Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 1(029)-7/2021 02.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 Nürəddin qızının və Zərərçəkmiş şəxs2, Müdafiəçilər: Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi1, Müdafiəçi2, Müdafiəçi4 və Müdafiəçi3, Tərcüməçi: X3 iştirakları ilə, xx.xx.1966-cı ildə Qusar rayonu Yuxarı Tahircal kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, Qusar rayonu Samur bələdiyyəsinin üzvü olmaqla Qusar rayonu Samur qəsəbə tam orta məktəbində hərbi rəhbər işləyən, əvvəllər məhkum olunmamış, Qusar rayonu Yuxarı Tahircal kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 157.1-ci maddəsi ilə, xx.xx.1969-cu ildə Qusar rayonu Yuxarı Tahircal kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, əvvəllər məhkum olunmamış, Qusar rayonu Samur qəsəbəsində qeydiyyatda olmaqla, faktiki olaraq Qusar rayonu Yuxarı Tahircal kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 157.1-ci maddəsi ilə, xx.xx.1976-cı ildə Qusar rayonu Samur qəsəbəsində anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, əvvəllər məhkum olunmamış, X6 Respublikası Məhərrəmkənd rayonu Məhərrəmkənd kəndində qeydiyyatda olmaqla, faktiki olaraq Qusar rayonu Yuxarı Tahircal kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 157.1-ci maddəsi ilə, xx.xx.2002-ci ildə X6 Respublikası Dərbənd şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Qusar rayonu Samur qəsəbəsində qeydiyyatda olmaqla, faktiki olaraq Qusar rayonu Yuxarı Tahircal kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının CM-nin 157.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 157.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, xx.xx.2020-ci il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Qusar rayonu Yeni Tahircal kəndində X9 məxsus müvəqqəti yaşadıqları evə həmin vaxt mənzildə tək olan Zərərçəkmiş şəxs1 iradəsinə zidd olaraq qanunsuz daxil olmuşdur. Belə ki, o, xx.xx.2020-ci il tarixdə, saat 01 radələrində Qusar rayonu Yeni Tahircal kəndində üzbəüz qonşuluğunda müvəqqəti yaşayan Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 yaşadıqları evdən çıxarmaq məqsədi ilə qardaşları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, oğlu Təqsirləndirilən şəxs4 və digər şəxsləri həmin evin qarşısına çağırıb toplamış, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 əxlaqsızlıqla məşğul olmalarını evin sahibi X8 qohumları kimi evə nəzarət edən şəxslər Şahid2 və onun oğlu Şahid3 bildirmək üçün onları da ora çağırıb Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 evdən çıxartmalarını tələb etmiş, daha sonra Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 yaşadıqları mənzilə həmin vaxt evdə gecə paltarında olan Zərərçəkmiş şəxs1 iradəsinə zidd olaraq qardaşları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və oğlu Təqsirləndirilən şəxs4 ilə birlikdə qanunsuz olaraq daxil olmuş, hər hansı şəxsi tapmaq üçün evi axtararaq otaqları gəzmiş, lakin mənzildə heç kimi tapmadıqdan sonra Zərərçəkmiş şəxs1 əxlaqsızlıqla məşğul olmasını bildirərək evdən çıxmasını tələb etməklə hədələmiş, bununla da mənzil toxunulmazlığını pozma cinayətini törətmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 157.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, xx.xx.2020-ci il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Qusar rayonu Yeni Tahircal kəndində X9 məxsus müvəqqəti yaşadıqları mənzilə həmin vaxt evdə tək olan Zərərçəkmiş şəxs1 iradəsinə zidd olaraq qanunsuz daxil olmuşdur. Belə ki, o, xx.xx.2020-ci il tarixdə saat 01 radələrində qardaşı Təqsirləndirilən şəxs1 Qusar rayonu Yeni Tahircal kəndində üzbəüz qonşuluğunda müvəqqəti yaşayan Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 yaşadıqları evdən çıxarmaq məqsədi ilə onu çağırmasına görə sonuncuların yaşadıqları mənzilə gəlmiş, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yaşadıqları mənzilə həmin vaxt evdə gecə paltarında tək olan Zərərçəkmiş şəxs1 iradəsinə zidd olaraq qardaşları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və onun oğlu Təqsirləndirilən şəxs4 ilə birlikdə qanunsuz olaraq daxil olmuş, hər hansı şəxsi tapmaq üçün evi axtararaq otaqları gəzmiş, lakin mənzildə heç kimi tapmadıqdan sonra Zərərçəkmiş şəxs1 ünvanına nalayiq ifadələr işlədərək evdən çıxmasını tələb etmiş, bununla da mənzil toxunulmazlığını pozma cinayətini törətmişdir. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 157.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, xx.xx.2020-ci il tarixdə, saat 01 radələrində X7 və Zərərçəkmiş şəxs2 Qusar rayonu Yeni Tahircal kəndində X9 məxsus müvəqqəti yaşadıqları mənzilə həmin vaxt evdə tək olan Zərərçəkmiş şəxs1 iradəsinə zidd olaraq qanunsuz daxil olmuşdur. Belə ki, o, xx.xx.2020-ci il tarixdə, saat 01 radələrində qardaşı Təqsirləndirilən şəxs1 Qusar rayonu Yeni Tahircal kəndində üzbəüz qonşuluğunda müvəqqəti yaşayan Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 yaşadıqları evdən çıxarmaq məqsədi ilə onu çağırmasına görə sonuncuların yaşadıqları mənzilə gəlmiş, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yaşadıqları mənzilə həmin vaxt evdə gecə paltarında tək olan Zərərçəkmiş şəxs1 iradəsinə zidd olaraq qardaşları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və onun oğlu Təqsirləndirilən şəxs4 ilə birlikdə qanunsuz daxil olaraq hər hansı şəxsi tapmaq üçün evi axtararaq otaqları gəzmişlər, lakin mənzildə heç kimi tapmadıqdan sonra onların evdən çıxmasını tələb etmiş, bununla da mənzil toxunulmazlığını pozma cinayətini törətmişdir. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının CM-nin 157.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, xx.xx.2020-ci il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Qusar rayonu Yeni Tahircal kəndində X9 məxsus müvəqqəti yaşadıqları mənzilə həmin vaxt evdə tək olan Zərərçəkmiş şəxs1 iradəsinə zidd olaraq qanunsuz daxil olmuşdur. Belə ki, o, xx.xx.2020-ci il tarixdə, saat 01 radələrində atası Təqsirləndirilən şəxs1 Qusar rayonu Yeni Tahircal kəndində üzbəüz qonşuluqlarında müvəqqəti yaşayan Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 yaşadıqları evdən çıxarmaq məqsədi ilə onu çağırmasına görə sonuncuların yaşadıqları mənzilə gəlmiş, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yaşadıqları mənzilə həmin vaxt evdə gecə paltarında tək olan Zərərçəkmiş şəxs1 iradəsinə zidd olaraq atası Təqsirləndirilən şəxs1, əmiləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qanunsuz olaraq daxil olmuş, hər hansı şəxsi tapmaq üçün evi axtararaq otaqları gəzmiş, lakin mənzildə heç kimi tapmadıqdan sonra onların evdən çıxmasını tələb etmiş, bununla da mənzil toxunulmazlığını pozma cinayətini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 157.1-ci maddəsi ilə özünü tam təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadə verərək ittihamda göstərilən bütün xüsusatları təsdiq etmiş, əməlindən səmimi peşman olduğunu, zərər çəkmiş şəxslərlə barışdığını göstərərək barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 157.1-ci maddəsi ilə özünü tam təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadə verərək ittihamda göstərilən bütün xüsusatları təsdiq etmiş, əməlindən səmimi peşman olduğunu, zərər çəkmiş şəxslərlə barışdığını göstərərək barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 157.1-ci maddəsi ilə özünü tam təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadə verərək ittihamda göstərilən bütün xüsusatları təsdiq etmiş, əməlindən səmimi peşman olduğunu, zərər çəkmiş şəxslərlə barışdığını göstərərək barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 157.1-ci maddəsi ilə özünü tam təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadə verərək ittihamda göstərilən bütün xüsusatları təsdiq etmiş, əməlindən səmimi peşman olduğunu, zərər çəkmiş şəxslərlə barışdığını göstərərək barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 həmin cinayət əməlini törətməkdə təqsirli olmaları, onların məhkəmə istintaqı zamanı səmimi etirafları ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxslərin ifadələri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Nürəddin qızı təqsirləndirilən şəxslərə elan olunmuş ittihamda göstərilən xüsusatları tam təsdiq etmiş, təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmadığını göstərmiş və həmin şəxslərin barələrində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 şəxslərə elan olunmuş ittihamda göstərilən xüsusatları təsdiq etmiş, təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmadığını göstərmiş və həmin şəxslərin barələrində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış xx xxxxxx 2020-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamışlar. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” X14 xx.xx.2020-ci il tarixli, 1299/09.20 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 “Qusar RMX” PHŞ-nin Konsultativ Poliklinika şöbəsinə hər hansı bir xəstəliklə əlaqədar müraciət etməmişlər, həkim narkoloqun və psixiatrın qeydiyyatında olmamışlar. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Quba rayon X1 tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 586 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 həmin mərkəzə müraciət etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının ƏƏSMN-nin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Qusar rayon Xidmət Nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, **********9 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 sosial müavinət və təqaüd almırlar. İş materiallarında olan Qusar rayon İHB-nın Samur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 522 saylı arayışdan görünür ki, Qusar rayonu Yeni Tahircal kəndində yaşayan Təqsirləndirilən şəxs1 ailə tərkibi həyat yoldaşı X2 və xx.xx.2002-ci il təvəllüdlü oğlu Təqsirləndirilən şəxs4 ibarətdir. İş materiallarında olan Qusar rayon İHB-nın Samur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Qusar rayon İHB-nın Samur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 525 saylı arayışdan görünür ki, Qusar rayonu Yeni Tahircal kəndində yaşayan Təqsirləndirilən şəxs2 ailə tərkibi həyat yoldaşı X5, xx.xx.1989-cu il təvəllüdlü oğlu Rahim Yarmətovdan, xx.xx.1999-cu il təvəllüdlü qızı Bənövşə Yarmətovadan və xx.xx.2002-ci il təvəllüdlü oğlu Şahid4 ibarətdir. İş materiallarında olan Qusar rayon İHB-nın Samur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Qusar rayon İHB-nın Samur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 523 saylı arayışdan görünür ki, Qusar rayonu Yeni Tahircal kəndində yaşayan Təqsirləndirilən şəxs3 ailə tərkibi həyat yoldaşı X4, xx.xx.2007-ci il təvəllüdlü oğlu Tamerlan Yarmətovdan, xx.xx.2011-ci il təvəllüdlü qızı Şəhla Yarmətovadan, xx.xx.2013-cü il təvəllüdlü oğlu Rizvan Yarmətovdan və xx.xx.1947-ci il təvəllüdlü anası Raya Yarmətovadan ibarətdir. İş materiallarında olan Qusar rayon İHB-nın Samur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Qusar rayon İHB-nın Samur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəməyə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Nürəddin qızı və Zərərçəkmiş şəxs2 tərəfindən təqdim olunmuş xx xxxxxx 2021-ci il tarixli ərizələrdən görünür ki, həmin şəxslər barışmışlar, münasibətləri normaldır, zərər çəkmiş şəxslərin təqsirləndirilən şəxslərə qarşı heç bir şikayətləri, iddiaları və tələbləri yoxdur, cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş edirlər. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 157.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CPM-nin 43.1, 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Göründüyü kimi təqsirləndirilən şəxslər məhkəməyə ərizə təqdim edərək zərər çəkmiş şəxslərlə barışdıqlarından, sonuncuların onlara qarşı heç bir şikayətləri, iddiaları və tələbləri olmadığından onların barələrində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişlər. Törədilmiş cinayətlərin böyük ictimai təhlükə törətmədiyini, tərəflərin barışdıqlarını, zərər çəkmiş şəxslərin təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələblərinin olmadığını, təqsirləndirildikləri maddədə nəzərdə tutulan cinayət əməlini ilk dəfə törətmələrini, əvvəllər cinayət məsuliyyətindən azad olunmamalarını nəzərə alaraq məhkəmə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barələrində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilmələrini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barələrində seçilmiş “başqa yerə getməmək haqqında iltizam“ qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 43, 321.2.1, 344-347, 356, 384, 385-ci maddələrini, həmçinin CM-nin 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 157.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 157.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 157.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının CM-nin 157.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barələrində seçilmiş “başqa yerə getməmək haqqında iltizam“ qətimkan tədbiri ləğv edilsin . Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Adil Vəliyev
Məhkəmə qərarları › İş №1(029)-7/2021
Qusar Rayon Məhkəməsi Qərar — İş №1(029)-7/2021
02.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver