Məhkəmə qərarları › İş №1(029)-70/2025

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-70/2025

19.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-70/2025 19.08.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Mərkəzi Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanda yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, xx.xx.1975-ci il təvəllüdlü, Qusar rayonu Həsənqala kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs qızı Şahid1 "xxxx" ASC-nin Quba rayon filialına işə düzəltmək üçün keçmiş sinif yoldaşı Təqsirləndirilən şəxs 2024-cü ilin dekabr və 2025-ci ilin yanvar aylarında ümumilikdə 9190 manat pul vermiş, lakin sonuncu nə Şahid1 işə düzəltmiş, nə də ki, aldığı pulu geri qaytarmayaraq zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurub dələduzluq etmişdir Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə özünü qismən təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Bakı şəhərində yerləşən 80 nömrəli məktəbdə oxumuş və orada onunla birlikdə Zərərçəkmiş şəxs oxumuşdur. Sinif yoldaşları ilə mütəmadi olaraq əlaqə saxlamış, 2024-cü ilin dekabr ayının 9-da Zərərçəkmiş şəxsla telefonla danışan zaman onun qızının işə düzəlib-düzəlmədiyini soruşmuş, Habil isə işsiz olduğunu bildirmişdir. Bu zaman ona "xxxx" ASC- nin baş ofisində tanışının olduğunu, həmçinin onun qızını ora işə düzəldə biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs ona qızını dediyi yerə işə düzəltmək istədiyini bildirmiş, 2024-cü ilin dekabr ayının 10-da səhər saatlarında Zərərçəkmiş şəxs zəng edərək qızının işini danışdığını, onu "xxxx" ASC-nin Quba rayon filialına 5000 (beş min) manata işə düzəldə biləcəyini demişdir. Zərərçəkmiş şəxs razılıq verərək ailə üzvləri ilə bu barədə danışacağını demişdir. O, həmin günün axşamı Zərərçəkmiş şəxs zəng edərək qızının adını Bankın sisteminə salmaq üçün 200 manat pul istəmiş. Zərərçəkmiş şəxs özünə məxsus, verdiyi **********164760 nömrəli "xxxx" ASC yə məxsus bank kartına “BirBank” tətbiqi vasitəsilə 200 manat pul göndərmişdir. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs qalan 4800 manat pulu “Milliön” posterminalı vasitəsilə **********164760 nömrəli "xxxx" ASC-yə məxsus bank kartın vasitəsilə ona göndərmişdir. Sonra tanışı zəng edərək Zərərçəkmiş şəxs qızının maliyyə təhsili olmadığını, onun informatika müəllimi olmasını və əlavə olaraq ona iki ədəd maliyyə sertikatı lazım olduğunu bildirmiş, o isə Zərərçəkmiş şəxs zəng edərək xx.xx.2024-cü il tarixdə qızı üçün 2 ədəd maliyyə sertifikatı lazım olduğunu və bunun üçün 400 manat pul verməli olduğunu demişdir. Həmin gün Zərərçəkmiş şəxs 400 manat pulu **********164760 nömrəli "xxxx" ASC-yə məxsus bank kartına “Milliön” posterminalı vasitəsilə göndərmişdir. O, Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə zəng edərək sertifikatın 44 manat dövlət rüsümü olduğunu və göndərməsini demiş, Zərərçəkmiş şəxs ona məxsus olan bank kartına 45 manat pul göndərmişdir. xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs zəng edərək 1500 manat pul istəmiş, səbəbini isə əvvəlcə qızının stajor kimi işə düzəltməli olduqlarını, lakin indi bir başa işçi kimi işə götürəcəklərini, buna görə də 1500 manat əlavə pul lazım olduğunu bildirmiş, Zərərçəkmiş şəxs razılıq verərək əlində 1150 manat pul olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs həmin pulu onun verdiyi bank kartına göndərmiş, sonra yenidən ona 50 manat pul göndərmiş, Zərərçəkmiş şəxs onun yerinə 300 manat pul qoyacağımı demişdir. Tanışı zəng edərək qızın adına 2500 manat depozit qoymaq lazım olduğunu bildirmiş, xx.xx.2025-ci il tarixində səhər saatlarında Zərərçəkmiş şəxs zəng edərək qızının işinin alındığını və onun adına bank hesabına 2500 manat pul otuzdurmaq lazım olduğunu bildirmişdir. Sonra özünə aid **********164760 nömrəli "xxxx" ASC-yə məxsus bank kartına “BirBank” tətbiqi vasitəsilə 2500 manat pul göndərmişdir. Lakin, Zərərçəkmiş şəxs qızının işi düzəlməmiş, ondan aldığı pulları isə özü xərcəlmişdir. Zərərçəkmiş şəxs qızını işə düzəltmək adı ilə aldığı 9140 manat pulu heç kimə verməmiş, özü xərcləmişdir. O, iş üzrə dəymiş ziyanı tam olaraq ödəmiş, törətdiyi cinayət əməlinə görə səmimi peşmandır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri 80 nömrəli məktəbdə 10-11-ci siniflərdə təhsil almış, onunla birlikdə xx.xx.1975-ci il təvəllüdlü, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs da həmin məktəbdə oxumuşdur. O, sinif yoldaşları ilə mütəmadi olaraq əlaqə saxlayır, 2024-cü ilin dekabr ayının 9-da Təqsirləndirilən şəxs ilə telefonla danışan zaman sonuncu ondan qızının işə düzəlib-düzəlmədiyini soruşmuş, o, qızının işsiz olduğunu bildirdikdə Təqsirləndirilən şəxs dayısı arvadının bacısı oğlunun "xxxx" ASC-nin baş ofisində işlədiyini, həmçinin qızını ora işə düzəldə biləcəyini demiş, Təqsirləndirilən şəxs qızını dediyi yerə işə düzəltmək istədiyi bildirmişdir. 2024-cü ilin dekabr ayının 10-da səhər saatlarında Təqsirləndirilən şəxs ona zəng edərək qızının işini danışdığını, onu "xxxx" ASC-nin Quba rayon filialına 5000 (beş min) manata işə düzəldə biləcəyini demiş, o bu təklifə razılıq verərək ailə üzləri ilə təklif haqqında danışacağı barədə bildirmişdir. Həmin günün axşamı Təqsirləndirilən şəxs ondan qızının adını Bankın sisteminə salınması üçün 200 manat pul istəmiş, Təqsirləndirilən şəxs ona verdiyi **********164760 nömrəli “Kapital bank" ASC-yə məxsus bank nömrəli “Kapital bank" ASC-yə məxsus bank kartına “BirBank” tətbiqi vasitəsilə rayonun Həsənqala kəndində yerləşən evindən 200 manat pul göndərmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs qalan 4800 manat pulu Qusar şəhərində olan “Təzə Bazar”-ın yaxınlığında yerləşən “Piooner” marketin qarşısındakı “Milliön” posterminalı vasitəsilə **********64760 nömrəli “Kapital bank" ASC-yə məxsus bank kartına göndərmişdir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə ona zəng edərək qızı üçün 2 ədəd maliyyə sertifikatı lazım olduğunu və bunun üçün 400 manat pul lazım olduğunu demiş, həmin günü 400 manat pulu Təqsirləndirilən şəxs məxsus **********164760 nömrəli "xxxx" ASC-yə məxsus bank kartına rayonun Qusar-Balaqusar avtomobilin yolunun kənarında yerləşən “Bigstore” mağazasındakı “E-Manat” posterminalı vasitəsilə göndərmişdir. Təqsirləndirilən şəxs ona xx.xx.2025-ci il tarixdə zəng edərək sertifikatın 44 manat dövlət rüsümu olduğunu və həmin rüsumu göndərməli olduğunu demiş, o isə yuxanda qeyd olunan "xxxx" ASC-yə məxsus bank kartına öz “BirBank” tətbiqi vasitəsilə rayonun Həsənqala kəndində yerləşən evindən 45 manat pul göndərmişdir. Təqsirləndirilən şəxs yenidən ona xx.xx.2025-ci il tarixdə zəng edərək 1500 manat pul istəmiş, bunun səbəbini soruşduqda Təqsirləndirilən şəxs əvvəlcə qızını stajor kimi işə düzəltməli olduğunu, lakin bir başa işçi kimi işə götürəcəyini, buna görədə 1500 manat əlavə pul lazım olduğunu demiş, o isə bununla razılaşaraq əlində 1200 manat pul olduğunu bildirmiş, bu zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yerinə 300 manat pul qoyacağını və həmin pulu daha sonra özünə qaytarmalı olduğu barədə bildirmişdir. Bu səbədən Zərərçəkmiş şəxs 1200 manat pulu həmin günü Təqsirləndirilən şəxs ona verdiyi **********164760 nömrəli ‘"Kapital bank” ASC-yə məxsus bank kartına “BirBank” tətbiqi vasitəsilə rayonun Həsənqala kəndində yerləşən evindən göndərmişdir. Təqsirləndirilən şəxs 2025-ci ilin yanvar ayında zəng edərək sertifikatın əlavə olaraq 44 manat dövlət rüsumu olduğunu demiş, yenidən Samirə Məməmdovanın ona verdiyi bank kartına "’BirBank” mobil tətbiqi vasitəsilə rayonun Həsənqala kəndində yerləşən evində həmin pulu göndərmişdir. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixində səhər saatlarında yenidən Zərərçəkmiş şəxs zəng edərək qızının işinin alındığını və adına bank hesabına 2300 manat pul otuzdurmaq lazım olduğunu bildirmiş, sonra isə 2500 manat göndərməyini demişdir. Təqsirləndirilən şəxs ona verdiyi **********164760 nömrəli "xxxx" ASC-yə məxsus bank kartına "BirBank” tətbiqi vasitəsilə rayonun Həsənqala kəndində yerləşən evindən 2500 manat pul göndərmişdir. Təqsirləndirilən şəxs 9190 manat pul aldıqdan sonra nə qızını işə düzəltmiş, nə də pulu geri qaytarmışdır. Təqsirləndirilən şəxs ilə danışan zaman və pulu verən zaman yanında həyat yoldaşı Şahid2 və qızı Şahid1 olmuşdur. Hal-hazırda Təqsirləndirilən şəxs iş üzrə onu aldadaraq aldığı 9190 manatı Təqsirləndirilən şəxs qaytarsa da, Təqsirləndirilən şəxs əlavə olaraq da 1800 manat pul tələb edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ifadələrindən görünür ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsinə uyğun eyni məzmunlu ifadələr vermişlər. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur, həmçinin təqsirləndirildiyi CM-nin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması hallarını Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, qadın olmasını şəxsiyyəti müsbət xarakterizə edən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə, iş materiallarının tədqiqinə əsaslanaraq hesab edir ki, cərimə cəzası təyin edildiyi təqdirdə cəzanın icrası mümkün olmayacaq. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.3-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamın 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, dəymiş zərəri tam aradan qaldırmasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, əməlindən peşman olmasını,törətdiyi cinayət əməlini etiraf etməsini, qadın olmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halı, işdə cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Həmçinin, Təqsirləndirilən şəxs dəymiş zərəri tam aradan qaldırmışdır. Məhkəmənin qənaətinə görə həmin şəxsin barəsində təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzası daha ədalətli olmaqla cəzanın məqsədlərinin təmin olunması üçün tam kifayət edər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 2də yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Qusar rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Qusar rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri «ev dustaqlığı» qətimkan tədbiri ilə əvəz edilməsi qərara alınmışdır Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət; Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən hökm elan olunan tarixə kimi, yəni,xx.xx.2025-ci il tarixə kimi həbsdə və ev dustaqlığında saxlanıldığı müddət nəzərə alınmalıdır Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2025-ci il tarixdən, hazırkı iş üzrə hökm elan olunan tarixə kimi həbsdə və ev dustaqlığında saxlanıldığı 04 (dörd) ay, 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın növünü nəzərə alaraq hesab edir ki, hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə barəsində ittiham irəli sürülmüş şəxsin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv ediməli, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki iddia verməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il, 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2025-ci il tarixdən hökm elan olunan tarixə kimi həbsdə və ev dustaqlığında saxlanıldığı 04 (dörd) ay, 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən 02 (iki) il, 06 (altı) müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 08 (səkkiz) ay, 04 (dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq 01 (bir) il 09 (doqquz) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 2-də yerləşən evini axşam saat 22:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar