Məhkəmə qərarları › İş №1(029)-70/2022

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-70/2022

07.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-70/2022 07.12.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Laçinov Ramil Elnur oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs1 Tofık oğlunun, Müdafiəçi: Qusar rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Qusar rayonunun Avaran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta ixtisas təhsilli, "xxxx" MMC-də elektrik işləyən, əvvəllər məhkum olunmamış, Qusar rayonun Avaran kəndində qeydiyyatda olan və orada yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, xx.xx.2022-ci il tarixdə, saat 08 radələrində Qusar-Xurel yolunun Avaran kəndi ərazisindən keçən hissəsində yolun 3-cü kilometrliyində idarə etdiyi “Opel-Omega” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 33-cü maddəsinin 4-cü hissəsinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozub, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, avtomobili idarə etmək hüququ olmadan idarə etməməli, avtomobili yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə idarə etməli olduğu halda, qanunun bu tələblərini pozaraq, avtomobili sürücülük hüququ olmadan və yaşayış məntəqəsində 70-80 km saat sürətlə idarə etmiş, avtomobilin dayanıqlı hərəkətini təmin etməmiş, idarəetməni itirərək qarşı hərəkət zolağına çıxmış və əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs1 Tofık oğlunun idarə etdiyi “Lada 21917” markalı, **-TR-*** qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyyatsızlıqdan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 sağlamlığına “C69(boyun) fəqərənin sağ üst oynaq səthinin xətti sınıqı və sol saidin arxa səthinin çoxsaylı xırda ölçülü sıyrıqları” və Zərərçəkmiş şəxs2 sağlamlığına isə “sifətinin çoxsaylı kəsilmiş və cırılmış yaraları, sağ göz almasının (skleral) dəlib-keçən yaralanması ilə nəticələnmiş sağ gözdə görmə itiliyi 0,4 olmaqla (10%)” ifadə olunan dərəcələrinə görə sağlamlığa az ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 263-1.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadə verərək göstərmişdir ki, o, 28 iyun 2022-ci il tarixdə saat 08:30 radələrində etibarnamə ilə idarə etdiyi özünə məxsus olan “Opel-omega” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qusar şəhərinə getmək üçün tək yola düşmüş, həmin istiqamətdə getməyinə səbəb kimi səhhətində problemlərinin yaranması olmuşdur. Belə ki, uzun müddət böyrəklərində kistalar olduğundan təzyiqi qalxmış, buna görə də həmin vaxt özünü “Oki” özəl tibb müalicəxanasına çatdırmaq istəmişdir. Buna görə də nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobillə yola çıxmış, Qusar-Avaran yolu ilə Qusar istiqamətində hərəkətə başlamışdır. Həmin vaxt avtomobili 60 kilmoterr sürətlə idarə olunmalı yolda 70-80 km/saatda sürətlə idarə etdirmiş, bu vaxt Qusar rayonu Avaran kəndi ərazisində Rahib adlı həmkənlisinin evinin qarşısında, yolun 3-cü km-də Xurel istiqamətində tanımadığı “VAZ” markalı avtomobilin həmin yolda Hafizə məxsus olan “Lada 21917” markalı avtomobili ötərək keçmiş, bu səbəbdən o, döngəli hissədə avtomobilini sağa tərəf çəkmişdir. Bu vaxt onun avtomobili yolun sağ tərəfində yol çiynində oynamış, avtomobilin idarə etməsini itirmiş və avtomobil yolun sol tərəfinə “Lada 21917” markalı avtomobilin yoluna çıxmışdır. İdarə etməni itirərkən yol nəqliyyat hadisəsinin qarşısını alması üçün çalışmış, lakin hadisənin qarşısını ala bilməmiş, buna görə də həmin avtomobillə toqquşmuşdur. Toqquşma nəticəsində özü də daxil olmaqla “Lada- 21917” markalı avtomobildə olan sürücü Zərərçəkmiş şəxs1, onun azyaşlı qızı, həyat yoldaşı və başqa bir sərnişin Nərulla müəllim xəsarətlər almışlar. Bundan sonra həmin yerə çağırılmış təcili yardım gəlmiş, onları “Qusar RMX” Publik Hüquqi şəxsinə aparmışdır. Təqsirləndirilən şəxs həmçinin hazırda törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, ilk dəfə məhkəmə məsuliyyətinə cəlb olunduğunu, zərər çəkmiş şəxsə dəymiş zərərin aradan qaldırılmasını, himayəsində biri azyaşlı uşağının olduğunu, ailədə yeganə qazanc gətirən şəxs olduğunu göstərmiş və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması onun məhkəmə istintaqı zamanı səmimi etirafı, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin, şahidlərin ifadələri, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş ekspertiza rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Tofık oğlu ifadəsində göstərmişdir ki, 28 iyun 2022-ci il tarixdə saat 08:30 radələrində o özünə məxsus olan “Lada 21917” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qusar-Xurel yolu ilə Avaran kəndində yerləşən həyat yoldaşının işlədiyi məktəbə getmək üçün Qusar şəhərindən yola düşmüşdür. Həmin vaxt avtomobildə ön oturacaqda arvadı Gülya, arxa oturacaqda onunla birlikdə müəllim işləyən Nərulla müəllim və azyaşlı qızı Leyla əyləşmişdir. İdarə etdiyi avtomobili Qusar rayonu Avaran kəndinin içərisində təxminən 30-40 km/saatda sürətlə idarə etdirmiş, məktəbə yaxınlaşdığından həmin yolun 3-cü km-də sürəti biraz da azaltmış, avtomobili öz hərəkət zolağında hərəkət etdirmişdir. Hərəkətdə olan zaman həmin yolda başqa avtomobil olmamış, həmin vaxt təxminən 15 metr məsafədən qarşı hərəkət zolağında yolun döngəli hissəsindən çıxaraq avtomobilinin üstünə “Opel” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yüksək sürətlə gəldiyini müşahidə etmiş, buna görə avtomobilin hərəkətini daha da azaldaraq sağa tərəf çəkməklə tormozlayaraq saxlamışdır. Həmin vaxt etdiyi hərəkətdən başqa heç bir texniki imkanı olmamış, sağa tərəfə başqa yol olmamış buna görə də “Opel-omega” markalı avtomobil yüksək sürətlə gələrək avtomobilinə dəymiş, nəticədə özü daxil olmaqla avtomobildə olan şəxslər xəsarət alaraq “Qusar RMX”-na aparılmışlar. Onların Təqsirləndirilən şəxs ilə heç bir düşmənçiliyi və ədavəti olmamış, baş verən yol-nəqliyyat hadisəsi də istəməyərəkdən təsadüfən baş vermişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, 28 iyun 2022-ci il tarixdə saat 08 radələrində işlədiyi Qusar rayonu Avaran tam orta məktəbinə getmək üçün əri Hafizə məxsus “Lada Qrada” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobildə sürücünün yanında olan oturacaqda əyləşmiş, arxa oturacaqda isə 2012-ci il təvəllüdlü qızı Leyla və həmin məktəbdə təlimtərbiyə işləri üzrə direktor müavini işləyən Nərulla müəllim əyləşmişdir. Bu vaxt Qusar- Xurel yolunun 3-cü km-də, öz yolunda təxminən 20-30 km/saatda sürətlə hərəkətdə olan zaman qarşı hərəkət zolağından yüksək sürətlə “Opel” markalı avtomobilin onların yoluna çıxaraq üstlərinə gəldiyini müşahidə etmişdir. Həmin vaxt Hafiz tez avtomobili yerindəcə saxlamış, lakin hadisənin qarşısnı ala bilməmiş, hətta avtomobili sağa tərəf istiqamətləndirsədə həmin avtomobildən qaça bilməmişdir. Bu vaxt “Opel” markalı avtomobilin sürücüsü Kamil avtomobili sürətlə idarə etdiyindən yol nəqliyyat hadisəsi baş vermiş, hadisə zamanı ailə üzvləri ilə yanaşı Nərulla müəllim də xəsarət almış, yol nəqliyyat hadisəsi baş verməzdən əvvəl həmin yolda başqa avtomobil olmamış, hadisədən sonra onları xəstəxanaya aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 28 iyun 2022-ci il tarixdə, saat 08:40 radələrində kəndlərində yerləşən İlhama məxsus yaşayış evinin yaxınlığında dayanmış, Qusar şəhərinə getmək üçün avtomobil gözləmiş, həmin vaxt Hafiz özünə məxsus olan avtomobillə sərnişinləri avtomobilindən düşürdükdən sonra onu da Qusar şəhərinə aparmalı olmuş, Hafiz hər gün öz həyat yoldaşını məktəbə gətirmiş, bundan sonra Qusar şəhərinə qayıtmışdır. Buna görə də yolun kənarında dayanaraq avtomobil gözləyən vaxt Qusar istiqamətində “Opel” markalı avtomobilin sürətlə gələrək piyada keçiddən biraz yuxarı hissədə kənd istiqmətində avtomobilin idarə etməsini itirib, yolun sağ tərəfində olan İlhamın divarına tərəfə getmiş, daha sonra bu vaxt qarşı hərəkət zolağına çıxaraq Avaran kəndi istiqamətində hərəkət edən Hafizin idarə etdiyi “Lada-21917” markalı avtomobillə toqquşmuşdur. Həmin vaxt avtomobildə olan şəxslər xəsarətlər almış və xəstəxanaya aparılmış, hadisədən dərhal sonra xəstənaya o zəng edərək məlumat vermiş, hadisədən əvvəl yolda başqa heç bir avtomobil olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 28 iyun 2022-ci il tarixdə, saat 08 radələrində kəndlərində yerləşən yaşadığı evin yaxınlığında Qusar istiqamətində özünə məxsus olan motosikletlə hərəkət etmiş, bu vaxt “Opel” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü həmkəndlisi Kamilin idarə etdiyi avtomobillə sol tərəfdən yüksək sürətlə onu ötərək idarə etməni təpəlik yolda itirərək yolun sağına çıxmış, İlham adlı həmkəndlisinin evinin qarşısında yolun kənarında dayanan Aysel adlı həmkədlsini vurmağa az qalmış həmin şəxs kənara qaçmış, sonra isə idarə etməni itirib qarşı hərəkət zolağına çıxmış, həmin yolda kənd məktəbinə gedən direktorun olduğu “Lada-21917” markalı avtomobilinə dəymişdir. Buna görə də o tez hadisə yerinə qaçmış, “Lada” markalı avtomobildə olan xəsarət alan şəxsləri maşından çıxarmış və təcili yardım çağırmışlar. Hadisə baş verməzdən əvvəl yolda başqa heç bir avtomobil olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 28 iyun 2022-ci il tarixdə, saat 08 radələrində Qusar rayon Avaran məktəbinə getmək üçün Hafizin “Lada-21917” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobilində arxa oturacaqda onun azyaşlı qızı Leyla ilə əyləşmiş, sürücünün yanında isə Gülya müəllimə əyləşmişdir. Həmin vaxt Qusar-Xurel yolunun 3-cü km-də təxminən 20-30 km/saatda sürətlə öz hərəkət zolağında hərəkətdə olan zaman, qarşı hərəkət zolağından yüksək sürətlə “Opel” markalı avtomobilin yollarına çıxaraq üstlərinə gəldiyini müşahidə etmişdir. Həmin vaxt Hafiz tez avtomobili sağa tərəf çəkərək yerindəcə saxlamış, amma baş vermiş yol nəqliyyat hadisəsinin qarşısını ala bilməmişdir. Bu vaxt “Opel” markalı avtomobilin sürücüsü avtomobili sürətlə idarə etdirmiş, yol nəqliyyat hadisəsi baş vermiş, hadisə zamanı özü də daxil olmaqla avtomobildə olan hər kəs xəsarət almış, həmin vaxt yolda başqa avtomobil olmamış, hadisənin baş verməsinə səbəb “Opel-Omega” markalı avtomobilin sürücüsü Kamilin avtomobilin idarə etməsini itirirək sürətlə onların yoluna çıxaraq yol nəqliyyat hadisəsi törətməsi olmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Zərərçəkmiş şəxs2 ibtidai istintaq orqanına verdiyi ifadəsindən görünür ki, o, 28 iyun 2022-ci il traixdə saat 08 radələrində doğma anası Gülyanı doğma atası Hafiz özünə məxsus olan “Lada-21917” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qusar rayonu Avaran kənd tam orta məktəbinə aparmaq istəmiş, anası həmin məktəbdə direktor vəzifəsində işləmişdir. Bu vaxt arxa o, oturacaqda həmin məktəbdə direktor müavini işləyən Nərulla müəllimlə birlikdə əyləşmiş, sürücünün yanında olan oturacaqda isə anası Gülya əyləşmişdir. Həmin vaxt məktəbə çatmağa az qalmış, başqa bir avtomobil atası Hafizin idarə etdiyi avtomobilin üstünə gəlmiş, bu vaxt onların avtomobilini vurmuş, toqquşma nəticəsində onlar xəsarət alaraq “Qusar RMX”na aparılmışlar. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 07 iyul 2022-ci il tarixli 268 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər- C69(boyun) fəqərənin sağ üst oynaq səthinin xətti sınıqı və sol saidin arxa səthinin çoxsaylı xırda ölçülü sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirimə müddəti qərarda göstərilən vaxta, 28 iyun 2022ci il tarixdə YNH-si zamanı zamanı əmələ gələ bilər dərəcəsinə görə sağlamlıqda uzun müddətə pozğunluq törətdiyindən sağlamlığa az ağır zərər vurmaya aiddir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 14 iyul 2022-ci il tarixli 279 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sifətinin çoxsaylı kəsilmiş və cırılmış yaraları; sağ göz almasının (skleral) dəlib-keçən yaralanması ilə nəticələnmiş sağ gözdə görmə itiliyi 0,4 olmaqla (10%) kənarı iti əşyanın (əşyaların) təsirindən törənməklə yetirimə müddəti qərarda göstərilən vaxta, 28 iyun 2022-ci il tarixdə YNH-si zamanı zamanı əmələ gələ bilər dərəcəsinə görə sağlamlıqda uzun müddətə pozğunluq törətdiyindən sağlamlığa az ağır zərər vurmaya aiddir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 16 avqust 2022-ci il tarixli 8/2017 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Opel Omega” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cı maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimimum icazə verilən 60 km-saatda sürətdən artıq, yəni 70-80 km/saatda sürətlə idarə etdirdiyindən onun hərəkətlərində “Yol hərəkət haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 avqust 2022-ci il tarixli 8/2017 saylı məktubuna əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, həmin tarixli və həmin saylı ekspert rəyi üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manatdır. Cinayət işinin materiallarında olan Qusar RPŞ-nin xx.xx.2022-ci il tarixli 149- 186955-1222 saylı məktubdan görünür ki, Qusar rayonunun Avaran kənd sakini Təqsirləndirilən şəxs adında DİN-nin BDYPİ-nin mərkəzi informasiya sistemində hər hansı bir kateqoriyalı sürücülük vəsiqəsi qeydə alınmamışdır. Həmin Məcəllənin 140.0, 140.0.1, 140.0.2-ci maddələrinə əsasən cinayət prosesi gedişində aşağıdakı hallar yalnız aşağıda göstərilən sübutların əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri - tibb sahəsində ekspertin rəyi ilə; şübhəli və ya təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olub-olmaması - psixiatriya sahəsində ekspertlərin rəyi ilə müəyyən edilə bilər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş məhkəmə-tibbi və məhkəmə-yol nəqliyyat hadisələri ekspertizalarının müvafiq rəylərini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübut kimi qəbul edir. Cinayət işinin materiallarında olan Qusar rayon X5 Hüquqi şəxsin 06 sentyabr 2022-ci il tarixli PHŞ/6.54-2-2022-123 saylı məktubundan görünür ki, Qusar rayonu Avaran kəndində yaşayan, xx.xx.1987-ci il təvəllüdlü Qusar rayonunun Avaran kəndində yaşayan Təqsirləndirilən şəxs həmin Publik Hüquqi şəxsin poliklinika şöbəsində həkim psixiatrın və həkim narkoloqun qeydiyyatında yoxdur. Cinayət işinin materiallarında olan 07 sentyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi Opel Omega markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil və **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobil sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınmış və zərurət aradan qalxdığından sahibinə qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Qusar rayon İHB-nın Avaran kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 195 saylı 30 iyun 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi xx.xx.1995-ci il təvəllüdlü arvadı X1 və xx.xx.2016-cı il təvəllüdlü oğlu X3 ibarətdir. İş materiallarında olan Qusar rayon İHB-nın Avaran kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan AZ-İİ 873844 saylı doğum haqqında şəhadətnaməsinin surətlərindən görünür ki, xx.xx.2021-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 Hazız qızının atası Zərərçəkmiş şəxs1 Tofuk oğlu, anası X4r. İş materiallarında olan ADN 810394 saylı xx.xx.2020-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Opel Omega markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil xüsusi mülkiyyət hüququ üzrə X2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan 20.06.22-ci il tarixli alkotester qəbzdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs sərxoş olmamış, ayıq olmuşdur. Təqsirləndirilən şəxs əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta və ya cinayət əməlini törətməsi barədə iş materiallarına heç bir sənəd əlavə olunmamış və həmin hallar məhkəmə istintaqı zamanı müəyyən olunmamışdır. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə tərəfindən müəyyən olundu ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə idarə etdiyi “Opel-Omega” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən avtomobili sürücülük hüququ olmadan və yaşayış məntəqəsində 70-80 km saat sürətlə idarə etmiş, avtomobilin dayanıqlı hərəkətini təmin etməmiş, idarəetməni itirərək qarşı hərəkət zolağına çıxmış və əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs1 Tofık oğlunun idarə etdiyi “Lada 21917” markalı, **-TR-*** qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyyatsızlıqdan zərərçəkmiş şəxslərə dərəcələrinə görə sağlamlığa AZ AĞİR zərər vurulmasına səbəb olan cinayəti törətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. İç materiallarından görünür ki, zərərçəkmiş şəxslər Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun himayəsində bir azyaşlı uşağının olmasını, zərər çəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qəbul edir, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə məhkəmə məsuliyyətinə cəlb olunmasını, əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta və ya cinayət əməli törətməməsini, ailədə yeganə qazanc gətirən şəxs olmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini nəzərə alaraq ona əsas cəza növü olaraq təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının, əlavə cəza növü olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilirki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Əksinə, məhkəmə iclasında müəyyən olundu ki, zərər çəkmiş şəxsə dəymiş zərər Təqsirləndirilən şəxs tərəfindən tamamilə aradan qaldırılmış, zərər çəkmiş şəxs həmin şəxslə barışmış, ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Məlum yol-nəqliyyat hadisəsi nəticəsində onun özü də bədən xəsarəti almış, törətdiyi əməlindən səmimi peşman olmuşdur. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsin barəsində təyin olunacaq cərimə cəzası daha ədalətli olmaqla cəzanın məqsədlərinin təmin olunması üçün tam kifayət edər. Azərbaycan Respublikasının CM-nin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Təqsirləndirilən şəxs təyin ediləcək əlavə cəza müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. İş materiallarında olan ibtidai istintaq orqanının 03 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Opel Omega markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil və **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobil sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərcləri 128 (yüz iyirmi səkkiz) manat təşkil edir və Təqsirləndirilən şəxsdan alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7000 (yeddi) manat miqdarında cəzasına məhkum edilsin. Təyin olunmuş cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir ay müddətində müvafiq bank hesabına köçürülməklə ödənilsin. Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəza müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş « başqa yerə getməmək haqqında iltizam » qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası məhkumun yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış Opel Omega markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil və **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobil sahiblərinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs128 (yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə xərcləri alınaraq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar