Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-70/2021 21.12.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1988-ci ildə Qusar rayonu Tahircal kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Qusar şəhəri Lezgintsev küçəsi ev 51-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, 21.05.2021-ci il tarixdə saat 20:30 radələrində keçmiş arvadı Zərərçəkmiş şəxs Qusar rayonu Lezgintsev küçəsi ev 49-da yerləşən yaşayış evinə, sonuncunun və ailə üzvlərinin evdə olmadığından istifadə edərək, açıq pəncərədən daxil olaraq Zərərçəkmiş şəxs məxsus şarj cihazına qoşulmuş vəziyyətdə olan, həmin telefonun üzərində olan dəyəri 125,0 manat 01 ədəd “Samsung J6” markalı mobil telefonu, dəyəri 3,0 manat olan 01 ədəd “Medion” markalı SD 2 GB yaddaşı olan flash kartı, dəyəri 2,0 manat olan 01 ədəd qoruyucunu (kabro) və dəyəri 3,0 manat olan “Nar” mobil nömrəsini gizli yolla talamaqla oğurlayaraq, zərərçəkmişə cəmi 128 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadə verərək göstərmişdir ki, o, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi nikahda olmuş, bir uşaqları vardır. 2 il olar ki, Bella ilə ayrılmışlar. O, uşağı görmək üçün tez-tez Zərərçəkmiş şəxs evinə getmişdir. O, bir neçə dəfə Bellanın özünə məxsus mobil telefonla kimlərləsə mesajlaşdığını görmüş, ona görə də, qısqandığından 21 may 2021-ci il tarixdə Bellanın yaşadığı evdə heç kimin olmamasından istifadə edərək evin pəncərəsindən içəri daxil olaraq həmin telefonu götürmüşdür. Bunu etməkdə məqsədi həmin telefonun içindəkilərə baxmaq olmuşdur. Həmin telefonu götürüb yerində kodunu aça bilmədiyinə görə götürmüşdür. Sonradan, götürdüyü əşyaları Bellaya qaytarmışdır. Hazırda əməlindən peşmandır, zərər çəkmiş şəxslə barışmış, dəymiş ziyanı aradan qaldırmış, həmin şəxsin ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Odur ki, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin ifadəsi ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlərin ibtidai istintaq zamanı verdiyi ifadələri, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. O, ünvan 1 ünvanda yaşayır. Təqsirləndirilən şəxs ilə əvvəllər qeyri-rəsmi nikahda yaşamış, bir uşaqları olmuşdur. Təqsirləndirilən şəxs uşağı görmək üçün tez-tez onun evinə gəlib-getmişdir. 21 may 2021-ci il tarixdə o, özünə məxsus mobil telefonu elektrik cərəyanına qoşaraq ailə üzvləri ilə birlikdə qonşuya getmiş, evə qayıtdıqda isə mobil telefonun evdə olmadığını görmüşdür. Bu barədə anasından və bacısından soruşmuş, onlar telefonu görmədiklərini bildirmişlər. Bundan sonra o, pəncərədə palçıq və ayaq izləri görmüş və telefonun oğurlandığını bilmişdir. Ona görə də, bu barədə polisə şikayət etmişdir. Məlum olmuşdur ki, həmin mobil telefonu Təqsirləndirilən şəxs pəncərədən evə daxil olaraq oğurlamışdır. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı aradan qaldırmış, o, həmin şəxslə barışmış və ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Odur ki, həmin şəxsin barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Qorxmazla bacısının 2017-ci ildə qeyri-rəsmi nikaha daxil olaraq ailə həyatı qurduqlarını, bu nikahdan 2018-ci il tarixdə Mirzə adlı övladlarının dünyaya gəldiyini, lakin Qorxmazla yola gedə bilmədiklərindən 2020-ci ilin may ayından ayrılaraq onlarla birlikdə yaşamağa başladığını bildirmişdir. Sonuncu dəfə 21 may 2021-ci il tarixdə saat 20 radələrində sərxoş vəziyyətdə keçmiş bacısının həyat yoldaşı Qorxmaz, azyaşlı oğlu Mirzə ilə görüşmək üçün onların həyətinə gəlmiş, görüşdükdən sonra küçəyə çıxmışdır. Qorxmaz küçəyə çıxdıqdan sonra anası Kəmalə və bacısı Bella ilə birlikdə tanışlarının evinə qonaq getmişlər. Oradan saat 23 radələrində gələrkən evin qonaq otağında olan bacısına məxsus olan “Samsung J6” markalı mobil telefonun yerində olmadığını görmüş, həmin telefona anasının zəng etdiyi vaxt Qorxmaz cavab verərək telefonu sonradan söndürdüyünü söyləmişdir. Buna görə də, bacısı Bellan Təqsirləndirilən şəxs 21.05.2021-ci il tarixdə Qusar RPŞ-yə ərizə ilə müraciət etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Qorxmazla qızı Bellanın 2017-ci ildə qeyri-rəsmi nikaha daxil olaraq ailə həyatı qurduqlarını, bu nikahdan 2018-ci il tarixdə Mirzə adlı övladlarının dünyaya gəldiyini bildirmişdir. Onların sonradan münasibətlərinin korlanması ucbatından qızı Bellanın 2020-ci ilin may ayından keçmiş kürəkəni Qorxmazdan ayrılaraq onlarla birlikdə yaşamağa başlamışdır. Sonuncu dəfə 21 may 2021-ci il tarixdə saat 20 radələrində sərxoş vəziyyətdə keçmiş kürəkəni Qorxmaz, azyaşlı oğlu Mirzə ilə görüşmək üçün onların həyətinə gəlmiş, görüşdükdən sonra küçəyə çıxmışdır. Bundan sonra o, Qorxmaz küçəyə çıxdıqdan sonra Nella və Bella ilə birlikdə tanışlarının evinə qonaq getmişdir. Oradan saat 23 radələrində gələrkən evin qonaq otağında olan qızı Bellaya məxsus “Samsung J6” markalı mobil telefonun yerində olmadığını görmüş, həmin telefona zəng etdiyi zaman Qorxmaz cavab verərək telefonun onda olmasını təsdiqləmiş, daha sonra isə telefonu söndürdüyünü bildirmişdir. Buna görə də qızı Bella, Təqsirləndirilən şəxs 21.05.2021-ci il tarixdə Qusar RPŞyə ərizə ilə müraciət etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs Qusar RPŞ-yə ünvanladığı 22.05.2021-ci il tarixli ərizədən görünür ki, o, 21 may 2021-ci il tarixdə saat təxminən 20:30 radələrində özünün və ailə üzvlərinin evdə olmamağından istifadə edən keçmiş əri Təqsirləndirilən şəxs evin açıq pəncərəsindən evə gizli daxil olaraq ona məxsus “Samsung J6” markalı mobil telefonu oğurladığını göstərmiş və həmin şəxsin barəsində qanuni tədbir görülməsini, onun telefonunun tapılaraq ona qaytarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Qusar RPŞ-nin İB-nin müstəntiqi Xankişiyev Ümüd İsabala oğlu tərəfindən Təqsirləndirilən şəxs iştirakı ilə tərtib edilmiş 23 may 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 00:35-dən saat 01:25-dək Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefona baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs keçmiş arvadı Zərərçəkmiş şəxs oğurladığı 01 ədəd “Samsung J6” markalı mobil telefonu təqdim etmişdir. Telefonun qara rəngdə olması, qoruyucu şüşəsinin sındığı müəyyən edilmişdir. Telefonun üstündə 01 ədəd kabura, 01 ədəd 2 GB yaddaş kartı olmuşdur. Telefonun üzərində başqa hər hansı nasazlıq və sınmış yer aşkar olunmamışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Qusar RPŞ-nin İB-nin müstəntiqi X4 tərəfindən Zərərçəkmiş şəxs və Qusar RPŞ-nin İTB-nin YYÇPPİX-in inspektoru İsmət Səfərovun iştirakları ilə tərtib edilmiş 23 may 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 10:00-dan saat 11:00-dək Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanda yerləşən evə baxış keçirilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs özünə məxsus mobil telefonu qoyduğu yeri göstərmişdir. Sonra Təqsirləndirilən şəxs evə daxil olduğu yeri göstərmişdir. Baxış zamanı evin çöl tərəfində ayaq izlərinin olduğu müəyyən edilmişdir. İş materiallarında olan fiziki şəxs X2 təmsilçisi Günay Abasova tərəfindən verilmiş 23.05.2021-ci il tarixli arayışdan görünür ki, ********** saylı Nar nömrəsinə aid nömrələrin diler dükanlarında satış qiyməti 3 AZN dəyərində satışı icra edilir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 29 iyun 2021-ci il tarixli 9/3531 saylı rəyindən görünür ki, analoji malların orta texniki göstəricilərinə əsasən ekspertiza təyini haqqında qərarda göstərilən istifadədə olmuş malların orta istismar müddəti və orta istismar intensivliyi parametrliyinə uyğun olaraq 2021-ci ilin may ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 125,0 manat müəyyən edilir. O cümlədən:
1. 01 ədəd 32 GB daxili yaddaşı olan, 3 GB RAM, qara rəngli, istifadəyə yararlı Samsung J 6 mobil telefonun ekranı zədəli vəziyyətdə satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması nəzərə alınmaqla orta bazar qiyməti -120,0 manat,
2. 01 ədəd “Medion” markalı micro SD 2 GB yaddaşı olan istifadəyə yararlı Flash kart 3,0 manat,
3. 01 ədəd qara rəngli qoruyucu (kabro) - 2,0 manat. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 29 iyun 2021-ci il tarixli 9/3531 saylı məktubdan və ona əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İş materiallarında olan ibtidai istintaq orqanının 26 iyul 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Zərərçəkmiş şəxs məxsus 01 ədəd “Samsung J6” markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınmış və gündəlik tələbatda istifadə olunduğundan sahibinə geri qaytarılması nəzərə alınmışdır. İş materiallarında olan 23.05.2021-ci il tarixli qəbzdən görünür ki, 01 ədəd mobil telefon Zərərçəkmiş şəxs qaytarılmış, bununla bağlı heç bir iddiası yoxdur. İş materiallarında olan 20 iyul 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 11:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan ibtidai istintaq orqanının 22 iyul 2021-ci il tarixli “qətimkan tədbiri seçmək haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, saat 10:50-də Qusar RPŞ-nin X6 dərhal azad olunmuşdur. İş materiallarında olan protokollaşdırma nömrəsi 02965 olan 23.05.2021-ci il tarixli alkotesterdən çıxarışdan görünür ki, həmin tarixdə saat 01:28-də Təqsirləndirilən şəxs qanında alkoqolun konsentrasiyası 0.371 promilli olmaqla o, sərxoş vəziyyətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 13.07.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Qusar rayon İHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 24.05.2021-ci il tarixli 1096 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi atası X1 ibarətdir. İş materiallarında olan AZ-İV 223881 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 03.12.2018-ci ildə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası Zərərçəkmiş şəxsdır. İş materiallarında olan Qusar rayon İHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 24.05.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs 21.05.2021-ci il tarixdə saat 20:30 radələrində keçmiş arvadı Zərərçəkmiş şəxs Qusar rayonu Lezgintsev küçəsi ev 49-da yerləşən yaşayış evinə, sonuncunun və ailə üzvlərinin evdə olmadığından istifadə edərək, açıq pəncərədən içəri daxil olaraq Zərərçəkmiş şəxs məxsus şarj cihazına qoşulmuş vəziyyətdə olan, həmin telefonun üzərində olan dəyəri 125,0 manat 01 ədəd “Samsung J6” markalı mobil telefonu, dəyəri 3,0 manat olan 01 ədəd “Medion” markalı SD 2 GB yaddaşı olan flash kartı, dəyəri 2,0 manat olan 01 ədəd qoruyucunu (kabro) və dəyəri 3,0 manat olan “Nar” mobil nömrəsini gizli yolla talamaqla oğurlayaraq, zərərçəkmişə cəmi 128 manat məbləğində maddi ziyan vurması və bununla da, onun Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59.1, 59.1.12, 59.1.13-cü maddələrinə əsasən cinayət törətmiş şəxsin zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.3-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamın 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun zərər çəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş zərəri tam aradan qaldırmasını, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmamasını, himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 3 ünvanda yerləşən evini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Həmçinin, Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşman olmuş, dəymiş zərəri tam aradan qaldırmaqla zərər çəkmiş şəxslə barışıq əldə etmiş, himayəsində bir azyaşlı uşağı vardır. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsin barəsində təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzası daha ədalətli olmaqla cəzanın məqsədlərinin təmin olunması üçün tam kifayət edər. İş üzrə maddi sübut kimi tanınmış, Zərərçəkmiş şəxs məxsus 01 ədəd “Samsung J6” markalı mobil telefonun, 01 ədəd “Medion” markalı SD 2 GB yaddaşı olan flash kartının, 01 ədəd qoruyucunun (kabro) və “Nar” mobil nömrəsinin sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərcləri 50 (əlli) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə 20 iyul 2021-ci il tarixdən 22 iyul 2021-ci il tarixədək 02 (iki) gün faktiki olaraq həbsdə saxlanma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 3 ünvanda yerləşən evini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, Zərərçəkmiş şəxs məxsus 01 ədəd “Samsung J6” markalı mobil telefonun, 01 ədəd “Medion” markalı SD 2 GB yaddaşı olan flash kartının, 01 ədəd qoruyucunun (kabro) və “Nar” mobil nömrəsinin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
SƏDRLİK EDƏN: ADİL VƏLİYEV