsilli, "xxxx" ASC-nin Xaçmaz X12 və Satışı idarəsinin X6 baş mühəndisi vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Qusar rayonu İmamqulukənd kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 3 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 314.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, k/23-02340 saylı əmri ilə "xxxx" ASC-nin Xaçmaz X12 və Satışı İdarəsinin X6 rəisi vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən "xxxx" ASC-nin X12 və Satışı İdarələrinin rayon Elektrik Şəbəkələrində çalışan əməkdaşların vəzifə təlimatlarının rayon Elektrik Şəbəkəsinin rəisinin vəzifə təlimatına əsasən xidmət göstərdiyi ərazidə istehlakçıları keyfiyyətli, fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təchiz etmək, elektrik enerjisinin haqqının yığılmasını təşkil etmək, Şəbəkədə təsdiq olunmuş qrafik üzrə təmir-təftiş işlərinin aparılması, baş vermiş qəzaların vaxtında aradan qaldırılması, işçilərin normal fəaliyyətini, tabeçiliyində olan bölmələrin fəaliyyətinin koordinasiyasını vaxtında, məhsuldar səviyyədə təmin etmək, Şəbəkənin tabeçiliyində olan bütün struktur bölmələrində çalışan işçilərin nizam-intizam qaydalarına riayət olunmasına nəzarət etmək, tabeçiliyindəki struktur bölmələrinin məhsuldarlığını ən yüksək səviyyədə saxlamaq üçün lazımi tədbirlər görmək, rayon Elektrik Şəbəkəsinin elektrik sxemini, il ərzində görülən işlərin plan layihəsini (cari, təmir, təftiş) hazırlamaq və yerinə yetirmək, işçilərin əmək intizamına nəzarət, iş rejiminin yüksək səviyyədə saxlanmasını, rəhbərlik tərəfindən göndərilən əmr, sərəncam, təlimatların icra müddəti ərzində həyata keçirilməsini, əməyin təhlükəsizliyini, Texniki təhlükəsizlik və istismar qaydalarına tam riayət olunmasını, əməyin təhlükəsizliyinin qanunvericilikdə müəyyən edilmiş qaydalar çərçivəsində saxlanılmasını, bütün işlərinin, öhdəliklərinin vaxtında, məhsuldar, şəffaf səviyyədə yerinə yetirilməsini, hava, kabel xətlərinin normal vəziyyətdə olmasını, elektrik avadanlıqlarının normal, saz vəziyyətdə olmasını təmin etmək, rayon Elektrik Şəbəkəsi üzrə aparıcı, nəzarətçi mühəndislərin planlarını müəyyən etmək, abonentlərin şikayətlərini düzgün araşdırmaq, istehlakçıların “X2 Qaydaları”na əməl etmələrinə nəzarət etmək, rayon Elektrik Şəbəkəsinin problemlərinin həll edilməsi ilə bağlı öz fikirlərini rəhbərliyə çatdırmaq, Texniki təhlükəsizlik və X4 əməl olunmasına, istehsalat təlimatlarının vaxtında keçirilməsinə cavabdehlik daşımaq, rəhbərliyin əmr və təlimatlarına uyğun gəlməyəcək hadisələrin qarşısını almaq, illik qrafiklər üzrə hava xətlərinin əsaslı və cari təmir bərpa işlərinin aparılmasını təşkil etmək, yüklərinin tənzimlənməsini təşkil etmək, qəza açılmalarının aradan qaldırılması zamanı sərbəst tədbirlər görmək, məsul olduğu Şəbəkənin balansında olan bina və qurğuların vəziyyətinə nəzarət etmək, digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik olan vəzifəli şəxs qismində rayon Elektrik Şəbəkəsinin rəisinin vəzifə təlimatının 9, 39-cu bəndlərinə uyğun olaraq vəzifələrinə daxil olan rayon Elektrik Şəbəkəsinin elektrik sxemini, il ərzində görülən işlərin plan layihəsini (cari, təmir, təftiş) hazırlamalı, yerinə yetirməli, işçilərin əmək intizamına nəzarət, iş rejiminin yüksək səviyyədə saxlanmasını, hava, kabel xətlərinin normal vəziyyətdə olmasını təmin etməli olduğu halda, Qusar rayonu Qayakənd kəndinin əhali və qeyri-əhali abonentlərinin elektrik təchizatı məqsədi ilə istifadə edilən, Qusar 35/10 kV-luq yarımstansiyasından çıxan, "xxxx" ASC-nin balansında olan, X14 tərəfindən texniki xidmət göstərilən 6 saylı, 10 kilovoltluq şəhər hava elektrik veriliş xəttinin norma və qaydalara uyğun istismarının təmin edilməsi üçün “Elektrik qurğularının texniki istismar Qaydalarf’mn 8.9, 8.10, 8.11, 8.12-ci bəndlərinə əsasən HX-nin etibarlı və təhlükəsiz işləməsinə yönəldilmiş texniki xidmət və təmir işlərini yerinə yetirmədiyi, dövri və növbədənkənar texniki yoxlamalar yolu ilə HX və onların elementlərinin aşkar edilmiş zədə və nasazlığının, köhnəlmə və aşınmasının qarşısının alınması üçün tədbirlər görmədiyi, HX-nin əsaslı təmirini həyata keçirtmədiyi, çay yatağından keçən hava elektrik xəttinin normativlərə uyğun quraşdırılmasını təmin etmədiyi və təhlükəli vəziyyətin aradan qaldırılması üçün öz vəzifə funksiyalarına uyğun olaraq tədbirlər görmədiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2019-cu il tarixli, 520 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik qurğularının texniki istismar Qaydasf’nm 1.2.3.8, 1.2.3.11 -ci bəndlərinin, Nazirlər Kabinetinin 11 fevral 2020-ci il tarixli, 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydası’nın 2.5.19-cu bəndinə əsasən hava xətlərinin su hövzələri ilə kəsişməsi zamanı yol verilən məsafəyə dair Cədvəl 136-da göstərilmiş tələbləri, habelə Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyasının 12 iyun 2024-cü il tarixli, 3-15/3-1-2/2024 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının X7’nın 8.9, 8.10, 8.11, 8.12-ci bəndlərinin, Energetika Nazirliyinin Kollegiyasının 27 iyun 2024-cü il tarixli, 3-15/3-1- 4/2024 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydaları’nın 105.16-cı (HX-nin su hövzələri ilə kəsişməsi zamanı ən kiçik məsafəyə dair Cədvəl 137), 105.17-ci bəndlərinin tələblərini pozaraq, işinə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməmiş, nəticədə 6 saylı, 10 kV-luq şəhər hava elektrik veriliş xəttinin yaşayış məntəqəsində, Qusar şəhərindən rayonun Qayakənd kəndi istiqamətində, Qusarçay çayının yatağının üzərindən keçən naqilləri sallanıb aşağı düşməklə, yerdən 1.55 metr hündürlükdən keçmiş, bu elektrik naqillərinin yer səthindən normativ tələblərə uyğun hündürlükdə (5.5 metrdən yuxarı), təhlükəsiz üsulla çəkilməsi təmin edilməmiş, həmin xətti saxlamaq üçün Qusarçay çayının hər iki sahilində quraşdırılmış elektrik dayaqları öz konstruktiv quruluşlarına görə HX trasının düz sahələrində quraşdırılan aralıq dayaqlar olmaqla, normal rejimdə HX boyu istiqamətlənmiş qüvvələrə hesablanmadığına görə, tədqiq olunan şərait üçün Qusarçay çayının hər iki sahilində quraşdırılmış bu tip dayaqlarla elektrik veriliş xəttinin çay hövzəsində yer səthindən normativ tələblərə uyğun hündürlüyü təmin edilməmiş, hava elektrik veriliş xəttinin Qusarçay çayının yatağının üzərindən keçən hissəsini saxlamaq, eləcə də xəttin norma və qaydalara uyğun istismarının təmin edilməsi və elektrik enerjisinin çay hövzəsinin əks tərəfinə ötürülməsi üçün çay yatağında anker elektrik dayaqlarının (HX boyu istiqamətlənmiş qüvvələrin təsirini qəbul edən, aşırımlarda naqillərin və trosların bütün ağırlığını tam olaraq öz üzərinə götürən) quraşdırılması, kabellərin çayın dibi ilə (yeraltı) çəkilməsi və ya digər texniki üsullar tətbiq edilməmiş, bu da xx.xx.1956-cı il təvəllüdlü, Qusar şəhər sakini Zərərçəkmiş şəxs 10 iyun 2024-cü il tarixdə, təxminən saat 13 radələrində balıq tutmaq məqsədi ilə Qusarçay çayına gedib çay yatağının Qusar şəhəri istiqamətində keçən hissəsində gəzişərkən həmin ərazinin üzərindən keçən 6 saylı, 10 kV-luq şəhər hava elektrik veriliş xəttinin yer səthinə təhlükəli dərəcədə, yerdən 1.55 metr hündürlükdə sallanmış elektrik naqilinin onu elektrik cərəyanı vurması nəticəsində “alın- təpə nahiyəsindəki elektrik cərəyanının giriş yerləri - elektrik nişanəsi, sol ayağının dabanının alt-iç nahiyəsi səthində cərəyanın çıxış yeri - elektrik nişanəsi” ilə ifadə olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, “alın nahiyəsinin, hər iki göz orbitinin, burun kökünün qançırları, alnın, qaşarası nahiyəsinin, hər iki dizin ön səthinin sıyrıqları, alt dodağın selikli qişasının qansızması, alt dodağın əzilmiş- cırılmış yarası” ilə ifadə olunan, dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər alaraq elektrik cərəyanı ilə zədələnmə nəticəsində ölməsinə səbəb olmuş, bununla da Təqsirləndirilən şəxs1 vəzifəli şəxs qismində işinə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməyərək Zərərçəkmiş şəxs hüquqlarına və qanuni mənafelərinə, cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olmaqla səhlənkarlıq etmişdir. Təqsirləndirilən şəxs2 "xxxx" ASC-nin xx.xx.2015-ci il tarixli, k-15-0200 saylı əmri ilə "xxxx" ASC-nin Xaçmaz X12 və Satışı İdarəsinin X6 baş mühəndisi vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən "xxxx" ASC-nin X12 və Satışı İdarələrinin rayon Elektrik Şəbəkələrində çalışan əməkdaşlarının vəzifə təlimatlarının rayon Elektrik Şəbəkəsinin baş mühəndisinin vəzifə təlimatına əsasən Şəbəkədə təsdiq olunmuş qrafik üzrə təmir işlərinin aparılması, baş vermiş qəzaların vaxtında aradan qaldırılması, işçilərin gündəlik işə davamiyyətinə, işin gedişinə nəzarət, iş gününün sonuna görülən işin nəticələrinin araşdırılması, tabeçiliyindəki işçi qruplarının fəaliyyətini, bu qrupların xidmətinin koordinasiyasını vaxtında, məhsuldar səviyyədə təmin etmək, tabeliyində olan işçilərin vəzifə təlimatlarına, müəssisədaxili nizam-intizam qaydalarına uyğun davranmasını həyata keçirmək, tabeliyində olan işçi heyətinin təhlükəsizliyini təmin etmək, mal-material, texnika ilə təchiz etmək, Cəmiyyətin rəhbərliyinin əmr və təlimatlarına uyğun gəlməyəcək hər növ vəziyyətin baş verməməsi üçün lazımi tədbirlər görmək, bütün işlərin və öhdəliklərin vaxtında, məhsuldar, şəffaf səviyyədə yerinə yetirilməsi, elektrik avadanlıqlarının saz vəziyyətdə istismar olunması, tabeçiliyində olan işçilərin naryad əsasında işə başlaması, əməyin təhlükəsizliyi, illik qrafiklər üzrə hava xətlərinin əsaslı və cari baxımı, təmir işlərinin aparılması, hava, kabel xətlərinin normal vəziyyətdə olmasını, güc avadanlıqlarının yüklərinin tənzimlənməsinin təşkili, elektrik avadanlıqlarının normal, saz vəziyyətdə olmasını, Texniki Təhlükəsizlik və İstismar Qaydalarına tam riayət olunması, əməyin təhlükəsizliyinin qanunvericilikdə müəyyən edilmiş qaydalar çərçivəsində saxlanılmasını, abonentləri fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək, Əməyin Mühafizəsi və X1, X7, habelə qəza aşılmaları ilə bağlı işçilərə kollektiv təlimlər keçmək, sənədləşməni düzgün, dəqiq aparmaq, Şəbəkənin elektrik sxemini, il ərzində görülən işlərin plan layihəsini (cari, təmir, təftiş) hazırlamaq, yerinə yetirmək, işçilərin əmək intizamına nəzarət, iş rejiminin yüksək səviyyədə saxlanması, daxili imkanlardan maksimum istifadə olunması, hava xətlərində baxış keçirilməsini təşkil etmək, avadanlıqların dəyişdirilməsinə, onların yarımstansiyaların avadanlıqlarında və elektrik veriliş xətlərində olan imtinalarda araşdırmalar aparan komissiyanın işində iştirak etmək, avadanlıqların dəyişdirilməsinə, onların yeniləşdirilməsinə dair təklif hazırlamaq, əmək məhsuldarlığını yüksəltmək üçün təmirin təhlükəsiz, qabaqcıl üsulundan istifadə, əməyin elmi təşkili planının hazırlanmasında iştirak etmək, məsul olduğu sahədəki bina və qurğuların vəziyyətinə nəzarət etmək, vaxtında nasazlıq aktları tərtib etmək, Texniki Təhlükəsizlik və X4 əməl olunmasına, istehsalat təlimatlarının vaxtında keçirilməsinə cavabdehlik daşımaq, digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik olan vəzifəli şəxs qismində rayon Elektrik Şəbəkəsinin baş mühəndisinin vəzifə təlimatının 6, 13, 16-cı bəndlərinə uyğun olaraq vəzifələrinə daxil olan elektrik avadanlıqlarının saz vəziyyətdə istismar olunmasını təmin etməli, qəzaları vaxtında aradan qaldırmalı, sənədləşməni düzgün, dəqiq aparmalı, tabeliyində olan işçi heyətinin təhlükəsizliyini, mal-material texnika ilə təchiz edilməsini, illik qrafiklər üzrə hava xətlərinin əsaslı və cari baxımı, təmir işlərinin aparılması, hava, kabel xətlərinin normal vəziyyətdə olmasını təmin etməli olduğu halda, Qusar rayonu Qayakənd kəndinin əhali və qeyri-əhali abonentlərinin elektrik təchizatı məqsədi ilə istifadə etdikləri, Qusar 35/10 lcV-luq yarımstansiyasından çıxan, "xxxx" ASC-nin balansında olan, X14 tərəfindən texniki xidmət göstərilən 6 saylı, 10 kilovoltluq şəhər hava elektrik veriliş xəttinin norma və qaydalara uyğun istismarının təmin edilməsi üçün “Elektrik qurğularının X7'nın 8.9, 8.10, 8.11, 8.12-ci bəndlərinə əsasən hava xəttinin etibarlı və təhlükəsiz işləməsinə yönəldilmiş texniki xidmət və təmir işlərini yerinə yetirmədiyi, dövri və növbədənkənar texniki yoxlamalar yolu ilə HX və onların elementlərinin aşkar edilmiş zədə və nasazlığının, köhnəlmə və aşınmasının qarşısının alınması üçün tədbirlər görmədiyi, HX-nin əsaslı təmirini həyata keçirtmədiyi, çay yatağından keçən hava elektrik xəttinin normativlərə uyğun quraşdırılmasmı təmin etmədiyi və təhlükəli vəziyyətin aradan qaldırılması üçün öz vəzifə funksiyalarına uyğun olaraq tədbirlər görmədiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2019-cu il tarixli, 520 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik qurğularının texniki istismar Qaydası’nın 1.2.3.8, 1.2.3.11-ci bəndlərinin, Nazirlər Kabinetinin 11 fevral 2020-ci il tarixli, 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydası’nın 2.5.19-cu bəndinə əsasən hava xətlərinin su hövzələri ilə kəsişməsi zamanı yol verilən məsafəyə dair Cədvəl 136-da göstərilmiş tələbləri, habelə Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyasının 12 iyun 2024-cü il tarixli, 3-15/3-1- 2/2024 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının X7’nın 8.9, 8.10, 8.11, 8.12ci bəndlərinin, Energetika Nazirliyinin Kollegiyasının 27 iyun 2024-cü il tarixli, 3-15/3-1- 4/2024 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydaları’nın 105.16-cı (HX-nin su hövzələri ilə kəsişməsi zamanı ən kiçik məsafəyə dair Cədvəl 137), 105.17-ci bəndlərinin tələblərini pozaraq, işinə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməmiş, nəticədə 6 saylı, 10 kV-luq şəhər hava elektrik veriliş xəttinin yaşayış məntəqəsində, Qusar şəhərindən rayonun Qayakənd kəndi istiqamətində, Qusarçay çayının yatağının üzərindən keçən naqilləri sallanıb aşağı düşməklə, yerdən 1.55 metr hündürlükdən keçmiş, bu elektrik naqillərinin yer səthindən normativ tələblərə uyğun hündürlükdə (5.5 metrdən yuxarı), təhlükəsiz üsulla çəkilməsi təmin edilməmiş, həmin xətti saxlamaq üçün Qusarçay çayının hər iki sahilində quraşdırılmış elektrik dayaqları öz konstruktiv quruluşlarına görə HX trasının düz sahələrində quraşdırılan aralıq dayaqlar olmaqla, normal rejimdə HX boyu istiqamətlənmiş qüvvələrə hesablanmadığına görə, tədqiq olunan şərait üçün Qusarçay çayının hər iki sahilində quraşdırılmış bu tip dayaqlarla elektrik veriliş xəttinin çay hövzəsində yer səthindən normativ tələblərə uyğun hündürlüyü təmin edilməmiş, hava elektrik veriliş xəttinin Qusar şəhəri ərazisindən Qusarçay çayının yatağının üzərindən keçən hissəsini saxlamaq, eləcə də xəttin norma və qaydalara uyğun istismarının təmin edilməsi və elektrik enerjisinin çay hövzəsinin əks tərəfinə ötürülməsi üçün çay yatağında anker elektrik dayaqlarının (HX boyu istiqamətlənmiş qüvvələrin təsirini qəbul edən, aşırımlarda naqillərin və trosların bütün ağırlığını tam olaraq öz üzərinə götürən) quraşdırılması, kabellərin çayın dibi ilə (yeraltı) çəkilməsi və ya digər texniki üsullar tətbiq edilməmiş, bu da xx.xx.1956-cı il təvəllüdlü, Qusar şəhər sakini Zərərçəkmiş şəxs 10 iyun 2024-cü il tarixdə, saat təxminən 13 radələrində balıq tutmaq məqsədi ilə Qusarçay çayına gedib çay yatağının Qusar şəhəri istiqamətində keçən hissəsində gəzişərkən həmin ərazinin üzərindən keçən 6 saylı, 10 kV-luq şəhər hava elektrik veriliş xəttinin yer səthinə təhlükəli dərəcədə, yerdən 1.55 metr hündürlükdə sallanmış elektrik naqilinin onu elektrik cərəyanı vurması nəticəsində “alın-təpə nahiyəsindəki elektrik cərəyanının giriş yerləri - elektrik nişanəsi, sol ayağının dabanının alt-iç nahiyəsi səthində cərəyanın çıxış yeri - elektrik nişanəsi” ilə ifadə olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, “alın nahiyəsinin, hər iki göz orbitinin, burun kökünün qançırları, alnın, qaşarası nahiyəsinin, hər iki dizin ön səthinin sıyrıqları, alt dodağın selikli qişasının qansızması, alt dodağın əzilmiş-cırılmış yarası” ilə ifadə olunan, dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər alaraq elektrik cərəyanı ilə zədələnmə nəticəsində ölməsinə səbəb olmuş, bununla da Təqsirləndirilən şəxs2 vəzifəli şəxs qismində işinə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməyərək Zərərçəkmiş şəxs hüquqlarına və qanuni mənafelərinə, cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olmaqla səhlənkarlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, xx.xx.2023cü il tarixdən "xxxx" ASC-nin Xaçmaz X12 və Satışı İdarəsinin X6 rəisi vəzifəsində işləmiş, hazırda isə X8 rəisi vəzifəsində işləyir. Məlum hadisə isə 10 iyun 2024-cü ildə baş vermişdir. Belə ki, Qusar şəhər sakini Zərərçəkmiş şəxs Qusarçay çayında balıq tutmaq istəyərkən Qusar şəhəri istiqamətinə keçən hissədə elektrik cərəyanı vurması nəticəsində ölmüşdür. Həmin hadisə elektrik xəttinin sallanmasına görə baş vermişdir. Həmin elektrik xətti 1968-ci ildə çəkilmişdir. Təlimatda anker dayaqdan və xəttin kabel vasitəsi ilə çəkilməsindən söhbət getsə də, həmin xətt onlar tərəfindən çəkilməmişdir. Həmin xəttin yenidən çəkilməsi isə şəbəkənin iqtidarında olmamışdır. 2024-cü ilin may ayının 18-də həmin xəttin qabaritini 4 metr hündürə qaldırmışlar. Sonradan hava şəraiti ilə bağlı xətt yenidən aşağı sallanmışdır. Yəni, selin gəlməsi və istilərin olması səbəbindən elektrik xətti sallanmış və 1,55 m ölçüdə qalmışdır. X6 8 km-dən artıq hava xətləri vardır. O, gəzməklə həmin xətlərə nəzarət etmək iqtidarında olmmış və yalnız ildə bir dəfə xətləri təmir etmişlər. Bir qədər əvvəl xətlərə baxış keçirilmiş, xəttin dartılması ilə bağlı tədbirlər görmüşlər. Həmin xətlərə cavabdehliyi baş mühəndis daşıyır. Vəzifə təlimatına yığımın təşkili, abonentlərin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi, işçilərin nizam-intizamı, balans məsuliyyəti, sayğacların vaxtında quraşdırılması, hadisənin qarşısının vaxtında alınması, işin icrası və s. aiddir. Mühəndisin öz işlərini yerinə yetirməsinə rəis kimi o, nəzarət etməli idi. Hazırkı hadisə ilə bağlı isə səbəbli əlaqəsi yoxdur. Hadisə onun səhlənkarlığı nəticəsində baş verməmişdir, ona görə də, barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü qismən təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, "xxxx" ASC-nin xx.xx.2015-ci il tarixli, k-15-0200 saylı əmri ilə "xxxx" ASC-nin Xaçmaz X12 və Satışı İdarəsinin X6 baş mühəndisi vəzifəsinə təyin edilmişdir. Onun vəzifəsi abonentlərin elektrik enerjisi ilə dayanıqlı təmin edilməsi, qəzaların qarşısının alınması, briqadanın təhlükəsizliyinin təmin edilməsidir. 2024-cü ilin may ayının 18-də həmin xəttin dartılmasını şəxsən təmin etmişdir. Çay ərazisi olduğundan və hava şəraiti ilə bağlı həmin xətt yenidən sallanmışdır. Ondan qabaq da Qayakənd kəndi istiqamətində əlavə dayaqlar quraşdırılmasını təmin etmişdir ki, xətlər sallanmasın. Bundan başqa da həmin xətlərə dəfələrlə, o cümlədən növbədən kənar baxış keçirilmişdir. Hətta, 17 may 2024-cü ildə xəttən sallanması ilə bağlı məlumat daxil olmuş, 18 may iş günü olmasa da həmin xəttin dartılaraq 4 metr hündürlüyə qaldırılmasını təmin etmişdir. Leysan yağışları yağmış və çayın səviyyəsi qalxmış, təbii şəraitlə bağlı məlum hadisə baş vermişdir. Ona polis əməkdaşları zəng edərək hadisənin baş verməsi barədə məlumat vermişlər. O, hadisə yerinə gələndə artıq ölən şəxsi aparmışdılar. Orda görmüşdür ki, xətt sallanmış vəziyyətdədir. Rəsmi olaraq həmin əraziyə heç kim təhkim edilməmişdir. Qaydalara görə ildə bir dəfə xətlərə baxış keçirilməlidir və belə baxış keçirilmişdir. Əraziyə elektrik şəbəkəsinin rəisi və o, nəzarət etməli idi. Xəttin istismarına cavabdeh, işığın fasiləsiz verilməsini təmin etmək onun vəzifəsi olmuşdur. O, əlindən gələni etmişdir, hazırda vicdan əzabı çəkir, ona görə özünü qismən təqsirli bilir. Küləkdə, yağışda və istidə xətt sallanır. 10 kv-lıq xəttə 10 metrli dayaq olmalıdır, onlar da 16 metrlik dayaq basdıraraq xətti möhkəmləndirmişlər. Xətti sonuncu dəfə qaldırdıqdan sonra xəttin sallanması barədə məlumat verilməmişdir. O, öz vəzifələrini layiqincə yerinə yetirmiş və bununla bağlı hər hansı xəbərdarlığı olmamışdır. Baxış keçirilməsi ilə bağlı sənədləşmələri var, lakin işə bu barədə sənəd əlavə olunmamışdır. Hadisə ilə bağlı ona məlum olan kimi rəisə məlumat vermişdir. Odur ki, barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxsin hüquqi varisi X10 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs atası olmuş və məlum hadisə nəticəsində ölmüşdür. Belə ki, mərhum atası xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Qusarçay çayının Qusar şəhəri istiqamətində getmiş, lakin adətən olduğu kimi axşam saatlarında evə qayıtmamış, telefon zənglərinə cavab verməmişdir. Həmin gün hava qaralananda atasının elektrik cərəyanı vurması nəticəsində vəfat etməsi məlum olmuşdur. Hazırda təqsirləndirilən şəxslər tərəfindən dəymiş ziyan aradan qaldırılmış, həmin şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisə nəticəsində vəfat etmiş Zərərçəkmiş şəxs onun atasıdır. Hadisə baş verən gün, yəni 10 iyun 2024-cü il tarixdə anası ona zəng edərək atasının evdə olmadığını bildirmişdir. Həmin gün saat 20:30 radələrində o, qardaşı, əmioğulları və sinif yoldaşı Samir birlikdə Qusarçay çayına getmişlər. Orada bir az axtardıqdan sonra atasının çaydan keçən yüksək gərginlikli elektrik xəttinin altında uzandığını görmüş və məlum olmuşdur ki, elektrik cərəyanı vurması nəticəsində atası ölmüşdür. Bunu ilk olaraq görən o, olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid4, Şahid5, Şahid6 Şahid1 ifadəsində qeyd edilmiş xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, "xxxx" ASC-nin Xaçmaz RETSİ-nin X9 mühəndis vəzifəsində işləyir. Baş vermiş hadisə xx.xx.2024-cü il tarixdə axşam vaxtı baş vermişdir. xx.xx.2025-ci il tarixdə isə işdə olduğu zaman idarənin rəisi Təqsirləndirilən şəxs2 hadisə baş verdiyi əraziyə gedib yüksək gərginlikli elektrik xəttinin məftillərinin qaldırılmasının təmin etməsinə dair tapşırıq vermiş və onlar briqada şəkilində bu işi icra etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9, Şahid10, Şahid11 Şahid8 ifadəsinə uyğun ifadələr vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, o, "xxxx" ASC-nin Xaçmaz X12 və Satışı İdarəsinin X9 usta vəzifəsində işləyir, təqsirləndirilən şəxsləri tanıyır. Həmin hadisə xx.xx.2024-cü il tarixdə axşamçağı baş vermişdir. O, həmin vaxt məzuniyyətdə olmuşdur. Məzunityyətdən gələndən sonra həmin hadisənin baş verməsi ona məlum olmuşdur. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 16 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin xarici müayinəsi zamanı alın nahiyəsinin, hər iki göz orbitinin, burun kökünün qançırları, alnın, qaşarası nahiyəsinin, hər iki dizin ön səthinin sıyrıqları, alt dodağın selikli qişasının qansızması, alt dodağın əzilmişcırılmış yarası aşkar edilmişdir ki, bunlar da onun ölümündən dərhal sonra öz boyu hündürlüyündən yıxılaraq bərk küt və bərk tinli əşyanın (əşyaların) təsirindən törənmiş, canlı şəxslərdə sağlamlığa yüngül dərəcəli zərər vurma əlamətlərinə malikdir. Zərərçəkmiş şəxs meyitinin alın-təpə nahiyəsindəki elektrik cərəyanının giriş yerləri - elektrik nişanəsi, sol ayağının dabanının alt-iç nahiyəsi səthində cərəyanın çıxış yeri - elektrik nişanəsi aşkar edilmişdir və bunların da baş vermiş ölümlə birbaşa səbəbli əlaqəsi vardır. Zərərçəkmiş şəxs bədəni üzərində olan həyati xəsarətlər qərarın təsviri hissəsində göstərilən vəziyyətdə elektrik cərəyanı vurması nəticəsində əmələ gəlmişdir, ayrı- ayrılıqda və məcmu halda öz ağırlıq dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil, metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər, həmçinin tiryək qrupu, fenotiazin, pirazalon, 1.4 benzodiazepin törəmələri və salisatlar aşkar edilməmişdir. Zərərçəkmiş şəxs ölümünün səbəbi elektrik cərəyanı ilə zədələnmə olmuşdur. Ölüm meyitin xx.xx.2024-cü il tarixdə saat 09:00-da aparılmış müayinəsindən təxminən 18-20 saat əvvəl baş verib (1-ci cild, i/v: 127-129). İş materiallarında olan "xxxx" ASC-nin X12 və Satışı İdarələrinin rayon Elektrik Şəbəkələrində çalışan əməkdaşların vəzifə təlimatlarının rayon Elektrik Şəbəkəsinin rəisinin vəzifə təlimatı bölməsindən görünür ki, onun işinin mahiyyəti xidmət göstərdiyi ərazidə istehlakçıları keyfiyyətli, fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təchiz etmək, elektrik enerjisinin haqqının yığılmasını təşkil etmək, Şəbəkədə təsdiq olunmuş qrafik üzrə təmir-təftiş işlərinin aparılması, baş vermiş qəzaların vaxtında aradan qaldırılması, işçilərin normal fəaliyyətinin təmin olunmasından ibarətdir, onun əsas vəzifələrinə tabeçiliyində olan bölmələrin fəaliyyətinin koordinasiyasını vaxtında, məhsuldar səviyyədə təmin etmək, Şəbəkənin tabeçiliyində olan bütün struktur bölmələrində çalışan işçilərin nizam-intizam qaydalarına riayət olunmasına nəzarət etmək, tabeçiliyindəki struktur bölmələrinin məhsuldarlığını ən yüksək səviyyədə saxlamaq üçün lazımi tədbirlər görmək, rayon Elektrik Şəbəkəsinin elektrik sxemini, il ərzində görülən işlərin plan layihəsini (cari, təmir, təftiş) hazırlamaq və yerinə yetirmək, işçilərin əmək intizamına nəzarət, iş rejiminin yüksək səviyyədə saxlanmasını, rəhbərlik tərəfindən göndərilən əmr, sərəncam, təlimatların icra müddəti ərzində həyata keçirilməsini, əməyin təhlükəsizliyini, Texniki təhlükəsizlik və istismar qaydalarına tam riayət olunmasını, əməyin təhlükəsizliyinin qanunvericilikdə müəyyən edilmiş qaydalar çərçivəsində saxlanılmasını, bütün işlərinin, öhdəliklərinin vaxtında, məhsuldar, şəffaf səviyyədə yerinə yetirilməsini, hava, kabel xətlərinin normal vəziyyətdə olmasını, elektrik avadanlıqlarının normal, saz vəziyyətdə olmasını təmin etmək, rayon Elektrik Şəbəkəsi üzrə aparıcı, nəzarətçi mühəndislərin planlarını müəyyən etmək, abonentlərin şikayətlərini düzgün araşdırmaq, istehlakçıların “X2 Qaydaları’na əməl etmələrinə nəzarət etmək, rayon Elektrik Şəbəkəsinin problemlərinin həll edilməsi ilə bağlı öz fikirlərini rəhbərliyə çatdırmaq, Texniki təhlükəsizlik və X4 əməl olunmasına, istehsalat təlimatlarının vaxtında keçirilməsinə cavabdehlik daşımaq, rəhbərliyin əmr və təlimatlarına uyğun gəlməyəcək hadisələrin qarşısını almaq, illik qrafiklər üzrə hava xətlərinin əsaslı və cari təmir bərpa işlərinin aparılmasını təşkil etmək, yüklərinin tənzimlənməsini təşkil etmək, qəza açılmalarının aradan qaldırılması zamanı sərbəst tədbirlər görmək, məsul olduğu Şəbəkənin balansında olan bina və qurğuların vəziyyətinə nəzarət etmək və sair daxildir (2-ci cild, i/v: 11-13). İş materiallarında olan "xxxx" ASC-nin X12 və Satışı İdarələrinin rayon Elektrik Şəbəkələrində çalışan əməkdaşların vəzifə təlimatlarının rayon Elektrik Şəbəkəsinin baş mühəndisinin vəzifə təlimatı bölməsindən görünür ki, onun işinin mahiyyəti Şəbəkədə təsdiq olunmuş qrafik üzrə təmir işlərinin aparılması, baş vermiş qəzaların vaxtında aradan qaldırılması, işçilərin gündəlik işə davamiyyətinə, işin gedişinə nəzarət, iş gününün sonuna görülən işin nəticələrinin araşdırılmasından ibarətdir, onun vəzifələrinə tabeçiliyindəki işçi qrupların fəaliyyətini, bu qrupların xidmətinin koordinasiyasını vaxtında və məhsuldar səviyyədə təmin etmək, tabeçiliyində olan işçilərinin vəzifə təlimatlarına, müəssisədaxili nizam-intizam qaydalarına uyğun davranmasını həyata keçirmək, tabeliyində olan işçi heyətinin təhlükəsizliyini təmin etmək, mal-material texnika ilə təchiz etmək, Cəmiyyətin rəhbərliyinin əmr və təlimatlarına uyğun gəlməyəcək hər növ vəziyyətin baş verməməsi üçün lazımi tədbirlər görmək, bütün işlərin və öhdəliklərin vaxtında, məhsuldar, şəffaf səviyyədə yerinə yetirilməsi, elektrik avadanlıqlarının saz vəziyyətdə istismar olunması, Şəbəkədə baş verən qəza hallarının vaxtında, itkisiz aradan qaldırılması, tabeçiliyində olan işçilərin naryad əsasında işə başlaması, əməyin təhlükəsizliyi, illik qrafiklər üzrə hava xətlərinin əsaslı və cari baxımı, təmir işlərinin aparılması, hava, kabel xətlərinin normal vəziyyətdə olmasını, güc avadanlıqlarının yüklərinin tənzimlənməsinin təşkili, qəzanın aradan qaldırılması zamanı sərbəst tədbirlərin görülməsi, elektrik avadanlıqlarının normal, saz vəziyyətdə olmasını, Texniki Təhlükəsizlik və İstismar Qaydalarına tam riayət olunması, Əməyin təhlükəsizliyinin qanunvericilikdə müəyyən edilmiş qaydalar çərçivəsində saxlanılmasını, abonentləri fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək, Əməyin Mühafizəsi və X1, X7, habelə qəza aşılmaları ilə bağlı işçilərə kollektiv təlimlər keçmək, qəzaları vaxtında aradan qaldırmaq, sənədləşməni düzgün, dəqiq aparmaq, Şəbəkənin elektrik sxemini, il ərzində görülən işlərin plan layihəsini (cari, təmir, təftiş) hazırlamaq, yerinə yetirmək, işçilərin əmək intizamına nəzarət, iş rejiminin yüksək səviyyədə saxlanması, daxili imkanlardan maksimum istifadə olunması, qəzanın aradan qaldırılması zamanı sərbəst tədbirlər görmək, hava xətlərində baxış keçirilməsini təşkil etmək, avadanlıqların dəyişdirilməsinə, onların YS-ların avadanlıqlarında və EVX-lərdə olan imtinalarda araşdırmalar aparan komissiyanın işində iştirak etmək, avadanlıqların dəyişdirilməsinə, onların yeniləşdirilməsinə dair təklif hazırlamaq, əmək məhsuldarlığını yüksəltmək üçün təmirin təhlükəsiz, qabaqcıl üsulundan istifadə, əməyin elmi təşkili planının hazırlanmasında iştirak etmək, məsul olduğu sahədəki bina və qurğuların vəziyyətinə nəzarət etmək, vaxtında nasazlıq aktları tərtib etmək, Texniki Təhlükəsizlik və X4 əməl olunmasına, istehsalat təlimatlarının vaxtında keçirilməsinə cavabdehlik daşımaq və sair daxildir (2-ci cild, i/v: 14-15). İş materiallarında olan "xxxx" ASC-nin Xaçmaz RETSİ-nin X14 üzrə 2024-cü il üçün EVX-nin və avadanlıqların əsaslı və cari təmiri plan-qrafıklərinin surətindən görünür ki, 6 saylı 10 kV-luq şəhər hava xəttinin iyun ayında cari təmirə açılmalı olması qeyd edilmişdir (2-ci cild, i/v: 114-116). İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, k/23-02340 saylı əmrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdən X6 rəisi vəzifəsinə təyin olunmuşdur (2-ci cild, i/v: 176). İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, k/25-00467 saylı əmrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdən X11 rəisi vəzifəsinə təyin olunmuşdur (3-cü cild, i/v: 114). İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2015-ci il tarixli, k-15-0200 saylı əmrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdən X13 baş mühəndis vəzifəsinə təyin olunmuşdur (2-ci cild, i/v: 170). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/4693 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs elektrik cərəyanı vuraraq ölməsi ilə nəticələnən hadisənin baş verməsinin texniki səbəbi yaşayış məntəqəsində çay yatağında 1.55 metr hündürlükdən keçən 10 kilovoltluq şəhər elektrik hava xətlərinin normativ tələblərə uyğun (5.5 metrdən yuxarı) çəkilməsinin təmin edilməməsi olmuşdur. Hadisənin baş verdiyi ərazidən keçən hava elektrik xəttinin normativlərə uyğun quraşdırılması təmin edilmədiyinə və təhlükəli vəziyyətin aradan qaldırılması üçün tədbirlər görülmədiyinə görə, baş vermiş hadisə ilə əlaqədar “Elektrik qurğularının quraşdırılması qaydası’nın 2.5.19-cu bəndinə əsasən hava xətlərinin su hövzələri ilə kəsişməsi zamanı yol verilən məsafəyə dair cədvəl 136-da göstərilmiş tələblər, eləcə də “Elektrik və istilik qurğularının texniki istismar qaydası”nın 1.2.3.8-ci və 1.2.3.11-ci bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin bilavasitə texniki səbəbi olmuşdur. “Elektrik qurğularının quraşdırılması qaydası”nın 2.5.19-cu bəndinə əsasən hava xəttinin su hövzələri ilə kəsişməsi zamanı yol verilən məsafəyə dair cədvəl 136-da göstərilmiş tələblər, eləcə də “Elektrik və istilik qurğularının texniki istismar qaydası’nın 1.2.3.8-ci və 1.2.3.11-ci bəndlərinin tələbləri "xxxx" ASC Xaçmaz RETSİ-nin X6 rəisi vəzifəsində işləyən Təqsirləndirilən şəxs1, baş mühəndis vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 tərəfindən pozulmuşdur (1-ci cild, i/v: 139-143). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin əlavə komisyon məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının xx.xx.2024-cü il tarixli, 10/8488 nömrəli rəyindən görünür ki, hadisənin baş verməsinə səbəb olmuş 6 saylı 10 kV-luq hava elektrik veriliş xəttinin Qusarçay çayının yatağının üzərindən keçən hissəsini saxlamaq üçün çay yatağında elektrik dayaqlarının quraşdırılmasının mümkün olub-olmaması yerli şəraitdən asılı olaraq, müvafiq sahənin mütəxəssisləri tərəfindən müəyyən edilə bilər. Çay yatağında elektrik dayaqlarının quraşdırılmasının mümkün olmadığı müəyyən edildiyi halda, 6 saylı 10 kV-luq şəhər hava elektrik veriliş xəttinin norma və qaydalara uyğun istismarının təmin edilməsi üçün “Elektrik qurğularının quraşdırılması Qaydası”nın 2.3.12, 2.4.6, 2.5.9-cu bəndlərinə uyğun olaraq elektrik enerjisinin çay hövzəsinin əks tərəfinə ötürülməsi üçün digər texniki üsullar (HX boyu istiqamətlənmiş qüvvələrin təsirini qəbul edən, aşırımlarda naqillərin və trosların bütün ağırlığını tam olaraq öz üzərinə götürən anker tipli dayaqların quraşdırılması və ya çay yatağı möhkəm olmayan və sahilləri su ilə yuyulmaya məruz qalan çaylarda kabellərin çayın dibi ilə (yeraltı) çəkilməsi) tətbiq edilə bilərdi. Hadisənin baş verməsinə səbəb olmuş 6 saylı 10 kV-luq hava elektrik veriliş xəttini saxlamaq üçün Qusarçay çayının hər iki sahilində quraşdırılmış elektrik dayaqları öz konstruktiv quruluşlarına görə HX trasının düz sahələrində quraşdırılan aralıq dayaqlardır və “Elektrik qurğularının quraşdırılması Qaydasının 2.4.6.1-ci yarımbəndinin tələbinə görə bu dayaqlar normal rejimdə HX boyu istiqamətlənmiş qüvvələrə hesablanmadığına görə, tədqiq olunan şərait üçün normativ tələblərə uyğun deyildir. Hadisənin baş verdiyi ərazidən (çay yatağından) keçən hava elektrik xəttinin normativlərə uyğun quraşdırılması təmin edilmədiyinə və təhlükəli vəziyyətin aradan qaldırılması üçün öz vəzifə funksiyalarına uyğun olaraq tədbirlər görmədiklərinə görə, baş vermiş hadisə ilə əlaqədar “Elektrik qurğularının quraşdırılması Qaydasının 2.5.19-cu bəndinə əsasən HX-nin su hövzələri ilə kəsişməsi zamanı yol verilən məsafəyə dair Cədvəl 136-da göstərilmiş tələblər, eləcə də “Elektrik və istilik qurğularının texniki istismar Qaydası’nın 1.2.3.8 və 1.2.3.11-ci bəndlərinin tələbləri “Azərişıq'' ASC-nin Xaçmaz RETSİ-nin X6: rəisi (vəzifə təlimatının 9 və 39-cu bəndlərinə əsasən) - Təqsirləndirilən şəxs1, baş mühəndisi (vəzifə təlimatının 6, 13 və 16-cı bəndlərinə əsasən) - Təqsirləndirilən şəxs2 tərəfindən pozulmuşdur (2-ci cild, i/v: 97-103). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin əlavə məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının xx.xx.2025-ci il tarixli, 10/1696 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs elektrik cərəyanı vuraraq ölməsi ilə nəticələnən hadisənin baş verməsinin texniki səbəbi yaşayış məntəqəsində çay yatağında 1.55 metr hündürlükdən keçən 10 kilovoltluq şəhər elektrik hava xətlərinin yer səthindən normativ tələblərə uyğun hündürlükdə, təhlükəsiz üsulla çəkilməsinin təmin edilməməsi olmuşdur. Hadisənin baş verməsinə səbəb olmuş 6 saylı 10 kV-luq şəhər hava elektrik veriliş xəttini saxlamaq üçün Qusarçay çayının hər iki sahilində quraşdırılmış elektrik dayaqları öz konstruktiv quruluşlarına görə HX trasının düz sahələrində quraşdırılan aralıq dayaqlardır. Aralıq dayaqlar normal rejimdə HX boyu istiqamətlənmiş qüvvələrə hesablanmadığına görə, tədqiq olunan şərait üçün Qusarçay çayının hər iki sahilində quraşdırılmış bu tip dayaqlarla elektrik veriliş xəttinin çay hövzəsində yer səthindən normativ tələblərə uyğun hündürlüyünü təmin etmək mümkün olmamışdır. Hadisənin baş verməsinə səbəb olmuş 6 saylı 10 kV-luq şəhər hava elektrik veriliş xəttinin Qusarçay çayının yatağının üzərindən keçən hissəsini saxlamaq üçün çay yatağında anker elektrik dayaqlarının quraşdırılmasmın mümkün olub-olmaması yerli şəraitdən asılı olaraq, müvafiq sahə üzrə mütəxəssislər həmin işlərə cəlb edilməklə müəyyənləşdirilə bilərdi. Bununla belə, çay yatağında anker dayaqlarının (HX boyu istiqamətlənmiş qüvvələrin təsirini qəbul edən, aşırımlarda naqillərin və trosların bütün ağırlığını tam olaraq öz üzərinə götürən) quraşdırılması mümkün olmadığı hallarda, 6 saylı 10 kV-luq şəhər hava elektrik veriliş xəttinin norma və qaydalara uyğun istismarının təmin edilməsi və elektrik enerjisinin çay hövzəsinin əks tərəfmə ötürülməsi üçün digər texniki üsullar (məsələn, kabellərin çayın dibi ilə (yeraltı) çəkilməsi) tətbiq edilə bilərdi (“Elektrik qurğularının quraşdırılması Qaydalarf’nm 96-cı bəndi). Hadisənin baş verməsinə səbəb olmuş 6 saylı 10 kV-luq şəhər hava elektrik veriliş xəttinin norma və qaydalara uyğun istismarının təmin edilməsi üçün “Elektrik qurğularının texniki istismar Qaydalarf’nm 8.9, 8.10, 8.11, 8.12-ci bəndlərinə əsasən HX-nin etibarlı və təhlükəsiz işləməsinə yönəldilmiş texniki xidmət və təmir işləri yerinə yetirilməli, dövri və növbədənkənar texniki yoxlamalar yolu ilə HX və onların elementlərinin aşkar edilmiş zədə və nasazlığının, köhnəlmə və aşınmasının qarşısının alınması üçün tədbirlər görülməli, istismarçı tərəfindən HX-nin əsaslı təmiri həyata keçirilməli idi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Elektrik və istilik qurğularının texniki istismar Qaydasf’nm təsdiq edilməsi haqqında” 30 dekabr 2019-cu il tarixli, 520 nömrəli, “Elektrik qurğularının quraşdırılması Qaydası’nın təsdiq edilməsi haqqında” 11 fevral 2020-ci il tarixli, 40 nömrəli qərarlarının xx.xx.2025-ci il tarixli, 18 nömrəli qərar ilə xx.xx.2025-ci il tarixdən tətbiq edilməklə ləğv edilərək həmin tarixdən Azərbaycan Respublikası Energetika Nazirliyinin 12 iyun 2024-cü il tarixli, 3-15/3-1-2/2024 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının X7”, 27 iyun 2024-cü il tarixli, 3-15/3- 1-4/2024 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydaları’nın qüvvəyə minməsi nəzərə alındıqda, baş vermiş hadisə ilə əlaqədar “Elektrik qurğularının X7’nın 8.9, 8.10, 8.11, 8.12-ci bəndlərinin və “Elektrik qurğularının quraşdırılması Qaydalarf’nm 105.16 (HX-nin su hövzələri ilə kəsişməsi zamanı ən kiçik məsafəyə dair Cədvəl 137) və 105.17-ci bəndlərinin tələbləri pozulmuşdur. “Elektrik qurğularının X7’nın 8.9, 8.10, 8.11, 8.12-ci bəndlərinin və “Elektrik qurğularının quraşdırılması Qaydaları’nın 105.16 (HX-nin su hövzələri ilə kəsişməsi zamanı ən kiçik məsafəyə dair Cədvəl 137) və 105.17-ci bəndlərinin tələbləri "xxxx" ASC-nin Xaçmaz RETSİ-nin X6 rəisi (vəzifə təlimatının 9 və 39-cu bəndlərinə əsasən), baş mühəndisi (vəzifə təlimatının 6, 13 və 16-cı bəndlərinə əsasən) tərəfindən pozulmuşdur ki, bu da istintaq tərəfindən müəyyən edildiyi kimi, Qusar şəhər sakini Zərərçəkmiş şəxs xx.xx.2024cü il tarixdə Qusarçay çayının Qusar şəhəri istiqamətində keçən hissəsində çay yatağında toxunaraq elektrik cərəyanı vurması nəticəsində ölməsinə səbəb olmuş 10 kV-luq (yerdən 1.55 metr hündürlükdə sallanmış) şəhər hava elektrik xəttinin yer səthinə təhlükəli dərəcədə sallanmasmın texniki səbəbi olmuşdur. Hadisənin baş vermə şəraitini nəzərə aldıqda, Zərərçəkmiş şəxs özü tərəfindən qaydaların və təlimatların tələblərinin pozulması halı müəyyən edilməmişdir (2-ci cild, i/v: 212-219). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/4693 nömrəli, xx.xx.2024-cü il tarixli, 10/8488 nömrəli və xx.xx.2025-ci il tarixli, 10/1696 nömrəli ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, aparılmış ekspertiza tədqiqatlarının cəmi dəyəri 306 (üç yüz altı) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. (4-cü cild, i/v: 62-63). İş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat İstismarı Təmiri Birliyinin 2 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 730 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 2015-ci il təvəllüdlü Ayla adlı bir azyaşlı uşağı vardır (2ci cild, i/v: 93). İş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat İstismarı Təmiri Birliyinin 2 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 730/1 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur (2-c cild, i/v: 94). İş materiallarında olan Qusar rayon İcra Hakimiyyəti Başçısının İmamqulukənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 oktyabr 2024-cü il tarixli 2518 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2013-cü il təvəllüdlü Elman adlı bir azyaşlı uşağı vardır (2-c cild, i/v: 82). İş materiallarında olan AZ-İİ 048391 və AZ-İİİ 086990 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2007-ci il təvəllüdlü Tülman və xx.xx.2013-cü il təvəllüdlü Elman adlı iki uşaqları vardır. İş materiallarında olan Qusar rayon İcra Hakimiyyəti Başçısının İmamqulukənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur (2-c cild, i/v: 83). İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, 13-13/2-1/16- 3745/2025 saylı məktubuna əlavə edilmiş xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iş yeri üzrə müsbət xarakterizə olunurlar (2-c cild, i/v: 178- 179). İş materiallarında olan zərər çəkmiş şəxsin hüquqi varisi X5 notarial qaydada təsdiq olunmuş xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmış, ona dəymiş mənəvi zərər tam ödənilmiş, onun həmin şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur, nəzərə alınmasını xahiş edir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları cinayət əməlini törətmələri yuxarıda sadalanan sübutlarla tam təsdiq olunur. Məhkəmə müdafiə tərəfin Təqsirləndirilən şəxs1 vəzifəli şəxs kimi öz xidməti vəzifəsini yerinə yetirməyərək ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqla səhlənkarlıq etməməsi barədə dəlillərini müzakirə edərək qeyd edir ki, yuxarıda sadalanan sübutlarla, xüsusilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/4693 nömrəli rəyi ilə müəyyən olunur ki, Zərərçəkmiş şəxs elektrik cərəyanı vuraraq ölməsi ilə nəticələnən hadisənin baş verməsinin texniki səbəbi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən “Elektrik qurğularının quraşdırılması qaydası’nın 2.5.19-cu bəndinə əsasən hava xətlərinin su hövzələri ilə kəsişməsi zamanı yol verilən məsafəyə dair cədvəl 136-da göstərilmiş tələblərin, eləcə də “Elektrik və istilik qurğularının texniki istismar qaydası”nın 1.2.3.8-ci və 1.2.3.11-ci bəndlərinin tələblərinin pozulması olmuşdur. Eyni zamanda Təqsirləndirilən şəxs1 öz ifadəsində də bildirmişdir ki, elektrik xəttinin təmiri, dəyişdirilməsi və s. işlərin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi məhz onun səlahiyyətində olmuşdur. Bu, isə onun özünün təqsirli bilməməsi barədə irəli sürdüyü dəlilinin əsassızlığını təsdiq edir. Odur ki, məhkəmə müdafiə tərəfinin həmin mövqeyi ilə razılaşmayaraq bu barədə dəlillərini qəbul etmir. Beləliklə də, məhkəmə - ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə tədqiq edilən sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və onlar həmin maddə ilə təqsirli bilinməlidirlər. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onların şəxsiyyətini, o cümlədən cəzalarını ağırlaşdıran halların olmaması ilə yanaşı Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağın olmasını, Təqsirləndirilən şəxs2 himayəsində biri azyaşlı olmaqla iki yetkinlik yaşıəna çatmayan uşaqların olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın aradan qaldırılmasını, onların iş və yaşayış yerləri üzrə müsbət xarakterizə olunmalarını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edilməsi məsələsini müzakirə edərək qeyd etməyi zəruri hesab edir ki, cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlıdır, əməli törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir və ədalətli cəzanın təyin edilməsi ilk əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edir. Bu xüsusatları nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətini tədqiq edərək və xarakterizə edən işin mühüm və diqqətəlayiq hallarını, eyni zamanda yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları, onların yaşayış və iş yeri üzrə müsbət xarakterizə olunmalarını, ailənin yeganə qazanc gətirən şəxsi olmalarını, həbsə alındıqları halda ailələrinin vəziyyətinin acınacaqlı hala düşə biləcəyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərə təyin olunan azadlıqdan məhrumetmə cəzasını çəkmədən onların islah olunması mümkündür. Ona görə də sonuncuların barəsində Azərbaycan Respublikasının Cinayət Məcəllənin 70-ci maddəsini tətbiq etməklə onlara təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müəyyən vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməsi məqsədəmüvafiq deyil. Belə ki, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Göründüyü kimi, təqsirləndirilən şəxslər işlədikləri kollektivdə özlərini müsbət cəhətdən xarakterizə etmişlər, nüfuz qazanmışlar, ailədə yeganə qazanc gətirən şəxsdirlər, ilk dəfədir ki, cinayət məsuliyyətinə cəlb olunurlar. Ona görə də, məhkəmə həmin şəxslərin işlədikləri sahədə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər vəzifə tutma hüquqlarının saxlanmasının qeyri-mümkün hesab edilməsinə əsas görmür və barələrində müəyyən vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin olunmasını ədalətli və humanist hesab etmir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxslər barəsində xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq edilməməlidir. İş üzrə 306 (üç yüz altı) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin- VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu- 210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK- CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq olunaraq təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin və ona 01 (bir) il sınaq müddəti müəyyən edilsin. Davranışına nəzarət etmək yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq olunaraq təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin və ona 01 (bir) il sınaq müddəti müəyyən edilsin. Davranışına nəzarət etmək yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 306 (üç yüz altı) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin- VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu- 210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK- CTREAZ22) hesabına keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yerləri üzrə icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar