Məhkəmə qərarları › İş №1(029)-70/2020

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-70/2020

19.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-70/2020 19.08.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi: Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1983-cü ildə Qusar rayonu Qarat-oba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay (boşanmış), himayəsində bir nəfər azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Qusar rayonu Qarat oba kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş, onun Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilir ona görə ki, o, 2019-cu ilin sonlarında X3 şəhərində, şəxsiyyəti istintaqa məlum olmayan Rusiya Federasiyasının vətəndaşından aldığı, tərkibində narkotik maddələr olan narkotik təbiətli çətənə (kannabis) növünə aid 12 ədəd bitki toxumunu 2020-ci ilin may ayının əvvəllərində Qusar rayonu Qarat-oba kəndi ərazisində yerləşən, özünə məxsus fındıq bağında 03 ədəd dibçəkdə qanunsuz olaraq əkmiş, kök üstə bitən 05 ədəd bitkiyə aqrotexniki qaydada qulluq edib becərib yetişdirməklə kultivasiya etmiş, xx xxxx 2020-ci il tarixdə saat 17:10-da növbəti dəfə həmin kollara qulluq göstərən zaman Qusar rayon polis şöbəsinin əməkdaşları tərəfindən həmin yerdə saxlanılmış və baxış keçirilərkən ümumi təmiz çəkisi-2,788 qram olan, əkilib becərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan 05 ədəd çətənə (kannabis) bitki kolu aşkar edilərək dibçəklərlə birlikdəgötürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hərdən narkotik vasitə olan qurudulmuş marixuana qəbul edir, belə ki, çox vaxt Dağıstan Respublikasına gedən zaman orada narkotik vasitə qəbul etmişdir. 2019-cu ilin sonlarına yaxın o, işləmək üçün X3 şəhərinə getmiş və orada olan zaman tanımadığı şəxsdən 1500 Rus rubla 12 ədəd çətənə toxumu almış, sonra isə oradan Dağıstan Respublikasına getmiş və həmin çətənə toxumlarını da özü ilə aparmış, daha sonra isə Azərbaycan Respublikasına gəlmiş və həmin çətənə toxumlarını özü ilə gətirmişdir. Daha sonra isə həmin toxumları Qusar rayonu Qarat-oba kəndində yerləşən, özünə məxsus olan fındıq bağında ağaclardan birinin dibində gizlətmiş, 2020-ci ilin may ayının əvvəllərində isə həmin 12 ədəd çətənə toxumlarını əkmək qərarına gəlmiş, ona görə də özünə məxsus olan fındıq bağında həmin çətənə toxumlarını 03 ədəd plastik dibçəkdə əkmiş, sonra isə bir neçə dəfə onlara su vermiş və digər qulluq göstərmiş və həmin dibçəklərdə 05 ədəd çətənə kolu bitmişdir. Bundan sonra o, öz bağına gedən zaman orada bəzi işləri görmüş, eyni zamanda əkdiyi 05 ədəd çətənə koluna da nəzarət etmiş, onlara su vermiş və digər qulluq göstərmiş, bir neçə dəfə də onların yarpaqlarından yığıb qurudaraq özü qəbul etmişdir. xx xxxx 2020-ci il tarixdə də təxminən saat 17 radələrində o, özünə məxsus olan fındıq bağına gedərək orada bəzi işləri görmüş, eyni zamanda əkdiyi çətənə kollarına başçəkmiş və onlara su vermişdir. Həmin vaxt mülki geyimdə bir neçə polis əməkdaşı oraya gələrək onu tutmuşlar. Həmin vaxt o, çətənə kollarını əkməsini etiraf etmişdir. Polis əməkdaşları onun və digər iştirakçıların iştirakı ilə videoçəkilişlə həmin yerə baxış keçirmiş, əkdiyi 05 ədəd çətənə kolunu aşkar edib onları götürərək bir ədəd torbaya qoyub qablaşdırmış, sonra isə həmin torba möhürlənmiş o və digər iştirakçılar tərəfindən üzərinə imzalar edilmiş, daha sonra təhqiqatçı tərəfindən tərtib olunmuş protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən heç bir əlavə və düzəliş daxil edilməmiş, o və digər iştirakçılar protokolu imza etmişlər. Əməlindən peşmandır, himayəsində bir nəfər azyaşlı uşağı vardır. Yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Qusar rayon polis şöbəsinin CAB-də əməliyyat müvəkkili vəzifəsində işləyir. RPŞ-nin X6 əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 xx xxxx 2020-ci il tarixdə Qusar rayonu Qarat-oba kənd sakini Təqsirləndirilən şəxs Məmmdkərimoviçin özünə məxsus olan fındıq bağında tərkibində narkotik vasitə olan çətənə kolları əkib-becərməsi barədə məlumat qəbul etmiş və dərhal bu barədə raportla polis şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Şahid2 raportla məruzə etdikdən sonra rəhbərliyin müvafiq göstərişi əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunmuş və həmin qərarın icrası üçün əməliyyat qrupu yaradılmışdır. Bundan sonra o, xx xxxx 2020-ci il tarixdə təxminən saat 13 radələrində şöbənin digər əməkdaşı Şahid1, Şahid2 və Elvin Əliyevlə birlikdə Qusar rayonu Qarat-oba kəndinə gedərək Təqsirləndirilən şəxs çətənə kolları əkdiyi ərazini müşahidəyə götürmüşlər. Həmin gün təxminən saat 17 radələrində Təqsirləndirilən şəxs özünə məxsus olan fındıq bağına daxil olduğunu və 03 ədəd dibçəkdə əkdiyi çətənə kollarına su vediyini görmüşlər. Həmin vaxt ona yaxınlaşaraq özlərini təqdim etmiş, Təqsirləndirilən şəxs da orada 03 ədəd dibçəkdə əkilmiş 05 ədəd çətənə kollarını göstərərək həmin kolların onun özü tərəfindən əkildiyini bildirmiş, sonra isə o, bu barədə şöbə rəhbərliyinə məruzə etmiş və həmin vaxtdan sonra oraya təhqiqatçı, mütəxəssis və digər iştirakçılar gəlmişlər. Bundan sonra orada RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Rauf Əsədov tərəfindən Təqsirləndirilən şəxs çətənə kollarıəkdiyi dibçəklərə baxış keçirilmiş, baxış keçirilən zaman dibçəklərdə 05 ədəd çətənə kolunun əkildiyi müəyyən olunmuş, Təqsirləndirilən şəxs həmin 05 ədəd çətənə kolunun onun tərəfindən şəxsi istifadəsi üçün əkildiyini bildirmiş və həmin kollara baxış keçirildikdən sonra isə onların beşi də dibçəklərlə birlikdə Təqsirləndirilən şəxs, o və digər iştirakçıların iştirakı ilə bir ədəd torbaya qoyularaq qablaşdırılıb götürülmüşdür. Daha sonra təhqiqatçı Rauf Əsədov tərəfindən tərtib olunmuş protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən heç bir əlavə və düzəliş daxil edilməmiş, o və digər iştirakçılar həmin protokolu imza etmişlər. İş materiallarına əlavə edilmiş Qusar RPŞ-nin xx xxxxxx 2020-ci il tarixli 149- 15484-1220 saylı məhkubdan görünür ki, Qusar RPŞ-nin İTB-nin İxrac neft-qaz boru kəmərlərinin təhlükəsizliyi qrupunun baş inspektoru, polis mayoru Şahid1 ailə vəziyyəti ilə bağlı üzürlü səbəbdən xidmət etdiyi rayonun ərazisini tərk etmiş, NMQ-nun əməliyyat müvəkkili, polis kapitanı Şahid2 isə xidməti iş yeri Siyəzən RPŞ-nə dəyişmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında tədqiq edilərək araşdırılmış ifadəsindən görünür ki, o, Şahid3 ifadəsinə uyğun eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları tam təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında tədqiq edilərək araşdırılmış ifadəsindən görünür ki, Qusar rayon polis şöbəsinin X6 əməliyyat müvəkkili vəzifəsində işləyir, xx xxxx 2020-ci il tarixdə Qusar rayonu Qarat-oba kənd sakini Təqsirləndirilən şəxs Məmmdkərimoviçin özünə məxsus olan fındıq bağında tərkibində narkotik vasitə olan çətənə kolları əkib-becərməsi barədə məlumat qəbul etmiş və dərhal bu barədə raportla polis şöbəsinin rəhbərliyinə məruzə etmişdir. O, raportla məruzə etdikdən sonra rəhbərliyin müvafiq göstərişi əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunmuş və həmin qərarın icrasıüçün əməliyyat qrupu yaradılmışdır. Bundan sonra o, xx xxxx 2020-ci il tarixdə təxminən saat 13 radələrindəşöbənin digər əməkdaşı Şahid1, Elvin Əliyev və Şahid3la birlikdə Qusar rayonu Qarat-oba kəndinə gedərək Təqsirləndirilən şəxs çətənə kollarıəkdiyi ərazini müşahidəyə götürmüşlər. Həmin gün təxminən saat 17 radələrində Təqsirləndirilən şəxs özünə məxsus olan fındıq bağına daxil olduğunu və 03 ədəd dibçəkdəəkdiyi çətənə kollarına su vediyini görmüşlər, həmin vaxt ona yaxınlaşaraq özlərini təqdim etmişlər, Təqsirləndirilən şəxs da orada 03 ədəd dibçəkdəəkilmiş 05 ədəd çətənə kollarını göstərərək həmin kolların onun özü tərəfindən əkildiyini bildirmiş, sonra isə o, bu barədəşöbə rəhbərliyinə məruzə etmiş və həmin vaxtdan sonra oraya təhqiqatçı, mütəxəssis və digər iştirakçılar gəlmişlər. Bundan sonra orada RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Rauf Əsədov tərəfindən Təqsirləndirilən şəxs çətənə kollarıəkdiyi dibçəklərə baxış keçirilmiş, baxış keçirilən zaman dibçəklərdə 05 ədəd çətənə kolunun əkildiyi müəyyən olunmuş, Təqsirləndirilən şəxs həmin 05 ədəd çətənə kolunun onun tərəfindən şəxsi istifadəsi üçün əkildiyini bildirmiş və həmin kollara baxış keçirildikdən sonra isə onların beşi də dibçəklərlə birlikdə Təqsirləndirilən şəxs, o və digər iştirakçıların iştirakı ilə bir ədəd torbaya qoyularaq qablaşdırılıb götürülmüşdür. Daha sonra təhqiqatçı Rauf Əsədov tərəfindən tərtib olunmuş protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən heç bir əlavə və düzəliş daxil edilməmiş, o və digər iştirakçılar həmin protokolu imza etmişlər. Cinayət işinin materiallarında olan xx xxxx 2020-ci il tarixli baxış keçirilməsi haqında protokoldan görünür ki, baxış keçirilən yer Qusar rayon Qarat-oba kəndində yerləşən Təqsirləndirilən şəxs Məmmədoviçə məxsus bağ sahəsidir. Baxış zamanı bağ sahəsində fındıq ağaclarının əkildiyi müşahidə olundu. Həmin bağ sahəsinin digər qonşuluqda olan bağ sahələri ilə çəpərlərlə ayrılan və bağ sahəsinin giriş qapısının Qarat oba kəndinə gedən mərkəzi yolun yaxınlığında olmağı müşahidə olundu. Baxış zamanı Təqsirləndirilən şəxs bağ sahəsinin ona məxsus olmasını bildirdi. Baxış zamanı Təqsirləndirilən şəxs bağ sahəsində 3 ədəd plastik qabda narkotik tərkibli çətənək bitkisinin toxumlarını əkdiyini, həmin qablarda 5 ədəd narkotik tərkibli bitkinin bitdiyini və həmin narkotik tərkibli bitkilərə qulluq etdiyini bildirərək həmin qablarda olan bitkiləri təqdim etdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 3 ədəd plastik qablara baxış keçirilərkən həmin qabların içərisindən 5 ədəd olmaqla hər birinin uzunluğu 19 sm, 16 sm, 15sm, 6sm, və 8 sm olan narkotik tərkibli çətənə bitkisinə bənzər bitkilər (ştillər) aşkar olundu. Baxış zamanı aşkar edilmiş 3 ədəd plastik qablar içərisində olan 5 ədəd narkotik tərkibli bitkiyə bənzər bitkilər ilə birlikdə işüçün əhəmiyyət kəsb etdiyi üçün qablaşdırılaraq götürüldü. Baxış zamanı Panasonic markalı video kamera ilə video çəkiliş aparıldı və SONY markalı foto kamera ilə foto şəkillər çəkildi. Cinayət işi materiallarında olan Qusar Dövlət Aqrar İnkişaf mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi X.M.Babayevin x xxxx 2020-ci il tarixli rəyindən görünür ki, x xxxx 2020-ci il tarixdə Qusar rayonun Qarat oba kənd sakini Təqsirləndirilən şəxs məxsus bağ sahəsində olan 3 ədəd plastik qablara keçirilmiş baxış zamanı müəyyən edilmişdirki, həmin qabların içərisində olan 05 sayda hər birinin uzunluğu 19sm, 16sm, 15sm, 6sm, və 8 sm olmaqla narkotik tərkibli çətənə bitkiləridir. Eyni zamanda həmin çətənə bitkilərinə aqro teniki qulluq göstərilmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəmə-bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 7/305 saylı rəyindən görünür ki, Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “.......Təqsirləndirilən şəxs məxsus Qusar rayonu Qarat-oba kəndində yerləşən bağ sahəsində aşkar edilərək götürülmüş 1 ədəd plastik qabda olan 2 ədəd narkotik tərkibli bitkiyə bənzər bitkilər” yazıları və imzalar olan sintetik torbada 1 ədəd plastik qabın içərisində olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş, narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “.......Təqsirləndirilən şəxs məxsus Qusar rayonu Qarat-oba kəndində yerləşən bağ sahəsində aşkar edilərək götürülmüş 2 ədəd plastik qabda olan 2 ədəd narkotik tərkibli bitkiyə bənzər bitkilər” yazıları və imzalar olan sintetik torbada 2 ədəd plastik qabın içərisində (birində 1 ədəd, digərində 2 ədəd olmaqla) olan, ümumi sayı 3 ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş, narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Həmin bitkilər eyni növdəndirlər. Təqdim olunmuş iki ədəd sintetik torbalarda olan 3 ədəd dibçəkdə ümumi sayı 5 ədəd olan bitki nümunələrinin ümumi çəkisi-2,788 qramdır. Aqronomun rəyinə əsasən onlara aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər. Tədqiqata sərf edildi cəmi-0,1 qram (hər obyektdən 0,02 qram), qalıq-2,688 qramdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 1680 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən başlanğıc mərhələli narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 7/305 saylı ekspertiza xərclərinə dair bildirişdən görünürki, aparılmış ekspertiza tədqiqatının dəyəri 66,46 (altmış altı manat qırx altı qəpik) manat təşkil edir. Cinayət işinin materiallarında olan xx xxxx 2020-cu il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, işüzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs əkib becərdiyi 01 ədəd sintetik torbada ümumi təmiz qalıq çəkisi-2,688 qram olan narkotik təbiətli 05 ədəd çətənə (kannabis) bitkisi kütlələri maddi sübut kimi tanınmış və saxlanması üçün Qusar RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. İş materiallarında olan Qusar RİHB-nın Şirvanlı kənd X11 üzrə nümayəndəliyi tərəfindən verilmiş 308 saylı xx xxxx 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Qusar RİHB-nın Şirvanlı kənd X11 üzrə nümayəndəliyi tərəfindən verilmiş 307 saylı xx xxxx 2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi, anası X4, xx xxxx 1989-cu il təvəllüdlü qardaşı X1 və xx xxxxxxxx 1987-ci il təvəllüdlü bacısı X2 ibarətdir. İş materiallarında olan Qusar RİHB-nın Şirvanlı kənd X11 üzrə nümayəndəliyi tərəfindən verilmiş 306 saylı xx xxxx 2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qusar rayonun Qaratoba kəndində yaşayır və qeydiyyatdadır. İş materiallarında olan AZ-İİİ nömrəli 332134 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxx 2014-cü il tarixdə anadan olmuş Dəniz adlı uşağın atası Təqsirləndirilən şəxs, anası X5. Cinayət işinin materiallarında olan cinayət törətməkdə şübhəli şəxsin tutmaq haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ciil tarixdə saat 18:50-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. Cinayət işinin materiallarında olan qətimkan tədbiri seçmək barədə xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, və o, Qusar RPŞ-nin X9 dərhal azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədəxx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əldə etdiyi çətənə toxumları narkotik vasitə hesab olunmadığından onların Azərbaycan Respublikası gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə Azərbaycan Respublikasına keçirilməsi cinayət məsuliyyəti yaratmadığından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 206-cı maddəsi ilə cinayət təqibi rədd edilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, iş üzrə dindirilmiş özünün etiraf edici ifadəsi, şahidlərin ifadələri, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş ekspert rəyləri, eləcə də işdə olan digər mötəbər sübutlarla ona tam sübuta yetirilmişdir. Məhkəmə yuxarıda göstərilən mötəbər sübutlara birgə qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun himayəsində bir nəfər azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi qəbul edir, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, himayəsində bir nəfər azyaşlı uşağının olmasını, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini və işin digər hallarını nəzərə alaraq təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılmasıüçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrəçəkilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar rayonu Qarat oba kəndindəki evini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qusar rayonun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 04 (dörd) gün müddət hazırki hökmlə ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 66,46 (altış altı manat qırx altı) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAR (XİİS) hesabı, adı Dövlət Xəzinadarlığı Agentliyi, Kodu- 210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK- CTREAZ22) hesaba ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan 01 ədəd sintetik torbada ümumi təmiz qalıq çəkisi-2,688 qram olan narkotik təbiətli 05 (beş) ədəd çətənə (kannabis) bitkisi kütlələri məhv edilməli, 02 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia olmadı. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs yaşadığı Qusar rayonu Qarat oba kəndindəki evini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qusar rayonun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 66,46 (altış altı manat qırx altı) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAR (XİİS) hesabı, adı Dövlət Xəzinadarlığı Agentliyi, Kodu- 210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK- CTREAZ22) hesaba ödənilsin İş üzrə maddi sübut kimi tanınmış Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan 01 ədəd sintetik torbada ümumi təmiz qalıq çəkisi-2,688 qram olan narkotik təbiətli 05 (beş) ədəd çətənə (kannabis) bitkisi kütlələri məhv edilsin, 02 ədəd DVD disk iş materiallarında saxlanılsın. Hökmün icrası Qusar rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olduğu andan 20 (iyirmi) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Azərbycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar