Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-7/2023 04.04.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7 Nizamədinovnanın, X1 nümayəndəsi Nümayəndə1, Zərərçəkmiş şəxs1 nümayəndəsi X2 iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Qusar rayonunun Aşağı- Ləyər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş(Qusar rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə CM-nin 67.1-ci maddəsinə əsasən 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş) məhkumluğu ödənilməmiş, Qusar rayonunun Yuxarı-Ləgər kəndində qeydiyyatda olmaqla Qusar şəhəri, B.Ağaverdiyev küçəsi, ev 42-də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə günorta saatlarında Qusar şəhəri Şarvili küçəsi ev 79-da yaşayan Zərərçəkmiş şəxs2 məxsus olan sonuncunun ailə üzvləri ilə birlikdə yaşadığı evdə olmadığından istifadə edərək yaşayış evinin həyətinə darvazadan aşmaqla girib, evin pəncərəsini itələmək üsulu ilə açmaqla qanunsuz daxil olaraq yataq otağında olan şkafın siyirməsindən 100 manat məbləğində pul və dəyəri 270 manat təşkil edən Rusiya istehsalı olan 583 əyarlı 3 qram çəkidə sadə qaşlı 01 ədəd qızıl üzük, digər yataq otağında olan termonun siyirməsindən Zərərçəkmiş şəxs1 məxsus dəyəri 275 manat təşkil edən İtaliya istehsalı olan 750 əyarlı, 2,5 qram çəkidə olan sadə qaşlı 01 ədəd qızıl üzük, dəyəri 275 manat təşkil edən İtaliya istehsalı olan 750 əyarlı, 5 qram çəkidə olan 01 ədəd qızıl nişan üzüyü, dəyəri 270 manat təşkil edən Rusiya istehsalı olan 583 əyarlı, çəkisi 3 qram olan sadə qaşlı 01 ədəd qızıl üzük və dəyəri 770 manat təşkil edən İtaliya istehsalı olan 750 əyarlı klonla birlikdə ümumi çəkisi 7 qram olan 01 ədəd qadın qızıl boyunbağımsını gizli yolla talamaqla oğurlayıb, Zərərçəkmiş şəxs2 cəmi 370 manat, zərərçəkmiş şəxs Susanxanım Begəliyevaya isə cəmi 1590 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən xx.xx.2022-ci il tarixdə saat 12-13 radələrində Qusar şəhəri Mirzə Vəliyev küçəsi ev 103-də yaşayan Zərərçəkmiş şəxs3 məxsus olan sonuncunun ailə üzvləri ilə birlikdə yaşadığı evdə olmadığından istifadə edərək yaşayış evinin həyətinə darvazadan aşmaqla girib, 2-ci mərtəbədə olan pəncərənin açıq olmasını görərək ayağının altına həyətdə olan stulu qoymaqla çıxaraq evə qanunsuz daxil olub termonun üzərindən Zərərçəkmiş şəxs4 məxsus dəyəri 450 manat təşkil edən Rusiya istehsalı olan 583 əyarlı 5 qram çəkidə 01 ədəd sadə təkqaşlı qızıl üzük, dəyəri 225 manat təşkil edən Rusiya istehsalı olan 583 əyarlı, 2,5 qram çəkidə 01 ədəd paxlava şəkilində qızıl qadın klonu, dəyəri 450 manat təşkil edən Rusiya istehsalı olan 583 əyarlı, 5 qram çəkidə 01 cüt dairəvi qaşsız qızıl sırğa və Firuddin Poldava məxsus dəyəri 450 manat təşkil edən Rusiya istehsalı olan 583 əyarlı, 5 qram çəkidə 01 ədəd qızıl diş kalonka, yataq otağında olan dolabçanın siyirməsindən pul cüzdanlarından hadisə gününün məzənnəsi ilə 170 manat təşkil edən 100 ABŞ dolları, hadisə gününün məzənnəsi ilə 174 manat təşkil edən 100 Avro və 600 manat məbləğində pulu gizli yolla talamaqla oğurlayıb, Zərərçəkmiş şəxs3 cəmi 1394 manat, Zərərçəkmiş şəxs4 isə cəmi 1125 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən xx.xx.2022-ci il tarixdə, saat 12 radələrində Rusiya Federasiyası vətəndaşı, Qusar şəhəri K.Kərimov küçəsi ev 5-də müvəqqəti yaşayan Zərərçəkmiş şəxs5 məxsus olan sonuncunun ailə üzvləri ilə birgə yaşadığı evdə olmadığından istifadə edərək yaşayış evinin həyətinə darvazadan aşmaqla girib, evin pəncərəsini qarma üsulu ilə açmaqla qanunsuz daxil olub, ikinci mərtəbədə yerləşən yataq otağında olan termonun siyirməsindən Zərərçəkmiş şəxs8 məxsus olan 400 manat və hadisə günün məzənnəsi ilə 496 manat təşkil edən 16.000 rus rublu, bundan başqa digər yataq otağına daxil olaraq şkafda olan qutunun içərisindən Zərərçəkmiş şəxs7 Nizamədinovnaya məxsus olan hadisə gününün məzənnəsi ilə 930 manat təşkil edən 30.000 rus rublu və dəyəri 360 manat təşkil edən Rusiya istehsalı olan 585 əyarlı, 4 qram çəkidə 01 cüt qaşsız dairəvi qızıl sırğanı, bundan başqa digər otağa daxil olaraq pəncərədə olan qadın çantasının içərisindən Zərərçəkmiş şəxs6 məxsus dəyəri 990 manat təşkil edən Rusiya istehsalı olan 585 əyarlı, 11 qram çəkidə 01 cüt üç yarpaq formasında (ayrı ayrılıqda, mərkəzdə briliant, yaşıl rəngli) sırğa, dəyəri 1800 manat təşkil edən Rusiya istehsalı olan 585 əyarlı, 20 qram çəkidə 01 ədəd qadın qızıl boyunbağısını (zümrüd qaşlı) klonu ilə birlikdə, dəyəri 270 manat təşkil edən 585 əyarlı 3 qram çəkidə 01 ədəd qızıl qadın boyunbağısını, dəyəri 1350 manat təşkil edən 585 əyarlı 15 qram çəkidə 01 ədəd qadın qızıl qolbağını, dəyəri 450 manat təşkil edən 02 ədəd bitişik qızıl klonu, dəyəri 630 manat təşkil edən Rusiya istehsalı, 585 əyarlı 7 qram çəkidə xırda briliant qaşlarla yarpaq formasında qadın qızıl üzüyünü və Zərərçəkmiş şəxs5 məxsus dəyəri 990 manat təşkil edən Rusiya istehsalı olan 585 əyarlı, 7 qram çəkidə 01 ədəd (kvadrat ulduz qaşlı, qarar rəngli içərisində kiçik rəngli qaş var) kişi üzüyünü gizli yolla talamaqla oğurlayıb, Zərərçəkmiş şəxs5 cəmi 630 manat, Zərərçəkmiş şəxs7 cəmi 1290 manat, Zərərçəkmiş şəxs6 cəmi 5490 manat, Zərərçəkmiş şəxs8 isə cəmi 896 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4cü maddəsi ilə özünü təqsirli bilmiş, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etmiş, təqsirləndirildiyi epizodları üzrə cinayət əməllərini törətdiyini etiraf etmişdir. 30 iyun 2022-ci il tarixdə günorta saatlarında etibaməmə ilə idarə etdiyi “KİA-Rio” markalı **-DM- *** dövlət qeydiyyat nişanlı avtomobillə Qusar şəhəri, Şarvili küçəsi, ev 79 nömrəli fərdi yaşayış evinin qarşısından keçən zaman həmin evin darvazasının qıfılla bağlı olduğunu görmüş, həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Buna görə idarə etdiyi avtomobili kənarda saxlamış, evin qarşısına gələrək həmin darvazadan içəri aşmış, bundan sonra evin 1-ci mərtəbəsinin mətbəx pəncərəsini itələməklə açmış, içəri daxil olmuş, sonra isə evin otaqlarına baxmışdır. Bu vaxt otaqlara baxan zaman yataq otağına daxil olmuş, orada şkafın siyirməsindən 20-lik əskinazlarla 100 manat pul görmüş və həmin pulları götürmüş, bundan başqa həmin yerdən 01 ədəd qadın qızıl üzüyünü də götürərək cibinə qoymuşdur. Bundan sonra digər yataq otağına daxil olmuş, oradan termonun siyirməsindən 03 ədəd qadın qızıl üzüyü və 01 ədəd qızıl boyunbağını götürmüş, gəldiyi yerlə də küçəyə çıxmışdır. Bundan sonra həmin qızılları Bakı şəhərinə apararaq dəqiq yerini bilmədiyi qızıl mağazalarından birinə satmış, pulunu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə, saat 12-13 radələrində idarə etdiyi avtomobillə Qusar şəhəri, M.Vəliyev küçəsi ev 103-də yerləşən fərdi yaşayış evinin qapısının qıfıllı olduğunu görmüş, buna görə də avtomobili evdən bir az kənarda saxlamış, darvazanın üstündən aşmaqla həyətə daxil olmuşdur. Küçə tərəfdən ikinci mərtəbəyə qalxmış, pəncərə açıq olduğundan rahatlıqla evə daxil olmuş, sonra isə evin ikinci mərtəbəsində yerləşən yataq otağına daxil olaraq həmin otaqda yerləşən termonun üzərində olan mücrünün içərisindən 01 ədəd qızıl üzük, 01 ədəd qızıl klon, 01 cüt qızıl sırğa və 01 ədəd qızıl dişi götürmüşdür. Otağa baxarkən otaqda olan kiçik dolabçanın 2-ci siyirməsini çəkmiş, oradan da 100 ABŞ dolları, 100 Avro və 600 manat pul götürmüşdür. Həmin hadisədən sonra həmin gün Bakı şəhərinə getmiş, orada oğurladığı qızılları yerini bilmədiyi qızıl təmiri məntəqələrindən birinə 1400 manat məbləğinə satmış, əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa 21 iyul 2022-ci il tarixdə, saat 12 radələrində etibarnamə ilə idarə etdiyi “KİA-Rio” markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Qusar şəhərində yerləşən K.Kərimov küçəsində idarə edən zaman həmin küçədə yerləşən 5-saylı evin qapısında qıfıl olduğunu görmüş, həmin vaxt evə daxil olaraq oğurluq etmək niyyətinə düşmüşdür. Buna görə də küçədə heç kəsin olmadığını görmüş, avtomobili elə həmin evin qarşısında saxlamış, avtomobildən düşmüş, evin darvazasının yaxınlığına gəlmiş, oradan çıxaraq həyətə tullanmışdır. Bundan sonra evin həyətində olan ikinci mərtəbəyə qalxmaq üçün olan aynabəndin pəncərəsini itələmə və qarma üsulu ilə açmış, evə daxil olmuş, oradan evin ikinci mərtəbəsinə çıxmışdır. Həmin vaxt sağ tərəfdən birinci otağa daxil olmuş, otağda olan termonun siyirməsini çəkmiş, siyirmənin içərisində selofan paketə bükülmüş vəziyyətdə 400 manat pul və 16.000 rus rublunu, sonradan bildiyi suvinir 100 ABŞ dollarını götürmüş, həmin pulları cibinə qoymuş, başqa qiymətli heçnə olmadığından otaqdan çıxmışdır. Bundan sonra digər otağa daxil olmuş, həmin otağın pəncərəsində qadın çantası görmüş, içərini açmış, həmin əl çantasının içərisində qızıl saxlamaq üçün olan qırmızı rəngli balaca həcmli qabın içinə baxmış, orada 01 cüt qaşlı sırğa, 01 ədəd qadın qızıl boyunbağısını (klonu ilə birlikdə), 01 ədəd adi qaşlı kişi üzüyünü, 01 ədəd qadın qızıl boyunbağısını, 01 ədəd qadın qızıl qolbağını, 02 ədəd bitişik qızıl klonu götürmüşdür. Bundan sonra digər yataq otağına girərək şkafı açıb oradan qutunun içərisindən selafan paketdə olan 30.000 rus rublu və 01 cüt qadın sırğaları götürmüşdür. Həmin gün günortadan sonra idarə etdiyi avtomobillə tanışı Əhədlə Bakı şəhərinə yola düşmüş, yolda Əhədə əmisinin ona pul verdiyini, həmin pullara istirahət edəcəyini söyləmişdir. Həmin gün Bakı şəhərində otellərin birində Əhədlə gecələmiş, ona qızılları göstərməmiş, səhəri gün 22 iyul 2022-ci il tarixdə səhər saatlarında yuxudan oyanmış, Əhədə “mən qohumumun evinə gedib gələcəm” deyərək oteldən çıxmışdır. Bundan sonra idarə etdiyi avtomobili şübhə yaratmasın deyə otelin həyətində saxlamış, Bakı şəhəri Yasamal rayonunda yerləşən İnşaatçılar metrosunun yanında tanımadığı taksi ilə getmişdir. Həmin metronun yaxınlığında olan qızıl alqı-satqısı ilə məşğul olan yerə yaxınlaşmış, orada satıcıya qızıl satmaq istədiyini demiş, həmin şəxs qızıllara baxmış, satıcıya qızılların özünün olduğunu demiş, təcili satmaq istədiyini bildirmişdir. Bu vaxt qızılları alan şəxs hesablayaraq ümumilikdə 2.625 manat qızıllara pul verə biləcəyini söyləmiş, onunla razılaşmış, həmin şəxs qızılların və şəxsiyyət vəsiqənin şəkilini çəkmiş, daha sonra isə hesablayaraq pulu vermişdir. Bundan sonra yenidən qaldığı otelə taksi ilə qayıtmış, Əhədi oradan götürmüş, otelin ödənişini etmiş, yenidən avtomobili ilə şəhərdə gəzmiş, pullardan birazını xərcələmiş, tanımadığı kuryer vasitəsi ilə aldığı narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Sonra Quba-Bakı yolunda hərəkətdə olan zaman yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılmış, daha sonra Abşeron RPİ-nin əməkdaşları avtomobilə baxış keçirmiş, bu vaxt avtomobildə olan narkotik vasitə marixuana aşkar edilmişdir. Bundan başqa sonuncu evdən oğurladığı pullardan və satdığı qızıllardan qalmış 45.000 rus rublu və 2300 manat və suvinir 100 dollar pul, tanışına məxsus olan bankomat kartını və qızılların olduğu boş vəziyyətdə kiçik zənbil kimi istifadə olunan kisəcik protoklaşdırılaraq götürülmüşdür. Ona ibtidai istintaq zamanı fiziki və psixi təsir edilməmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 30 iyun 2022-ci il tarixdə saat 19 radələrində işdən evə qayıtmış, evə daxil olan zaman mətbəx otağının pəncərəsinin bağlayaraq getdiyini qıfılının içəri hissədən açıq vəziyyətdə olmasını müşahidə etmiş, buna görə də evə oğrunun daxil olmasından şübhələnmişdir. Bu vaxt dərhal öz yataq otağına getmiş, paltar dolabını açaraq pul və qızıl üzüyün olduğu yerə baxmış, həmin vaxt oradan 100 (20- lik, 10-luq əskinazlar) manat pul və üzərində 7 ədəd sadə qaş olan qızıl üzüyünün oğurlanmasını görmüşdür. Bundan sonra başqa otaqlara daxil olmayaraq, bu barədə oğlu Adilə məlumat vermiş o, isə evə gələndən sonra Azərbaycan Respublikası DİN-nin “102” xidməti zəng mərkəzinə məlumat verərək oğurluq olmasını bildirmişdir. Bundan sonra həmin evə polis əməkdaşları gəlmiş, evə baxış keçirmiş və əl-barmaq izləri götürmüşlər. Həmin vaxt iş yerindən icazə alaraq gələn gəlini Susanxanım öz yataq otağına baxmış, oradan da ona məxsus 3 ədəd qızıl üzük və 1 ədəd qızıl boyunbağının oğurlanmasını müşahidə etmişdir. Sonradan yaşayış evindən oğurluq edən şəxsin Qusar şəhər sakini Təqsirləndirilən şəxs olmasını polis əməkdaşlarından öyrənmiş, həmin şəxsi əvvəllər tanımamışdır. Ona vurulmuş olan maddi ziyan ödənilməmişdir. Hazırda ona vurulmuş olan maddi ziyanı tələb edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə səhər saat 07 radələrində iş yerinə Xaçmaz şəhərinə getmiş, sonra isə arvadı Fəridə işlədiyi “Qusar RMX-sı” X9 işə getmişdir. Həmin gün saat 16:40 radələrində işdən evə qayıdan Fəridə evə darvazanı açaraq daxil olmuş, evin yataq otağına girən zaman pəncərənin qarşısında olan pərdənin düz dayanmadığını görmüşdür. Bundan şübhələnərək termonun üzərində olan mücrü tərəfə baxmış, mücrünün içərisində olan 01 ədəd qızıl kulonun (Rusiya istehsalı 583 əyarlı ümumlikdə çəkisi 2,5 qram olan) 01 ədəd 5 qram çəkidə qızıl diş kolonkanın, 01 cüt qadın qızıl sırğasının (Rusiya istehsalı 583 əyarlı 5 qram çəkidə), 01 ədəd qadın üzüyünün (sadə 5 qram çəkidə, təkqaşlı Rusiya istehsalı 583 əyarlı) olmadığını müşahidə etmişdir. Bu vaxt Fəridə yataq dəstinin yanında olan dolabçanın siyirməsinə baxarkən, həmin vaxt orada 600 manat pulun, 100 Avronun və 100 ABŞ dollarının pulunun da pul cüzdanlarından oğurlandığını görmüşdür. Bundan sonra arvadı Fəridə zəng edərək ona bu barədə bildirməsindən sonra tez işdən çıxaraq evə gəlmiş, həmin vaxt evdə oğurluq edildiyini müşahidə edərək Azərbaycan Respublikası DİN-nin “102” xidməti zəng mərkəzinə məlumat vermişdir. Həmin vaxt oğurlanmış pul vəsaitləri ilə qızıl diş karonka özünə, qalan qızıl əşyalar isə arvadı Fəridəyə məxsus olmuşdur. Evindən ona məxsus olan pul oğurlamışdır.Ona vurulmuş olan maddi ziyan ödənilmış, hazırda təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermiş, hazırda ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 13 radələrində Rusiyadan qonaq gəlmiş bibisi Cəmalənin evinə özünə məxsus olan avtomobillə getmiş, əvvəldən arasında olan razılaşmaya əsasən onu götürmüş Qusar rayonu Kuzun-qışlaq kəndinə, yəni yaşadığı evə qonaq aparmış, onlara məxsus olan Qusar şəhəri K.Kərimov küçəsində yerləşən evdən çıxarkən qapıpəncərələri bağlamışdır. Həmin günü səhəri Qusar rayonu Kuzun-qışlaq kəndindən saat 11 radələrində bibisin ailə üzvləri ilə birlikdə Nabrana getmiş, saat 16 radələrində isə yenidən onların evinə, yəni Qusar şəhərinə qayıtmışdır. O, qapını açaraq içəri girmiş, pilləkən olan yerin pəncərəsinin açıq olduğunu görmüş, bu vaxt şübhələnmiş və “pəncərə niyə açıqdır” demiş, sonra birlikdə 2-ci mərtəbəyə qalxmış, orada məlum oldu ki, bibisi Cəmaləyə, bibisi qızı Mehparəyə, bibisi oğlu Arsen və bibisinin əri Nizaməddinə məxsus olan pul və qızıl zinət əşyaları oğurlandığını görmüşdür. Buna görə də polisə müraciət etmişlər. Rus pulları və qızıllar oğulamışdır. Sonradan müəyyən olundu ki, oğurluq edən Şahindir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yaşayır. Belə ki, o, həmişə özünə məxsus olan Qusar şəhəri K.Kərimov küçəsi ev 5-də yerləşən fərdi yaşayış evinə yay fəslində istirahət etmək məqsədi ilə ailə üzvləri ilə birlikdə gəlmişdir. 09 iyul 2022-ci il tarixdə Qusar şəhərinə istirahət etmək məqsədilə ailə üzvləri ilə birlikdə gəlmişdir. xx.xx.2022-ci il tarixdə, saat təxminən 13 radələrində ailə üzvləri və qayınının oğlu Ağazər ilə birlikdə qapıpəncərələri bağlayaraq, Qusar rayonu Kuzun-qışlaq kəndində yerləşən qaynına məxsus yaşayış evinə qonaq getmişdir. Həmin gün orada qalaraq xx.xx.2022-ci il tarixdə ailə üzvləri ilə birlikdə həmin kənddən Xaçmaz rayonu Nabran qəsəbəsində yerləşən çimərliyə getmiş, oradan isə saat 15-16 radələrində qayıdaraq ailə üzvələri ilə birlikdə Qusar şəhərində yerləşən yaşayış evinə gəlmişdir. Həmin vaxt evə daxil olmaq üçün darvazanın qıfılını açaraq həyətə daxil olmuş, bu vaxt qohumu Ağazər pilləkən yerləşən hissənin qapısını açıb içəri daxil olmuş, orada olan pəncərənin açıq olduğunu görmüş, gedərkən bağlı olub-olmasasını soruşmuşdur. Bu vaxt Ağazərə cavab verərək bağlı olduğunu bildirmiş, buna görə də tez evin ikinci mərtəbəsinə qalxmış, oğlu Arsen öz otağına daxil olmuş, termonun siyirməsinə baxarkən özünə məxsus olan pul paketinin içərisindən 400 manat pulun və 16.000 rus rublunun oğurlandığını görmüşdür. Bundan sonra, doğma qızı Mehparə evin yataq otağına daxil olmuş, şkafa baxarkən özünə məxsus olan qutuda 01 cüt dairəvi qaşsız qızıl sırğanın, daha sonra həmin qutunun yanında olan salafan paketdəki 30.000 rus rublunun oğurlandığını görmüşdür. Həmin vaxt digər otaqda arvadı Cəmalə əl çantasına baxmış, orada olan 01 cüt üç yarpaq formasında ayrılıqda, mərkəzdə briliantın kənarları zümrüd qaşlarla düzülmüş yaşıl rəngli (Rusiya istehsalı 585 qram əyarlı, 2011- ci ildə 1200 manata aldığı, 11 qram çəkidə) sırğanın, 01 ədəd təxminən 20 qram qram, (Rusiya istehsalı 585 əyar 14 il əvvəl 600 manat) qızıl boyunbağının klonunun isə zümrüd-briliant qaşlı (Rusiya istehsalı 585 qram əyarlı, 2013-cü ildə 250 manata aldığı, 5 qram çəkidə), bundan başqa 01 ədəd qızıl boyunbağı 3 qram çəkidə, 585 əyarlı, 01 ədəd 15 qram qadın qızıl qolbağının (585 əyarlı kvadrat formada 2014-cü ildə 700 manata alınmış), 01 ədəd 2 qram çəkidə (Rusiya istehsalı, 585 əyyarlı, 2018-ci ildə 3000 rus rubla alınmış 2 ədəd bitişik ürək formasında) qızıl klon, 01 ədəd (Rusiya istehsalı, 585 əyyarlı, 7 qram çəkidə xırda briliant qaşlı, kənarları zümrüd qaşlarla yarpaq formasında düzülmüş yaşıl rəngli) qadın qızıl üzüyü özünə məxsus olan 01 ədəd adi qaşlı qızıl üzüyün (kvadrat ulduz qaşlı qara rəngli içərisində kiçik ağ rəngli qaşlı, Rusiya istehsalı 7 qram 585 əyar) oğurlanmasını müşahidə etmişlər. Buna görə də bu barədə polisə müraciət etmişlər. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8 ibtidai istintaq zamanı verdikləri ifadəsindən görünür ki, məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Zərərçəkmiş şəxs5 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 21 iyul 2022-ci il tarixdə saat 15 radələrində Şahin telefonla zəng edərək Bakı şəhərinə getməyi, onun maşın almaq istədiyini bildirmişdir. Onunla razılaşaraq onun “KİA-Rio” markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhərinə getmişlər. Bakı şəhərində çatmamış “Ağ otel” deyilən yerdə qalmışlar. Səhəri gün Şahin ona, anasının Bakı şəhərinə gəldiyini, onunla görüşüb qayıdacağını demişdir. Şahin saat 11 radələrində yenidən otelə qayıtmış, Şahin ona getməyi demiş, otelin pulunu verən vaxt onun əlində pullar olduğunu görəndə pulların onda hardan olduğunu soruşduqda, Şahin maşın almaq üçün anasından aldığı pul olduğunu demişdir. Onlar birlikdə Şahinlə Bakı şəhərində hansısa məhəllələrə girib hardansa narkotik alıb gəlmişlər, həmin narkotiki kimdən almasını bilmir. Həmin yer səhv etmirsə Yasamal ərazisi olmuşdur. Narkotik vasitədən avtomobildə istifadə etmişlər, sonra isə Bakı Quba yolu ilə Qusara getmək üçün yola düşmüşlər. Həmin yolun ekoloji post deyilən yerdə onları saxlamışlar.Sonra ora Abşeron RPİ-nin əməkdaşları gəlmişlər. Şahinin narkotiki sonradan bildiyi oğurluq yolu ilə əldə etdiyi 45.000 rus rublu və 2300 manat pul, dostuna məxsus bankomat kartı aşkarlanaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 nümayəndəsi X4 izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs1 Finyad qızı onun qızıdır. Qızına məxsus 3 ədəd qızıl üzük və 1 ədəd qızıl boyunbağı oğurlanmışdır. 01 ədəd sadə qaşlı qızıl nişan üzüyü 350 manata alın, həmin qızılın italyan istehsalı olan qızıl, əyarı 750, çəkisi isə 5 qram olub, ikinci qızıl üzüyün qiyməti 180 manat, İtalyan istehsalı olub, 750 əyarlı olmaqla çəkisi 2,5 qram təşkil etmiş, bundan başqa üçüncü üzük 260 manat qiymətə alınmış, qızıl 3 qram çəkidə, Rusiya istehsalı 583 əyarlı olub, qızıl boyunbağı 2019-cu ilin mart ayında 350 manata alınmış, kulonlu olmaqla İtalyan istehsalı 750 əyarlı çəkisinin isə 7 qram olmuşdur. Dəymiş ziyan ödənilməmişdir. Qızı Zərərçəkmiş şəxs1 ona vurulmuş olan maddi ziyanı tələb edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7 Nizamədinovnanın, X1 nümayəndəsi Nümayəndə1 izahatında göstərmişdir ki, bu iş üzrə nümayəndəsi olduğu şəxslərə Təqsirləndirilən şəxs tərəfindən vurulmuş olan maddi ziyan ödənildiyinə görə Təqsirləndirilən şəxs qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 avqust 2022-ci il tarixli 3/1116 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 1,7,13 saylı daktilolentlərin səthindəki əl barmaq izləri. 2 saylı daktilolentin səthindəki “a”, “b” ovuc izləri 6, 12. 15, 16, 17, 18, 19 saylı daktilolentin səthindəki ovuc izləri və 10 saylı daktilolentin səthindəki “a” “b” əl-barmaq izləri şəxsiyyətin eyniləşdirlməsi üçün yararlıdır. Təqdim edilmiş 1,7,10,13 saylı daktilolentlərin səthindəki papilyar naxış izləri 3,4,5,8,9,11,14 saylı daktilolentlərin səthindəki əl-barmaq izləri və papilyar naxış izləri yayıldığına tam və aydın əks olunmadığından görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirlməsi üçün yararsızdırlar. Təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs sol əlinin baş barmağından, 13 saylı daktilolentin səthindəki əl-barmaq izi onun sağ əlinin şəhadət barmağından, 2 saylı daktilolentin səthindəki “a”, “b” ovuc izlərvə 16 saylı daktilolentin səthindəki ovuc izi onun sol əlin ovucunun hipotear hissəsindən. 17,18 saylıdaktilolentlərin səthindəki ovuc izlər onun sağ əlin ovucunun hipotenar hisəsindən qalmışdır. Təqdim edilmiş 7 saylı daktilolentin səthində əl-barmaq izi 6,12,15,19 saylı daktilolentin səthindəki ovuc izləri və 10 saylı daktilolentin səthindəki “a”, “b” əl barmaq izləri Təqsirləndirilən şəxs daktiloxəritəyə köçürülmüş eksperimental əl-barmaq və ovuclarından qalmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/5269 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən 2022-ci ilin iyun ayına olan orta bazar qiyməti ilə Zərərçəkmiş şəxs2 məxsus Rusiya istehsalı olan 583 əyarlı 3 qram çəkidə sadə qaşlı qızıl üzük 270 manat, Zərərçəkmiş şəxs1 məxsus İtaliya istehsalı olan 750 əyarlı, 2,5 qram çəkidə olan sadə qaşlı 01 ədəd qızıl üzük 275 manat, İtaliya istehsalı olan 750 əyarlı, 5 qram çəkidə olan 01 ədəd qızıl nişan üzüyü 275 manat, Rusiya istehsalı olan 583 əyarlı, çəkisi 3 qram olan sadə qaşlı 01 ədəd qızıl üzük 270 manat, İtaliya istehsalı olan 750 əyarlı klonla birlikdə ümumi çəkisi 7 qram olan 01 ədəd qadın qızıl boyunbağı 770 manat, ümumi dəyəri nəzəri qaydada təxminən 1860,0 manat müəyyən edilmişdir.Ekspertiza təyini haqqında qərarda qızıl-zinət əşyalarının 2022-ci ilin iyul ayına nəzəri qaydada hazırki orta bazar qiyməti ilə ümumi təxminən 1860 manat müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/5577 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən 2022-ci ilin iyun ayına olan orta bazar qiyməti ilə Zərərçəkmiş şəxs7 Rusiya istehsalı olan 585 əyarlı 4 qram çəkidə 01 cüt qaşsı dairəvi sırğanın qiyməti 360 manat, Zərərçəkmiş şəxs5 məxsus Rusiya istehsalı olan 585 əyarlı, 11 qram çəkidə olan sadə qaşlı 01 ədəd adi qaşlı (kvadrat ulduz qaşlı, qara rəngli içərisində kiçik ağ rəngli qaş var) qızıl üzük 630 manat, Zərərçəkmiş şəxs6 məxsus Rusiya istehsalı olan 585 əyarlı, 11 qram çəkidə 01 cüt sırğa üç yarpaq formasında (ayrı-aayrılqıda, mərkəzdə briliant. yaşıl rəngli) 990 manat, Rusiya istehsalı olan 585 əyarlı, çəkisi 20 qram olan 01 ədəd qadın boyunbağı zümrüd qaşlı klonla qiyməti 1800 manat, 585 əyarlı 3 qram çəkidə 01 ədəd qızıl qadın boyunbağısı qiyməti 270 manat, 585 əyarlı 15 qram çəkidə 01 ədəd qadın qolbağı 1350 manat, 02 ədəd bitişik xırda ürək formasında qızıl klon, 01 ədəd Rusiya istehsalı, 585 əyarlı briliant qaşlı, çəkisi müəyyən olunmadığından qiymətləndirmə aparılmamış, Rusiya istehsalı, 585 əyarlı 7 qram çəkidə xırda briliant qaşlı kənarları zümrüd qaşlarla yarpaq formasında qadın üzüyü 630 manat təşkil etmişdir. Ekspertiza təyini haqqında qərarda qızıl-zinət əşyalarının 2022-ci ilin iyul ayına nəzəri qaydada hazırki orta bazar qiyməti ilə ümumi təxminən 6030,0 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılaqıda adları və qiymətləri rəyin tədqqat hissəsində göstərilmişdir. Zərgərlik məmulatlarının üzərində olan briliant qaşların qiymətini müəyyən etmək üçün həmin briliyant qaşlara baxış keçirmədən onların keyfiyyətini müəyyən etmək mümkün deyildir. Bu səbəbdəndə brilyant qaşlar qiymətləndirmə aparmaq mümkün olmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/5168 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən 2022-ci ilin iyun ayına olan orta bazar qiyməti ilə Zərərçəkmiş şəxs4 məxsus Rusiya istehsalı olan 583 əyarlı 2,5 qram çəkidə paxlava şəkilində qızıl qadın klonu 225 manat, Rusiya istehsalı olan 583 əyarlı 5 qram çəkidə sadə təkqaşlı qızıl üzük 450 manat, Rusiya istehsalı olan 583 əyarlı 5 qram çəkidə qızıl sırğa (cüt) dairəvi qaşsız 50 manat, Zərərçəkmiş şəxs3 məxsus olan Rusiya istehsalı olan 583 əyarlı 5 qram çəkidə qızıl diş kalonka 450 manat ümumi dəyəri nəzəri qaydada təxminən 1575 manat müəyyən edilmişdir.Ekspertiza təyini haqqında qərarda qızıl-zinət əşyalarının 2022-ci ilin iyul ayına nəzəri qaydada hazırki orta bazar qiyməti ilə ümumi təxminən 1575 manat müəyyən edilmişdir. İş materiallarından görünür ki, məhkəmə-əmtəşünaslıq ekspertizasının rəyində texniki səhv ucbatından qiymətləndirə bilmədiyi, 01 ədəd Rusiya istehsalı, 585 əyarlı briliyant qaşlı klon, çəkisi müəyyən olunmadığından qiyməti Qusar şəhərində qızıl satışı ilə məşğul olan mağazanın xx.xx.2022-ci il tarixli arayışına əsaslanaraq yəni, Zərərçəkmiş şəxs6 məxsus qızıl klon şəkillərə baxış nəticəsində nəzəri olaraq 450 manat dəyərində hesablanaraq qiymətləndirilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur, həmçinin təqsirləndirildiyi CM-nin 177.2.2, 177.2.3, 177.2.4cü maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qusar rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Xəzər rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Qusar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 06 (altı) ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər az ağır cinayət törətməyə görə məhkum olunmuş və cəzasını çəkib qurtardıqdan sonra 2 il keçmədən yenidən qəsdən az ağır cinayət törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3, 83.4-cü maddələrinin tələbinə əsasən məhkumluğu ödənilməmiş və buna görə də, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə əsasən onun əməlində cinayətlərin residivi vardır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi mövcud olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən ona təyin ediləcək cəzanın müddəti təqsirləndirildiyi maddənin sanksiyasının yuxarı həddinin yarısından az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan halları nəzərə alaraq, azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzanı təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir, belə olan halda cəzanın məqsədi təmin edilə bilməz. Təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. İş materiallarından görünür ki, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7 Nizamədinovnanın, X1 Təqsirləndirilən şəxs tərəfindən dəymiş olan maddi ziyan ödənilmiş və ona qarşı şikayət və tələbləri yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 vurulmuş maddi ziyan ödənilməmişdir. Zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7 Nizamədinovnaya, X3 Təqsirləndirilən şəxs tərəfindən dəymiş olan maddi ziyan ödənilməsi və həmin zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini bu iş üzrə dəymiş ziyanın qismən ödənilməsi kimi qəbul edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi onun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddələrinə görə azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan və əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən yuxarıda qeyd olunan normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğuna təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır, tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında olan protokoldan və Qusar rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs 24 iyul 2022-ci il tarixdə tutulmuş, həbs etmənin əvvəli həmin tarixdən hesablanmışdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı 24 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı mülki iddia verməmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə işin faktiki hallarına və araşdırılmış sübutlara istinad edərək zərərçəkmiş şəxsə mülki iddia ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsini əsaslı sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri 311 (üç yüz on bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilmədir. İş üzrə maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197,198, 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 3 (üç) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı 24 iyul 2022-ci il tarixdən hesablansın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri 311 (üç yüz on bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı maddi ziyanın ödənilməsinə dair tələbi üzrə ona müvafiq məhkəmədə mülki iddia qaldırmaq hüququnun olması izah edilsin Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Qusar rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Əli Cəlilov
Məhkəmə qərarları › İş №1(029)-7/2023
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-7/2023
04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver